Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-119/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə və X2, Müdafiəçilər Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 2-ci V.Əsgərov döngəsi, ev 1, mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 2009-cu ildə ünvan 1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 29 may 2024-cü il tarixdə saat 14.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı yetkinlik yaşına çatmamış, xx.xx.2009-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 avqust 2023-cü il tarixdə, saat 15:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu 32 ünvanında yerləşən “İdea” ictimai çimərliyin açıq ərazisində olan oturacağın üzərində qoyulmuş, Zərərçəkmiş şəxs1 məxsus 10 (on) manat dəyərindəki bir ədəd tünd göy rəngli üzərində “Supreme” yazısı olan idman çantasının içərisində qoyulmuş, hər birinin qiyməti 05 (beş) manat olan, cəmi 10 (on) manat dəyərindəki iki ədəd ***-***-**-** və ***-***-**-** saylı danışıq kartları ilə istifadə olunan 500 (beş yüz) manat dəyərindəki bir ədəd “Redmi Note 9-S” markalı mobil telefonunu, 150 (bir yüz əlli) manat dəyərindəki paltarlarını, yəni bir ədəd göy rəngli cins şalvarını, bir ədəd qara rəngli dəri kəmərini və bir ədəd ağ rəngli köynəyini, içərisində 300 (üç yüz) manat nağd pulu olan 20 (iyirmi) manat dəyərindəki boz rəngli bir ədəd pul qabını, cəmi 990 (doqquz yüz doxsan) manat dəyərindəki əmlakını, həmin idman çantasının içərisində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus dəyəri 05 (beş) manat olan ***-***-**-** saylı danışıq kartı ilə istifadə etdiyi 280 (iki yüz səksən) manat dəyərindəki bir ədəd “Samsung” markalı “Galaxy A-52” model mobil telefonunu, həmin telefonun arxa qoruyucu qabın içərisində olan 500 (beş yüz) manat nağd pulunu, 03 (üç) manat dəyərindəki bir ədəd üzərində “SRT” yazısı olan boz rəngli idman şortunu və 01 (bir) manat dəyərindəki bir ədəd üzərində “Ulus Yıldız” yazıları olan qara rəngli qısaqol köynəyini, cəmi 784 (yeddi yüz səksən dörd) manat dəyərində əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxslərə ümumilikdə 1774 (bir min yeddi yüz yetmiş dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı yetkinlik yaşına çatmamış, xx.xx.2007-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 avqust 2023-cü il tarixdə, saat 15:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu 32 ünvanında yerləşən “İdea” ictimai çimərliyin açıq ərazisində olan oturacağın üzərində qoyulmuş, Zərərçəkmiş şəxs1 məxsus 10 (on) manat dəyərindəki bir ədəd tünd göy rəngli üzərində “Supreme” yazısı olan idman çantasının içərisində qoyulmuş, hər birinin qiyməti 05 (beş) manat olan, cəmi 10 (on) manat dəyərindəki iki ədəd ***-***-**-** və ***-***-**-** saylı danışıq kartları ilə istifadə olunan 500 (beş yüz) manat dəyərindəki bir ədəd “Redmi Note 9-S” markalı mobil telefonunu, 150 (bir yüz əlli) manat dəyərindəki paltarlarını, yəni bir ədəd göy rəngli cins şalvarını, bir ədəd qara rəngli dəri kəmərini və bir ədəd ağ rəngli köynəyini, içərisində 300 (üç yüz) manat nağd pulu olan 20 (iyirmi) manat dəyərindəki boz rəngli bir ədəd pul qabını, cəmi 990 (doqquz yüz doxsan) manat dəyərindəki əmlakını, həmin idman çantasının içərisində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus dəyəri 05 (beş) manat olan ***-***-**-** saylı danışıq kartı ilə istifadə etdiyi 280 (iki yüz səksən) manat dəyərindəki bir ədəd “Samsung” markalı “Galaxy A-52” model mobil telefonunu, həmin telefonun arxa qoruyucu qabın içərisində olan 500 (beş yüz) manat nağd pulunu, 03 (üç) manat dəyərindəki bir ədəd üzərində “SRT” yazısı olan boz rəngli idman şortunu və 01 (bir) manat dəyərindəki bir ədəd üzərində “Ulus Yıldız” yazıları olan qara rəngli qısaqol köynəyini, cəmi 784 (yeddi yüz səksən dörd) manat dəyərində əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxslərə ümumilikdə 1774 (bir min yeddi yüz yetmiş dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır və hal-hazırda kollecdə təhsil alır. Həmyaşıdı və onunla bir həyətdə yaşayan Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, normal münasibəti var və onunla dostluq edir. 07 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində o, dostu Cavidlə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İdea” ictimai çimərliyinə dənizdə çimib istirahət etmək üçün gəlmişdir. O, Cavidlə təxminən bir-iki saat dənizdə çimdikdən sonra, əyinlərini dəyişib evə getmək məqsədi ilə çimərlikdə paltar dəyişmək üçün nəzərdə tutulan yerə gedərkən, çimərliyin ərazisində yerləşən səyyar kafenin çətirli masasının yanından keçərkən, masa ətrafında heç kəsin olmamasını, masanın yanındakı oturacağın üzərində qoyulmuş bir ədəd göy rəngli idman çantasını görmüş, həmin çantanın içərisi əşya ilə dolu olması görünmüş, ətrafa baxıb heç kəsin olmamasına əmin olduqdan sonra, çantanın sahibi dənizə çimməyə getməsini başa düşmüşdür. Bu zaman Cavid ona həmin çantanı oğurlamasını içərisindəki pulu və əşyaları satıb aralarında bölməsini təklif etmiş, o, da etiraz etmədən Cavidin təklifi ilə razılaşmışdır. Sonra o ,Cavidlə bir neçə dəqiqə həmin masanın ətrafında dayanıb ətrafa baxmış, həmin çantanın sahibinin gəlməməsinə, ətrafda olan çimərliyə istirahətə gəlmiş digər şəxslərin onlara fikir verməməsinə əmin olduqdan sonra, Cavid gizlincə əl çantasını götürmüş və birlikdə addımlayaraq sakit şəkildə çimərliyin çıxışına tərəf getmişlər. O, Cavidlə birlikdə çimərliyin ərazisindən çıxmış və yaxınlıqdakı şam ağacları olan əraziyə gəlmiş, orada çimərlikdən xeyli aralanmalarını və arxalarınca gələn olmamasını görüb,şam ağacının dibində oğurladıqları əl çantanı açıb içərisinə baxdıqda, içərisində müxtəlif palpaltar,bir ədəd “Redmi Note-9S” markalı mobil telefonunun,bir ədəd pul qabı, pul qabının içərisində tanımadığı şəxsə aid, adına fikir vermədiyi bir ədəd şəxsiyyət vəsiqəsi və nağd pul olmuş, pul qabındakı nağd pulu o, saydıqda 85 manat olmasını bilib götürmüşdür. Cavid isə bir ədəd “Redmi Note-9S” markalı mobil telefonu götürmüş, həmin telefonun kodu rahat şəkildə açılmış, “Samsung A-52” markalı mobil telefonu görməmiş, eyni zamanda çantadakı paltarlar, pul qabı və pul qabın içərisindəki sənəd elə çantada qalmış, həmin çanta ilə birlikdə orada şam ağaçının dibinə atıb çıxıb evlərinə getmişlər. O, Cavidlə evlərinə gedərkən səhəri günü oğurluq telefonu da birlikdə satıb, əldə olunan pulu yəni telefondan əldə olunmuş puİu və nağd pulu bərabər bölmələrini razılaşmışlar. Səhəri günü, yəni 08 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində, o, Cavidlə Lökbatan qəsəbəsi ərazisində görüşmüş, birlikdə oğurladıqları “Redmi Note-9S“ markalı mobil telefonu həmin vaxt Cavidlə gəlmiş tanışı Kənan Əsədovun şəxsiyyət vəsiqəsinin sürəti ilə, Lökbatan qəsəbəsində yerləşən mobil telefonların satışı mağazasında işləyən oğlana adını bilmədiyi şəxsə 85 manata razılaşıb satmışlar. Cavidin tanışı Kənanın 18 yaşı olduğundan, sonuncunun sənədi ilə mobil telefonu satmışlar, Cavid Kənana mobil telefonun özünə məxsus olduğunu demiş, oğurluq olmasını deməmişdir. Eyni zamanda Kənan da mobil telefonların satışı mağazasına həmin telefonu satarkən telefon özünə aid olduğunu demiş, yəni mağazaçı oğlan telefonun oğurluq olmasını bilməmişdir. Bundan sonra o, və Cavid oğurluq nəticəsində, yəni nağd pul və mobil telefondan əldə olunmuş cəmi 170 manat pulu aralarında bərabər bölünmüş hər birinə 85 manat pul çatmış, o, öz payına düşən pulu özü üçün xərcləmişdir. Sonra Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları onu və Cavidi polisə dəvət edib çimərlikdən oğurluq etmələri barədə sorğular edərək, etdikləri oğurluq çimərlikdəki müşahidə kamerasına düşməsini bildirdikdə hər ikisi etmiş olduqları oğurluq cinayətini etiraf etmişlər. O, dostu Cavidlə birlikdə oğurladığı idman çantasının içərisində geyim paltarlarını görməsini, lakin həmin paltarları, həmçinin qeyd etdiyi bir ədəd “Samsung A-52” markalı mobil telefonu, bir ədəd pul qabı və içərisində ola sənədlər çantada qalmış, götürməmiş, çantadakı pul qabında yalnız 85 manat nağd pul olmuş, başqa məbləğdə yəni 300 manat pul qabında və ya 500 manat mobil telefonun qovluğunda nağd pul görməmiş, pul qabında ola bilsin bank kartları olmuş, lakin bank kartı onları maraqlandırmadığından götürməmişdirlər. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsi və barışmalarının nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 № orta məktəbin 9-cu sinifində oxuyur. Həmyaşıdı və onunla bir həyətdə yaşayan Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, normal münasibəti var və onunla dostluq edir. 07 avqust 2023-cü tarixdə, saat 13:00 radələrində o, dostu Sərdar ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İdea” ictimai çimərliyinə dənizdə çimib istirahət etmək üçün gəlmişdir. O, Sərdarla təxminən bir-iki saat dənizdə çimdikdən sonra, əyinlərini dəyişib evə getmək məqsədi ilə çimərlikdə paltar dəyişmək üçün nəzərdə tutulan yerə gedərkən, çimərliyin ərazisində yerləşən səyyar kafenin çətirli masasının yanından keçərkən, masa ətrafında heç kəsin olmamasını, masanın yanındakı oturacağın üzərində qoyulmuş bir ədəd göy rəngli idman çantasını görmüş, həmin çantanın içərisi əşya ilə dolu olması görünmüş, ətrafa baxıb heç kəsin olmamasına əmin olduqdan sonra, çantanın sahibi dənizə çimməyə getməsini başa düşmüşdür. Bu zaman o, Sərdara həmin çantanı oğurlamağı və içərisindəki pula gedəsi əşyaları satıb aralada bölməsini təklif etmiş, Sərdar da etiraz etmədən onun təklifi ilə razılaşmışdır. Sonra o, Sərdarla bir neçə dəqiqə həmin masanın ətrafında dayanıb ətrafa baxmış, həmin çantanın sahibinin gəlməməsinə, ətrafda olan çimərliyə istirahətə gəlmiş digər şəxslərin onlara fikir verməmələrinə əmin olduqdan sonra, o, gizlincə əl çantasını götürmüş və Sərdarla birlikdə addımlayaraq sakit şəkildə çimərliyin çıxışına tərəf getmişlər. O, Sərdarla birlikdə çimərliyin ərazisindən çıxmış yaxınlıqdakı şam ağacları olan əraziyə gəlmiş, orada çimərlikdən xeyli aralanmalarını və axırlarınca gələn olmamasını görüb, şam ağacının dibində oğurladıqları əl çantanı açıb içərisinə baxdıqda, içərisində müxtəlif pal-paltar, bir ədəd“Redmi Note-9S” markalı mobil telefonunun, bir ədəd pul qabı, pul qabının içərisində tanımadığı şəxsə adına fikir vermədiyi bir ədəd şəxsiyyət vəsiqəsi və nağd pul olmuş, pul qabındakı nağd pulu Sərdar saydıqda 85 manat olmasını bilib götürmüş, o, isə bir ədəd “Redmi Note-9S” markalı mobil telefonu götürmüş, həmin telefonun kodu rahat şəkildə açılmış, “Samsung A-52” markalı mobil telefonunu görməmiş, eyni zamanda çantadakı paltarlar, pul qabı və pul qabın içərisindəki sənəd elə çantada qalmış, həmin çanta ilə birlikdə orada şam ağaçının dibinə atıb çıxıb evlərinə getmişlər. O, Sərdarla evlərinə gedərkən səhəri günü oğurluq telefonu da birlikdə satıb, əldə olunan pulu yəni telefondan əldə olunmuş pulu və nağd pulu bərabər bölmələrini razılaşmışlar. Səhəri günü yəni 08 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində, o, Sərdarla Lökbatan qəsəbəsi ərazisində görüşərək birlikdə oğurladıqları “Redmi Note9S” markalı mobil telefonu həmin vaxt onunla birlikdə olan Kənan Əsədovun şəxsiyyət vəsiqəsinin sürəti ilə, Lökbatan qəsəbəsində yerləşən mobil telefonların satışı mağasında işləyən oğlana adını bilmədiyi şəxsə 85 manata razılaşıb satmışlar. Kənanın 18 yaşı olduğundan, sonuncunun sənədi ilə mobil telefonu satılmış ,o, Kənana mobil telefonu özünə məxsus olmasını demiş, oğurluq olmasını deməmişdir. Bu zamanda Kənan mağazaya mobil telefonu satarkən telefon özünə aid olduğunu demiş, mağazaçı oğlan telefonun oğurluq olmasını bilməmişdir. Bundan sonra o, və Sərdar oğurluq nəticəsində, yəni nağd pul və mobil telefondan əldə olunmuş cəmi 170 manat pulu aralarında bərabər bölmüş, hər birinə 85 manat pul çatmış, o, öz payına düşən pulu özü üçün xərcləmişdir. Oğurladığı idman çantasının içərisində geyim paltarlarını görmüş, lakin həmin paltarları, həmçinin qeyd etdiyi bir ədəd “Samsung A-52” markalı mobil telefonu, bir ədəd pul qabı və içərisində olan sənədlər çantada qalmış, götürməmişlər, çantadakı pul qabında 85 manat nağd pul olmuş, başqa məbləğdə yəni 300 manat pul qabında və ya 500 manat mobil telefonun qovluğunda nağd pul görməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini və barışmalarını nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 07 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində dostu X3 ilə birlikdə istirahət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında, Şıxov qəsəbəsində yerləşən “İdea” ictimai çimərliyinə çimib istirahət etmək üçün getmiş, dostu Mahmudla birlikdə həmin çimərliyin ərazisində yerləşən səyyar kafedə bir ədəd çətirli masa götürüb, orada əyləşib istirahət edərək, günəş qəbul edərək özləri ilə gətirdikləri yeməkləri yeyib, paltarlarlarını və şəxsi əşyalarını ona məxsus tünd göy rəngli parça materialdan olan idman əl çantasına yığıb masa ətrafındakı oturacağa qoymuşlar. Sonra o, dostu Mahmudla birlikdə dənizə çimməyə getmiş, oturduqları masa ilə dəniz arasında təxminən 100 metr ara məsafə olmuş, o, Mahmudla dənizdə təxminən 15-20 dəqiqə çimdikdən sonra, masalarına dönərək yaxınlaşdıqda, masanın yanındakı oturacaq üzərinə qoyduğu içərisində paltarları və şəxsi əşyaları olan idman əl çantası yerində olmadığını gördükdə idman əl çantasının oğurlanmasını başa düşmüş, o, dərhal DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. İdman çantasının içərisində özünə məxsus bir ədəd “Redmi Note 9S” markalı mobil telefon, 300 manat nağd pul, 150 manat dəyərində paltarları, yəni bir ədəd göy rəngli şalvarı, bir ədəd qara rəngli kəməri və bir ədəd ağ rəngli köynəyi, iki ədəd balansında pul məbləği olmayan “Leo” və “Kapital” banklara aid plastik bank kartları, adına olan şəxsiyyət vəsiqəsi olan bir ədəd 20 manat dəyərindəki boz rəngli pul qabı və dostu Mahmuda məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefon, 500 manat məbləğində nağd pul olmuşdur. O, polisə şikayət ərizəsi verdikdən sonra, oğurluq baş verən çimərliyin yaxınlığındakı ərazidən polis tərəfindən ona məxsus bir ədəd idman əl çantası, içərində adına olan şəxsiyyət vəsiqəsi, bir ədəd “Leo” banka aid plastik bank kartı, dostu Mahmuda məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefonu, paltarları yəni şalvarı və köynəyi qaytarılmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi zərər ödənmiş, aralarında barışıq olmuşdur. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 07 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə istirahət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında, Şıxov qəsəbəsində yerləşən “İdea” ictimai çimərliyinə çimib istirahət etmək üçün getmiş, o, Qahirlə birlikdə həmin çimərliyin ərazisində yerləşən səyyar kafedə bir ədəd çətirli masa götürüb, orada əyləşib istirahət edərək, günəş qəbul edərək özləri ilə gətirdikləri yeməkləri yeyib, paltarlarlarını və şəxsi əşyalarını Qahirə məxsus tünd göy rəngli parça materialdan olan əl çantasına yığıb masa ətrafındakı oturacağa qoymuşlar. Sonra o, Qahirlə birlikdə dənizə çimməyə getmiş, oturduqları masa ilə dəniz sahili arasında təxminən 100 metr ara məsafə olmuş, o, Qahirlə dənizdə təxminən 15-20 dəqiqə çimdikdən sonra, masalarına dönərək yaxınlaşdıqda, masanın yanındakı oturacaq üzərinə qoyulmuş Qahirə məxsus içərisində paltarları və şəxsi əşyaları olan idman əl çantası yerində olmadığını gördükdə idman əl çantasının oğurlanmasını başa düşmüş, Qahir dərhal DİN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. İdman çantasının içərisində Qahirə məxsus bir ədəd “Redmi Note 9S ”markalı mobil telefon, 300 manat nağd pul, 150 manat dəyərində paltarları, yəni bir ədəd göy rəngli şalvarı, bir ədəd qara rəngli kəməri və bir ədəd ağ rəngli köynəyi, iki ədəd balansında pul məbləği olmayan “Leo” və “Kapital” banklara aid plastik bank kartları,adına olan şəxsiyyət vəsiqəsi olan bir ədəd 20 (iyirmi) manat dəyərindəki boz rəngli pul qabı və özünə məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefon, 500 manat məbləğində nağd pul olmuşdur. Oğurluq barədə polisə şikayət ərizəsi verdikdən sonra oğurluq baş verən çimərliyin yaxınlığındakı ərazidən polis tərəfindən Qahirə məxsus bir ədəd idman əl çantası tapılmış, çantanın içərisində özünə məxsus olan bir ədəd “Samsung A-52” markalı mobil telefonu özünə qaytarılmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi zərər ödənmiş, aralarında barışıq olmuşdur. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında, cinayət işində olan diskdə olan videogörüntüyə baxış keçirilən zaman 07 avqust 2023-cü il tarixdə saat 15:25 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çimərlik ərazisində masaya yaxınlaşdıqları, orada 3-4 dəqiqə vaxt keçirdikləri, bundan sonra masanın üzərindən çantanı götürərək saat 15:29 radələrində oradan keçmələri müşahidə olunur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanının qarşısında yerləşən “Ramil Telekom” mobil telefonların təmiri və satışı mağazasını icarə əsasında işlədir. 08 avqust 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində o, mağazada olarkən, mağazaya iki nəfər tanımadığı 15-16 yaşlarında olan oğlan uşaqları gəlmiş, oğlanlardan biri bir ədəd “Redmi Note-9S” markalı mobil telefonu təqdim edərək, özünə məxsus olmasını və satmaq istədiyini, həmin telefona nə qədər nağd pul verə biləcəyini soruşmuş, o, mobil telefona baxaraq bir neçə təmir olunası xüsusatları, yəni arxa korpusu çatlaq vəziyyətdə olmasını, söndürüb-yandırılan düyməsi yaxşı işləməməsini, həmin nasazlıqların təmir edilməsini nəzərə alaraq, mobil telefona görə nağd şəkildə 85 manat pul verə biləcəyini demiş, həmin şəxs də razılaşaraq onun təklif etdiyi məbləğə satmaq istədiyini bildirmişdir. O, həmin oğlana sənədini təqdim etməsini bildirmiş, həmin şəxs sənədini təqdim etdikdə, o, oğlanın azyaşlı olmasını görüb, həmin şəxsə azyaşlılardan mobil telefon almadığını, 18 yaşı tamam olmuş şəxsdən sənədini təqdim etməklə mobil telefon ala biləcəyini demiş və həmin nəfər azyaşlı mobil telefonunu götürüb çıxıb getmişlər. Sonra həmin günü saat 19:00 radələrində, yenə tək mağazada olarkən, günorta vaxtı gəlmiş və “Redmi Note-9S” markalı işlənmiş mobil telefon gətirmiş, iki nəfər azyaşlılar yanlarında bir nəfər oğlanla gələrək, həmin şəxs özünə aid şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, baxdıqda həmin şəxsin xx.xx.2005-ci il təvəllüdlü X8 olmasını görmüş, həmin şəxs mobil telefonun alınmasını öz adına sənədləşdirilməsini demişdir. O da K.Əsədovun şəxsiyyət vəsiqəsinin ksero surətini çıxardıb, həmin sənədin arxa hissəsinə K.Əsədov “Redmi Note 9S” markalı mobil telefonun İMEİ kodlarını və satılma tarixini, əlaqə nömrəsini yazaraq imzası ilə təsdiq etdirmiş, sonra da həmin şəxsə 85 (səksən beş) manat nağd pul ödəmiş, K.Əsədov da yanında olan iki nəfər azyaşlı oğlanla birlikdə çıxıb getmişlər. Sonra o,aldığı “Redmi Note-9S” markalı mobil telefonu əvvəl qeyd etdiyi təmir işlərini görüb, tam saz vəziyyətə salaraq satış üçün vitrinə qoymuş,bir neçə gün sonra həmin mobil telefonu o,tanımadığı müştəriyə 150 manata satmışdır. O, mobil telefonu satdığı şəxsi tanımır, həmin şəxsin anket məlumatlarını, əlaqə nömrəsini bilmir. Həmin vaxt aldığı bir ədəd “Redmi Note 9S” markalı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı Şahid2 ifadəsində göstərmişdir ki, çantanı əməliyyatçılar tapmışdır və həmin gün növbədə olmadığı üçün çantanın və içindəki əşyaların hansı əməliyyatçılar tərəfindən tapıldığını xatırlamır. Daha sonra tapılan əşyalara baxış keçirilmiş, protokollaşdırılmış və şəxslərə təhvil verilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında xx.xx.2024-cü il tarixli məhkəmə iclasına dəvət olunmuş şahid Abşeron Rayon Polis İdarəsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, həmin cinayət işində əməliyyat qrupunun rəhbəri o olmuşdur. Çantanı onunla hadisə yerinə gələn digər əməliyyatçı tapmışdır və içərisində bir ədəd mobil telefon olmuşdur. Axtarışı həyata keçirmədiyi üçün çantanı və içindəki əşyaları kimin tapdığını dəqiq xatırlamır. Daha sonra tapılan əşyalar sahibinə qaytarılmışdır. 14 avqust 2023-cü il tarixli qərarla fakta görə və toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 14 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 atası X4 onun qanuni nümayəndəsi kimi tanınmışdır. 14 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə onun qanuni nümayəndəsi kimi tanınmışdır. 14 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 14 avqust 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 16:00-da tutulmuşdur. 14 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 14 avqust 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 17:15-də tutulmuşdur. 16 avqust 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 16 avqust 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 16 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 16 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 16 avqust 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 16 avqust 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 15 sentyabr 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs2, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişin haqqında axtarış elan edilmişdir. 15 sentyabr 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs1, barəsində haqqında axtarış elan edilmişdir. 15 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 18 dekabr 2023-cü il tarixdə, saat 11:00-də, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinə Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəlib özünü təqdim edərək istintaqa çağırılması barədə məlumatı olmadığını, çağırış haqda məlumat alan kimi istintaqa gəlib təqdim olunmasını bildirmişdir. 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 18 dekabr 2023-cü il tarixdə, saat 11:00-də, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinə Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa gəlib özünü təqdim edərək istintaqa çağırılması barədə məlumatı olmadığını, çağırış haqda məlumat alan kimi istintaqa gəlib təqdim olunmasını bildirmişdir. 18 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. 18 dekabr 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. 18 dekabr 2023-cü il tarixli qərarla vətəndaş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 9/6850 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 01 (bir) ədəd qara rəngli “Samsung” markalı, “Galaxy A-52” model mobil telefon- 280,00 (iki yüz səksən) manat
2. 01 (bir) ədəd üzərində “Supreme” yazıları olan, göy rəngli idman çantası- 10,00 (on) manat
3. 01 (bir) ədəd üzərində “SRT” yazıları olan, boz rəngli şort- 03,00 (üç) manat
4. 01 (bir) ədəd “Ulus Yıldız” yazıları olan, yaşıl rəngli, qısaqol köynək- 01,00 (bir) manat. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 15 dekabr 2023cü il tarixli 11/613 nömrəli rəyindən görünür ki:
1. Yetkinlik yaşına çatmamış, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq və dərk etmək qabiliyyətinə malik olmuşdur.
2. Yetkinlik yaşına çatmamış, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq və dərk etmək qabiliyyətinə malik olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. 18 dekabr 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 Qabil oğluna məxsus bir ədəd idman çantası, adına olan AZE№******** şəxsiyyət vəsiqəsi, iki ədəd “Kapital Bank” və “Leobank” plastik kartları, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefon, bir ədəd boz rəngli şort və bir ədəd qara rəngli qisaqol köynək iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərdiyi xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilib, onlarla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərdiyi xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilib, onlarla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin elan edilmiş ittihamda qismən təqsirli bilmələrini, yəni idman çantasındakı pul qabında 300 manat deyil yalnız 85 manat pulun olduğunu, “Samsung A-52” markalı mobil telefonu görmədiklərini və telefonun qovluğunda 500 manat pulun götürməmələrini iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə vermələrini və elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Bakı şəhəri, ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Qabil oğluna məxsus bir ədəd idman çantası, adına olan AZE№******** şəxsiyyət vəsiqəsi, iki ədəd “Kapital Bank” və “Leobank” plastik kartları, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefon, bir ədəd boz rəngli şort və bir ədəd qara rəngli qisaqol köynək zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 9/6850 nömrəli rəyi və məhkəmə-psixoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli 11/613 nömrəli rəyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 150,00 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada hər bir şəxsdən 75,00 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 9/6850 nömrəli rəyi və məhkəmə-psixoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 11/613 nömrəli rəyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 150,00 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər bir şəxsdən 75,00 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Qabil oğluna məxsus bir ədəd idman çantası, adına olan AZE№******** şəxsiyyət vəsiqəsi, iki ədəd “Kapital Bank” və “Leobank” plastik kartları, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung A-52” markalı mobil telefon, bir ədəd boz rəngli şort və bir ədəd qara rəngli qisaqol köynək zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova