Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-118/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, natamam-ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 yanvar 2022-ci il tarixdə saat 16 radələrində xadimə işlədiyi Bakı şəhəri, Səbail rayonu, 2-ci M.Mənsur döngəsi 7 ünvanında yerləşən evin 3-cü mərtəbəsində olan yataq otağında təmizlik işləri aparan zaman evdə tək olduğundan istifadə edərək həmin otaqda divardan asılmış rəfilərin üzərindəki Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları olan qırmızı rəngli qutunu açaraq sonuncuya məxsus 850 manat dəyərində 5,03 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış brilliant qaşlı üzüyü, 1689 manat dəyərində 16,09 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış kulonlu boyunbağı, 400 manat dəyərində 3,70 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış kulonlu boyunbağı, 5 manat dəyərində 2,71 qram çəkidə qiymətsiz metal ərintisindən hazırlanmış halqa formalı 1 cüt sırğanı, 850 manat dəyərində qızıldan hazırlanmış aqat qaşlı qolbağı və 2000 manat dəyərində qızıldan hazırlanmış boyunbağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5794 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin Yeni il bayramından sonra daimi iş axtarmaqda olmuş, sosial şəbəkələrdə və müxtəlif internet saytlarında iş elanları izləmişdir. 27 yanvar 2022-ci il tarixdə «Facebook» səhifəsində Aytən adlı qadının evə xadimə axtardığını, həftədə 6 gün olmaqla iş qrafikin olmasını, 500 manat məvacib veriləcəyi barədə elan görüb həmin elanın yanında olan telefon nömrəsinə zəng vurmuş və onlar iş şərtlərini müzakirə etmək üçün görüş təyin etmişlər. Həmin günü axşam saatlarında o, Aytən xanımın dəvəti ilə sonuncunun evinə gəlmiş və orada onlar görəcəyi iş haqqında danışmışlar. Onlar razılaşmışlar ki, o, həftədə 6 gün saat 08:45-dən saat 17:45-dək işə çıxsın və evdə təmizlik işləri aparsın, əvəzinə isə hər gün olmaqla ona 20 manat maaş veriləcək. Həftədə 6 gün işləmək ona o qədər də qane etməmiş, lakin pula ehtiyacı olduğundan və daimi iş yeri axtardığına görə o, razılaşmışdır. Səhəri gün o, Zərərçəkmiş şəxs evinə işə çıxmışdır. 28 və 29 yanvar 2022-ci il tarixlərdə o, Aytən xanımın evində işləmiş və hər işlədiyi günə qədər məvacib almışdır. 30 yanvar 2022-ci il tarixdə həftənin bazar günü olduğundan o, işə çıxmamışdır. 31 yanvar 2022-ci il tarixdə o, həmişəki kimi saat 08:45-də işə gəlmişdir. Aytən xanım və onun əri saat 10-da çıxıb getmişlər. O, təmizlik işlərə başlamışdır. Saat 16 radələrində Aytən xanımın qızı harasa çıxıb getmiş və bir saatdan sonra qayıtmışdır. Həmin müddət aralığında o, evdə tək olarkən 3-cü mərtəbəsində təmizlik işləri aparan zaman Zərərçəkmiş şəxs qızının yataq otağında divardan asılmış şüşə rəflərdə qırmızı əşya qutusunu görmüşdür. 29 yanvar 2022-ci il tarixdə o, həmin otağı yığışdırarkən Aytən xanım və əri hansısa məclisə getmək üçün hazırlaşırmışlar və o, Aytən xanımın həmin qutudan qızılzinət əşyaları götürüb üzərinə taxdığını görmüşdür. Həmin ərəfədə onun maddi sıxıntıları olmuşdur. Böyük qızının müalicəyə ehtiyacı olmuş, bunun üçün ona həkim təyinatı yazılmış, laikn pulu olmadığından o, qızını prosedurlara apara bilməmişdir. Həmçinin o, yay aylarında anasından yadigar qalmış qızıl sırğa və üzükləri lombarda qoyub 500 manat kreditə götürmüşdür. Sonra isə pulu tam vaxtında ödəyə bilmədiyi üçün əşyalar satılmalı olmuşdur. Bu səbəbdən də o, həmin qutunu görəndə qərara gəlmişdir ki, evdə heç kəsin olmamasından istifadə edib oradan bir neçə əşya götürüb satsın və pul əldə etsin. O, düşünmüşdür ki, bir neçə əşyanı götürsə Aytən bunu tezliklə aşkar etməyəcək. Aytənin təklif etdiyi iş qrafiki ona qane etmədiyi üçün o, onsuzda bu işdən tez bir zamanda çıxacağından düşünmüşdür ki, maddiyyətlə bağlı problemlərini həll edəndən sonra Aytən xanımla əlaqə saxlayar və qızıllarını qaytarsın. O, həmin qutunu açıb oradan 3 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl kulonu, bir ədəd qızıl üzüyü, bir cüt qızıl olduğunu güman etdiyi sırğa və bir ədəd qızıl boyunbağı götürmüş və çantasına qoymuşdur. Saat 17 radələrində Aytən xanımın qızı qayıtmış, o da ona işini bitirdiyini deyib çıxıb getmişdir. Evdən çıxarkən o, Aytən xanımın nömrəsinə “Whatsapp” proqramı ilə yazıb özünü pis hiss etdiyini bildirmişdir. Axşam evə gəldikdə o, oğurladığı əşyalara baxmış və qızılı rəngli sırğaların üzərində əyyar olmadığını aşkar edərək onların qızıl olmadığını başa düşmüşdür. Səhəri gün o, oğurladığı əşyalardan qızıl boyunbağı aparıb Nərimanov metrostansiyasının yaxınlığında yerləşən qızıl satışı ilə məşğul olan mağazaya şəxsiyyət vəsiqəni təqdim etməklə 1130 manata satmışdır. Təxminən 4 gün sonra o, qalan əşyalardan bir ədəd qızıl qolbağını Nəsimi rayonundakı «28 Mall» ticarət mərkəzinin yaxınlığında yerləşən qızıl satışı ilə məşğul olan mağazaya şəxsiyyət vəsiqəsini təqdim etməklə 670 manata satmışdır. Qalan əşyaları isə evində yataq otağında dolabda saxlamışdır. Əldə etdiyi 1800 manat puldan 280 manat lombarda aparıb anasının qızılını çıxarmışdır. 20 manat isə qızının fizioterapiya kursuna vermişdir. Qızılları satarkən onların oğurluq yolu ilə əldə etdiyini bildirməmişdir. Evində 1500 manat qalmışdır. 07 fevral 2022-ci il tarixdə isə o, şəxsi işləri ilə əlaqədar Nərimanov heykəlin yanında olarkən onun telefonuna polis əməkdaşları zəng vurmuş və olduğu yeri öyrənəndən sonra gəlib onu oradan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparmışlar. Polis bölməsində o, etdiyi oğurluğu etiraf edərək oğurladığı qızıl zinət əşyalarından onda evdə qalanları polis əməkdaşlara təqdim etmişdir. Sonra Zərərçəkmiş şəxs bölməyə dəvət olunmuş və onun polislərə təqdim etdiyi qızıl zinət əşyalar Zərərçəkmiş şəxs təqdim edildikdə sonuncu onları tanıyıb, özünə məxsus olduğunu bildirmişdir. Orada Zərərçəkmiş şəxs özü də etiraf etmişdir ki, qızılı rəngdə olan sırğalar adı büjeteriyadır. Polis əməkdaşları onu buraxdıqdan sonra isə evinə qayıdan kimi evində qalan 1500 manatı götürüb, üzərinə gecə ilə borca götürdüyü 200 manatı qoyaraq Aytən xanımla görüşmüş və 1700 manat pulu satdığı qızıl-zinət əşyaların əvəzinə sonuncuya vermişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci M.Mənsur döngəsi 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəsi həyat yoldaşı Şahid1 və qızı Şahid2 ibarətdir. Yaşadığı ev üçmərtəbəlidir, birinci mərtəbədə qonaq otağı və mətbəx, ikinci mərtəbədə yataq otağı və ikinci qonaq otağı, üçüncü mərtəbəsində də iki yataq otağı vardır. Evində baş vermiş oğurluq hadisəsindən təxminən bir həftə əvvəl o «Facebook» sosial şəbəkəsində evdə xadimə işinə adam axtardığı barədə elan və əlaqə nömrəsini yerləşdirmişdir. 27 yanvar 2022-ci il tarixdə elanda qeyd etdiyi nömrəyə özünü Mariya kimi təqdim edən qadın zəng vuraraq elanla bağlı zəng vurduğunu demişdir. O, Mariyanın İçəri şəhərə gəlib işlə bağlı bütün məsələləri evdə danışa biləcəklərini demişdir. Həmin gün axşam saatlarında Mariya onunla İçəri şəhərdə görüşmüş və o, sonuncunu qarşılayıb evinə apamışdır. O, iş qrafiki və məvacib barədə Mariyaya məlumat verəndən sonra onlar həftədə 6 iş gün olmaqla aylıq 500 manat məvacibin verilməsinə dair razılığa gəlmişlər. Bundan əlavə Mariyanın yol xərclərini də ödəyəcəyinə söz vermişdir. O, Mariyaya gündəlik pul verəcəyi barədə təklif verəndə sonuncu razılaşmış və səhəri günü Mariya işə çıxmışdır. 28 və 29 yanvar tarixləri Mariya səhər saat 09dan axşam saat 18-dək evində işləmişdir. Sövdələşdikləri kimi Mariyaya hər gün üçün maaş vermişdir. 30 yanvar 2022-ci il tarix bazar günü olduğundan Mariya işə çıxmamışdır. 31 yanvar 2022-ci il tarixdə saat 09-da Mariya həmişəki kimi işə gəlmiş və iş vəzifələrini yerinə yetirməyə başlamışdır. Saat 09 radələrində həyat yoldaşı Fuad, saat 10-11 radələrində isə o evdən çıxmış və evdə tək qızı qalmışdır. Həmin gün saat 18 radələrində o, evə gəldikdə Mariya artıq evdə olmamışdır. Təxminən bir saatdan sonra Mariya ona «Whatsapp» proqramı ilə yazaraq baş ağrısının onu narahat etdiyini, bu səbəbdən də səhəri gün işə çıxa bilməyəcəyini demişdir. O, həmin gün Mariyanın səhhəti ilə maraqlanıb bəzi məsləhətləri vermişdir. Səhəri gün o, yenə də Mariya ilə danışmış və səhhəti ilə maraqlanmışdır. 01 fevral 2022-ci il tarixdə saat 23 radələrində Mariya onunla əlaqə saxlayaraq əri ilə məsləhətləşdiyini, 6 günlük iş qrafikinin ona qane etmədiyini, bu qrafikə görə uşaqlarına lazımi qayğı göstərə bilməyəcəyini deyib, onların Mariyaya qarşı göstərdiyi münasibətə görə təşəkkürünü bildirib işə çıxmayacağını söyləmişdir. 05 fevral 2022-ci il tarixdə axşam saatlarında qızı Talifə otağında olan, içərisində ona məxsus bəzi qızıl-zinət əşyaları saxladığı qırmızı rəngli qutunu açaraq orada olan boyunbaqlardan birini götürmək istəyərkən tapa bilmədiyini demişdir. Onlar əvvəl buna əhəmiyyət verməmişdilər. Səhəri gün həftənin bazar günü olduğundan onların hamısı evdə olmuş və o, Talifənin üçüncü mərtəbəsində yerləşən yataq otağına qalxıb sonuncu ilə birlikdə həmin boyunbağı axtaran zaman əlavə olaraq qızıldan olan iki ədəd kulonla birlikdə boyunbağı, bir ədəd brilliant qaşlı üzüyün, bir ədəd qolbağın və bir cüt qızıl olmayan sırğanın yerində olmamasını aşkar etmişlər. Həmin anda onlar başa düşmüşdülər ki, Mariya onların evdə işlədiyi zaman həmin əşyaları Talifənin otağından oğurlamışdır. O, bununla bağlı sahə müvəkkilinə məlumat vermiş, həmin gün bazar günü olduğundan, səhəri gün, yəni 07 fevral 2022-ci il tarixdə 9-cu Polis Bölməsinə ərizə yazmışdır. Həmin gün onun izahatı alınmış və evinə baxış keçirilmişdir. Onun şübhələndiyi şəxslər barədə soruşmuşlar, o, Mariyadan şübhələndiyini deyib sonuncunun əlaqə telefonunu polis əməkdaşlara vermişdir. Həmin gün axşam saatlarında onu 9-cu Polis Bölməsinə dəvət etmişlər və orada o, Mariyanı görmüşdür. Polis əməkdaşlarının verdiyi məlumata görə Mariya evindən oğurluq etdiyini etiraf edərək taladığı qızıl-zinət əşyalarının bir qismini onlara təqdim etmişdir. Sonra ona həmin əşyalar göstərilmiş və o, onları tanımışdır. Orada iki əşya olmamışdır. Onlardan biri çəhrayi və sarı rəng qarışığında 750 əyarlı burulmuş halqalar birləşməsindən aqat qaşlı 850 manat dəyərində qolbaq, biri isə 750 əyarlı sarı qızıldan hazırlanmış tros şəkilində 2000 manat dəyərində boyunbağı olmuşdur. Qızıl üzüyün qiyməti 1500 manat, nazik boyunbaqla «T» hərfi şəkilində kulonun qiyməti 800 manat olmuşdur. Sırğalar adı metaldan olmuş, digər səbət formasında kulonla birlikdə boyunbağı ona hədiyyə olaraq verildiyindən onun qiymətini bilmir. O, polis bölməsindən çıxdığı gün gecə saatlarında Mariya onunla əlaqə saxlayıb polisdən buraxıldığını deyərək satdığı, ona məxsus olan qızıl-zinət əşyalarının satışından əldə etdiyi puldan onda qalan 1700 manatı ona evinin qarşısında vermişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, ailəsi birgə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Evində baş vermiş oğurluq hadisəsindən təxminən bir həftə əvvəl həyat yoldaşı Aytən «Facebook» sosial şəbəkəsində evdə xadimə işinə adam axtardığı barədə elan və əlaqə nömrəsini yerləşdirmişdir. Sonra elanla bağlı adını sonradan Mariya bildiyi qız gələrək yoldaşı ilə iş şərtləri barədə danışıq aparmışdır. O həmin vaxt evdə olmamışdır. İş şərtlərini də yoldaşı özü təyin etmişdir, o bu məsələyə müdaxilə etməmişdir. 28 yanvar 2022-ci il tarixdə Mariya işə çıxmış və bundan sonra iki gün onlarda işləmişdir. O səhər gedib axşam qayıtdığı üçün Mariya ilə ünsiyyəti olmayıb, demək olar ki, görməyib. 31 yanvar 2022-ci il tarixdə o həmişəki kimi işə getmiş və axşam işdən evə gəlmişdir. Axşam yoldaşı demişdir ki, Mariya xəstələndiyindən səhəri gün işə gəlməyəcək. Səhəri gün isə yoldaşı Mariyanın ümumiyyətlə bir daha işə çıxmayacağını demişdir. Çünki Mariyanın deməsinə görə iş şərtləri ona qane etmir. 06 fevral 2022-ci il tarixdə yoldaşının deməsindən ona məlum olmuşdur ki, ona məxsus bəzi qızılzinət əşyaları saxlanıldığı Talifənin yataq otağındakı qırmızı qutudan bir neçə qızıl- zinət əşyası oğurlanıb. Onlar ilk olaraq Mariyadan şübhələndikləri üçün yoldaşı Aytən həmin gün sahə müvəkkilinə, səhəri gün isə 9-cu Polis Bölməsinə ərizə vermişdir. Həmin gün evə baxış keçirilmişdir. Sonra həmin gün Mariya ifşa olunub 9-cu Polis Bölməsinə gətirilmiş və yoldaşı dəvət edilmişdir. Bölmədə yoldaşına Mariyanın oğurladığı bəzi qızıl-zinət əşyaları təqdim edilmiş və o onları tanımışdır. Sonra aldığı məlumata görə Mariya oğurladığı əşyalardan iki əşyanı satmışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, evlərində baş vermiş oğurluq hadisəsindən təxminən bir həftə əvvəl anası Zərərçəkmiş şəxs «Facebook» sosial şəbəkəsində evdə xadimə işinə adam axtardığı barədə elan və əlaqə nömrəsini yerləşdirmişdir. Sonra 27 yanvar elanla bağlı adını sonradan Mariya bildiyi qız gələrək anası ilə iş şərtləri haqqında danışmış və təklif etdikləri şərtlər Mariyaya qane etdiyi üçün işə çıxmağına razılıq vermişdir. Səhəri gün Mariya işə çıxmış və iki gün işləmişdir. Bazar günü Mariya gəlməmiş, 31 yanvar 2022-ci il tarixdə yenidən saat 09-da gəlmiş və işə başlamışdır. Az sonra atası Şahid1, ardınca isə anası Zərərçəkmiş şəxs evdən çıxmışdılar. Həmin gün saat 14-dən 15:30-dək o Online dərsləri ilə bağlı birinci mərtəbədə qonaq otağında olmuşdur. Onun yataq otağı 3-cü mərtəbədə yerləşir. Saat 12 radələrində isə Mariya evdən zibil torbalan atmaq üçün evdən çıxarkən küçədə evə baxan müşahidə kameralarının evi əhatə edib etməməyi soruşmuşdur. Bu sualın mənası əvvəl ona məlum olmamışdır. Həmin gün o, evdə ikən Mariya ona anasının hara getdiyini, nə vaxt gələcəyi kimi sualları vermişdir. «Online» dərsi qurtarandan sonra o, öz otağına qalxıb əynini dəyişmiş və bulvarda gəzişmək üçün aşağı enmişdir. Həmin vaxt Mariya aşağıda qonaq otağında təmizlik işləri aparmışdır. O, çıxarkən Mariya onun hara getdiyini və nə vaxt qayıdacığını soruşmuşdur. O, Mariyaya Bulvara gəzməyə getdiyini və dəqiq nə vaxt qayıdacığını bilmədiyini demişdir. Sonra o, evdən çıxmış və saat 17:30 radələrində qayıtmışdır. Evə qayıdanda Mariya birinci mərətəbədəki qonaq otağında çay içmişdir. Mariya onunla sağollaşıb çıxıb getmişdir. Həmin gün axşam saatlarında Mariya anası ilə əlaqə saxlayıb özünü yaxşı hiss etmədiyi üçün səhəri gün işə çıxa bilməyəcəyini demişdir. Səhəri gün isə anası Mariya ilə danışdığını, sonuncunun iş şərtlərindən narazı qaldığı üçün ümumiyyətlə bir daha işə çıxmayacağı barədə ona məlumat vermişdir. 05 fevral 2022-ci il tarixdə axşam saatlarında o, yataq otağında anasına məxsus qırmızı qutudan boyunbaqlardan birini götürüb taxmaq istəyərkən həmin boyunbağı orada aşkar etməmiş və sonra axtaracağını düşünüb bayıra çıxmışdır. Səhəri gün həftənin bazar günü olduğundan onlar evdə olmuş və otağına qalxıb anasının qızıl-zinət əşyaları saxladığı həmin qutuda axşam tapa bilmədiyi boyunbağı axtaran zaman əlavə olaraq qızıldan olan iki ədəd kulonla birlikdə boyunbağı, bir ədəd brilliant qaşlı üzüyün, bir ədəd qolbağın və bir cüt qızıl olmayan sırğanın yerində olmamasını aşkar etmişdilər. Həmin anda onlar başa düşmüşdülər ki, Mariya onların evdə işlədiyi zaman həmin əşyaları onun otağından oğurlamışdır. Anası Zərərçəkmiş şəxs bununla bağlı əvvəl sahə müvəkkilinə sonra isə 9-cu Polis Bölməsinə məlumat vermişdir. 07 fevral 2022ci il tarixdə anası 9-cu Polis Bölməsinə ərizə vermişdir. Həmin gün evlərinə baxış keçirilmişdir. Anası Mariyadan şübhələndiyini deyib sonuncunun əlaqə telefonunu polis əməkdaşlarına vermişdir. Həmin gün axşam saatlarında anasını 9-cu Polis Bölməsinə dəvət etmişdilər. Bir neçə saat sonra anası evə qayıtmış və onlara məlum olmuşdur ki, Mariya polis bölməsinə gətirilib etdiyi oğurluğu etiraf edərək oğurladığı bəzi qızıl-zinət əyşaları təqdim etmişdir. Qalan iki əşyanı isə satdığı üçün qaytara bilməmişdir. Anası öz qızıl-zinət əşyalarını tanımış və sonra da evə qayıtmışdır. Həmin gün gecə saatlarında Mariya anasıyla əlaqə saxlayıb polisdən buraxıldığını deyərək satdığı, ona məxsus olan qızıl-zinət əşyalarının satışından əldə etdiyi puldan onda qalan 1700 manatı gətirib anasına evlərinin qarşısında vermişdir. 08 fevral 2022-ci il tarixli qərarla faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 07 fevral 2022-ci il tarixli təqdim olunan əşyaların götürülməsi barədə protokola əsasən Zərərçəkmiş şəxs məxsus 1 ədəd briliant qaşlı üzük, 1 cüt sırğa, 2 ədəd qızıl sep və 2 ədəd klon Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvan 2 ünvanında yataq otağındakı dolabdan götürülərək təhvil verilmişdir. 08 fevral 2022-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 08 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 08 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 6/859-9/1010 saylı, 03.03.2022-ci il tarixli materialların məhkəmə ekspertizası, məhkəmə iqtisadi ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş 1) 5,03 qram kütləli, halqasının iç tərəfində “750” damğası olan, qırmızımtıl-sarı rəngli 1 ədəd üzü 750 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiyətli qaşlara aiddir-briliantdır. Qaşlardan 56 ədədinin hər biri təxminən 0,004 karat, 4 ədədinin hər biri təxminən 0,006 karat, 5 ədədinin hər biri təxinən 0,048 karat ölçüdə olmaqla ümumilikdə ¾ keyfiyyətlidir. 2) 2,71 qram küləli, halqa formalı, sarı rəngli bir cüt sırğa qiymətsiz metal ərintisindən hazırlanmışdır. 3) 16,09 qran kütləli üzərində “750” damğası həkk edilmiş, kulonunun üzərində müxtəlif rəngli minalanmış hissələr olan sarı rəngli 1 ədəd kulonlu boyunbağı 750 əyarlı qızıldan hazırlanmışdır. 4) 3,70 qram kütləli, “T” formalı kulonu olan, kilid və qulaqcığından “750” damğası həkk edilmiş, kulonunun üzəridə müxtəlif rəngli elementlər, yaşıl rəngli qaşlar və bir ədəd rəngsiz , şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli 1 ədəd kulonlu boyunbağı 750 əyarlı qızıldan hazırlanmışdır. Kulonun üzərində olan 1 ədəd rəngsiz, şəffaf qaş qiymətli qaşlara aiddir briliantdır. 1 ədəd qaş təxminən 0,009 karat ölçüdə olmaqla ümumlikdə 3/3 keyfiyyətlidir. Kulonun üzərində olan yaşıl rəngli qaşlar qiymətli qaşlara aid deyil. Tədqiqata təqdim edilmiş mmulatların 2022-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən aşağıdaki kimi müəyyən edilir. 1) 5,03 qram kütləli 1 ədəd üzük -850,0 manat 2) 2,71 qram kütləli 1 cüt sırğa – 5,0 manat 3) 16,09 qram kütləli 1 ədəd kulonlu boyunbağı -1689,0 manat 4) 3,70 qram kütləli 1 ədəd kulonlu boyunbağı -400,0 manat Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. 05 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə 5,03 qram kütləli 1 ədəd üzük, 2,71 qram kütləli 1 cüt sırğa, 16,09 qram kütləli 1 ədəd kulonlu boyunbağı, 3,70 qram kütləli 1 ədəd kulonlu boyunbağı iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qəbzə əsasəm Zərərçəkmiş şəxs tərəfindən 1 cüt sırğa, 1 ədəd üzük və 2 kulonlu boyunbağı saxlanca qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır – 07 dekabr 2019-cu il təvəllüdlü X6, 21 yanvar 2021-ci il təvəllüdlü X7. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını gizli talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə, 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 5,03 qram kütləli 1 ədəd üzük, 2,71 qram kütləli 1 cüt sırğa, 16,09 qram kütləli 1 ədəd kulonlu boyunbağı, 3,70 qram kütləli 1 ədəd kulonlu boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizası, məhkəmə iqtisadi ekspertizası tədqiqatlarının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 5,03 qram kütləli 1 ədəd üzük, 2,71 qram kütləli 1 cüt sırğa, 16,09 qram kütləli 1 ədəd kulonlu boyunbağı, 3,70 qram kütləli 1 ədəd kulonlu boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizası, məhkəmə iqtisadi ekspertizası tədqiqatlarının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-118/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-118/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver