Məhkəmə qərarları › İş №1(009)-118/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-118/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-118/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X12, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, küçə 3, ev 2-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrarən, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özünü Zərərçəkmiş şəxs1 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməkdaşı kimi təqdim edib, sonuncu ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın “Sənaye” filialı arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ipoteka yüklü edilmiş, G4KDDQH1306 mühərrik, KMHOE81B3EU701489 ban nömrəli, AC№075399 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş, “Hyundai Tucson” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili yaranmış kredit borcuna görə banka təhvil verəcəyini bildirib xx xxxx 2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Bakı” marketin qarşısında alıb banka qaytarmayaraq, xx xxxx 2017-ci il tarixli 7E-5276 reystr qeydiyyat nömrəli etibarnamə ilə səlahiyyətlər ötürülmüş X3 vasitəsi ilə AR-İ- №536891 №-li xx xxxx 2017-ci il tarixli etibarnamə ilə etibar edilmiş X10 tərəfindən nəqliyyat vasitəsinin sazlığına, saz vəziyyətdə olan hissələrini dəyişdirməməyə (nasaz texniki hissələrdən başqa) öhdəsinə götürməklə, nəqliyyat vasitəsinin banka olan borcunu hər ay vaxtında ödəyəcəyinə təminat verməsinə dair Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş, 7E- 10079 reystr №-si ilə qeyd edilmiş xx xxxx 2017-ci il tarixli ərizə verib aldatmaqla, ələ keçirildiyi anda dəyəri 24000 manat təşkil etmiş avtomobili ələ keçirib qaytarmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni – 24.000 (iyirmi dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə 27404 ABŞ dolları müqabilində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” ASC-nin “Sənaye” filialında girov qoyulmuş «Hyundai İ40» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi Şahid3 tərəfindən mülki etibarnamə ilə etibar edilmiş kürəkəni Zərərçəkmiş şəxs3 20000 manat müqabilində hərracda borclarını sildirib avtomobili ona verəcəyinə dair yalan vəd edib aldadaraq, xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Səbail rayonunda yerləşən «Şəhidlər Xiyabanı»nın qarşısında ondan 20000 manat alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 oğlu Şahid1 hədiyyə olaraq almaq istədiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Dövlət Yol Polisinin mühafizə olunan duracağında saxlanılan “Hyundai Granduer” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək 10600 manat müqabilində bankdan hərrac yolu ilə alıb Şahid1 adlna rəsmiləşdirəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs2 aldadıb, 2017-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanda yerləşən “Bakı” marketdə Zərərçəkmiş şəxs2 həmin məbləği alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 10.600 (on min altı yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda törətdiyi cinayət əməllərinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2017-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına kimi «xxxxxxxxx» MMC-də çalışmışdır. Onun həmin Cəmiyyətdə fəaliyyəti müxtəlif banklara ödənilməyən kreditlərə görə müştəriləri müəyyən edib, bu şəxsləri kredit götürdüyü banklara cəlb etməkdən ibarət olmuşdur. 2017-ci ilin iyun-iyul aylarında “Beynəlxalq Bank”dan ona 90SU339 dövlət nömrə nişanlı nişanlı avtomobilinin sürücüsünün banka olan krediti vaxtında ödəmədiyinə görə həmin ödənişlərinin həyata keçirməyə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. O da öhdəliyinə götürdüyü işlə əlaqədar Zərərçəkmiş şəxs1 ilə Nərimanov rayonunun inzibati ərazisində görüşmüşdür. Zərərçəkmiş şəxs1 təklif etmişdir ki, avtomobilin kreditini ödəyə bilmədiyi halda maşını etibarlı şəxsin adına keçirməklə banka qalan ödənişləri həmin şəxs tərəfindən edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq xx xxxx 2017-ci il tarixdə “Hyundai Tucson” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 saylı ünvanının qarşısında ona vermişdir. Maşını ələ keçirdikdən sonra bu barədə dostu Raufa məlumat vermiş və Raufla İlhaməni əlaqələndirmişdir. Təxminən 2 gün keçdikdən sonra Raufla İlhamə görüşmüş və notariusda Zərərçəkmiş şəxs1 “Hyundai Tucson” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsin adına keçirmişdir. Bu prosesdən 3 ay sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq banka ödənişlərin ödənilmədiyini bildirmişdir. O da İlhaməyə bağlanmış öhdəlik əsasında Dövlət X23 bu barədə məlumat verməklə şikayət etməyi məsləhət görmüşdür. İlhamə də onunla birlikdə Dövlət X23 gedərək şikayət etmişdir. Buna baxmayaraq avtomobil tapılmamışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, problemli kreditdə olan, və banka ödəmələri gecikdirən və ya etməyən şəxslərin siyahısını ona Rauf adlı şəxs vermişdir. O da «xxxxxxxxx» MMC-nin əməkdaşı kimi həmin siyahıda olan şəxsləri taparaq onlardan kreditin ödənilməsinə görə müvafiq tədbirlər görmüşdür. Siyahıda olan digər borclu Şahid3 ilə əlaqə saxlayan zaman sonuncu bildirmişdir ki, onun adına olan “Hyundai i40” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ABŞ dolları ilə olduğundan kreditin ödənilməsində çətinlik çəkir. Bununla bağlı o Şahid3lə və onun kürəkəni Zərərçəkmiş şəxs3 ilə bir neçə dəfə görüşmüşdür. “Hyundai i40” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid3 kürəkəni Zərərçəkmiş şəxs3 idarə edirdi, faktiki maşın onun sahibliyində olmuşdur. O Nazimə avtomobili hərraca çıxarılmasını və hərracdan avtomobili Nazim özü 20000 manata almağını təklif etmişdir, o da razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs3la Bakı şəhəri, Səbail rayonu Şəhidlər Xiyabanın qarşısında görüşmüş və Şahid3 məxsus “Hyundai i40” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili hərracda borclarını sildirib avtomobili sonuncuya verəcəyini deyib, Zərərçəkmiş şəxs3 20000 manat almışdır. Zərərçəkmiş şəxs2 oğlu Şahid1 ad gününə hədiyyə olaraq maşın almaq istəmişdir. Zərərçəkmiş şəxs2 bu barədə ona bildirdikdə o ucuz qiymətə maşın tapa biləcəyini söyləmişdir. Rasimə oğlu Sadiqlə birlikdə onu ucuz qiymətə avtomobil alıb verməyinə dair təklifi ilə əlaqədar Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində Dövlət Yol Polisinin mühafizə olunan duracağında saxlanılan «Hyundai Granduer» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmışlar. Rasiməyə bildirmişdir ki, 10600 manat müqabilində həmin maşını bankdan hərrac yolu ilə alıb onlara verəcək. 2017-ci ilin oktyabr ayının sonlarında ünvan 5 ünvanda yerləşən «Bakı market»də Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul almışdır. Rasiməyə və Sadiqə hətta hərrac mərkəzinin sənədini göstərmişdir ki, maşın həqiqətən də hərraca çıxarılıb. Pulu almışdır, lakin maşını Şahid1 adına sənədləşdirə bilməmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin şəxslərdən aldığı pulu Rauf adlı şəxsə vermişdir, həmin puldan ona təxminən 100-200 manat qalırdı. Özünü zərərçəkmiş şəxslərə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməkdaşı kimi təqdim etməmiş, özünü “xxxxxxxxx” MMC-nin əməkdaşı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanının 2000 manatını qaytarmışdır. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə “Hyundai Tucson” markalı, 90SU399 dövlət qeydiyyat nişanlı avtomobili kredit yolu ilə alaraq həmin avtomobili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın “Sənaye” filialında ipoteka yüklü etdirmişdir. Həmin “Hyundai Tucson” markalı, 90SU399 dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2017-ci il tarixədək idarə etmişdir. Avtomobilin krediti ABŞ dolları ilə olduğundan 2017-ci ilin əvvəlindən başlayaraq kredit borcunun ödənilməsində çətinlikləri yaranmış, lakin imkanı olduqca kredit borcunu hissə-hissə ödəmişdir. xx xxxx 2017-ci il tarixdə gündüz saatlarında «Hyundai Tucson» markalı, 90SU399 dövlət qeydiyyat nişanlı avtomobillə “Metropark” ticarət mərkəzinin yaxınlığında yolda olarkən özünü “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın əməkdaşı kimi təqdim edən , adı ona sonradan məlum olmuş Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobili saxlamağını deyib ona yaxınlaşaraq bildirmişdir ki, adına olan avtomobilin krediti ödənilmədiyinə görə həmin avtomobil onun əlindən alınaraq banka təhvil verilməlidir. Həmin vaxt o, etiraz etməyərək banka borclu olduğunu bildirmişdir. Cəlal ona avtomobili təhvil verməyəcəyi təqdirdə ölkədən çıxışına qadağa qoyulacağını bildirmişdir. O, həmin ərəfədə qızını xaricə aparmaq məcburiyyətində olduğundan, “Hyundai Tucson” markalı, 90SU399 dövlət qeydiyyat nişanlı avtomobili Cəlal adlı şəxsə vermək qərarına gəlmişdir. Buna görə də avtomobili təhvil verməyə hazır olduğunu, avtomobildə olan yükləri boşaltdıqdan sonra verə biləcəyini demiş, avtomobili anası Rasimənin işlədiyi ünvan 1 saylı ünvanda yerləşən “Bakı” marketin qaprşısına sürmüşdür. Cəlal onun arxasınca idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə gəlmişdir. Həmin vaxt Cəlalın avtomobilində adı ona sonradan məlum olan Ramil adlı şəxs də oturubmuş. O, idarə etdiyi “Hyundai Tucson” markalı, 90SU399 dövlət qeydiyyat nişanlı avtomobili mağazanın qarşısına sürüb, avtomobildə olan yükləri boşaltdıqdan sonra, avtomobili banka təhvil verilməsi üçün, özünü “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın baş idarəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs hər hansı sənədə və ya qəbzə imza etmədən vermişdir. Cəlalın yanında olan Ramil adlı şəxs onun avtomobilinin sükanı arxasına əyləşmiş, avtomobili sürərək ordan getmişlər. Bundan bir neçə gün sonra Cəlal ona zəng edib, avtomobilin banka təhvil verilməsi ilə bağlı, avtomobilin idarə edilməsinə dair X2 etibarnamə verilməsinin zəruri olduğunu demişdir. O, xx xxxx 2017-ci il tarixdə Nəsimi rayonunda 54 saylı notariusa gedərək Cəlal və Ramil adlı şəxslərin ona bildirmiş olduqları, özünü görmədiyi X1 adına etibarnamə vermişdir. Həmin vaxt bu şəxslər ona məxsus olan “Hyundai Tucson” markalı 90SU399 dövlət qeydiyyat nişanlı avtomobillə gəlməyibmişlər. O, tanımadığı X1 adına etibarnamə verdikdən sonra xx xxxx 2017-ci il tarixdə Cəlal onunla görüşərək X10 tərəfindən onun avtomobilinin bank qarşısında olan öhdəliklərinin yerinə yetiriləcəyi ilə bağlı ərizəsi təqdim edilmişdir. O, bundan sonra arxayın olub, bank qarşısında olan öhdəliyi ilə bağlı maraqlanmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın “Sənaye” filialı ilə əlaqə saxlayıb, adına olan avtomobilin kredit ödənişi ilə maraqlanmış, sonuncu kredit ödənişinin onun özü tərəfindən ödənildiyi məlum olmuşdur. Bundan sonra o, xx xxxxxxxx 2017-ci il tarixdə adından olan X2 verdiyi etibarnamənin ləğv etdirmişdir. Avtomobilin mövcud borcları haqqında bankdan məlumat almaq istədiyi vaxt “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın “Sənaye” filialından və baş idarəsindən öyrənmişdir ki, “Hyundai Tucson” markalı 90SU399 dövlət qeydiyyat nişanlı avtomobil yenə də onun adında kreditdədir, kredit borcu sonuncu dəfə onun adından ödənilmişdir. X10 tərəfindən onun avtomobilinin bank qarşısında olan öhdəliyinin yerinə yetiriləcəyi ilə bağlı ərizəni banka təqdim etdikdə bankdan ona məlumat vermişlər ki, belə bir ərizə banka daxil olmamışdır və həmin şəxsi ümumiyyətlə tanımırlar. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın əməkdaşlarına Cəlal adlı şəxsin özünü “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın baş idarəsinin əməkdaşı kimi təqdim edərək avtomobilin kredit borcuna görə avtomobili ondan alıb banka qaytarması barədə bildirdikdə ona məlumat vermişlər ki, Cəlal adlı şəxs həmin bankda işləmir, kredit borcuna görə avtomobilin onun əlindən alınmasına dair ümumiyyətlə hər hansı bir göstəriş olmamışdır. Bundan sonra o, Cəlal ilə baş verənlərin səbəbini soruşduqda Cəlal ona X4 mobil telefonunun nömrəsini verərək maşının İmanda olduğunu bildirmişdir. İman Hüseynov söyləmişdir ki, “Hyundai Tucson” markalı 90SU399 dövlət qeydiyyat nişanlı avtomobili Cəlal, Ramil və Rauf adlı şəxslərdən 6500 manata almışdır. O maşını Cəlaldan tələb edendə o müxtəlif bəhanələr gətirərək məsələnin həll edəcəyini söz vermişdir. Lakin heç bir nəticə olmadığından 2018-ci ilin yanvar ayında polisə şikayət etmişdir. Hazırda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” iddia ilə məhkəməyə müraciət edib və ondan avtomobilə görə ödənilməmiş borcunu tələb edir. Dələduzluq nəticəsində ona dəymiş ziyan ödənilməmiş, ziyanın aradan qaldırılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs1 2013-cü ildə “Bakı Hyundai Mərkəzindən” “Hyundai Tucson” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxın” “Sənaye” filialında girov qoymaqla kreditlə almışdır. Həmin vaxt kredit sənədləşməsi ABŞ dolları ilə olmuşdur. Bir müddətdən sonra Azərbaycan Respublikasında manatın devalvasiyaya uğraması nəticəsində ABŞ dollarının kursu Azərbaycan manatına nisbətən bahalaşmışdır. ABŞ dollarının kursu bahalaşdıqdan sonra qızı İlhamə avtomobilə görə olan krediti ödəməkdə çətinlik çəkməyə başlamışdır. Bununla əlaqədar şəxsən o, özü bir valideyn kimi bir neçə dəfə “Sənayə” filialının müdirinin qəbuluna gedərək ondan qıznın kreditini manata çevirməsini xahiş etsə də, ona köməklik etməmişlər. Bundan sonra qızı İlhamə bir neçə ay çətinliklə kredit ödənişi etdikdən sonra heç bir ödəniş etməmişdir. Təxminən 2017-ci ilin iyun ayında, dəqiq tarixi xatırlamadığı gündə saat təxminən 17-18 radələrində qızı İlhamə ona zəng edərək bildirmişdir ki, bu gün Nərimanov rayonu ərazisində yerləşən «Metropark» ticarət mərkəzinin yaxınlığında özünü bank əməkdaşı kimi təqdim edən Cəlal adlı şəxs ona yaxınlaşıb avtomobilinin ödənilməyən krediti olduğundan avtomobili ondan almaq məcburiyyətində olduğunu bildirmiş və daha sonra onunla söhbət etdikdən sonra razılaşmışlar ki, o, avtomobili Cəlala təhvil verəcək və yerdə qalan kredit borcundan azad olacaq. Qızı ona demişdir ki, «sən indi mağazadasansa biz gələk oraya mən avtomobildə olan əşyalarımı boşaldım». Bundan təxminən 1 saat sonra İlhamə avtomobili ilə onun işlədiyi mağazaya gəlmiş və İlhamənin arxasınca başqa bir avtomobildə iki şəxs gəlmişdir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs onu inandırmışdır ki, həmin avtomobili banka aparıb təhvil verəcəklər və onlar yerdə qalan kredit borcundan azad olacaqlar. O, Cəlalın təqdim etdiyi “Beynəlxalq Banka” məxsus xidməti vəsiqəsinə baxmış və orada Təqsirləndirilən şəxs yazısını oxumuşdur. Eyni zamanda Cəlal yanında olan şəxsi ona təqdim edərək bildirmişdir ki, işçisi Ramildir və sonuncuya göstəriş vermişdir ki, avtomobildən onun çantasını gətirsin. Ramil avtomobildən çantanı gətirib Cəlala vermiş və Cəlal çantanın içərisindən təxminən 30-40 ədəd A4 formatlı siyahını çıxarmış və həmin siyahıda olan çoxlu sayda adların içərisindən qızı İlhamənin adını tapıb ona göstərmişdir. Həmin siyahıya o, diqqətlə baxanda görmüşdür ki, orada qızı Zərərçəkmiş şəxs1, avtomobilin markası, dövlət qeydiyyat nişanı, telefon nömrəsi, banka nə qədər pul ödənilməsi və nə qədər pul borcu qalması barədə məlumatlar əks olunmuşdur. Bundan sonra Cəlal bir daha onu əmin edərək bildirmişdir ki, «narahat olmayın indi bank bağlıdır ona görə də biz avomobili aparıb «Amay» ticarət mərkəzinin dayanacağına qoyacayıq, sabah banka təhvil verəcəyik» və yanında olan Ramil adlı şəxsə bildirmişdir ki, «otur avtomobilə mənim arxamca gəl» və onlar çıxıb getmişlər. Bundan sonra onlar qızı İlhamə ilə əlaqə saxlamışlar. Sonradan ona məlum olmuşdur ki, Cəlal Rauf adlı şəxsi bu işə qoşub və qızı İlhamədən əvvəlcə X1 adına, daha sonra isə İman adlı şəxsə etibarnamə verdirmişlər. O, bunu eşidəndə qızı İlhaməyə acıqlanmışdır ki, «tanımadığın adamlara nə üçün etibarnamə vermisən, əsasən də İman adlı şəxsə mülki etibarnamə verdiyinə görə». Çünki İman adlı şəxsə avtomobil veriləndən sonra onların ünvanına çoxlu sayda cərimə borcları gəlməyə başlamışdır. Sonra o, özü araşdırıb İman adlı şəxsi tapıb ondan soruşanda İman ona bildirmişdir ki, o, həmin avtomobili pulla almış və banka heç bir ödəniş edən deyil. O, İmandan avtomobili istədikdə sonuncu avtomobili verməyərək bildirmişdir ki, «mən avtomobili 6500 manat pul verib almışam və sizə qaytara bilmərəm». Onlara bildirirmişlər ki, «narahat olmayın dostum Rauf İman adlı şəxsə satıb narahat olmayın maşın tapıb gətirəcəm» deyərək hər dəfə onları arxayın edirmişlər. Cəlalla demək olar ki, hər həftə əlaqə saxlayırmışlar. Cəlalın onları hər dəfə aldatması onu özündən çıxardırmış, o, çox əsəbləşirmiş. Təxminən 2017-ci ilin oktyabr ayının ortalarında o, zəng edib Cəlalı işlədiyi marketə çağırmışdır. Cəlal marketə gəlmiş və o, Cəlala əsəbi halda öz iradını bildirmişdir. Cəlal həmin vaxt ona demişdir ki, «bibi mən sizə çox ziyan vurdum, buna görə özümü çox pis hiss edirəm, gəlin sizə ucuz qiymətə hərraca çıxarılmış avtomobil verim» və ona hərracın üzərində möhürü olan sənədlərini göstərmişdir. O, Cəlaldan nə avtomobil olmasını soruşduqda bildirmişdir ki, “təzə model “Hyundai Granduer” markalı avtomobili 10600 manata sizə verim”. O, avtomobili harda görə biləcəyini soruşduqda Cəlal bildirmişdir ki, «Bayıl qəsəbəsindəki duracaqdadır, istəyirsiniz gedin orada avtomobilə baxın». Cəlal onlara avtomobilin markasını, dövlət qeydiyyat nişanını və duracaqda dayandığı yeri onlara deyərək bildirmişdir ki, «gedin mühafizəçiyə deyin bizi Cəlal göndərib o, sizə həmin avtomobili göstərəcək». O, oğlu Sadiqə zəng edib marketə çağırmış və oğlu Sadiq və marketdə satıcı işləyən Şahid2 ilə birlikdə Bayıl qəsəbəsində yerləşən DYP-nin mühafizə olunan duracağına getmişlər. Orada mühafizəçi onlara ağ rəngli “Hyundai Granduer” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərmiş, avtomobil həqiqətən də Cəlalın dediyi yerdə, yəni mühafizəçi otağının yaxınlığında dayanıbmış. Onlar hamısı həmin avtomobilə birlikdə baxmış və oğlu Sadiq həmin avtomobili bəyənmişdir. Hətta həmin vaxtı onlar avtomobilin bir neçə rakursdan fotoşəklini çəkmişlər. Bundan sonra o, Cəlala zəng edib demişdir ki, «biz fikirləşək sənə öz cavabımızı bildirəcəyik». Bundan təxminən 2- 3 gün keçəndən sonra o, Cəlalı işlədiyi «Bakı» marketə çağırıb orada oğlu Sadiqin və satıcı Böyükkişinin yanında 10600 manat pulu Cəlala vermişdir ki, həmin avtomobili onlar üçün alıb sənədləşdirsin. Cəlal həmin vaxtı özü ilə gətirdiyi hərrac kağızını onlara göstərib bildirmişdir ki, «mən gedirəm Baş Dövlət X25 orada avtomobili sizin adınıza qeydiyyata salıb gətirəcəm». Hətta Sadiqin də şəxsiyyət vəsiqəsini almışdır ki, avtomobili Sadiqin adına sənədləşdirsin. Cəlal gedəndən təxminən 3-4 saat sonra Cəlal ona zəng edib demişdir ki, «Sadiq gəlsin Baş Dövlət X23 avtomobili sənədləşdirək». O,Sadiqə bu barədə məlumat vermiş, Sadiq Baş Dövlət X23 getmişdir. Sadiq oraya gedib Cəlalla görüşdükdə Cəlal Sadiqə bildirmişdir ki, «mən indicə içəridən çıxmışam, sənəddə problem yaranıb, Sumqayıta gedib sənəd gətirməliyəm, guya avtomobilin əvvəlki sahibi Sumqayıt şəhərində yaşayır». Bundan sonra Cəlal yenə də onları müxtəlif bəhanələr gətirməklə aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs verdiyi 10600 manat pul öz pulu olmuşdur. Oğlu Sadiqin 11 noyabrda ad günü olduğu üçün o, həmin avtomobili Sadiqə ad günü hədiyyəsi etmək istəyirmiş. Təqsirləndirilən şəxs 10600 manat pulu verərkən yanlarında yalnız oğlu Sadiqlə işçi Böyükkişi olmuşdur. Təqsirləndirilən şəxs ona 2000 manat qaytarmışdır. Qalan pulun ödənilməsini tələb edir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş MəmmədovAsifQeyrətoğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2013-cü il tarixdə qaynatası Şahid3«Hyundai İ 40» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşını alaraq elə həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən « Azərbaycan Beynalxalq Bank»ın «Sənaye» filialına 27.404 ABŞ dolları məbləğində girova qoymuşdur. Bundan başqa qaynatası Nazim müəllim xx.xx.2013-cü il tarixdə həmin avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. 21 ay ərzində o, mütəmadi olaraq onlara bank tərəfindən verilmiş cədvərə əsasən hər ay 698 ABŞ dollarını ödəməklə, ümumilikdə 14650 ABŞ dollarını banka ödəmişdir. Respublikada devalvasiya baş verdikdən sonra maddi imkanın olmadığı üçün o, banka uzun müddət ərzində heç bir məbləğ ödəməmişdir. Bir müddət ərzində həmin bank əməkdaşları qaynatası Nazim müəllim ilə bir neçə dəfə əlaqə saxlayıb həmin avtomaşının bankda girovda olmasını və heç bir ödəniş aparılmadığı barədə xəbərdarlıq etmişlər. Qaynatası Nazim müəllim həmin bank əməkdaşlarına söz vermişdir ki, maddi imkanları olan kimi bank qarşısında götürdüyü öhdəliyə əsasən ödəniş edəcəkdir. Lakin maddi imkanı olmadığı üçün heç bir ödəniş edə bilməmişdir. Məlumatına əsasən 2017-ci ilin avqust ayının ortalarında qaynatası Nazim müəllimə özünü «Beynalxalq Bank» əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs bir daha bankda olan problemlər barəsində danışaraq həmin problemi bankın rəsmi hərac yolu ilə həll etməyə qadir olduğunu bildiribmiş. Bu söhbətdən sonra qaytanatası Nazim müəllim ona bu barədə məlumat verib bu işlə ciddi məşqul olmağını xahiş etmişdir. O, bu məlumatı Nazim müəllimdən aldıqdan sonra bir daha Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə yaradıb onunla xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonunun ərazisində görüşüb ətraflı söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü ona «Beynəlxalq Bank»ının rəsmi əməkdaşı kimi təqdim edib bank tərəfindən ona verilmiş vəsiqəsini göstərmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bank işçisi olduğunu zənn edib, dediklərini dinləmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin avtomaşını bankın rəsmi hərrac yolu ilə 20000 manat müqabilində tam şakildə borcunu ödədikdən sonra sildirəcək. O, Təqsirləndirilən şəxs təklifini dinləyib əlavə məlumat verəcəyini bildirmişdir. Bu görüşdən iki gün keçdikdən sonra o, Təqsirləndirilən şəxsla bir daha mobil telefon vasitəsi ilə əlaqə yaradıb görüşmək istədiyimi bildirmişdir. Telefon danışığı zamanı Cəlal həmin gün Bakı şəhəri, Səbail rayonunda yerləşən Şəhidlər Xiyabanının qarşısında görüşməyi təklif etmişdir. xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən Şəhidlər Xiyabanının qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya özünə məxsus olan 20000 manat pulu qaynatası Şahid3 adında olan «Hyundai İ 40» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşını « Beynalxalq Bank»da aparılan rəsmi hərracda bütün borclarının silinməsi və təzədən qaynatasının adına heç bir borcu olmadan rəsmiləşdirilməsi məqsədi ilə vermişdir. Təqsirləndirilən şəxs həmin məbləği ondan qəbul etdikdən sonra bir daha bildirmişdir ki, həmin 20000 manat pulun müqabilində bankda aparılan hərracda avtomaşının yığılan borclarını sildirərək ona həmin avtomaşının bankdan girovdan çıxarılması barədə rəsmi məktub verəcəkdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra Cəlal onu Bakı şəhəri, Xətai rayonunda yerləşən « xxxxxxxxxxxxxxxxxxxxxxxxxx»ın Sənayə filialına çağırmışdır. O, həmin bank filialının qarşısına gedib Cəlal ilə görüşmüşdür. Həmin görüş zamanı Cəlal orada olan mühafizə işçilərindən filial müdirinün iş yerində olub-olmamasını soruşmuşdur. Həmin bank filialının müdirinin iş yerində olmadığını öyrəndikdən sonra ona əsassız bəhanələr gətirərək vaxt uzatmağa başlamışdır. Belə cür hadisələr bir neçə dəfə təkrar olunmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs şübhələnib verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs onun tələbinə əsassız bəhanələr gətirərək bir neçə ay ərzində vaxt uzatmışdır. Bu hadisələrdən təxminən altı ay keçdikdən sonra Təqsirləndirilən şəxs ondan yayınmağa başlamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək ona qarşı dələduzluq edib ondan aldığı 20000 manat pulunu ələ keçirmişdir. Bir qədər vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs barəsində ciddi maraqlandıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Quba rayon və Bakı şəhərinin Xətai rayonunun polis idarələrində cinayət işi aparılaraq baxılması üçün Xətai rayon məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunmuşdur. Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən Şəhidlər Xiyabanının qarşısında Təqsirləndirilən şəxs özünə məxsus olan 20000 manat pulu verdikdə hər hansı bir rəsmi, sadə və yazılı formada müqavilə bağlamamış, sadəcə şifahi formada aralarında razılıq olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə Səbail rayonunda yerləşən «Şəhidlər Xiyabanı»nın qarşısında Təqsirləndirilən şəxs özünə məxsus olan 20000 manat pulu verdikdə orada Zakir adlı şəxs olmuşdur. Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayının ortalarında anası Zərərçəkmiş şəxs2 onu işlədiyi Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən “Bakı” marketə çağırmışdır. Anası ona bildirmişdir ki, bacısı İlhamənin maşın məsələsini həll edən Təqsirləndirilən şəxs ucuz qiymətə onlara maşın satmaq istədiyini bildirərək Bayıl qəsəbəsində yerləşən avtoduracağa getməyi və maşına baxmağı təklif etmişdir. O da anası ilə birlikdə avtodayanacağa gedərək mühafizəçiyə yaxınlaşmışlar və mühafizəçi onlara ağ rəngli “Hyundai Granduer” markalı, **-FG-*** nömrəli avtomobili göstərmişdir. O maşını bəyənmiş və anası 2-3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs çağırıb onun və dükanda satıcı işləyən Şahid2 Əlibəndi oğlunun yanında Cəlala 10600 manat pul vermişdir ki, həmin maşını alıb onun adına sənədləşdirsin. Cəlal da onlara hərrac sənədini göstərərək Baş Dövlət X23 gedəcəyini və onun şəxsiyyət vəsiqəsini alaraq avtomaşını onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmin gün təxminən 3-4 saat keçdikdən sonra Cəlal onu Baş Dövlət X23 çağırmışdır. O da Baş Dövlət X23 çatdıqda Təqsirləndirilən şəxs sənədlərdə problem yarandığını deyərək maşının əvvəlki sahibi Sumqayıt şəhərində yaşadığından və ondan zəruri sənədlərin almaq lazım olduğunu bildirib Sumqayıt şəhərinə getməli olduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxətlif bəhanələr gətirərək maşını onun adına rəsmiləşdirməkdən və götürdüyü pulu qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Bədir oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 3 il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Qohumu Elşənə avtomobil alan zaman avtomobillərin satışı bazarında maşın alverçilərinin yanında Cəlalı görüb tanımış və sonradan tanışlıqları daha yaxın olmuş, mütəmadi Cəlalla görüşmüşlər. O, Cəlalla tanış olduqdan sonra, Cəlalın da maşın alverçisi olduğunu bilmişdir. Təxminən 2017-ci ilin yay aylarında Cəlalla Nərimanov rayonu ərazisində «Metropark» ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Görüş zamanı Cəlal ona, bankda olan bir maşını götürüb banka təhvil verməyin vacib olduğunu demişdir. Bir qədər keçəndən sonra “Hyundai” markalı avtomobil oraya gəlmişdir. Cəlal həmin avtomobilin sürücüsü olan xanıma yaxınlaşmış, təxminən 20 dəqiqə söhbət etdikdən sonra Cəlal həmin xanımdan ayrılmışdır. Cəlal ona yaxınlaşıb xahiş etmişdir ki, «bir neçə saatdan sonra sənə xəbər edəcəm gələrsən «İçəri şəhər» metrostansiyasının yaxınlığına səninlə işim var» və ayrılmışlar. Həmin gün təxminən saat 20-21 radələrində o, Cəlalla «İçəri şəhər» metrostansiyasının yaxınlığında olan «Bakı» marketin qarşısında görüşmüşdür. Orada Cəlal ondan İlhamə xanımın avtomobilini idarə edib Nərimanov metrostansiyasının qarşısına aparmağını xahiş etmişdir. O da həmin avtomobilə əyləşib İlhamə xanımın “Hyundai Tucson” markalı avtomobilini Nərimanov metrostansiyasının qarşısına gətirib orada Cəlala təhvil vermiş və ayrılmışlar. O, Zərərçəkmiş şəxs1 yaxınlaşmamış və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın əməkdaşı olduğunu deməmişdir. Cəlalın nə məqsədlə həmin avtomobili götürməyini bilmir. Bu barədə Cəlal ona bir söz deməmişdir və o da Cəlaldan heçnə soruşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Əlibəndi oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Lermontov küçəsində yerləşən «Bakı market»də satıcı işləyir. Təxminən 2017-ci ilin yay aylarında onun işlədiyi mağazanın müdiri Rasimə xanımın qızının bankda girovda olan avtomobilinin kredit məsələsində kömək edən Cəlal adlı şəxs onların marketinə, Rasimə xanımın yanına mütəmadi gəlib-gedirmiş. Təxminən 2017-ci ilin oktyabr ayının ortalarında Cəlal növbəti dəfə onların marketinə Rasimə xanımın yanına gələndə sonuncuya təklif etmişdir ki, «sizə ucuz qiymətə hərraca çıxarılmış avtomobili verim», hərracın üzərində möhürü olan sənədləri göstərmişdir. Rasimə xanım Cəlaldan hansı markalı avtomobil olmasını soruşanda Cəlal bildirmişdir ki, «təzə model “Hyundai Granduer” markalı avtomobildir, həmin avtomobili 10600 manata sizə verərəm». Həmçinin Cəlal bildirmişdir ki, «avtomobil Bayıl qəsəbəsindəki duracaqdadır, istəyirsiniz gedin orda avtomobilə baxın», avtomobilin markasını, dövlət qeydiyyat nişanını və duracaqda dayandığı yeri Rasimə xanıma bildirmiş, «gedin mühafizəçiyə deyin Cəlal göndərib, o, sizə həmin avtomobili göstərəcək» deyə əlavə etmişdir. Bir qədər söhbət etdikdən sonra Cəlal çıxıb getmişdir. Rasimə xanım oğlu Sadiqə zəng edərək marketə çağırmışdır. Sadiq gəldikdən sonra Rasimə xanım «gəl sən də bizimlə birlikdə gedək avtomobilə baxmağa» deyə bildirmişdir. Birlikdə Bayıl qəsəbəsində yerləşən Dövlət Yol Polisinin mühafizə olunan duracağına getmişlər. Orada mühafizəçi ağ rəngli «Hyundai Granduer» markalı 90FG134 dövlət qeydiyyat nişanlı avtomobili göstərmişdir. Avtomobil həqiqətən də Cəlalın dediyi yerdə, yəni mühafizəçi otağının yanında dayanmışdır. Hamısı həmin avtomobilə birlikdə baxmış, o, avtomobilin yaxşı vəziyyətdə olması, bu avtomobilə görə Cəlalın onlara yaxşı qiymət deməsi barədə fikrini Rasimə xanıma bildirmişdir. Bundan təxminən 2-3 gün keçdikdən sonra Rasimə xanım Cəlalı işlədiyi “Bakı” marketə çağırmış. Sadiqin yanında 10600 manat pulu Cəlala vermişdir ki, həmin avtomobili alıb Rasimə xanımın oğlu Sadiqin adına sənədləşdirsin. Cəlal həmin vaxt özü ilə gətirdiyi hərrar kağızını göstərib bildirmişdir ki, «mən gedirəm Baş Dövlət X23. Orada avtomobili sizin adınıza qeydiyyata saldırıb gətirəcəm». Hətta Sadiqdən şəxsiyyət vəsiqəsini almışdır ki, avtomobili Sadiqin adına rəsmiləşdirsin. Cəlal gedəndən təxminən 3-4 gün sonra Cəlal zəng edib Rasimə xanıma demişdir ki, «Sadiq gəlsin Baş Dövlət X23, avtomobili sənədləşdirək». Rasimə xanım onun yanında zəng edib Sadiqə bu barədə bildirmişdir. Bundan sonra o, Rasimə xanımdan Cəlalın onları yenə də aldatdığını eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxx 2013-cü il tarixdə “Hundai İ-40” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşın alaraq elə həmin tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən “Sənay” filialında 27404 ABŞ dollarına girov qoymuşdur. Özü daimi olaraq Rusiya Federasiyası ərazisində olduğundan həmin avtomaşın üçün elə həmin tarixdə kürəkəni Zərərçəkmiş şəxs3 mülki etibarnamə vermişdir. Kürəkənilə aralarında olan razılığa əsasən Asif hər ay kredit ödənişini etməklə banka olan borcu bağlamalı olmuşdur. Kürəkəni Zərərçəkmiş şəxs3 təxminən 21 ay, hər ay 698 ABŞ dolları olmaqla ödəniş etdikdən sonra Respublikada baş vermiş devalvasiyadan sonra kredit ödənişlərini ödəməkdə çətinlik çəkmiş və uzun müddət banka kredit ödənişi edə bilməmişdir. Buna görə də bir neçə dəfə bank əməkdaşları ona zəng edərək kredit ödənişləri olunmaması barədə onu xəbərdar etmişlər. O da cavabında bildirmişdir ki, hazırda maddi vəziyyətlə əlaqədar ödəniş edilməsi mümkün olmur, ancaq maddi vəziyyət düzələn kimi kredit ödənişlərini ödəməkdə davam edəcəklər. Təxminən 2017-ci ilin avqust ayının ortalarında özünü “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs onunla əlaqə yaradaraq bankın problemli kreditlər şöbəsinin əməkdaşı olduğunu bildirib, kredit ödənişlərini etməmələrilə bağlı xəbərdarlıq etdikdə, o, bildirmişdir ki, ABŞ dollarının kursu yüksək olduğundan ödənişi etməkdə çətinlik çəkirlər. Cəlal ona təklif etmişdir ki, «sizə köməklik edə bilərəm ki, kreditdən azad olasınız» və onunla görüşüb danışmaq istədiyini bildirmişdir. Razılaşmışlar və Abşeron rayonu, Saray qəsəbəsindəki “Ziyad” restoranında görüşmüşlər. O, həmin görüşə kürəkəni Asiflə birlikdə getmişdir. Görüş zamanı Cəlal cibindən çıxardığı “Beynəlxalq Bank”a aid xidməti iş vəsiqəsini göstərib özünü təqdim edərək, əslən Qubadlı rayonundan, tanınmış ailədən olduğunu bildirmişdir. Sonra Cəlal bildirmişdir ki, onun da Sumqayıt şəhərində çoxlu sayda qohum-əqraba, dost-tanışı vardır və buna görə də onlara köməklik etmək istəyir. O, Cəlaldan necə bir köməklik göstərə biləcəyini soruşduqda, Cəlal bildirmişdir ki, rəsmi hərrac yolu ilə, 20000 manat müqabilində bankın borcunu ödədikdən sonra həmin avtomaşını tam şəkildə sildirəcəkdir. O, Cəlalı dinlədikdən sonra ona bildirmişdir ki, kürəkəni Asiflə məsləhətləşdikdən sonra qərar verəcəklər. Bundan təxminən 1-2 gün sonra Cəlalla Sumqayıtda görüşmüşlər. Görüşdən əvvəl o, dostu olan, əslən Qubadlı rayonundan olan və Sumqayıt şəhərində yaşayan Zakiri də dəvət etmişdir ki, Cəlalın həmyerlisidir. Sumqayıt şəhərində olan görüşdə də Cəlal təkidlə bildirmişdir ki, «mən sizin probleminizi həll edəcəyəm». Orada olan görüş zamanı Zakir Cəlalın əsli nəcabətilə maraqlandıqdan sonra bildirmişdir ki, «Cəlalın babaları Qubadlı rayonunda tanınmış, çox hörmətli insan olubdur». Zakirin Cəlalın əsli nəcabətilə bağlı yüksək fikirlər deməsi onlarda Cəlala inam yaratdığına görə Cəlala bildirmişdir ki, «biz razıyıq, yaxın günlərdə deyilən məbləği tapıb düzüb qoşaq, görüşək». Bu görüşlərindən təxminən 1-2 gün sonra Cəlalla danışıb Bakı şəhərində, Şəhidlər Xiyabanının qarşısında Cəlalla görüşmüşlər. Kürəkəni onların yanında, yəni dostu Zakir də onlarla bir yerdə olmuşdur, Cəlala 20000 manat pulu onun adına olan “Hyundai İ-40” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşını Beynəlxalq Bankda aparılan rəsmi hərracda bütün borcların silinməsi və təzədən onun adına heç bir borcu olmadan sənədləşdirilməsi məqsədilə vermişdir. Cəlal da pulu aldıqdan sonra bir daha onları əmin etmişdir ki, həmin avtomaşını bankda aparılan rəsmi hərracda bütün borclarını sildirib avtomaşının girovdan çıxarılmasına dair arayış verəcəkdir. Bundan sonra Cəlal kürəkəni Asifə müxtəlif bəhanələr gətirərək avtmaşının borclarını sildirməyi uzatmağa başlamış və sonda onlara məlum olmuşdur ki, Cəlal onları aldadıb, kürəkəni Zərərçəkmiş şəxs3 20000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin pul kürəkəni Zərərçəkmiş şəxs3 pulu olmuşdur. Çünki “Hyunday İ-40” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşın sənədlə ona məxsus olsa da, həmin avtomaşın faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsusdur. Avtomaşına görə banka olan ödənişləri Zərərçəkmiş şəxs3 öz şəxsi vəsaiti hesabına ödəmişdir, həmin avtomaşının üzərində olan borcların bağlanmasını da Zərərçəkmiş şəxs3 öz vəsaiti hesabına etməli olmuşdur. Sadəcə avtomaşın onun adına sənədləşdirildiyi üçün bank əməkdaşları onunla əlaqə saxlayırmışlar. Həmin prosesdə də kürəkəni Zərərçəkmiş şəxs3 onun bir böyük kimi iştirak etməyini istədiyindən o, bütün söhbətlərdə iştirak etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1993-cü ildən məcburi köçkün kimi ünvan 8 ünvanda məskunlaşmışlar, həmin ünvanda yaşayırlar. Təxminən 10 il əvvəl yaşadığı evin qarşısında Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan Nazimlə tanış olmuşlar və tanışlıqları sonradan ailəvi dostluğa çevrilmişdir. Təxminən 2017-ci ilin yay aylarında dostu Nazim ona zəng edərək bildirmişdir ki, «bir nəfər şəxslə görüşəcəm əslən Qubadlı rayonundandır, səndə gəl bəlkə həmin adamı sən də tanıdın». O, həmin vaxt evdə olduğundan evdən çıxıb Nazimgilin binasının qarşısına gəlib Nazimlə görüşmüşdür. Nə məsələ olduğunu soruşduqda Nazim bildirmişdir ki, «bir nəfər bank işçisi var, əslən Qubadlı rayonundandır, sənin həmyerlindir, bizim avtomobilin kredit məsələsində bizə köməklik göstərəcək». Təxminən 15-20 dəqiqə sonra tanımadığı cavan yaşda olan şəxslər onların yanına yaxınlaşmışlar. Bu şəxslərdən biri, özünü Cəlal kimi təqdim edən şəxs əslən Qubadlı rayonundan olduğunu bildirmişdir. O, Cəlaldan kimlərdən olduğunu soruşduqda Cəlal bildirmişdir ki, Şahsuvar kişinin nəvəsidir. Şahsuvar kişi Qubadlı rayonunda tanınıb seçilən şəxslərdən olduğu üçün, o, bu şəxsi tanımış və Cəlaldan soruşmuşdur ki, «sən Şahsuvar kişinin oğlu Rasimin oğlusan?» Cəlal isə ona bildirmişdir ki, «mən əslində Şahsuvar babanın qardaşı Novruzun nəvəsiyəm. Mənim babam Novruzu çox adam tanımadığı üçün mən sizə Şahsuvar babanın nəvəsi olduğumu bildirdim». O da bildirmişdir ki, «o nəsil bizim rayonumuzda, Qubadlı rayonunda tanınmış, xeyirxah nəsildir». X21 avtomobilin krediti ilə bağlı söhbətlər aparmışlar. Belə ki, söhbətdən o, belə anlamışdır ki, Cəlal onun dostu Nazimin avtomobilinin kreditdə olduğu bankda işləyir və həmin avtomobilin kredit ödənişində problemlər olduğundan Cəlal onlara köməklik edəcəkdir ki, Nazimgilə güzəştli olsun. Həmin vaxtı orada Nazim, Nazimin kürəkəni Asif, Cəlal və Cəlalın yanındakı şəxslər iştirak edirmişlər. Tərəflər öz aralarında söhbət edən zaman o, sağollaşıb «mənim işim var getməliyəm» deyərək getmişdir. Bundan bir müddət sonrada o, yenə də Nazim, Nazimin kürəkəni Asif və Cəlalla birlikdə Saray qəsəbəsində yerləşən “Ziyad” kafesində oturub çörək yemişlər. Həmin vaxtı Cəlal danışırmış ki, «narahat olmayın mən elə edəcəm ki, sizə sərfəli olsun, sizin üçün yaxşı olsun» kimi mövzuda söhbətlər edirmiş, yəni avtomobilin krediti ilə bağlı. Nəhayət sonuncu dəfə də Asiflə birlikdə Bakı şəhərində Şəhidlər xiyabanının qarşısında Cəlalla görüşmüşlər və Asif onun yanında Cəlala bükülü vəziyyətdə pul vermişdir. Həmin bükülünün içərisində nə qədər pul olduğunu öz gözü ilə görməmiş, lakin həmin bükülünü Cəlala verəndə onların arasında olan söhbətdən belə başa düşmüşdür ki, həmin bükülünün içərisində 20 000 manat puldur. Cəlal həmin pulu götürdükdən sonra Asifi bir daha əmin etmişdir ki, «sizin avtomobilin məsələsini qısa zamanda həll edəcəm». Cəlal onlarla görüşə Nazimin avtomobili “Hyundai İ40” markalı avtomobillə gəlibmiş və həmin avtomobili də idarə edib onlardan ayrılıb getmişdir. Bundan bir müddət sonra eşitmişdir ki, Cəlal Nazimgili aldadıb onların 20 000 manat pullarını ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 İsrayil oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayının sonlarında təxminən saat 19-20 radələrində Əhmədli qəsəbəsində yerləşən «Bakı» kinoteatrının yaxınlığında bir kafedə oturubmuş. O, özünə məxsus “VAZ 2106” markalı avtomobili yolun kənarında saxlamışdır. Kafedən çıxıb öz maşınına tərəf yaxınlaşanda yolun kənarında 3-4 nəfər şəxsin yığışdığını görmüşdür. Həmin yerdə bir maşının alqı-satqısının getdiyini görmüşdür. O da həmin maşına yaxınlaşmış, həmin vaxt orada olan Azər adlı şəxs ona demişdir ki, maşın kreditdədir və maşın hal-hazırda satılır. Eyni zamanda Azər adlı şəxs ona bildirmişdir ki, həmin maşının banka 11 000 manat borcu vardır. O, Azər adlı şəxsə demişdir ki, maşın alverilə məşğul olan tanışları var, onlara zəng edəcəkdir, gəlib maşına baxsınlar. O, maşın alverilə məşğul olan tanışı Arif adlı şəxsə zəng edib “Hyundai Tucson” markalı maşının satıldığını bildirmişdir. Arif adlı şəxs ondan maşına harda baxacaqlarını soruşanda Azər ona demişdir ki, avtomobilin sahibi İman adlı şəxs Əhmədli qəsəbəsində Neapol dairəsi yaxınlığında yerləşən «Zirvə» kafesindədir, gəlsinlər oraya. O da Arifgilə “Zirvə” kafesinə gəlmələrini demişdir. O, Azərlə dal-qabaq “Zirvə” kafesinə getmişlər. Orada o, İman adlı şəxsi görmüş, eyni zamanda kafedə tanımadığı digər şəxslər də olmuşdur. Təxminən 1 saatdan sonra Arif adlı tanışı 2 nəfər şəxslə birlikdə oraya gəlmişlər, onlardan biri türk millətindən olan şəxs olmuşdur. Orada onlar İman adlı şəxslə özləri danışmışlar və ortaq məxrəcə gəlmişlər. Onlar belə razılaşmışlar ki, avtomobilə görə 6500 manat nəğd ödəniş və 11000 manat bank kreditini ödəyəcəklər. İlkin olaraq orada Arif adlı şəxs İmana 2500 manat pul vermiş və yerdə qalan 4000 manat pulu sabah bankda avtomobili sənədləşdirdikdən sonra verəcəklərinə razılaşmışlar. Eyni zamanda İman adlı şəxs sabahısı gün avtomobilin sənədlərini və etibarnaməsini verəcəyini bildirmiş və yerdə qalan pulu tam aldıqdan sonra isə bankda olan 11000 manat kredit borcunu 9000 manata endirəcəyinə vəd vermişdir. Bu razılaşmadan sonra onlar kafedən çıxmışlar. Onlar kafedən çıxdıqdan sonra Arifgil ona 100 manat hörmət olaraq pul vermişdir. Təxminən 1 saat sonra tanışı Arif ona zəng etmiş və həmin avtomobilin 4700 manat “MMX” cəriməsi, banka isə 13700 ABŞ dolları borcu olduğunu və avtomobilin dövlət nömrə nişanın **-SU-*** olduğu halda kustar üsulla dəyişdirilərək **-SU-*** edildiyini bildirmişdir. O, dərhal İman adlı şəxsə zəng etmiş və avtomobili geri qaytarmaq istədiklərini bildirmişdir. İman isə ona bildirmişdir ki, Arifdən aldığı 2500 manat pulu kiməsə borc vermişdir. Həmin gündən sonra o və avtomobili alan Arifgil dəfələrlə İmana zəng edərək avtomobili geri qaytarıb pulu geri istədikdə, İman hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobili geri götürməyib, pulu qaytarmamış və avtomobilin sənədlərini də verməkdən yayınmışdır. Eyni zamanda bu müddətdə İmanla bir neçə dəfə görüşsələr də heç bir faydası olmamışdır. Sonuncu dəfə 2017-ci ilin noyabr ayının sonunda İmanla Əhmədli qəsəbəsində görüşmüşlər və görüş zamanı İman bildirmişdir ki, avtomobilin sənədlərini bir nəfərdən borc pul götürdüyünə görə girov qoyub və xx xxxxxx 2017-ci il tarixdə sənədləri götürüb verəcəyinə söz vermişdir. xx xxxxxx 2017-ci il tarixində İmana zəng etdikdə telefonuna zəng çatmadığından, o, Azərə zəng vurub İmanın sənədləri nə üçün vermədiyini soruşduqda, Azər bildirmişdir ki, telefonuna zəng çatmır və İmanla əlaqə saxlaya bilmir. xx xxxxxx 2017-ci il tarixdə Azər ona zəng edib bildirmişdir ki, İman onunla əlaqə saxlayıb və avtomobilin texniki pasportunun kimdə girovda olduğunu deyib. Azər ondan avtomobilin texniki pasportunun girovdan çıxartmaq üçün 700 manat pul istəmişdir. xx xxxxxx 2017-ci il tarixdə o, Azərlə Əhmədli qəsəbəsi Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşüb, sonuncuya 700 manat pul vermişdir. Azər ondan pulu alandan sonra, həmin vaxtdan bu günədək Azərə zəng edir, Azərin də telefonuna zəng çatmır və beləliklə Azər də onu aldadaraq 700 manat pulumu ələ keçirmişdir. Şahid5 ifadəsində dəqiqləşdirmişdir ki, təxminən 2017-ci ilin mart-aprel aylarında o, maşın bazarında olarkən özünü Arif kimi təqdim edən şəxs və yanında olan 2 nəfər şəxsləri orada tanımışdır. Azərgil həmin vaxt ona ***-***-**-** nömrəsini verərək bildirmişlər ki, maşın alverçiləridilər və onlara ucuz qiymətə satdıq maşın tapsa ona da hörmət edəcəklər. O da ilk dəfə Azər adlı şəxslə rastlaşanda yadına Arif düşmüş və zəng edib bu barədə məlumat vermişdir. Azərgil də gəlib avtomobili aldıqda ona 100 manat hörmət etmişlər. Lakin sonradan həmin şəxslər avtomobilin problemli avtomobil olduğunu bildikdən sonra ondan tələb etmişlər ki, «sən bizi caladın dələduza bizim pulumuzu geri qaytar», ona görə də o, İman və Azərlə mütəmadi əlaqə saxlayırmış. Arif adlı şəxsin anket məlumatlarını bilmir. Öz telefonunda ***-***-**-** nömrəsini Arif adı ilə qeyd etmişdir. “Hyundai Tucson” markalı avtomobilin sahibi 9-cu polis bölməsinə şikayət etdikdən sonra onu 9-cu polis bölməsinə dəvət edəndə orada Rasimə adlı qadınla tanış olmuşdur. Rasimə adlı qadına Arifin onda olan nömrəsini vermişdir. Rasimə adlı qadın həmin şəxslə telefonla danışıb onunla birlikdə həmin şəxslə görüşmək üçün Mərdəkan qəsəbəsinə gedəndə orada İman adlı şəxsdən avtomobil almağa gələn 3 nəfərdən biri olduğunu görüb tanımışdır. Orada ona məlum olmuşdur ki, həmin şəxsin adı Abbasdır. Azər ona demişdir ki, «İman hazırda Qazax rayonundadır, sən 700 manat pul ver mən sənədləri götürüm, İman gəldikdən sonra alqı-satqıdan sonra İman alacağı 4000 manat puldan sənin 700 manatını qaytaraq». O da aldanıb həmin pulu vermişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ciil tarixli 5231 N°-li rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, İnternet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsaslanaraq ekspertiza təyini haqqında qərarda göstərilən 2013-cüil buraxılışlı “Hyundai Tucson" markalı **- SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətdə 2017-ciilin iyun ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 24000,00 (iyirmi dörd min) manat müəyyən edililir. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” ASC-nin xx.xx.2019-cu il tarixli 16/3709 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı» ASC-nin «Sənaye» filalı arasında xx.xx.2013-cü il tarixdə «Hyundai Tucson» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovu müqabilində təminatı kredit müqaviləsi imzalanmışdır. Hal-hazırkı tarixə kredit müqaviləsi üzrə qalıq borcu 24.004,51 (iyirmi dörd min dörd manat 51 qəpik) təşkil edir. Hesabdan çıxarışa əsasən borclu tərəfindən xx.xx.2013-cü il tarixdə 162 manat, xx.xx.2013-cü il tarixdə 1300 manat, xx.xx.2014-cü il tarixdə 1300 manat, xx.xx.2014-cü il tarixdə 1500 manat. xx.xx.2014-cü il tarixdə 4000 manat, xx.xx.2014-cü il tarixdə 400 manat, xx.xx.2014cü il tarixdə 253 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 235 manat, xx.xx.2015-ci il tarixdə 600 manat, xx.xx.2015-ci il tarixdə 4600 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 700 manat, xx.xx.2015-ci il tarixdə 300 manat, xx.xx.2015-ci il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 270 manat, xx.xx.2016-cı il tarixdə 850 manat, xx.xx.2016-cı il tarixdə 700 manat, xx.xx.2016-cı il tarixdə 1300 manat, xx.xx.2016-cı il tarixdə 892 manat ödənilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” ASC-nin xx.xx.2019-cu il tarixli 16/3709 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Bank arasında hər hansı əmək və ya tapşırıq müqaviləsi bağlanmamışdır. Bank və ya Bankın “Sənaye” filialı tərəfindən Təqsirləndirilən şəxs və “xxxxxxxxx” MMC ilə bağlanmış hər hansı əməkdaşlıq müqaviləsi aşkar edilməmişdir. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı Hüquq Departamentindən xx.xx.2019-cu il tarixli 18/8794 №-li məktubla bildirilmişdir ki, Bankfın Sənaye filialı ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində ümumilikdə 20.850 ABŞ dolları məbləğində ödəniş edilmişdir və xx.xx.2017-ci il tarixə müştərinin Bank qarşısında olan borc öhdəliyi 18.655,06 ABŞ dolları (əsas borc-16.082,39 ABŞ dolları və faiz -2,582,67ABŞ dolları) təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli **********129100 №-li məktubla bildirilmişdir ki, Vergi ödəyiçilərinin dövlət reystrində «xxxxxxxxx» MMC barədə məlumat mövcud deyil, lakin hüquqi ünvanı AZ1012, ünvan 10 rəhbəri X17 olan «xxxxxxxxx-Servis» MMC (VJEN **********) barədə məlumat mövcuddur. Bakı şəhəri 54 saylı notariat kontorunda verilmiş xx.xx.2017-ci il tarixli, 7E-5276 nömrə ilə reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan daşınar əmlakı idarə etməyi, üzərində sərəncam verməyi, qeydiyyata salmağı, çıxarmağı və dövlət qeydiyyat nişanı almağı, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş, bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsasları üzrə ona çatası əmlakı, pulu, eləcə də, sənədləri almaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, xüsusi notariat kontorlarında adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X2 etibar etmişdir. Bakı şəhəri 43 saylı notariat kontorunda verilmiş xx.xx.2017-ci il tarixli, 7E-12697 nömrə ilə reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, ünvan 11 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs1 (AZE 14260591, xx/xx/2014-Bakı-ASAN-1) adından səlahiyyətlər ötürülmüş Xocavənd rayonu Tuğ kəndi ünvanda qeydiyyatda olan X3 (AZE05293139, xx/xx/2007- Beyləqan RPŞ), (Etibarnamə barədə məlumat 7E№5276-xx/xx/2017, Bakı şəhəri 54 saylı notariat kontoru) tərəfindən ünvan 13 mən.7 ünvanda qeydiyyatda olan X6 (AZE17100641, xx/xx/2017- Bakı-ASAN5) etibarnamə verilmişdir. Etibarnamə ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilən səlahiyyətlər - mülkiyyətində olan daşınar əmlakı idarə etməyi, üzərində sərəncam verməyi, qeydiyyata salmağı, çıxarmağı və dövlət qeydiyyat nişanı almağı, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş, bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqqhesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsasları üzrə ona çatası əmlakı, pulu, eləcə də, sənədləri almaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, xüsusi notariat kontorlarında adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X6 etibar etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2017-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri 54 saylı notariat kontorunun notariusu X8 tərəfindən X2 7E reyestrdə 5276 nömrəsi ilə qeydə alınmış etibarnamə həmin gün saat 17:14-də ləğv edilmişdir (Reyestrdə 7E-8312 №-si ilə qeydə alınmışdır). ünvan 14 mənzil 7 ünvanda qeydiyyatda olan X4 (AZE 17100641, ASAN-5-xx/xx/2017) xx.xx.2017-ci il tarixli, Bakı şəhəri, 14 saylı notariat kontorunun xüsusi notariusu X9 təsdiq etdiyi ərizəsinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, HYUNDAİ TUCSONminik markalı, 90SU399 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair ona etibarnamə verilmiş, həmin nəqliyyat vasitəsinin sazlığına, saz vəziyyətdə olan hissələrini dəyişdirməməyi (nasaz texniki hissələrdən başqa) öhdəsinə götürmüş, nəqliyyat vasitəsinin banka olan borcunun hər ay vaxtında ödəyəcəyinə təminat verir (Reyestr 7E-10079№-si ilə qeyd edilib, informasiya sisteminə daxil edilib). Bakı şəhəri 14 saylı Notariat Ofisindən xx xxxx 2019-cu il tarixli 1007 №-li məktubla bildirilmişdir ki, xx xxxx 2017-ci il tarixdə X10 Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, HYUNDAİ TUCSON markalı, **-SU-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sazlığına, saz vəziyyətdə olan texniki hissələrin dəyişdirməməsinə və nəqliyyat vasitəsinin banka olan borcunun hər ay vaxtında ödəyəcəyinin öhdəsinə götürülməsinə dair ərizəsində imzanın həqiqiliyinin təsdiq edilməsini xahiş etmiş, həmin tarixdə 8İ-10079 reystr nömrəsilə qeydə alınaraq, qeyd olunan məzmunda ərizə tərtib edilərək təsdiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, vətəndaşın ərizədə olan imzasının həqiqiliyinin təsdiq edilməsinə dair notariat işinin nüsxəsi notariat ofisində saxlanılmadığından, qeyd edilən işin təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsindən xx.xx.2019-cu il tarixli 05/4029/2-12 №-li məktubdan görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci ildə 8Ş-10079 reystr nömrəsilə vətəndaş X4 adından **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı müvafiq ərizə təsdiq edilərək «Elektron notariat» informasiya sistemində yerləşdirilmişdir. Qanunvericilikdə nəzərdə tutulmadığından sözügedən notariat hərəkətinin rəsmiləşdirilməsində «Beynəlxalq Bank»ın əməkdaşları iştirak etməmiş və həmin ərizə təsdiqləndikdən sonra adıçəkilən banka göndərilməmişdir. «Elektron notariat» informasya sistemindəki məlumatlar açıq istifadəyə verilmədiyindən bankların müvafiq qurumları notariat hərəkətləri ilə bağlı oradakı müvafiq məlumatları görə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsindən xx.xx.2019-cu il tarixli 05/4029-12 №-li məktubdan görünür ki, «Elektron notariat» informasiya sistemindəki xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan məlumata əsasən **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair etibarnamə rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası DİN-nin Portal məlumatlarından çıxarışdan görünür ki, 99EG134 dövlət qeydiyyat nişanlı “Hyundai Granduer” markalı avtomobil X13 mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin Portal məlumatlarından çıxarışdan görünür ki, 99EG919 dövlət qeydiyyat nişanlı “Hyundaiİ40” markalı avtomobil Şahid3 mülkiyyətindədir. xx xxxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, fakta görə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə ********* saylı cinayət işi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə ********* saylı cinayət işi üzrə istintaqın davam etdirilməsi Səbail RPİ-nin İstintaq şöbəsinini müstəntiq Farizə Hacıyevə həvalə edilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, xx xxxxxx 2018-ci il tarixdə təzələnmiş, xx xxxxxx 2018-ci il tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işi üzrə axtarışa elan edilmiş Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim edildiyindən xx xxxxxx 2018-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4 və 322.1-ci maddələrinə tövsif edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, xx xxxxxx 2020-ci il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş, həmin gün eyni əsaslarla dayandırılmışdır. xx xxxxx 2020ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx xxx 2020-ci il tarixli qərarla Rauf adlı şəxsin, həmçinin Cahangirov Allahveran oğlu və X10 barəsində ********* nömrəli cinayət işindən AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca icraata material ayrılmışdır. Həmin icraat gedişində X4 №Hyundai Tucson” markalı, 90 SU- 399 dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını saxtalaşdırıb istifadə etməsi faktına, yəni əməlində AR CM-nin 320.1 və 320.2-ci maddələrinin əlamətlərinə hüquqi qiymət verilməsi qərara alınmışdır. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni mzəmunlu ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, - xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 05 (beş) ay27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; - xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Yasamal RPİ İŞ-də cinayət məsuliyyətinə cəlb edilmişdir. 170096024, xx.xx.2018-ci il tarixdə cinayət işi məhkəməyə göndərilib. - xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Quba RPŞ-də cinayət məsuliyyətinə cəlb edilmişdir. 180566019, xx.xx.2018-ci il tarixdə cinayət işi məhkəməyə göndərilib. - xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Nərimanov RPİ İŞ-də cinayət məsuliyyətinə cəlb edilmişdir. 160060363, xx.xx.2018-ci il tarixdə cinayət işi məhkəməyə göndərilib. - xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Binəqədi RPİ İŞ-də cinayət məsuliyyətinə cəlb edilmişdir. 180040117, cinayət işi hazırda icraatdadır. BakıŞəhəriXətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmüilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələriilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikasının 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmüilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələriilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(027)-48/2019 nömrəli hökmüilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinəəsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasınıümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli xx xxxxxx 2018-ciil tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxslərə özünün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməkdaşı kimi təqdim etməməsi, yalnız xxxxxxxxx” MMCnin əməkdaşı kimi bildirməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onun - tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan Rauf adlı şəxslə, həmçinin X3 və X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özünü Zərərçəkmiş şəxs1 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməkdaşı kimi təqdim edib, sonuncu ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı”nın “Sənaye” filialı arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ipoteka yüklü edilmiş, G4KDDQH1306 mühərrik, KMHOE81B3EU701489 ban nömrəli, AC№075399 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş, «Hyunday Tucson» markalı **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobili yaranmış kredit borcuna görə banka təhvil verəcəyini bildirib xx xxxx 2017-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «Bakı market»in qarşısında alıb banka qaytarmayaraq, xx xxxx 2017-ci il tarixli 7E-5276 reystr qeydiyyat nömrəli etibarnamə ilə səlahiyyətlər ötürülmüş X3 vasitəsi ilə AR-İ-№536891 №-li xx xxxx 2017-ci il tarixli etibarnamə ilə etibar edilmiş X10 tərəfindən nəqliyyat vasitəsinin sazlığına, saz vəziyyətdə olan hissələrini dəyişdirməməyə (nasaz texniki hissələrdən başqa) öhdəsinə götürməklə, nəqliyyat vasitəsinin banka olan borcunu hər ay vaxtında ödəyəcəyinə təminat verməsinə dair Bakı şəhəri, 14 saylı notariat kontorunda təsdiq edilmiş, 7E-10079 reystr №-si ilə qeyd edilmiş xx xxxx 2017-ci il tarixli ərizə verib aldatmaqla, ələ keçirildiyi anda dəyəri 24.000 manat təşkil etmiş avtomobili ələ keçirib qaytarmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni – 24.000 (iyirmi dörd min) manat ziyan vurmaqla dələduzluq etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş Rauf adlı şəxsin, həmçinin X3 və X4 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxslərin adları ilə bağlı hissə Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununda “digər şəxslər” kimi oxunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını və iş üzrə Zərərçəkmiş şəxs2 qızna dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrii lə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(027)-48/2019 nömrəli hökmüilə Təqsirləndirilən şəxs təyin edilmiş03 (üç) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinəəsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasınıümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli xx xxxxxx 2018-ciil tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı işüzrə cinayət əməlləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2017-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)- 97/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmünə əsasən xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 hökmü ilə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(005)-97/2019 saylı hökmünə əsasən xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəzası çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar