Məhkəmə qərarları › İş №1(009)-119/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-119/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-119/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əsgər oğlunun, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt elektrik stansiyasının yaxınlığında ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncuya Rusiya Federasiyasından «İphon 13 Pro» markalı mobil telefon gətizdirəcəyini yalandan vəd verib 30 noyabr 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda yerləşən «Mama Jan» restoranında Zərərçəkmiş şəxs 1700 (bir min yeddi yüz) manat nağd pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxs Gülər Rəhimovanı 2019-cü ildən tanıyır. Onunla tanışlığı əvvəllər Sumqayıt şəhərində işlətdiyi telefon mağazasından yaranıb. Zərərçəkmiş şəxs onun işlətdiyi mağazadan «İphone X» markalı telefon alıb. Münasibətləri dostluq münasibətinə çevrilib. 2021-ci ildə Zərərçəkmiş şəxs onun mağazasına gələrək aldığı «İphone X» markalı telefonu satmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin telefonu 500 (beş yüz) manata sata biləcəyini demişdir. Gülər razılaşıb telefonu ona vermişdir. Gülərin telefonunu 500 (beş yüz) manata satmış, lakin həmin pulu Zərərçəkmiş şəxs verməmişdir. Gülər ondan pulunu tələb etdikdə Rusiyada yaşayan dayısının vasitəsi ilə Rusiya Federasiyasından «İphone13» markalı telefon gətizdirə biləcəyini bildirmiş və əlavə olaraq sonuncudan 1700 (min yeddi yüz) manat pul verməsini təklif etmişdir. Gülər onunla razılaşmış və Bakı şəhəri Səbail rayonunun ərazisində ki, “Mama Jan» kafesində onlar görüşmüş və Gülər əlavə olaraq 1700 (min yeddi yüz) manatı sayıb ona vermişdir. Məqsədi heç də Gülərə telefon gətirmək olmamışdır. Pula ehtiyacı olduğu üçün bu hərəkəti etmişdir. Hazırda maddi imkanı olmadığına görə Gülərin pulunu qaytara bilmir, Sumqayıt şəhərində yeniçə işə düzəlmişdir, Gülərin özünə də bildirmişdir ki, hər ay aldığı maaşdan 100-150 (yüz-yüz əlli) manatı vurduğu ziyanın əvəzi kimi Gülərə verəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cü ildən tanıyır. Onunla münasibəti Sumqayıt şəhərində işlədiyi «Cavid» Mall ticarət mərkəzinin yaxınlığında yerləşən telefon mağazasından telefon alanda yaranıb. Təqsirləndirilən şəxs həmin mağazada telefon satışı ilə məşğul olurdu. O, həmin mağazadan «İphone X» markalı telefon almışdır. Təqsirləndirilən şəxslə yaxın dostluq münasibətlərində olmuşlar. 2021-ci ildə Təqsirləndirilən şəxs «İphone X» markalı telefonu satmaq istədiyini bildirmiş və telefonu Təqsirləndirilən şəxs vermişdir. Bababəy ona telefonu 500 (beş yüz) manata sata biləcəyini bildirimiş və onlar razılaşmışlar. Təxminən 15-20 gün sonra Təqsirləndirilən şəxs həmin telefonu 500 manata satdığını öyrənmişdir. Pulu istədikdə isə Bababəy müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra o, pulunu təkrar istədikdə sonuncu ona dayısının vasitəsi ilə Rusiya Federasiyasından «İphone13» markalı telefon gətizdirəcəyini bildirmiş və əlavə olaraq 1700 (min yeddi yüz) manat pul verməsini təklif etmişdir. O, Bababəylə razılaşmış, ona inanmış, 30 noyabr 2021-ci il tarixdə Bakı şəhərində Səbail rayonu ərazisində ki, «Mama Jan» restoranında videoçəkiliş aparmaqla 1700 (min yeddi yüz) manat pulu sayıb ona vermişdir. Ümimilikdə Bababəyin ona 2200 (iki min iki yüz) manat borc yaranmışdır. Həmin puldan 500 (beş yüz) manat pulu Bababəy qaytarmış, lakin digər 1700 (min yeddi yüz) manat pulu qaytarmamışdır. Hazırda ona qarşı şikayətçidir. Ondan vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı iş materiallarında olan video diskə keçirilmiş baxışdan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs restoranda acıq havada əyləşmiş və Zərərçəkmiş şəxs 100 manat əskinazlardan ibarət ümimiliklə 1700 manat pulu Təqsirləndirilən şəxs verir, Təqsirləndirilən şəxs pulları sayıb 1700 manat olmasını təstiq edir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin çəkilişin doğru olduğunu təstiq etdi. 05 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində 05 mart 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T № 143114 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 02 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. İş materiallarına əlavə edilmiş AZ-İV № 609035 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 30 iyun 2021-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyəti əvvəlcədən G.Rüstamovanın əmlakını ələ kerirmək olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı müəyyən vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə kömək edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir, lakin qeyd edir ki, vəkil Müdafiəçi təqdim etdiyi hesabatda göstərdiyi 30 (otuz) saat müddət iş materiallarına uyğun deyildir, onun məhkəmə proseslərində sərf etdiyi müddət təxminən 15 (on beş) saatdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar