Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-12/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İsmayıl oğlunun, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət törətmişdir. Belə ki, o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev-80/84, mənzil-5 ünvanında yaşayan xx xxxx 2009-cu ildə anadan olmuş 14 yaşına çatmayan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:45 radələrində yaşadığı evdən çıxıb məktəbli çantası ilə 5-ci sinfində oxuduğu 160 saylı tam orta məktəbə dərsə piyada getməsini görüb onun arxasınca gedərək yaxınlaşıb «çantasından nəsə düşdüyünü» deyib aldadaraq gəldiyi yolla geriyə – yaşadığı binanın həyətinə qaytarıb özü də onun arxası ilə gələrək, çantasından düşənin guya binanın girişində olan şkafın altında olmasını əli ilə göstərmiş və Zərərçəkmiş şəxs əyilib şkafın altına baxan zaman arxadan sonuncunun əynində olan yubkasını qaldırıb əli ilə onun cinsiyyət orqanına toxunaraq ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev-141, mənzil-6 ünvanında yaşayır. Sürücülük hüququ olduğu üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin rəisi Rəşad Əhmədzadənin ailəsinin sürücüsü işləyir. Ona görə də ona verilmiş ** AA *** nömrəli avtomobillə onun ailəsinin lazım olan sifarişləri ilə bağlı işləri icra edir. Qanuni nümayəndə onun barəsində verdiyi şikayət ərizəsində deyilənlər yalandır. O, xx xxxxxx 2020-ci ildə, saat 13 radələrində idarə etdiyi ** AA *** nömrəli avtomobillə X4 «Kaspian Biznes» hazırlıq kursundan götürməyə görə gəlmişdir. Həmin vaxt o uşağı saat 14:10 radələrində götürəsi imiş. Həmin zaman Aylanın kursdan çıxmasına vaxt qaldığı üçün o Nizami küçəsində olan avtomobil yuma yerinə tərəf gedib orada yoldaşlarla görüşüb söhbət etmək istəmişdir. Həmin vaxt o Səbail rayonunda olan 160 nömrəli orta məktəbin yanına gəlmiş, orada Nizami küçəsi ilə piyada gedən zaman qarşısında azyaşlı bir qızın ciynində məktəbli sumkası getdiyini görmüşdür. Həmin vaxt onların aralarında 3 metr məsafə olarmış. O həmin məktəbli qıza heç bir söz deməmişdir və onun ***-***-**-** mobil nömrəsinə sürücüsü işlədiyi şəxsin qızının ***-***-**-** mobil nömrəsindən zəng gəldiyi üçün uşağın hazırlıqdan çıxdığını bilib tez blokdan qaçaraq maşınına tərəf getmiş ki, maşını sürüb onu oradan götürsün. Oradan piyada olaraq gedib öz maşınına əyləşib öz işinin dalınca çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilk dəfə Səbail RPİ-nin 39-cu Polis Bölməsində görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonunda yerləşən məsciddə namazını qılıb çıxdıqdan sonra «Kaktus» restoranının yanında 39-cu polis bölməsinin əməkdaşları onu saxlamışlar və onu öz maşınları ilə bölməyə aparmışlar. O bunun səbəbini soruşduqda ona bölmədə hər şeyin aydın olacağını demişlər. Bölmədə onu otaqların birnə slıb döymüşlər və bədənin müxtəlif nahiyyələrinə xəsarət yetirmişlər. Sol qabırğası çox bərk ağrıdığını görüb polislər təcili tibbi yardıma zəng etdilər, təcili tibbi yardım briqadası gəlib onu müayinə etmiş və sol qabırğasında ağrı olduğu üçün xəstəxanaya aparmağı təklif etmişlər, o isə razılaşmamışdır. Bundan sonra dörd polis əməkdaşları yenə onu döymüşlər, üçü döyürdü, biri isə baxırdı. Polis əməkdaşlarının birinin soyadı Sadıqov idi. Bundan sonra bölməyə Qanuni nümayəndə gəlmiş və polislərdən onun təqsirini boynuna alıb-almadığını soruşmuşdur. Polislər isə demişlər ki, o etiraf etmir. Bundan sonra onu poliklinikaya aparmışlar, rentgen müayinəsindən keçmiş və sol 9-cu qabırğasının sınığı aşkar olundu. Daha sonra onu bölməyə gətirmişlər və rəisin otağında tanımadığı üç nəfər şəxsi onun yanına otuzdurdular. Həmin vaxt otağın qapısı açıq idi və dəhlizdə Ruadın əli ilə Fatinaya onu göstərməsini görmüşdür. Bundan sonra Fatina otağa daxil oldu və heç kimə baxmadan onu göstərmişdir. Qanuni nümayəndə qızı Fatinanı öyrətmişdir və əməli onun boynuna atmışdır. Təqsirləndirilən şəxs qeyt etmişdir ki, o, əvvəllər həmin ərazidə yoldaşları ilə, yəni orada olan maşınyuma yerini işlədən Raulla görüşüb söhbət edibmiş, həmin zamanda eləbelə orada onlarla söhbət etmək üçün getdiyini demişdir. Əvvəllər Ruad və ya onun azyaşlı qızı Fatinanı tanımamışdır, onlarla aralarında heç bir münasibət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində iki ədəd iki nömrəli mobil telefonu olub. Onların nömrələri ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-**-dir. xx xxxxxx 2020-ci il tarixdə yolun kənarı ilə gedən zaman qarşıda olan mağzadan içmək üçün su almağa gedirmiş, yolda gedən zaman sürücüsü olduğu ailənin kursa gətirdiyi qızı onun istifadəsində olan mobil telefonuna zəng edərək 5 dəqiqədən sonra kursdan çıxacağını bildirmişdir, o qarşıda olan mağazadan su almaq istədiyi yer uzaqda olduğu üçün arxada olan binanın altında olan «Bravo» marketdən içmək üçün su almağıa getməyi üçün geri qayıdırmış. Aylanı götürmək üçün vaxtından əvvəl gəlmişdir ki, o zəng edərkən çatsın, maşını saxlayandan sonra Ayladan xəbər çıxmadığına görə su almaq üçün getmiş, yolda Aylanın zəngi gəldiyindən qaçaraq gəlmişdir. Aylanın zəngindən başa düşmüş ki, o vaxtından əvvəl hazırlıq kursundan çıxmışdır. Zərərçəkmiş şəxs ilə aralarında hər hansı danışıq olmamışdır və ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valdeyinləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. xx xxxxxx 2020-ci ildə ona qarşı zor tətbiq etmədən edilmiş əxlaqsız hərəkətlərə görə Təqsirləndirilən şəxs ona oxşar şəxslərin arasında təqdim etdikdə o onu görüb tanımışdır. Yaşadığı evin yaxınlığında olan 160 nömrəli orta məktəbin 5Q sinif şagirdidir, həftənin 5 günün saat 13:45 radələrində məktəbə tək olaraq gedir və dərsi bitdikdə evə qayıdır. xx xxxxxx 2020-ci ildə həmişəki kimi saat 13:50-də yaşadığı ünvandan çıxıb tək olaraq oxuduğu məktəbə yola düşmüşdür. Həmişəki kimi tək və piyada olaraq məktəbə gedən zaman Xaqani küçəsində arxadan ona bir nəfər «Ay uşaq sənin çantandan nə isə düşdü» deyə bildirmişdir. O həmin vaxt baxdıqda çantasının ağzının açıq olduğunu görüb həmin şəxsin dediyinə inanıb nəyinsə düşdüynü zənn edib tez olaraq geriyə qayıtmışdır. Geriyə qayıdıb həyətə çatanda ona arxadan nəyinsə düşdüyünü deyən Təqsirləndirilən şəxs orada dayandığını görmüşdür. Təqsirləndirilən şəxs ona işarə etmişdir ki, çantasından düşən əşya blokdadır. O keçidi olan bloka girdikdə Təqsirləndirilən şəxs çantasından düşən əşyanın blokda olan dolabın altına düşüdyünü deyib oranı ona göstərmişdir. Belə olduqda o blokda olan dolaba yaxınlaşmış və əyilib onun altına baxdıqda Təqsirləndirilən şəxs arxasından əlini onun ətəyinin altından salaraq cinsiyyət orqanına uzatmışdır. O Təqsirləndirilən şəxs ona qarşı nə etmək istədiyini başa düşə bilməmişdir. Bu zaman o tez dikəlib əlini onun cinsiyyət orqanına uzadan Təqsirləndirilən şəxs əlindən vurub əlləri ilə onu yumruqlayanda Təqsirləndirilən şəxs dərhal blokdan qaçmışdır. Başına gətirilən bu hadisə təxminən 5-10 saniyə ərzində olmuşdur. O həmin yerdən çıxıb yenidən piyada və tək dərsə getmiş və buna görə özünü pis hiss etdiyi üçün məktəbə çatanda ağlayaraq içəri girdikdə bunu görən müəlliməsi Şahid7 ona yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O də başına gətirilənləri müəlliməsinə danışmışdır, ona görə də müəllimə onu oradan götürüb evlərinə gətirmişdir. Evə gedən zaman müəlliməsi anasına zəng edib və müəlliməsi onun anası ilə söhbət edəndən sonra anası onu evə aparmışdır. Evdə olan zaman anası ondan nə baş verməsini soruşduqda o Təqsirləndirilən şəxs ona qarşı etdiyi barədə olanları danışdıqdan sonra anası ona sakitləşdirici dərman vermişdir, o evdə uzanmış, anası atasına zəng edib onu evə çağırmışdır. Atası evə gələndən sonra ondan nə baş verməsini soruşduqda o da başına gətirilən hadisəni atasına danışmışdır. Ona qarşı həmin əxlaqsızlığı törətmiş Təqsirləndirilən şəxs birinci dəfə görürmüş, ondan əvvəl onu yaşadığı evin yaxınlığında və digər yerlərdə görməmişdir. Məhkəmə iclasında zərərçəkən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev-80/84, mənzil-5 ünvanında ailəsi ilə yaşayır, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs atasıdır, Fatina onun böyük övladıdır, o 160 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir, rus sektorunda təhsil alır. Fatinanın oxuduğu məktəb yaşadıqları evin yaxınlığındadır, dərsə gedərkən hətta yolu keçmir. Fatinanın dərsi saat 14:00-da başlayır, dərsə çatmaq üçün 13:50 dəqiqədə, bəzi vaxt saat 13:45 dəqiqədə evdən çıxır, Fatinanın bütün müəllimləri ondan razılığını bildirirlər, qohumlar, qonşular arasında da Fatinadan narazı olan yoxdur. xx xxxxxx 2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Nərimanov rayonu ərazisində imiş, saat təxminən 14:10 radələrində yoldaşı ona zəng edib bildirmiş ki, tez evə gəlmək lazımdır, nə baş verməsini soruşduqda, yoldaşı həyəcanlı halda bildirmiş ki, Fatinaya hücum ediblər və o telefonda qızı Fatinanın ağladığını eşidirmiş, yoldaşını və Fatinanı telefonda sakitləşdirib tez evinə gəlmişdir. Nə baş verdiyini soruşduqda qızı Fatina bildirmişdir ki, saat 13:50 radələrində çantasını çiyninə alıb evdə olan zibili də yolüstü atmaq üçün götürüb evdən çıxmış və zibili zibil qutusuna atıb həyətdən Xaqani küçəsinə tərəf gedəndə bir nəfər tanımadığı şəxsin arxasınca gəldiyini hiss edib və ona görə də addımlarını itiləşdirib ki, tez məktəbə çatsın, həyətdən çıxandan sonra təxminən 100 metr məsafə gedibmiş ki, «Kitab evi»nin yanında həmin arxasınca gələn « kişi» Fatinaya deyib ki, «ay qız sənin sumkandan nəsə düşdü», Fatina həmin şəxsin sözünə çevrilib arxaya baxanda görüb ki, çiynindən asdığı çantasının ağzı açıqdır, ona görə də fikirləşib ki, çantasından nəsə düşüb və gəldiyi yolla da geri qayıdıb ki, çantasından düşən nədirsə onu götürsün, getdiyi yolla da qızı geri qayıdıb bloka qədər çatıb, həmin vaxt qızına deyən şəxs 160 saylı orta məktəbə qədər gedib və sonra oradan Fatinanın arxasınca qayıdıb və telefonla özünü danışırmış kimi göstərib, qızı həyətə keçib və avtoyuma tərəfdə olan bloka çatanda Təqsirləndirilən şəxs də onun arxasınca ora çatıb və qızına blokda olan dolabın altını göstərib düşən əşyanın şkafın altında olduğunu göstərib, Fatina da təbii olaraq düşən əşyanı axtarmaq və götürmək üçün əyilib dolabın altına baxanda Təqsirləndirilən şəxs Fatinanın əynindəki ətəyini qaldırıb əlini Fatinanın cinsiyyət orqanına toxundurmuşdur. Fatina bunu hiss edib tez qalxaraq əli ilə onun əlini yumruqlayıb ki, əl çəksin, Təqsirləndirilən şəxs tez qaçaraq oradan uzaqlaşıb getmiş, qızı isə oradan məktəbə qaçıb və müəlliməsi Şahid7 hadisəni danışmış, sonra da müəlliməsi qızını evə gətirmişdir. Fatina ona hücum edilən yeri, getdiyi yolu ona göstərmiş və sonra o Səbail RPİ-nin 39-cu PB-nə gəlib hadisə barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən qızına hücum edən həmin şəxs saxlanımış və məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Azyaşlı qızının qanuni nümayəndəsi kimi müstəntiq tərəfindən dindirilməsində və onun həmin Təqsirləndirilən şəxslə üzləşməsində iştirak etmişdir və qızı bütün bu istintaq hərəkətləri zamanı başına gətirilən hadisəni olduğu kimi demiş, üzləşmə zamanı da ona qarşı edilən bu əxlaqsız hərəkətləri həmin şəxsin üzünə demişdir. Qızı Fatina yalan danışmağa, hadisələri şişirtməyə meylli deyildir, qızı Fatinaya qarşı edilən əxlaqsız hərəkətləri həyətdə olan ofisdəki kamera görüntülərinə baxandan sonra əmin olmuş ki, qızı Fatina olanlar barədə doğru məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Qanuni nümayəndə ilə ailə qurmuşlar və birgə nikahdan üç övladları vardır, böyük qızları Zərərçəkmiş şəxs xx.xx.2009-cu ildə anadan olmuşdur və yaşadıqları ünvana yaxınlıqda olan 160 №-li tam orta məktəbin 5Q sinfində təhsil alır, Fatina rus dilində tədris alır. Fatinanın oxuduğu məktəb evlərinə yaxınlıqda yerləşir və ona görə də Fatina dərsə piyada gedir, İİ növbədə oxuyur və hər gün saat 13:45 radələrində evdən çıxır və piyada dərsə gedir. Qaraçuxurda olan 318 nömrəli məktəbdə müəllim işləyir və hər gün işə gedir, dərslərini qurtarıb evə gəlməyi ilə Fatinanın dərsə getməsi arasında 5 dəqiqə fərq olur, ona görə də o dərsə gedəndə Fatinaya çata bilmir, Fatinada da evin açarlarından biri var imiş və o özü qapını bağlayıb dərsə gedirmiş. Həmişəki kimi xx xxxxxx 2020-ci il tarixdə o səhər dərsə getmiş və saat 14:00-da evə gəlmişdir. Fatina dərsə gedərkən evin qapısını öz açarı ilə bağladığından o özündə olan açarla evin giriş qapısını açıb içəri girmiş, kiçik qızı Aişə evdə imiş və elə uşağa yemək hazırlayırmış ki, Fatinanın sinif rəhbəri Şahid7 onun mobil nömrəsinə zəng edib bildirmişdir ki, bloklarının ağzındadır, Fatina özünü pis hiss edir, düşüb onu götürsün, o da nə baş verdiyini soruşduqda müllimə ona başqa söz demədən düşüb uşağı götürməsini demişdir, o tez aşağı düşüb Fatina və mülləiməsinin blokun ağzında dayandığını görmüşdür, həmin vaxt Fatina əsir, titrəyir və ağlayırmış, nə baş verdiyini müəllimədən soruşmuş, müəllimə demiş ki, «deyəsən uşağı oğurlamaq istəyiblər, apar uşağı, özü danışar», o Fatinanı evə gətirmiş və onu sakitləşdirərək nə baş verdiyini soruşmuşdur. Fatina əsə-əsə onu oğurlamaq istədiklərini demiş və sonra bildirmiş ki, həmişəki kimi saat 13:45 dəqiqədə dərsə getmək üçün evdən çıxmış və evin qapısını bağlamışdır, məktəbə az qalmış bir nəfər tanımadığı kişi yaxınlaşıb çantasından nəsə düşməsini ona demişdir, Fatina çantasından düşəni tapıb götürmək üçün geri qayıtmışdır, həmin şəxsin onun arxasınca gəlməsini əvvəl görməmişdir, həyətə girişdə olan arkada həmin şəxs qızına çatıb və orada olan şkafın altını göstərərək çantasından düşənin orada olmasını bildirmişdir, Fatina əyilib dolabın altına baxarkən həmin kişi arxada dayanıbmış və qızının əynində olan ətəyini qaldıraraq əli ilə onun cinsiyyət orqanına toxunanda Fatina qalxmış və həmin şəxsin əlindən vuraraq oradan məktəbə qaçmışdır, həmin kişi də oradan qaçıb getmişdir, Fatina məktəbə gedib başına gətirilənləri sinif rəhbərinə demişdir. O tez bu barədə zəng edib Fatinanın atası Ruada məlumat vermiş və Ruadda evə gəlib Fatinadan nə baş verdiyini soruşduqda Fatina ona dediklərini atasına da təkrar demişdir, sonra Ruad Fatina ilə birlikdə çıxmışlar və Fatina ona qarşı edilən bu əxlaqsız hərəkət yerlərini Ruada göstərmişdir, o həmin vaxt evdə qalmışdır, sonra Ruad bu barədə polisə şikayət etmiş və polislər axtarıb həmin şəxsi tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1993-cü ildən 160 №-li tam orta məktəbdə tarix müəlliməsi işləyir, tarix müəlliməliyindən əlavə həm də sinif rəhbərdir, hazırda 5Q saylı sinifin sinif rəhbəridir. X6 onun sinif rəhbəri olduğu 5Q sinfinin şagirdidir, həmin sinifi o 5-ci sinifdən sinif rəhbəri kimi götürmüşdür, sinif rəhbərliyindən əlavə həm də həmin sinifə tarix dərsi deyir. Sinifdə dərslər rus dilində aparılır. Fatinanın sinifdə oğlan və qız dostları vardır, o bütün sinif yoldaşları ilə yaxşı münasibətdədir, Fatinadan hazırkı vaxta qədər sinif yoldaşları və müəllimlərdən hər hansı şikayət daxil olmamışdır, dərsə həmişə vaxtında gəlir, evləri də məktəbə yaxınlıqda yerləşir. O Fatinanın valideyinlərini də tanıyır, onlarda tərbiyəli ailədirlər. Fatinagilin dərsləri hər gün saat 14:00-da başlayır. xx xxxxxx 2020-ci il tarixdə o məktəbdə olmuşdur, İ növbənin dərsləri qurtardıqdan sonra o məktəbin bufetinə girib çay içirmiş, qaydası üzrə dərsin başlanmasına 5 dəqiqə qalmış şagirdlər himni oxyurlar və sonra dərs başlayır, hələ himnə az qalmış, təxminən saat 13:50 radələrində 5Q sinfindən uşaqlar bufetə gəlib ona bildirmişlər ki, Fatina ağlayır, niyə ağladığını soruşduqda uşaqlar demişlər ki, «onu oğurlamaq istəyiblər», o bufetdən çıxıb görmüşdür ki, Fatina sinif yoldaşlarının əhatəsində dəhlizdə ağlayır, Fatinanı sinifə aparıb nə baş verdiyini soruşduqda Fatina bildirmiş ki, evdən düşüb Xaqani küçəsinə keçərkən arxa tərəfdən tanımadığı bir nəfər kişi onu saxlamış və çantasından nəsə düşdüyünü bildirmişdir, Fatina çantasından düşənin nə olmasını, əgər evin açarıdırsa o çantasındadır fikirləşərkən nə düşdüyünü axtarmaq üçün geri qayıdarkən həmin kişi də onun arxasınca qayıtmış və evin həyətində olan arkada olan qutunun altını göstərərək əşyanın ora düşdüyünü bildirmişdir, Fatina həmin yerə əyilib baxarkən həmin şəxs onun əynindəki ətəyini qaldırmış və əli ilə cinsiyyət orqanına toxunmuşdur, onda Fatina ayağa qalxmış və həmin şəxsin əlindən vuraraq oradan məktəbə qaçmışdır. Fatina həmin vaxt çox həyəcanlı idi, əsirdi, onu sakitləşdirərək həmin yeri göstərməsini təklif etmiş və Fatina ona həmin tanımadığı kişinin onu saxlayaraq əşyanın düşməsini dediyi yeri, sonra arkada olan qutunun altına əyilib götürmək istərkən ona toxunduğu yeri göstərmişdir. O başa düşmüşdür ki, həmin naməlum şəxs Fatinanı oğurlamaq istəməyib, ona «toxunmaq» istəmişdir, Fatinadan anasının evdə olub-olmadığını soruşmuş, Fatina bildirmişdir ki, anası indilərdə gələr və o Fatinanın anasına zəng etmiş, anası düşüb gəlmiş və Fatinanın həyəcanlı olmasına görə anasına vəziyyəti izah etməyib özünün danışacağını deyib qızını anasına təhvil vermiş və sonra məktəbə qayıtmışdır. Sonra ona məlum olmuş ki, naməlum şəxsin Fatinaya qarşı belə əxlaqsız hərəkət etməsi barədə onun valideyinləri polisə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayonunda qeydiyyatdadır, ailəsi də həmin ünvanda yaşayır, lakin ünvan 8 həyətində olan mühafizəçi kimi ayın 10 gününü işləyir, sonra bir həftə evində istirahət edir, işlədiyi yerdə sakinlərin avtomobillərinə və evlərə nəzarət edir, bu işdə təxminən 20 ildir ki, işləyir. Həm uzun müddət orada işlədiyindən, həm də işi ilə əlaqədar həyətdə yaşayan sakinlərini tanıyır və hamı ilə münasibəti yaxşıdır. Xidmət etdiyi ünvana Xəqani küçəsindən iki piyada keçidi var, Nizami küçəsindən isə həm piyadalar üçün, həm də avtomobillər üçün bir keçid vardır, Nizami küçəsindən keçiddə şlaqbaum qoyulmuşdur ki, həmin şlaqbauma o nəzarət edir, xidməti ilə əlaqədar gecə saat 02-dən sonra piyada keçidlərin qapılarını, avtomobil yolunun isə şlaqbaumunu bağlayır, səhər saat 06-da qapıları və şlaqbaumu açır. Xidmət etdiyi ünvanın birinci blokunda, beşinci mərtəbədə yaşayan Ruad və ailə üzvlərini tanıyır. Ruadın anası da həmin binada ayrı mənzildə yaşayır. Xidmətini yerinə yetirdiyi mühafizə otağında kamera yoxdur, lakin həyətin ortasında kamera quraşdırılıb ki, həmin kamera həyətdə olan bütün tərəfləri çəkir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə işdə olmuş və sonra evinə getmişdir, xx xxxxxx 2020ci il tarixdə yenidən növbəyə gəlmişdir, növbəsi ərzində xidmət etdiyi ünvanda hər hansı qeyriadi hadisə baş verməsinin şahidi olmamışdır, lakin bu dəfə işə gələndə həmin Ruadı görmüşdür və Ruad ona bir nəfər şəxsin fotoşəklini göstərib onu tanıyıb-tanımadığını soruşmuşdur, o Ruadın göstərdiyi fotoşəkilə baxıb onu tanımışdır, həmin şəxsin adı İlhamdır və onun xidmət etdiyi ərazidən əvvəllər bir neçə dəfə keçib getmiş və salamlaşmışlar, lakin onunla əlaqəli hər hansı ümumi işləri olmamışdır, sadəcə salamlaşmışlar, o həmin İlhamı sonuncu dəfə təxminən 3-4 ay əvvəl həmin ünvanda görmüşdür, o Nizami küçəsindən gəlib həyətdən Xəqani küçəsinə getmişdir, onun avtomobili idarə etməsini görməmişdir. Orada Ruadın danışığından eşitmiş ki, fotoşəkilini göstərdiyi İlham Ruadın azyaşlı qızına qarşı həmin həyətdə əxlaqsız hərəkət etmiş və sonra da hadisə yerindən qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Travmotologiya xəstəxanasında həkim işləyən Elşən adlı şəxsin ailə sürücüsüdür və «Ford Fiesta» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Ailəsinə sürücülük etdiyi Elşən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev-80/84 ünvanında yaşayır, o avtomobilə həmin ünvanda dayanmaqla ailəyə lazım olan xidməti yerinə yetirir, avtomobili də həmin ünvanda saxlayır. xx xxxxxx 2020-ci il tarixdə səhər tezdən həmin ünvana gəlmiş, ailədən verilən tapşırığı yerinə yetirdikdən sonra yenə də həmin ünvanda, avtoyuyucunun qarşısınqda dayanıb gözləyirmiş. Saat 13:45 radələrində həmin binada yaşayan Ruadın azyaşlı qızı Fatinanın çiynində məktəbli çantası, əlində zibil torbası onun qarşısından keçib zibili orada olan zibil qutusuna ataraq Xaqani küçəsinə keçdiyini görmüşdür, ondan sonra kiminsə həmin qızın arxasınca getməsinə fikir verməmişdir. Bir qədər sonra yenə də avtoyuyucunun yanında olarkən tanımadığı bir nəfərin qaçaraq oradan getməsini görmüşdür, həmin şəxsin əynində göy rəngdə cins şalvar və qara gödəkçə var imiş və şalvarının kəmərindən çoxlu açar asılıbmış və sonra sürücüsü olduğu ailəyə xidmət üçün getmiş və yenə də ora qayıdanda eşitmişdir ki, həmin qaçan şəxs Ruadın qızı Faktinanın qolundan tutmuş. O Fatinanı və atası Ruadı çoxdan tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xidməti iş yerində olarkən Səbail rayonu, Nizami küçəsi, ev-80/84, mənzil 5 ünvanında yaşayan Qanuni nümayəndə ərizə ilə müraciət edib bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 13:50 radələrində tanımadığı şəxs onun 160 nömrəli tam Orta məktəbin 5-ci sinfində oxuyan qızı Fatina dərsə gedərkən evlərinə yaxınlıqda tanımadığı şəxs ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Həmin şəxsin müəyyən edilməsi məqsədi ilə onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkilləri – Şahid9, Şahid4, Şahid5 və Şahid6 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müşahidə kameralarına baxış keçirilməklə həmin hadisəni törədən şəxsin qara rəngli «KİA OPTİMA» markalı, 90AA134 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 14:30 radələrində müəyyənləşmə aparılmaqla Təqsirləndirilən şəxs həmin maşınla Yasamal rayonu ərazisində olan «Kaktus» restoranının yaxınlığında olması müəyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə dərhal həmin əraziyə getmişlər, həmin maşını sürücüsü ilə birlikdə «Kaktus» restoranı ilə Mətbuat prospektinin arasında dayanmış şəkildə aşkar etmişlər, onun maşını yol kənarında dayansa da özü səki ilə piyada yuxarı qalxırmış, onlar ona hər tərəfdən yaxınlaşanda, həmin şəxs onları görüb qaçmışdır, ona dayanmasını dedikdə təkrarən qaçmağa cəhd etmiş və ayağı dayandığı yerdə səkiyə ilişərək sol böyrü üstə yıxılmışdır, sol böyrü səkinin daşına dəymişdir, onlar onu yerindən qaldırmış və özlərini Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları kimi təqdim edərək barəsində şikayət daxil olmasını bildirmişlər, həmin şəxs heçnə etmədiyini desə də onu öz avtomobilləri ilə 39-cu PB-nə gətirmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənib bu barədə raport yazaraq bölmə rəhbərliyinə məruzə etmişlər, onun böyrü ağrıdığını dediyindən bölməyə təcili yardım çağırmış, Təqsirləndirilən şəxs Travmotologiya xəstəxanasına aparılıb ilkin tibbi yardım göstərmişlər, saxlanılarkən onlar tərəfindən Təqsirləndirilən şəxs hər hansı formada zor tətbiq olunmamışdır, aldığı xəsarəti o saxlanılarkən ayağı büdrədiyindən yıxılaraq almışdır. Təqsirləndirilən şəxs bölmədə biləndə ki, onun barəsində azyaşlı qıza qarşı əxlaqsız hərəkət etməsinə görə şikayət edilmişdir, orda da bildirirmiş ki, heç kimə qarşı əxlaqsız hərəkət etməmişdir, lakin onların əldə etdikləri videomüşahidə kameralarından onun həmin qızın arxasınca getməsi, hadisə yerindən qaçıb getməsi aydın görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid4, Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 göstərdiyi xüsusatları təsdiq etmişlər. xx xxxxxx 2020-ci il tarixli şəxsi tanımaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs dörd nəfər şəxslər arasında tanınmaq üçün təqdim edilmiş Təqsirləndirilən şəxs tanıyaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 13:50 radələrində Səbail rayonu Nizami küçəsində ona qarşı əxlaqsız hərəkət edən şəxs odur, onu tam üst geyimindən və üz görünüşündən tanımışdır. Həmçinin tanınmaya təqdim etmə istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında hadisə yerinin yaxınlıqda quraşdırılmış müşahidə kameralarındakı videogörüntülərə baxış keçirələrkən müəyyən olunmuşdur ki, ilk «WhatsApp Video 2020-02-28 at 11.54.41 (1) qovluğunda ümumi istifadədə olan evin həyəti görüntülənir, görüntülər 2020-02- 26 13:49:29-də başlayır, saat 13:49:08-də Nizami küçəsi ilə qarşısından X1 Xəqani küçəsinə çıxışa tərəf piyada gəldiyi görüntülənir, saat 13:49:22-də azyaşlı Zərərçəkmiş şəxs kürəyində məktəbli çantası olmaqla «DAEWOO» markalı avtomobilə tərəf gəlib oradan da Xəqani küçəsinə çıxışa tərəf getməsi, onun arxasınca isə Təqsirləndirilən şəxs tələsik gedərək hər ikisinin Xəqani küçəsinə çıxışa girmələri, həmin zamanda da çıxışdan «DAEWOO» markalı avtomobilin arxasına qədər mobil telefon qulağında danışa-danışa eynəkli şəxsin gəlməsi görüntülənir və həmin anda görüntülər başa çatır. Faylda görüntü 00:51 saniyə davam edir. İkinci faylda Nizami küçəsi-80/84 ünvanının qarşısı, küçədə divarboyu avtomobillərin sıra ilə dayanmaları, ekranın yuxarı hissəsində 2020-02-26 13:50:08 yazılarının olması, saat 13:51:35də binadan Nizami küçəsinə çıxışdan Təqsirləndirilən şəxs qaçaraq çıxıb sol tərəfə qaçması, onun sağ əlində mobil telefon olması, üçüncü faylda Nizami küçəsindən 80/84 nömrəli evin həyətinə girişin qarşı hissəsi görüntülənir, saat 13:49:17-də azyaşlı Zərərçəkmiş şəxs çiynində məktəbli çantası kameranın görünüş bucağına daxil olub giriş-çıxışa tərəf getməsi, həmin vaxt Təqsirləndirilən şəxs qarşı tərəfdən Nizami küçəsi ilə gələrək giriş-çıxışa çatdıqda azyaşlı Zərərçəkmiş şəxs ardınca giriş-çıxış yerinə girməsi görüntülənir, dördüncü faylda kompüterdən köçürülmüş formada ikinci faylda görüntülənən görüntülər əks olunduğu görünür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ibtidai istintaqa təqdim edilmiş və maddi sübut kimi tanınmış diskdəki videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskə köçürülmüş videogörüntülərin götürüldüyü müşahidə kameralarının yerləşdiyi yerlər, görüntülərdəki vaxt və hadisə gedişinin ardıcıllığını əks etdirən aşağıdakı başlıqlarla qeydlər barədə yazılardır: «Nizami küçəsi tərəfindən həyətdəki qadın salonunun kamerası», «Kafe Xaqani küçəsi», «COACH şirniyyat evi», «Xaqani küçəsində yerləşən kitab mağazasının yanındakı görüntü kamerası», «Yaşadığımız binanın həyətinin görüntü kameraları». Hər başlıqların altında zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hərəkət istiqamətləri, görüntü vaxtı və yeri göstərilmişdir. Ekranda olan ikinci qovluq «Coach chirniyyat evi Xaqani küçəsi blokun girişi, interval 14 dəq»-dır və həmin qovluğun açılması düyməsinə basıldıqda ekranda «XVR ch1 main **********2000 2020022», «XVR ch1 main **********0000 2020022» «XVR ch4 main **********2000 2020022» «XVR ch4 main **********0000 2020022» faylları vardır. -Birinci faylda ekranda Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsinldə olan kitab dükanının qarşısı görüntülənir, görüntünün başlanma vaxtı 13:20:00, sonu 14:00:00-dur, Xəqani küçəsində yolun hər iki tərəfindən avtomobillər park edilmişdir, kitab evinin qarşısındakı səki ilə məktəblilər və digər şəxslər piyada gedirlər, həmin faylda azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs görüntülənmir; -İkinci faylda ekranın yuxarı sağ hissəsində 2020-02-26, 14:00:00 yazıları qeyd edilmişdir, kameranın alt hissəsində üç nəfər kişi dayanıb söhbət edirlər. Saat 14:01:25-də azyaşlı Zərərçəkmiş şəxs həyətdən Xəqani küçəsinə çıxır, çiynində məktəbli çantası olmaqla Xəqani küçəsinə çıxıb sola döğru normal gedişlə piyada hərəkət edir, saat 14:01:32-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çıxdığı həyətdən çıxıb onun arxasınca piyada, iti addımlarla hərəkət edir və onlar hər ikisi kameranın görünüş bucağından itirlər. Saat 14:02:27-də azyaşlı Zərərçəkmiş şəxs ekranda görüntülənir, o məktəbə getdiyi yoldan geri qayıdır, kürəyində məktəbli çantası vardır və qayıdarkən nəyisə axtarırmış kimi səkinin o tərəf, bu tərəfinə baxır, kitab evinin pilləkəninə çatmamış o tərəf, bu tərəfə baxaraq çevrilib geri qayıdır, səkidə olan binanın zirzəmisinə düşən qırmızı rəngli kafelə olan pilləkən məhəccərinin yanına qədər qayıdanda Təqsirləndirilən şəxslə üz-üzə gəlir. Təqsirləndirilən şəxs həmin vaxt sol əlində tutduğu telefon sol qulağında olmaqla sağ əli ilə Zərərçəkmiş şəxs nəsə işarə edir və qız həmin işarədən sonra yenidən çevrilib yaşadıqları binanın Xəqani küçəsinə çıxışına tərəf gedir. Saat 14:03:25-də azyaşlı Zərərçəkmiş şəxs Xəqani küçəsinə çıxışdan çıxaraq kameranın görünüş bucağına düşür və yenə də oxuduğu məktəb istiqamətində sola əvvəlcə yavaş sürətlə piyada gedir, sonra isə səkinin qıraq hissəsinə keçib arxa tərəfinə iki dəfə çevrilib baxdıqdan sonra qaça-qaça hərəkət edir, onun çiynində məktəbli çantası vardır və sonra da kameranın görünüş bucağından itir, həmin müddətdə Təqsirləndirilən şəxs kamera görüntülərinə düşməmişdir; -Üçüncü faylda ekranda həyətdən çıxışda, eyvanda quraşdırılmış kamera görüntüləri əks olunmuşdur, həmin görüntülər saat 13:20:00-da başlayır və saat 14:00:00-da başa çatır, həmin görüntülərdə azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs görünmür; -Dördüncü faylda ekranda yenə də əvvəlki həyətdən çıxışda, balkonda quraşdırılmış kamera görüntüləri əks olunmuşdur, həmin görüntülər saat 14:00:00-da başlayır. Saat 14:01:03də azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs Xətai küçəsindən binanın həyətinə girməsi, onun ardınca isə Təqsirləndirilən şəxs binanın həyətinə girməsi görüntülənir. Saat 14:03:12-də Təqsirləndirilən şəxs Nizami küçəsinə çıxışa tərəf qaçması görüntülənir. Üçüncü qovluq «həyətın görüntü kamaraları»dır, həmin qovluğun açılması düyməsinə basıldıqda ekranda 03 fayl vardır. -Birinci faylda ekranda Nizami küçəsinin yan tərəfi görüntülənir və əvvəlcə azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs mənzillərindən çıxıb binanın həyətinə girməsi, sonra isə Təqsirləndirilən şəxs Nizami küçəsinin əks tərəfi ilə gəlib Zərərçəkmiş şəxs ardınca binanın həyətinə girməsi görüntülənir; -İkinci faylda ekranda hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs həyətdən Nizami küçəsinə çıxaraq qaçıb getməsi görüntülənir; -Üçüncü faylda ekranda binanın sakinlər üçün ümumi istifadədə olan həyətə giriş, girişdə dayanan “DAEWOO” markalı avtomobil, həmin avtomobilin yanından əvvəlcə Zərərçəkmiş şəxs, onun ardınca isə Təqsirləndirilən şəxs binanın həyətinə girmələri görüntülənir. Dördüncü qovluq «Kafe Xaqani küçəsi» adlandırılıb, həmin qovluğda «Camera», «Camera» və «Camera dvor» faylları vardır. -birinci «Camera» faylında ekranda vaxt: 13:47 «on zaxodit v blok», 13:48 «oni proxodyat pered kafe v şkolu» yazılar qeyd edilmişdir. -«Cam 1» faylında ekranda Xəqani küçəsi görüntülənir, görüntülər 13:29:00-da başlayır. Kameranın görüntü bucağı altında 04 nəfər kişi dayanıb söhbət edirlər. Saat 13:48:12-də azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs Xəqani küçəsinə çıxması, əvvəlcə ititaddımlarla, sonra isə normal addımlarla məktəbə tərəf gedir, kürəyində məktəbli çantası vardır, onun ardınca isə Təqsirləndirilən şəxs Xəqani küçəsinə çıxır və qızın ardınca iti addımlarla hərəkət edir, sonra isə hər ikisi kameranın görünüş bucağından uzaqlaşaraq itirlər. Saat 13:48:57-də Zərərçəkmiş şəxs çiynində məktəbli çantası geri qayıtmaqla kamera görüntülərinə düşür və səki ilə geri qayıdarkən o tərəf, bu tərəfə baxmaqla nəyisə axtarması görünür. Saat 13:49:10-da Təqsirləndirilən şəxs Fatinanın ardınca tələsik addımlarla gəlməklə kameranın görütülərinə düşməsi görünür. Azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs Xəqani küçəsindəki kitab dükanının pilləkənlərinə çatanda o tərəf, bu tərəfə baxaraq çevrilib məktəbə qayıdır, binanın zirzəmisinə düşən pilləkənin qırmızı rəngli məhəccərinə çatanda qız, onun ardınca gələn Təqsirləndirilən şəxslə üz-üzə gəlir. Təqsirləndirilən şəxs həmin vaxt sol əlində mobil telefonu sol qulağına tutaraq hərəkət edir və qızla üz-üzə gələndə sağ əli ilə bina tərəfi göstərmə işarəsi etdiyindən Fatina geri qayıdır və onlar hər ikisi binanın həyətinə keçdiyindən kameranın görünüş bucağından itirlər. Saat 13:50:11-də azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs həyətdən Xəqani küçəsinə çıxır, əvvəlcə asta addımlarla, sonra isə səkinin qıraq tərəfinə keçib arxaya iki dəfə baxaraq qaça-qaça oxuduğu məktəbə tərəf gedir və sonda kameranın görünüş bucağından itir. Təqsirləndirilən şəxs isə geri qayıtması görüntülənmir; -İkinci «Camera» faylında ekranda Xəqani küçəsi görüntülənir, görüntünün başlanması saat 13:29:00-dur və 14:00:00-da başa çatır. Həmin faylda maraq kəsb edən hər hansı görüntü yoxdur. -Üçüncü «Camera dvor» faylında ekranda 6 fayl var, birinci faylda ekranda binanın həyətində quraşdırılmış kameranın görüntüləri əks edilmişdir və həmin görüntüdən görünür ki, 13:47:17-də Təqsirləndirilən şəxs həyətdəki bir keçiddən başqasına keçməsi görüntülənir, qalan fayllarda maraq kəsb edən görüntülər aşkar edilmədi və azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs görüntüləri aşkar edilmədi. -Beşinci qovluq «Kitab mağazası Xaqani küçəsi»-dir və həmin görüntüdə ekranda Xaqani küçəsi görüntülənir. Saat 13:51:21-də Xəqani küçəsində yerləşən kitab dükanına çatmamış məktəb istiqamətində səki ilə piyada gedən azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs arxadan piyada gələn Təqsirləndirilən şəxs çatması, onu saxlayıb əli ilə arxa tərəfi göstərməsi və onun göstərməsindən sonra Zərərçəkmiş şəxs geri qayıtması, sonra Təqsirləndirilən şəxs 10-12 addım irəli gedərək sağ əli ilə sağ şalvar cibindən mobil telefonu çıxararaq sağ qulağına qoyması və saat 13:51:30-da Zərərçəkmiş şəxs arxasınca qayıtması, saat 13:53:04-də Zərərçəkmiş şəxs qaçaraq geri qayıtması görüntülənir. Saat 14:07:18-də azyaşlı Zərərçəkmiş şəxs müəlliməsi ilə geriyə, evlərinə tərəf qayıtması görüntülənir. -Altıncı qovluq «Qadın salonu, həyatın içi, Nizami 1 min»-dir, həmin faylda ekranda sakinlərin ümumi istifadəsində olan həyətdən aparılan çəkilişlər görüntülənir. Görüntülər saat 13:45:48-də başlayır. Saat 13:46:05-də Təqsirləndirilən şəxs binanın həyətinin bir tərəfindən digər tərəfinə keçməsi görüntülənir, o adi addımlarla sağ əlində mobil telefon olmaqla piyada hərəkət edir. İş üzrə təyin edilmiş məhkəmə-kompüter-texniki ekspertizasının komputer-texniki obyektlərin tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5/50 nömrəli rəyindən görünür ki, təqdim edilmiş həssas təzyiqlə çalışan «Xiaomi Redmi 7A» markalı, «M1903C3EG» modeli, **********01423, **********01431 imei kodlu mobil telefon olmaqla hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş həssas təzyiqlə çalışan «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «VİVO» markalı, «1806» modelli, **********57772, **********57764 imei kodlu mobil telefon olmaqla hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş «Xiaomi Redmi 7A» markalı, «M1903C3EG» modeli mobil telefonun yaddaşında olan «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi «Logical məlumatın əldə edilməsi metodu 9,64GB həcmdə, «File məlumatın əldə edilməsi metodu» 1,98MB həcimdə məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar «Ekspertiza 5/50» adlı iş çantasında üzərində «PRİNCO BUDGET» yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş «VİVO» markalı, «1806» modelli mobil telefonun yaddaşında olan «Cellebrite» firmasının firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi «Logical məlumatın əldə edilməsi metodu 9,53 GB həcmdə, «File məlumatın əldə edilməsi metodu» 31,17 GB həcimdə məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar «Ekspertiza 5/50» adlı iş çantasında üzərində «PRİNCO BUDGET» yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Ekspertiza mərkəzində olan mobil telefonların və smatfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş çox funksional «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun proqramm təminatının metodlar bazasında «Fiziçeskoe so vskrıtım root dostupom» dəstəkləmə olmaması səbəbindən təqdim edilmiş «Xiaomi Redmi 7A» markalı, «M1903C3EG» modeli və «VİVO» markalı, «1806» modelli mobil telefonların yaddaşından hər hansı bir (2020-ci ilin fevral ayının 15-dən 28-nə qədər olan müddət ərzində daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, «SMS» mesajlar, multimedia (foto, video, audio fayllar və s.) məlumatların pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş «Xiaomi Redmi 7A» markalı, «M1903C3EG» modeli və «VİVO» markalı, «1806» modelli mobil telefonlardan istifadə etməklə 2020-ci ilin fevral ayının 15-dən 28-nə qədər olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, müddəti, vaxtı, göndərilən və qəbul olunmuş «SMS» mesajların vaxtı, aparılmış foto və video faylların olub-olmaması barədə məlumatlar ekspert rəyinə əlavə olunmuş, üzərində «PRİNCO BUDGET» yazısı olan DVD-R diskə köçürülmüş fayllarda öz əksini tapmışdır. Təqdim olunmuş «XİAOMİ REDMİ 7A» markalı «M1903C3EG» modeli mobil telefonun yaddaşına quraşdırılmış «Facebook Messenger» sosial şəbəkəsinə aid proqram təminatında məlumat mübadiləsi, «VİVO» markalı, «1806» modelli mobil telefonun yaddaşına quraşdırılmış «Vhatsapp» proqramm təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, lakin «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun proqramm bazasında tətbiq olunan mobil telefonların «Fiziki məlumatın əldə edilməsi metodunın çıxarılmasının mümkün olmaması səbəbindən qeyd olunan məlumat mübadilələrini əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik ) manatdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən istifadə etməklə 2020-ci ilin fevral ayının 15-dən 28-nə qədər olan dövrdə həmin mobil nömrəyə daxil olan zənglər barədə izahlı qaiməyə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, izahlı qaimə ilk olaraq xx.xx.2020-ci il tarixdə, saat 22:46:37-də 48 saniyə davam etməklə ***-***-**-** mobil nömrəsinə arvadı Roza Məmmədovanın istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Parlament prospektində edilən zəngdir, ondan sonra Təqsirləndirilən şəxs öz adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə və sair nömrələrdən edilən zənglərdir. Qaimədə xx.xx.2020-ci il tarixdə saat 15:59:01 və 15:57:33-də, hər ikisində 00 saniyə müddətində X2 adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə zənglər daxil olmuşdur. Siyahının 82-ci sırasında xx.xx.2020-ci il tarixdə, saat 14:07:50-də 00 saniyə müddətində Səbail rayonu Xəqani küçəsində X3 adına olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsinə zəng daxil olması göstərilmişdir. Qaimənin 86-cı sırasında həmin ***-***-**-** mobil nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 12:27:31-də Yasamal rayonu Tağı Şahbazi küçəsində olmaqla 19 saniyə müddətinə danışmaqla zəng daxil olması göstərilmişdir, həmin gün saat 11:03:02-də Yasamal rayonu Hüseyn Cavid prospektində olmaqla 18 saniyə müddətində danışmaları qeyd edilmişdir. Qaimə üzrə 239 danışıq qeydə alınmışdır və xx.xx.2020-dən əvvəl 20 dəfə Ülviyyə Əhmədzadənin adına olan nömrədən Təqsirləndirilən şəxs adına olan mobil nömrəyə danışıqlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət etməsi barədə hadisə yerində olan müşahidə kameralarından götürülmüş görüntülərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 13:51:21-də Xəqani küçəsində olan Kitab dükanına çatmamış qarşıda piyada gedən azyaşlı Zərərçəkmiş şəxs çatır və onu əl işarələri ilə geri qaytarır, özü isə 10-12 addım irəli gedib cibindən mobil telefonu çıxararaq kiminləsə danışadanışa saat 13:51:30-da azyaşlı Zərərçəkmiş şəxs arxasınca həyətə girir, saat 13:53:04-də azyaşlı Zərərçəkmiş şəxs həyətdən Xəqani küçəsinə çıxır və məktəbə qaçaraq gedir, yəni hadisədən sonra, saat 14:07:18-də isə azyaşlı Zərərçəkmiş şəxs müəlliməsi ilə birlikdə evlərinə gedir, yəni azyaşlının müəlliməsinə məlumat verməklə evlərinə getməsini görəndən 32 saniyə sonra ona hazırlıq kursuna gətirdiyi Aylin zəng etmiş olur. Beləliklə Təqsirləndirilən şəxs hadisədən əvvəl ***-***-**-** mobil nömrəsindən zəng olunması öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs qismində tanınmış azyaşlı Zərərçəkmiş şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 471 saylı rəyinin məhkəmə-psixatrik ekspertizası üzrə görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Həmçinin baş vermiş hadisə dövründə Zərərçəkmiş şəxs hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və digər psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Baş vermiş hadisə dövründə öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Məhkəmə-psixioloji ekspertizası belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmayır. Yadda saxlama və yadasalma funksiyalarında, təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik qeydə alınmadı. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, çeviklik, sərbəstlik, məqsədyönümlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini tam görmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə. Özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan əmələ gəlmişdir. Hal-hazırda psixiemosional durumunda hadisə ilə əlaqədar hər hansı bir dəyişiklik (stress və stressdən sonrakı vəziyyət, gərginlik, qorxu, həyəcan və s.) müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 680 saylı rəyinin məhkəmə-psixatrik ekspertizası üzrə görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xususiyyətlərə malikdir. Onda özündən uydurmağa pataloji meyllilik əlamətləri müəyyən edilmir, lakin situasiyasını öz xeyrinə yönlətmək məqsədilə yalan danışa bilər. Təqsirləndirilən şəxs hadisə zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək, idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. xx xxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət edilməsi faktı ilə əlaqədar cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd, zərərçəkmişin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd disk, məhkəmə kompüter-texniki ekspertizasından rəylə birlikdə daxil olmuş və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsilə apardıqları danışıqlar barədə izahlı qaimə olan 01 ədəd disk –ümumilikdə 04 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)-112/2020 saylı qərarı ilə vəsatət qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə xəsarət alması faktı əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları Sadıxov Tehran namizət oğlu, Şahid8 Taryel oğlu, Şahid4, Şahid6 və Şahid5 tərəfindən Təqsirləndirilən şəxs döyərək xəsarət yetirməsi öz təsdiqini tapmadığından xx xxxxx 2020-ci i tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – 29 iyul 2006-cı tarixdə anadan olmuş Abdullayev Məhəmməd İlham oğlu. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zor tətbiq etmədən əxlaqsız hərəkət etməməsi şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş CD disklərdə olan videogörüntülər və işin digər halları ilə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət edilməsi faktı ilə əlaqədar cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd disk, məhkəmə kompüter-texniki ekspertizasından rəylə birlikdə daxil olmuş və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsilə apardıqları danışıqlar barədə izahlı qaimə olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən çəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış azyaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət edilməsi faktı ilə əlaqədar cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd disk, zərərçəkmişin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd disk, məhkəmə kompüter-texniki ekspertizasından rəylə birlikdə daxil olmuş və cinayət hadisəsinin izlərini özündə əks etdirən 01 ədəd disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsilə apardıqları danışıqlar barədə izahlı qaimə olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 84 (səksən dörd ) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-12/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-12/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver