Məhkəmə qərarları › İş №1(009)-12/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-12/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-12/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib 2-3 ay ərzində satışını təşkil edib dəyərini tam şəkildə ödəyəcəyi, hətta satışdan gəlir olaraq qazanılacaq pulun yarısını da verəcəyi barədə ona yalan vəd verib aldadaraq 2017-ci ilin aprel ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Bakı Ticarət Mərkəzi”nin (köhnə univermaq) yanında qiyməti 3500 manat təşkil edən ümumi çəkisi 70 qram olan 585 əyyarlı iki dəst qızıl qarnitur, yəni sırğa-üzük, qolbaq və kolye, qiyməti 385 manat təşkil edən çəkisi 5,5 qram olan 750 əyarlı bir ədəd brilliant qaşlı qızıl üzük, qiyməti 455 manat təşkil edən çəkisi 6,5 qram olan 750 əyarlı bir ədəd brilliant qaşlı qızıl üzük, 2017-ci ilin aprel ayının ortalarında eyni ünvanda qiyməti 364 manat təşkil edən çəkisi 5,2 qram olan 750 əyyarlı bir ədəd brilliant qaşlı qızıl üzük, qiyməti 4200 manat təşkil edən ümumi çəkisi 60 qram olan 750 əyyarlı iki dəst qızıl qarnitur, yəni sırğa-üzük, qolbaq və kolye, qiyməti 1540 manat təşkil edən çəkisi 22 qram olan 750 əyyarlı bir ədəd qızıl qolbağ, 2017-ci ilin may ayının əvvəllərində eyni ünvanda qiyməti 1120 manat təşkil edən çəkisi 16 qram olan 750 əyyarlı bir ədəd qızıl qolbaq, qiyməti 840 manat təşkil edən çəkisi 12 qram olan 750 əyyarlı bir dəst qızıl komplekt, yəni üzük-sırğa dəsti, qiyməti 2250 manat təşkil edən ümumi çəkisi 45 qram olan 583 əyyarlı on ədəd qızıl üzük, qiyməti 2450 manat təşkil edən ümumi çəkisi 35 qram olan 750 əyyarlı beş ədəd qızıl sırğa, 2017-ci ilin may ayının ikinci yarısında eyni ünvanda qiyməti 1300 manat təşkil edən ümumi çəkisi 26 qram olan 583 əyyarlı altı ədəd qızıl kulon, qiyməti 5810 manat təşkil edən ümumi çəkisi 83 qram olan 750 əyyarlı üç dəst qızıl qarnitur, yəni sırğa-üzük, qolbaq və kolyeni, 2017-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın yanında qiyməti 2800 manat təşkil edən ümumi çəkisi 56 qram olan 585 əyyarlı iki dəst qızıl qarnitur, yəni sırğa-üzük, qolbaq və kolye, 2017-ci ilin iyul ayının ikinci yarısında eyni ünvanda qiyməti 3750 manat təşkil edən ümumi çəkisi 75 qram olan 583 əyyarlı on beş ədəd qızıl üzük, 2017-ci ilin avqust ayının ortalarında eyni ünvanda qiyməti 184 manat təşkil edən ümumi çəkisi 46 qram olan 925 əyyarlı altı ədəd gümüş üzük, beş ədəd gümüş sırğa və yeddi ədəd gümüş qolbaq, 2017-ci ilin avqust ayının ortalarında eyni ünvanda qiyməti 262 manat təşkil edən ümumi çəkisi 65,5 qram olan 925 əyarlı on ədəd gümüş sırğa, yeddi ədəd gümüş sep, üç ədəd gümüş qolbaq və yeddi ədəd gümüş kulonu, bununla ümumi dəyəri 31210 manat təşkil edən qızıl-zinət və gümüş əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 31210 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası açmaq istədiyini, ilin sonuna qədər bağçanın fəaliyyətə başlayacağını sonra onu da bu işə şərik edib bağçanın rəhbərliyində təmsil olunacağını, bağçanın fəaliyyətindən qazanacağı puldan həmçinin əvvəlcədən aldığı qızıl-zinət və gümüş əşyalarına görə borcunu ödəyəcəyi barədə ona yalan vəd verib aldadaraq 2018-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 6345 manat, 2018-ci ilin aprel ayının ikinci yarısında eyni ünvanda 12030 manat, 2018-ci ilin avqust ayının ortalarında eyni ünvanda 8000 manat, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 26375 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 26375 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib onu “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası”na tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018-ci ilin avqust ayının ilk günlərində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 2000 manat, 2018-ci ilin sentyabr ayının ilk günlərində eyni ünvanda 1800 manat, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3800 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 3800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib arvadı Fidan Cəbrayılovanı Sumqayıt şəhərində yerləşən orta təhsil müəssisələrindən birinə riyaziyyat müəlliməsi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018-ci ilin sentyabr ayının birinci yarısında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 1500 manat, 2018-ci ilin sentyabr ayının ikinci yarısında eyni ünvanda 500 manat, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 2000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Məmmədəli oğlunun etibarından sui-istifadə edib qızı Şahid5 Abşeron rayonunda yerləşən uşaq bağçalarından birinə müəllimə və gəlini Şahid4 Bakı şəhərində yerləşən “Dobromed Hospital”ına tibb bacısı kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 10 oktyabr 2018- ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs8 6000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu Bakı şəhəri, Səbail rayonu, “M.Rahim adına 7 nömrəli tam orta məktəb”də ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018- ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 3000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib anası Nazilə Musayevanı “Şəmkir rayon Təhsil Şöbəsi”nin müdiri vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Unıvermaq”ın qarşısında 6000 manat, 2018-ci ilin noyabr ayının ikinci yarısında eyni ünvanda 5000 manat, 2018-ci ilin noyabr ayının sonlarında eyni ünvanda 5000 manat, 2018-ci ilin dekabr ayının əvvəllərində eyni ünvanda 8000 manat, 2018-ci ilin dekabr ayının ortalarında eyni ünvanda 4000 manat, 30 dekabr 2018-ci il tarixdə eyni ünvanda 3000 manat, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 31000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 31000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X5 etibarından sui-istifadə edib qızı Nəzrin Rəhimovanın adını dövlət qulluğuna qəbul üzrə imtahanda müvəffəqiyyət qazanmış şəxslərin siyahısına saldıracağı barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018- ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 39 ünvanında yerləşən “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yanında 1000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs12 1000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu “Daxili İşlər Nazirliyinin Komendant xidməti”nə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etmoyib Zərərçəkmiş şəxs7 6000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib onu “Milli Aviasiya Akademiyası”na mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2019-cu ilin yanvar ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 3500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs10 3500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onun adını orta məktəb direktorlarının işə qəbulu müsabiqəsində uğur qazanmış şəxslərin siyahısına saldıracağı və bununla Qax rayonu, “Fıstıqlı kənd ümumi orta məktəb”in direktoru vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 09 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 5100 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 5100 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib onu Bakı şəhərində fəaliyyət göstərən “Vital Klinika”da az təminatlı ailə kimi qeydiyyata aldıracağı və sonra “Vital Klinika”nın ianəsi hesabına Bakı şəhərində fəaliyyət göstərən “X17”da süni mayalanma əməliyyatı olunacağı barədə ona yalan vəd verib aldadaraq 2019-cu ilin aprel ayının əvvəllərində ünvan 8 ünvanında yerləşən “Vital Klinika”da 400 manat, 2019-cu ilin aprel ayının ortalarında Bakı metropoliteninin “20 yanvar metrostansiyası”nın yanında 600 manat, 2019-cu ilin aprel ayının sonlarında eyni ünvanda 500 manat, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs11 1500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istlfadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu “Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon Şöbəsi”nin Növbətçi hissəsinə işə düzəldəcəyi barədə ona yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 15 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında 1500 manat, xüsusi geyim forması almaq və 3 aylıq tədris kursunda yemək pulu üçün 2019-cu ilin may ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 7/11 ünvanında yerləşən «20 nömrəli məktəb-lisey»in yanında özü ilə görüşərək 240 manat, cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə 2019-cu ilin may ayının axırlarında işə düzəlmə məsələsi ilə bağlı əlavə olaraq 200 manat pulu Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın qarşısında, bununla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1940 manat pulunu alıb elə keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 1940 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs5 2016-cı ildən tanışı Günay vasitəsi ilə tanıyır. Belə ki, Zərərçəkmiş şəxs5 Bakı Ticarət Mərkəzində (köhnə univermaq) qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurdu. 2016-cı ilin mart-aprel aylarında birinci dəfə nağd şəkildə pulunu ödəyərək Zərərçəkmiş şəxs5 qızıl sep almışdır. Orada onun bir qızıl qolbaqdan xoşu gəlmişdir. Həmin qolbağın hissə- hissə ödəmək şərtilə almaq üçün satıcı Umudla əlaqə saxlamış, Umud da razılaşmışdır. Belə ki, Umuddan 700 manat dəyərində nisyə qızıl-zinət əşyası götürmüşdür və pulunu da hissə-hissə Umuda ödəyirmiş. Zərərçəkmiş şəxs5 2017 yaxud 2018-ci ildə iş yerini dəyişərək Mərkəzi Univermağa keçmişdir. Maddi imkanı zəif olduğundan hazırkı dövrə qədər də Zərərçəkmiş şəxs5 aldığı qızıl borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs5la tanışlığı yarandığından hərdən telefonda danışır və müəyyən məsələlərdə məsləhətləşirmişlər. Zərərçəkmiş şəxs5 bacısını pulsuz tanış həkimə aparmışdır. Bundan başqa, o Zərərçəkmiş şəxs5 heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs5 onun barəsində etdiyi müraciətdə göstərdiklərinin hamısı yalandır. İstintaq müddətində 6 nəfər zərərçəkmiş şəxslə üzləşdirilmişdir və onlardan heç biri onu tanımayıb. O, üzləşdirdiyi zərərçəkmiş şəxslərə həmçinin Nailə xanıma, Umudun bacısı oğluna onu tanıyıb-tanımaması, vəd verməsi və pul alması barəsində sual vermiş. Üzləşdirdiyi zərərçəkmiş şəxslər bildirmişdilər ki, iş düzəltməyi Zərərçəkmiş şəxs5 ilə danışıblar pulları da ona vermişlər və onun adını və iş düzəlməyi Umud onlara demişdir. Zərərçəkmiş şəxs5 öz evini satıb zərərçəkmiş şəxslərə pulunu ödəmişdir. Əgər pulu o alıbsa Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxslərə evi satıb pulu ödəməyi sual doğurur.Sonrada Zərərçəkmiş şəxs5 qızılın pulunu ondan istədikdə olmadığını bildirmişdir. Umud da ona demişdir ki, kimdənsə borc alıb versin. Umud ona bildirmişdir ki, bacısı faizə pul verir, istəsə ona da faizə pul verər. O da Umuda bildirmişdir ki, bacısından faizə pul götürsün, o qızılın pulunu verəndə bacısına qaytarar. Umud da bacısına borcu olduğu üçün ondan pul ala bilməyəcəyini demişdir. O Umudla razılaşmış, Umud bildirmişdir ki, bacısı bilməsin ki, pulu alıb Umuda verəcək. Umudun bacısının adını bilmir, lakin Ulduz metrostansiyası yaxınlığında yaşadığını bilir. O Umudun dediyi yerə getmiş və orada bir nəfər ona yaxınlaşaraq 700 manat pul vermişdir. Lakin o, heç kimə zəng etməmişdir. Umud əlaqə saxlayaraq həmin şəxsi onunla görüşdürmüşdür. O da 700 manat pulu Umuda vermişdir. Səhv etmirsə, 3-4 ay müddətinə hər ay 70 manat olmaqla həmin pulun faizini Umuda vermişdir ki, bacısına versin. Çox keçmədən 400 manat da Umuda vermişdir ki, 700 manatdan çıxsın və onun Umudun bacısına 400 manat borcu qalsın. Buna baxmayaraq Zərərçəkmiş şəxs5 heç bir səbəb göstərmədən ona yenə də qızılın pulunu tam şəkildə qaytarmasını bildirmişdir. Buna görə də, onun Umudla münasibəti pisləşmişdir və Umud onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs5 qeyd etdikləri və yazdıqları tam yalan və böhtandır. O Umuddan göstərdiyi məqsədlərlə və məbləğdə pullar almamışdır. Umud özü ona təklif etmişdir ki, evinin birini satsın, qızıl-zinət əşyaları alsınlar və satışını təşkil edib pul qazansınlar. O da imkanının olmadığını və həmin işə qol qoya bilməyəcəyini Umuda demişdir. Həmçinin Umudun dediyi şəxslərdən pul almamışdır, həmin şəxslərə vədlər verməmişdir, bununla bağlı Umudla arasında heç bir danışıq və razılaşma olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə bildirmişdir ki, 2017-ci ilin aprel ayının axırlarından Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məğul olur, Təqsirləndirilən şəxs onun müştərisi olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə ondan nisyə qızıl-zinət əşyaları almış və söz verdiyi vaxtlarda pulunu vermiş, bununla onun etibarını qazanmışdır. 2017-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, nisyə qızıl-zinət əşyaları versin, şərikli biznes əlaqəsi qursunlar və həmin əşyaları səyyari olaraq tanışlarına baha qiymətə satıb nəticədə qızılın qiymətindən əlavə əldə edilən qazancın yarısını ona verəcək, yarısını isə özünə götürəcəkdir. O, Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını kimlərə və neçəyə satacağını soruşanda, sonuncu ona maddi cəhətdən imkanlı tanışlarının olduğunu və ondan götürdüyü qızıl-zinət əşyalarını həmin şəxslərə satacağını, həmin şəxslərin də qızılların pullarını verən kimi gətirib ona verəcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, tanışları olan şəxslər həmin qızıl əşyalarını nisyə alacaqlarını deyərək 2-3 ay ərzində pulunu verəcəklərini bildirmişlər. O da inanıb razılaşmış və düşünmüşdür ki, yaxşı qazancı olar. Beləliklə, Təqsirləndirilən şəxs ondan 2017-ci ilin aprel ayının əvvəllərindən 2017- ci ilin avqust ayının ortalarına qədər olan müddət ərzində ümumilikdə 31210 (otuz bir min iki yüz on) manat dəyərində müxtəlif növ qızıl-zinət və gümüş əşyaları götürmüşdür. Təqsirləndirilən şəxs ondan götürdüyü qızıl-zinət və gümüş əşyalarının pullarını 2017-ci ilin sentyabr ayında satdığı şəxslərdən alıb ona verəcəyinə dair söz versə də, sentyabr ayında pulu verməmişdir. 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb görüşmüş və Mina Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası tikdirdiyini, bağçanın həmin ilin sonuna qədər fəaliyyətə başlayacağını, möhlət verməsini, bağça fəaliyyətə başladıqdan sonra onu da bağçanın rəhbərliyi kimi işlərinə şərik edəcəyini və pulunu qazanaraq qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bağçanın ilin axırına qədər tikilib başa çatdırılması üçün 30000 manat pul lazımdır və ondan 30000 manat pul verməsini istəmişdir. Mina bağçanın tikintisi başa çatmasa onun pulunu qaytara bilməyəcəyini dediyindən, o, pul vermək qərarına gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının ortalarında 6345 manat, 2018-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs12 borc alaraq 12030 manat, 2018-ci ilin avqust ayının əvvəllərində dostu Elxandan pul götürərək 8000 manat pul vermişdir. Həmin zamanlarda Mina ona Təhsil, Səhiyyə Nazirliklərində, Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu, əgər istəyən olsa tanışlarını həmin nazirliklərdə işlə təmin etdirə biləcəyini, iş yerlərini dəyişdirəcəyini bildirmişdir. Bu yolla da pul qazanaraq onun pullarını qaytarmağı düşündüyünü demişdir. O, da qohumlarda və tanışlarda işə keçmək istəyən, iş yerini dəyişmək istəyənlər varsa Təqsirləndirilən şəxs demişdir. Belə ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs9 onu 2018-ci ilin iyun ayında ali təhsil müəssisələrinə qəbulla bağlı keçirilən dövlət imtahanından keçirəcəyinə dair vədlər verərək onun vasitəsi ilə həmin ilin avqust ayının əvvəllərində 2000 manat, sentyabr ayının əvvəllərində isə 1800 manat pulunu almışdır. Zərərçəkmiş şəxs9 ona 2000 manat pulu verəndə o Minaya zəng etmiş və Mina özü də Vəli ilə danışmışdır. 1800 manatı o Minaya verəndə Zərərçəkmiş şəxs9 Minanın özü ilə görüşmüşdür. 2018-ci ilin sentyabr ayının ikinci yarısında Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs6 həyat yoldaşını Sumqayıt şəhərində orta məktəblərdən birində riyaziyyat müəlliməsi kimi işə düzəlmək vədini verərək ondan onun vasitəsi ilə 2000 manat pul almışdır. Həmin pulun 1500 manatını 2018ci ilin sentyabr ayının birinci yarısında o Minaya elə Hafizin yanında, qalan 500 manatını da həmin ayın ikinci yarısında tək Minaya vermişdir. 10 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs8 Məmmədəli oğluna qızını baxçaya müəllimə kimi, gəlinini isə 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Dobromed” hospitalına tibb bacısı işinə düzəltməsi ilə bağlı vədlər verərək onun vasitəsi ilə ümumilikdə 6000 manat pul almışdır. 2018-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 315 nömrəli tam orta məktəbdən Bakı şəhəri, Səbail rayonunda yerləşən M.Rahim adına olan 7 nömrəli tam orta məktəbə ibtidai sinif müəlliməsi düzədəcəyinə dair vədlər verərək onun vasitəsi ilə 3000 manat pul almışdır. 2017-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs12 qızı Nəzrin Rəhimovam 2019-cu ilin fevral ayında dövlət qulluğuna qəbulla bağlı keçiriləcək imtahandan keçirəcəyi ilə bağlı vəd verib ondan onun vasitəsi ilə 1000 manat pul almışdır. Nailə həmin vaxt onun yanında olmuşdur. Həmçinin, 2018-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs tanışı “Kamal” adı ilə tanıyaraq çağırdığı Zərərçəkmiş şəxs7 Daxili İşlər Nazirliyində Komendat xidmətinə işə düzəldəcəyi ilə bağlı vədlər verib ondan onun vasitəsi ilə 6000 manat pul almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 anası X7 Şəmkir rayonu Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin etdirəcəyinə dair vədlər verərək 2018-ci ilin noyabr ayının ortalarında 6000 manat, 2018-ci ilin noyabr ikinci yarısında 5000 manat, həmin ayın axırında 5000 manat, 2018-ci ilin dekabr ayının əvvəllərində 8000 manat, həmin ayın ortalarında 4000 manat, 30 dekabr 2018-ci il tarixdə də 3000 manat pulu sonuncudan onun vasitəsi ilə almışdır. 2019-cu ilin yanvar ayının ikinci yarısında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs10 Aviasiya akademiyasına işə düzəldəcəyi ilə bağlı vədlər verərək onun vasitəsi ilə sonuncudan 3500 manat pul almışdır. 09 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 2018-ci ilin yanvar ayında direktorların işə qəbulu müsahibəsinin nəticələri elan olunana qədər müsahibədə uğur qazanmış şəxslərin siyahısına adını saldıracağına dair vədlər verərək sonuncudan onun vasitəsi ilə 5100 manat pul almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs11 sonuncunu aztəminatlı ailə kimi “X17”da heç bir ödəniş olmadan süni mayalanma ilə əlaqədar müalicə etdirmək və süni mayalanma əməliyyatını keçirmək üçün “Vital” Klinikada müvafiq sənədlər hazırlatdıracağına dair vədlər verərək 2019-cu ilin aprel ayının əvvəllərində 400 manat, həmin ayın ortalarında 600 manat, ayın sonlarında da 500 manat olmaqla, ümumilikdə 1500 manat pul almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs onun bacısı oğlu Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə işə düzəldəcəyinə dair vədlər verərək onun vasitəsi ilə 15 aprel 2019- cu il tarixdə 1500 manat, 2019cu ilin may ayının ortalarında özündən 240 manat, həmin ayın axırlarında da onun vasitəsi ilə 200 manat pulunu alaraq ümumilikdə 1940 manat pul almışdır. Yuxarıda adlarını qeyd etdiyi şəxslərin onun vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi pulları ona Mərkəzi Univermağın qarşısında görüşərək vermişdir. Onun vasitəsi ilə verilməyən pulları da bacısı Zərərçəkmiş şəxs11 və bacısı oğlu Zərərçəkmiş şəxs4 başqa yerlərdə Təqsirləndirilən şəxs vermişlər. Zərərçəkmiş şəxs12 da 1000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Olimp” deyilən yerdə yerləşən İncəsənət Universitetinin yanında onun vasitəsi ilə almışdır. Lakin Təqsirləndirilən şəxs nə onun verdiyi qızılzinət və gümüş əşyalarının pullarını, nə sonradan ondan uşaq bağçası tikdirəcəyi adı ilə aldığı 26375 manat pulu ona geri qaytarmamış, qeyd etdiyi şəxslərə verdiyi vədlərlə əməl etməyərək onlardan aldığı pulları da mənimsəmişdir. Həmin şəxsləri o Mina ilə tanış etdiyi üçün bu şəxslər ona zəng edib pullarını Minadan alıb özlərinə qaytarmağını tələb edirmişlər. O da Mina ilə dəfələrlə əlaqə saxlayaq nə səbəbə görə ona qarşı belə hərəkət etdiyini soruşanda, Mina pulların bir qismini atasının ölümü ilə bağlı dəfn mərasiminə xərclədiyini, bir hissəsini də qızının müalicəsinə sərf etdiyini deyərək, tez bir zamanda aldığı bütün pulları, həmçinin qızıl-zinət və gümüş əşyalarının pullarını qaytaracağını bildirmişdir. O, barəsində şikayət edəcəyini deyəndə Mina yalvararaq şikayət etməməsini, tez bir zamanda pulları qaytaracağını, rəhmətə gedən atasının hesabında 137 min manat pulunun olduğunu, lakin qardaşı razı olmadığı üçün həmin pulu hesabdan çəkə bilmədiyini, ona görə də bu işin yubandığını demişdir. O, məcbur olub 02 iyul 2019- cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin inşa etdirdiyi binada yoldaşının adına olan evi dəyərindən xeyli aşağı qiymətə satmış, bacısı Dilarə və bacısı oğlu İsmayıldan başqa qalan şəxslərin pullarını qaytarmışdır. Evin satışından əldə etdiyi puldan başqa da evində olan qızıl əşyalarını sataraq camaatın pullarını özünə qaytarmışdır.Bacısı Dilarə və bacısı oğlu İsmayılın pulunu isə qaytara bilməmişdir. Ümumiyyətlə, adlarını qeyd etdiyi şəxslərə o ümumilikdə 61400 manat pul qaytarmışdır. Şikayətçidir, ona vurulmuş zərərin qaytarılması üçün mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 qohumudur. Təqsirləndirilən şəxs Umudun vasitəsilə 2018-ci ilin avqust ayından tanımışdır. 2018-ci ilin may ayında orta məktəbi bitirmişdir. 2018-ci ilin iyun ayında ali təhsil müəssisələrinə keçirilən dövlət imtahanı ilə əlaqədar test imtahanında iştirak etmişdir, məqsədi də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaq idi. Lakin test imtahahında məqbul nəticə toplaya bilməmişdir. Bu barədə Umuda deyəndə o, Mina adlı tanışının olmasını, onun Təhsil Nazirliyində çoxsaylı tanışlarının olduğunu bildirmiş və bu barədə onunl danışacağını demişdir. Bir neçə gündən sonra Umud zəng edərək bildirmişdir ki, Mina ilə danışmış, Mina onu keçirilmiş test imtahanında uğur qazanmış şəxslərin siyahısına adını saldıracağını və həmin ilin sentyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərslərə başlayacağını, bunun üçün də 3800 manat pul verməli olduğunu demişdir. O, Umuda bildirmişdir ki, cəmi 2000 manat pulu var, əgər Mina razılaşsa 2000 manatı ilkin olaraq versin, qalanını da verər. Umud da Mina ilə danışmış, Mina pulun qalan 1800 manatını sentyabr ayının ilk günlərində verməsi şərtilə razılaşmışdır. O, 2018-ci ilin avqust ayının ilk günlərində Umudun işlədiyi Mərkəzi Univermağın qarşısında Umudla görüşərək 2000 manatı vermiş və Umud onun yanında Minaya zəng etmiş və Mina onunla danışaraq narahat olmamağı, qalan 1800 manatı da sentyabr ayının ilk günlərində çatdırmasını, imtahanda uğur qazanmış şəxslərin siyahısına adını saldıracağını, 2018-ci ilin sentyabr ayında dərslərə başlayacağını bildirmişdir. Bir-iki gün sonra o Umuddan Minaya zəng edib maraqlananda Mina yenə də narahat olmamağını demişdir. 2018-ci ilin sentyabr ayının ilk günlərində o 1800 manatı da Mərkəzi Univermağın qarşısında Umuda vermiş və Umud onun yanında yenə də Minaya zəng edərək qalan 1800 manatı çatdırdığını bildirmişdir. Bundan sonra da o Mina ilə telefonda danışmış, Mina işlərin yaxşı olacağını, səbr eləməyi bildirirmiş, lakin Minanın dediyi kimi sentyabr ayında işlər alınmamış və o dərslərə gedə bilməmişdir. Mina işlərin bir qədər gecikdiyini, lakin yaxşı nəticəsinin olacağını bildirmişdir. 2018-ci ilin yanvar ayında Mina onunla əlaqə saxlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına gəlməsini bildirmiş, o da Umudla birlikdə ora getmiş, Mina akademiyanın həyətində gözləməyi deyərək akademiyaya daxil olmuş və bir neçə dəqiqə sonra çıxaraq bildirmişdir ki, bir-iki həftə ərzində işi həllini tapacaq, lakin işi həllini tapmasa da Mina onun adını yazdırdığını, dərsə getməsə də gününün yazıldığını demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq istəsə də telefon zənglərinə cavab verməmişdir. Bundan sonra bilmişdir ki, Mina onları aldadıbdır. 2019-cu ilin iyul ayında Umud ona bildirmişdir ki, Mina ona və tanışlarına qarşı dələduzluq edib. Mina onun pulunu qaytarmamışdır. Umud onu Təqsirləndirilən şəxs tanış etdiyi üçün məsuliyyət hiss edib 2019-cu ilin iyul ayının axırlarında onun 3800 manat pulunu qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 5 ilə yaxındır ki, səyyari olaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Umudu mərkəzi univermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olarkən tanımışdır. Təqsirləndirilən şəxs isə Umudun vasitəsilə 2018-ci ilin sentyabr ayında tanımışdır. Həyat yoldaşı Cəbrayılova Fidan Rahid qızını hansısa təhsil müəssisəsinə müəllim kimi işə düzəlmək istədiyini Umudla söhbət zamanı deyəndə Umud ona Mina adında tanışı olduğunu və bu barədə deyəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra Umud Mina ilə danışdığını, Minanın onun həyat yoldaşını Sumqayıt şəhərində orta təhsil müəssisələrindən birinə riyaziyyat müəlliməsi kimi işə düzəldə biləcəyini demiş, buna görə həyat yoldaşının diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərinin və 2000 manat pul lazım olduğunu söyləmiş, o da razılaşmışdır. 2018-ci ilin sentyabr ayının birinci yarısında mərkəzi univermaqda Umudla görüşərək ilkin olaraq 1500 manat pul vermiş və qalan 500 manatı da 10 gün ərzində verəcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində Mina adlı şəxs mərkəzi univermağın yanına gəlmiş və o Umudla birlikdə Mina ilə görüşmüşdür. Umud onun yanında 1500 manat pulu, qeyd etdiyi sənədlərin surətlərini Minaya vermiş və qalan 500 manat pulu da 10 gün ərzində verəcəyini bildirmişdir. Mina da razılaşmış və 1-2 aya işin düzələcəyini bildirmişdir. Təxminən 10 gündən sonra, yəni 2018-ci ilin sentyabr ayının ikinci yarısında qalan 500 manat pulu Umuda vermiş və o, da həmin pulu Minaya çatdırdığını ona bildirmişdir. İki ay keçdikdən sonra Umuddan işin nə yerdə qaldığını soruşanda, o, Minayla danışdığını, tez bir zamanda işin öz həllini tapacağını demiş, lakin məsələ öz həllini tapmamışdır. Artıq o Zərərçəkmiş şəxs5 pulun qaytarılmasını və Minanın onları aldatdığını demişdir. Umud da ona bildirmişdir ki, Mina onlardan pullar alıb aldadaraq qaytarmır. 2019-cu ilin iyun ayında Umud özü ona 2000 manat pulu verib bildirmişdir ki, digər şəxslərin də pullarını qaytarmaq üçün evini satır və satdıqdan sonra həmin şəxslərin pulunu qaytaracaqdır. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Məmmədəli oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 4 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs da Umudun vasitəsilə 2018-ci ilin oktyabr ayında tanımışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində Umudla söhbət zamanı qızı və gəlini işə düzəltmək istədiyini demişdir. Bu zaman Umud Mina adlı tanışı olduğunu, onun kömək edə biləcəyini demiş, Mina isə gəlini tibb bacısı kimi 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Dobromed" hospitalına, qızını isə müəllimə kimi Abşeron rayonunda yerləşən uşaq bağçalarından birinə düzəldə biləcəyini deyərək bunun üçün şəxsiyyət vəsiqələri, diplomların əsilləri və kserosurətlərinin, həmçinin ümumilikdə 6000 manat pul lazım olduğunu demişdir. O, 10 oktyabr 2018-ci il tarixdə "xxxx" ASC-dən 7000 manat məbləğində pul kredit götürmüş və həmin gün həmin puldan 6000 manatını və deyilən sənədləri kserosurətləri ilə birlikdə gətirib Mərkəzi Univermağın qarşısında Umudla görüşərək ona vermişdir. Həmin vaxt Umud Minaya zəng edərək onun pulu və sənədləri gətirdiyini bildirmişdir. Mina bildirmişdir ki, 3 ay ərzində həmin iş baş tutacaqdır, 3 ay tamam olduqdan sonra işlərin düzəlmədiyinə görə Umuddan Minanın telefon nömrəsini alıb onunla danışmış, hər dəfə Mina tez bir zamanda işin öz həllini tapacağını bildirmiş və pulunu və sənədləri bir bəhanə gətirərək geri qayatrmaqdan yayınırmışdır. 2019-cu ilin iyul ayında Umud da ona bildirmişdir ki, Mina onlardan pullar alıb aldadaraq qaytarmır. Umud Təqsirləndirilən şəxs onun vasitəsilə tanıdığı və pulu Təqsirləndirilən şəxs onun vasitəsilə verdiyindən həmin pulu özü ona qaytarmışdır. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 qonşusu Nahidənin vasitəsilə 2018-ci ilin oktyabr ayında tanımışdır. Umud Mərkəzi univermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul idi. Onun anası Şahid7 təzyiq və sinir xəstəsi olduğundan, işlədiyi məktəb yaşadığı evə uzaq olduğu üçün iş yerini evə yaxın olan Bakı şəhəri, Səbail rayonunda yerləşən 7 nömrəli tam orta məktəbdə dəyişmək istəyirdi. 2018-ci ilin oktyabr ayında qonşusu Nahidə ilə söhbət zamanı bu barədə demiş, Nahidə Umud adlı tanışı olduğunu və köməklik edə biləcəyini bildirmişdir. Təxminən bir həftə sonra Nahidə xanım ona bildirmişdir ki, Umudla danışıb və Umud da onun iş yerini 7 nömrəli məktəbə dəyişmək üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O razılaşmış və 2018-ci ilin noyabr ayının ortalarında Nahidə ilə birlikdə Umudun qızıl-zinət əşyalarının alveri ilə məşğul olduğu Mərkəzi Univermağın qarşısına gələrək Umudla görüşüb 3000 manat pulu vermişdir. Umud ona bildirmişdir ki, işi düzəldən Təqsirləndirilən şəxs 3 ay ərzində onun iş yerinin 7 nömrəli məktəbə dəyişdiriləcəyinə söz vermişdir. Lakin iş yerinin dəyişdirilmədiyini görüb Nahidəylə tez-tez əlaqə saxlayırmış, ona görə də Nahidə Umudun telefon nömrəsini ona vermiş və o, Umudla işlə bağlı danışmış, Minanın tez bir zamanda işi düzəldəcəyinə söz verdiyini demişdir, 6 ay keçməsinə baxmayaraq işi düzəlmədiyindən Umudla əlaqə saxladıqda artıq ona Minanın mobil telefon nömrəsini vermişdir. O, Mina ilə dəfələrlə telefonda danışmış və Mina müxtəlif vaxtlarda işin düzələcəyini desə də, həmin müddət çatdıqda vaxtı yenə uzatmışdır. 2019-cu ilin yay aylarına qədər işin düzəlmədiyini, həmçinin, Minanın pulu qaytarmaq da istəmədiyini görmüşdür. Bu barədə Zərərçəkmiş şəxs5 deyəndə o, bildirmişdir ki, Mina onu da aldadıb özündən və qeyrilərindən də onun vasitəsilə pullar almışdır. Bu səbəbdən, Umud 2019-cu ilin sentyabr ayında öz evini sataraq onun pulunu qaytarmışdır. Onun zərərini Zərərçəkmiş şəxs5 tam ödəyib, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 15 ilə yaxındır ki, tanıyır, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs5 vasitəsilə 2018-ci ilin noyabr ayından tanımışdır. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs5 onun evində qonaq olarkən söhbət zamanı anası X12 Rayon Təhsil Şöbəsinə müdir düzəltmək istədiyini demişdir. 2018-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs5 ona zəng edərək bildirmişdir ki, tanışı Mina anasını Şəmkir Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə keçməsi üçün öz tanışlarının vasitəsilə köməklik edə biləcəyini, lakin bunun üçün 31000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləğdə pulunun olmadığını, lakin qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olduğu üçün satışdan tez-tez pulunun olduğunu, hazırda isə evində 6000 manat pulunun olduğunu demişdir. Təqsirləndirilən şəxs da narahat olmamağını, həmin ilin dekabr ayının sonuna qədər 31000 manat pulu tam şəkildə verə biləcəyini, 2019-cu ilin yanvar ayının ilk həftəsində də anasını çağırıb ərizəsini alacaqlarını bildirmiş və həmin gün Umud vasitəsilə 6000 manat pulu, anasının şəxsiyyət vəsiqəsi, diplomu və əmək kitabçasının surətlərini göndərməsini istəmiş, o da Zərərçəkmiş şəxs5 vasitəsilə 6000 manat pulu və sənədləri Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra, 2018-ci ilin noyabr ikinci yarısında 5000 manat, həmin ayın axırında 5000 manat, 2018-ci ilin dekabr ayının əvvəllərində 8000 manat, həmin ayın ortalarında 4000 manat, 30 dekabr 2018-ci il tarixdə də 3000 manat olmaqla, 31000 manat pulu Zərərçəkmiş şəxs5 vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində o Zərərçəkmiş şəxs5 zəng vuraraq məsələnin nə yerdə qaldığını soruşmuş, Zərərçəkmiş şəxs5 da Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermiş və o Mina ilə əlaqə saxlamışdır. Mina ona bildirmişdir ki, tez bir zamanda anası Nazilə Musayeva işə qəbul ediləcəkdir. Bundan sonra dəfələrlə o Mina ilə telefon əlaqəsi saxlamış və sonuncu hər dəfə işin müxtəlif vaxtlarda düzələcəyinə sözlər vermiş, lakin sonradan onun telefon zənglərinə cavab verməmişdir. Bu barədə Zərərçəkmiş şəxs5 demişdir. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs5 onun pulunu qaytarmışdır. Onun zərərini Zərərçəkmiş şəxs5 tam ödəyib, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 4 ilə yaxındır ki, tanıyır, Umud qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu vaxtlarda ondan qızıl-zinət əşyaları alaraq satırdı. Təqsirləndirilən şəxs da Umudun vasitəsilə 2018-ci ilin dekabr ayında tanımışdır. Umud 2018-ci ilin aprel ayında ona Mina adında tanışının bağça tikdirdiyini, bağça tikildikdən sonra özünün də bağçanın işlərinə şərik ediləcəyini, bağçanın tikintisi üçün Minanın ondan 12030 manat pul istədiyini deyərək, pulunun olmadığı üçün ona həmin məbləğdə borc pul verməsini xahiş etmişdir. O da Umuda həmin məbləğdə pulu vermişdir. Belə ki, həmin vaxtda artıq Təqsirləndirilən şəxs adını eşitmişdir. Bundan başqa qızı Nəzrin Bakı Apellyasiya Məhkəməsində ştatdan kənar müqavilə ilə mütəxəssis işlədiyi üçün sonuncunun həmin məhkəmədə rəsmi olaraq dövlət qulluğundan imtahandan keçməklə işləməsini istəyirdi. 2018-ci ilin noyabr ayının sonlarında Umudla arasına olan söhbət zamanı bu barədə demiş və Nəzrinin 2019-cu ilin fevral ayında dövlət qulluğuna imtahan verəcəyini bildirmişdir. Umud tanışı olan Təqsirləndirilən şəxs ona Təhsil nazirliyində tanışlarının olduğunu dediyini bildirərək bu barədə Minaya deyə biləcəyini bildirmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Umudla əlaqə saxlayıb nəticəsini soruşduqda Umud bildirmişdir ki, bu barədə Mina ilə söhbət etmiş, Mina da qızını imtahandan keçirə biləcəyini, bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. O razılıq vermişdir. Umud pulu aparıb birlikdə verəcəklərini demiş və o həmin gün Umudla birlikdə Mina ilə görüşməyə getmişdir. O, Umud və Mina öz şəxsi avtomobilləri ilə gəlmişlər. Bakı şəhəri, Yasamal rayonu, “Olimp” deyilən yerdə yerləşən İncəsənət Universitetinin yanında yolun kənarında avtomobili saxlamış, çox keçmədən Mina idarə etdiyi “BMW” markalı avtomobillə ora gəlmişdir. Umud ondan 1000 manat pulu almış və qarşısında dayanan “BMW” markalı avtomobildə əyləşən Minaya avtomobilin pəncərəsindən vermişdir. Sonra Mina çıxıb getmişdir. 2019-cu ilin fevral ayında qızı Nəzrinin imtahanı olmuş və imtahandan kəsilmişdir. Bundan sonra, o zəng vurub bu barədə Umuda dedikdə, o, Minanın mobil telefon nömrəsini ona vermiş və o Mina ilə danışmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, narahat olmasın, danışıbdır, Nəzrinin imtahan vərəqəsini özləri yazacaqlar. O da inanıb gözləmişdir. Bir həftə keçdikdən sonra yenidən Minaya zəng etmiş və işin nə yerdə qaldığını soruşanda Mina yenə də səbr etməyi, düzələcəyini bildirmişdir. Artıq mart ayında o pulunu geri istədikdə, tez bir zamanda pulu qaytaracağını desə də, hazırkı dövrə qədər pulu qaytarmamışdır. Qızı da imtahandan keçməmişdir. 2019-cu ilin yay aylarında Umudla söhbət zamanı bildirmişdir ki, Mina onlara qarşı dələduzluq edib müxtəlif məbləğlərdə pullar alaraq mənimsəmiş, Umud da evini sataraq həmin şəxslərin pulunu birbir qaytaracaqdır. Umud 2019-cu ilin sentyabr ayında öz evini sataraq onun 1000 manat pulunu və borc kimi verdiyi 12030 manat pulunu qaytarmışdır, ona görə ki, Umud ona bildirmişdir ki, Minanı onun vasitəsilə tanımış və pulu Minaya onun vasitəsilə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 6 ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxs5 yaxın dostuna məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə 4 ünvanında yerləşən “TT” çay evində ofisiant işlədiyi vaxtlarda Zərərçəkmiş şəxs5 çay evinə tez-tez gəlib-getdiyi üçün tanış olmuşlar və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs5 vasitəsilə qiyabi olaraq 2018-ci ilin dekabr ayından tanımışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 çay evinə gələndə aralarındakı söhbət zamanı Umuda bildirmişdir ki, X10 işləmək istəyir və hər hansı bir tanışı varsa onun həmin orqana işə düzəlməyinə köməklik etsin. 2018-ci ilin dekabr ayının əvvəllərində Umud çay evinə gələn zaman ona bildirmişdir ki, Mina adlı tanışı var, deyib ki, onu Daxili İşlər Nazirliyində Komendat xidmətinə işə düzəldə bilər və bunun üçün 6000 manat pul lazımdır. O Umuddan işin nə vaxt düzələ biləcəyini soruşanda, o, Minanın bu işi 3 ay ərzində düzəldə biləcəyini dediyini bildirmişdir. Təxminən 2-3 gün ərzində o 6000 manat pul düzəltmiş və Umuda zəng edərək bu barədə bildirmişdir. Umud da kafeyə gəlib ondan 6000 manatı götürmüşdür. Yanında da Təqsirləndirilən şəxs zəng edərək mikrofon rejimində danışmış və o Təqsirləndirilən şəxs 6000 manat pulu gətirməsini və müəyyən xahişlər etdikdən sonra onun sənədlərini alaraq lazımi yerlərə təqdim edəcəyini, işin də 3 ay ərzində düzələcəyini dediyini eşitmişdir. Bundan sonra, o Mina ilə elə Umudun mobil telefonu ilə danışmışdır. Mina narahat olmamağını, 3 ay ərzində onun işini düzüb-qoşacağını bildirmişdir. Zərərçəkmiş şəxs5 ondan 6000 manatı alıb aparıb Minaya vermişdir. Bundan sonra, dəfələrlə onun yanında Minaya zəng edərək danışmış və Mina işin həllini tapacağını demişdir. Lakin 3 ay tamam olmuş və işi düzəlməmişdir. Umud çay evinə gələrkən o Umudun mobil telefonu ilə Mina ilə bu barədə soruşanda Mina da ona bir-iki həftə ərzində düzələcəyini bildirmişdir. Lakin bir nəticə əldə olunmadığı üçün o Umudla zəngləşərək görüşmüş və Umud mobil telefonu ilə Minaya zəng edərək danışmış, Mina da tez bir zamanda işin öz həllini tapacağını demişdir. Mina onu və Umudu hər dəfə aldadır və pulu bir bəhanə gətirərək verməkdən yayınırdı. 2019-cu ilin may- iyun aylarında Umud ona bildirmişdir ki, Mina onlara qarşı dələduzluq edib, çoxsaylı tanışlarından da müxtəlif məbləğlərdə pullar alaraq mənimsəmişdir. Umud evini satmaq üçün qoyduğunu və satdıqdan sonra həmin şəxslərin pulunu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs5 2019-cu ilin sentyabr ayında öz evini sataraq onun pulunu qaytarmışdır Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 artıq 6 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs5 vasitəsilə qiyabi olaraq 2019-cu ilin yanvar ayında tanımışdır. 2019-cu ilin yanvar ayının ortalarında dostu Zərərçəkmiş şəxs5la söhbət edərkən ona hər hansı bir mühafizə işinə düzəlmək istədiyini bildirmiş, Umud da ona Mina adlı tanışının olduğunu, yüksək vəzifələrdə işləyən tanışları var, o, işə düzəldə bilər. O da Umuddan həmin xanımla, yəni sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə bu barədə danışmasını xahiş etmişdir. Bir neçə gün sonra Umud Minanın onu Aviasiya akademiyasına mühafizəçi düzəldə biləcəyini, bunun üçün 3500 manat pul lazım olduğunu, həmçinin, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, 4 ədəd fotoşəkil çəkdirərək verməsini, işin də 3 ay ərzində düzələcəyini dediyini bildirmişdir. O razılaşmış və 3-4 gün sonra özünə məxsus 3500 manat pulu Umudla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermağın qarşısında görüşərək vermişdir. Umud da onun yanında Təqsirləndirilən şəxs zəng vurub 3500 manat pulu və sənədləri ondan aldığını bildirmişdir. Mina həmin vaxt Umudun mobil telefonu ilə onunla danışmış və narahat olmamağı, işin 3 ay keçmədən düzələcəyini, 3500 manat pulu və sənədləri Umuddan götürəcəyini bildirmişdir. Umud sonradan pulu və sənədləri elə həmin gün Mina ilə görüşərək ona verdiyini bildirmişdir. 3 ay keçdikdən sonra işinin düzəlmədiyini görüb Umuda bu barədə demiş və Umud Minaya onun narazılığını bildirmişdir. Mina da bağlı nömrə ilə ona zəng edib narahat olmamağı, rəhbər şəxslərin məzuniyyətdə olduğunu, onlar qayıtdıqdan sonra yaxın zamanda onu dəvət edib əmrini verəcəklərini bildirmişdir. O bir müddət də gözləmiş, lakin müsbət nəticəsi olmamışdır. Mina dəfələrlə ona bağlı nömrə ilə zəng edərək işin tez bir zamanda həllini tapacağını desədə, müsbət nəticəsi olmamışdır. Mina ilə danışarkən pulunu geri tələb etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmırdı. 2019- cu ilin iyul ayında Zərərçəkmiş şəxs5 ona bildirmişdir ki, Mina onlara qarşı dələduzluq edib, onu kimi çoxsaylı tanışlarından da müxtəlif məbləğlərdə pullar alaraq mənimsəmişdir. Umud evini satmaq üçün qoyduğunu və satdıqdan sonra həmin şəxslərin pulunu qaytaracağını demişdir. Zərərçəkmiş şəxs5 2019-cu ilin sentyabr ayında öz evini sataraq onun pulunu qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 3 ildən çoxdur ki, tanıyır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs5 vasitəsilə 2019-ci ilin fevral ayında qiyabi olaraq tanımışdır. 2018-ci ilin oktyabr ayında Qax rayonu, Fıstıqlı kənd ümumi orta məktəbinin direktoru yaş həddi ilə bağlı pensiyaya çıxdığından o həmin ilin noyabr ayında direktorların işə qəbulu müsahibəsinin test mərhələsində iştirak etmişdir. Həmin dövrdə o məktəbin direktor müavini işləyirdi və direktor vəzifəsini icra edirdi. Keçirilən test imtahanında məqbul nəticə göstərmiş və test imtahanını keçmişdir. 2019-cu ilin yanvar ayında müsahibə mərhələsinin keçirilməsi üçün dəvət edilmiş və müsahibə mərhələsində iştirak etmişdir. 2019-cu ilin fevral ayında Umudla Bakı şəhərində görüşüb söhbət edən zaman söhbət əsnasında direktorların işə qəbulu ilə bağlı verdiyi imtahan barədə söhbət etmişdir. Həmin vaxt Umud bildirmişdir ki, Mina adında yaxın bir tanışı var və həmin şəxs demişdir ki, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışları vardır. Umud ona müsahibənin nəticəsi ilə bağlı köməklik etmək üçün Minaya deyə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Umud onun yanında Mina adlı şəxsə zəng etmiş və bu barədə bildirmişdir. Həmin şəxs də telefonda danışıq zamanı Umuda bildirmişdir ki, məsələni həll edib köməklik göstərəcək və müsahibəsinin nəticələri elan olunana qədər nəticə əldə etmiş şəxslərin siyahısına onun adını saldıracaqdır, bunun üçün də 5100 manat pul lazımdır. Həmçinin Mina bildirmişdir ki, əmək kitabçasının, şəxsiyyət vəsiqəsi, və diplomun surətini, də vermək lazımdır., O razılaşmışdır. Bir neçə gün sonra, yəni 09 fevral 2019-cu il tarixdə saat 11:30 radələrində Umudla Səbail rayonunda yerləşən Mərkəzi Univermağın qarşısında görüşərək 5100 manat pul, əmək kitabçasının, şəxsiyyət vəsiqəsi və diplomun surətini Umuda vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gəlməmişdir. O pulu Umuda verdikdən sonra Umud onun yanında Təqsirləndirilən şəxs zəng edərək 5100 manat pulun və sənədlərin surətinin özündə olduğunu bildirmişdir. Bundan sonra, Umudla əlaqə saxladıqda pulu və sənədləri Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Dəfələrlə Umudla əlaqə saxlayanda bu barədə soruşanda Umud Mina ilə teztez danışdığını və Minanın dediyi kimi köməklik göstərəcəyini ona bildirirmiş. 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib işlərin qaydasında olduğunu, müsahibəsinin nəticələri elan olunana qədər nəticə əldə etmiş şəxslərin siyahısına onun adını saldıracağını bildirmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində müsahibənin nəticələri elan oldunduqdan sonra adının həmin siyahıda olmadığını görmüşdür. Bu barədə zəng edərək Umuda bildirmiş, Umud da çox keçmədən onunla əlaqə saxlayaraq bildirmişdir ki, əgər onun işi alınmasa pulu qayıdacaqdır. 2019-cu ilin iyul ayının əvvəlləri Zərərçəkmiş şəxs5la Bakı şəhərində görüşmüş və Umud5100 manat pulu ona qaytararaq bildirmişdir ki, pulu onun vasitəsi ilə verdiyindən o qaytarılmasında məsuliyyət daşıyır, Təqsirləndirilən şəxs onu da aldatdığını söyləmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 doğma qardaşıdır. Təqsirləndirilən şəxs qardaşı Umudun vasitəsilə 2019-ci ilin aprel ayından tanımışdır. Ailə qurduqdan sonra onun övladı olmadığı üçün süni mayalanma yolu ilə ana olmaq istəyirdi. 2019-cu ilin fevral ayının sonlarında söhbət zamanı Umud bildirmişdir ki, Mina adlı tanışı var və əvvəllər həkim işlədiyini Umuda bildirmişdir. Umud bu barədə sonradan tanıdığı Təqsirləndirilən şəxs deyəcəyini bildirmişdir. O da qardaşı ilə razılaşmışdır. Bir neçə gün sonra Umud ona bildirmişdir ki, Mina ödənişsiz süni mayalanma üçün “Vital” Klinikada işləyən Səltənət adlı həkimlə danışaraq onu az təminatlı ailə kimi qeydiyyata aldıracağını bildirmişdir. Onun maddi imkanı az olduğundan sevinmiş və Umuddan onu Mina ilə tanış etməsini xahiş etmişdir. 2019-cu ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng etmiş və “Vital” Klinikada işləyən Səltənət adlı həkimlə danışdığını və həmin klinikaya getmək lazım olduğunu bildirmişdir. O, həmin gün Təqsirləndirilən şəxs ilə 20 yanvar metrostansiyasının yanında görüşmüş və sonuncunun avtomobili ilə “Vital” Klinikaya getmişlər. Təqsirləndirilən şəxs klinikada onu bir nəfər qadın həkiminin yanına aparmış və həmin həkim Səltənət xanım olmuşdur. Orada Səltənət xanım onun yaşını soruşduqdan sonra övladının olması üçün ancaq süni mayalanma müalicəsi etdirmək lazım olduğunu bildirmiş və bunun üçün “X17”da işləyən Cəlaləddin adlı həkimə müraciət etməsini demişdir. Daha onun Səltənət xanımla başqa söhbəti olmamışdır. Səltənət xanımın yanından çıxdıqdan sonra Mina, Lütfəliyeva ona bildirmişdir ki, “X17”da ödənişsiz süni mayalanma üçün “Vital” Klinikada onu Səltənət xanımın vasitəsilə aztəminatlı ailə kimi qeydiyyata aldıracaq və “X17”da olacaq süni mayalanma əməliyyatının ödənişini “Vital” Klinika öz üzərinə götürəcəkdir. Ona görə ki, “Vital” Klinika az təminatlı ailələrin sənədlərini hazırlayaraq digər müalicə müəssisələrində müalicəsini öz üzərinə götürür. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Səltənət xanım “X17”da işləyən Cəlaləddin adlı həkimlə özü danışıb məsələni həll edəcək, lakin Cəlaləddin həkimin yanına gedəndə bu barədə heç nə soruşmaq lazım deyil. Həmin gün Təqsirləndirilən şəxs ilə “Vital” Klinikadan çıxanda sonuncu ona bildirmişdir ki, Səltənət xanımla danışmışdır və Səltənət xanım demişdir ki, aztəminatlı ailə kimi qeydiyyata aldıqmaq üçün 1500 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pulunun olmadığını bildirəndə, Mina narahat olmamağı, pulu hissə-hissə ödəyəcəyini demiş və ona yavaş-yavaş pulu düzəltməyi bildirmişdir. O da bir ay ərzində 1500 manat pulu yığaraq düzəltmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək “Vital” Klinikaya getmək lazım olduğunu, Səltənət xanımın onları gözlədiyini və sənədlərin hazırlanması üçün 400 manat ödəniş etmək lazım olduğunu bildirmişdir. O da 400 manat pul götürüb “Vital” Klinikaya getmişdir. Təqsirləndirilən şəxs onu orada gözləyirdi. Orada Təqsirləndirilən şəxs ondan pulu almış və klinikada müəyyən yerlərə getmişdir. O da orada dəhlizdə oturub gözləmişdir. Çox keçmədən Təqsirləndirilən şəxs yanına gələrək ona bir sənəd vermiş və bildirmişdir ki, artıq aztəminatlı ailə kimi sənədlərini hazırlayırlar, 400 manatı ilkin ödəniş kimi vermişdir və heç bir ödəniş etmədən “X17”da süni mayalana üçün müalicə və sonda da həmin əməliyyatı keçirəcəklər. Təqsirləndirilən şəxs sənədi ona verəndə o nə sənəd olduğunu və harasa təqdim etmək lazım olduğunu soruşanda, Mina sənədi saxlamağını və gələcəkdə lazım olacağını demişdir. O, heç həmin sənədə baxmadan çantasına qoymuşdur. Sonradan həmin sənədi haradasa itirmişdir. Heç Təqsirləndirilən şəxs həmin sənəd barəsində də ondan soruşmamışdır. Sənədi itirməsi ilə bağlı Minaya desə də, Mina narahat olmamağını, yenidən ala biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs ilə “Vital” Klinikadan çıxmışlar. Mina yolda ona bildirmişdir ki, qalan 1100 manatı da o nə vaxt desə həmin vaxt gətirər. Bundan bir-iki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək “X17”da işləyən Cəlaləddin həkimin yanına getmək lazım olduğunu bildirmiş, o da “X17”ya getmişdir. Təqsirləndirilən şəxs ona orada gözləyirdi. Onlar birlikdə Cəlaləddin həkimin yanına girmiş və həkim bildirmişdir ki, bir ay müalicə olunduqdan sonra, süni mayalanma üçün köçürmə edə bilərlər. Həmin həkimin yanına girməmişdən qabaq Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həkimin yanında verdiyi və verəcəyi pullar barədə söhbət açmasın, həmin məsələni “Vital” Klinikada işləyən Səltənət xanım özü həll edir. Cəlaləddin həkim görüş zamanı gün qrafiki təyin etmiş və müalicəyə başlamışdır. Həmin gündən bir həftə sonra, yəni 2019-cu ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək sənədləri “Vital” Klinikada hazırlamaq üçün 600 manat da vermək lazım olduğunu bildirmişdir. O da Mina ilə həmin gün 20 yanvar metrostansiyasının yanında görüşərək 600 manat pulu vermişdir. Həmin ərəfələrdə artıq o “X17”da Cəlaləddin həkim tərəfindən müalicə olunurdu. Lakin müalicə zamanı heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona Cəlaləddin həkimlə pul barədə heç bir söhbət etməməyi tapşırdığı üçün pul söhbəti etmirdi. 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək sənədləri “Vital” Klinikada hazırlamaq üçün qalan 500 manatı da vermək lazım olduğunu bildirmişdir. O da Mina ilə həmin gün 20 yanvar metrostansiyasının yanında görüşərək 500 manat pulu vermişdir. Bir ay keçdikdən sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində müalicəsi qutardığı üçün Cəlaləddin həkim müalicə pullarını və süni mayalanma əməliyyatı üçün lazım olan pulu “X17”ya ödəmək lazım olduğunu bildirmişdir. Cəlaləddin həkim ümumilikdə 4200 manat pul ödəniş etmək lazım olduğunu demişdir. O, həkimə heç nə demədən dərhal Təqsirləndirilən şəxs zəng edib bu barədə soruşanda Təqsirləndirilən şəxs bildirmişdir ki, özü oraya gəlir. Lakin bir saat gözləsə də Təqsirləndirilən şəxs gəlməmişdir. Bundan sonra, yenə də Minaya zəng etmiş, Mina bildirmişdir ki, gəlməyi alınmamışdır, həmin ərəfədə “Vital” Klinikada işləyən Səltənət xanımla danışmışdır, Səltənət xanım sənədlərin 1 həftə ərzində hazır olacağını bildirmişdir. Artıq süni mayalanma vaxtı çatdığı üçün o Minaya bildirmiş və süni mayalanmanın təxirə salınmasının pis nəticələr verə biləcəyini demişdir. Mina da narahat olmamağı, bir qədər səbr etməsini bildirmişdir. Bir həftə keçdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu yenə də sənədlərin bir qədər gecikdiyini və səbr etməsini bildirmişdir. Təqsirləndirilən şəxs iki ay ərzində onu belə bəhanələrlə aldatmış, nəticədə o Cəlaləddin həkimin yanına gedərək gecikməsinin səbəbi kimi Minanın “Vital” Klinikada aztəminatlı ailə kimi sənədlərini hazırlatdırdığını və həmin sənədlərin gecikdiyini demişdir. Bu zaman Cəlaləddin həkim bildirmişdir ki, “Vital” Klinikada aztəminatlı ailə kimi sənəd hazırlayaraq digər müalicə müəssisələrində ödənişsiz süni mayalanma həyata keçirilməsi mümkün deyil, Təqsirləndirilən şəxs onu aldadıbdır. Bundan sonra, o Mina ilə telefon əlaqələri saxlamış, sonuncu sənədlərin hazırlanması prosesinin baş tutmadığını və pulu tez bir zamanda ona qaytaracağını desə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu hazırkı dövrə qədər qaytarmamışdır. O da məcbur qalıb borc alaraq süni köçürmə əməliyyatına görə 4200 manat ödəniş etmişdir. Beləliklə Təqsirləndirilən şəxs onu aztəminatlı ailə kimi “X17”da heç bir ödəniş olmadan süni mayalanma ilə əlaqədar müalicə etdirmək və süni mayalanma əməliyyatını keçirmək üçün “Vital” Klinikada müvafiq sənədlər hazırlatdıracağına dair yalan vədlər verərək 2019- cu ilin aprel ayının əvvəllərində 400 manat, həmin ayın ortalarında 600 manat, ayın sonlarında da 500 manat olmaqla ümumilikdə 1500 manat pulunu alaraq onu aldatmış və hazırkı güno qədər pulunu qaytarmayaraq mənimsəmişdir. Mina onun yanında Səltənət adlı həkimə və ya qeyrisinə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 dayısıdır. Təqsirləndirilən şəxs dayısı Umudun vasitəsilə 2019-ci ilin aprel ayından tanımışdır. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətdən təxris edildikdən sonra atası ilə birlikdə mebel sexində işləmişdir. Həmçinin, daimi dövlət orqanlarından birinə işə düzəlmək istəyirdi. Dayısı Umud onların evində olarkən dəfələrlə valideynləri onun iş məsələsini müzakirə etmişlər. 2019-cu ilin aprel ayının əvvəllərində onların evində olarkən dayısı Umud bildirmişdir ki, Mina adlı tanışı var, bu barədə ona deyər, Mina adlı şəxsin deməsinə görə çoxsaylı tanışları vardır. Təxminən bir nəftə sonra dayısı Umud evlərində olarkən bildirmişdir ki, onun işə düzəlmək istəyi ilə bağlı Mina adlı tanışına, yəni Təqsirləndirilən şəxs demiş, Mina da onu Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə Növbətçi hissəyə işə düzəldə biləcəyini, bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. O işlədikcə, qohumlar, tanışlar ona pul verdikcə yığırdı ki, özünə yaxşı mobil telefon alsın. 1500 manata yaxın pulu var idi və bundan atasının da məlumatı var idi. Ona görə də, atası da dayısına pulu düzəldə biləcəklərini demişdir. Həmçinin dayısı Umud demişdir ki, Mina həmin işə düzəlmək üçün şəxsiyyət vəsiqəsi, hərbi bilet, məcburi köçkünlük barədə sənəd, sürücülük vəsiqəsi, peşə məktəbini qutarmağı barədə diplom, sağlamlıq barədə arayış və sair sənədlərin lazım olduğunu bildirmişdir. 2-3 gün ərzində pulun üstünü düzəltmiş, sənədlərini yığmış və 15 aprel 2019-cu il tarixdə dayısı Umudla birlikdə görüşərək Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermağın qarşısına getmişdir. Saat 11:00 radələri idi. Orada o 1500 manat pulu dayısı Umuda vermiş, çox keçmədən bir nəfər dolu bədənli qadın onlara yaxınlaşmış və dayısı ilə görüşmüşdür. Dayısı Umud həmin qadını ona təqdim etmiş, Təqsirləndirilən şəxs olmuşdur. Mina həmin vaxt ona da bildirmişdir ki, narahat olmasın, 3 ay tamam olmamış onu Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə Növbətçi hissəyə işə düzəldəcək. O da Minanın istədiyi və yuxarıda qeyd olunan sənədləri sonuncuya vermişdir. 1500 manat pulu da dayısı Umuda verdiyini deyəndən sonra, dayısı Umud 1500 manat pulu Minaya vermişdir. Mina həmin vaxt onun mobil telefon nömrəsini götürmüş və tez bir zamanda onunla əlaqə saxlayacağını bildirmişdir. 2019-cu ilin may ayının ortalarında Mina onunla əlaqə saxlayaraq onu həmin işə qonşuluğında yaşayan və FHN-də işləyən Şahlar Yunusov adlı şəxsin vasitəsilə düzəldəcəyini, həmin şəxslə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin yanına gəlməsini bildirmişdir. O Minanın dediyi vaxtda saat 10:00 radələrində oraya getmiş, lakin Mina tək gəlmişdir və ona bildirmişdir ki, Şahlar müəllim gözləyə bilməmiş və çıxıb getmişdir. Mina ona demişdir ki, əlavə olaraq xüsusi geyim forması almaq üçün 70 manat, 3 aylıq kursda yemək pulu üçün isə 170 manat pul vermək lazımdır. Həmin vaxt onun üstündə həmin məbləğdə pul olduğundan Minaya 240 manat pul vermişdir. Mina bundan sonra onu orada yerləşən FHN-in inzibati binasına aparmışdır. Orada inzibati binanın arxa hissəsindən içəri girmişlər və Mina bir ədəd kağız gətirərək imzalamağı bildirərək demişdir ki, həmin kağıza forma üçün imza edir. O kağızda yazılanları oxumamış, çünki ehtiyac bilməmişdir. Həmçinin, Mina ona bildirmişdir ki, ondan FHN-in Hövsan qəsəbəsində yerləşən akademiyasında bir həftə,10 gün sonra idman formasında normativ götürüləcəkdir, ona nə vaxt deyəcəksə, həmin gün akademiyaya getməsini istəmişdir. Mina bildirmişdir ki, həmin vaxt imza etdiyi kağızda yazılıbdır və ona həmin günü demişdir. Lakin onun hazırda həmin tarix yadında qalmamışdır. Təxminən bir həftə sonra FHN-in akademiyasına getmiş və orada olanda Minaya zəng etmişdir. Mina da ona bildirmişdir ki, bir nəfər şəxsə deyəcək ki, onu qarşılasın. Bir saat keçmiş, lakin Minadan səs çıxmamışdır. O özü akademiyanın qapısına yaxınlaşanda ona bir nəfər tanımadığı zabit bildirmişdir ki, akademiyada hazırkı dövrə qədər belə bir şey olmamışdır, yəni normativ orada götürülmür. O Minaya zəng vurmuş, ona bildirmişdir ki, yəqin ki anlalışmazlıq olub, narahat olmasın, evə qayıtsın, anlaşılmazlığı özü aradan qaldıracaq. Bu barədə dayısı Umuda da zəng edərək bildirmişdir. Bundan sonra, o dayısına Minaya inanmadığını dedikdə, dayısı Minadan pulu geri istəmişdir. Lakin Mina sənədlərini dayısı ilə görüşərək versə də, pulu bir həftə sonra onun özü ilə şəxsən görüşərək verəcəyini demişdir. Aradan bir müddət keçdikdən sonra Mina ona zəng edərək bildirmişdir ki, işi düzəlir, 03 iyun 2020- ci il tarixdə sənədləri Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə aparmağı, orada onu qarşılayacaqlarını və işin düzəlməsi üçün əlavə olaraq 200 manat pul verilsə tam həllini tapacağını bildirmişdir. O da istəyirdi ki, işi alınsın. 2018-ci ilin may ayının axırlarında o dayısı X8 yanında görüşərək 200 manat pulu vermiş və onun yanında dayısı Umud Minaya zəng edərək 200 manatın özündə olduğunu və artıq bu işi həll etməsini bildirmişdir. Mina da narahat olmamağı, artıq işin həllini tapdığını demişdir. Dayısı həmin gün Mina ilə elə Mərkəzi Univermağın yanında görüşərək pulu Minaya vermişdir. O da Minanın dediyi kimi 03 iyun 2018-ci il tarixdə sənədlərini Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə aparmış, orada da onu qarşılayan olmamışdır. Bundan sonra, o Mina ilə əlaqə saxlamış və sonuncu narahat olmamağı, özü danışdığını, 2020-ci il iyun ayında formanı götürəcəyini, 01 iyul 2020-ci il tarixdən də növbətçi hissədə işə başlayacağını bildirmişdir. Bundan sonra, Mina ona zəng edərək karantin rejimi ilə bağlı vaxtın uzandığını bildirmişdir. Elə həmin söhbətdən sonra Mina vaxtı uzatmış və işin düzələcəyini deyirmiş. 2019-cu ilin iyul ayında dayısı Umud ona bildirmişdir ki, Mina onlara qarşı dələduzluq edib, onu kimi çoxsaylı tanışlarından da müxtəlif məbləğlərdə dayımın vasitəsi ilə pullar alaraq mənimsəmişdir. Hazırkı dövrə qədər Mina onun pulunu qaytarmamışdır. Beləliklə Mina onun ümumilikdə 1940 manat pulunu mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 onun qaynı, Zərərçəkmiş şəxs4 isə oğludur. Təqsirləndirilən şəxs qaynı Umudun vasitəsilə 2019-ci ilin aprel ayından qiyabi olaraq tanımışdır, lakin görməmişdir. 2019-cu ilin yanvar ayında oğlu İsmayıl həqiqi hərbi xidmətdən təxris edildikdən sonra onunla birlikdə mebel sexində işləmiş, lakin həmişə arzusu olmuşdur ki, daimi dövlət orqanlarından birinə işə düzəlsin. Qaynı Umud onların evində olarkən dəfələrlə oğlu İsmayılın iş məsələsi ilə bağlı danışmışlar. 2019-cu ilin aprel ayının əvvəllərində yaşadıqları evdə olarkən qaynı Umud bildirmişdir ki, Mina adlı tanışı vardır, bu barədə Minaya deyər, Minanın deməsinə görə bir çox nazirliklərdə yüksək vəzifələrdə işləyən çoxsaylı tanışları vardır. Təxminən bir nəftə sonra Umud onların evində olarkən bildirmişdir ki, oğlu İsmayılın iş məsələsi ilə bağlı Minaya, yəni Təqsirləndirilən şəxs demişdir, Mina da X11 Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə Növbətçi hissəyə işə düzəldə biləcəyini, bunun üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Oğlu İsmayıl işlədikcə, qohumlar, tanışlar pul verdikcə yığmışdır ki, özünə yaxşı mobil telefon alsın və 1500 manata yaxın pulu var idi. İsmayıl razılaşmışdır. Həmin vaxt onun pulu yox idi, əgər olsaydı o verərdi. Umuda pulu düzəldə biləcəklərini demişdir. Həmçinin qaynı Umud Minanın bu işlə bağlı İsmayılın şəxsiyyət vəsiqəsi, hər bileti, məcburi köçkünlük barədə sənədi, sürücülük vəsiqəsi, peşə məktəbini qutarması barədə diplom, sağlamlıq barədə arayış və sair sənədlərin lazım olduğunu dediyini bildirmişdir. Oğlu 2-3 gün ərzində sənədlərini yığmış və 15 aprel 2019-cu il tarixdə qaynı Umudla birlikdə görüşərək Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermağın yanına getmişlər. Bundan sonra, İsmayıl orada 1500 manat pulu qaynı Umuda vermiş, çox keçmədən Təqsirləndirilən şəxs gəlmiş, İsmayıl və Umudla görüşərək sənədləri və 1500 manatı Umuddan almışdır. Orada Təqsirləndirilən şəxs onun oğluna narahat olmamasını, 3 ay tamam olmamış Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Xətai rayon şöbəsinə Növbətçi hissəyə işə düzəldəcəyini demişdir. 2019-cu ilin may ayının ortalarında Təqsirləndirilən şəxs oğlu İsmayılla əlaqə saxlayaraq oğlunu həmin işə FHN-də işləyən tanışı Şahlar Yunusov adlı şəxsin vasitəsilə düzəldəcəyini deyərək, həmin şəxslə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin yanına çağırmış, lakin oraya tək gələrək əlavə olaraq oğlundan 240 manat da pul almışdır. Təqsirləndirilən şəxs oğlu İsmayılı təxminən bir həftə sonra FHN-in akademiyasına göndərmişdir ki, guya orada oğlundan normativ götürəcəklər. Lakin orada İsmayıla akademiyada hazırkı dövrə qədər belə bir şey olmadığını, normativ götürülmədiyini bildirmişlər. Bundan sonra, Mina oğluna narahat olmamasını, anlaşılmazlığı aradan qaldıracağını demişdir. O da Umudla tez-tez əlaqə saxlayaraq bu barədə soruşur, Umud da Mina ilə danışdığını, Minanın işin tez bir zamanda həllini tapacağı barədə vədlər verdiyini bildirmişdir. O da Umuddan Minadan pulu alıb qaytarmasını, Minaya inanmadığını bildirmişdir. Mina Umudla görüşərək sənədləri qaytarsa da, pulu bir həftə sonra verəcəyini demişdir. Aradan bir müddət keçdikdən sonra Mina yenidən oğlu İsmayıla zəng edərək işinin düzəldiyini, lakin əlavə olaraq 200 manat da pul lazım olduğunu bildirmişdir. İsmayıl da işinin alınması üçün Umudla görüşərək Minaya verməsi üçün 200 manat da pul vermişdir. Qaynı Umud həmin gün pulu Minaya vermişdir. Bundan sonra, Mina oğlu İsmayılı guya işinin düzəlməsi üçün dəfələrlə ora-bura göndərsə də, müddət keçdikdə Minanın yalanları üzə çıxmışdır. 2019-cu ilin iyul ayında qaynı Umud bildirmişdir ki, Mina ona və tanışlarına qarşı dələduzluq edib, oğlu kimi onun çoxsaylı tanışlarından da müxtəlif məbləğlərdə onun vasitəsilə pullar alaraq mənimsəyibdir. Oğlu dəfələrlə Minaya zəng edib pulu tələb etmiş, o da Minaya bir neçə dəfə İsmayılın ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edib pulu qaytarmasını demişdir. Mina da tez bir zamanda pulu qaytaracağını desə də, müxtəlif bəhanələr edərək qaytarmamışdır. Bu səbəbdən, qaynı Umud öz evini sataraq Minanın onun vasitəsilə pullarını alıb aldadaraq mənimsədiyi şəxslərin pullarını qaytarmışdır. Hazırkı dövrə qədər, Təqsirləndirilən şəxs oğlu İsmayıldan aldığı 1940 manat pulu qaytarmamışdır. Həmin pul oğlu İsmayıla məxsus idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 45 ilə yaxındır ki, Xəzər rayonu, Yesenin küçəsində yerləşən «Fidan» uşaq bağçasında musiqi müəllimi işləyir, əvvəllər həmin bağça «131 saylı uşaq bağçası» idi, sonra özəlləşdirilmişdir və «Fidan» adlandırılmışdır. Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayından tanıyır. Belə ki, işlədiyi bağça Kəbirə Məmmədovaya məxsusdur. 2015-ci ilin avqust ayında bağçanın müdiri dəyişmiş və Kəbirə Məmmədova onun da işlədiyi və həmin dövrdə «131 saylı uşaq bağçası» adlandırılan bağçaya müdir kimi Təqsirləndirilən şəxs təyin etmişdir. Eşitmişdir ki, Minanın əri Kəbirə Məmmədovanın işçisidir və ehtimal etmişdir ki, ərinə görə Minanı onun da işlədiyi bağçaya müdir təyin etmişdir. 2016-cı ilin iyul ayında Təqsirləndirilən şəxs onu öz xidməti otağına dəvət edib söhbət apardıqdan sonra pul lazım olduğunu və pulu varsa borc verməsini xahiş etmişdir. Mina bildirmişdir ki, anası xəstə olduğu üçün təcili olaraq pul lazımdır, demişdir ki, atası onun adına bank hesabına 150.000 manat pul qoymuşdur, lakin hazırda həmin pulu çıxara bilmir, 1 aya pulu bank hesabından çıxara biləcək, buna görə 1 ay müddətinə qaytarmaq şərti ilə 6000 manat pul verməsini ondan xahiş etmişdir. Onun oğlu Ağarəhim Sankt-Peterburq şəhərində nəqliyyat ixtisası üzrə özəl ali təhsil müəssisəsinin 2-ci kursunda oxuyurdu və illik 1200 ABŞ dollar pul ödəyirdi. Mina ondan borca pul istəyəndə demişdir ki, sentyabr ayında, yəni 2 ay keçməmiş oğlunun təhsil haqqını ödəməlidir, oğluna bilet almalıdır və qalması üçün pul verməlidir, buna görə borc pul verə bilməyəcəyini, özünün qızıllarını lombarda girov qoyub və bankdan kredit götürüb oğlu üçün pul topladığını və yaxın 2 ay ərzində ödəməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onda pul olduğunu eşidib az qala yalvarmışdır ki, pulu ona versin, demişdir ki, 1 ay sonra, yəni 2016-cı ilin avqust ayında, yəni oğlunun təhsil haqqını ödəməli olduğu müddətdən 1 ay da əvvəl borcu qaytaracaqdır, çünki bankdan atasının onun adına mədaxil etdiyi 150.000 manat pulu çıxaracaqdır. O da Təqsirləndirilən şəxs inanıb, həmçinin müdiri olduğunu nəzərə alıb razılıq vermiş və həmin ərəfədə, yəni 2016-cı ilin iyul ayının ortalarında işlədiyi «131 saylı uşaq bağçası» ərazisində, Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya 6000 manat pulu borca vermişdir. 1 ay keçmiş, Təqsirləndirilən şəxs borcunu qaytarmamış, Minaya dəfələrlə bu barədə müraciət etməsinə baxmayaraq hər dəfəsində bu gün sabah deyib vaxtı uzatmağa başlamışdır. 2016-cı ilin sentyabr ayında isə Mina ona bildirmişdir ki, pulu bankdan çıxarması ləngiyir, sənədlərdə problem yaranmışdır, demişdir ki, dayısı oğlu Sankt-Peterburq şəhərində yaşayır və geniş əlaqələri vardır, oğlunun təhsil aldığı özəl ali təhsil müəssisəsinə gedib özü təhsil haqqını ödəyəcəkdir. Bu adla Təqsirləndirilən şəxs onu aldatmağa başlamışdır. 2016-cı ilin dekabr ayında isə Minanı müdirlikdən çıxartmışlar və sonuncu çıxıb getmişdir. Həmin ərəfədə Minanın atası rəhmətə getmiş və hətta o da, digər işçilər də yas mərasimində iştirak etmişlər. Bundan sonra dəfələrlə Minaya zəng vurub danışmağına baxmayaraq hər dəfə bir bəhanə ilə pulunu qaytarmaqdan boyun qaçırmışdır və bu günədək onun 6000 manat pulunu qaytarmamışdır. Artıq 5 ildir ki, Təqsirləndirilən şəxs onun borc kimi verdiyi 6000 manat pulunu qaytarmayıbdır. 2020-ci ilin sentyabr ayında o Minanın anasının yaşadığı ünvanı öyrənib yanına getmiş, görəndə ki, Minanın anası «Nizami metrostansiyası»nın yaxınlığında bır daxmada yaşayır, anlamışdır ki, bank hesabında 150.000 manat pulu olan adam belə bir vəziyyətdə yaşamazdır. O Minanın anası ilə görüşüb deyəndə ki, Minanın ona 6000 manat borcu vardır, anası bildirmişdir ki, Mina ilə heç bir əlaqəsi yoxdur və Mina orada yaşamır. O tələb etmişdir ki, Minanı ora çağırıb onun borcunu qaytarsın və o vaxta kimi oradan heç yerə getməyəcəyini bildirmişdir. Minanı çağırmağının səbəbi isə o olmuşdur ki, artıq telefon zənglərinə cavab vermirdi. Minanın anası kənara çəkilib kiməsə zəng vurmuş və bir müddət sonra Mina ora gəlib ona irad bildirmişdir ki, anasının yanına gəlmişdir, demişdir ki, anası xəstədir və anasına bir şey olsa onu polisə verib tutduracaqdır. O Minadan pulunu istəyəndə bildirmişdir ki, yaxın günlərdə borcu qaytaracaqdır və zənglərinə də cavab verəcəkdir. O da əlacsız qalıb çıxıb getmişdir. Sonrakı dövrdə də Mina müxtəlif bəhanələrlə onu aldatmış və bu günə kimi borc kimi ondan aldığı 6000 manat pulunu qaytarmamışdır. Sonra eşitmişdir ki, Mina onu kimi çoxsayda adamları aldatmışdır. İstintaq orqanının suallarına cavab verib bildirmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi onun rəhmətə getmiş həyat yoldaşı X4 adına olsa da əri onun üçün almışdır və 2009-cu ildən etibarən həmin nömrəni o işlədir. 14/02/2018-ci il tarixdə saat 20:00:07-də **********77 mobil telefon nömrəsindən **********79 mobil telefon nömrəsinə «Men bayağ sizinle danishdiw.oglunuz ish danishilib.biz danishdig sizinle ikinci gun gorushende birdefelik danisharig» məzmunlu SMS göndərilməsi və nə ilə bağlı olması barədə suala cavab olaraq bildirmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi onun istifadəsində olmuşdur və hazırda da istifadə edir, ***-***-**-** mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs istifadəsində olan nömrədir. Bundan başqa Minanın bir nömrəsi də vardır, ***- ***-**-**. Mina bu iki nömrədən istifadə edir. Həmin mesajı ona Mina yazmışdır və orada oğlunun işinin danışıldığını, yəni təhsil haqqının ödənilməsi məsələsi ilə bağlı işinin danışıldığını ona bildirmişdir. Həmçinin ona yazmışdır ki, 2-ci gün görüşəndə birdəfəlik danışarlar, yəni oğlunun təhsil haqqı 1200 ABŞ dolları olmuşdur, o isə Minaya borc kimi 6000 manat pul vermişdir, qalan məbləğlə bağlı onunla 2-ci gün birdəfəlik danışacağını yazmışdır. Umud Nigarın 3000 manat pulunu özü qaytarmışdır, çünki Nigarı Mina ilə özü tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs5 2009-cu ildən tanıyır, dostluq edirlər. Təqsirləndirilən şəxs adını 2018-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs5 eşitmişdir, 2019- cu ilin yay aylarında isə özünü tanımışdır. 2018-ci ilin avqust ayının əvvəllərində Umud onunla görüşərək bildirmişdir ki, bir nəfər Mina adlı tanışı qızılzinət əşyalarının alış-verişi ilə əlaqədar 31000 manat pul almışdır, lakin pulu qaytarmır. Minadan pulu istədikdə uşaq bağçası tikdirdiyini, həmin bağça tikildikdən sonra bağçanın rəhbərliyi kimi Umudu da özünə şərik edəcəyini və pulunu qazanıb qaytaracağını Umuda dediyini bildirmişdir. Umud Minanın bağçanın tikintisi üçün ondan pul aldığını, hazırda da 8000 manat istədiyini deyərək, pulu olmadığından bir müddətlik 8000 manat borc pul verməsini xahiş etmişdir. O Umuddan 31000 manat pulunu qaytarmadığı halda, Mina adlı şəxsə əlavə olaraq yenə nə səbəbə görə pul verdiyini soruşanda, Umud Minanın pulu qaytarması üçün məcbur olub Minaya bağçanın tikintisi üçün pul köməklik etdiyini bildirmişdir. Umud bildirmişdir ki, Minanın deməsinə görə bağçanın tikintisi üçün maddi köməklik etsə, bağça hazır olduqdan sonra Umudu da özünə şərik edəcək və borclarını da qazanıb qaytaracaqdır. O Umuda 8000 manat pul vermişdir. 2019-cu ilin yaz aylarında o Umuda imkan varsa pulunu qaytarmasını deyəndə, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs deyib ki, bağçanın tikintisi bir qədər uzanıb, tez bir zamanda başa çatacaq, ona görə də, bir qədər də səbr etməyi ondan xahiş etmişdir. Həmin ilin iyul ayında Umuddan pulunu istədikdə Umud tez bir zamanda pulu qaytaracağını demişdir. Çox keçmədən onun ***-***- **-** mobil nömrəsinə bir qadın zəng edib adının Mina olduğunu, Umuda verdiyi 8000 manat pulu Umudun ona verdiyini deyərək, pulu qaytarmaq üçün ondan 4-5 gün vaxt istəmişdir. O da problem olmadığını, Umudla dost olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs dediyi müddətdə pulu qaytarmamışdır. Sonra özü yenə də ona zəng edərək Mərkəzi Univermağın yanında görüşmək istədiyini bildirmişdir. O da Umudla birlikdə Mina ilə görüşmüş və Mina ondan soruşmuşdur ki, “sən məndən polisə şikayət etmisən?” O Minanın danışıqlarından bilmişdir ki, həmin qadın şər bir insandır və Minaya pulu Umuda verdiyini, Umuddan alacağını deyib onunla bir daha əlaqə saxlamamasını və görüşməməsini xahiş etmişdir. Çox keçmədən Umud ona bildirmişdir ki, Mina ona və tanışlarına qarşı dələduzluq edib, çoxsaylı tanışlarından müxtəlif məbləğlərdə onun vasitəsilə pullar alaraq mənimsəyib, Umud da evini satmaq üçün qoymuş və satdıqdan sonra həmin şəxslərin, həmçinin onun pulunu qaytaracaqdır. Umud evini satdıqdan sonra 2019-cu ilin sentyabr ayında onun 8000 manat pulunu qaytarmışdır. İş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 22 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan baxış keçirmə haqqında 28.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi, yaddaş hissəsində fotoşəkillər, səs yazıları və video görüntülər olan CD-R diskdəki fayllara baxış keçirilmiş və həmin fayldakı səs yazıları dinlənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 09 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 09 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 09 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 10 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə səsləndirməklə təsdiq etmiş və Təqsirləndirilən şəxs şərikli biznes əlaqəsi qurmaq, alacağı qızıl- zinət əşyalarını səyyari olaraq tanışlarına daha baha qiymətə satıb nəticədə qızılın qiymətindən əlavə əldə edilmiş qazancı yarı bölmək barədə yalan vədlərinə inanaraq 2017- ci ilin aprel ayının əvvəllərindən həmin ilin avqust ayının ortalarına qədər olan müddət ərzində ona ümumilikdə 31210 manat dəyərində müxtəlif növ qızıl-zinət və gümüş əşyaları verməsinə baxmayaraq pulu ala bilmədiyini, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası tikdirməsi, bağçanın həmin ilin sonuna qədər fəaliyyətə başlayacağı, bundan sonra onu da bağçanın rəhbərliyi kimi işlərinə şərik edəcəyi və qazancdan həmçinin əvvəlki borcunu ödəyəcəyi barədə yalan vədlərinə inanaraq 2018-ci ilin yanvar ayının ortalarından 2018-ci ilin avqust ayının ortalarına qədər olan müddət ərzində ümumilikdə 26375 manat pulunu ələ keçirdiyini, bundan başqa tanışlarını müxtəlif işlə təmin edəcəyi, tələbə kimi qəbul etdirəcəyi və sair barədə yalan vədlərinə inanaraq tanışlarından götürüb Təqsirləndirilən şəxs müxtəlif məbləğdə pullar verdiyini, lakin Təqsirləndirilən şəxs bütün əmlakı ələ keçirib qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 dekabr 2020-ci il tarixli 9/5416 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 ələ keçirilmiş və rəyin tədqiqi hissəsində göstərilmiş 16 adda qızıl-zinət və gümüş əşyalarının 2017-ci ilin aprel ayının əvvəllərindən həmin ilin avqust ayının sonunadək müddət ərzində orta bazar qiyməti təxmini 31210 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 27 fevral 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə səsləndirməklə təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Aviasiya akademiyasına mühafizəçi kimi işə düzəlməsi ilə bağlı ona vəd verilmiş 3 aylıq müddət keçəndən sonra, dəqiq tarixi yadında deyil ona Mina gizli nömrədən zəng vurmağa başlamış və dəfələrlə danışığı olmuşdur, hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır, lakin işin həll olunacağını demişdir. Yalnız bir dəfə Mina ona açıq nömrədən zəng vurmuş, həmin nömrəni xatırlamır, yenə ona vədlər verib vaxtı uzatmış, o sonradan həmin açıq nömrəyə dəfələrlə zəng vursa da koda qoyulduğundan götürən olmamışdır. Umud ona Mina xanımın səsini də səsli mesaj şəklində atmışdır, həmin səs onun mobil telefonundadır və təqdim edə bilər. Bu səsdə də Mina xanım narahat olmamağı, işin həll olunacağını ona demişdir. Zərərçəkmiş şəxs10 qarşısında əyləşən şəxsin sərbəst ifadəsini eşitdikdən sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs səsi ilə onun işə düzəlməklə bağlı danışdığı Mina adlı qadının səsi tamamilə eynidir. Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir. İş materiallarında olan 28 fevral 2021-ci il tarixli “elektron məlumat daşıyıcısı DVD-R düskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi, yaddaş hissəsində fotoşəkillər, səs yazıları və video görüntülər olan CD-R diskdəki “VİD_20191125_102755” adlı video fayla baxış keşirilmiş, həmin fayldakı səs yazısının dinlənilməsi zamanı aşağıdakı məzmunda danışığın olması (K1- Təqsirləndirilən şəxs və K2-Zərərçəkmiş şəxs5) müəyyən edilmişdir: K2- bildim ki, bu gün də boş bir şey olacaq. Guya mənim bundan xəbərim yox idi Mina ? K1- mənim fikrim nədir deyirsən ? K2- Mina demisən ayın 25-i ? K1- sənin fikrin nədir ? K2- yox, yox demisən ayın 25-i ? K1- yaxşı, demişəm ayın 25-i. Sənin fikrin nədir ? K2- yox, bir dəqiqə qulaq as. Demisən 25-i ? Camahat məni dirəyib, pulunu istəyir, hardan alım? K1- yaxşı, fikrin nədir ? K2- mənim fikrim sən neynəyirsən nədir ? Deyirəm də fikrimi, aparacam məni versinlər polisə. K1- niyə ? K2- necə niyə ? K1-niyə versinlər polisə ? K2- çünki uje gündə, gündə, gündə camahatı aldadıram. K1- çağır onları gəlsinlər bura, işin düzəlməyini istəmirlər ki ? K2- işin düzlməyini istəyirlər, amma deyillər ki, düzəlmirsə pulu ver. K1- gəlsinlər dəə. K2- ay Mina uşaq söhbəti elləməyək dəə. K1- gəlsinlər dəə. K2- indi gəlmirlər, 2 saatdan sonra gəlirlər. K1- o birisilər saat neçədə gəlir ? K2- fərqi nədir ? bir-bir gələcəklər. Mina, mən onların heç birini səninlə görüşdürməyəcəyəm. K1- niyə? Mən zəng edim özüm görüşüm ? K2- mən də onlara bir-bir zəng edib xahiş edəcəm ki, səninlə görüşməsinlər. Deyəcəm ki, pulu mənə verməmisiz ? gəlib məndən də tələb etsinlər. K1- mən görüşəcəm. K2- heç birinnən də görüşməyəcəksən. Görüşə də bilməyəcəksən. Niyə sən məni bu günə qədər yubatdın ? K1- mən səni yubatmamışam. K2- Mina daje desən ki, səhərə alınır, mən buna getməyəcəyəm. K1- kiminlə prinsipə gedirsən ? K2- heç kimlə prinsipə getmirəm, çünki mən uje yorulmuşam, bezmişəm, insan insanı bir dəfə aldadar, iki dəfə aldadar, üç dəfə aldadar, dörd dəfə aldadar, beş dəfə aldadar, on dəfə aldadar, mən uje camahatın üzünə çıxa bilmirəm, camahatın üzünə baxa bilmirəm. K1- elə çıxır ki, mənimlə prinsipə gedirsən ? K2- ay Mina, prinsip söhbəti deyil ee, demisən bu gün qaytaracam camahatın pulunu ? səkkiz aydır səni gözləyirəm, hansı prinsipdən danışırsan ? K1- çağır o adamları bura daa, niyə çağırmırsan ? K2- heç kimi çağırmayacağam, camahat mənim üstümə gəlir, sənin üstünə gəlmir ki? K1- qoy mənim üstümə gəlsin. K2- iki gün bundan qabaq aldatmısan məni axırıncı dəfə, söz vermisən 25-nə, bu gün də 25dir, hanı camahatın pulu ? K1- çağır o adamları bura daa. K2- Mina, heç bir adamı çağırmayacağam, heç bir adam da sənin yanına gəlməyəcəkdir. Bu məsələ də bu gün qurtaracaqdır. K1- mən sənin nə etmək istədiyini yaxşı bilirəm. K2- mən camahatın pulunu qaytarıb onlardan qurtarmaq istəyirəm. K1- guya sən polisə getsən, camahatın pulu qayıdacaq ? K2- mən rahat olacam. K1- heç nə olmayacaq. Sən və sənə dərs verənlər hesab edirsiniz ki, bu təziqlə Minada olub-olmayan pulu ala bilərlər ? Çox böyük səhvə yol verirlər. Səhvin odur ki, əgər Minada dediyin vaxt o pul yoxdursa, istəyirsən tankla yox ee, raketlə gəlsinlər, o pul olmadığı yerdə hardan çıxacaq ? Əgər vardırsa, onu polis idarəsi vasitəsi ilə deyil, adi yolla həll etmək olar. K2- onda sən bizi fırladırsan ? K1- mən sizi fırlatmıram. K2- sən bizi aldadırsan ? mən evimə kimi satıb vermişəm, bax bu hanı ? Bax demisən ki, 25-i camahatın pulunu qaytarıram, hanı camahatın pulu ? Deməli məni ortaya atırsan daa ? K1- mən atmıram. Sən hesab edirsən ki, polisin əli ilə pulu ala biləcəksən ? Bu da sənin əskikliyindir. K2- Mina, mən o camahatın pulunu verməliyəm. Sən hər həftə məni aldadırsan, bu həftə, gələn həftə. Mina, bax camahat bu gün gəlir pulunu almağa, hardan alıb verim? K1- Minadan ala bilmirsənsə, polislə təziq etməlisən ? K2- yox, yox, polislə təziq etmək söhbəti deyil, mən də çevirməliyəm bunu qanuni yola daa. K1- yox, sən qanuni yolla mənə təziq göstərmək istəyirsən. K2- niyə camahatın pulunu vermirsən, bu günə demişdin, niyə vermirsən ? K1- mən səni polisə verməzdim. K2- Mina 3 manat deyil, 5 manat deyil, mən camahatın pulunu nə ilə verim ? K1- mən nə ilə verim ? K2- neynəmisən bu pulları ? K1- hər nə elləmişəm, nə ilə verim indi ? K2- başa düşmədim ? Camahatın pulunu neynəmisən ? K1- sualıma cavab ver. Hər neynəmişəmsə, indi mən nə ilə verim ? K2- yaxşı, indi mən hardan qaytarıb verim ? Yemişəm ki, qaytarıb verim ? Hardan verim camahatın pulunu ? K1- aparıb polisə verməlisən ? K2- bir dəqiqə qulaq as, hardan alıb verməliyəm camahatın pulunu ? K1- yaxşı, aparıb polisə verməlisən ? sənin məqsədin məni polisə verməkdirsə, get ver polisə. K2- sən bu günə söz vermişdin ki, pulu verəcəksən, hanı pul ? K1- pulu verə bilmirəmsə polisə verməlisən məni ? K2- niyə aldadırdın məni ki, 25-i pulu verirəm. Polisə verirəm ki, camahat bilsin ki, onların pulunu mən yeməmişəm, kimin yediyini bilsinlər. K1- çağır o adamları bura, mən deyim ki, o pullar məndədir. K2- biri mən, gəldim, nə qədər pullar vermişəm, 99 % pullar mənimdir, evimə kimi satmışam, biri mənəm, gəlmişəm, hanı pullar ? K1- apar ver məni polisə. K2- bilirdim axırı gəlib bu yerə çatacaq, bu gün də pulsuz gələcəksən. Sən məni bədbəxt ellədin, yadında saxla, sən məni bədbəxt ellədin. Nəyi satıb camahatın pulunu verim ? Demisən bu gün camahatın pulunu qaytaracam ? Qaytar da pulu, məni niyə atmısan ortalığa «peşka» kimi ? K1- çağır da o adamları bura. K2- o adamları çağırım nə deyəcəksən axı ? K1- sənin nəyinə lazımdır mən onlara nə deyəcəm ? K2- səkkiz aydır mənə dediklərini indi də o adamlara deyəcəksən. K1- sənin nəyinə lazımdır mən onlara nə deyəcəm ? Çağır onları bura. Demirsən pul borcluyam ? Çağır o adamları bura. “VİD_20191125_104633” adlı video fayla baxışla, həmin fayldakı səs yazısının dinlənilməsi zamanı aşağıdakı məzmunda danışığın olması müəyyən edilmişdir: K1- get ver məni polisə, polisə gələrəm, izahatımı verərəm ki, bu vaxtı bu flankəsin və flankəsin pulları qayıdır. Polis bilər, mən bilərəm. Yaxşı ? K2- mən camahata heç nə deyə bilmirəm, camahat məndən pulunu tələb elləyir. Sən də oturub günü sata-sata gedirsən. K1- mən günü-günə satmıram. Get nə istəyirsən ellə. Sənin nə etmək istədiyini mən yaxşı bilirəm. K2- mən camahatın pulunu qaytarmaq istəyirəm. K1- o yolla qaytara bilməyəcəksən. K2- Mina, mən camahatın pulunu qaytarmaq istəyirəm. K1- o yolla qaytara bilməyəcəksən. K2- Mina, bu yolla da qaytara bilməyəcəyəm. K1- bu yolla qaytaracaqsan. K2- Mina, bu yolla sən məni gündə, gündə aldadırsan. K1- Bu yolla qaytara biləcəksən. K2- bütün faktları qoyaq ortalığa, sən məni aldada-aldada gedirsən. x K1-söhbət aldatmaqdan getmir. K2- sən hər dəfə bir variantla mənim qabağıma çıxırsan. “VİD_20191210_162559_2” adlı video fayla baxışla, həmin fayldakı səs yazısının dinlənilməsi zamanı aşağıdakı məzmunda danışığın olması müəyyən edildi: K1- Sabah saat 11-də bax burda, on birin yarısı gələcəyəm, 11-də gəlsinlər aparsınlar pulu. Amma mən onlara pul verəndə, sadəcə, kim gəlir bilmirəm, Nigarın anası gəlir. O gedib heç sənədi almayıbdır Umud. O gedib sənədi almayıbdır. Pulunu verəndən sonra sənin maşınına mindirib aparıb o sənədi sənə göstərəcəyəm. Mənə o sənədi vermirlər. Çeki çəkməyi də qoymurlar. Çünki o sənədin mənə aidiyyəti yoxdur. K2- sənədi götürəndən sonra gətirib o pulu verəcəkdir. K1- mən onun işini düzəltməyəcəyəm. Onun pulunu qaytarandan sonra mən Nigarın anasına deyəcəyəm, bax sənin qızının işi düzəlib, amma mən buna xitam verirəm. Ola bilər iş uzanıb bir il, nə bilim neçə ay uzanıb, amma işin axırına çıxmışam. O gedib sənədi almayıb ordan. İstədim şəklini çəkim, dedilər ki, icazə yoxdur, hər yer kameradır. Mənə sadəcə göstərdilər. Açdı, göstərdi mənə, əmri də deyildi, yönlətmə idi. Elə bil o məktəbə yönlətmə idi. O məktəb direktoru uje artıq özü nə isə elləyir, yönləndirir ora. İş materiallarında olan 05 mart 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs12 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə səsləndirməklə təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin dekabr ayında öz şəxsi maşını ilə Bakı şəhəri, Yasamal rayonu, “Olimp” deyilən yerin yaxınlığına gəlmiş, Umud da öz avtomobili ilə gəlmişdir, Təqsirləndirilən şəxs da ağ rəngli sedan tipli, markasını xatırlamadığı avtomobillə ora gəlmişdir. Umud ona yaxınlaşmış, sürücü oturacağında oturub Umuda 1000 manat pulu vermiş, Umud da pulu Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilin pəncərəsindən vermişdir. Sonradan qızının işi ilə bağlı Mina ilə danışığı olmuşdur. Buna qədər isə, yəni hələ 2018-ci ilin yay aylarında Umud ona bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaq bağçası açmaq istəyir, o da pul versin, birlikdə bağçanı açsınlar, o da gəlir götürəcək. O Umuddan soruşanda ki, Mina bu işin öhdəsindən gələ biləcəkmi, Umud bildirmişdir ki, Mina bu işdə professionaldır. Hətta o da həyat yolaşı ilə həmin ərəfədə Badamdar qəsəbəsində bağçaları gəzib maraqlanmışdır. 2018-ci ilin yay aylarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, öz avtomobilində Umuda bu iş üçün, yəni uşaq bağçasının açılması və işlədilməsi üçün 12030 manat pul vermişdir. 2019-cu ilin mart-aprel aylarında Umudla görüşmək üçün Yasamal rayonu ərazisində yerləşən Lider TV-nin qarşısına gəlmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs ilə Umud ağ rəngli sedan tipli avtomobildə mübahisə edirlər. Mina Umuda demişdir ki, maşından düşsün, özləri söhbət edəcəklər, Umud düşəndən sonra o qabaq sağ oturacaqda oturmuşdur. O pulunu, yəni bağça açılması üçün verdiyi 12030 manat pulu istəyəndə Mina bildirmişdir ki, bankda külli miqdarda pulu vardır, lakin bir dəfəyə çıxara bilmir, bir həftə və ya on günə 8000 manat pul verəcək, Umudla danışmaq istəmir. Danışıq zamanı Mina gözlərini qaçırdığı üçün, o isə psixologiyanı bildiyi üçün maşından düşəndən sonra Umuda yaxınlaşıb demişdir ki, çətin Minadan pul ala bilsin. Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs9 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə səsləndirməklə təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin sentyabr ayının əvvəli Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq bildirmişdir ki, sentyabr ayının 15-i dərs başlayacaq, dərsə gedər. Sentyabr ayında onlar hətta bir dəfə İdman Akademiyasının qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs Akademiyaya girib çıxandan sonra ona demişdir ki, işi həll olunubdur, dediyi kimi sentyabr ayının 15-i dərsə gedəcək. Bir-iki gün sonra o İdman Akademiyasının rəsmi instaqramm səhifəsinə özünün məlumatlarını yazıb soruşmaq istəmişdir ki, ora tələbə kimi qəbul olunub ya yox, ona cavab verilmişdir ki, məlumat almaq üçün özü İdman Akademiyasına yaxınlaşmalıdır. Həmin ərəfədə özü İdman Akademiyasına gəlmişdir. Orada onun Əzizağa adlı tanışı təhsil alırdı. O özünün anket məlumatlarını verib xahiş etmişdir ki, tələbələrin siyahısında onu yoxlasın, tanışı bunu etmiş və bildirmişdir ki, onun adı tələbələrin siyahısında yoxdur, yaxud sistemdə səhvilik vardır. Təqsirləndirilən şəxs ilə tez-tez telefonda danışırmış və sonuncu hər dəfə bu gün- sabah deyirmiş. Təxminən bir həftə sonra İdman Akademiyasının qarşısında yenidən görüşüb danışmışlar və Təqsirləndirilən şəxs ona demişdir ki, bir nəfər şəxs gələcək və təsdiq edəcək ki, o həmin Akademiyanın tələbəsidir, lakin heç kim gəlmədiyindən o da çıxıb getmişdir. 2018-ci ilin noyabr-dekabr ayları olmuşdur ki, Təqsirləndirilən şəxs ilə yenidən İdman Akademiyasına gəlmiş və sonuncu onu səhv etmirsə dekan işləyən Qərənfil xanımın yanında əyləşən Seva adlı xanıma təqdim edərək tələbə olduğunu, dərslərə gələcəyini, ona tələbə biletinin də veriləcəyini bildirmişdir. Bundan sonra o dərslərə getməyə başlamış, lakin tez-tez problem yaşayırmış, belə ki, binaya girişdə ondan tələbə biletini göstərməyi tələb edirmişlər, onda isə tələbə bileti olmamışdır, buna görə hər dəfə bir bəhanə ilə bileti yaxın zaman alacağını deyirmiş. O dəfələrlə Təqsirləndirilən şəxs bu problemlə bağlı desə də sonuncu hər dəfə bu gün-sabah deyib vaxtı uzatmışdır. Təxminən 1 ay dərsə getmişdir. Təqsirləndirilən şəxs özü ona demişdir kl, binaya girişlə bağlı problem olsa Seva xanımın əyləşdiyi otağa, yəni 205 saylı otağa zəng vurub Seva xanıma bu barədə desin, sonuncu onu içəri buraxdıracaqdır. O da problem olanda bu cür edirmiş. 2019-cu ilin yanvar ayı olmuşdur ki, bir nəfər tələbə qız ona bildirmişdir ki, dekan Qərənfil xanım onu çağırır. O dərsdən icazə alıb çıxmış və dərhal Təqsirləndirilən şəxs zəng vurmuşdur. Sonuncu ona demişdir ki, özü gəlir. Gözləyən vaxt onu dəhlizdə görüb Qərənfil xanımın otağına salmışlar, orada bir neçə nəfər şəxs olmuşdur. Ondan kim olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs buna qədər ona demişdir ki, kim olduğunu orada soruşan zaman desin ki, M.l ütfəliyevanın bacısı oğludur. O da bu səbəbdən otaqda oturan şəxslərə demişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. Ona inanmamışlar və həmin vaxt Təqsirləndirilən şəxs gəldiyindən o çölə çıxmış, otaqdan səs-küy gəldiyini eşitmişdir, lakin danışığı anlaya bilməmişdir. Sonra Təqsirləndirilən şəxs otaqdan çıxıb birlikdə aşağı düşmüşlər və Təqsirləndirilən şəxs BMV markalı avtomobillə onu yolun əks tərəfində düşürüb demişdir ki, evinə getsin. O evə getmədən Umuda zəng vurub bunları danışmış və sonuncu ona Mərkəzi Univermağın qarşısına gəlməsini demişdir. O ora gələndə Təqsirləndirilən şəxs da gəlmiş, maşında oturub söhbət etmişlər, Təqsirləndirilən şəxs yenə demişdir ki, heç bir problem yoxdur, narahat olmasın, dərsə getməkdə davam etsin. O evinə getmiş və bir daha dərsə getməmişdir, çünki anlamışdır ki, oranın tələbəsi deyil. Üzləşdirmədən iştirak edən Təqsirləndirilən şəxs isə üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir. İş materiallarında “tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 11:30-da tutulmuşdur. İş materiallarında olan 27 may 2021-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 27 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai rayon məhkəməsinin 27 may 2021-ci il tarixli, 4(011)-226/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 26 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell” və “Azerfon” rabitə operatorlarından götürülmüş və yaddaş hissəsində zənglərə dair çıxarış, SMS mətnləri və sair məlumatlar olan 3 ədəd CD disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Zərərçəkmiş şəxs11 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs11 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, zərərçəkmiş şəxs X5 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Zərərçəkmiş şəxs8 Məmmədəli oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, zərərçəkmiş şəxs Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə telefon danışıqları aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 06 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 06 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs8 06 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 16.01.2010-cu il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 22.12.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 122 445 ( yüz iyirmi iki min dörd yüz qırx beş ) manat məbləğində maddi zərər, habelə hazırki iddia ərizəsinin verilməsi üçün ödənilmiş 443 manat (toplam 122 888 manat) dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini bildirsə də zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmamış övladının olmasını, məhkumluğun olmaması, zərərçəkmiş şəxslərin bir qisminin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən, 05 yanvar 2021-ci il tarixədək 7 (yeddi) ay, 10 (on) gün həbsdə saxlanıldığı müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, övladı X2 on dörd yaşına çatmamasını və onu təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yaşca ən kiçik uşağı 16.01.2010-cu il təvəllüdlü X6 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs5 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Cinayət nəticəsində vurulmuş 122 445 (bir yüz iyirmi iki min dörd yüz qırx beş) manat məbləğində maddi ziyan və 443 (dörd yüz qırx üç) manat dövlət rüsumu olmaqla, cəmi 122 888 (bir yüz iyirmi iki min səkkiz yüz səksən səkkiz) manat məbləğində vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 5(beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 7 (yeddi) ay, 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 05 yanvar 2021-ci il tarixədək, 7 (yeddi) ay, 10 (on) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşca ən kiçik uşağı 16.01.2010-cu il təvəllüdlü X6 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Hökmün icrasına bu hissədə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 122 445 (bir yüz iyirmi iki min dörd yüz qırx beş) manat məbləğində maddi ziyan və 443 (dörd yüz qırx üç) manat dövlət rüsumu olmaqla, cəmi 122 888 (bir yüz iyirmi iki min səkkiz yüz səksən səkkiz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) köçürülsün. İş üzrə 5(beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 660 (altı yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar