Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-119/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkumluğu olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 178.2.2, 178.2.4, 221.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 1723/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 4(001)- 408/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2025-ci il tarixdə saat 10.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncuya icarəyə avtomobil verəcəyini yalandan vəd verib 11 fevral 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 1500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə maddi vəziyyəti yaxşı olmadığına görə Sumqayıt şəhərində olan maşın bazarında gəzişib dələduzluq etmək məqsədilə adam axtarırmış. Həmin vaxt iki nəfər tanımadığı şəxsin bazarda gəzişdiyini və maşın axtardığını görüb. Həmin vaxt "Mercedes C class" markalı avtomobilin yanında dayanmışdı. Həmin iki nəfər şəxs yaxınlaşıb icarəyə maşın axtardıqlarını bildirmişlər. Onlara həmin avtomobilin özünə məxsus olduğunu və özünü Orxan adlı şəxs kimi təqdim edib istəsələr maşını onlara həm icarəyə verə biləcəyi, həm də sata biləcəyini demişdir. Adını daha sonradan bildiyi Zərərçəkmiş şəxs həmin avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. Həmin avtomobili başqa şəxsdən alıb Musaya verəcəyini vəd vermişdir. Həmçinin Musaya demişdir ki, dayısından pul alıb həmin avtomobili alıb icarəyə verəcək. Musa da bu təkliflə razılaşmışdır. Bundan sonra, Musa və Musanın anası ilə birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən notariusa sənədləşmə üçün getmişlər. Orada Musadan sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini alıb notariusa girmiş, 2 dəqiqə sonra çölə çıxıb Musaya gedib dayısından pul götürüb sonra oraya qayıdıb sənədləri götürməyi demişdir. Musa bununla razılaşmış və Səbail rayonu ərazisində "İçərişəhər” metrostansiyasının yaxınlığına getmişlər. Orada olan zaman avtomobilin içərisində Musadan avtomobili ona icarəyə verməkdən ötrü 1400 manat pul istəmiş və razılaşıb Musanın anası orada 1400 manat pul vermişdir. Bundan sonra, Musaya qalan pulu dayısından alıb geri qayıdacağını bildirib avtomobildən enərək oradan uzaqlaşmışdır. Daha sonra Musanın zənglərinə cavab verməmiş və aldığı 1400 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs vurmuş olduğu ümumi maddi ziyan 1400 manat məbləğində olmuşdur. Zərərçəkmiş şəxs vurduğu maddi ziyandan ona heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu almaqda niyyəti pulu ələ keçirdikdən sonra şəxsi ehtiyaclarına xərcləmək olmuşdur. Əməlindən peşman olduğunu nəzərə alaraq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Orxan adlı şəxs olmuşdur. Sonradan Rəsul adlı şəxs olduğunu öyrənmişdir. Həmin şəxsi 11 fevral 2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarından tanıyır. 11 fevral 2024-cü il tarixdə saat 11 radələrində anası Şahid ilə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş və orada olduğu zaman qarşılarına üzərində reklam olan "Merecedes C-klass" markalı avtomobil çıxmışdır. Həmin vaxt bir nəfərin yanına yaxınlaşmış və maşının onun olubolmamasını soruşmuşdur. Həmin vaxt həmin şəxs özünü Orxan kimi təqdim etmiş və seçdikləri maşını həm icrayəyə həm də, sata biləcəyini bildirmişdir. Həmin şəxsə bildirmişdir ki, gücü icarəyə götürməyə çatır və o isə cavab olaraq bildirmişdir ki, həmin "Mercedes" markalı avtomobili 1500 manata icarəyə verə bilər. Bu təkliflə razılaşmışdır. Onu da qeyd etmişdir ki, Rəsul adlı şəxs qeyd olunan avtomobili başqa şəxsdən alıb icarəyə verməli idi. Həmin vaxt bildirmişdir ki, avtomobili icarəyə vermək üçün Rəsul dayısından pul alıb avtomobilin yiyəsinə tam pulu ödədikdən sonra avtomobili verə biləcək. Bundan sonra anası və Orxan adlı şəxs “20 Yanvar” metrostansiya yaxınlığına yerləşən notariusa getmiş və notariusun qarşısında olduqları zaman Rəsula şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi vermişdir. Rəsul bildirmişdir ki, notariusa girib avtomobili idarə etmək üçün adına etibarnamə verəcək, lakin onu və anası çöldə gözləməklərini xahiş etmişdir. Rəsul notariusa sənədləri ilə daxil olmuş və təxminən 2 dəqiqə keçdikdən sonra notariusdan çıxaraq bildirmişdir ki, dayısının yanına gedib pul götürmək lazımdı və pulu götürdükdən sonra sənədləri gəlib götürəcəklər. Daha sonra anası və Rəsul Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər” metrostansiya qarşısında getmiş və orada olduqları zaman Rəsul avtomobili icarəyə götürmək üçün 1500 manat pul istəmişdir. Bu təklifilə razılaşmış və Rəsula 1500 manat pul vermişdir. Rəsul isə dayısından avtomobili almaq üçün qalan pulu götürüb yanlarına qayıdacağını bildirmişdir. Lakin 10 dəqiqə keçdikdən sonra Rəsuldan xəbər çıxmamış və istifadəsində olan ***-***-**-** nömrəyə zəng etsə də, Rəsulun telefonuna zəng çatmamışdır. Rəsulun vurmuş olduğu maddi ziyan 1500 manat məbləğində olmuşdur. Pulu Rəsula verən zaman orada anası və Rəsuldan başqa heç kim olmamışdır. Rəsul 1500 manatdan heç bir ödəniş etməmişdir. Dəymiş ziyanın geri qaytarılmasını xahiş etdi. 21 oktyabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 24 oktyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 4(001)-408/2024 saylı qərarı ilə 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli 4(001)-472/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 avqust 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 4(001)-563/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 avqust 2024-cü il tarixədək uzadılmışdır. 01 dekabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə cinayəti törədən şəxsi müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından həmin cinayət işinin ibtidai istintaqı cinayəti törədən şəxs müəyyən edilib istintaqa cəlb edilənədək dayandırılmışdır. 27 dekabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. 28 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 28 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 4(001)-408/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 dekabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 18 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 09 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134.1, 178.2.2, 178.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 07 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 12 gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 178.2.2, 178.2.4, 221.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 07 may 2019-cu il tarixdən 09 may 2019-cu il tarixə kimi, 11 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə kimi, 02 aprel 2020-cu il tarixdən 04 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət (06 gün ) təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayətlər törətdiyini və məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 07 may 2019-cu il tarixdən 09 may 2019-cu il tarixə kimi, 11 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə kimi, 02 aprel 2020-cu il tarixdən 04 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət 06 (altı) gün təyin olunmuş cəzadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 11 fevral 2024-cü il tarixdə, yəni barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(008)-83/2021 saylı hökmü çıxdıqdan sonra və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş müddətdə cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Cinayət Məcəlləsinin 76.6..2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarı təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)- 83/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 12 (on iki) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Hazırda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməlidir və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349,351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarı təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 12 (on iki) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (bir yüz iyirmi ) manat Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-119/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-119/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver