Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxx 2006-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, 10-cu sinif şaqirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, 11 dekabr 2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, 8-ci sinif şaqirdi, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 11 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən "İDEA" ictimai birliyinin icarəyə götürdüyü ictimai çimərliyində istirahət edən Zərərçəkmiş şəxs2 məxsus, 5 manat dəyərində çanta ilə birlikdə Zərərçəkmiş şəxs2 içərisində 3 manat danışıq balansı olan 10 manat dəyərində ***-***-**-** saylı GSM kartı ilə 700 manat dəyərində “Samsung S20” markalı mobil telefonu, "xxxx" ASC-nin məhsulu hesab edilən **********160037 nömrəli plastik bank kartı, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 Natik qızına məxsus 4 manat dəyərində ***-***-**-** saylı GSM kartla 469 manat dəyərində “Xiaomi Redmi 9T” markalı mobil telefonu vahid niyyətlə əhatə olanan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 718 manat, Zərərçəkmiş şəxs1 isə 473 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 10-cu sinif şaqirdidir. Həmyaşlısı Təqsirləndirilən şəxs2 onun yaşadığı evdən bir qədər aralıda qonşu məhəllələrin birində vaiideyinləri ilə yaşayır. Təxminən iki il olar ki onlar tanış olmuş, dostluq münasibətləri vardır. Çox vaxt Müslümlə Sulutəpə qəsəbəsində özəl uşaq bağçasının yanında yerləşən parkda asudə vaxtlarını keçirirlər. Ceyhun adlı şəxsi də o, parkda tanımışdır. Ceyhunla tanış olandan sonra sonuncunun yaşının 24 olmağını, Qobu qəsəbəsində yaşadığını bilmişdir. Ceyhunun Qobuda yaşaması barədə deməsinə baxmayaraq sonuncu həmişə parkın yanında yerləşən yaşıllıq zolağında olmuşdur. Eyni zamanda Ceyhun parkın yanında yerləşən villanın zirzəmisində Yağmur adlı qızla yaşamışdır. Həmin villada yaşayış olmadığından onlar orada sərbəst yaşayırmışdılar. Sonra o, Müslümü də Ceyhunla tanış etmişdir. Onlar bir neçə dəfə Ceyhunun yaşıdığı bu zirzəmidə olmuşdular. Ceyhun onlara Şıxov qəsəbəsində yerləşən çimərliklərindən birində ayrı-ayrı şəxslərə məxsus mobil telefonlarını oğurlayıb salmaqla məşğul olduğunu söyləyərək ona və Müslümə də təklif etmişdir ki, onlar da oğurlasalar həmin telefonları satmaqda köməklik edəcək. Ceyhunun deməsinə görə sonuncu oğurladığı telefonları hansısa qoca arvada satır. 2021-ci ilin avqust ayının əvvələrində Ceyhunun təklifinə görə o, Müslümlə birlikdə qərara gəlmişdir ki, kiminsə telefonunu oğurlayıb gələcəkdə satmaq üçün Ceyhuna versinlər. Bunun üçün tarixini dəqiq xatırlamadığı gün günortadan sonra o. Müslümlə yaşadığı Sulutəpə qəsəbəsində görüşmüş və marşrut avtobusuna minib Lökbatan dairəsinə gəlmişdilər. Orada isə avtobusdan enib dairəyə ən yaxın yerləşən çimərliklərdən birinə gəlmişdilər. Çimərliyə avtomobil yolundan yaşıllıq zolağından keçən asfalt yolu aparırmış. Onlar çimərliyə gələndən sonra dəniz kənarında olan lejankalardan birinə yaxın yerləşmiş və paltarlarını soyunub dənizə girmişdilər. Dənizdən çıxandan sonra yanında olan və əşyalarını lejankaya qoyan iki qızın özlərinə məxsus mobil telefonlarını qızlardan birinin çantasına qoyduqlarını və həmin çantasına nəzarəti yanlarında olan bir qadına tapşırdıqlarını, sonra isə dənizə girdiklərini görmüşdülər. Bir qədər sonra əşyalara nəzarət etməyə həvalə edilmiş qadın özü də dənizə girmiş və Müslüm ona həmin qızlara məxsus çantasını götürmələrini təklif etmişdir. O. razılaşmış, sonra Müslüm paltarını geyinmiş və danışıqlarına əsasən o, çantanın sahibləri olan qızları izləməyə başlamışdır. Müslüm ona qızların çantasını götürəndən sonra çimərlikdən üzü avtomobil yoluna tərəf uzaqlaşmaya başlayacağını deyərək ona sonuncunun arxasınca gəlməyi demişdir. Sonra Müslüm heç kəsin onlara fikir verməməsindən əmin olandan sonra çanta olan lejankaya yaxınlaşıb çantanı oradan götürmüş və üzü avtomobil yoluna yaxın olan yaşıllıq zolağına tərəf getməyə başlamışdır. O, da Müslümün arxasınca gəlmişdir. Yaşıllıq zolağında o, çantanı Müslümdən götürüb açmış və biz orada biri göy, biri isə qırmızı rəngdə olan mobil telefonların və bank kartın olmasını aşkar etmişdilər. Çanta və bank kartı onlara lazım olmadığı üçün onları elə ağaclığın içinə atıb yola çıxmışdılar. Oğurladığı telefonlardan biri Samsung, biri isə Xiaomi markalı olmuşdur. Telefonlardan birini o, dərhal söndürmüş, ikincisini isə söndürə bilməmişdir. Sonra onlar marşrut avtobusuna minib Sulutəpə qəsəbəsinə gedərkən söndürəbilmədiyim telefon aparatına ardıcıl bir neçə zəng gəlmişdir. Onlar zəngə cavab verməmişdilər. Sulutəpə qəsəbəsinə çatanda o, hər iki telefonu Müslümdən götürmüş və onlar ayrılmışdılar. Danışığa əsasən telefonları Ceyhuna aparıb verəcəymiş. O, parkın yanında olan yaşıllıq zolağına tərəf getmişdir ki, Ceyhunu orada tapsın. Artıq hava qaralmışdır və yuxarıda qeyd etdiyi parkdan keçərkən o, təsədıifən Ramil və Əli adlı şəxslərə rast gəlmişdir. Əlini o, Ramilin dostu kimi tanıyır, lakin Əli ilə münasibəti yoxdur. O, Ramilə Əlinin yanında Müslümlə törətdiyi oğurluğu danışmış və cibində olan iki qıza məxsus mobil telefonları göstərmişdir. Əli telefonları görəndən sonra onların satılmasını təşkil edə biləcəyini demiş. Ramil isə telefonları sahiblərinə aparıb qaytaracağını təklif etmişdir. Sonra telefonların birinə zəng gəldikdə Ramil zəngə cavab vermiş və «xanım gözləyin, telefonu gətirirəm, uşaqdır götürüb, bilməyib» deyə bildirmişdir. Ramil Əlinin yanında ondan həmin telefonları götürmüş və təklif etmişdir ki, onlar gedib telefonları birlikdə qaytarsınlar. Ramil ona telefonları qaytararkən sonuncunu Lökbatan dairəsində gözləməyi demişdir. Onlar piyada Sulutəpə qəsəbəsində yerləşən «Murad» kafesinin yanına gəlmiş, orada isə taksi maşınına oturub Lökbatan dairəsinə gəlmişdilər. Yolda gedərkən həmin telefonlardan birinə çoxlu zənglər gəlirmiş. Ramil zəng vuran qızlarla danışırmış. Taksidən Lökbatan qəsəbəsində düşəndən sonra ona və Əliyə gözləmələrini demişdir. O, Ramillə birlikdə getmək istədiiyni bildirdikdə, sonuncu telefon sahiblərinin onu görəcəyi halda onu dəyəcəklərini bildirdiyindən o. qorxub Ramil ilə getməmişdir. Əli də onunla qalmışdır. Ramil həmin çimərliyə tərəf getmiş, onlar sonuncunu təxminən bir saat gözləyəndən sonra orada dayanan marşrut avtobusu sürücüsünün telefonu ilə Ramilə zəng vursalar da. Ramil onlara cavab verməmişdir. Əli Ramilin zənglərinə cavab vermədiyindən sonuncunun tutulmasını güman edərək təklil etmişdir ki, onlar Sulutəpə qəsəbəsinə qayıtsınlar. Onlar taksi maşınına oturub Sulutəpə qəsəbəsinə gəlmiş və orada da Ramili parkın yanında gözləməyə başlamışdılar. Təxminən bir saatdan sonra Ramil onlara yaxınlaşmış və telefonları qaytaranda orada olan oğanlardan biri ilə mübahisəsi düşdüyündən həmin oğlanın onu döydüyünü bildirmişdir. Səhərsi günü Müslümlə məhəllədə görüşəndə Ramilin telefonları sahiblərinə qaytardığını bildirmişdir. Bir neçə gün sonra polis əməkdaşları onları polis bölməsinə gətirəndə bilmişdir ki. Ramil telefonları qızlara qaytarmadan özü işlədirmiş. Sonra onları polis bölməsindən buraxmışdılar. Bir müddət sonra Ramil və Ceyhun harasa başqa yerə köçmüşdülər. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, cinayət törədərkən yetkinlik yaşana çatmayan şəxs olmasının, zərərçəkmiş şəxslərlə barışmasının, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, həmyaşlısı Hüseyn yaşadığı evdən bir qədər aralıda qonşu məhəllələrin birində valideyinləri ilə yaşayır, iki il olar ki tanış olmuşdular. yoldaşlıq münasibətləri vardır. Hüseynlə çox vaxt Sulutəpə qəsəbəsində yerləşən parkda asudə vaxtlarını keçirirmişlər. Ceyhun adlı şəxslə onu Hüseyn tanış etmiş, Hüseyn isə Ceyhunla ondan bir qədər az əvvəl tanış olmuşdur. Ceyhunla tanış olandan sonra yoldaşlıq etməyə başlamışdılar. Ceyhun onlara Bakı şəhərində Şıxov çimərliyində istirahət edən vətəndaşlardan telefonlarını oğurlayıb satmaqla məşğul olduğunu, Yağmur adında qızla birlikdə Sulutəpə qəsəbəsində villaların birinin zirzəmisində yaşadığını bildirmişdir. Ceyhun onlara təklif etmişdir ki, əldə olunacaq pulu aralarında bölmək şərti ilə əgər onlar da telefon oğurlasalar həmin telefonun satışında onlara köməklik edə bilər. Ceyhun bunu onlara 2021-ci ilin yay aylarında demişdir. Bu söhbətdən bir neçə gün sonra Ceyhunun təklifinə görə o, Hüseynlə birlikdə günortadan sonra Şıxov qəsəbəsində, Qaradağ dairəsinə ən yaxın yerləşən çimərliklərinə getmiş və orada kiminsə telefonunu oğurlamağa qərara gəlmişdilər. Çimərlikdə olarkən öz əşyalarını nəzarətsiz qoyub dənizdə çimən şəxsləri güdən zaman iki nəfər cavan qızların öz telefonlarını çantanın içərisinə, çantanı isə lejankanm üzərinə qoyub dənizə girmələrini görmüşdülər. Onlar qərara gəlmişdilər qızların telefonlarını oğurlasınlar. Bunun üçün Hüseyn qızların çantanı qoyduqları yerin ətrafında pusquda durmuşdur ki, ətrafda görən olsa və ya qızlar qayıtsa ona xəbər versin. O, isə ətrafdan heç kəsin ona fikir verməməsindən əmin olduqdan sonra lejankaya yaxınlaşmış və həmin çantanı götürmüşdür. Sonra onlar çimərlikdən çıxmış və avtomobil yoluna çatmadan ağaclıq olan yerdən keçərkən çantanı açıb içərisində iki ədəd mobil telefon və bir bank kartın olduğunu görmüşdülər. Bank kartı onlara lazım olmadığı üçün kartı çanta ilə birlikdə elə ağaclığın içinə atmışdılar. Telefonları isə özlərinə götürmüşdülər. Həmin telefonlardan biri Samsung, biri isə Xiaomi olub. İkisi də sensorlu telefon olub. Sonra biz avtomobil yoluna çıxdıq və marşrut avtobusuna minib Sulutəpə qəsəbəsinə gəlmişdilər. Avtobusda gedərkən mobil telefonların birində olan sim kartı çıxarıb tullamışdılar, digər telefon isə kodda olduğu üçün telefonu söndürə bilməmiş və telefona ardıcıl olaraq zənglər gəlsə də, onlar zənglərə cavab verməmişdilər. Onlar əvvəl məhəlləyə gəlmiş və Hüseyn telefonları Ceyhuna vermək üçün ondan istəmiş. O, telefonları Hüseynə vermiş və evə getmişdir. Səhərsi gün o, Hüseynlə məhəllədə görüşdükdə telefonların taleyi barədə soruşmuş, sonuncu isə telefonları “Şah parkı” adlanan yerdən keçərkən təsadüfən Ramil adlı tanışları ilə rastlaşdığını və Ramilin həmin telefonları sahiblərinə qaytarmaq adı ilə ondan aldığını bildirmişdir. Bir neçə gün sonra etdiyi oğurluğa görə əvvəl Hüseyni, sonra isə onu 41-ci polis bölməsinə aparmışdılar. Bölmədə onlara məlum olmuşdur ki, Ramil telefonları qızlara qaytarmamış özü onları işlədirmiş. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, cinayət törədərkən yetkinlik yaşana çatmayan şəxs olmasının, zərərçəkmiş şəxslərlə barışmasının, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayət əməlləri özlərinin etiraf edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslər, şahid ifadələri, götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 12 radələrində o rəfiqəsi X6 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanda yerləşən Şıxov çimərliyinə istirahət etmək üçün getmişdilər. Dənizdə çimməyə getməmişdən əvvəl paltarlarını soyunub həmçinin şəxsi əşyalarını ona məxsus idman çantasına qoymuşdular. Bundan sonra idman çantasını dəniz kənarında uzanıb istirahət etmək üçün qoyulan lejankalardan birinin üstünə qoyub suya girmişdilər. Həmin çantanın dəyəri 5 manat təşkil edir. Çantanın içərisində 28 fevral 202 i -ci il tarixdə kreditlə 1800 manata aldığı “Samsung S20” markalı mobil telefonu, telefonun üstündə 10 manata aldığı ***-***-**-** sim nömrə, nömrənin içində isə 3 manatlıq danışıq konturu olmuşdur. Həmçinin həmin çantada rəfiqəsi Lamiyyə Bayramovaya məxsus dəyəri 469 manat olan “Redmi 9T” markalı mobil telefon və hesabında 390 manat pul olan özünə məxsus maaş kartı olmuşdur. Həmin gün axşam saat 19:30 radələrində onlar lejankaya yaxınlaşdıqda ona məxsus idman çantasının içində olan əşyaları ilə birlikdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdilər. Bunu görəndən sonra o DİN-niıı 102 zəng xidmətinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra özünə məxsus oğurlanmış mobil telefona zəng etmiş, bu zaman bir kişi cinsli şəxs onun zənginə cavab verərək həmin telefon aparatının ona satıldığını və telefonu onalara gətirib verəcəyini bildirmişdir. Lakin həmin şəxs onların yanına gəlməmiş, telefonu söndürmüşdür. O maaş kartını deaktiv etmişdir, kartından vəsait oğurlanmamışdır. Əlavə dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 102 xidmətinə oğurluq barədə məlumat verəndən sonra onlara oğurluq hadisəsi ilə bağlı biz 41-ci polis bölməsinə yaxınlaşmalı olduqlarını bildirilmişdir. Onlar 41ci polis bölməsinə gedib şikayətini rəsmilləşdirib izahat verəndən sonra Lamiyyə ilə ayrılıb hər kəs öz evimizə getmişdilər. Evə gəldikdən sonra o, başqa nömrədən oğurlanmış mobil telefonun içərisində olan nömrəyə zəng vurduqda telefonun işlək vəziyyətdə olmasını aşkar etmişdir. Həmin vaxtı artıq gecə saatları olardı. Zənginə bir nəfər oğlan cavab vermişdir. O, həmin oğlana bildirmişdir ki. telefon onun telefonudur, bir neçə saat əvvəl Şıxov çimərliyindən oğurlanmışdır. Həmin oğlan özünü təqdim etməmiş və bildirmişdir ki, telefonu almış, lakin oğurluq olduğunu bilməmiş, hazırda bunu bildiyi üçün telefonu ona qaytarmaq istəyir. O. istənilən yerə gələ biləcəyini deyəndən sonra həmin oğlan onunla əlaqəyə saxlayacağını desə də, sonradan telefonu ümumiyyətlə söndürmüş və telefonu ona qaytarmamışdır. Təxminən 10 gün sonra o, Lamiyyə ilə 41-ci polis bölməsinə dəvət olunmuş və onlara bildirilmişdir ki, onlara məxsus telefon aparatları tapılmışdır. Mobil telefonları onlara qaytarılmışdır. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs2 çimərlikdə olarkən soyunduqları paltarı ayrıca qoyduqları üçün soyunduqları paltarın oğurlanmamasını, ifadələrində qeyd etdiyi əşyalardan başqa heç bir şeyin talanmamasını, kart hesabında 390 manata yaxın pul olduğunu, çantanın oğurlanmasını aşkar edəndən sonra bankla əlaqə saxlayıb kartı bağlatdırdığını, bankın zəng mərkəzinin operatorundan oğurluqdan sonrakı vaxtda kartdan istifadə halları barədə soruşduqda mənfi cavab aldığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 Natik qızı göstərmişdir ki, digər Zərərçəkmiş şəxs2mn hadisənin baş vermə şəraiti ilə bağlı eyni məzmunlu ifadə verərək ona ümumilikdə 473 manat ziyan dəydiyini, oğurlanmış “Redmi T9” markalı mobil telefonu 17 fevral 2021-ci il tarixdə 469 manata, telefonun içərisində olan ***-***-**-** nömrəni isə 4 manata aldığını, nömrənin balansında vəsait olmadığını bildirmişdir. Əlavə dindirilmiş Lamiyyə Bayramova bildirmişdir ki, oğurluq baş verən gün 41-ci polis bölməsində hadisə ilə bağlı şikayətlərini rəsmilləşdirəndən sonra onlar ayrılmışdır. Həmin günün gecəsi Turanə ona zəng vuraraq bildirmişdir ki, evdə olarkən ardıcıl olaraq öz telefonuna zəng vuranda telefon əvvəl sönülü vəziyyətdə olsa da, sonra hansısa oğlan telefonu yandırıb həmin telefonu kimdənsə aldığını bildirmiş, sonra isə yenidən telefonunu söndürmüşdür. O isə neçə gün ardıcıl öz telefonuma zəng vursa da telefon sönülü vəziyyətində olmuşdur. Təxminən 10 gün sonra Turanə ona zəng vurub bildirmişdir ki, telefonları tapılıb və 41-ci polis bölməsindədir. Onlar polis bölməsinə getmiş və mobil telefonları onlara qaytarılmışdır. Telefonu ona qaytarılandan sonra o, onun menyusunu açdıqda telefonun bəzi parametrlərində dəyişikliklərin olmasını, eləcə də şəkillərin və mediafaillərin saxlaması üçün nəzərdə tutulmuş qovluqda ona məxsus şəkillərin pozulması, əvəzinə isə kiminsə telefonuna yazdığı müxtəlif abırsız foto və videofaillərin olmasım aşkar etmişdir. O, bu barədə atasına söylədikdə sonuncu əsəbləşəıək telefonu yerə çırpmış və telefonun ekranı sınıb qəlpələnmişdir. Sonra telefonu düzəltdirmək üçün onlar onu ustanın yanına aparanda ekranın bərpasına onlardan istənilən qiymət demək olar ki, digər markalı təzə telefonun qiyməti təşkil etdiyi üçün həmin telefonu tullamış və ona təzə telefon alınmışdır. Ona görə də o, telefonu istintaqa təqdim edə bilmir. Zərərçəkmiş şəxs1 Natik qızı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid ifadəsində bildirmişdir ki, 2014-cü ildə bir nəfərə bıçaqla ağır xəsarət yetirdiyi üçün tutulmuş və ona 4 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Azadlığa buraxılandan sonra o, Bakı şəhərində tikintilərdə fəhlə kimi iş tapdığı üçün Sulutəpə qəsəbəsində kirayə ev tapmış və hal-hazıra qədər orada tək yaşayır. Hüseyn və Müslüm adlı azyaşlıları o. 2021-ci ilin yay aylarında Sulutəpə qəsəbəsində yaşayan Heydər adlı oğlan vasitəsi ilə tanımışdır. Onları o, həmişə qohumları Heydərin yanında görmüşdür. Heydərin Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” adlı ərzaq bazarında fəhlə işlədiyini, Müslüm və Hliseyinin isə həmin bazarda işləyən valideyinlərinə kömək etdiklərini bilirmiş. Dəqiq tarix yadında deyil, 2021-ci ilin təxminən avqust ayının əvvələrində gecə saatlarında o, Sulutəpə qəsəbəsində yerləşən parkdan keçib evə gedən zaman rastına Müslümlə Hüseyn gəlmiş və bir qədər danışdıqdan sonra Hüseyn ona biri qırmızı, biri isə göy rəngli olan “Redmi” və “Samsung” markalı sensor ekranlı mobil telefon aparatları göstərib həmin telefonları bir neçə saat əvvəl Müslümlə birlikdə Şıxov çimərliyindən orada istirahət edən iki qızdan gizli oğurladıqlarını bildirərək telefonları dükanların birinə satmaq istədiklərini, lakin yaşları az olduğundan onlardan heç kəsin telefon almayacağını söyləyib ondan xahiş etmişdilər ki, o, sohərsi gün onlarla birlikdə şəhərin mərkəzinə gedib telefonları orada şəxsiyyət vəsiqəsi ilə satsın. Əvəzinə isə telefonların satışından əldə olunan pulu üçünün arasında bərabər bölünəcəyini demişdilər. O, Hüseyn və Müslümün problemlə üzləşməmələri üçün telefonları Hüseyndən almışdır. Telefonların ikisi də sönülıı vəziyyətdə olmuşdur. O. qırmızı rəngli telefonu açmışdır ki, sahibi zəng vursun və o, telefonu qaytarsın. Hüseyn isə buna etiraz elmişdir. Buna baxmayaraq o. zəngə cavab vermiş və onunla danışan tanımadığı qız həmin telefonun ona məxsus olduğunu, Şıxov çimərliyindən rəfiqəsinin telefonu ilə birlikdə oğurlundağım bildirib telefonları qaytarılmasını xahiş etmişdir. O. həmin qıza telefonları götürənlərin uşaq olduğunu, narahat olmamalarını deyib telefonları gətirib qaytaracağını söyləmişdir. Hüseyn telefonların qaytarılmasına qorxusundan etiraz etmiş, o, isə narahat olmamağı, özü qaytaracağını, onlar haqqında məlumatları qıza deməyəcəyini bildirmişdir. O, Hüseyn və Müslüm yoldan keçən taksiyə oturub Şıxov çimərliyinə yola düşmüşdülər. Yolda gedərkən qırmızı telefona çoxlu zənglər gəlirmiş, onunla danışan qızın əvəzinə hansısa oğlanlar danışıb telefonların tezliklə gətirməyi tələb formasında deyərək onun başına oyun gətirəcəkləri ilə onu hədələməyə başlamışdılar. Ona görə də o, fikirləşmişdir ki, etmədiyi oğurluğa görə ona kənar adamlar tərəfindən xələl gələ bilər. Bu səbəbdən də o, qırmızı telefonu söndürmüş və onlar Lökbatan qəsəbəsindən keçərkən o, taksi sürücüsünə Sulutəpə qəsəbəsinə qayıtmağı demişdir. Onlar Sulutəpə qəsəbəsinə qayıdandan sonra ayrılmış və o, evə gəlib göy rəngli telefonun içərisinə özünə məxsus və öz adına olan ***-***-**-** saylı nömrəni salaraq telefonu işlək vəziyyətə gətirmişdir. Qırmızı rəngli telefonu isə sönülü vəziyyətdə saxlamışdır. Bunu etməkdə məqsədi o idi ki, onsuzda polislərin telefonları axtarıb tapacaqlarını bilirmiş, bu səbəbdən də sadəcə gözləyirmiş ki, telefonu polislər aşkara çıxarıb özləri ondan təhvil alsınlar. Hüseynin xahişinə görə o, onun qohumu Heydərə gördükləri iş barədə heç nə deməmişdir. O. qırmızı rəngli telefonu evdə sönülü vəziyyətdə saxlayırmış, göy rəngli telefonu isə öz nömrəsi altında gündəlik istifadə etmişdir. Təxmiənən 10 gün sonra o, Baık-Sumqayıt yolundakı Ekologiya postuna çatmamış yerüstü keçiddə olan zaman 41-ci polis bölməsinin iki nəfər işçisi ona yaxınlaşıb şəxsiyyətini soruşmuşdular. O adımı deyəndə polis əməkdaşları onun oğurluqda şübhəli bilindiyini demişdilər. O, məsələnin nədən olmasını ibarət oldğunu bildiyi üçün oğurlanmış telefonlardan birinin üzərində, ikincisinin isə evdə olduğunu demişdir. Onlar birlikdə evinə getmiş və o, evdə saxladığı qırmızı rəngli telefonu da götürəndən sonra onlar 41-ci polis bölməsinə getmişdilər. Orada o, Hüseyn və Miıslümdən aldığı telefonları rəsmi protokolla təqdim etmiş və izahat yazmışdır. İzahatda hər şeyi olduğu kimi demişdir. Sorğu- sual zamanı ifadəsini dəqiqləşdirən Şahid telefonları qaytardığı üçün və bu işdə heç bir rolumun olmadığına görə özünü günahsız bildiyini, bu səbəbdən də mən istintaqın çağırışlarına getmədiyini, Miıslümün adının Ülvi olduğunu bildiyi üçün ola bilsin ki, sonuncunun adını 8-ci polis bölməsində verdiyi izahatda bilməyərəkdən səhv göstərdiyini, ona telefonları Hüseyn və Miıslümün verdiyini, Müslüm və Hüseyn adlı şəxslərin Şıxov çimərliyində oğurluq edəcəklərini əvvəlcədən bilmədiyini, aralarında Müslüm və Hüseynin talayacaqları telefonların sonrakı satışında kömək edəcəyi barədə razılaşmanın olmadığını, əvvəllər nə heç vaxt Hüseyn və Müslümə, yaxud da onların tanıdıqları şəxslərdən hər hansı birinə oğurluq yolu ilə əldə olunmuş əmlakın satılmasında köməklik etmədiyini, Hüseyn və Müslüm adlı tanışlarından telefonları aldıqdan sonra qorxduğu üçün rəsmi orqanlara bu barədə məlumat vermədiyini, telefonların sahiblərinə əmlaklarını qaytarmaq üçün bu telefonları başqa yerə qoymaqla sahibləri ilə təmasda olmaması kimi üsuldan istifadə etməyi ağlına gəlmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahat və ifadələrində göstərdiklərinə əsasən telefonları oğurladıqlarını ona deyəndən sonra onları qaytarmaq istədiyini istəmələrini, lakin onun telefonları qaytardıqları halda onların telefonların sahibləri tərəfindən zorakılığa məruz qalacaqlarını deyib əmlakı qaytarmaqdan onları çəkindirməyi həmin telefonları özünüzün sahiblərinə qaytarmaq adı ilə onlardan götürdüyü barədə göstərdiklərin yalan olduğunu əskinə onları düz yola çəkmək istədiyini, onların telefonları satmaq istədiyini, buna imkan vermədiyini, qaytarmaq üçün əllərindən aldığını, Sulutəpə qəsəbəsində yaşayan Ceyhun adlı şəxsi tanımadığını, sonuncu ilə dostluq münasibətdə olması barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiklərinin yalan olduğunu, Hüseyn və Müslüm adlı şəxslərin digər cinayətləri törədibtörətməmələri barədə məlumatı olmadığını göstərmişdir. 03 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmlakın talandığı yer Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən “İDEA” İctimai birliyinin icarəyə götürdüyü dənizkənarı ərazisində yerləşən ictimai çimərlikdir. 12 avqust 2021-ci il tarixli “əşyaların təhvil verilməsi barədə” protokoldan görünür ki, həmin gün 41-ci polis bölməsində Şahid təqdim etdiyi Samsung S20 və Xiaomi Redmi 9T markalı mobil telefon aparatları sonuncudan götürülmüşdür. 07 yanvar 2022-ci il tarixli “könüllü təqdim etmə və götürmənin aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxs kimi əlavə dindirilmiş Zərərçəkmiş şəxs2 bir ədəd Samsung S20FE markalı **********58584 və **********58581 imey kodlu mobil telefon apparatını təqdim edərək həmin telefonun digər əmlakı ilə birlikdə 2021-ci il avqust ayının 2-də Şıxov çimərliyində onun və rəfiqəsi Lamiyəyə məxsus əşyalarla birlikdə oğurlandığını, sonradan isə tapılaraq 41-ci polis bölməsində ona qaytarıldığını bildirmişdir. 06 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən o Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən “İDEA” İctimai birliyinin icarəyə götürdüyü dənizkənarı ərazisində yerləşən ictimai çimərlikdəki dəniz sahilindən təxminən 20 metr aralıda yerləşən çətirlərdən birini işarə edərək 2021-ci ilin avqust ayında həmin çətirin altında olmuş lejankanın üzərindən iki nəfər tanımadıqları qızlardan birinə məxsus çanta talayarkən, tanışı Təqsirləndirilən şəxs1 onu kənarda sığortladığını, çantanın içərisində 2 ədəd mobil telefon və bank kartı aşkar etdiklərini bildirmişdir. 31 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən parkın içində olan skamyanı işarə edərək 2021-ci il avqust ayının əvvələrində tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Şıxov çimərliyində iki qıza məxsus mobil telefonları talıdığı gün həmin yerdə təsadüfən tanışı Şahidla görüşdüyünü və qeyd olunan mobil telefonları sahiblərinə qaytarmaq üçün Şahid verdiyini bildirmişdir. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşıınaslıq ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 9/142 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Samsung markalı SM-G780F (S20FE) modelli 128 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasının və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 700 manat müəyyən olunur. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-psixoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 259 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əqli-intellektual inkişafı normaya uyğundur, səthilik, hövsələsizlik. qıcığa qarşı həssaslıq, nəticəni proqnozlaşdırmadan hərəkət etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda təsəvvür ehtiyatının, dünyagörüşü və bilik səviyyəsinin aşağı olması, pedaqoji baxımsızlıq aşkar edilir. Tağıyev Müsliım iş üçün əhəmiyyət kəsb edəcək halları düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. X1-perseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir. X5 özündən uydurmağa meyilillik əlamətləri müşahidə olunmadı. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-psixoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli 114 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əqli-intellektual inkişafı normaya uyğundur, ünsiyyətçilik, hər kəslə yaxşı yola getmək, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda təsəvvür ehtiyatının, dünyagörüşü və bilik səviyyəsinin aşağı olması, pedaqoji baxımsızlıq aşkar edilir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edəcək halları düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 sensorperseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyilillik əlamətləri müşahidə olunmadı. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş və o, həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs1 22 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 21 sentyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olan azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşana çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olan azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut olan Türanə Tağıyevaya məxsus mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməsi məqsədəmüvafiqdir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 21 sentyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq üzərində qəti olaraq 01 (bir) il 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt və Abşeron rayonu ərazisilərini tərk etməmək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz evdə olan yaşayış yerini hər gün saat 23:00dən 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixində 01 (bir) gün tutulduğunu, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt və Abşeron rayonu ərazisilərini tərk etməmək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz evdə olan yaşayış yerini hər gün saat 23:00dən 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus mobil telefon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 690 (altı yüz doxsan) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 690 (altı yüz doxsan) manat pul tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-120/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-120/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver