Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-121/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx xxx 2020-ci il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulu ilə hazırlanmış, təmiz çəkisi 0,306 qram narkotik vasitə olan heroini Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” adlanan ərazidə yerləşən yeni tikilən binaların yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Elxan adlı şəxsdən alaraq üstündə saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə, saat 15:20-də ünvan 2 ünvanının qarşısında Səbail RPİ-nin Narkomaniyaya qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibindən “Davidoff” markalı siqaret qutusunda gümüşü rəngli siqaret kağızına bükülmüş 6 (altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,048 qram, 0, 057 qram, 0,060 qram, 0,042 qram, 0,056 qram, 0,043 qram; ümumi çəkisi 0,306 qram maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə o, əvvəllər tanıdığı Elxan adlı şəxslə əvvəllər yaşadığı “Ag şəhər” ərazisində rastlaşmış, Elxandan şəxsi istifadəsi ücün narkotik vasitə olan heroin almışdır. Elxan isə 35 manat müqabilində 6 büküm narkotik vasitə olan heroin vermişdir. Narkotik vasitəni alıb yaşadığı evə çatan zaman, yaşadığı ünvan 3 ünvanının qarşısında polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu polis bölməsinə dəvət etmişlər. Bölmədə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələrini izah etmişlər və müdafiəçinin iştirakı ilə üzərində olan əşyaları könüllü təqdim etməyini təklif etmişlər. O, Elxan adlı şəxsdən aldığı, əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibindəki “Davidoff” markalı siqaret qutusuna qoyduğu 6 (altı) ədəd gümüşü rəngdə siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb polisə təqdim etmişdir. Üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar göstərmişdir ki, uzun illərdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq narkotik vasitə olan heroini müxtəlif üsullarla könüllü olaraq qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almış və bu cür əmələ görə əvvəllər məhkum olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu «Ag şəhər»də yerləşən yeni tikililərinlərin yaxınlığında Elxan adlı şəxsdən 35 manata şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni 6 (altı) ədəd bükümdə almışdır, özü bükümlərə bükməmişdir. Dəfələrlə gedib-gəlməməyi üçün birdəfəlik alır və qəbul etdikdən sonra heç bir yerə çıxmır. Heroini gündə iki, yaxud üç dəfə qəbul edir və hər dəfədə iki bükümü istifadə edir, ona görə də 6 büküm onu elə də uzun müddət görmür. O, 20 ildən artıq müddətdir narkotik vasitə qəbul edir. Əldə edib saxladığı narkotik vasitə olan heroini heç bir şəxsə satmaq və ya hədiyyə etmək niyətində olmamış, şəxsi istifadəsi ücün əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatına əsasən ünvan 4 mənzil 7 ünvanında yaşayan İslam adlı şəxsin narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tədbir həyata keçirilmiş və xx xxx 2020-ci il tarixdə saat 15:20-də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 5 mənzil 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və Səbail RPİ-nin 8-ci PB-nə dəvət edilmişdir. Bölmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsi və qəbulu ilə məşğul olmasında şübhəli bilinən şəxsin üzərinə baxış keçirilməsi üçün raport tərtib edilərək Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq protokolla Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal olunan narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edən əşyaları təqdim etməsi təklif edilmiş, İslsm Qurbanov könüllü olaraq əynində olan göy rəngli cins şalvarın arxa cibindən “Davidoff’ markalı siqaret qutusunu çıxararaq masanın üstünə boşaldan zaman qutunun içindən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm düşmüş, Təqsirləndirilən şəxs siqaret kağızına bükülü olan «toz» şəkilində əşyanın narkotik vasitə olan heroin olduğunu və heroini öz istifadəsi üçün xx xxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” ərazisində Elxan adlı şəxsdən alaraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə iclasında Səbail rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin sabiq əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 qeyd etdiyi xususatları təsdiq etdi. Cinayət işində olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında həmin bölmənin baş təhqiqatçısı, polis mayoru Mahir Feyzullayev masanın arxasında, masaya bitişik qarşı masanın sol tərəfində 3№ Hüquq Məsləhətxanasının vəkili X8 əyləşmiş, masanın sağ tərəfində ayaq üstə əynində qara rəngli gödəkcə, tünd göy rəngli şalvar, gözündə böyüdücü eynəyi olan Təqsirləndirilən şəxs dayanmış, sonuncunun sol tərəfində mülki geyimdə Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sağ tərəfində Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5 ayaq üstə dayanmışlar. Bölmənin baş təhqiqatçı M.Feyzullayev baxışda iştirak edən şəxslər barədə məlumat verir, ondan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən hüquq və vəzifələrini izah edir, ona təklif edir ki, üzərində olan şübhəli əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən siqaret qutusu çıxararaq qapağını açıb, stolun üstünə boşaldır. Qutunun içindən əvvəlcə 4 (dörd) ədəd kiçik ölçüdə selofan kağıza bükülmüş içərisində ağ maddə olan bükümlər düşür, sonra Təqsirləndirilən şəxs qutunu təkrar silkələyərək stolun üstünə boşaldan zaman 2 (iki) ədəd əlavə büküm masanın üstünə düşür. Təqsirləndirilən şəxs qeyd olunan bükümlərdəki maddənin “kokos” adlanan narkotik vasitə olan “Heroin” olduğunu, həmin narkotik vasitəni xx xxx 2020-ci-ci il tarixdə saat 13:00 radələrində “Ağ şəhər” ərazisində Elxan adlı şəxsdən aldığını deyir. xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 6/890 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq ....” əl yazıları və AR DİN “Zərflər üçün №52” möhür əksi olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,057 qram, 0,060 qram, 0,042 qram, 0,056 qram, 0,043 qram; ümumi çəkisi 0,306 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İlkin tədqiqat zamanı kütlənin təmiz çəkisi 0,306 qram təşkil etmişdir. Tədqiqata 0,06 qram sərf edilmişdir, qalıq – 0, 246 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunda gümüşü rəngli siqaret kağızına bükülmüş 06 bükümdə keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 1576 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifalə etməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 14.00-da Səbail RPİ-nin X4 azad olunmuşdur. xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs nakotik vasitəni Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” adlanan ərazidə satmış “Elxan” adlı şəxsin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzanın 05 (beş) ay 13 (on üç) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək,yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 mənzil 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 1576 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,246 qram (ilkin təmiz çəkisi 0,306) kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Lakin Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqdim edilmiş hesabatda göstərilən 300 (üç yüz) manat məbləği məhkəmə tərəfindən ağlabatan hesab edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq dövründə müdafiə edilməsinə görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X6 210 (iki yüz on) manat məbləğində vəsaitin ayrılmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsistintaq dövründə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün tutularaq həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 mənzil 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R disk (şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X8 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 210 (iki yüz on ) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (bir yüz iyirmi ) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-121/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-121/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver