Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 oktyabr 2024-cü il tarixdə saat 11.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs qohumu Şahid4 borclu olduğu 50000 (əlli min) manat məbləğində pulu Şahid4 alaraq Zərərçəkmiş şəxs verəcəyini vəd verərək qarşılığında da həmin pul məbləğindən 10000 (on min) manatı zəhmət haqqı qismində götürəcəyini bildirməsi ilə 26 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisində Zərərçəkmiş şəxs ilk olaraq 2400 (iki min dörd yüz) manat məbləğində pulu alaraq, vədinə əməl etməyib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə ona 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs qohumu Şahid4 borclu olduğu 50000 (əlli min) manat məbləğində pulu Şahid4 alaraq Zərərçəkmiş şəxs verəcəyini vəd verərək qarşılığında da həmin pul məbləğindən 10000 (on min) manatı zəhmət haqqı qismində götürəcəyini inandıraraq 18 noyabr 2022-ci il tarixdə Şahid4 qayınatası Şahid2 yaşadığı ünvan 3 ünvanda 5000 (beş min) manat, 29 noyabr 2022-ci il tarixdə Şahid2 həmin ünvanda 5000 (beş min) manat, 2022-ci ilin dekabr ayında ünvan 4 ünvanın qarşısında Şahid2 bacısı X3 vasitəsi ilə 5000 (beş min) manat, bir neçə gündən sonra təkrar ünvan 4 ünvanın qarşısında Şahid2 bacısı Xuraman Məhərrəmovanın vasitəsi ilə 1500 (bir min beş yüz) manat, 15 yanvar 2023-cü il tarixdə Şahid2 sonuncunun yaşadığı ünvan 3 ünvanda 3500 (üç min beş yüz) manat, 25 yanvar 2023-cü il tarixdə Şahid2 həmin ünvanda 5000 (beş min) manat, 03 fevral 2023-cü il tarixdə Şahid2 həmin ünvanda 1500 (bir min beş yüz) manat, 10 fevral 2023-cü il tarixdə Şahid2 həmin ünvanda 3500 (üç min beş yüz) manat, 25 fevral 2023-cü il tarixdə Şahid2 həmin ünvanda 2500 (iki min beş yüz) manat, 17 mart 2023-cü il tarixdə Şahid2r həmin ünvanda 5000 (beş min) manat, 31 mart 2023-cü il tarixdə Şahid2 həmin ünvanda 12500 (on iki min beş yüz) manat nəğd pulları alaraq həmin məbləğin 13400 (on üç min dörd yüz) manatını Şirvan şəhəri ərazisində Zərərçəkmiş şəxs versə də, qalan əldə etdiyi pulları ələ keçirərək o, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 36600 (otuz altı min altı yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus Şirvan şəhəri ərazisində yerləşən “Köhnə bazar" adlanan yerdə qızıl-zinət mağazasında qızıl alqı-satqısı ilə məşğul olur. Şahid1 onun azyaşlı övladının dayəsi olmuşdur. X20 şəhəri X4 tanış olmuş, 2022-ci ilin əvvəllərində Lalə ona məxsus qızıl-zinət əşyalarını “Whatsapp” sosial şəbəkəsində özünə məxsus profildə paylaşan zaman Günel həmin qızılları görüb maraqlanmış, Lalə də onun satdığını söyləmiş və mobil nömrəni Günelə vermişdir. Günel zəng edib həmin qızıllar barədə maraqlanmış və almaq istədiyi zaman xəbər edəcəyini bildirmişdir. Bundan sonra “Whatsapp” sosial şəbəkəsində özünə məxsus profildə qızıl əşyaları paylaşdığı zaman Günel görüb maraqlanmış və 01 (bir) ədəd qızıl sırğa və 01 (bir) ədəd qızıl qolbaq almış, bu vasitə ilə tanışlıq və münasibətləri yaranmışdır. Bundan başqa, qayınanası Sona Babayevanın səhhətində olan narahatlığa görə Günelin işlədiyi Şirvan şəhəri X6 getmiş, orada bir neçə dəfə Günellə rastlaşıb söhbət etmişdir. Günel ona qohumu olan Xəyalə və əri ilə birlikdə avtosalon açmaq istədiklərini, bunun üçün onlara 70000 (yetmiş min) manat pul verdiyini, lakin Fuadın həmin pulu “Topaz” mərc oyununa qoyaraq uduzduğunu və işin alınmadığını, lakin pulu geri qaytarmadıqlarını demişdir. Bu səbəbdən Günel iş polisə düşməsin deyə 50000 (əlli min) manat pulu Xəyaləgildən almağı, həmçinin pulun özünə məxsus olduğunu deməyi xahiş etmişdir. Günellə işin alınması müqabilində ona qonorar kimi 10000 (on min) manat verəcəyini razılaşmışlar. Bu səbbədən Günel notarial qaydada borc müqaviləsi ilə 2400 (iki min dörd yüz) manat ödəmiş, qalan məbləği ödəyəcəyini demişdir. 2022-ci ilin noyabr ayında Günelin anası Güllü ilə Xəyalənin qayınatası Vidadinin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Xəyalə evdə olmamış, ümumiyyətlə Vidadigilə getdikdə heç vaxt Xəyaləni görməmişdir. Əvvəllər aralarında borc üçün münaqişə yarandığı üçün evə girən kimi Xəyalənin qayınanası Günelin anası Güllünün üstünə cummuşdur. Daha sonra Vidadi gəlmiş, söhbət etmişlər və demişdir ki, heç bir pul ödəməyəcək. Vidadiyə Günelin pul aldığı şəxs olduğunu, Günelin ondan maşın biznesi quracaqları üçün borc pul aldığını, lakin biznesin alınmadığını, Xəyalə və əri Fuadın həmin pulu qaytarmadıqları üçün ona ziyan dəydiyini demişdir. Pul ödədikləri ilə bağlı qəbzlər də olmuşdur. Lakin Vidadi bununla razılaşmayaraq pulu Xəyalənin anasından istəməklərini demişdir. Bu səbəbdən Xəyalənin anasıgilə getmiş, Xəyalənin anası Sevda ödəniş etmək üçün üç gün möhlət istəmiş, bu səbəbdən Şirvan şəhərinə geri qayıtmışlar. 1 həftə xəbər gözləmişlər, lakin səs çıxmadığı üçün Suraxanı Rayon Polis İdarəsinə şikayət etmişlər. Həmin gün Vidadi evə çağırmış və 5000 (beş min) manat pul vermiş və qəbz yazmışdır. Vidadi müxtəlif vaxtlarda bütün pulu ona ödəmişdir. Polis Şöbəsində olarkən öyrənmişdir ki, həmin puldan 15000 (on beş min) manatı əvvəlcədən qaytarılmışdır. Günel 10000 (on min) verəcəyi puldan 2400 (iki min dörd yüz) manatını vermişdir, halbuki bütün pulu qaytarmışdır. Günelin Vidadidən pulu aldığı vaxtlar barədə məlumatı olmuşdur. Axırıncı dəfə Vidadidən 12500 (on iki min beş yüz) manat pul almış, 5500 (beş min beş yüz) manatını özü üçün götürmüşdür. Buna səbəb çox əziyyət çəkməsi, işin asan başa gəlməməsi və Günelin ona iş üçün sadəcə 2400 (iki min dörd yüz) manat pul ödəməsi olmuşdur. Yerdə qalan 34500 (otuz dörd min beş yüz) manat pulu isə hər dəfə Şahid2 aldıqdan sonra Günelin anası Güllü Adışovaya və ya Günelin özünə tam şəkildə qaytarmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dediyi qızıl-zinət əşyaları alarkən tanımamışdır. Vəfa problemli işlərə baxır və uşaqlarının dayəsi Lalə Vəfaya müştərilər gətirir. Şirvan şəhərində çox adamı aldadıblar. Lalənin tanıdığı bir falçı var idi. Kimin problemi var imişsə, həmin qadın onlardan istifadə edərək aldadırmış. Şirvan şəhəri X2rkən həmin şəxsin nömrəsini götürmüş və telefonla danışmışlar. Telefonla danışarkən həmin şəxs probleminin olduğunu, lakin 2 nəfərin kömək edəcəyini demişdir. Əri və anası olduğunu düşünmüş, qadın ona demişdir ki, Vəfa adlı qadın və əri var, kimin problemi varsa, həll edirlər. İki gündən sonra təkrar zəng edərək ona qulaq asmasını, Vəfa ilə tanış olmasını demişdir. Həmin şəxsə nömrə verməmiş, lakin Vəfa ona zəng etmiş və problemini həll edəcəyini, əvvəllər də etdiyini, Şirvanda həm qızıl satdığını, həm də bu cür problemli işlərlə məşğul olduğunu demişdir. Bir şərtlə- 10000 (on min) manat pul verəcəksə həll edəcəyini demişdir. Əvvəlcə o qədər pulunun olmadığını demiş, daha sonra bankdan 2400 (iki min dörd yüz) manat pul götürərək Vəfaya vermişdir. Vəfa Vidadidən ilkin olaraq 5000 (beş min) manat pul almış, 3000 (üç min) manatı tamamlamaq üçün həmin puldan 600 (altı yüz) manat götürmüşdür. Sonradan hər dəfə Bakıya gəldikdə Vidadi ona 4000-5000 manat versə də, ona 500 (beş yüz) manat vermişdir. Hər dəfə soruşduqda Vidadigilə getmədiyini ya da az miqdarda pul verdiyini demişdir. 2022-ci ilin mart ayında bütün pulu verib işi bağlayacaqdılar. Sonradan müddət 10 aprelədək uzanmışdır. Aprel ayının 4-də Vəfa qaynanasının əməliyyat olduğunu, biraz düzəldikdən sonra qalan pulu qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə Vidadidən bütün pulu aldıqlarını və sövdələşdiklərini demişdir. Vəfa ümumilikdə 13400 (on üç min dörd yüz) manat vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın tətbiq edilməsi və mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, həm Vəfanı, həm də Güneli tanıyır. Günel gəlini Xəyalə ilə qohumdur. Evinə gələrək demişdirlər ki, gəlininin Vəfaya borcu var və bu cür tanıtmışdılar. Xəyalənin Güneldən, Günelin də Vəfadan pul aldığını düşünmüşdür. Əvvəlcə pulu qaytarmağa razılaşmamış, bir müddət sonra Suraxanl Rayon Polis İdarəsindən zəng gəlmişdir ki, müxtəlif yerlərə 70000 (yetmiş min) manatlıq kartla pul vurublar. Vəfanın yetim qız olduğunu, 3 uşağının olduğunu, habelə biznesindən pul ayırdığını və hazırda işləyə bilmədiyini demişdirlər. Buna inanmış və Xəyalənin dayısı ilə pulu 2023-cü ilin mart ayına qədər hissə-hissə öz evində Vəfaya vermişdirlər. Vəfaya ilk dəfə pulu Günelin anasının yanında vermişdir. Sonradan bütün pulu ödəmişdir. Pulun Vəfanın olduğunu bildiyi üçün ona vermiş və ümumilikdə Vəfaya 50000 (əlli min) manat vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadının dayısının qohumudur və aralarında ailəvi münasibət olmuşdur. 2022-ci ilin iyun ayında Günelə arvadı Xəyalə ilə avtosalon açmaq və həmin bizneslə məşğul olmaq, başqa Respublikadan avtomobillər gətirib həmin salonda satmaq istədiklərini, həmin bizneslə məşğul olmaq üçün Günelin onlarla şərik olmaq istəyib- istəmədiyini soruşmuşlar, Günel də bu barədə düşünəcəyini söyləmişdir. Təxminən 10 gündən sonra Günel zəng edərək razılşadığını söyləmiş və özünün nə qədər pul verəcəyini soruşmuş, təxminən 2-3 gün sonra Günelə zəng edib 70000 (yetmiş min) manat verməli olduğunu, lakin həmin məbləği birdəfəlik deyil, hissə-hissə olmaq şərti söylədiyi zaman verməli olduğunu demişdir. Bundan sonra Günel 2022-ci lin iyul ayından etibarən həmin ilin avqust ayının sonlarına qədər dediyi ilə hissə-hissə 70000 (yetmiş min) manat məbləğində pulu özünün, arvadı Xəyalənin, qardaşı Eminin və qohumları olan İbrahim, Şəhriyar və Vasif adlı şəxslərin adına olan kartlarına Şirvan şəhəri ərazisində yerləşən "Million” aparatı vasitəsilə göndərmişdir. Əvvəlcədən razılaşdıqlarına əsasən avtosalon açmalı, sonra həmin salona xarici ölkələrdən avtomobillər gətirməli, avtomobillər həmin salonda satıldığı zaman əldə olunan gəlir aralarında bölünməli idi. 2022-ci ilin sentyabr ayının əvvəllərində Güneldən nə əlavə pul istəməmiş, həmçinin avtomobillərin satılması və Günelə qazanc verilməsi barədə də heç nə deməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarınadək çalışsalar da, avtosalon açması və xaricdən satmaq üçün avtomobil gətirməsi alınmamışdır. Buna baxmayaraq Günelin göndərdiyi pulları qaytara bilməmişlər. Bundan sonra Günel pulunu tələb etməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında qaynatası Məhəmməd Günelə özü 15000 (on beş min) manat pul qaytarmışdır. Sonra Günelin əri Toğrulla aralarında razılığa gəlmişlər ki, sonuncular həmin pulun 5000 (beş min) manatını onlara bağışlayırlar, qalan 50000 (əlli min) manat pulu isə Günelə qaytarmalıdırlar. Bundan sonra eşitmişdir ki, Günelin tanışı Vəfa adlı qadın atası Vidadinin yanına gələrək 50000 (əlli min) manat pulun özünə məxsus olduğunu, həmin pulu Günelə özünün verdiyini və 50000 (əlli min) manat pulun özünə çatmalı olduğunu demiş, Günel də bunu təsdiq etmiş və bundan sonra atası Vidadi həmin 50000 (əlli min) manat pulu Vəfa adlı qadına hissə-hissə qaytarmışdır. Lakin o, Vəfa adlı qadını tanımmamış, aralarında heç bir münasibəti və ya telefon söhbəti olmamış, Vəfanı heç vaxt görməmişlir. Hazırda Günelə dəymiş ziyan atası tərəfindən tamamilə ödənilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısının qohumudur və aralarında yaxın münasibətlər var idi. 2022-ci ilin iyun ayında Günellə telefonla danışığı zamanı demişdir ki, əri Fuadla avtosalon açmaq, həmin bizneslə məşğul olmaq, başqa Respublikadan avtomobillər gətirib həmin salonda satmaq istəyir, həmin bizneslə məşğul olmaq üçün Günelin də şərik olmaq istəyib-istəməməyini soruşmuş, Günel bu barədə düşünəcəyini söyləmişdir. Təxminən 10 gündən sonra Günel zəng edib razılşadığını söyləmiş və özünün nə qədər pul verəcəyini soruşmuş, əri Fuadla bu barədə söhbət edib xəbər verəcəyini demişdir. Təxminən 2-3 gün sonra Günelə zəng edib Fuadın dediyinə görə 70000 (yetmiş min) manat verməli ollduğunu, lakin həmin məbləği birdəfəlik deyil, hissə-hissə olmaq şərti ilə Fuad söylədiyi zaman verməli olduğunu söyləmişdir. Bundan sonra Günel 2022-ci lin iyul ayından etibarən həmin ilin avqust ayının sonlarına qədər onun dediyi ilə hissə-hissə 70000 (yetmiş min) manat məbləğində pulu özünün, Fuadın, qardaşı Eminin və qohumları olan İbrahim, Şəhriyar və Vasif adlı şəxslərin adına olan kartlarına Şirvan şəhəri ərazisində yerləşən "Million” aparatı vasitəsilə göndərmişdir. Əvvəlcədən razılaşdıqlarına əsasən əri Fuad avtosalon açmalı, sonra həmin salona xarici ölkələrdən avtomobillər gətirməli, avtomobillər həmin salonda satıldığı zaman əldə olunan gəlir aralarında bölünməli idi. 2022-ci ilin sentyabr ayının əvvəllərində Güneldən nə əlavə pul istəməmiş, həmçinin avtomobillərin satılması və Günelə qazanc verilməsi barədə də heç nə deməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarınadək çalışsalar da, əri Fuadın avtosalon açması və xaricdən satmaq üçün avtomobil gətirməsi alınmamışdır. Buna baxmayaraq Günelin göndərdiyi pulları qaytara bilməmişlər. Daha sonra Günel pulunu tələb etməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında atası Məhəmməd Günelə özü 15000 (on beş min) manat pul qaytarmışdır. Sonra Günelin əri Toğrulla aralarında razılığa gəlmişlər ki, sonuncular həmin pulun 5000 (beş min) manatını onlara bağışlayırlar, qalan 50000 (əlli min) manat pulu isə Günelə qaytarmalıdırlar. Bundan sonra eşitmişlər ki, Günelin tanışı Vəfa adlı qadın qaynatası Vidadinin yanına gələrək 50000 (əlli min) manat pulun özünə məxsus olduğunu, həmin pulu Günelə özünün verdiyini və 50000 (əlli min) manat pulun özünə çatmalı olduğunu demiş, Günel də bunu təsdiq etmiş və bundan sonra qaynatası Vidadi həmin 50000 (əlli min) manat pulu Vəfa adlı qadına hissə-hissə qaytarmışdır. Vəfa adlı qadını tanımır, aralarında heç bir münasibət və ya telefon söhbəti olmamış, Vəfanı heç vaxt görməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Muxtar qızı onun arvadıdır. Təqsirləndirilən şəxs 2022-ci ildə tanımışdır. Şahid4 bacısının ərinin bibisi qızıdır. 2022-ci ilin dakabr ayında Şahid4 qardaşı X12 zəng vurub ona demişdir ki, Xəyalə Güneldən 70000 (yetmiş min) manat pul almışdır. Xəyalənin Güneldən 70000 (yetmiş min) manat pul almasından məlumatı olmadığını və nə üçün həmin pulu aldığını soruşmuş, Emin demişdir ki, Xəyalə 70000 (yetmiş min) manat pulu iş görmək üçün almışdır. Bundan sonra Güneldən bu barədə soruşduqda Günel demişdir ki, 5000 (beş min) manat bankdan kredit götürmüş, qalan pul isə anası satdığı evin pulunu vermişdir. 2022-ci ilin dekabr ayında Xəyalənin qardaşı ilə görüşüb birlikdə Xəyalənin qayınatası Vidadinin yaşadığı evə getmiş, Vidadi ilə söhbət zamanı sonuncu hazırda pulunun olmadığını, hissə-hissə qaytaracağını demişdir. Vidadi ona demişdir ki, o, 15000 (on beş min) manat qaytarmış, 55000 (əlli beş min) manat qalmışdır. Vidadi ilə danışıb 50000 (əlli min) manat verməsini, 5000 (beş min) manat da onlara keçdiyini demişdir. Vidadi 50000 (əlli min) manat pulu hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Vidadi ilə görüşməmiş, 24 aprel 2023-cu il tarixdə Günel zəng vurub Şirvan Şəhər Polis şöbəsində olduğunu demişdir. Şirvan Şəhər Polis şöbəsinə getmiş və məlum olmuşdur ki, Günel Təqsirləndirilən şəxs ilə danışıb razılaşmışdır ki, Vəfa Vidadidən 50000 (əlli min) manat pulu alacaq. Günel Vidadiyə 50000 (əlli min) manat pulun Vəfaya maxsus olduğunu demişdir. Güneldən nə üçün Vidadiyə 50000 (əlli min) manat pulun Vəfaya məxsus olduğunu deməsini soruşmuş, Günel demişdir ki, Vidadi pulu qaytarmaq istəmirdi, buna görə də Günel Vəfa ilə danışıb razılaşmışdır ki, Vəfa Vidadidən 50000 (əlli min) manat pulu alacaq və həmin 50000 (əlli min) manatdan 10000 (on min) manatı özünə götürəcək. Günel Vəfaya bu işi görməsi üçün əvvəlcədən 2400 (iki min dörd yüz) manatı vermiş, daha sonra isə Vəfa Vidadidən pul aldıqca hissə-hissə özünə bir qismini götürmüş və Günelə puldan cəmi 13400 (on üç min dörd yüz) manat pul vermişdir. Qalan 36600 (otuz altı min altı yüz ) manatı Vəfa Vidadidən alsa da, Günelə verməmişdir. Buna görə də Günel Vəfadan şikayət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid X8 ifadəsində göstərmişdir ki, sonradan Vəfanın tək onları yox, bir sıra şəxsi aldatdığından məlumatı olmuşdur. Hamısını Lalənin əli etmişdir. Bundan sonra polis idarəsinə gedərək şikayət ərizəsi vermiş, lakin Vidadi şikayəti geri götürməyi və gücü çatan qədər kömək edəcəyini demişdir. Vəfa ilə Vidadinin evinə getmiş və Vidadi orada Vəfaya 5000 (beş min) manat vermişdir. Vəfa pulu götürərək onun olduğunu, Günellə şərt kəsdiyini demişdir. Sonrakı vaxtlarda Vidadi Vəfaya 1500 (bir min beş yüz) manat verdikdə, Vəfa həmin pulun 500 (beş yüz) manatını verirmiş. Vəfa Vidadidən aldığı pulları qaytarmamış, gedib həmin pullarla obyekt almışdır. Vəfanın 2400 (iki min dörd yüz) manat, 600 (altı yüz) manat və 500 (beş yüz) manat alması ilə bağlı səsyazıları da var. Bundan 1 ay sonra Vəfa Vidadinin bankdan pul götürəcəyini və yanvar ayının 8-dək 15000-20000 manat pul verəcəyini demişdir. Bir müddət gözləmiş, Vəfa 2500 (iki min beş yüz) manat nağd pul almış və ondan 600 (altı yüz) manatını verərək, 1900 (bir min doqquz yüz) manatını özünə götürmüşdür. Sonradan 500 (beş yüz) manat da vermiş, ümumilikdə Vəfa 13600 (on üç min altı yüz) manat vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə günorta saatlarında baldızı X15 şəhəri X5 Cərrahiyyə Şöbəsində müalicə aldığı üçün sonuncuya dəyməyə getmiş, orada sonradan adını bildiyi Günel adlı tibb işçisi ilə tanış olmuşdur. Bundan sonra Günel ilə aralarında dialoq olmuş və bir-birlərinə əlaqə nömrələrini vermiş, "Whatsap" sosial şəbəkəsi vasitəsi ilə danışamağa başlamışlar. Ara-bir tanışı Vəfanın 3 uşağına baxıçılıq edib 150 (bir yüz əlli) manat əmək haqqı alırmış. Vəfa Şirvan şəhər ərazisində yerləşən "Köhnə Bazar" adlanan yerdə qızıl alqı-satqısı ilə məşğul olduğundan mütəmadi olaraq "Whatsap” nömrəsinə öz qızllarının şəklini qoyur və həmin şəkillərdən götürüb öz nömrəsinin "Whatsap" sosial şəbəkəsində paylaşırmış. Paylaşdığı şəkillərdən Günel bir cüt halqa sırğa və bir ədəd nazik qolbağı görüb həmin qızılların kimə məxsus olduğunu və hardan ala biləcəyini soruşmuş, cavabında tanışı Vəfaya məxsus olmasını bildirdikdə Günel Vəfanın nömrəsini alıb özünün Vəfa ilə danışacağını bildirmişdir. Bundan sonra onun Vəfa ilə Günelin arasında nə alış-veriş və yaxud da hər hansı bir sözün söhbətin olmasından məlumatı olmamışdır. Günel evinə gələrək Vəfanın aldığı pullardan götürdüyünü deyərək mübahisə etmiş, silkələmiş və barmağını sındırmışdır. O vaxta kimi aralarında nə olduğunu bilməmiş, Vəfadan uşağını xəstəxanaya aparmaq üçün aldığı 20 (iyirmi) manat puldan başqa pul almamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən daxil olan CD formatlı diskdəki məlumatlara məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs anası X8 Təqsirləndirilən şəxs ilə Bakı şəhərində bir dəfə, 18 noyabr 2022-ci il tarixdə görüşmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs səsyazıları olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində «WhatsApp Audio 2023-06-21 at 18.52.02 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.52.02 (02)», «WhatsApp Audio 2023-06-21 at 18.52.02», «WhatsApp Audio 2023-06-21 at 18.52.03 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.52.03», «WhatsApp Audio 2023-06-21 at 18.52.04 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.52.04 (02)», «WhatsApp Audio 2023-06-21 at 18.52.04», «WhatsApp Audio 2023-06-21 at 18.52.05 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.52.05», «WhatsApp Audio 2023-06-21 at 18.52.06 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.52.06 (02)», «WhatsApp Audio 2023-06-21 at 18.52.06», «WhatsApp Audio 2023-06-21 at 18.53.30 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.53.30», «WhatsApp Audio 2023-06-21 at 18.53.31 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.53.31», «WhatsApp Audio 2023-06-21 at 18.53.32 (01)», «WhatsApp Audio 2023-06-21 at 18.53.32 (02)», «WhatsApp Audio 2023-06-21 at 18.53.32»,«WhatsApp Audio 2023-06-21 at 18.53.33», «WhatsApp Audio 2023-06-21 at 18.54.14» formatlı faylların olması müəyyən olunmuşdur. «WhatsApp Audio 2023-06-21 at 18.52.02 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 61 Mb həcmli olması, səsin 26 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Mən səni başa salıram ki, onun nəticəsi mənə maraqlıdır. Mən ona demirəm n; fikirləşirsən. Başa düşdün nə dedim sənə. Mənim fikirim odu gedim fso ayın axırıdı iş tamamdı. Bek deməklə o deyəcək hə vermişəm gözlə, oları uje danışmışuq onlar mənə maraqlı deyil, onun nə dediyi, mən ona gedib 1000 manatı elə belə verməmişəm. «WhatsApp Audio 2023-06-21 at 18.52.02 (02)» adlı fayla baxış keçirilərkən həmin faylın 66 Mb həcmli olması, səsin 33 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: - Mən Vidadiyə çox tamahlanmışdım. Demişdim ki, nə qədər istəsən al. 70000 yazıb eiyərin söküb qoyacaqdım. Tay mamun orda dediki 50000 yaz. Mənim pulun deyildə. Sizin pulunuz olduğuna görə siz nə desəz mən onunla hərəkət eləyirəmdə. Məmin olsaydı onun ciyərini sökərdim qoyardım yerə. Başına bir oyun açardım onun özünü ambulans aparardı. «WhatsApp Audio 2023-06-21 at 18.52.02» adlı fayla baxış keçirilərkən həmin faylın 133 Mb həcmli olması, səsin 59 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Ay qız mən kiməm ki, kiminsə pulu ilə kiminləsə razılaşam. Mənə çatacaq pul mənə maraqlıdır. Başa düşdün nə deyirəöm sənə. Sənin pulunu alıb məndə öz haqqımı götürüm. Bu işdi başa düşdün, məm kiməm ki, kiminsə pulu ilə kiminləsə razılaşam, başa düşdün nə dedim sənə. Mən hələ orda 70000 dedim. Sənin maman dedi 20000. mən 70000 olsaydı 70000 alacaqdım ondan. Başa dündün. Mən sənə dedim ki sənin 50000 alıb verəcəm vso qurtardı. Mnə sənin 50000 alıb verəcəm. Demirəm indi beş gün çəkər, yanvarın beşinə çəkər, 10 gün çəkər oda 15000 görə eləyərlər onu. Oda mənim hələ tərəddüdümdü. Mən kiməmki kiminsə pulunu 15000 minə görə razılaşam. Hələ mən orda 70000 deyirdim. Mamun orda qoymadı. Mən 70000 yazıb 70000 alacaqdım ondan. Mən 50000 ondan pulun zlacaqdım. 20000-də torpaq götürəcəkdim ondan. Sənin mamun məni qoymadı. Mən sənə dedim axı mən bu işində axrma qədər gedəcəm. «WhatsApp Audio 2023-06-21 at 18.52.03 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 219 Mb həcmli olması, səsin 01 dəqiqə 36 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Yenə Allah eləyərki elə nə bilin bir neçə işdən sonra vapşem rahat olar bizimdə üzümə görə yöntəmlərimiz var. Bizimdə özümüzə görə yəni mən tək deyiləm. Bizdə başqa başqa Mamlar var ki, biz o dörd qoldan yəni birdənə yerdən yox. Biz ora gedik qışqırdıq gəldik, ona ordan zəng gedəcək, burdan zəng gedəcək, mənə lazımdır kı mən bir dəfə ora gedim, onun haqda içəridə məlumat toplayım. Nömrəsinimi, işinimi, vəzifəsinimi, nəsə bir yerdəndədə. Bizim üçün uja asantdı. iki ur ikidi. Mən bidə ora gedim mə özüə dela yığım gəlim. Sən məni onunla tanış eləyərsən, ama məndə zedim özümə aid şəyləri götürməliyəmdə. Biz birməliyik ki, biz nəyin üzərində işləyəkdə. Qışqır bağır :.əyəcəyiksə. Görək bu buna məhəl qoymur orda məsəlçün polis gücünə verəcəksən, məsəlçün dümaqo zücünə eləyəcəksən, yəni hər şeyin yolu varda, biz onu tək bir yox, biz bəlkədə 10 versiya ilə, ama yekunumuz bizim yenə deyirəm yəni ordan almamaq deyilən bir şey yoxduda. Yəni məndə fikirləşirəm i, işlərimizi razılaşdıqdan sonra mən bir neçə gün sonra işləri ilə maraqlanacam. O kağızlarını, eklərmi, onlar elə belə deyildə, məndə onları götürəcəm ondan sonra mənimdə məsləhət eləyəcəyim damlar var. Yoldaşımla yığışacuq burda başqa məsləhət eləyəcəyimiz vəkildə var, başqa züquqşunasda var, bizə onlar fikirlə verəcək, biz nə versiyalarla işləyək. «WhatsApp Audio 2023-06-21 at 18.52.03» adlı fayla baxış keçirilərkən həmin faylın 251 Mb həcmli olması, səsin 01 dəqiqə 51 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Sən necə de, məninidə özümün görəsi işlərim varda. Məndə onlara əsasən eləyirdə həmdəki biz ora getməmişdən yəni bizim söhbətimiz tutsa mən bir neçə gün qabaq sənə səslər atacE ki. yəni hirslənməklə bağlı mənim pulun nə oldu, Günel yəni ber neçə gün sən işdə olduğu vaxt] devərsənki mən səni davaml şəkildə yığaram sən adbey verərsən. Belə bir şey eləyərük səndə orda kin varsaia devirsən ki atginan ki bu uje qışqırır bağırır hədələyir. Məcbur oldum uje gətirdim. Uje yer işdən çıxmaq belə bir şey. Çünki məndə işimi görüm.bizdə o işi görməkdə bizdə tək deyilikc görmək olmur. Başa düşdüz. 2000 olar 1500 olar 2000 olar bidə görərsən hə nədiki, burda şeylər var burda deyil şəhərddi, yəni bizdə biraz hərək eləmək üçün. Yəni bizdə tək deyilik .sləyəcəyimiz adamlar varda. Ona görə yəni mən şoradan işimiz alandan sonra nə hörmət eləyərsən raşqa, ama sirf başlamaq üçün, bu işləri görmək üçün o vəsait bizim əlimizdə olmalıdı, bizdə işimi raşlayaq biz o pulu aldığımız günü, sabahı günü artıq işimizə işimizin başında olacuq. ilk işim səniı :ra getmək olacaq. Bir həftə qabaq sənə belə səslər atacam. Səndə hər gün onu deyirsən kimsə məlumat verəcəksən bax uje o pulun yiyəsi gəlib mənim üstümə qışqırır iş yerimə gəlir, belə belə axırki onlar sənin öz işindidə mən sadecə səni yığacam, qışqıracam bel belə şeylərdə. Sora dalneşi 1 ora gedəcük. Bir qadın onuda götürəcəm onun hörmətini eləyəcək taksi tutacam gedik ora. Or qışqırdıq bağırdıq sorası uje bizim işimizdi. «WhatsApp Audio 2023-06-21 at 18.52.04 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 163 Mb həcmli olması, səsin 01 dəqiqə 10 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Günel xanım onda belə eləyəkdə siz 3000 mini verərsüz biz onu imzalayaruq, iş gedişatı gedə gedə sizdə nəticəni görəcəksüzdə onsuzda bizdə nəticə əldə edəcük. Sən mənə 3000 verirs mən günü sabahdan işimə başlayacam. Dalneşidə bizim işimiz gedə gedə onsuzda sən məlumatları s biləcəksən . bilə vasitə sənə zəng gələcək. Beləki mən ora gedəcəm məndə çox sənə zəng gələc; Onsuzda nəticədə onlardan sənə zəng gələcək. Mən işimi gördükcə sən xəbərdar olacaqsan. İş gediçinidə oözün görəcəksən. Biz dünən telefonda çəkilən o istiqamətə gedənə kimi hələki bizim o: qədər xeyli işlərimiz olacaqda özün bilirsən. Günü sabah başlayada bilərəm mən. Başlayaram proble yoxdu. İş gördükcə ölüm itim deyilki problem yoxdu. Biz başlayaq dalneşi gedə gedə mən dünən adı çəkdiyim yerə gedənə kimi bi o mərhələlərə qədər işlərimizi görəcük narahat olma. inşəAllah biz qısadan işimizi görərük. Çox ətraflı danışaruq. «WhatsApp Audio 2023-06-21 at 18.52.04 (02)» adlı fayla baxış keçirilərkən həmin faylın 178 Mb həcmli olması, səsin 01 dəqiqə 16 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Bilirsən nətərdi Günel mən yenə deyirəm e ele belə məsəlçün biz ora sakit hal» getsüy, biz ələsəkki onun məlumat versinlər biz gedəndə uje gəlmişikdə yəni, çünki biz ora gedən kiı kiçi sırazı onun dədəsini yığacaq. Başa düşdün, onun dədəsini yığanda qoy dədəsin ki mənimdə xəbəri var, burdanda məsəlçün mənidə sıxıllar, bizə bilirsən nətər bir şey mən elə belə gündə qapıya gedi gəlim noldu nədeyiorsən elə yox başa düşdün, getdiyim günü mənəndən möhlət istəyəcək, mənə izaha kağız versin ki, məsəlçün məni 15 gün gözlə 10 gün gözlə, məndə gəlim 10 gün gözləyim 10 günd sonra gedim pulumu doğsun qoysun stolun üstünə, başa düşdün, yoo sənlik bir şey yoxdu, pul mənim Günel, pul mənimdi, pulu mən vermişəm, pul mənim pulumdu, məndə pulumu istəyirəm, gəlmişəm s; dirəmişəm demisənki Vəfa yoxdu ağlamısan ki ule ala bilmirəm, demişəm ki mənim pulu yeməmisən kimə vermisən səndə deyirsən ki sənin pulunu Xəyaləyə vermişəm.başa dönrəm, burda nə varki, uz; baçı sənin ərini yığacaqlar səndə deyəcəksən ki bidə ola bilərki bunlar kimdi də töküb mənim üstür denən ki pulun yiyəsidir, Vəfadı bazarda Vəfadı, pulun yiyəsi odu denən, hamıda bilirki mən f£ verirəm, mənim işim faiz verməkdi, bu mənim işimdi, qızıl satıb faiz verir. «WhatsApp Audio 2023-06-21 at 18.52.04» adlı fayla baxış keçirilərkən həmin faylın 139 Mb həcmli olması, səsin 01 dəqiqə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -De, bu gün nə bilim pula gəlsə get tezol mənim pulumu ver, belə yolları varki s onlarla nəsə işləyirsən ki əlin boş qayıtmasın, başa düşdün, əlin dolu qayıtmaq üçün sənində əlin vəsait olmalıdı, adi bir«flkiri belə havayı vermirlə, bir kağızı belə havayı vermirlər, boşanmağa bir əri yazırsan 50 manat alırlar,yəni belə bir şeydi, ona görədə yəni mən inanıram ki, bizim bu işimiz ə> alınsa yəni bizim özümüzün razılaşmamız baş tutarsa mən inanaıram ki o işdə sabah yəni sən; verdiyin günü maksimum mən sənə səslər atacam, sən onları, yüz faiz onada gedib məlumat ver olacaq, hal qəzıya belədi, dalneşi biz bakıya gedəcük, səhər tezdən çıxacuq gedəcük, bakıya, bir gün səndə işlərini həl eləyərsən ondan sonrası bizim işdi. «WhatsApp Audio 2023-06-21 at 18.52.05 (01) » adlı fayla baxış keçirilərkən həmin faylın 81 Mb həcmli olması, səsin 34 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Bacı onlar bilirlər, başa düşdün uje day xəbər çatdı, görürsən hamısının bir biri kontaktı var, başa düşdün, onlarda bilirki, sənə arxaymdılar ki, sən heçnə eləməyəcəksən, sən onlaı özününkisən, yalandan mndə qoymayacam guya sənə xox gəlib , eybi yoxdu mən gedim qapıya s qoymaginan, problem yoxdu, sn qoyma pul verməyə, mən sabahları bir başa Vidadiyə zəng elətdirəcə: sabah yox, sabah evdəyəm uşaqların dayəsi yoxdu, birinci gün vapşe şöbədən zəng elətdirəcəm o polisdən, vəzifəli vəzifəli yəni orqan adamlarından zəng olunacaq, rəsmi adları ilə onan sonra görüm deyəcək. «WhatsApp Audio 2023-06-21 at 18.52.05» adlı fayla baxış keçirilərkən həmin faylın 54 Mb həcmli olması, səsin 23 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Birinci mən burdan polis şöbəsindən zəng elətdirəcəm, birinci ona zəng olunacaq sən o adamların adı ilə maraqlan, ona deyər ki, Günelə deyün, səni yığarlar ki, deyün polis eləməsin, cyzpolisə zəng elətdirməsin, şöbə zəng eləməsin, prokurorluq zəng eləməsin, yəni sənlik deyil Günel sən denən mənlik deyil. «WhatsApp Audio 2023-06-21 at 18.52.06 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 293 Mb həcmli olması, səsin 02 dəqiqə 06 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Deyirəm ki Günel onsuzda ərizəni geri götürəcükdə, geri qaytarılma veriləcək də, Bəhram deyibdə lazım olsa geri götürülmə yazılacaqda, sabaha bizə deyiləcək, sabah xəbər deyir deyib ki, yığacam sənə deyəcəm, Bəhramda başqa adamla zəng elətdirim ona, biraz pul söhbətində çəkişiblər beş aşağı beş yuxarı, ona səhər deyəcəklər, bilirsən nətərdi Günel mən seyinəm ki, mən birinci dəfə deyildə beləncik iş görürəm, başa düşdün məni, yəniki birinci dəıfə c mən onun yolunu bilirəm, geri götürmənində yolunu bilirəm, ona görə o hissəni sən narahat c mənim işimdi məndə işimi bitirəcəm yarımçıq qoymaraq, bizə lazım idi Vidadinin gözü qorxma, qo sə qurtardı, onsuzda mən onlara ddimki biz hər dəfə pul aldıqca şöbəyə məlumat veririk nə q -İmışuq, onu mən deməli idim, dediki bəs ərizəni götürmüsənsə şikayəti geri götür, dedimki * itəndən sonra mən gedib məktub yazacamki həqiqət mən bu adamdan pulumu aldım, dedi axı mırdada gedib birdənə məktub yazacam, tam pul qurtarandan sonra, axırda mnə gedib birdənə mə , azacam ki, mən bu adamdan pulumu aldım, axı mən indi yazmayacam ki, tam biz ərizədə -hnacaq ki, Bəhram dedidə, biz qarşı tərəflə ortaq məxrəcə gəluib uje razılaşma olub, əyər razıla rozulsa mən yenidən işimi icraata verəcəm , Bəhram danışdı ona biraz düzəliş elədi, axırdada tan qurtarandan sonra mən gedib birdənən ərizə yazacam mən Şahid4, Emildən , Fuaddar rir şikayət tələbim yoxdur, mənə dəymiş zərər tamamilə ödənilib. «WhatsApp Audio 2023-06-21 at 18.52.06 (02)» adlı fayla baxış keçirilərkən həmin faylın 258 Mb həcmli olması, səsin 01 dəqiqə 49 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Söz yoxe mən işimin içində ,yenədə deyirəm mən o pulu səndən alıb çəkdiyim x mən demirəm ay Bakıya gedirəm mənə yol pulu ver , ay nə bilin Suraxanıya gedirəm, mən özüm : :züm çəkirəm, bir dəfə də olsun ay nə bilim flaş şey eləyirəm, ay nə bilim nə, vapşe kimləsədə iş gör; iə dəqiqə başı ay mənə 20 manat ver, ay mənə 10 manat ver, 30 manat ver flan yerə gedirəm , yəni gedirəmsə bu yolu bu işi görərəmsə pulumu almışamsa işimidə görürəm, axırdada eləmədiyimin işk deyirəm eləməmişəm, yəni mən deyirəm ki orda o pulu silməyin yeri yoxdu idi, başa düşdün, çünk: iedün lap sən mənə əvvəldə demişdündə Vidadi təhlükəlidi, vidadi elədi belədi, mən bilirdimdən noı adam olsaydı siz bu boyda qohum qəbilə 3 ay getdün bir qəpik pul vermədidə, mən bilirdim ki pu bilmədin gəldün mənə dedündə düzdü, sən mənə gələnə qədər nə qədər yollara, belə deyəkdə cəl eləmisən gördün ki alınmır deyə pulundan bezməmisən ki gətirib mənən deyirsən, bu günləri bir m; qazanmaq olmur ki düzdü, mən onuda başa düşürəm, sən gördünki bunun bacarmaq olmur artıq ir üstünə gələcək, özün deyürdün ki özünü öldürmək həddinə çatmışdun, gördün ki bundan bir q sənən çatmayacaq , mən sənin çarəsizliyini mamun gildə olanda gördüm, düzdü, yenə deyirəm 7( olsaydı 70000 alacaqdım, 100000 olsaydı 100000 alacaqdım, inanki də alacaqdım, məndə bilirəm pr orda uje mamun deyəndən sonra mən bir söz deyə bilmədimdə, heç mən gərək sənin mam ıparmidım ora, prosta sən dedinki mamamla get, məndə dedimki alayla bunun qəlbinə 80 dənə gəlir qoy mamasıda getsin. «WhatsApp Audio 2023-06-21 at 18.52.06» adlı fayla baxış keçirilərkən həmin faylın 17 Mb həcmli olması, səsin 07 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Arxamı təmizləmək işi Bəhramın işidi, o məsələləri o həll edir. «WhatsApp Audio 2023-06-21 at 18.53.30 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 47 Mb həcmli olması, səsin 21 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Həlbətdə qohumunuzdu, əqrəbənizdi, həlbətdəki məndən çox sizlə, mənlə bir iki dəfə lazım olanda vfo qurtardı, sizin qohumunuzdu qəbilənizdi əlbətdə, denən ki mən hər şeyə çəkmişəm, bütün məsuliyyətdə mənim çiynimdə. «WhatsApp Audio 2023-06-21 at 18.53.30» adlı fayla baxış keçirilərkən həmin faylın 89 Mb həcmli olması, səsin 39 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Hədə bəs sən özün bilirsən ki, mən ora getdimsə mən birinci gün Bakıda oldu əli boş qayıtmaq fikirim yoxdu, o günü o obyek demirdi mən ona görə zəng elətdirdim, mənə bir ir nə deyirsə varha mən onu dörd bir qoldan sıxışdırıram, başa düşdün, o özü nə cür deyirsə o eləyirəm, dirənən nöqtəmdə ancaq körəyinə minirəm Günel, birinci ikinci üçüncü günə kimi o başlayacaq komediya, uje sıxmaq pulu doğmaq məsələsi. «WhatsApp Audio 2023-06-21 at 18.53.31 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 76 Mb həcmli olması, səsin 32 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Yox Gülü iki üç gündüki mənim başım qarışıqdı, sabahı uje onlara həsr edəc sabahı ancaq səninlə danışıb səninlə, uşağımın narahatçılığı olduğu üçün dedimki cəhənnəmə ol eşağıma bir şey olmasın, qorxdun bir anlıq gözümə heçnə görsənmədi, sabahı uje günüm sənə 1 olunacaq, vidadi gilə əsədovlara hərs edəcəm günümü. «WhatsApp Audio 2023-06-21 at 18.53.31» adlı fayla baxış keçirilərkən həmin faylın 11 Mb həcmli olması, səsin 02 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: - bunlarda elə bilir pul hamısı mənimdi. deyir ki gəl orda torpaq verim, ob verim, ev var. «WhatsApp Audio 2023-06-21 at 18.53.32 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 99 Mb həcmli olması, səsin 49 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Özləri yazdırırlar kağızları özlərində saxlayırlar, kağızsız pul verərlər, kağı slsaydı deyərdi, gedə düdim adam dedi yox xanım bu problem işdi, dedim hə ya dedi bizidə başa düşündə, dedim yo əlbətdə, yoxsa Bəhramın mamasına qaynanama və sənin maı deyərdim gedib götürərdi, gedə eləmədi, dedi xanım biz nə versük 50 manat da versüz çəkəcəkdirəcük sənən, dedim hə yaxşı, təki verim qoldan nə qədər istəsəz çəkərəm. «WhatsApp Audio 2023-06-21 at 18.53.32 (02)» adlı fayla baxış keçirilərkən həmin faylın 187 Mb həcmli olması, səsin 01 dəqiqə 28 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Mən ancaq gedirəm, soraki məsələlər həlli uje min işidi, bəyaq bir yerə ge köhnə şəhərdə bir nəfər var qorxaqın biridi uçasqoviya hörmət eləmişdi uçasqov ilə getmiş, qışqıran kimi gətirdi pul verdi, Vidadinin qapısa uçasqovunu apara bilməssən axı, uçasqovuda iı qorxur axı, məsəlçin soruşur Bəhramdan bəhramda deyirki narahat olma get qonş uavam adamdı, c-şdün, bunlar kimi tülki deyillər, sən deyirdin Vidadi saxta sənəd düzəldir, borc müqaviləsi, pox prosta biraz gəlini xok zad qaynatam verəcək, hələ o xəyaləni tapım onun mən ağzının cıracam deyir o, məsəlçün Vidadi ilə qeyri-rəsmi iş görmük olmaz, Vidadi il əancaq rəsmi, bəyaqkində görd çasqovunu apardıq bazarın uçasqovusudu elə, biraz qapısına gedən kimi vlankəs sizdən şikayə kameraya düşmüsən, qızılı götürmüsən, xok eləyən kimi başıva dönüm qurban olum bir saatın iı pul düz qoş elədilər, yəni adamına baxır başa düşdün, mən deyirəm qalanı onun işidi. «WhatsApp Audio 2023-06-21 at 18.53.32» adlı fayla baxış keçirilərkən həmin faylın 204 Mb həcmli olması, səsin 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Yox az mən uşağam, mən guya bilmirən nə demək onlara nə danışmaq laz: indi fikirləşiblər ki cavan qızdı, tay demədiki məndə mənəm, mənim ayağımın bildiyini sizin ba bilməz, yox elə sööhbət elədimdedim biz araşdırmanı saxlamışıq, sadecə araşdırma dayanıb ki ç quratana qədər, ama dedim ərizəni geri götürmək o axırda, pul qurtarandan sonra barışıq ərizəsi ol ki mənim şikayətim tələbim, gedə dedi bəs niyə, dedim ki pulu almamışam axı, sadecə olaraq oı insanlar pul qurtarana qədər narahat olmuyacaq, dekabrın axırına kimi araşdırmanı saxlamı Günelin mamasına mənlə getmişdidə, Günel sadecə olaraq işdə idid icazə ala bilməmişdi deyə ma gtdi, izahat verdi, çağırdılar, lazım olsa dedim günel ikinci partiya gedəcək, iki dəfə getmişik ikisin Günelin maması mənimlə barəbər zəhlət çəkibdə getməlidi, ayrı-ayrılıqda ikimizində ifadəsi alınıb. «WhatsApp Audio 2023-06-21 at 18.53.33» adlı fayla baxış keçirilərkən həmin faylın 347 Mb həcmli olması, səsin 21 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: -Mən Vidadi ilə barışığımıda götürmüşəm, mənlik heç bir problem yoxdu, pro sizin problemdi, gedin özünüz öz məsələnizi həl edin, nədə mənim çaşarsa dükanıma gələrsən gün dükanıma gələrsən, quran haqqı birinci təbibi yığaram ikincidə 102 yığıb tökərəm ora, nədəki a gətirməki gedərəm notariusa, məhkəməy ora bura quran haqqı başına bir çorab hörərəm, m bundan sonra heç yoxdu, mənə nə yazmayun nədəki narahat etməyün. «WhatsApp Audio 2023-06-21 at 18.53.33» adlı fayla baxış keçirilərkən həmin faylın 83 Mb həcmli olması, səsin 40 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: - Hə, nə bilim nə qədər verdi, ondan bir sıfat var idi mamundan soruş, hə bilm nədi, prosta bəyaq bəhrəm danışdı onunla deyib onsuzda axırda özün bilirsəndə Bəhram, deyib o 1: axırda gedib orda bir ərizə yazacaq mənə dəymiş zərər tamamilə ödəndi, mənim flankəsov flankən heç bir tələbim iradım yoxdur, çünki mən ərizə yazmışam qeydiyyatda düşübdə, kitaba düşü istintaqa getmiyəcək, təhqiqat şöbəsində uje xitam veriləcək. WhatsApp Audio 2023-06-21 at 18.54.14» adlı fayla baxış keçirilərkən həmin faylın 35 Mb həcmli olması, səsin 16 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: - Sabah bir başa polisdən zəng elətdirəcəm, polisin nömrəsi ilə qapısı gedəndədə desin ki xəbərdarlıq olunubda sizə xəbərdarlıq olunubda zəng olunub, deyəcəklərki şəxs vəsiqəni götür polis şöbəsinə yaxınlaş, dalneşidə qapısına gediləcək” deməsi ilə səs yazısı bitir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 3-16-16/2-4/1187-4/1190 saylı ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli “DVD” diskdə olan mübahisə fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli “DVD” diskdə olan mübahisə fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur.
3. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli “DVD” diskdə olan mübahisə fonoqramlardakı danışıqlar qapalı şərait üçün xarakterik olan akustik şəraitdə qeydə alınmışdır.
4. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli “DVD” diskdə olan mübahisə fonoqramlardakı danışıqlarda iştirak edən “Q1” diktorun emosional vəziyyətində ekstremallıq müəyyən olunmadı.
5. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli “DVD” diskdə olan mübahisə fonoqramlardakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması kəskin fon sıçrayışları və audosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı. 06 may 2023-cü il tarixli qərarla fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. 11 may 2023-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından şübhəli şəxs kimi tutulmuşdur. 14 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmışdır. 01 iyul 2023-cü il tarixli qərarla Şirvan Şəhər Polis Şöbəsində ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq aparılmışdır. 08 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilməsi üçün Şirvan şəhər prokurorluğuna göndərilmişdir. 29 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata götürülərək istintaq davam etdirilmişdir. 29 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ev dustaqlığında qalma müddətinin uzadılması ilə razılaşmamaqla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında qalma müddəti bitdikdən sonra onun barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirin seçilməsi qərara alınmışdır. 29 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 30 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və iş üzrə icraat dayandırılmışdır. 08 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 11 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 05 (beş) ayadək, yəni 15 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. 08 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 149 №-li ekspert rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar olunan xəsarətlər- sağ bazu və sağ budun orta 1/3-də qançırlar- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 aprel 2023-cü il tarixdə kənar şəxs tərəfindən yerinə yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs borc verən qismində Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc vermişdir. “Borc alan” krediti xx.xx.2022ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi barədə protokoldan və ona əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs əlavə qazanc əldə etmək məqsədilə müxtəlif vaxtlarda ümumilikdə 70000 (yetmiş min) manat məbləğində pulu Şirvan şəhəri ərazisində yerləşən “Milliön” aparatı vasitəsilə müxtəlif şəxslərə göndərmişdir. 17 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin könüllü təqdim olunması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Səbail Rayon Polis İdarəsinə gələrək özünü təqdim etmiş və bildirmişdir ki, o, bu müddət ərzində ailə vəziyyəti ilə əlaqədar olaraq Şirvan şəhərində olduğunu, bu səbəbdən istintaq orqanı tərəfindən dəvət olunduğunu bilməmiş və barəsində axtarış elan edilməsi barədə məlumatı olmamışdır. 17 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 17 noyabr 2023-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 17 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var: xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var: xx.xx.2008-ci il təvəllüdlü X13. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli rəngli doppler ultrasəs müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18,5-19 həftəlik hamilədir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs iş materialları ilə təsdiq olunan 39000 manat məbləğində dəymiş maddi ziyan və 207 (iki yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs xeyrinə tutulması xahiş edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət qanunvericiliyinin müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək təkrarən dələduzluq etməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmamış, cinayət bir məqsədlə və bir vahid niyyətlə törədilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pulları eyni hadisə üzrə, yəni Zərərçəkmiş şəxs qohumu Şahid4 borclu olduğu 50000 (əlli min) manat məbləğində pulu Şahid4 alaraq Zərərçəkmiş şəxs verəcəyini vəd verərək qarşılığında da həmin pul məbləğindən 10000 (on min) manatı zəhmət haqqı qismində götürəcəyi vədi ilə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini eyni niyyətlə törətmiş və zərərçəkmiş şəxs yalnız Zərərçəkmiş şəxs olmuşdur, hazırkı halda törədilmiş əməllər vahid niyyət və ümumi məqsədlə birləşir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: - Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); - yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “təkrarən” ifadəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 50000 (əlli min) manat pulu Şahid2dan tam şəkildə alsa da, həmin pulun 13400 (on üç min dörd yüz) manatını Zərərçəkmiş şəxs vermiş, qalan əldə etdiyi pulları ələ keçirərək o, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 36600 (otuz altı min altı yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 4(032)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanılması, yəni 03 (üç) ay saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:50-dən növbəti gün saat 07:00-dək yaşayış yeri - Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 19, mənzil 50 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində 39000 (otuz doqquz min) manat məbləğində dəymiş maddi ziyanın və 207 (iki yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 39000 (otuz doqquz min) manat və 207 (iki yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “təkrarən” ifadəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 4(032)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanılması, yəni 03 (üç) ay saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:50-dən növbəti gün saat 07:00-dək yaşayış yeri - Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 19, mənzil 50 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 39000 (otuz doqquz min ) manat və 207 (iki yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 600 (altı yüz) manat "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova