Məhkəmə qərarları › İş №1(009)-119/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-119/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-119/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamışdır. Belə ki, o, tamah məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 3 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs Hökməli oğlunun icarəyə götürüb işlətdiyi «Romaşka» mağazasına müştəri kimi daxil olduqdan sonra, mağazada müxtəlif içkilərin yerləşdirildiyi piştaxtadan 1 ədəd 120 manat dəyərində olan «Greenfield» markalı spirtli içki olan viskini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, tamah məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 21:45 radələrində ünvan 4 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs Hökməli oğlunun icarəyə götürüb işlətdiyi «Troya» mağazasına müştəri kimi daxil olduqdan sonra, mağazada müxtəlif içkilərin yerləşdirildiyi piştaxtadan 1 ədəd 560 manat dəyərində olan «Henessey» markalı spirtli içkini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 560 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 18 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri –0,057 qram; 0,035 qram; 0,049 qram; 0,050 qram; 0,044 qram; 0,047; 0,066 qram; 0,044 qram; 0,064 qram; 0,044 qram; 0,053 qram; 0,073 qram; 0,059 qram; 0,063 qram; 0,069 qram; 0,060 qram; 0,051 qram; 1,012 qram; ümumi çəkisi 1,940 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narotik vasitə olan heroini və 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,061 qram; 0,111 qram; 0,054 qram; 0,045 qram; 0,059 qram; ümumi çəkisi 0,330 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Səbail rayonu ərazisində yerləşən “Malakan” bağında Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş və orada üstünə baxış keçirilən zaman göstərilən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23:15 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Malakan bağında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirərək, birlikdə 39-cu polis bölməsinə getmələrini demişlər. O, etiraz etməyərək həmin şəxslərlə birlikdə 39-cu polis bölməsinə gəlmişdir. 39-cu polis bölməsində xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin və tərcüməçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni nə varsa masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin cibindən bir gün əvvəl “Kubinka” adlanan yerdən tanımadığı şəxsən özünün istifadəsi üçün 100 manata aldığı, ümumilikdə 23 bükümdə, 5 bükümdə metamfetamin, 18 bükümdə isə heroin narkotik vasitəni masanın üzərinə qoymuşdur. Uzun müddətdir narkotik vasitə qəbul edir. O psixotrop maddəni və narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, onları satmaq niyyəti olmamışdır. 23 bükümdə olsa da, o bükümlər hamısını bir bükümdə saxlamışdır. O uzun müddətdir ki, narkotik vasitə qəbul edir, bu səbəbdən də narkotik vasitəni və psixotrop maddəni qeyd olunan miqdarda almışdır ki, gələcəkdə istifadəsi üçün kifayət etsin. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla əlaqədar göstərmişdir ki, onun əməlində CM-nin 177.2.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, 2019-cu ilin iyun ayında oğurlanmış «Greenfield» markalı spirtli içkinin qiyməti 120-140 manat deyil, həmin içkinin alış qiyməti xeyli aşağıdır. Bu fakta görə polis bölməsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. 2019-cu ilin avqust ayında oğurlamış «Henessey» markalı spirtli içkinin də alış qiyməti xeyli aşağı olmuşdur. Qiymətlər məhz zərərçəkən şəxsin deməsinə görə qeyd olunmuşdur. Dəymiş ziyan düzgün qiymətləndirilməmişdir. Spirtli içkiləri oğurlamışdır, lakin qimətlər aşağı olduğuna görə onun cinayət məsuliyyəti yaranmır. Məhkəmədən bu halları nəzərə almağı xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs Hökməli oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ildən ünvan 5 saylı ünvanında yerləşən “Troya” və Səbail rayonu Rəsul Rza küçəsi 17 ünvanında yerləşən “Romaşka” ərzaq mağazalarını icarəyə götürərək işlədir. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində “Romaşka” marketdə spirtli içkilər satılan bölməyə baxan zaman orada olan, maya dəyəri 120 manat, satış qiyməti 145 manat olan 1 ədəd bir litirlik şüşə qabda qablaşdırılmış “Greenfield” markalı viskinin yerində olmadığını görmüşdür. O, bu barədə soruşduqda onun işlətdiyi mağazanın adminstratoru Şahid6 bildirmişdir ki, kamera görüntülərinə baxıb və həmin şəxsi üzdən tanıdığını demişdir. Birlikdə kamera görüntülərinə baxmışlar, görüntüdə arıq bədənli, hündürboy bir şəxsin marketdə olan zaman viskilər olan rəfə yaxınlaşaraq orada olan “Greenfield” markalı viskini götürərək gizlincə mağazadan çıxması müşahidə olunmuşdur. Bundan sonra şikayət ərizəsi əsasında Səbail RPİ-nin 9-cu polis bölməsinə araşdırma aparılmışdır. Bundan bir neçə gün sonra, səhər saatlarında Aslan ona zəng vuraraq bildirmişdir ki, mağazadan oğurluq etmiş şəxs Nizami küçəsində, “McDonalds” restoranı yaxınlığında bir nəfərlə dayanmışdır. Aslan bu barədə ərazidə xidmət aparan polisə bildirib və şübhələndiyi şəxsi saxlayıblar və polis bölməsinə aparıblar. Polis bölməsinə oğurluq etmiş həmin şəxslə görüşmüşdür. Bu şəxs Təqsirləndirilən şəxs olmasını demiş, ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Səbail rayonu R.Rza küçəsi 17 saylı ünvanda yerləşən “Romaşka” ərzaq mağazasından Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi barədə Səbail RPİ-nin 9-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir, bununla bağlı həmin polis bölməsində araşdırma aparılmış, həmin hadisə nəticəsində 140 manat maddi ziyan dəydiyindən faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, “Troya” mağazasına gəlmiş və həmin vaxt bir neçə gün ərzində Gürcüstan Respublikasında olduğundan və mağazaya gəlmədiyindən mağazanın mallarına nəzər yetirdikdə, piştaxtada olan bir ədəd bir litirlik 560 manat dəyərində şüşədə qablaşdırılmış “Hennessey” markalı konyakın yerində olmadığını görmüş, bununla bağlı işçilərlə maraqlandıqda və yoxlama apardıqda, həmin bir şüşə içkinin satılmadığını müəyyən etmişdir. Həmin içkinin oğurlanmasından şübhə etdiyi üçün mağazanın təhlükəsizlik kameralarına nəzər yetirdikdə həmin içkini xx xxxxxx 2019-cu il tarixdə saat 21:45 radələrində, bir neçə müddət əvvəl onun işlədiyi “Romaşka” mağazasından bir şüşə viskini oğurlamış olan şəxsin mağazaya daxil olaraq piştaxtadan bir şüşə “Hennesey” konyakını götürüb, üzərində gizlədərək mağazadan çıxıb getdiyini aşkar etmişdir. Bundan sonra o, bununla bağlı Səbail RPİ-nin 9-cu polis bölməsinə gedərək bu barədə şikayət yazmışdır. O, həmin bir şüşə içkini xx xxxxxx 2019cu il tarixdə oğurlamış şəxsin görüntülərini təhlükəsizlik kamerasında aşkar etdikdə, bu şəxsin bir müddət əvvəl onun işlədiyi “Romaşka” mağazasından bir şüşə viskini oğurlayan şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 560 manat məbləğində maddi ziyan dəymişdir. Sonra 9-cu polis bölməsinə gedərək bu barədə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, oğurlanmış spirltli içkilərin hansı qiymətə aldığını xatırlamır, lakin o “Greenfield” markalı içkini 140 manata satdığını, Hennessey” markalı içkini isə 560 manata satdığını göstərmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən daxili işlər orqanlarında polis nəfəri işləyir. İş yoldaşları Şahid3 və Şahid2 ilə birlikdə xx xxxx 2019-cu il tarixdə avtopatrul maşınında xidmət aparmışlar. Şahid3 patrul maşınının sürücüsü olduğu üçün həmin ərazidə daimi xidmət aparır. O və Seyidəli isə müxtəlif inzibati ərazilərdə xidmət aparırlar. xx xxxx 2019-cu il tarixdə Səbail rayonu R.Rza küçəsində yerləşən “Romaşka” adlanan marketin sahibi Elnur, həmin ərazidə daimi xidmət aparan iş yoldaşları Şahid3 bildirmişdir ki, sahibi olduğu “Romaşka” marketdən arıq bədənli, saçlarını arxaya daramış vəziyyətdə, qara geyimli bir şəxs spirtli içki oğurlayıb və həmin şəxs marketdə olan kameralara düşüb. xx xxxx 2019-cu il tarixdə saat 09:00 radələrində Fəvvarələr bağında xidmətdə olan zaman Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən “313” adlı marketdən arıq bədənli, qara geyimdə, saçlarını arxaya daramış bir nəfər çıxıb, onları görüb özünü itirərək iti addımlarla onlardan uzaqlaşmağa başlamışdır. Şahid3 həmin şəxsin əlamətlərinin “Romaşka” marketinin sahibinin dediyi əlamətlərə oxşar olduğunu demiş, özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Bu şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istədikdə, həmin şəxs heç bir sənədinin olmadığını bildirmişdir. Market sahibinin dediyi əlamətlərə uyğun əlamətlərlə saxladıqları şəxsi Səbail RPİ-nin 9-cu PB-nə aparmışlar və burada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Raport tərtib edərək şəxsi növbətçi hissəyə təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Tariyel oğlu ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 39-cu PB-də cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə polis bölməsinə “Tamerlan” adlı şəxsin Səbail rayonunda ərazisində yerləşən “Malakan” bağında narkotik vasitələrinin qabunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə o və bölmənin sahə inspektoru Şahid5 həmin şəxsə yaxınlaşmaqla onu saxlayıb polis bölməsinə gətirməyi planlaşdırmışlar. Qrup yaradılmış və işə başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Malakan” bağında Tamerlan adlı şəxsi görüb yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün soruşduqda, bu şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu şəxsi Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər. 39-cu polis bölməsinə gətirilən zaman vəkil dəvət olunmuş, saxlanılan şəxsə hüquqları izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 1 ədəd selofan büküm aşkar edilərək götürülmüş, həmin bükümünün içərisində 23 ədəd kiçik bükümlər olmuşdur. Bükümlərin 5-də psixotrop maddə metamfetamin, 18-də isə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni “Kubinka” deyilən yerdən 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 Tariyel oğlunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən DVD diskdəki videogörüntyüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxx 2019cu il tarixdə saat 23.30-da Səbail RPİ-nin 39-cu Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. X7 Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları göstərməyi təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd selofan büküm çıxararaq masanın üzərinə qoyur. Həmin selofan büküm baş əməliyyat müvəkkili Şahid4 tərəfindən açılır və içərisindən 23 ədəd xırda bükümlər aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, bükümlərdə olan qəhvəyi rəngli maddə “kakos” deyilən narkotik vasitədir, onu 100 manata “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bükümlərin bir neçəsində ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Bükümlər zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30226 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs .......” sözləri və imzalar olan bir ədəd zərfdəki 18 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,057 qram; 0,035 qram; 0,049 qram; 0,050 qram; 0,044 qram; 0,047 qram; 0,066 qram; 0,044 qram; 0,064 qram; 0,044 qram; 0,053 qram; 0,073 qram; 0,059 qram; 0,063 qram; 0,069 qram; 0,060 qram; 0,051 qram; 1,012 qram – ümumi çəkisi -1,940 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkot ik vasitə heroindirlər və 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,061 qram; 0,111 qram; 0,054 qram; 0,045 qram; 0,059 qram – ümumi çəkisi – 0,330 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər. Metamfntamin adlı pereparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş kimyəvi tədqiqatın aparılmasında 0,36qr istifadə edildikdən sonra qalmış 1, 58 qram heroin, cəmi tədqiqata sərf edilmiş – 0,1 qr, qalıq 0,230 qram metamfetamin maddi sübut hesab edilib Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30988 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən ekspertizaya təqdim edilməyən müxtəlif çeşidli alkoqollu içkilərin xx xxxx 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir: - bir ədəd 1 litir tutumlu “Greenfield” markalı spitli içki olan viski 120,00 manat; - bir ədəd 1 litir tutumlu “Henessey” markalı spirtli içki olan konyak 350,00 manat. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-video texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30914/30915 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, təqdim edilmiş 3 ədəd “VİD- 20191009-WA0005”, “VİD-20191009-WA0006”, “VİD-20191009-WA0007” adlı “mp4” formatında tərtib olunmuş videoçəkilişlərdə montaj əlamətləri müəyyən olunmamış, həmçinin tədqiqata təqdim edilmiş 01 ədəd “DVD-R” tipli diskdəki videogörüntülərdə istintaq üçün maraqlı olan kişi çinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq, seyvanı, çənəsi və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 101.17 (bir yüz bir manat on yeddi qəpik) manat təşkil edir. İş üzrə Zərərçəkmiş şəxs Hökməli oğlunun təqdim etdiyi DVD diskdə əks olunmuş görüntülərə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokolundan görünür ki, diskdə Zərərçəkmiş şəxs və iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, həmin diskdə Zərərçəkmiş şəxs Hökməli oğlunun icarəyə götürüb işlətdiyi “Romaşka” və “Troya” mağazalarında oğurluq edilməsini göstərən 3 fayl (həmin fayllardan 2-i eynidir) müəyyən edildi. Diskdə olan birinci videogörüntü xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Səbail rayonu R.Rza küçəsi17 saylı ünvanda yerləşən “Romaşka” ərzaq mağazasında olan kameralar tərəfindən qeydə alınmış 3 dəqiqə 20 saniyə müddətdən ibarətdir. Videogörüntüdə mağazada bir neçə müştərinin olduğu, onların arasında qara köynək və qara şalvarda olan arıq bədənli, təxminən 180 sm boyda olan bir nəfər şəxsin gözünə gün eynəyi taxıb sonra çıxararaq başının üzərinə qoyması, sonra bu şəxsin kassa yaxınlığında olan spirtli içkilərin yerləşdirildiyi piştaxtaya yaxınlaşdığı, bir əlində telefon və başqa nə isə saxladığı, sonra ətrafa baxaraq spirtli içkilər olan piştaxtanın baş tərəfinə yaxınlaşdığı, sol əlində olan telefonla danışaraq ətrafa baxıb piştaxtanın yuxarı hissəsindən içki şüşəsini götürərək dərhal üstə saldığı köynəyin altından, qarşı tərəfdən şalvarının belində yerləşdirərək mağazadan çıxdığı müşahidə olunur. Diskdə olan 2-ci videogörüntü xx xxxxxx 2019-cu il tarixdə saat 21:45 radələrində ünvan 6 ünvanda yerləşən “Troya” mağazasında olan kameralar tərəfindən qeydə alınmış 35 saniyə müddətdən ibarətdir. Videogörüntüdə ağ köynəkdə, qara şalvarda olan arıq bədənli, təxminən 180 sm boylarındaolan bir nəfər şəxsin mağazada spirtli içkilər satılan bölmədə içkilərə baxdığı, ona burada qara geyimli qızın yaxınlaşması, həmin şəxsin müxtəlif içkilər yığılmış piştaxtadan bir ədəd içkini götürüb qıza göstərməsi, sonra qız geri dönüb gedən zaman şalvarının üstünə saldığı köynəyi qaldıraraq əlində olan şüşəni şalvarın belinə qoyub, köynəyi üstünə saldığı, mağazanın çıxışına doğru getməsi müşahidə olunur. Zərərçəkmiş şəxs Hökməli oğlu hər iki mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirir. Təqsirləndirilən şəxs isə görüntülərdə olan şəxsin özü olmadığını bildirdi. Zərərçəkmiş şəxs Hökməli oğlu tərtib edilmiş protokolu imzalasa da, Təqsirləndirilən şəxs səbəb göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Şərbərov Elnur Hökməli oğlundan götürülmüş Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 17 saylı ünvanda yerləşən “Romaşka” mağazasında və Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 19 saylı ünvanda yerləşən “Troya” mağazasında oğurluq etməsinə dair videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə-narkoloji ekspertizasının ambulator məcburi-tibbi yoxlamaya dair xx xxxxxx 2019-cu il tarixli 2960 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyi müşayiət edən xx.xx.2020-ci il tarixli xx/xx-2745 №-li məktubda bildirilmişdir ki, Ambulator məcburi X9 zamanı Təqsirləndirilən şəxs sol gözündə görmə qabiliyyətinin olmaması, ağ giyər vərəmi, viruslu hipotit “B” xəstəliklərindən əzab çəkməsi və bununla əlaqədar ömürlük İİ dərəcə əlil olması barədə komissiyanı məlumatlandırmış, Təqsirləndirilən şəxs İİ qrup əlil olubolmamasının komissiyanın onun barəsində yekun qərara gəlib rəy verməsi üçün önəmli məlumat olduğundan, bu məlumatı dəqiqləşdirmək məqsədilə xx.xx.2019-cu il tarixli xx/xx- 13370 №-li sorğu ilə Səbail RPİ-nin İŞ-nə müraciət ünvanlanmış, sortuya cavab olaraq təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli **********6 №-li arayışda Təqsirləndirilən şəxs şöbədən heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, xx.xx.2012-ci il tarixli müayinə aktından çıxarışa əsasən Təqsirləndirilən şəxs oğuna “Buynuz qişanın qüzehli qişasının bitişmiş çapığı. Tor qişanın zədələnmədən sonrakı qopması. OD – 1.0 Vis OS – 0. Hər iki ağciyərin yuxarı payının vərəmi. Bərkimə mərhələsi” diaqnozuna əsasən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2669 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Onda xəstəliyin psixopatik çizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyinvə ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intelektual-mnestik imkanları normaya uyğundur, əqli inkişayında psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilmir. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik (fizioloji affekt, kəskin stress, psixi-emosional gərginlik və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 23:15 radələrində Malakan bağında şübhəli şəxs qismində saxlanılaraq 39-cu PBnə gətirilmiş, üzərindən ümumilikdə 23 ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükümlər aşkar edilərək götürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01.30da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Hökməli oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rəddi edilmiş və Zərərçəkmiş şəxs Hökməli oğluna məxsus dəyəri ümumilikdə 120 manat olan “Greenfield” markalı viskini “Romaşka” mağazasından oğurlayan Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin görülməsi qərara alınmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsində Zərərçəkmiş şəxs Hökməli oğlunun icarəyə götürüb işlətdiyi “Troya” mağazasından 1 ədəd 560 manat dəyərində olan “Hennessey” markalı spirtli içkinin oğurlanması faktına görə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Hökməli oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Hökməli oğlunun ərizəsi əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində toplanmış material üzrə xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən ləğv edilmiş və material Səbail RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi üçün Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə dəyəri 120 manat olan “Greenfield” markalı viskinin “Romaşka” mağazasından oğurlanması barədə toplanmış material istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, 19002179 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 19002179 nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və ********* saylı nömrə altında davam etdirilməsi qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(009)-688/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 04 ayadək, yəni xx xxxxx 2020-ci il tarixə kimi uzadılmışdır. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.2-ci maddərindən, həmin Məcəllənin 234.2 və 177.2.2-ci maddərinə tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; xx xxxxx 2009-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən çəzasənən çəkilməmiş ½ qədər azaldılaraq, üzərində 07 (yeddi) ay 02 (iki) gün cəza saxlanılmışdır; 3) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı cəzadan azad edilmişdir. 5) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müəddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi əsasən Təqsirləndirilən şəxs ümumilikdə 11 (on bir) ay, 23 (iyirmi üç) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 01 (bir) il 05 (beş) ay müəyyən olunaraq şərti tətbiq olunmuşdur. Lakin Təqsirləndirilən şəxs sınaq müddəti ərzində, yəni xx xxxxxx 2019-cu il tarixdə yenidən Azərbaycan Respublikası CM 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2019-cu ilin iyun və avqust aylarında oğurluq cinayətini törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıdran hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və cəza təyin edilməlidir. (66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. ) Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün sınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə CM-nin 177.2.2 və 234.2-ci maddələrinə görə təyin edilmiş və qismən toplanılmış azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərkən həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması qeyd edilsə də, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23:15 radələrində saxlanılmış və onun üzərinə həmin gün saat 23:30 radələrində baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs hüquqları faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdə məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydalarının 3-cü maddəsində qeyd olunmuşdur ki, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olduğundan ona məcburi müalicə təyin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X2 ekspert komissiyasının xx xxxxxx 2019-cu il tarixli 2960 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,58 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narotik vasitə heroin və qalıq çəkisi 0,230 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisələrinin özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 216,17 (iki yüz on altı manat on yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(009)-76/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisələrinin özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,58 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narotik vasitə heroin və qalıq çəkisi 0,230 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 216,17 (iki yüz on altı manat on yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 1440 (bir min dörd yüz qırx) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun (“xxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar