Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-12/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2ayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 32.4, 177.2.4-cü maddələri, xx xxxx 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 3a yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri, xx xxx 1992-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu Neapol dairəsi 43 ünvanında yerləşən 2 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus “Toyota- Prado” markalı ** CY *** dövlət nömrə nişanlı avtomobilin salonunda olan xeyli miqdarda pulun oğurlanmasına dair qardaşı Təqsirləndirilən şəxs3 tərəfindən təhrik edildikdən sonra, həmin cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmələrinə dair sonuncu ilə razılıq əldə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında vəzifə bölgüsü müəyyən edərək, özünün ətrafı müşahidə etməsi, Muradəli Qardağlının isə avtomobilin salonundan həmin pulun götürməsinə dair sövdələşərərk, 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 4-cü Bağlar döngəsi 30 ünvanında saxlanılan “Toyota-Prado” markalı ** CY *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, o ətrafı müşahidə etməklə Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törədən zaman kənar şəxslər gələcəyi halda onların müdaxiləsindən sığortalamış, sonuncu isə özü ilə gətirdiyi vintaçanla avtomobilin sağ tərəf ön qapısının şüşəsinin sındırılması yolu ilə avtomobilin salonundan 10000 AZN, həmin dövr üçün milli manatla məzənnəsi 3740 manat təşkil edən 2200 ABŞ dolları və həmin dövr üçün milli manatla məzənnəsi 460 manat təşkil edən 250 Avronu gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14200 AZN, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 32.4, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, istintaq gedişində toplanmış və cinayət işində olan zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolları, iş materiallarında olan “DVD” disk və başqa sübutlarla tam təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ögey qardaşı olduğu üçün hərdən bir bir-biri ilə görüşmüşlər. Belə ki, özü ailəli olduğu üçün maddi vəziyyəti zəif olduğundan hərdən bir Orxandan pul istəmişdi. Bildiyinə görə qardaşı Orxan bloger olan Samirlə birlikdə işləyir. Muradəli ilə əvvəllər Neapolda olan məhəllədə birlikdə yaşadığına görə tanış olmuş, aralarında yoldaşlıq münasibəti olmuşdur. 1999-cu ildə müxtəlif təyinatlı, yəni güləş, cido və kinq-boksla məşğul olmuşdur. Hərbi xidmətə gedib gələndən sonra idmandan uzaqlaşmışdır. İdmandan ayrılandan sonra hərdən bir narkotik vasitə qəbul etmişdir. Ailəsini dolandırmaq üçün son zamanlar “Uber” şirkətinə məxsus avtomobili idarə etmişdir. Lakin buna baxmayaraq ailəni dolandırmağa çətinlik çəkdiyindən hərdən bir Orxana zəng edib ondan az da olsa pul almışdır. Həmin hadisə baş verən gün, yəni 11 fevral 2023-cü ildə axşam tərəfi Orxanla telefonda danışan zaman ondan 20 manat uşağın pampersi və sair üçün pul istədikdə Orxan pul verəcəyini demiş, lakin bundan sonra bir neçə dəfə pulu almaq barədə ona zəng etsə də telefonuna cavab verməmişdir. Ona görə də Orxana başqa telefon nömrəsi ilə zəng etdikdə o, cavab vermiş və bu səbəbdən Orxanı telefonda acılamışdır. Həmin vaxt Orxan ona qarşı əsəbi olduğunu görüb onunla işləyən Samirin onda 15000 manat pulu olduğunu, həmin pulun ondan alıb götürməyini, bundan sonra Samirə bunun çıxış yolunu bir təhər başa salmaqlarını bildirmişdir. Bunun üçün də Orxanla razılaşmışdır. Daha sonra Orxanın mobil telefonla ünvanı atdığı yerə, yəni Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massivdə olan 4-cü Bağlar döngəsinə getmiş və həmin yerdə olduqda Orxana zəng etsədə o, Samirin onda olan 15000 manat pulu almasını və maşında saxlamasını bildirmişdir. Orxanla bu barədə danışdıqda Orxana geri qayıtmaq istədiyini demişdir. Bu zaman Orxan Samirin maşınının açarının onda olmasını və qapını açacağını, maşından pulu götürəcəyini demişdir. Orxanın bu fikri ilə razılaşmış, az bir müddət sonra Orxana zəng etdikdə Orxan maşının açarını Samir tərəfindən ondan almasını demiş və Samirin maşınının şüşəsini sındırıb pulu götürməyi təklif etmişdir. Orxanın təklifi ilə razılaşmamış, həmin ərəfədə Muradəli zəng edib onda 10 manat pul olmasını və bununla bağlı narkotik maddə alıb qəbul etməsinə görə danışan zaman Muradəliyə qardaşı Orxanın dediklərini, yəni avtomobildə pul olmasını və maşının şüşəsini sındırıb pulu götürməyi dedikdə Muradəli buna razılaşmış və dediyi yerə, yəni “Qurd qapısının” yanına gəlmiş və orada görüşdükdə bu barədə olanları demiş, belə razılaşmışlar ki, maşından oğurladıqları pulu üçünün arasında, yəni özü də daxil olmaqla Muradəli və qardaşı Orxan arasında bərabər böləcəklər. Muradəli buna razılaşmış, həmin zaman Ruslanın maşını ilə Muradəlini aparıb içərisində pul olan maşını göstərmiş və kənarda maşında dayanıb Muradəlini gözləmişdir ki, Muradəli maşından pulu götürəndən sonra gəlsin birlikdə oradan uzaqlaşsınlar. Bundan sonra Muradəli maşından düşüb özündə olan atverka (vint açan) ilə həmin maşına tərəf getmiş, az sonra əlində görünməz bir klok ilə qayıdaraq maşına əyləşmiş, maşından pulu götürdüyünü demişdir. Sonra birlikdə yaşadığı Əhmədli kəndinə getmiş, orada olan zaman oğurladıqları pulu Muradəli ilə öz aralarında bölmüşlər. Belə ki, həmin puldan 2700 manatı Muradəli götürmüş, qalan pulu da qardaşı Orxanla bölmüşdür. Muradəlini aparıb yaşadığı ünvanın yanında düşürdükdən sonra həmin zaman istifadəsində olan ***-***-**-** nömrəsi ilə Orxanın istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə vatsapla danışaraq Əhmədli qəsəbəsində olan “Kofe Maniya” kafesinin yanında görüşmüş, həmin zaman Orxan oraya tək olaraq gəlmişdir. Orxanın dediyi kimi Muradəli ilə birlikdə avtomobildən oğurladıqları puldan 4600 manatı sayaraq Orxana vermiş, qalan pulu da özünə götürmüşdür. Həmin avtomobildən oğurladıqları pullar 10000 AZN, 2200 ABŞ dolları və 250 Avro olmuşdur. Oğurladıqları pulu Orxanla böldükdən sonra evinə getmişdir. Muradəli ilə birlikdə avtomobilin qapısının şüşəsini sındırmaqla oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, bundan əlavə də anasının şəkər və insult xəstəliyi olduğu üçün Əhmədlidən ona görə 400 manatlıq dərmanlar almışdır. Həmin hadisə barədə heç kimə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunun, zərərçəkmişə vurulmuş ziyanı qismən ödəmək istəməsinin, ailə üzvləri tərəfindən 700 manat pulun məhkəmə iclasında zərərçəkmiş şəxsə təklif olunmasına baxamayaraq sonuncu tərəfindən həmin vəsaitin qəbul olunmadığını, qalan məbləğin isə hissə-hissə ödəmək, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Ruslanla əvvəl Neapolda qaldığına görə tanış olmuş, aralarında yoldaşlıq münasibəti olmuşdur. Ruslan da narkotik maddə qəbul edən olmuşdur. Aralarında münasibətləri olduğu üçün bir-biri ilə istifadələrində olan mobil telefon nömrələri ilə əlaqə saxlamışlar. 12 fevral 2023-cü ildə saat təxminən 20 radələrində evdə olan zaman istifadəsində olan ***-***-**-** nömrəsi ilə Ruslanın istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng edərək danışmış, özündə 10 manat pul olduğunu deyib narkotik maddə qəbul etmək istədiyini bildirən zaman Ruslan birlikdə maşında olan pulu oğurlamağı və sonradan həmin pulu aralarında bölməyi bildirdikdə bu təklif ilə razılaşmışdır. Maşının şüşəsini sındırmaq üçün yaşadığı evdən özü ilə atverkanı (vint açanı) da götürmüşdür. Birlikdə Ruslanın telefonla konum atdığı yerə, yəni Badamdar yolunda olan “Qurd qapısı” restoranın yanına gəlmiş, orada görüşən zaman Ruslan qırmızı rəngli, nömrəsi 16 ilə başlayan “Prius” markalı avtomobillə gəlmişdir. Həmin vaxt Ruslan orada tək olmuş, söhbət edəndə Ruslan qardaşı Orxanın deməsinə görə Badamdardfa içərisində pul olan ağ rəngli bir “Prado” markalı avtomobil olmasını demişdir. Bu hadisəni nəyə görə özü etmədiyini Ruslandan soruşduqda o, həmin yerdə onu tanıdıqlarını deyərək video kamera olmasını səbəb gətirib ona görə özü oğurluq etməməsini bildirmişdir. Həmin vaxt oğurlayacağı pulu üçü, yəniz özü də daxil olmaqla Ruslan və Orxanla öz aralarında böləcəkləri barədə razılaşmışlar. Daha sonra bu məqsədlə Ruslanın idarə etdiyi həmin maşınla içərisində pul olan maşının yaxınlığına getmiş, Ruslan içərisində pul olan ağ rəngli, nömrəsi 012 ilə başlayan “Prado” markalı avtomobili göstərib həmin küçənin başında dayanaraq onu gözləməyini demişdir. Ruslanın idarə etdiyi maşından düşdükdən sonra ağ rəngli, 012 nömrə ilə başlayan “Prado” markalı avtomobilə yaxılnaşmış, əlində olan atverka (vint açan) ilə maşının qabaq sağ tərəf yan şüşəsini vurub sındıraraq maşının içərisinə girib qabaq oturacaqlar arasında olan qoltuqaltı deyilən yerdən içərisində pul olan görünməz kloku götürüb qaçaraq Ruslanın gözlədiyi yerə getmiş, özü ilə götürdüyü atverkanı (vint açanı) yolda xatırlamadığı ünvanda atmışdır. Hər ikisi Ruslanın idarə etdiyi avtomobillə oradan Əhmədli kəndinə gəlib onun yaşadığı evin yanında dayanaraq oğurladıqları pulu öz aralarında bölmüşlər. Belə ki, həmin vaxt Ruslan oğurladıqları puldan 2700 manat pul verib, qalan pulu qardaşı Orxanla aralarında böləcəklərini dediyi üçün onunla razılaşmışdır. Bundan sonra Ruslan maşını ilə onu yaşadığı evə qoyub getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, Ruslanla birlikdə oğurladıqları pulların yerini ona qardaşı Orxan demiş, həmin hadisə ərəfəsində Ruslan istifadəsində olan mobil telefonla qardaşı Orxanın mobil telefonuna vatsap mesajlaşma vasitəsi ilə yazışaraq əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu və bir az yaşlı uşağının olduğunu bildirərək ona daha yüngün cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 ilə onun tanışı Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs ünvan 9 ünvanın qarşısında saxladığı avtomobildən şüşəni sındırmaqla avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus pulun oğurlanması faktından məlumatı olmamışdır. Belə ki, 11 fevral 2023-cü ildə Rəşadın avtomobilindən pul oğurlanması ilə bağlı baş vermiş hadisədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik maddə istifadəçisidir və o, mütəmadi olaraq ondan pul alırmış, həmçinin aralarında olan söhbət zamanı tanışı Samirlə Rəşadın görüşməsinə şərait yaratmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində əvvəllər idmanla məşğul olmasını qeyd edərək narkotik maddə aludəçisi olmadığını, ailəli olduğu üçün maddi cəhətdən imkanı zəif olduğuna görə dolanmaq məqsədi ilə hərdən bir ondan pul istəməsini bildirmişdir. Buna cavab olaraq həmin hadisə ilə bağlı ilkin olaraq izahat verən zaman 41ci Polis Bölməsində olarkən orada polislər tərəfindən döyüldüyünə görə məcbur olub o cür izahat yazmış, əslində bu barədə dedikləri düzgün olmamışdır. Həmin gün, yəni 11 fevral 2023-cü ildə saat təxminən 20-21 radələrində hadisə baş verən yerdə olmuş, həmin zaman Rəşad və Samir də orada olmuşlar. Rəşad borcunu Samirə verdikdən sonra Samirlə birlikdə ordan çıxıb evinə getmişdir. İstintaqda izahat verən zaman həmin hadisə ilə bağlı orada olmağını və istifadəsində olan mobil telefonla qardaşı Ruslana olduğu yerin ünvanını göndərməyi demişdir. Lakin sonradan həmin yazışmaları telefonundan silmişdir. İstintaqda olan zaman izahat yazdıqda hər hansı bir təziqə məruz qalmamış, 41-cu polis bölməsində olan zaman təzyiqə məruz qalmış, həmçinin 41-ci polis bölməsində olan zaman “bu hələ harasıdır, gör səni idarədə necə döyəcəklər” sözləri deyilmişdir. 11 fevral 2023-cü il tarixdə Badamdar qəsəbəsi 2-ci massiv 4-cü Bağlar küçəsində Zərərçəkmiş şəxs avtomobilindən sonuncuya məxsus pulun oğurlanması hadisəsindən sonra məlumatı olmuşdur. Bununla belə Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunun, əvvəllər məhkum olunmadığının, ilk dəfə az ağır cinayət törətdiyinin, zərərçəkmişə vurulmuş ziyanı qismən ödəmək istəməsinin, ailə üzvləri tərəfindən 2000 manat pulun məhkəmə iclasında zərərçəkmiş şəxsə təklif olunmasına baxamayaraq sonuncu tərəfindən həmin vəsaitin qəbul olunmadığını, qalan məbləğin isə hissə-hissə ödəmək, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, özü üçün etibarnamə ilə 2015-ci il buraxılışlı, ağ rəngli “Toyota Prado” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobil almışdır. Tik-tokda və instaqramda video çəkiliş edib paylaşaraq qazanc əldə etmişdir. Samiri də blogerliklə məşğul olan kimi tanımışdır. Belə ki, Samiri 2 ildir ki, tanımış, aralarında iş münasibəti var və mehriban münasibət olmuşdur. Hadisə baş verən ərəfədə Samirə 4400 ABŞ dolları borcu olmuş və onu danışıqlarına əsasən qaytarmalı idi. Avtomobilindən olan oğurluq hadisəsindən 15 gün əvvəl Samirin yanında olan Orxanı tanımış və onlar dostluq münasibətində olmuşdurlar. 11 fevral 2023-cü il tarixdə saat 15:30-da yaşadığı evdən çıxıb avtomobilə əyləşən zaman onda olan 10000 manat, 6600 ABŞ dolları və 250 Avro pulu avtomobilində iki oturacaq arasında olan qolaltı sandığa qoymuşdur. Həmin puldan 4400 ABŞ dolları tanışı Samirə məxsus olmuşdur. Bloger Nicatın (Niko) verlişində iştirak etmək üçün maşınla 11 fevral 2023-cü il tarixdə saat 16.30 radələrində Badamdar qəsəbəsinə gələrək Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 4-cü Bağlar döngəsində yerləşən həyət evinin qarşısında saxlamışdır. Həmin verlişdə iştirak etmək üçün avtomobilini divarla yol arasında olan yerdə saxlayıb qapılarını kilidləmişdir. Həmin zaman orada əlavə bir neçə avtomobil olmuşdur. Həmin gün qeyd etdiyi verlişə getməmişdən əvvəl Samirlə mobil telefonla danışan zaman o, pulunu istəmiş, ona olduğu ünvanı demişdir. Həmin gün, yəni 11 fevral 2023-cü ildə orada olan zaman tanışı Samir saat 20:46-da zəng etmiş, qeyd olunan ünvana çatmasını demişdir. Bu zaman maşının yanına düşərək orada olan Samir və Samirin yanındakı Orxanla görüşmüşdür. Samir pulu istədiyi üçün həmin zaman hava küləkli olduğundan onlara öz maşınında əyləşmələrini demişdir. Maşınının qapılarını açaraq sükan arxasında əyləşmiş, Samir qabaq oturacaqda, Orxan isə arxa oturacaqda əyləşmişdir. Onların yanında maşınında olan qabaq oturacaqların ortasında saxladığı pulu yəni, 6600 ABŞ dollarından 4400 ABŞ dolları maşında sayıb Samirə vermiş, həmin vaxt Samirin yanında olan Orxan adlı şəxs də bunu görmüşdür. Orada üçündən başqa heç kim olmamışdır. Pulu Samirə verəndə üçü də maşında olmuşlar. Həmin pulu Samirə verəndən sonra Orxan gedib Samirin avtomobilində əyləşmiş, Samir oradakı verilişə gəlmiş və təxminən saat 21:30 radələrində çıxıb getmişdirlər. 12 fevral 2023-cü il tarixdə saat 00:10 radələrində maşının yanına gedib avtomobilə əyləşən zaman avtomobilin sağ ön qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Bu zaman tez qoltuq altına baxdıqda həmin yerə qoyduğu 10000 manatın, 2200 ABŞ dollarının və 250 Avronun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Avtomobilində olan puldan başqa həmin avtomobilinin texniki pasportunun, sığorta kağızının, özünə məxsus bir neçə ədəd olan bank kartlarının, yəni “Unibank”, “ABB” bank, “Leo” bank, “Kapital” bank, “Paşa” banka aid plastik kartlarının oğurlandığını aşkar etmişdir. Oğurlanmış pullar, maşının sənədləri və bank kartlarının hamısı avtomobilin saxlanc yerində olmuşdur. Zərərçəkmiş şəxs X6 təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyandan çox az miqdarda ödəniş etmələri səbəbindən həmin ödənişi qəbul etmədiyini bildirmiş, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmadığını, sonunculardan şikayətçi olduğunu, həmçinin hadisə nəticəsində ona ümumilikdə 14 200 manat maddi ziyan dəyməsini bildirmişdir. Zərərçəkmiş şəxs X6 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək, ittiham aktına əsasən 12 fevral 2023-cü il tarixdə özümə məxsus "Toyota- Prado" markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomabilimi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 4-cü Bağlar döngəsi 30 ünvanında saxlamışdım. Həmin vaxtı avtomaşınımın salonunda 10000 AZN, 2200 ABŞ və 250 Avro var idi. Hazırda cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə mənə məxsus "Toyota-Prado" markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomabilimin sağ ön qapısının şüşəsini sındıraraq avtomaşınımın salonunda 10000 AZN, 2200 ABŞ və 250 Avro pulu oğurlamışlar. Dərhal xx.xx.2023-cü il tarixdə saat 00:16 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş cinayət hadisəsi barədə məlumat verdim. Şikayətim Səbail rayon Polis İdarəsində araşdırılmış və cavabdehlər tapılaraq şübhəli şəxs qismində istintaqa cəlb edilmişlər. Cavabdehlər cinayət işinin istintaqı zamanı təksibedilməz sübutlar qarşısında aciz qalaraq həqiqətən də xx.xx.2023-cü il tarixdə mənə məxsus "Toyota-Prado" markalı avtomabilimdən 10000 AZN, 2200 ABŞ dolları və 250 Avro puu oğurladıqlarını etiraf etmişlər. Cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 14.200 manat pulun və ödənilmiş 133 manat dövlət rüsumunun qaytarılması barədə qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181 və 183cü maddələrinə uyğun olaraq mülki iddianının icraata qəbul olunmasına dair qərar qəbul edir Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, özünə məxsus “BMV” markalı 77ES722 nömrəli minik avtomobili olduğu üçün həmin avtomobildən şəxsi işləri üçün istifadə edir. Təqsirləndirilən şəxs3lə 1 ildən artıqdır ki, birlikdə işləyir. Belə ki, özü blogerlik edir və qazandığı pulla öz şəxsi ehtiyaclarını ödəyir. Bloger olduğu üçün müəyyən işləri ilə bağlı olaraq Orxan da köməklik edir. Ona görə də Orxana zəhmət haqqı da verir. Həmçinin onu da bildirmişdir ki, Rəşadla da tanışlıq münasibəti var. Rəşadın da özünə məxsus ağ rəngli “Prado” markalı 12 ilə nömrəsi olan minik avtomobili var. Rəşadla yoldaşlıq münasibəti olduğundan aralarında mehriban münasibət olmuşdur. Tik-tok sosial şəbəkəsinə görə Rəşad ona 4400 ABŞ dolları pul verməli idi. Ona görə də 11 fevral 2023cü ildə Rəşadla telefon əlaqəsi saxladıqda onunla həmin gün saat 18:30-da “Gilovar” restoranında görüşmək üçün razılaşmışdır. Lakin Rəşad başqa işi olduğu üçün “Gilovar” restoranına gələ bilməmiş, ona görə də təzədən mobil telefonla razılaşaraq başqa yerdə görüşmək qərarına gəlmişdi. Rəşadla aralarında olan bu söhbətlər zamanı Orxan da yanında olmuşdur. Belə ki, Rəşadla həmin gün, yəni 11 fevral 2023cü ildə axşam saat 21 radələrində Badamdar qəsəbəsində olan 2-ci yaşayış massivində görüşmək üçün razılaşmiş və həmin zaman Orxan da orada olmuşdur. Hər üçü orada olan zaman Rəşadın ona olan borcunu vermək üçün onun avtomobilində əyləşmişdirlər. Daha sonra Rəşad maşında olan saxlanc yerindən pulu çıxardıb sayaraq 4400 ABŞ dolları borcunu vermişdir. Həmin zaman Rəşadın orada 15000 manata yaxın pulu olmuşdur. Rəşaddan pulu alan zaman həmin pulun orada saxlamasının təhlükəli olduğunu demişdim. Buna baxmayaraq Rəşad pulu həmin yerdə də saxlamışdır. Bu zaman orada üçündən, yəni Orxan, özü və Rəşaddan başqa heç kim olmamışdır. Rəşaddan 4400 ABŞ dolları pulu alandan sonra Orxanla öz maşınında əyləşmiş, həmin yerdə olan verlişdə iştirak edib yenidən qayıdaraq maşına gəlib Orxanla birlikdə oradan gedərək Əhmədlidə olan “Kofe Mania” kafesində oturub çay içmişdir. Həmin ərəfədə Orxan orada olan ayaqyoluna gedib qayıtmışdır. Təxminən yarım saat həmin kafedə oturmuşdur. Kafedə çayı içdikdən sonra Orxandan ayrılaraq evinə getmişdir. Orxanın deməsinə görə orada olan “Bolmart” marketdən bazarlıq edib evinə gedəsi idi. Bundan sonra eşidib bilmişdir ki, Rəşad ona olan borcunu verəndən sonra onun avtomobilinin qabaq sağ yan şüşəsini sındırıb maşında olan pul oğurlanmışdır. Bu barədə Rəşad Səbail polisinə etdiyi şikayət əsasında pulun oğurlanmasını Orxanın qardaşı Rəşad öz tanışı Muradəli ilə birlikdə bu hadisəni etmişdir. Burdan görünür ki, həmin hadisənin törədilməsi ilə bağlı Orxan, onun qardaşı Ruslan və Ruslanın tanışı Muradəli etmişdir. Yəni həmin hadisənin törədilməsində hər üçünün əməli var. Belə ki, həmin hadisədən sonra Orxanla bu barədə danışan zaman o, həmin hadisədə əli olmasını deyərək bu işdə şeytanın onu aldatdığını demişdir. Məhkəməyədək icraat zamanı aparılmış 15 aprel və 17 aprel 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşmə istintaq hərəkətləri aparılmış və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilindən pulların oğurlanması hadisəsini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında videogürüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 11 fevral 2023-cü il tarixdə saat 22:29 radələdində Təqsirləndirilən şəxs1 əlində olan mobil telefonla tək və piyada olan Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 4-cü Bağlar döndəsi 30 nömrəli ünvana tərəf gəlməsi, həmin tarixdə saat 22:31 radələrində qeyd olunan ünvanın qarşısından eyni qaydada tək və piyada olaraq əks istiqamətə keçməsi müşahidə olunur. Məhkəməyədək icraat mərhələsində aparılmış video görüntüyə baxış protokolundan görünür ki, 11 fevral 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs3 deməsinə görə ağ rəngli “Prado” markalı avtomobilin salonundan pul oğurlamaq üçün gəlməsini və həmin ərəfədə orada piyada olaraq hərəkət etməsini bildirmişdir. Bundan sonra 11 fevral 2023-cü ildə saat 21:11 radərində bir nəfər şəxsin tək və piyada olaraq Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 4-cü Bağlar döndəsi 30 nömrəli ünvanda yerləşən istiqamətə getməsi və həmin tarixdə saat 21:52 radələrində bir nəfər şəxsin tək və piyada olaraq Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 4-cü Bağlar döndəsi 30 nömrəli ünvan yerləşən istiqamətdən çıxması əks olunur. Məhkəməyədək icraat mərhələsində aparılmış video görüntüyə baxış protokolundan görünür ki, baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 həmin şəxsi tanıyaraq bunun özü olmasını deyib tanışı Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs3 deməsinə görə ağ rəngli nömrəsi 12 ilə bağşlayan “Prado” markalı avtomobilin salonundan pul oğurlamaq üçün gəlməsini və həmin ərəfədə orada piyada olaraq hərəkət etməsini bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində məlumat olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1 və 29,177.2.3-cü madəsinə əsasın 2800 manat cərimə cəzası təyin edilmiş, 08 iyul 2016-cı ildə verilmiş Amnistiya Aktının tətbir edilməsi ilə cərimə cəzasından azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 31 may 2020-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəlb edilmiş və barəsində 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellysiya Məhkəməsinin 10 avqust 2020ci il tarixli qərarı ilə 31 may 2020-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.10 iyun 2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilib, 26 oktyab 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-293/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmişdir. Bakı Apellaysiya Məhkəməsinin 1(103)-114/2023 saylı, 12 ynavar 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-293/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmüdəyişdirilmədən saxlanılmışdır. Şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 17 aprel 2023cü il tarixdə saat 15:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 18 aprel 2023-cü il qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina olunmuş və barəsində “polisn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar ona 18 aprel 2023-cü il tarixdə saat 12:05-də elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 18 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-217/2023 saylı, 10 oktyabr 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş, “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 23 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 20 oktyabr 2023cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 aprel 2023cü il tarixdə saat 22:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 15 aprel 2023-cü il qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina olunmuş və barəsində “polisn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar ona 15 aprel 2023cü il tarixdə saat 15:05-də elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 15 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-217/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 31 avqust 2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 avqust 2023-cü il tarixdə saat 16:00-da saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis İdarəsinə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-217/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraat təzələnmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-12/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş, “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2024-cü il Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə saxlanılaraq Xətai Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 01 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-278/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş və həbsdə saxlanılma müddəti 05 iyun 2023-cü il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 17 iyun 2019-cu il təvəllüdlü X2 adlı uşağı vardır. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 18 fevral 2021-ci il təvəllüdlü X4 və 16 oktyabr 2019-cu il təvəllüdlü X5 adlı uşağı var. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 22 may 2020-ci il təvəllüdlü X7 adlı uşağı var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələsi, istintaq hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar və əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, 07 və 14 may 2024-cü tarixlərində ailə üzvləri tərəfindən vurulmuş ziyandan 2000 manat pul vasitini Zərərçəkmiş şəxsun şəxsən özünə təqdim etmələrinə baxmayaraq sonuncu tərəfindən qəbul olunmadığını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, himayəsində iki az yaşlı uşağın olmasını və gənc olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 177.2.4cü maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Təqsirləndirilən şəxs3 17 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək tutulduğu, 20 oktyabr 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs1 əməlindən peşamançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, 07 və 14 may 2024-cü tarixlərində ailə üzvləri tərəfindən vurulmuş ziyandan 700 manat pul vasitini Zərərçəkmiş şəxsun şəxsən özünə təqdim etmələrinə baxmayaraq sonuncu tərəfindən qəbul olunmadığını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, himayəsində iki az yaşlı uşağın olmasını və gənc olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 aprel 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 fəqrli olaraq zərərçəkmiş şəxslə barışmağa cəhd etməməsini, eyni zamanda hazırda Xətai Rayon Polis İdarəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işinin olduğunu, məhkəmə tərəfindən barəsində iki dəfə axatarış elan olunduğunu nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, himayəsində bir az yaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar başqa bir cinayət işi üzrə saxlanıldığını nəzərə alaraq cəzaçəkməsinin əvvəlinin hökm elan olunduğu vaxtdan yəni 14 may 2024-cü il tarixdən hesablanmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinin müəyyən olunmasını əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək, 30 avqust 2023 cü il tarixdən 31 avqust 2023-cü il tarixədək tutulduğu müddətin nəzərə alınmasını məqsədəuyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs “mülki iddiaçı qismində tanınma haqqında” ərizə və “maddi zərərin tutulması barədə” iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona maddi ziyan dəydiyini və bu səbəbdən mülki iddiaçı qismində tanınması barədə müvafiq qərar qəbul edilməsini daha sonra isə sözü gedən cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumilikdə 14200 manat maddi ziyanın və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun ödənilməsinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona verilməsi haqqında qərar qəbul olunmasının xahiş etmişdir. Məhkəmə, ittihamın mahiyyətini, mülki iddianı və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı müştərək qaydada 14.200 (on dörd min iki yüz) manat maddi ziyanın və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun ödənilməsinə dair mülki iddiası təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən vurulmuş maddi ziyan həcmində ziyanın ödənilməsi tələbinə dair mülki iddiası hazırki ittiham həddində zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ilə əlaqədar verilmişdir. Həmçinin ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 133 (bir yüz otuz üç) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 4733 (dörd min yeddi yüz otuz üç) manat maddi ziyan və 44 (qırx dörd) manat 33 (otuz üç) qəpik dövlət rüsumu olmaqla maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 32, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 17 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək tutulduğu, 20 oktyabr 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Nizami rayonu V.Naxçıvanski küçəsi, ev 1, mənzil 70-də olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 16 aprel 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 10 ay (on) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, dalan 1-də olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək, 30 avqust 2023cü il tarixdən 31 avqust 2023-cü il tarixədək tutulduğu 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı müştərək qaydada 14.200 (on dörd min iki yüz) manat maddi ziyanın və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun ödənilməsinə dair mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 4733 (dörd min yeddi yüz otuz üç) manat maddi ziyan və 44 (qırx dörd) manat 33 (otuz üç) qəpik dövlət rüsumu olmaqla maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 tərəfindən isə Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-12/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-12/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver