Məhkəmə qərarları › İş №1(009)-120/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-120/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Ramiz oğlunun, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 26 mart 1987-ci ildə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ailə münasibətləri zəminində yaranmış mübahisə gedişində 12 fevral 2021- ci il tarixdə saat 02:00 radələrində arvadı X2 qollarından əlləri ilə tutub sıxmaqla, əlləri ilə sifətindən vurmaqla, həmçinin kürəyini dişləməklə ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı, sol bazunun orta 1/3-nin bayır və aşağı 1/3-nin iç, sağ bazunun orta 1/3-nin iç səthinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, döş qəfəsinin arxa səthində, sol kürəkaltı nahiyyədə, sol onurğayam və onurğa xətti üzrə döş fəqərələri proyeksiyası səviyyəsində qançırlar toplusu kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətləri qəsdən yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda Qarabucaq qəsəbəsində qeydiyyatdadır. Hazırda ailəsilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. X3 ilə 13 il əvvəl evlənmişlər, birgə nigahdan 1 qız, 1 oğlan olmaqla, 2 övladları var. Ailəli olduqları müddətdə ailədaxili sözsöhbətlər, mübahisələri olsa da, yola getmişlər. Son 4 ay ərzində işləmədiyi üçün yaşadıqları mənzilin kirayə haqqını ödəyə bilməmiş, bu səbəbdən ailəsini yenidən anasının yaşadığı mənzilə köçürmək istəmişdir. Sevil bunu istəmədiyini dedikdə o, buna məcbur olduqlarını izah etmək istəmiş və bu səbəbdən aralarında mübahisə başlamışdır. 12 fevral 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadıqları evin yataq otağında Sevilin hər iki qollarından tutub sıxmaqla və sifətindən əli ilə vuraraq Sevilə xəsarətlər yetirmişdir. Sevil bununla bağlı həmin gün, yəni 12 fevral 2021-ci il tarixdə Səbail rayon polis idarəsinin 8-ci Polis bölməsinə gedib ərizə ilə müraciət etmiş və araşdırma başlanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanda ailəsilə birlikdə kirayəşin yaşayırlar. Təqsirləndirilən şəxs ilə 13 il əvvəl evlənmişlər, birgə nigahdan 1 qız, 1 oğlan olmaqla, 2 övladları vardır. Ailəli olduqları müddətdə ailədaxili söz-söhbətlər, mübahisələri olsa da, yola getmişlər. Son 4 ay ərzində Ramal işləmədiyi üçün yaşadıqları mənzilin kirayə haqqını ödəyə bilmirdi. Bu səbəbdən Ramal onları yenidən anasının yaşadığı mənzilə köçürmək istəyirdi. O, bunu istəmədiyini dedikdə Ramal onu buna məcbur etmək istəmiş və bu səbəbdən aralarında mübahisə başlamışdır. 12 fevral 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadıqları evin yataq otağında Ramal onun hər iki qollarından tutub sıxmaqla və sifətindən əli ilə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxt Ramal onun kürəyini də dişləmişdir. Ramalın bu kimi hərəkətlərinin qarşısını almaqdan ötrü o, həmin gün, yəni 12 fevral 2021-ci il tarixdə Səbail rayon polis idarəsinin 8-ci Polis bölməsinə gəlib ərizə ilə müraciət etmiş və Ramalın cəzalandırılmasını tələb etmişdir. Hadisə 12 fevral 2021-ci il tarixdə kirayə yaşadıqları ünvan 2 ünvanda, yataq otağında, gecə saat 02:00 radələrində baş vermişdir. Həmin gecə evdə ikisi olduğu üçün, yəni uşaqlar nənəsinin evində olduqlarından hadisənin heç bir şahidi olmamışdır. Təqsirləndirilən şəxs təqsiri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 17 fevral 2021-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı, sol bazunun orta 1/3-nin bayır və aşağı 1/3-nin iç sağ bazunun orta 1/3-nin iç səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12.02.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. S.A.Allahverdiyevanın bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - döş qəfəsinin arxa səthində, sol kürəkaltı nahiyyədə, sol onurğayanı və onurğa xətti üzrə döş fəqərələri proyeksiyası səviyyəsində qançırlar toplusu (dişləm yerləri) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12.02.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə dişlərin küt təsiri (dişləmə) nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Vət. S.A.Allahverdiyevanın bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarekterik xüsusiyyətlərinə, lokalizasiyasma, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 fevral 2021-ci il tarixli Qərardan görünür ki, X3 böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin 22 fevral 2021-ci il tarixli 367-3465A-2221 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törtməyən cinayətin törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000001944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar