Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-12/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X19 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (mülki iddiaçı) X13 və onun nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh)X14 və onun müdafiəçisi, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində, məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, “ARB” telekanalında həftə içi hər gün saat 13.35-də canlı yayımlanan “Elgizlə izlə” verilişinin 28 may 2022-ci il tarixli buraxılışında, daha sonra 30 may - 4 iyun 2022-ci il tarixlərdə hər gün eyni saatda efirə gedən buraxılışlarında heç bir şəxsi tanışlığı, yaxınlığı və münasibəti olmayan X14 ona - X7 (müğənnilik fəaliyyətində təxəllüsü (ikinci adı) Canandır) qarşı şəxsi həyatı ilə, ailəsilə, ata-anası ilə, övladı ilə bağlı böhtan və təhqir xarakterli çıxışlar edərək, onu əxlaqsız qadın kimi qələmə verməklə xalqının, televiziya izləyicilərinin qarşısında onu hörmətdən salan, mahnılarını və ifasını sevən, izləyən, fanatı olan insanlarda, qohumlarında, dostlarında, yaxın və uzaq ətrafında ona qarşı nifrət və mənfi rəy yaradan şər-böhtala şərəf və ləyaqətini alçaltmış, şəxsi həyatına aid olan hallar barədə məlumatları yaymaqla onu təhqir etmiş, şəxsi və işgüzar nüfuzunu ləkələmişdir (qeyd edilən tarixlərdə yayımlanan vergilişlərdən videoyazıları əks etdirən disk əlavə edilir). X15 yuxarıda qeyd etdiyi televiziya proqramının 28 may 2022-ci il tarixli və 30 may - 4 iyun 2022-ci il tarixli buraxılışlarında onu çoxsaylı sevgililəri olan, evli kişilərlə qeyri-rəsmi yaşayan, bu cür həyat tərzi ilə ev yıxan, ailə dağıdan qadın adlandırmış, əxlaqsız həyat tərzi keçirdiyini, guya illər əvvəl onunla evlənmək istəyən Nicat Mustafayevlə tanış olaraq puluna görə münasibət qurduğunu, Nicat Mustafayevin ona maddi himayədarlıq etdiyini, əslində Nicat Mustafayevin onu sevdiyini, onu əlində oyuncaq etdiyini, guya Nicat Mustafayevin anasının Aygün Ağayevaya zəng edərək ona onun oğlundan əl çəkməyinə kömək etməsi üçün yalvardığını, vaxtilə X20 Mustafayevdən əl çəkdiyi üçün Aygün Ağayevaya minnətdar olduğunu, Nicat Mustafayevin ailəsinin dağılacağını bildirərək onun Nicat Mustafayevlə münasibətini bitirməyi üçün ona kömək etməyi Aygün Ağayevadan xahiş etdiyini bildirmişdir. Eyni zamanda, həmin proqramda Aygün Ağayeva onun atasını anasının birinci əri adlandıraraq, ata-anasını da efirdə təhqir etmiş, anasını sanki bir necə əri olan qadın kimi göstərməyə çalışaraq bütün ailəni böhtanla ləkələmişdir. Halbuki, onun ataanası uzun illərdir evlidirlər və hal-hazırda da həm hüquqi əsasla, həm də faktiki ərarvaddırlar, anasının atasından başqa əri, atasının da anasından başqa arvadı olmamışdır (qeyd edilənlər videoyazılarda təfərrüatı ilə əks olunur). Aygün Ağayevanın bu təhqiramiz sözlərindən sonra verilişin aparıcısı Elgiz Əkbərin “belə şeylər danışma, o xanım səni məhkəməyə verər, peşiman olarsan” deyərək xəbərdarlıq etməsi belə onda məsuliyyət hissi yaratmamış, “peşiman olmaram” cavabını verərək, böhtan və təhqirlərini növbəti yayımlarda da davam etmişdir (videoyazılardan birində əks olunur). Aygün Ağayeva təkcə “ARB” kanalında canlı yayımda deyil, eyni zamanda efir arxasında da, müxtəlif saytlarda, xəbər portalında da (Xəbəraz.az, Siyah sancaq, Aktualxəbər.az) onu “meyxanaçı” adlandırmaqla, mahnılarını məzxərəvə qoymaqla alçaltmış, hətta onu 16 yaşlı qız övladını da pis yola çəkməkdə, onu klublardan yığmamaqda ittiham etmiş, əxlaqsız qadınlar barədə deyilən atalar sözünü - “anası gəzən ağacı balası budaq-budaq gəzər” ifadəsini hələ yetkinlik yaşına çatmamış qızı barədə söyləmiş, hər ikisini ağır təhqirə məruz qoymaqla, onun analıq şərəfini, valideyn ləyaqətini alçatdıqca alçaltmışdır (internet məlumatlarından çıxarışlar əlavə edilir) Aygün Ağayevanın onu təhqir etdiyi həmin verilişin canlı yayımında maddi dəstəyə ehtiyacı olan, kirayədə qalan kimsəsiz ahıl bir şəxsə kömək məqsədilə şəxsi vəsaiti hesabına göndərdiyi müəyyən məbləğdə pul efirdə həmin şəxsə təqdim edilərkən Aygün Ağayeva ona aidiyyəti olmayan bu məsələyə də müdaxilə edərək, həmin pulun Nicat Mustafayevin pulu olduğunu, Nicat Mustafayevin onu və bir neçə qadını saxlaması kimi fikirlər səsləndirmiş, yenə də onu təhqir etməkdən çəkinməmişdir (videoyazılardan birində əks olunur). Hesab edir ki, Aygün Ağayevanın ona - 15 və 16 yaşlarında iki uşaq (xx.xx.2006- cı il təvəllüdlü qızım - X17, xx.xx.2007-ci il təvəllüdlü oğlu - X23) anası olan qadına, kifayət qədər geniş fanat kütləsi olan və sevilən müğənni xanıma heç vaxt heç kimin xətrinə dəyməyən, hər zaman hər kəslə ehtiyatlı və mədəni davranan, imkan daxilində insanlara əl tutan, köməklik edən, Allahdan qorxan, bəndəyə hörmət edən insana qarşı heç bir etik normaya sığmayan, efirə yaraşmayan, həqiqət olmayan biyabırçı çıxışları, şəxsi həyatına dair ona məxsus və gizli olan, yayılması qanunzidd məlumatları dediqodularla bəzəyərək efirdə müzakirə etməsi, təkcə onun yox, anasının və 16 yaşlı qızının da əxlaqsız olduğunu iddia etməsi cinayətdir, o, bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli, qanun və məhkəmə qarşısında sorğuya çəkilməli və cəzalandırılmalıdır. Aygün Ağayevanın bu böhtan və təhqirləri onun yetkinlik yaşına çatmayan övladlarının psixikasına olduqca mənfi təsir etmiş, məktəb yoldaşlarının bu hadisələrlə bağlı sualları, məktəbdə yaranan söz-söhbətlər onları təhsildən uzaqlaşdırmış, özünə qapandırmışdır. Övladlarım məktəbə, kurslara, imtahanlara getmək istəmir, hər gün ağlayırlar. Aygün Ağayevanın ona qarşı bu cür hüquqazidd, qanunazidd əməlləri ata-anası da strese salıb, evde daimi əsəbi və gərgin abu-hava hökm sürür, hamı bu hadisəni soruşur, söz-söhbət, müzakirə, deqi-qodu bitmir. Aygün Ağayevanın bu şər, böhtan və təhqir xarakterli çıxışlarından sonra o “ARB” kanalının “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərlə (tel: *** *** ** **), onun prodüsseri Kamran adlı şəxslə (tel: *** *** ** **), verilişin redaktoru Könül adlı xanımla (tel: *** *** ** **) telefon əlaqəsi yaradaraq Aygün Ağayevanın ona qarşı efirdə səsləndirdiyi börtan və təhqirlərinə son qoyulmasını, nə onun, nə də Nicat Mustafayevin onunla heç bir əlaqəsinin olmadığını, özünün sözlərinə əsaslansaq, onun öz istəyi ilə Nicat Mustafayevdən uzaqlaşdığını, bu halda Nicat Mustafayevi və onun həyatındakı insanları rahat buraxmamasının məntiqsiz olduğunu izah etməklə,Aygün Əliyevanın efirə buraxılmamasını, yaxud onun barəsində danışmamaq şərti ilə buraxılmasını, əks təqdirdə onu məhkəməyə verəcəyini bildirsə də, heç bir nəticə olmamış, Aygün Ağayeva cinayət xarakterli əməllərini həmin verilişdə davam etdirmişdir. Diqqətə çatdırmaq istəyir ki, Aygün Ağayevanın onu evli kişilərlə yaşayan, çoxsaylı sevgililəri olan qadın adlandırmaqla böhtanlara və təhqirə məruz qoymaqda, Nicat Mustafayevlə adını hallandırmaqda, yeri gəldi-gəlmədi, ona aidiyyəti oldu-olmadı ona və ailə üzvlərimə təhqirlər yağdırmaqda əsas niyyəti bu əməlləri ilə onu və Nicat Mustafayevi şantaj edərək onlardan külli miqdarda vəsait almaq, bundan sonra susmaq və onları rahat buraxmaqdır. Belə ki, Aygün Ağayeva təxminən il yarım əvvəl Daxili İşlər Nazirliyinə müraciət edərək güya Nicat Mustafayevin ondan dələduzluq yolu ilə 100 000 (yüz min) manat məbləğində vəsait almasını bildirmiş, Nicat Mustafayevin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Müraciət aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində araşdırılmış və cinayət isinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2021-ci il tarixli qərar çıxarılmışdır (qərarın surəti əlavə edilir). Göründüyü kimi, Aygün Ağayeva şantaj yolu ilə külli miqdarda vəsait əldə etmək niyyətinə dövlət orqanlarına etdiyi əsassız müraciətləri ilə çatmadığı üçün televiziya kanalına, xəbər portalına və saytlara üz tutmuş, böhtan və təhqir xarakterli çıxışlar etməklə onları psixoloji təsir altına salmaq, bezdirmək və onun istəyini - qanunsuz pul tələbini onlar yerinə yetirməyimizi planlamışdır. Eyni zamanda bildirir ki, Daxili İşlər Nazirliyinə müraciət etməzdən əvvəl Aygün Ağayeva ona və Nicat Mustafayevə telefon zəngləri etmiş, əvvəllər münasibəti olan müxtəlif şəxslərdən də şantaj yolu ilə külli miqdarda pul aldığını bildirmiş, onları da o vəziyyətə qoyacağı, ona istədiyi məbləği verməsələr məhv edəcəyi, başına oyunlar açacağı ilə hədələmiş, bu “bacarığı” ilə fəxrlə danışaraq əhvallarını korlamış, onlara daimi əsəb-stres yaşatmış, DİN-nə etdiyi əsassız müraciəti ilə aparılan araşdırmalarda isə hüquq-mühafizə orqanının çağırışları üzrə getgəllərə, sorğu-suallara salmış, bizi maddi, mənəvi və fiziki əzab-əziyyətə düçar etmişdir. İttiham tərəfi olaraq hesab edir ki, X14 “ARB” telekanalında həftəiçi hər gün saat 13.35-də canlı yayımlanan “Elgizlə izlə” verilişinin 28 may 2022-ci il tarixli buraxılışında, daha sonra 30 may - 4 iyun 2022-ci il tarixlərdə efirə gedən buraxılışlarında çıxışları zamanı onun haqqında yuxarıda qeyd edilən böhtan və təhqir xarakterli məlumatları yaymaqla, onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan sayılır. CM-nin 148-ci maddəsinə əsasən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet infonnasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir sayılır. CM-nin 147.1-ci maddəsinin tələbləri baxımından onu qeyd edə bilər ki, X14 tərəfindən kütləvi infonnasiya vasitəsi olan tv kanalında yalan olduğunu biləbilə onun barəsində yuxarıda qeyd edilən məlumatların - evli kişilərlə sevgili olmağına, çoxsaylı sevgililərinin olmasına, ailə yıxan qadın olmağına, əxlaqsız həyat tərzi keçirməyinə, 16 yaşlı qızının da onun kimi əxlaqsız olmasına (anasıgəzən ağacı balası budaq-budaq gəzər) dair yalanların bildirilməsi onun şərəf və ləyaqətini ləkələmiş, onu dostlarının, tanışlarının, qohumlarının, xüsusilə fanatlarının yanında nüfuzdan salmış, sevilən və el şənliklərinə çoxsaylı dəvətlər alan müğənni olaraq işğüzar nüfuzuna xələl gətirmiş, barəsində cəmiyyətdə, fanatlartımda mənfi fikir və rəy yaratmışdır (hara getsə hamı bunu soruşur, ətrafında insanlar ona baxıb pıçıldaşır, ittihamedici baxışlarla süzürlər). CM-nin 148-ci maddəsinin tələbləri baxımından isə onu qeyd edə bilərəm ki, X14 onu “evli kişilərlə sevgili olan, əxlaqsız həyat tərzi keçirən qadın adlandırmaqla, şəxsi həyatını dedi-qodularla efirdə müzakirəyə çıxarmaqla onun şərəf və ləyaqətini nəlayiq formada alçaltmış və qeyd olunanlara əsasən X5 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra ərizə ilə müraciət edərək, сavabdehin ona qarşı olan təhqiredici və böhtan xarakterli hərəkətlərinin (hərəkətsizliyinin) qadağan olunmasına, cavabdehin onu təhqir etdiyi və ona böhtan atdığı “ARB” telekanalında yayımlanan “Elgizlə izlə” verilişində ondan üzr istəməsini, cavabdehin ona vurduğu maddi zərərə (əldən çıxmış faydaya) görə 10.000 (on min) manat, mənəvi zərərə görə 10.000 (on min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair qərar çıxarılmçasını xahiş etmişlər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X14 “ARB” telekanalında həftə içi hər gün saat 13.35-də canlı yayımlanan “Elgizlə izlə” verilişinin 28 may 2022-ci il tarixli buraxılışında, daha sonra 30 may - 04 iyun 2022-ci il tarixlərdə “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan”, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın” kimi ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. X5 törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən X13 və onun nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X5 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 verilmiş şikayət üzrə özümü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. Danışdıqları böhtan deyil, onun da sübutları var. Şikayətdə yazılan, efirdə gedən ifadələri işlətmişdir. Eşitdiklərini demişdir. 3 mahnısının sildirilməsi ilə bağlı “ARB” kanalına canlı yayıma çıxmış və məsələyə aydınlıq gətirməsi üçün X7 çağırış etmişdir. X13 isə həmin yayıma gəlməmişdir. Ondan həmin xanımın kim olduğunu soruşduqda Nicat Mustafayevin həyatında olan xanım olduğunu bildirmişdir. Danışdıqları efirə getdiyi üçün hesab edir ki, hər hansı təhqiramiz ifadə işlətməmişdir. Çünki canlı yayım olmuşdur, canlı yayımda hər hansı şəxsin kimisə təhqir etməsinə yol verilmir. Belə ki, canlı yayımda 10 dəqiqəyə yaxın müddətdə yubanma olur. Onun hansısa səhvi olduğu təqdirdə televiziyada özünə problem yaratmaq istəməzdi və həmin sözlər kəsilərək montaj edilərdi. Bunların nəzərə alınıb, cinayəti qəbul etmədiyini, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan X5, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittihamçı X6 xüsusui ittiham qaydasında şikayət ərizəsi Sizin icraatınızdadır. Şikayət onunla əsaslandırılmışdır ki, “ARB” telekanalında həftə içi hər gün saat 13.35-də canlı yayımlanan “Elgizlə izlə” verilişinin 28 may 2022-ci il tarixli buraxılışında, daha sonra 30 may - 4 iyun 2022-ci il tarixlərdə hər gün eyni saatda efirə gedən buraxılışlarında heç bir şəxsi tanışlığı, yaxınlığı və münasibəti olmayan X14 - X7 (müğənnilik fəaliyyətində təxəllüsü (ikinci adı) Canandır) qarşı “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan”, “bu cür həyat tərzi ilə ev yıxan", “ailə dağıdan qadın” adlandırmış, “əxlaqsız həyat tərzi keçirdiyini” ifadə edərək, şəxsi həyatı, ailəsi, ata-anası və övladı ilə bağlı böhtan və təhqir xarakterli çıxışlar edərək, onu təhqir etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 1(009)-183/2022 saylı və xx.xx.2022-ci il tarixli qərarı ilə ilkin məhkəmə-linqvistik ekspertizası təyin edilərək, ekspert qarşısında “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın”, “əxlaqsız həyat tərzi keçirən” ifadələrinin təhqir olubolmadığına dair suallar qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli və N° 4/34 saylı rəyi ilə “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın”, “əxlaqsız həyat tərzi keçirən” kimi söz, söz birləşməsi və ifadələrinin təhqir edici xarakterə malik olduğu qeyd edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xüsusi ittihamçı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərdə əks olunan və X14 tərəfindən sərf olunduğu iddia edilən söz və söz birləşmələrindən sadəcə “çoxsaylı sevgililəri olan” və “ailə dağıdan qadın” sözləri öz əksini tapmış, “evli kişilərlə qeyri-rəsmi yaşayan, “bu cür həyat tərzi ilə ev yıxan” və “əxlaqsız həyat tərzi keçirən” kimi söz, söz birləşmələri isə videogörüntüdə səslənməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli və 4/34 saylı rəyinin nəticə hissəsində isə “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın”, “əxlaqsız həyat tərzi keçirən” kimi söz, söz birləşmələri və ifadələri bir bütün halında, yəni tək tək sərf edilmiş sözlərə bütün bir cümlə kimi təhqir edici xarakterə malik olduğu qeyd edilmiş, lakin, tədqiqat prosesinin təsviri hissəsində “ev yıxmaq”, “əxlaqsız” və “qeyrirəsmi” sözlərinin lingvistik mənaları izah edilmişdir. Hansı ki, həmin söz birləşmələrinin yayımlanan videoada heç biri tələffüz edilməmişdir. Hesab edir ki, təyin edilmiş lingvistik ekspertiza yenidən təyin olunaraq, yayımlanan videoda tələffüz olunan sözlərin əhatəsində yenidən ekspertiza edilərək, “çoxsaylı sevgililəri olan” və “ailə dağıdan qadın” sözlərinin təhqir edici xarakterə malik olub-olmadığı müəyyən edilməli idi. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli və 4/34 saylı rəyində diqqətçəkən məqamlardan biri və ən əsası odur ki, ekspert tədqiqatı, professor M.V.Qorbanevskinin redaktorluğu altında 2004-cü ildə rus dilində çap edilmiş “Məkhkəmə linqvistik ekspertizalarında təyin olunan sualların yaddaş kitabçası”, D.E.Rozental və M.ATelenkova tərəfindən 1976-cı ildə rus dilində çap edilmiş “Linqvistik terminlərin lüğət sözlüyü”, Q.Kusov tərəfindən 2011-ci ildə rus dilində çap edilmiş “Məhkəmə linqvistik ekspertizalarında verbal təhqir əlamətlərinin analizi və diaqnostikası”, AN.Baranov tərəfindən 2007-ci ildə rus dilində çap edilmiş “Mətnin linqvistik ekspertizası” elmi- metodiki mənbələrə uyğun aparılmışdır. Belə ki, 2006-cı ildə Bakı, Şərq-Qərb yayım evi tərəfindən 4 cilddə yayımlanan Azərbaycan dilinin izahlı lüğətində, 2014-cü ildə Bakı, Altun Kitab yayım evində redaktorlar Qulu Məhərrəmli və Rafiq İsmayılov tərəfindən yayımlanan Məktəblinin alınma sözlər lüğətində və həmçinin 1976-1987 illərdə Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatında yayımlanan 10 cilddən ibarət Azərbaycan Sovet Ensiklopediyasında sevgili sözünün mənası, “çox sevilən, əzizlənən, istənilən, əziz, mehriban” mənasında olmuş, sadalanan sözlərin heç birində isə təhqir edici ifadə əks olunmamışdır. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusui ittihamçı X2 xüsusui ittiham qaydasında şikayət ərizəsi üzrə X5 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nicat Mustafayev ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs X14 ilə 5 il qabaq gecə klubunda tanış olmuşdur. Tanışlığı il yarım davam etmişdir. Ayrıldıqdan sonra isə Aygün xanım ona hədə qorxu gəlməyə başlamışdır. Bunda məqsəd isə yüz min manat dəyərində pulun ondan alınmasıdır. Efirə çıxışları ilə bağlı müraciətləri olmamışdır. Xanımlığına görə. Özü ilə danışmamışdır, mümkün deyil danışmaq. Aygün müğənni olmamışdır. Tblisidə restoranklubda çıxış etmişdir. Oğlunu, evli olduğunu bilmişdir, oğlunu gətir gəzdirək deyirdi. Sosial şəbəkədə Aygün onu şantaj edir. Anası zəng vurmuşdur ki, gedəcək “banditizm”ə. Mahnını o silməmişdir “YouTube” silib. Gülnarı təzə tanıyan vaxtdan maşını evi olmuşdur. Qazancı onunkundan çoxdur. Onun MTK-i var. Tikinti işi ilə məşğuldur. Münasibətləri puldan asılı ola bilməz, sevgili münasibəti var, etiraf etmişdir, artıq 3 ildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Aygünü müğənni kimi tanımışdır. Gülnar onun yoldaşı ilə duet oxumuşdur. Problemləri olmamışdır. Evdə çörək kəsmişlər. Ailəsi keçmiş yoldaşı səhv etmişdir. O, Turaldan boşanmışdır. Ailəsinin dağılmasına səbəb Turalın hazırki həyat yoldaşı Arzu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Gülnarla çoxdan tanışdır. Qardaşı mahnı yazmışdır, Ağdamlıdırlar. Gülnar onun bacısı kimidir. Qardaşının ailəsinin dağılmasına Gülnar səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Gülnarı 3 ildir tanıyır. Yaxşı münasibətləri var. Qardaşının ailəsini Arzu dağıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Aygünü müğənni kimi tanıyır. Gülnar ilə oxumuşlar sonra ayrılmışlar. Münasibətləri olmuşdur. Ailəsi Gülnara görə dağılmamışdır. Ailəsini özü boşamışdır. Sevgili münasibətləri olmuşdur Gülnarla. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, bir neçə il əvvəl Gülnarla bir yerdə ailə kimi olmuşlar. Ər-arvad münasibətləri olmamışdır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli, 4/34 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1(009)- 183/2022 saylı cinayət işinə tədqiqat materialı olaraq daxil edilmiş “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan”, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın” kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Məhkəmə iclasında “CD” disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə “ARB” telekanalında yayımlanan “Elgizlə izlə” verilişində “çoxsaylı sevgililəri olan”, “evli kişilərlə qeyri-rəsmi yaşayan”, “bu cür həyat tərzi ilə ev yıxan”, “ailə dağıdan qadın” kimi ifadələrin X14 tərəfindən işlədilməsi öz əksini tapmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının vəkilinin, təqsirləndirilən şəxsin və onun vəkilinin, şahidlərin iş üzrə ifadələrini, ekspertiza rəyini, video diski və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin əlamətləri vardır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs X5 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X5 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X5 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X10 cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə hesab edir ki, X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə, aşağıdakılara görə hesab edir ki, xüsusi ittihamçı X6 təqsirləndirilən şəxs (mülki cavabdeh) X10 qarşı maddi zərərin ödənilməsinə dair verilmiş mülki iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş X7 X4 onun tərəfindən vurulmuş mənəvi ziyan həcmində ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs X4 1000 (bir min) manat mənəvi ziyanın tutularaq xüsusi ittihamçı və mülki iddiaçı X7 ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış 2 ədəd “CD” diskin və 1 ədəd yaddaş kartının iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 350, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan iki ədəd “CD” disk və bir ədəd yaddaş kartı iş materiallarında saxlanılsın. Xüsusi ittihamçı X6 təqsirləndirilən X10 qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs X4 1000 (bir min) manat mənəvi ziyan tutularaq xüsusi ittihamçı və mülki iddiaçı X7 ödənilsin. X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat “Kapital Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-12/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-12/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver