Məhkəmə qərarları › İş №1(009)-117/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-117/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-117/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)- 55/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 iyul 2025-ci il tarixdə saat 12.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 21 yanvar 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixdək olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 mağazasına müştəri qismində gələrək vitrinlərə yerləşdirilmiş hər birinin qiyməti 30 manat 73 qəpik olan 30 ədəd 5 kq çəkidə « X50» markalı yuyucu tozu, hər birinin qiyməti 68 manat olan 09 ədəd 1 litr ölçülü « X53» markalı viskini, hər birinin qiyməti 37 manat olan 15 ədəd 700 ml ölçülü X36 Original » markalı viskini, hər birinin qiyməti 28 manat olan 9 ədəd 700 ml ölçülü « X51 Spritz » markalı şərabı, hər birinin qiyməti 63 manat olan 4 ədəd 1 litr ölçülü «Sheridans Likor » markalı likoru, hər birinin qiyməti 48 manat olan 5 ədəd 1 litr ölçülü Jageı meister Likor 35% Suse» markalı likoru, hər birinin qiyməti 17 manat olan 12 ədəd 750 ml ölçülü «X29» markalı şərabı, hər birinin qiyməti 66 manat olan 3 ədəd 1 litr ölçülü «X44 Tennessee Honey» markalı viskini, hər birinin qiyməti 9 manat 72 qəpik olan 20 ədəd 1,5 kq çəkidə «X52» markalı yuyucu tozu, hər birinin qiyməti 19 manat olan 8 ədəd 350 ml ölçülü «Sierra Silver» markalı içkini, qiyməti 150 manat olan 1 ədəd 0,75 litr ölçülü « X56» markalı içkini, hər birinin qiyməti 22 manat 50 qəpik olan 6 ədəd 750 ml ölçülü « X14 Kemtuıs» markalı şərabı, hər birinin qiyməti 11 manat 07 qəpik olan 12 ədəd 700 ml ölçülü «X30 Premium » markalı arağı, hər birinin qiyməti 66 manat olan 2 ədəd 1 litr ölçülü «X44 Black» markalı viskini, hər birinin qiyməti 24 manat 75 qəpik olan 5 ədəd 700 ml ölçülü « Stolicnaya » markalı arağı, hər birinin qiyməti 12 manat 15 qəpik olan 9 ədəd 1 litr ölçülü « Record Soft» markalı arağı, hər birinin qiyməti 18 manat olan 6 ədəd 500 ml ölçülü « Stolicnaya Sever » markalı arağı, hər birinin qiyməti 17 manat 74 qəpik olan 6 ədəd « X31+2 Bicaq 13224384» markalı gilletteni, hər birinin qiyməti 8 manat 64 qəpik olan 12 ədəd 0,5 ölçülü « X45 Wheat » markalı arağı, qiyməti 100 manat olan 1 ədəd 0,75 litr ölçülü « X63 Label Reserve » markalı viskini, hər birinin qiyməti 16 manat 65 qəpik olan 6 ədəd 750 ml ölçülü « X4» markalı şərabı, hər birinin qiyməti 8 manat 93 qəpik olan 11 ədəd 750 ml ölçülü «X32 Pive Suse» markalı pivəni, hər birinin qiyməti 49 manat olan 2 ədəd 700 ml ölçülü «X44 40%» markalı viskini, hər birinin qiyməti 49 manat olan 2 ədəd 1 litr ölçülü «X8» markalı viskini, hər birinin qiyməti 49 manat olan 2 ədəd 700 ml ölçülü «X44 Honey» markalı viskini, hər birinin qiyməti 16 manat 20 qəpik olan 6 ədəd 750 ml ölçülü « X46 Kemturs » markalı şərabı, hər birinin qiyməti 16 manat 20 qəpik olan 6 ədəd 750 ml ölçülü «X15 Kemturs» markalı şərabı, hər birinin qiyməti 16 manat 12 qəpik olan 6 ədəd 1 litr ölçülü « X11 » markalı arağı, hər birinin qiyməti 16 manat 12 qəpik olan 6 ədəd 1 litr ölçülü «X12» markalı arağı, hər birinin qiyməti 7 manat 65 qəpik olan 12 ədəd 500 ml ölçülü «Record Soft» markalı arağı, hər birinin qiyməti 10 manat 08 qəpik olan 9 ədəd 700 ml ölçülü «Tsar» markalı arağı, hər birinin qiyməti 15 manat 12 qəpik olan 6 ədəd 1 litr ölçülü «X37» markalı arağı, hər birinin qiyməti 15 manat 12 qəpik olan 6 ədəd 1 litr ölçülü «X57 Lux» markalı arağı, hər birinin qiyməti 90 manat olan 1 ədəd 1 litr ölçülü «X58 40% Frans» markalı arağı, hər birinin qiyməti 8 manat 83 qəpik olan 10 ədəd 0,5 litr ölçülü «X12» markalı arağı, hər birinin qiyməti 8 manat 83 qəpik olan 10 ədəd 0,5 litr ölçülü «X12» markalı arağı, hər birinin qiyməti 14 manat 13 qəpik olan 6 ədəd 1 litr ölçülü «Tsar» markalı arağı, hər birinin qiyməti 8 manat 90 qəpik olan 9 ədəd 500 ml ölçülü «Tema Original» markalı arağı, hər birinin qiyməti 12 manat 78 qəpik olan 6 ədəd 750 ml ölçülü «X9 » markalı şərabı, hər birinin qiyməti 19 manat olan 4 ədəd 350 ml ölçülü «X16» markalı tekilanı, hər birinin qiyməti 24 manat 99 qəpik olan 3 ədəd «Gillette Mach3 Bicaqx4 13284667» markalı gilletteni, hər birinin qiyməti 24 manat 75 qəpik olan 3 ədəd 700 ml ölçülü «Stolicnaya Sever» markalı arağı, hər birinin qiyməti 37 manat olan 2 ədəd 500 ml ölçülü «X44 Black» markalı viskini, hər birinin qiyməti 12 manat 07 qəpik olan 6 ədəd 0,7 litr ölçülü «X11» markalı arağı, hər birinin qiyməti 14 manat 40 qəpik olan 5 ədəd 500 ml ölçülü «Baki Konyak 8 il » markalı konyakı, hər birinin qiyməti 18 manat olan 4 ədəd 500 ml ölçülü «Stolichnaya» markalı arağı, hər birinin qiyməti 11 manat 81 qəpik olan 6 ədəd «Gillette Blııe 3 Plus Comfort 6-lı» markalı gilletteni, hər birinin qiyməti 28 manat 80 qəpik olan 3 ədəd 0,7 litr ölçülü «X54 X61 Qirmizi» markalı şərabı, hər birinin qiyməti 17 manat olan 4 ədəd 750 ml ölçülü «X23» markalı şərabı, hər birinin qiyməti 67 manat olan 1 ədəd 700 ml ölçülü «Hendricks Gin» markalı şərabı, hər birinin qiyməti 11 manat 07 qəpik olan 6 ədəd 0,7 litr ölçülü «Celsius Lux» markalı arağı, hər birinin qiyməti 3 manat 15 qəpik olan 20 ədəd 400 qrai çəkidə « X47» markalı əl yuma tozu , hər birinin qiyməti 62 manat olan 1 ədəd 0,7 litr ölçülü «X44 Gentleman Jack» markalı viski, qiyməti 60 manat olan 1 ədəd 700 ml ölçülü « X24 Tekila» markalı tekila, hər birinin qiyməti 9 manat 92 qəpik olan 6 ədəd 700 ml ölçülü «Lekar» markalı arağı, qiyməti 58 manat olan 1 ədəd 750 ml ölçülü «J.X48 Label» markalı viskini, qiyməti 58 manat olan 1 ədəd 0,7 litr ölçülü «Bombay Sapphire» markalı şərabı, hər birinin qiyməti 29 manat olan 2 ədəd 500 ml ölçülü «X8» markalı viskini, hər birinin qiyməti 9 manat 63 qəpik olan 6 ədəd 700 ml ölçülü «Record Soft» markalı arağı,hər birinin qiyməti 25 manat 29 qəpik olan 2 ədəd «Gillette Fusion 5 Razor + 2 Caıtridge» markalı gilletteni,qiyməti 50 manat olan 1 ədəd 700 ml ölçülü «X25 İrish 40%» markalı viskini,qiyməti 49 manat olan 1 ədəd 700 ml ölçülü «X5 Apple» markalı viskini,qiyməli 4^ manat olan 1 ədəd 1 litr ölçülü «X26 Gold » markalı tekilanı,qiyməti 47 manat olan 1 ədəd 1 litr ölçülü «Sierra Silver» markalı içkini, qiyməti 47 manat olan 1 ədəd 1 litr ölçülü «X33» markalı tekilanı, qiyməti 46 manat olan 1 ədəd 700 ml ölçülü «X13» markalı tekilanı,qiyməti 45 manat olan 1 ədəd 700 ml ölçülü «Jameson Viski 40%» markalı viskini, qiyməti 42 manat olan 1 ədəd 750 ml ölçülü «Olmeca Tekila» markalı tekilanı,qiyməti 41 manat 12 qəpik olan 1 əciəd 700 ml ölçülü «Tekirdag Raki» markalı rakini,hər birinin qiyməti 13 manat 65 qəpik olan 3 ədəd « Gillette Mach3 Charcoal Katric 2 Ededli» markalı gilletteni,hər birinin qiyməti 6 manat 49 qəpik olan 6 ədəd 750 ml ölçülü «X38 Serab Quru» markalı şərabı, hər birinin qiyməti 6 manat 49 qəpik olan 6 ədəd 750 ml ölçülü «X39 Kemturs» markalı şərabı, hər birinin qiyməti 12 manat 80 qəpik olan 3 ədəd 750 ml ölçülü «X17 Kemsirin» markalı şərabı, qiyməti 38 manat olan 1 ədəd 0,7 litr ölçülü «Jagermeister Likor» markalı likoru, qiyməti 37 manat olan 1 ədəd 500 ml ölçülü «X44 Honey» markalı viskini, hər birinin qiyməti 18 manat olan 2 ədəd 0,75 litr ölçülü «X18 40 il Yubiley» markalı şərabı, qiyməti 32 manat olan 1 ədəd 500 ml ölçülü « Olmeca Gold 35% » markalı viskini, qiyməti 32 manat olan 1 ədəd 500 ml ölçülü «Olmeca Silver 35% » markalı viskini, hər birinin qiyməti 14 manat 85 qəpik olan 2 ədəd 1 litr ölçülü « X30 Premium» markalı arağı, qiyməti 28 manat 50 qəpik olan 1 ədəd 1 litr ölçülü « Nemiroff Original» markalı arağı, qiyməti 28 manat 50 qəpik olan 1 ədəd 1 litr ölçülü «Nemiroff Delikat» markalı arağı, hər birinin qiyməti 4 manat 51 qəpik olan 6 ədəd 750 ml ölçülü «X19 Kemsirin» markalı şərabı, hər birinin qiyməti 4 manat 51 qəpik olan 6 ədəd 750 ml ölçülü «X59’re Serabi» markalı şərabı, hər birinin qiyməti 13 manat 30 qəpik olan 2 ədəd 750 ml ölçülü «X6 Green» markalı arağı, qiyməti 26 manat olan 1 ədəd 350 ml ölçülü «X44 V903» markalı viskini, hər birinin qiyməti 4 manat 32 qəpik olan 6 ədəd 750 ml ölçülü «X20 Kemsirin» markalı şərabı, qiyməti 25 manat olan 1 ədəd 350 ml ölçülü «X40» markalı viskini, hər birinin-qiyməti 12 manat 15 qəpik olan 2 ədəd 750 ml ölçülü «X27 Dolina» markalı şərabı və hər birinin qiyməti 11 manat 43 qəpik olan 2 ədəd 0,7 litr ölçülü X45 Whea » markalı arağını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 8867 manat 20 qəbik məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin fevral ayının ortalarından mart sonlarınadək istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 103 A ünvanında yerləşən Badamdar 1 saylı mağazasına müştəri qismində gələrək vitrinlərə yerləşdirilmiş hər birinin qiyməti 99 manat 99 qəpik olan 05 ədəd 1 litr ölçülü «X49 12 Yo» markalı viskini, hər birinin qiyməti 35 manat 89 qəpik olan 08 ədəd 1 litr ölçülü «X21 15*11 Nemiroff» markalı arağı, hər birinin qiyməti 90 manat olan 03 ədəd 1 litr ölçülü «X44» markalı viskini, qiyməti 46 manat 59 qəpik olan 01 ədəd 1 litr ölçülü « X41» markalı tekilanı, hər birinin qiyməti 65 manat olan 03 ədəd 1 litr ölçülü « Ballantines Viski » markalı viskini, qiyməti 63 manat olan 1 ədəd 1 litr ölçülü «X64 Viski » markalı viskini, hər birinin qiyməti 73 manat 40 qəpik olan 3 ədəd 1 litr ölçülü «X28» markalı tekilanı, qiyməti 1 manat 38 qəpik olan 1 ədəd 950 millilitr ölçülü «X55 Nektari Tetrapak» markalı nektarı, qiyməti 99 qəpik olan bir ədəd «Bloom Salfet 23*23 Sm 120 Ededli Rj » markalı salfeti, hər birinin qiyməti 107 manat olan 2 ədəd 1 litr ölçülü «X22» markalı viskini, qiyməti 90 manat 70 qəpik olan 1 ədəd 1 litr ölçülü «X62 Viski» markalı viskini, qiyməti 67 manat olan 1 ədəd 0,7 litr ölçülü «X44 Apple» markalı viskini, qiyməti 9 manat 69 qəpik olan 1 ədəd 1,5 kq çəkidə «Persil Color» yuyucu tozu, kiloqramının qiyməti 1 manat 50 qəpik olan 1,3 kq çəkidə kələmi, qiyməti 95 manat olan 1 ədəd 0,7 litr ölçülü « X42 Found Reseıve » markalı viskini, qiyməti 67 manat olan 1 ədəd 0,7 litr ölçülü «X44» markalı viskini, hər birinin qiyməti 35 manat 35 qəpik olan 1 ədəd 1 litr ölçülü «X34 Gold» markalı arağı, hər birinin qiyməti 1 manat 50 qəpik olan çəki 1 1 ədəd «1445 Snickers Std 6*48*50.50g» markalı konfeti, hər birinin qiyməti 3 manat 30 qəpik olan çəki 1 ədəd 250 ml çəkidə «X60 Drink 24*» markalı enerji içkisini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Zərərçəkmiş şəxs2nə ümumilikdə 2182 manat 38 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 mağazasında baş vermiş oğurluqla bağlı 6 epizod olmuşdur. 1-ci epizodda 01 ədəd 88 manat dəyərində “Jack Daniels” markalı viski, 01 ədəd 56 manat dəyərində “Jagermeister” markalı içki, 01 ədəd 67 manat dəyərində “Tequila sierra” markalı içki, 01 ədəd 38 manat dəyərində “Napoleon” markalı çaxır, 02 ədəd hər birinin qiyməti 38 manat olan ümumilikdə 06 ədəd içki oğurlamışdır. Digər 5 epizodda hər birində 150 manat məbləğində oğurluq etmişdir. Zərərçəkmiş şəxs2-ə isə iki dəfə girmişdir. Hər birində 150 manat, ümumilikdə 300 manat məbləğində oğurluq etmişdir. Oğurluq hadisələrini törədərkən maskadan istifadə etməmişdir. Videogörüntülərdəki maskalı şəxs o deyil. Əməlindən səmimi peşman olmasını və bir daha eyni hallara yol verməyəcəyini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq 2024cü ilin 21 yanvar-05 fevral tarixlərində Zərərçəkmiş şəxs1 MMC-nin Badamdar qəsəbəsində yerləşən mağazasında törədilmişdir. Məbləğ əskik olan mallara əsasən hesablanmışdır. Məhsulların sayı kassadakı satışlarla düz gəlməmişdir. Əldə edilməyən görünütülər də var. Maskalı şəxsin kim olduğu təyin edilməmişdir. Oğurluq nəticəsində 8867,20 manat maddi zərər dəymişdir. Dəymiş zərərin tam şəkildə ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq 2024-cü ilin fevral-mart aylarında Zərərçəkmiş şəxs2 MMC-nin Badamdar qəsəbəsində yerləşən mağazasında törədilmişdir. Oğurluq hadisəsi ilə bağlı videogörüntülər müstəntiqə təqdim olunmuş, həmin görüntülərə birlikdə baxılmış və həmin görüntülərin əsasında dəymiş maddi zərər müəyyən olunmuşdur. Oğurluq nəticəsində 2182,38 manat maddi zərər dəymişdir. Dəymiş zərərin tam şəkildə ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən “Araz Supermarketlər” şəbəkəsində işləmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 103A ünvanındakı 1 saylı Zərərçəkmiş şəxs2 minimarketində 2022-ci il tarixdən müdir vəzifəsində işləmişdir. Həmin vaxtlar marketin mallarında, əsasən də spirtli içki olan bölmədə kəmlik olduğunu görmüş və xx.xx.2024-cü il tarixdə marketin müşahidə kameralarına baxan zaman müəyyən etmişdir ki, fevral-mart ayları ərzində naməlum şəxslər tərəfindən mağazadan müxtəlif məhsullar oğurlanmışdır. Müşahidə kameralarının görüntülərinə nəzər yetirdikdə sonradan adı məlum olan Rasim adlı şəxsin yanında ayrı naməlum şəxslərlə birgə müxtəlif vaxtlarda marketə gələrək ümumilikdə 2182,38 manat dəyərində müxtəlif malları oğurladıqları müəyyən edilmişdir. Cinayət işində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 mağazasından olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixdək olan müddət ərzində mağazadan müxtəlif vaxtlarda müxtəlif məhsullar oğurlamışdır. Cinayət işində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 103 A ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mağazasından olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının ortalarından mart ayının sonlarınadək olan müddət ərzində mağazadan müxtəlif vaxtlarda müxtəlif məhsullar oğurlamışdır. 01 aprel 2024-cü il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. 15 aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 MMC zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. Zərərçəkmiş şəxs1 MMC-ə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev küçəsində yerləşən marketin müdiri Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 17:10-dan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 17 aprel 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmişdir. 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14 may 2024-cü il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. 15 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında icraata götürülərək istintaqı davam etdirilmişdir. 27 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. 01 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə törədilmiş əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. 01 iyun 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. 01 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş və ona 25 dekabr 2024-cü il tarixdə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 26 noyabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından cinayət işi üzrə icraat təzələnmişdir. 15 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. 15 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaq materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 MMC-nin hazırladığı aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2182,38 manat maddi zərər dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 MMC-nin hazırladığı aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 8867,20 manat maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 MMC-nin baş icraçı direktoru X3 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, vurulmuş maddi zərərin əvəzi olaraq 8867,20 manat məbləğində pulun və ödənilmiş rüsumunun əvəzi olaraq 108,68 manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-ə ödənilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, 2182 manat məbləğində dəymiş zərərin və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2223 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməsi xahiş edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə xm-yə keçirilmişdir. xx.xx.2010-cu ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzanın qalan yəni 11 ayını çəkməsi üçün ümumi rejimə qaytarılmışdır. xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 09 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 ilə endirilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. - Səbail Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə portret ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, 3/476 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(009)-117/2025 saylı cinayət işinin (İ cilddə) 15-ci vərəqinə tikilmiş üzərində "Araz market" yazı qeydləri olan diskdəki "16.27.23", "16.28.19(1)", "16.28.19" adlı videogörüntülərdən və 34-cü vərəqinə tikilmiş üzərində “Tam store oğurluq” yazı qeydləri olan diskdəki "15.43.17(1)", "15.43.17(2)", "15.43.19(1)" adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş tibbi maskalı şəxs(lər)in xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) tam və aydın əks olunmadığından, həmçinin tibbi maska istifadə etmələri səbəbi ilə bəzi elementlər (ağız, burun, çənə və s.) görünmədiyindən müqayisəli tədqiqat üçün yararsızdırlar. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 146 (bir yüz qırx altı) manatdır. Həmin rəyin təqiqi hissəsində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş videogörüntülər “Helicon” filter və “Gimp” adlı proqram təminatlarında mövcud olan rəqəmsal süzgəclərdən istifadə etməklə istintaq üçün zəruri olan maskalı şəxs(lər)in fotoşəkilləri çəkilərək çıxarıldı. Videogörüntüdən çıxarılmış maskalı şəxs(lər)in xarici görünüşünə baxış keçirildikdə onların sifət elementlərinin (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) tam və aydın əks olunmadığı, həmçinin tibbi maska istifadə etmələri səbəbilə bəzi sifət elementlərinin görünmədiyi (ağız, burun, çənə və s.) müəyyən olundu, bu səbəbdən həmin fotoşəkillərdə əks olunuş maskalı şəxs(lər)in xarici görünüş elementləri tədqiqat üçün yararsızdırlar. Ekspert rəyinin tədqiqi hissəsində qeyd olunanların əksinə, rəyin 6-cı vərəqinə əlavə edilmiş 6 ədəd fotoşəkildə əks olunan şəxsin alın, göz qulaq seyvanı, burun, saç düzümü kimi şəxsiyyəti müəyyən etməyə imkan verən əlamətlərinin aydın şəkildə müşahidə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsində göstərilmişdir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istinad olunan ekspert rəyi işin halları ilə və toplanmış sübutların məcmusu ilə müqayisəli təhlil edilməlidir. Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən elan edilmiş ittihamda özünü təqsirli bilmiş və Zərərçəkmiş şəxs1 mağazasından ümumilikdə 8867 manat, Zərərçəkmiş şəxs2 mağazasından isə ümumilikdə 2182 manat 38 qəpik dəyərində olan malları yanındakı tanımadığı iki nəfər şəxslə birlikdə oğurladığını etiraf etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş oğurluq faktlarını əks etdirən videogörüntülərə baxış keçirilməsi haqqında 25 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, həmin videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və nəticəsi protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs təhlil olunan görüntülərdəki üzü aydın şəkildə görünən və şəxsiyyətini dəqiqləşdirməyə imkan verən şəxsin özü olduğunu təsdiq etmiş və oğurladığı malların təxmini sayını və növünü bildirmişdir. Görüntülərin bir qismində qara tibbi maska, qara şərf və qara kepkadan istifadə etməklə üzünü gizlətməyə çalışan şəxsin isə özü olmadığını, həmin şəxsin kim olduğunu bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, həmin şəxsin hazırkı iş üzrə cinayət əməllərinin törədildiyi tarix intervallarında Zərərçəkmiş şəxs1 mağazasından Təqsirləndirilən şəxs taladığı mallarla eynicinsili malları – spirtli içkilər talaması müəyyən edilir. Görüntülərdən həmin şəxsin bədən quruluşu və geyim tərzinin Təqsirləndirilən şəxs ilə oxşarlıq təşkil etməsi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhlil olunan görüntülərdə üzünün görünməməsinə istinad edərək həmin şəxsin özü olmadığını bildirməsi barədə göstərdiyi xüsusatlar cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşımaqla özünümüdafiə xarakterli olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, 3/476 nömrəli rəyi iş üzrə faktiki hallara uyğun gəlmədiyindən və digər sübutlarla təkzib edildiyindən sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxs1 mağazasında baş vermiş oğurluqla bağlı 6 epizod olması, 1-ci epizodda 01 ədəd 88 manat dəyərində “Jack Daniels” markalı viski, 01 ədəd 56 manat dəyərində “Jagermeister” markalı içki, 01 ədəd 67 manat dəyərində “Tequila sierra” markalı içki, 01 ədəd 38 manat dəyərində “Napoleon” markalı çaxır, 02 ədəd hər birinin qiyməti 38 manat olan ümumilikdə 06 ədəd içki oğurlaması, digər 5 epizodda hər birində 150 manat məbləğində oğurluq etməsi, Zərərçəkmiş şəxs2-ə isə iki dəfə girməsi, hər birində 150 manat, ümumilikdə 300 manat məbləğində oğurluq etməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 09 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 ilə endirilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Lakin məhkumluğu ödənilməmiş, altı il keçmədən 2024-cü ilin yanvar- mart aylarında yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2024-cü ilin yanvar-mart aylarında törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq dövründə 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, hazırki iş üzrə 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək, həbsdə saxlanıldığı müddətinin 06 (altı) günü 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmünə əsasən 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin baş icraçı direktoru X7 iddia ərizəsində vurulmuş maddi zərərin əvəzi olaraq 8867,20 manat məbləğində pulun və ödənilmiş rüsumunun əvəzi olaraq 108,68 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-ə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 8867,20 (səkkiz min səkkiz yüz altmış yeddi manat iyirmi qəpik) manat və 108,68 (bir yüz səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 MMC-ə ödənilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində 2182 manat məbləğində dəymiş zərərin və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2223 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 2182 (iki min yüz səksən iki) manat və 41 (qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməlidir. İş üzrə aparılmış 20 may 2025-ci il tarixli 3/476 №-li məhkəmə ekspertizası tədqiqatının xərci 146 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq dövründə 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, hazırki iş üzrə 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək, yəni 06 (altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmünə əsasən 18 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-55/2024 saylı, 28 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş 20 may 2025-ci il tarixli 3/476 №-li məhkəmə ekspertizasının xərci – 146 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddialar təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 8867,20 (səkkiz min səkkiz yüz altmış yeddi manat iyirmi qəpik) manat və 108,68 (bir yüz səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 2182 (iki min yüz səksən iki) manat və 41 (qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar