Məhkəmə qərarları › İş №1(009)-120/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-120/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, tərcüməçi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович), onun müdafiəçiləri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlu və “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində doğulmuş, Ukrayna Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ukrayna Respublikası, Kiyev şəhəri, Mayakovskiy küçəsi ev 17V, mənzil 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Taras” adlı və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında razılaşdırılmış rol bölgüsünə əsasən Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda istintaqa məlum olmayan yerdə olan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs 2 avqust 2024-cü il tarixdə saat 17-18 radələrində istifadəsində olan Almaniya Federativ Respublikasına aid +**********353,2, +**********6280 və +**********6200 saylı nömrələrdən ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 həmin ünvandakı ***- ***-**-** saylı telefon nömrəsinə zəng edərək sonuncunun rəfiqəsi “Tamara” adlı şəxsin yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə zamanı qarşı tərəfin ağır xəsarətlər aldığını, vəziyyətinin ağır olduğunu, həmin şəxsin müalicəsi və “Tamara” adlı şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməməsi üçün təcili pul vəsaitinə ehtiyac olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs1 aldatmış, cinayətkar fəaliyyətin davamı kimi aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs 2 avqust 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Spar” adlı marketin qarşısına gedərək özünü “Murad” adı ilə təqdim edib onu telefonda zəng edən şəxsin göndərdiyini bildirərək rəfiqəsinin yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı barəsində həbs qətimkan tədbirinin seçilməməsi və qarşı tərəfin müalicəsi adı ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alaraq həmin məbləğin istintaqla müəyyən edilməyən hissəsini götürüb, qalan pul vəsaitini 2 avqust 2024-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “X6” otelin yaxınlığında cinayətin törədilməsinə aidiyyatı olmayan, kriptovalyuta alğı-satqısı ilə məşğul olan Şahid1 ilə görüşüb sonuncunun vasitəsi ilə “Taras” adlı, şəxsin “Trustwallet.com” kriptovalyuta platformasındakı elektron pulqabı hesabına köçürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda 9500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələkeçirmə məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Taras” adlı və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında razılaşdırılmış rol bölgüsünə əsasən Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda istintaqa məlum olmayan yerdə olan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs 2 avqust 2024-cü il tarixdə saat 17-21 radələrində istifadəsində olan Almaniya Federativ Respublikasına aid **********, **********, **********, **********, **********, **********, **********, **********, **********6; **********, **********, **********0, **********, **********, **********, **********3 və ********** saylı nömrələrdən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 istifadəsində olan "xxxx" MMC-ə aid ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək sonuncunun qızı X2 yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə zamanı qarşı tərəfin ağır xəsarətlər aldığını, vəziyyətinin ağır olduğunu, həmin şəxsin və qızının müalicəsi, eləcə də Yuliya Babayevanın barəsində həbs qətimkan tədbirinin seçilməməsi üçün təcili pul vəsaitinə ehtiyac olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs2 aldatmış, cinayətkar fəaliyyətin davamı kimi aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs 2 avqust 2024-cü il tarixdə saat 19 radələrində ünvan 4 ünvanına gedərək özünü “Rüstəm” adı ilə təqdim edib onu telefonda zəng edən şəxsin göndərdiyini bildirərək qızının yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı barəsində həbs qətimkan tədbirinin seçilməməsi, sonuncunun və qarşı tərəfin müalicəsi adı ilə Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 18700 manat təşkil edən 11000 ABŞ dolları məbləğində pul vəsaiti, həmin gün saat 21 radələrində eyni ünvanda həmin dövrün məzənnəsi ilə 5690 manat 36 qəpik təşkil edən 3100 avro pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 4390 manat 36 qəpik məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirərək həmin məbləğin istintaqla müəyyən edilməyən hissəsini götürüb, qalan pul vəsaitini 2 avqust 2024-cü il tarixdə saat 22 radələrində ünvan 5 ünvanında yerləşən “Abu Arena” hotelinin yaxınlığında cinayətin törədilməsinə aidiyyatı olmayan, kriptovalyuta aİğı-satqısı ilə məşğul olan Şahid1 ilə görüşüb sonuncunun vasitəsi ilə “Taras” adlı şəxsin “Trustwallet.com” kriptovalyuta platformasındakı elektron pulqabı hesabına köçürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda 24390 manat 36 qəpik məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 24 iyul 2024-cü ildə birinci dəfə idi Azərbaycana gəlmişdi. Daha öncə heç vaxt Azərbaycanda olmamışdır. Kriptovalyuta ilə Fransada bir oğlan məşğul olurdu.1,5 ay müddətində o Fransada, İspaniyada olmuşdur. İspaniyada başqa şəkildə çalışırdılar. Orada adamla görüşürlər, sonra pul o adama qayıdırdı və ona faizlər verirdilər. Sonra Fransada kriptovalyuta ilə məşğul olan adam ona təklif etdi ki, sentyabr ayında Formula-1 olacaq, tranzaksiya ilə məşğul olan çoxlu insan olacaq. Bildirdilər ki, bu kriptovalyuta üçün xırda bir yatırımdır. Heç vaxt qanun pozuntusu törətməmişdir, sadəcə olaraq bu prosesi etməyə köməklik göstərirdim. Azərbaycanda Ukraynalı tapmışam. Maksim-Ukraynalıdır. Qısa müddət onunla çalışmışam. Dedilər Avropada nə ilə məşğul olurdunsa Azərbaycanda da eyni iş olacaq. Maksim dedi Taras Bakıdadır. Tarasla ümumiyyətlə görüşməmişəm. Ancaq tez-tez telefonla danışırdıq. Tarasın sözü ilə getmişdi. Pulun aqibətini Taras həll edirdi, ona isə ünvanlar verirdi. O onu pulları verən adamlarla calayırdı. Sabirlə əlaqələndirmişdirlər. Dedilər ki, ondan köçürmələr etmək olar və onunla görüşdü. Ümumi 270 manat qazanmışdır. Taras və başqa adamlar var idi. Dedilər Sabirin yanına getmək lazımdır. Pulların köçürülməsi ilə Sabir məşğul idi. Birinci dəfə kriptavalyutaya 31 iyulda 1900 dollar vermişdi. Ondan soruşdum bacıma pul göndərə bilərəm. Səhəri 100 dollar verdi, o pulu köçürdü bacıma. Mən treyderlə məşğul olduğumu demişdim. 1900 avro və qalanını manatla ödəyib. Sabirlə görüşəndə Taras deyirdi hara pulu köçürmək lazımdır. Onun QR kodunu vermişdi. Sabir öz telefonu ilə QR kodu skan elədi və pulu o cüzdana göndərdi. Dedilər ki sən qadından hesab götürəcəksən. Amma o kağız vermədi. İrinadan pulu götürdü. O hesab vermədi, ancaq pul verdi. Bacımın 17 yaşı var, onun hesabı ola bilməz. Bacım Azərbaycana gəlməli idi, ona 100 avro göndərmişdir. Görüşdüyü adamların yazıları telefonda var, whatsapp-da var. Taras dedi ki özünü Rüstəm kimi təqdim elə və pulu götür. Paket verdi amma içində nə var deyilmədi. Paketi götürüb ona 2000 dollar və 17000 avro vermişdi. Bu məbləği o görməmişdi. Bu işlə Rüstəm məşğul olmalıydı. Rüstəm 3-cü dəfə deyəndə ki pul götürmək lazımdı, mübahisə başlandı. Bura istirahət üçün gəlmişdi. Xahiş etdilər ki, özünü Rüstəm kimi təqdim elə. 31-i o Rüstəmlə görüşdü, özünü Maks kimi təqdim etmişdi. Birinci ona 1900 dollar vermişdi, o pulu Sabirə verib sonra hostelə qayıtdım. Axşam saat 11-12 arası Taras zəng etməyə başladı və harada olduğunu soruşdu. Sonra dedi ki, bir adam var sənə pul verəcək. Küçədə bir saat yarım müddət ərzində dayanmışdı. Hətta orada kamera müşahidəsi var idi. O adam harasa gətirdi, amma onlar nə işlə məşğul idi bilmirdi. O ona 1400 dollar verdi. Hostelə qayıtdı. Aldığı günü də Sabirlə görüşüb pulu ona verdi. 01 avqust səhər saat 10-da o 9400 dollar Sabirə vermişdi. Həmin günün axşamı ona zəng etdilər ki, sən gəlmişkən yenə pul götürməlisən. Sonra yeməyə getdi. 100 avro ona öz xərcləri üçün verilmişdi. 02 avqust tarixində ona zəng daxil oldu. Dedilər sənə pul veriləcək. Getdi və qadın ona 9400 manat verdi, sonra küçə adı deyibr və ora gəlməyi üçün taksi çağırmağını dedilər. Dedim adım Rüstəmdir, əşyalar olan paket lazımdır. Olqa ilə özümü Rüstəm kimi təqdim etmişəm. Çünki onunla Murad görüşməli idi, mən onu görməmişdim. Pulu aparandan sonra, ona 2100 manat və 1900 avro verdilər və ondan sonra hamısını Tarasın cüzdanına göndərdi. 18500 manat və 1050 avro Zərərçəkmiş şəxs1 məxsusdur. Pulları qəpiyinə kimi göndərib. Çıxandan sonra əşyalar ilə paket götürdü. 1800 avro götürdü və taksiyə oturdu. 1700 avro 1000 dollar dəyişdi. Pulu verəndən sonra Taras ona 3400 manat və 1000 dollar verdi onları aparıb Sabirə verdi. Bunu sübut edən köçürmələr mövcüddur. Bakıya 1 ay müddətinə gəlmişdim. Bir ay müddətinə gəlməyimin məqsədi tranzaksiya ilə məşğul olmaq idi. 5 saat qalmış geri dönüş biletini almışam. Pula görə hədə qorxu gəlməyə başladılar. İyulun 27-si getmək fikrim yox idi, onlar mənə hədə-qorxu gəlməyə başladılar və mən onlarla mübahisə etdim. Hava limanında saxladılar. Yazışma yoxdur, ancaq zənglər var. Ona yazıram hər axşam o onları silirdi. 35 avro köçürməsini xahiş etmişdi. Moldovadan Buxarestə gedirdi, ona görə elə yazmışam. Axşam saat 10:00-da Ukraynada olacağam. 600 avro var idi. Sadəcə 35 avro hostelin pulunu ödəmək üçün istəmişdim. Kartıma pul yükləyə bilmirdim. Pulum nağd idi. Hostel onlayn şəkildə bron olunurdu. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, tarix tam yadında deyil evə zəng olundu. Dedilər ki, qəza olub və tanışları qəzada xəsarət alıb. Təcili pul lazımıdır, çünki özü günahkardır yolu düzgün yerdən keçməyib onu xəstəxanadan türməyə aparacaqlar. Avtomobili sürən insanlarnan danışıqlar aparmaq lazımdır. Hadisəni elə izah elədilər ki təcili bizdən kömək üçün pul istədilər. Elə bil o zəng etmişdi, səsi dəyişilmişdi dedilər ki qəza keçirdib xəsarət aldığı üçün səsi belədir. İnanıb öz hesabından pul çıxartdı. Zəng edib məlumat verdilər ki, pulu hara aparmaq lazımdır. Məndə pulu apardım. Dedilər mənə verməlisiz məndə verdim. Axşam o qadına zəng edəndə, bilindi ki qadınla hər şey yaxşıdır. Ziyan ödənilməyib, şikayətçiyəm. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 Maksovna bildirmişdir ki, tam tarix yadında deyil. Evə zəng daxil oldu. Kişi səsi idi və rus dilində danışırdı. Qızın yolu düzgün keçməyib və qəza hadisəsinin yaranmasına səbəb olub. Bununla əlaqədar qəza baş verdi və onu avtomobil vurdu. Maşının Toyota olduğu deyilib, nömrəsi deyilmədi. Qarşı tərəf xəsarət alıb və onun da vəziyyəti ağır olduğunu bildirdilər. Qızının 1 nömrəli xəstəxanada olduğunu dedilər. Soruşanda ki, bu xəstəxana harada yerləşir. Dedilər siz bilmirsiz sizin xəstəxananız harada yerləşir. Müstəntiq olduğunu bildirdi və qarşı tərəfi xilas etmək üçün pul lazımdır. Qıza əməliyyat tələb olunur və vəziyyəti ağırdır. Dedi danışmışam siz müalicəni və əməliyyatı ödəyəcəksiniz. O da razılaşdı. Sizin nə qədər pulunuz var dedi. Sizin yanınıza adam gələcək, adı Rüstəmdir, pulu ona verərsiz. Soruşdu ki, pulu hansı şəkildə verməlidir, dedi ki torbanın içinə xalat qoyun pulu da xalatın cibinə. Necə deyildi elə etdi. Dedi telefonu qoymayın qoysaz sizə zəng olunacaq. Elə bildim ki, onu aldadır telefonu qoydu. Qoyan kimi bir dəqiqə keçməmiş zəng olundu. Sizə demişdim ki, telefonu qoymayın. Qızının evinə zəng etmə imkanı olmadı ki, öyrənsin ki həqiqətəndə bu hadisə baş verib ya yox. Telefon bloklanmışdı, zəng edə bilmirdim. Bildirdi ki, Rüstəm adlı şəxs yaxınlaşacaq, pulu ona verərsiz və onunla heçnə barədə danışmayın. Sadəcə bağlamanı ona verərsiz. O da gələndə, evə girmədi kənarda dayandı. Bağlamanı verdi, dedi Rüstəmdır. Birdə zəng daxil oldu yenə dedi ki, bilirsiz ki sizin qızınızın onurğası zədələnib əməliyyat lazımdır. Əməliyyat üçün pul lazımdır və elə məbləğlər dedilər ki dedim ödəməyə imkanı yoxdur. Dedilər o adam yenə gələcək nə qədər varsa verin. İkinci dəfə gəldi, yenə pulu verdi və bununla da bitdi. Sonra kişi səsi ona axşam saat 10:00-da yenə zəng etdi və hədələməyə başladı ki, ərizə yazmalısan. Halı pisləşmişdi. Dedi diabet xəstəsidir danışa bilmir. Axşam saat 10:00 radələrində qızına zəng etdi məlum oldu ki onu aldadıblar. Birinci dəfə 11000 manat, ikinci dəfə gələndə isə 3100 avro vermişdir. İnsult keçirmişdi. Ziyan ödənilməyim, şikayətçidir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, kriptovalyuta ilə məşğuldur. Kriptovalyuta dolların ekvivalentidir və onun Amerika banklarında olan rəsmi rezervi var. USDT dolların elektron variantıdır. Onun qiyməti qalxıb-düşmür. Hər dollar üçün bir manat qazancı olur. Rəsmi deyil deyənə birjadan yox əldən alıb satır. Teleqramda kriptovalyutanın alğı-satqısı ilə bağlı yazdılar. Birinci yazdılar ki, 9400 dollar ekvivalentindədir. Winterpark otelə yaxınlaşmağını dedi. Restoranda oturmuşdum yaxınlaşdı sonradan məlum oldu ki, o deyil. Gördüm ki,bu birinci mənə yazan adamla telefonla danışır. Gördüm ki Azərbaycan vətəndaşı deyil. Pulun mənşəyi ona şübhəli gəldi və soruşdu pul haradandır. Dedi ki, treydernən məşğuldur. Vəsaiti bacısına göndərir. Azərbaycana gəlməlidir. QR kodu göstərdi məndə oxudub 9400 dolları göndərdim. Cüzdan olduğu üçün hesab görsənmir. Səhəri günü başqa profildən birdə yazdı. Onda onu yaşadığı əraziyə çağırdı. Orada kafe var idi. Bir hissəsini avro ilə, bir hissəsini manat ilə vermişdi. Məbləğ yadında deyil, 3 məbləğ 9400, 12014 və 2955 civarlarda olmalıdır. Ordada alqğ-satqı elədik və o çıxdı getdi. Həmin günün axşamı birdə zəng elədi və dedi ki ona yenə lazımdır. Biz artıq Gənclikdə görüşdük pulu verdi, vəsaiti və çeki göndərdi çıxdı getdi. Üstündən yadında deyil nə qədər keçdi restoranın təhlükəsizlik xidmətindən ona zəng etdilər ki, bəs bura sənin görüşdüyün adamı əli qandallı gətiriblər. Səhəri gün günorta özü bölməyə getdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onların otelində qalırdı. Otelin administratoru yox, sahibidir. İttiham aktında administrator kimi qeyd edilib. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən zəng etdilər və çağırdılar. Bu adam Booking.com saytın vasitəsilə sifariş verib. Ona konum göndəriblər. Həmin gün gəldi və əşyalarını qoydu, sonra çıxdı. Axşam gəlib 2- 3 saat oturub sonra yenə çıxdı getdi. 2 günlük bron edilmişdi. 1 gecə qaldı. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v.1). İş materiallarında olan 06 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 93-94). İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v. 51-52). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild c.i.v. 111-113). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Mhkəməsinin 4(005)- 1007/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v.154-158). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 noyabr 2024-cü il tarixədək uzadılmışdır (İİ cild c.i.v.187- 191). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1323/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 yanvar 2025-ci il tarixədək uzadılmışdır (İİİ cild c.i.v.31-35). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 fevral 2025-ci il tarixədək uzadılmışdır (İİİ cild c.i.v.88-92). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 20 sentyabr 2024-cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild c.i.v. 119-121). İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, diskə zərərçəkmiş Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 görüntülərdə olan şəxsi tanıyaraq bildirmişdir ki, həmin şəxs onun yaşadığı mənzilə iki dəfə gəlib ondan pul götürdüyünü bildirmişdir (İİ cild c.i.v.29-30). İş materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-12757/24 nömrəli məktubuna əlavə edimiş bir ədəd “CD” diskə baxış keçirilərkən məyyən edildi ki, diskdə olan qeyd olunan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə olan siyahıya baxış keçirilərkən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə 02 avqust 2024-cü il tarixdə saat 16:30, 17:50 və 19:13-də **********025 nömrəsindən zənglər daxil olmuş və aralarında uzun müddətli danışıq olmuşdur(İİ cild c.i.v.157-159). İş materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 22450 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edildi ki, diskdə 03 ədəd fayl vardır. Birinci faylda Zərərçəkmiş şəxs2 Maksovnanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısı əks olunmuşdur. İkinci və üçüncü faylda müvafiq olaraq nömrənin işlədiyi anten məlumatları və abunəçilərin anket məlumatları barədə siyahılar əks olunmuşdur.Qeyd olunan fayllara baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 17:04-də Zərərçəkmiş şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsinə ********** nömrədən zəng daxil olmuş və aralarında 3532 saniyə danışıq olmuş, həmin gün saat 18:03-də ********** nömrədən, daha sonra həmin gün ərzində **********, **********, **********, **********, **********, **********, **********6, **********, **********, **********0, **********, **********, **********, **********3, ********** nömrələrindən zənglərdaxil olmuş və aralarında uzun müddətli danışıqlar olmuşdur (İİ cild c.i.v.230-231). İş materiallarında olan “bank məlumatlarına baxış keçirilməsi” haqqında 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, HTİD-OUT- 07656-2024 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edildi ki, diskdə 2 ədəd fayl və 04 ədəd fotoşəkil vardır. İlk iki faylda hesabla aparılan əməliyyatlar qeyd edilmiş, fotoşəkillərdə isə ATM terminalından hesab kartından aparılan məxaric zamanı çəkilmiş görüntülər əks edilmişdir.Əməliyyat olan siyahıya və fotoşəkillərə baxdıqda müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs1 02 avqust 2024-cü il tarixdə saat 17:24-də nəvələri ilə birlikdə istifadəsində olan "xxxx" ASC-yə aid hesab kartından 2.000 manat pul vəsaitini məxaric etmişdir (İİ cild c.i.v. 233-234). İş materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 161 xiü nömrəli məktubuna əlavə edilmiş iki vərəqdən ibarət olan çıxarışa baxış keçirilərkən müəyyən edildi ki, 02 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** stasionar telefon nömrəsinə Almaniya Federativ Respublikasına aid +**********0284, +**********6815, +**********5386, +**********4011, +**********0354, +**********8080 və +**********0406 nömrələrdən saat 17:25-dən etibarən zənglər daxil olmuş və aralarında uzunmüddətli danışıqlar olmuşdur (İİİ cild c.i.v.25-29). İş materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 156 xiü nömrəli məktubuna əlavə edilmiş iki vərəqdən ibarət olan çıxarışa baxış keçirilərkən müəyyən edildi ki, 02 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** stasionar telefon nömrəsinə Almaniya Federativ Respublikasına aid +**********3532, +**********6280 və +**********6200 nömrələrdən saat 16:21, 17:13 və 18:02-də zənglər daxil olmuş və aralarında uzunmüddətli danışıqlar olmuşdur (İİ cild c.i.v. 93-96). İş materiallarında olan “mobil telefona baxış keçirilməsi” haqqında 06 avqust 2024cü il tarixli protokoldan görünür ki,mobil telefonun üzərində "xxxx" MMC-yə aid ***-***-**-** mobil telefon nömrəsi vardır. Bundan başqa mobil telefonda olan “Telegram” mobil tətbiqinə baxış keçirilərkən arada Təqsirləndirilən şəxs +380 (50) *** ** ** nömrəsi ilə “bora" adı ilə qeydiyyatdan keçdiyi məlum olur. Profil şəklində isə öz şəklidir. “Telegram” mobil tətbiqində “Mişanya Karna” adlı şəxslə Təqsirləndirilən şəxs yazışması müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə həmin şəxsə rus dilində bir ismarıc göndərir. Tərcüməçi tərəfindən edilmiş tərcüməyə əsasən Təqsirləndirilən şəxs “Mişan salam. Sənə yenə kömək üçün yalvarıram. Buxareste gedirəm, orada saat 12 üçün olaram, nə olarmənə xosteldə otaq götürə bilməyim üçün 35 evro göndər, xahiş edirəm, yalvarıram. Mən bu gün Moldovadan demək olar ki, qaçmışam. Sabah Bakı şəhərinə uçuşum var, ora işləməyə gedirəm. Orada bir iki günə iki yüz sənə göndərərəm” məzmunlu ismarıc göndərmişdir.Bundan başqa “Telegram" mobil tətbiqində Təqsirləndirilən şəxs “Ukraynalılar Azərbaycanda” adlı teleqram kanala üzv olduğu görünür. Lakin həmin kanala baxış keçirilərkən Təqsirləndirilən şəxs orada iş barədə elan verməsi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin qrupda Bakı şəhərində ucuz taksi proqramı barədə məlumat verilməsi üçün yazmışdır. Həmçinin Ukrayna vətəndaşı olaraq Bakı şəhərində nə qədər müddətdə qala bilməsi barədə məlumat istəmişdir.Bundan başqa mobil telefonun kontakt bölümündə +380 (97) *** ** ** nömrəsi “Taras” adı ilə qeydə alınmışdır (İ cilda c.i.v 72-77). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİİ cild c.i.v. 126-128). İş materiallarında olan 12 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild c.i.v.203). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunması məqsədəuyğundur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 Etibar oğluna ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 05 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) Ukrayna Respublikasının vətəndaşı olduğundan təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü iltarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs (Борейко Роман Володимирович) hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 Etibar oğluna ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar