Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Masallı rayonu, Boradaigah qəsəbəsi, Babək küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökmünə əsasən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə informasiya texnologiyasından istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində “Unibank official” adlı səhifə yaratmış, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində həmin səhifəyə "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartı üzrə kredit məbləği limitinin artırılması məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs istifadəsində olan həmin elektron məlumat daşıyıcısının 5243 7544 1359 7251 saylı seriyasını və digər zəruri məlumatları ələ keçirdikdən sonra həmin gün olduğu ünvan 1 ünvanında yerləşən “Donna” oteldə vahid niyyətlə əhatə olunan qəsdlə saat 10:14 də həmin kartın balansından 500 manat, saat 10:15-də isə 96 manat pulu istifadəsində olan "xxxx" ASC-yə məxsus 510307******1685 və 416973*****6750 saylı bank hesablarına köçürərək elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli talayıb zərərçəkən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 596 manat maddi zərər vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.3-1- ci maddəsində nəzərdə tutulumuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsini təsdiq edərək məhkəməyə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.4 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi üçün barəsində olan 1 (006)-415/2022 nömrəli cinyət işinə Nəsimi rayon məhkəməsində baxıldığından hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. 2019-cu ildə «İNSTAGRAM» sosial şəbəkəsində yaratıdığı səhivənin adını 2020- ci ildə dəyişərək «UNİBANK OFFİCİAL» adlandırmışdır. 22 dekabr 2022-ci ildə, təxminən saat 10 radələrində Səbail rayon H.Z.Tağıyev küçəsi 15/3-də fəaliyyət göstərən «DONNA» oteldə olarkən həmin səhifədən şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs "xxxx" ASC-dən verilmiş «ALBALİ» plastik kartının limitinin artırılması ilə əlaqədar bildiriş göndərdikdən sonra şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla sonuncunun şəxsi istifadəsində olan 055-295- 89-07 nömrəli mobil telefona zəng vuraraq onunla əlaqə saxlamışdır. Telefon danışığı zamanı özünü bank əməkdaşı kimi təqdim edib onu aldadaraq məxfi bank məlumatlarını öyrəndikdən sonra balansında olan 600,0 manat pulun 596,0 manatını "xxxx" ASC-dən aldığı şəxsi kartına yönləndirdikdən sonra 3 manat 50 qəpik də bank tərəfindən xidmət haqqı tutulmuşdur. Bundan sonra Səbail rayonu ərazisində yerləşən «XƏQANİ» Ticarət Mərkəzinə gedib həmin məbləği oradakı «BEYNƏLXALQ BANK»-ın bankomatı vasitəsi ilə nağdlaşdırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci ildə, təxminən saat 10 radələrində yaşadığı evdə olarkən «İNSTAGRAM» sosial şəbəkəsində "xxxx" ASC-nin səhifəsinə daxil olduqda mesaj vasitəsi ilə ona gələn ismarıcla kart balansını artırmaq istəmişdir. Bundan sonra şəxsi istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona ***-***-**-** nömrəli mobil telefondan zəng vurub özünü bankın texniki servis və təhlükəsizlik şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs onu aldadaraq məxfi bank məlumatlarını öyrəndikdən sonra ona "xxxx" ASC-dən verilmiş 5243 7544 1359 7251 nömrəli «ALBALİ» plastik kartının balansından 599,50 manat vəsait silinmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, qohumu Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün onun xahişi ilə ***-***-**-** mobil nömrəni öz adına alaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərində onun heç bir iştirakı və məlumatı olmamışdır. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan "xxxx" ASC-dən verilmiş 04 may 2022-ci il tarixli HTİD/2663 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5243 ****** 7251 saylı kartdan xx.xx.2021-ci il tarixdə, saat 10:14:35-də "xxxx" ASC-yə məxsus 510307 ******1685 saylı karta 500 manat, həmin gün saat 10:15:17-də isə "xxxx" ASC-yə məxsus 416973******6750 saylı karta 96 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məxaric əməliyyatları barədə məlumatı əks etdirən disk məktuba əlavə olunmuşdur. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, oğurluq etdiyi yeri əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 yanvar 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 fevral 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus kartdan pul köçürülməsini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskin içərisində 01 ədəd videofayl vardır. Diskdə olan video-fayl açılaraq baxılan zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs məxsus 5243 ****** 7251 saylı kartdan xx.xx.2021-ci il tarixdə, saat 10:14:35də "xxxx" ASC-yə məxsus 510307 ******1685 saylı karta 500 manat; Zərərçəkmiş şəxs məxsus 5243 ****** 7251 saylı kartdan xx.xx.2021-ci il tarixdə, saat 10:15:17-də isə "xxxx" ASC-yə məxsus 416973******6750 saylı karta 96 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu barədə diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məktubundan görünür ki, 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökm Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 596 (beş yüz doxsan altı) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 22 dekabr 2021-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)- 415/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CMnın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022ci il tarixli, 1(006)-415/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və X2 cinayət işi üzrə vurulmuş 596 (beş yüz doxsan altı) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(006)-415/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 596 (beş yüz doxsan altı) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-120/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-120/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver