Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-118/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 mənzilinə qanunsuz daxil olub mətbəxdə masanın üstündə olan 150 manat dəyərində «RADO» markalı bir ədəd kişi qol saatını, 5 manat dəyərində ***-***-**-** Azərsell mobil nömrəsi ilə işlətdiyi 50 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefonu, 5 manat dəyərində bir ədəd işlənmiş dəm çaynikini, 2 manat dəyərində bir ədəd çörək bıçağını, 2 manat dəyərində bir ədəd duz qabını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 214 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 22 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 5 ünvanına, saxlanc yeri hesab olunan həyətyanı sahəyə qanunsuz daxil olaraq, həyətdə mətbəx kimi istifadə etdiyi yerdə qoyulmuş stulun üzərində olan 20 manat dəyərində ***-***-**-** GSM mobil nömrə ilə istifadə edilən, 500 manat dəyərində bir ədəd «Samsung-Galaxy A30» markalı mobil telefon aparatını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 520 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi SMP-518 3 saylı yataqxanada qeydiyyatda olsa da, kiçik oğlu Səyyarla birlikdə ünvan 2şayır, heç yerdə işləmir, əksər vaxtı spirtli içki qəbul edir və spirtli içkiyə aludə olduğu üçün pula ehtiyacı olurmuş. Həmin pulu da əldə etmək məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə günorta vaxtı piyada gedən zaman sonradan adını bildiyi Yurasifin yaşadığı evin qapısının açıq olduğunu görüb oradan oğurluq etmək üçün yaxınlaşaraq qapını açıb içəri daxil olmuşdur. Evdə heç kimin olmadığını görüb dəhlizə girərək dəhlizdəki paltar asılqanın altında olan masanın üstündəki bir ədəd qızılı rəngli kişi üçün qol saatını və «Samsung» markalı işlənmiş vəziyyətdə mobil telefonu görüb götürmüşdür. Həmin vaxt mətbəxə keçib orda olan bir ədəd çayniki, çörək bıçağı və duz qabını götürüb orada olan selofan torbaya qoyaraq ordan uzaqlaşmışdır. Həmin evdən oğurluq etdikdən sonra 20-ci sahədə yolun kənarında yoldan keçən tanımadığı bir kişiyə yaxınlaşıb maddi cəhətdən imkanı olmadığını deyib əlində olan selofan torbada olan oğurladığı çayniki, 0 çörək bıçağını və duz qabını 5 manata, bundan başqa həmin evdən oğurladığı “Samsung” markalı mobil telefonu da 10 manata həmin kişiyə satmışdır. Bundan sonra piyada 20-ci sahədə olan 19 nömrəli X5 Stansiyasının yanında olan parka gəlmiş və orda bir nəfər yaşlı bir kişini görüb ona yaxınlaşaraq qolunda olan oğurladığı kişi qol saatını satmaq istədiyini demişdir. Həmin şəxs saatı nə səbəbə satdığını soruşduqda, o spirtli içki araq alıb içmək üçün pulu olmadığına görə özünə məxsus olan qol saatını satmaq istədiyini bildirmişdir. Aralarında olan söhbət zamanı əvvəl 5 manata satmağı dedikdə həmin şəxs onun satdığı kişi qol saatını alıb baxaraq 2 manat pul verib saatı ondan almışdır. Bundan sonra o oğurluq yolu ilə əldə etdiyi həmin əşyaların puluna araq alıb içmişdir. 22 oktyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində küçələri gəzərək oğurluq edib satmaq üçün hər hansı bir əmlak axtarırmış. 20-ci sahə ərazisində yol dairəsi yaxınlığında dalanı gəzərək orada birmərtəbəli, bir-birinə sıx şəkildə yerləşən mənzillərin giriş qapılarının açıq olubolmamasını yoxlamış, həmin vaxt sahibini tanımadığı bir mənzilin giriş qapısının qıfılının açıq olmasını görmüşdür, dəmir qapını açıb içəri boylandıqda balaca həyətdə tanımadığı bir nəfər qadının dayanıb balıq təmizləməsini, qadının arxasında həyətin girişində qoyulmuş masanın üzərində isə bir ədəd mobil telefon olduğunu görmüşdür. Həmin tanımadığı qadının qapını açmağından şübhələnməməsi üçün ondan evi kirayəyə verib-verməməsini soruşmuşdur, qadın kirayəyə mənzil verilmədiyini bildirmişdir, sonra o qapını yarıaçıq vəziyyətdə qoyub digər qapıları yoxlayaraq həmin qapının ağzında bir az ləngimişdir və bir neçə dəqiqədən sonra həmin qadının evə keçməsini hiss etmişdir. Bu zaman həyətin aralı qoyduğu giriş qapısından içəri gizlin və sakit daxil olub masanın üstündə qoyulmuş bir ədəd mobil telefonu götürüb tələsik həyətdən çıxmış və sonra iti addımlarla həmin dalandan uzaqlaşmışdır. «Samsung» markalı mobil telefonu söndürmüş və içərisindəki danışıq sim-kartını çıxarıb atmışdır. Sonra 20-ci sahə yaxınlığında tanımadığı bir nəfər şəxsə həmin mobil telefonu 20 manata satmışdır. Telefonu tanımadığı şəxsə satarkən mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını demişdir. Mobil telefonu satdıqdan sonra əldə etdiyi pula spirtli içki alıb içmişdir. Törətmiş olduğu oğurluq cinayət əməllərindən səmimi peşmandır, zərəri qismən ödədiyini, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, arvadı Firuzə və qızları Rəvanə və Vüsalə ilə Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yaşayır. Mənzilə giriş dalandan açılan bir laylı dəmir qapıdandır və mənzilləri bir otaqdan, dəhlizdən, mətbəxdən ibarətdir, dalandan mənzilə daxil olduqda dəhlizdir və dəhlizin bir tərəfində mətbəx, bir tərəfində sanitar qovşaq və hamamdır, baş tərəfdə isə otaqdır. Hadisə vaxtı havalar normal olduğundan mənzilin havalandırılmasına görə dalandan mənzitə girişin dəmir qapısını açıq qoyubmuşlar, lakin dəmir setkadan olan əlavə qapı örtülü imiş, lakin o da qıfılla bağlanmışdır. 21 oktyabr 2020ci il tarixdə, saat 13:15 dəqiqədə o, yoldaşı Firuzə və böyük qızı Rəvanə mənzilin otağında əyləşib televizora baxırmışlar, televizorda hansısa maraqlı veriliş gedirmiş, otağın giriş qapısı örtülü imiş, bu vaxt bayırdan mənzilin dəhlizinə kiminsə girməsini hiss etmişdir, addım səsləri ilə bilmişdir. Onların olduqları otağın dəhlizə pəncərəsi yoxdur, bir qapısı vardır ki, həmin vaxt da qapı bağlı imiş, ona görə də içəri girənin kim olmasını görməmişdir, elə başa düşmüş ki, qızı Vüsalədir işdən qayıdıb, ona görə də mənzilə kimin girməsinə baxmaq üçün dəhlizə çıxmamışdır. Sonra görmüşdür ki, içəri girən şəxs dəhlizdə o tərəf, bu tərəfə gedir, həmin şəxsin ayağında ayaqqabısı olmuşdur, onun dəhlizdə və mətbəxdə olması təxminən 5 dəqiqə davam etmişdir. Həmin şəxs dəhlizdən çıxanda o şübhələnmiş və görmüşdür ki, dəhlizdə heç kim yoxdur, setka qapı isə yarı açıq vəziyyətdədir. Mətbəxə keçmiş və baxmışdır ki, mətbəxdə masanın üstündə olan qızılı rəngdə, qızıl suyuna çəkilmiş, qolbağı da dəmirdən və qızıl suyuna çəkilmiş saat və «Samsung» markalı mobil telefon stolun üstündə yoxdur. Həmin mobil telefon köhnə imiş və ***-***-**-** mobil nömrəsi ilə işlədirmiş, hadisədən sonra o həmin telefona təxminən 1 saat zəng etmişdir, telefona zəng gedirmiş, lakin sonra telefon söndürülmüşdür. Saatla telefonun yox olmasını görüb yoldaşından soruşmuş, o da görmədiyini bildirmişdir. Sonra başa düşmüşdür ki, evdən oğurluq olmuşdur, küçəyə çıxmış, lakin heç kimi görməmişdir, sonra gəlib yoldaşı ilə evi axtarmış və məlum olmuşdur ki, saat və telefondan başqa mətbəxdən dəm çayniki, çörək bıçağı, duz qabı da oğurlanmışdır. Bir neçə gündən sonra oğrunu tapa bilmədiyinə görə gedib polisə ərizə vermişdir və sonra da polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib fotoşəkillər çəkərək bu barədə protokol tərtib etmişlər ki, o da həmin protokola imza etmişdir. Onun evindən oğurlanmış saatın markasını bilmir, onu çoxdan almış, oğurluq vaxtı qiyməti təxminən 150 manat olarmış, heç bir defekti olmamışdır, işlək vəziyyətdə imiş, görsə tanıyar, telefonu sadə imiş, oğurluq vaxtı qiyməti təxminən 50 manat olarmış, nömrənin qiyməti 5 manat, duz qabı, bıçaq, dəm çaynikinin də dəyəri daxil olmaqla oğurluq nəticəsində ona ümumilikdə 215 manat maddi ziyan dəymişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, eləcə də sonradan ərizə göndərərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ev-30 mənzil-9 ünvanında valideyinləri ilə birlikdə yaşayır. 22 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində o yaşadığı evin həyətyanı sahəsində balıq təmizləyirmiş. Bu zaman küçəyə yarıaçıq olan giriş qapısına bir nəfər arıq bədənli orta yaşlı kişi küçə qapını döyüb başını həyətə soxub ondan kirayəyə ev olubolmamasını soruşmuş, o da ona kirayəyə ev olmadığını demişdir. Sonra o balığı təmizləyib qurtardığı üçün evə aparmışdır, həyətin giriş qapısı isə yenə də yarıaçıq qalmışdır. O balığı mətbəxə aparıb əlini yuyub həyətə giriş qapısının yanına, balıq təmizlədiyi yerə gəlmiş ki, orada masanın üstünə qoyduğu özünə məxsus və ***-***-**-** nömrəsi ilə istifadə etdiyi 500 manat dəyərində «Samsung A30» markalı mobil telefonunu götürsün. Telefonu qoyduğu masaya baxdıqda orada mobil telefonu aşkar etməmişdir və dərhal başa düşmüşdür ki, mobil telefonunu həmin kirayəyə ev soruşan kişi oğurlamışdır. O dərhal küçəyə çıxmış və həmin şəxsi axtarmışdır, lakin küçədə heç kəs olmamışdır. Sonra evə dönüb başqa köhnə telefonla öz mobil nömrəsinə zəng etmişdir, lakin nömrəsi bağlı imiş, zəng çatmamışdır. Sonra o küçəni gəzib ətrafda qonşuluqda yerləşən dükan və kafelərdə işləyən şəxslərə, ondan kirayə ev soruşan yaşlı kişinin əlamətlərini bildirərək həyətdən mobil telefonunu oğurladığını bildirmişdir. Sonra evə dönüb 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra evdə olarkən qapılarına tanımadığı bir kişi gələrək əlamətlərini ona dediyi şəxsin sərxoş vəziyyətdə küçədə olmasını bildirmişdir, o da küçəyə getdikdə orada özünü Təqsirləndirilən şəxs kimi təqdim edən və ondan kirayəyə ev soruşan kişini görüb tanımışdır. Həmin şəxs həyətindən mobil telefonunu götürdüyünü etiraf etmişdir və telefonu küçədə tanımadığı şəxsə 20 manata satdığını, telefonun satışından əldə etdiyi pula içki alıb içdiyini bildirmişdir, telefonu satdığı şəxsi tanımır və xatırlamır. Həmin Təqsirləndirilən şəxs sonra polis əməkdaşları aparmışlar və sonra o polis əməkdaşlarına oğurluqla əlaqədar ərizə yazmışdır. Oğurlanmış telefonda olan sim kart nömrəsinin dəyəri 20 manat, telefonun dəyəri isə 500 manatdır, oğurluq nəticəsində ona 520 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 21 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində naməlum şəxsin onun mənzilinə qanunsuz daxil olaraq mətbəxdəki stolun üstündən 150 manat dəyərində kişi qol saatını, 50 manat dəyərində modelini bilmədiyi «Samsung» markalı mobil telefon aparatını gizli olaraq talaması barədə 27 oktyabr 2020-ci il tarixdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə verdiyi ərizə əsasında Səbail RPİ-nin 8-ci Polis Bölməsində toplanmış material əsasında 06 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır (2********). 26 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 müraciəti əsasında Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır . (2********) 25 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. 23 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun 23 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o saxlanıldığı Səbail RPİ-nin X3 həbsdən azad olunmuşdur. 23 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-118/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. 21 aprel 2021-ci il tarixdə Qaibov X4 RPİ-nin Cinayət axtarışı Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və 22 aprel 2021-ci il tarixdə o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlayıb Şahid2 satdığı və ondan götürülmüş 01 ədəd metal rəngli bilərziklə “RADO” yazısı ilə kişi qol saatı maddi sübut hesab edilmiş və sahibinə qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış qəbzdən görünür ki, mənzilindən oğurlanmış kişi qol saatını təhvil almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.02.2021-ci il tarixli, 9/357 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində «Rado» yazıları olan dəmir bilərzikli, qızılı rəngli uzun müddət istifadədə olmuş qol saatının 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilir. Təqdim edilməyən dörd adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 13,00 manat müəyyən edilir – ***-***-**-** saylı GSM mobil nömrə-4 manat, istifadədə olmuş dəm çayniki-5 manat, istifadədə olmuş çörək bıçağı-2 manat, istifadədə olmuş duz qabı-2 manat. Bir ədəd istifadədə olmuş sadə «Samsung» markalı mobil telefon cihazı haqqında ətraflı məlumat(modeli, istismar müddəti, texniki vəziyyəti və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 fevral 2021ci il tarixli, 9/492 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd təzə vəziyyətdə «Samsung A30» mobil telefonun nəzəri hesablama yolu ilə 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 420,0 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət işinin icraatına xitam verilmiş; - 18 iyun 2020-ci il tarixdə Səbail RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmşdir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş ziyan ödənilmiş və onun Qüqdrət qaibova qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgələrinin əmlaklarını gizli talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ziyanı qismən aradan qaldırmasını, yaşlı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən 23 yanvar 2021-ci il tarixədək, eləcə də 21 aprel 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, ev 104 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd metal rəngli bilərziklə “RADO” yazısı ilə kişi qol saatının zərərçəkmiş şəxs (sahibi) Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən 23 yanvar 2021-ci il tarixədək, eləcə də 21 aprel 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, ev 104 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd metal rəngli bilərziklə “RADO” yazısı ilə kişi qol saatının zərərçəkmiş şəxs (sahibi) Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-118/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-118/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver