Məhkəmə qərarları › İş №1(009)-121/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-121/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-121/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2 nümayəndəsi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 07 sentyabr 2021-ci il tarixdə xx xxxx 1959-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək bankdan kredit götürməsi üçün “Biznes plan” yazacağı adı ilə yalan vəd verib aldadaraq hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2014-cü ilin noyabr ayının 1-dən dekabr ayının 4-dək olan müddətdə, birinci dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 1000 manat, ikinci dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 500 manat, üçüncü dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 500 manat, dördüncü dəfə metronun “Xətai” stansiyası yaxınlığında 800 manat, beşinci dəfə “Koroğlu” heykəlinin yaxınlığında “Kuala park” adlanan ərazidə 300 manat, altıncı dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 1000 manat, yeddinci dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 500 manat, səkkizinci dəfə metronun “Gənclik” stansiyası yaxınlığında 400 manat, doqquzuncu dəfə 04 dekabr 2014-cü il tarixdə metronun “20 Yanvar” stansiyası yaxınlığında Azərbaycan manatı ilə məzənnəsi 784,5 manat təşkil edən 1000 ABŞ dolları pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 5784,5 (beş min yeddi yüz səksən dörd manat əlli qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs2 övladı Nərmin Rzayevanı ali məktəbə qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, metronun “Sahil” stansiyası yaxınlığında 5000 manat, 2015-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu, metronun “İçərişəhər” stansiyası yaxınlığında həmin tarixdə Azərbaycan manatı ilə məzənnəsi 5249,5 manat təşkil edən 5000 ABŞ dollarını və 2015-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, metronun “İçərişəhər” stansiyası yaxınlığında 2000 manat pulunu alıb ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 12.249,5 (on iki min iki yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Akif və Sevda Rzayevləri tanışı Şahid4 vasitəsilə tanımışdır. Şahid4 bir nəfər tanışının olduğunu və övladı ali məktəbə qəbul olmadığı üçün ali məktəbə qəbul olunmasında köməklik lazım olduğunu dedikdə o, bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra Akif və yoldaşı Sevda Rzayevə ilə 2015-ci ilin iyul ayında “Gənclik” metrostansiyasının yaxınlığında, “Atatürk” parkında görüşmüşlər. Söhbət zamanı Akif və Sevda övladlarını İnşaat və Memarlıq universitetinə düzəltmək istədiklərini bildirmişlər və bu barədə onun kömək etməyini xahiş etmişlər. O, da bankda məsul vəzifə daşıyan tanışı X6 ilə məsləhətləşib, Tofiqin bu məsələyə dair kömək edə biləcəyini öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 məlumat verəcəyini bildirmişdir. O, Tofiqlə məsləhətləşdikdən sonra Tofiq ona Memarlıq və İnşaat Universitetində prorektor işləyən Fərhad adlı tanışının olduğunu və Fərhadın bu işi həll edə biləcəyini bildirmişdir. Daha sonra Tofiq ona Fərhadla danışdığını və həmin işin 20.000 manata alına biləcəyini demişdir. O, bu barədə Akifə telefon vasitəsi ilə məlumat vermişdir. Akif həmin qiymətə imkanları olmadığını dedikdə o, yenidən Tofiqlə danışıb, Akifin 20.000 manata maddi imkanının olmadığını demişdir. Tofiq isə Fərhadla məsləhətləşib həmin işin 18000 manata düzələ biləcəyini demişdir. Bu barədə o, Zərərçəkmiş şəxs2 demiş, Akif razılaşdıqdan sonra o, Akifin fikrini Tofiqə çatdırmış və ilkin olaraq Zərərçəkmiş şəxs2 2015-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında 5000 manat pul almışdır. Daha sonra 2015-ci ilin oktyabr və noyabr ayları ərzində Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrosunun yaxınlığında 5.000 ABŞ dolları və 2.000 manat da pul almışdır. Bundan sonra işi düzəltmək üçün pul verdiyi adam ölmüş və o, Zərərçəkmiş şəxs2 söz verdiyi işi düzəldə bilməmişdir. Belə olduqda o, Şahid4 bu barədə bildirmişdir. 2016-cı ilin yanvar ayında Şahid4, Sevda Rzayevə və Zərərçəkmiş şəxs2lə “Sahil” bağının yaxınlığında görüşmüşdür. O, pul verdiyi adamın öldüyünü və pulu özünün qaytaracağını demişdir. 2016-cı ilin iyul ayında səhər saatlarında Sevda Rzayea ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Bu məqsədlə o, “Sahil” bağına gəlmiş və Sevda Rzayevə ilə görüşmüşdür. Onlar yenə söhbət etdikdə o, pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Həmin vaxt onun tanışı olan Mətanət yanında bir nəfər tanımadığı şəxslə “Sahil” metrostansiyasının yaxınlığında ona yaxınlaşmışdır. Həmin şəxs Mətanətin tanışı olduğunu və söhbət eləmək istədiyini bildirmişdir. Bu məqsədlə onlar “Dənizkənarı Milli park” da kafedə əyləşərək söhbət etmişlər. Söhbət zamanı həmin şəxs adının Rahib olduğunu, əslən Şuşalı olduğunu və Mətanətin pulunu almağa gəldiyini bildirmişdir. O, Mətanəti Asif adlı şəxs vasitəsi ilə tanımışdır. Tanışlıqları zamanı Mətanət onun ixtisasca iqtisadçı olduğunu bildikdən sonra bankdan kredit götürməsi üçün “Biznes plan” yazmağını xahiş etmişdir. Mətanət “Biznes plan” yazmaq üçün ona xidməti haqqı olaraq hissə-hissə olmaqla ümumilikdə 3900 manat pul vermişdir. Sonra “Biznes planı” təqdim etsə də, manatın məzənnəsi aşağı düşdüyündən Mətanət həmin “Biznes planı” istəməmiş və ona verdiyi pulu geri istəmişdir. O, həmin Rahib adlı şəxsə avqust ayının 1-nə kimi Mətanətin pulunu verəcəyini bildirmişdir. Bu zaman Rahib ondan sürücülük vəsiqəsini almışdır ki, Mətanətin pulunu verdikdən sonra qaytarsın. 2016-cı ilin avqust ayının 3-də o, Rahibə yığaraq görüşmək istədiyini bildirmişdir. Rahib “Zabitlər bağı”nın yaxınlığında olduğunu dedikdə o, həmin yerə getmiş və Rahibə 1.500 manat pul vermişdir. Qalan pulu isə 10-15 günə verəcəyini bildirmişdir. Avqust ayının 19-21 arası o, yenə Rahiblə “Xalqlar dostluğu” metrosunun yanında görüşmüşdür. Bu görüşdə o, Rahibə 3.500 manat da pul vermişdir. O, Rahibdən sürücülük vəsiqəsini istədikdə Rahib sonra verəcəyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Rahib ona zəng vurmuş və onlar “Xalqlar dostluğu” metrosunun yaxınlığında, “Heydər park”da görüşmülər. Həmin görüşdə Rahib, Zərərçəkmiş şəxs2 də pulunu qaytarmaq lazım olduğunu bildirmişdir. O, Rahibin bu işə qarışmamasını demişdir. Bundan sonra Rahib zəng vuraraq Zərərçəkmiş şəxs2 çağırmışdır. Həmin vaxt o, Akifə Rahibi niyə onun üstünə gətirdiyini soruşduqda Akif pulu qaytarmadığını, buna görə də Rahibdən kömək istədiyini bildirmişdir. Belə olduğu təqdirdə o, həmin pulu Rahibə verəcəyini demiş və oradan getmişdir. Bundan sonra Rahib dəfələrlə ona zəng vuraraq Zərərçəkmiş şəxs2 pulunu qaytarmaq lazım olduğunu deyirmiş. O, isə hər dəfəsində Rahibə oktyabr ayında pulu düzəldə biləcəyini demişdir. Bundan sonra 2016-cı ilin oktyabr ayında o, Rahiblə “Atatürk” prospektində görüşmüş və Rahibə 5500 manat pul vermişdir. Daha sonra o, Rahiblə “Hüseyn Cavid” prospekti yaxınlığında görüşərək 5000 ABŞ dolları və 3500 manat da pul vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun ali məktəbə qəbul qaydaları barədə məlumatı yoxdur. O, Tofiqin sözünə inanaraq Fərhadın İnşaat və Memarlıq Universitetində prorektor işlədiyini bilirmiş. Əlavə olaraq Akif və Sevda Rzayevlər də pulu ona verməmişdən öncə Universitetdə həmin şəxsin işlədiyini dəqiqləşdirib ona demişdilər. Bundan başqa o, Fərhadın anket məlumatlarını bilməmişdir. Digər şəxs isə X2r. Tofiq 2017-ci ildə rəhmətə getmişdir. O, bildiyi qədər Fərhad da rəhmətə getmişdir. Rahiblə görüşdə Zərərçəkmiş şəxs2 də gəlmiş və özünə çatacaq pulu Rahibə verməyini təkid etmişdir. O, da Akifin istəyinə uyğun olaraq pulu Rahib vasitəsi ilə Akifə çatdırmışdır. Onun barəsində Nərimanov rayon məhkəməsində cinayət işi olmuş və Rahib ona söz vermişdir ki, onun işinə köməklik edəcək. Buna görə də o, Rahibə əlavə olaraq 2000 manat pul vermişdir. Lakin Rahibin ona heç bir köməyi dəyməmişdir. O, 2016cı ilin dekabr ayında Nərimanov rayon məhkəməsi tərəfindən 1 il 6 ay azadlıqdan məhrum edilmişdir. O, cəzaçəkmə müəssisəsində olan zaman Mətanət və Şahid1 onun yanına gələrək öz pullarını istəmişlər. O, pulu Rahibə verdiyini demişdir. Bu zaman Mətanət Rahibin 1500 manat pul verdiyini Sevda Rzayevə isə ümumiyyətlə Rahibin pul vermədiyini demişdir. Belə olduğu təqdirdə o, yazılı surətdə söz vermişdir ki, cəzaçəkmə müəssisəsindən azad oldunduqdan sonra pulları qaytaracaq. Zərərçəkmiş şəxs2 həmin 5.000 ABŞ dolları və 7.000 manat pulu onun X6 vasitəsi ilə İnşaat və Memarlıq Universitetində işləyən Fərhada verdiyini bilirmiş və Zərərçəkmiş şəxs2 istəyinə uyğun olaraq həmin pul vəsaiti Tofiq Əliyev vasitəsi ilə Fərhada verilmişdir. Tofiqdən əvvəl 2015-ci ilin dekabr ayında Fərhad ölmüşdür. Bundan sonra o, Tofiqdən Zərərçəkmiş şəxs2 pulunu kimin qaytaracağını soruşduqda Tofiq bildirmişdir ki, müəyyən müddət ərzində özü həmin pulu qaytaracaq. Buna görə də narahat olmamağı bildirmiş və xahiş etmişdir ki, o, özü Zərərçəkmiş şəxs2 bildirsin ki, həmin pul qaytarılacaq. Buna görə də o, Tofiqin sağlığında özü Zərərçəkmiş şəxs2 pulu qaytaracağına söz vermişdir və bu barədə qəbz yazmışdır. Həmçinin onun Tofiqlə yaxın münasibəti olduğu və Tofiqin ondan dəfələrlə xahiş etdiyi üçün o, Tofiqin barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmiş və pulu verməsini gözləmişdir. 24 aprel 2016-cı il tarixli qəbzdə 5.000 ABŞ dolları və 7.000 manat yazmaq istəmiş, ola bilsin ki, həmin vaxt mexaniki olaraq səhvən 5.000 ABŞ dolları və 10.000 manat yazmışdır. Ona elan olunmuş ittihamla ona görə özünü təqsirli bilməmişdir ki, ifadəsində də qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitini Akifin istəyinə uyğun olaraq X3 vermişdir. Tofiq isə həmin pulu Fərhada vermişdir. Bundan sonra həmin şəxslər öldüyü üçün o, pulları Rahibin vasitəsi ilə Akifə qaytarmış və o, Akifdən pulu alarkən dələduzluq niyyəti olmamış, Akifin istəyinə uyğun olaraq həmin pullar Tofiq vasitəsi ilə Fərhada çatdırılmışdır. Mətanətdən aldığı pullarla bağlı bildirmişdir ki, o, Mətanəti Asif adlı şəxs vasitəsi ilə tanımış, tanışlıq zamanı Mətanət onun ixtisasca iqtisadçı olduğunu bildikdən sonra bankdan kredit götürməsi üçün “Biznes plan” yazmağını xahiş etmişdir. Mətanət ona “Biznes plan” yazmaq üçün xidməti haqqı olaraq hissə-hissə olmaqla ümumilikdə 3900 manat pul vermişdir. Sonra “Biznes planı” təqdim etsə də, manatın məzənnəsi aşağı düşdüyündən Mətanət həmin “Biznes planı” istəməmiş və ona verdiyi pulu geri istəmişdir. O, da xidmət haqqı olaraq götürdüyü pulu Mətanətin istəyinə uyğun olaraq Rahib vasitəsi ilə Mətanətə qaytarmışdır. Mətanət bildirmişdir ki, ona verdiyi 3900 manat pulu faizlə götürmüş və əlavə olaraq 1100 manat maddi ziyan çəkmişdir. Buna görə də o, Mətanətə 5000 manat qaytaracağını demişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyəcəyini, Zərərçəkmiş şəxs1 borcunun olmamasının, əməlindən qismən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2014-cü ildən tanışı vasitəsilə tanıyır. Həmin vaxt Vidadi, “Texnika bank” da işlədiyini demişdir. O, zaman Mətanət bankdan kredit götürmək istəmişdir. Həmin kreditlə o, kənd təsərrüfatı işləri ilə məşğul olmaq fikrində olmuşdur. Bankdan kredit götürmək üçün ona biznes plan yazılmalı olmuşdur. Təqsirləndirilən şəxs biznes planı yaza biləcəyini demiş və bunun üçün ondan 5.000 manat pul istəmişdir. O, Vidadiyə 5.000 manat və əlavə olaraq da 1.000 ABŞ dolları pul vermişdir. Sonradan manatın məzənnəsi düşdükdə “Texnika bank” bağlanmış və Təqsirləndirilən şəxs ona söz verdiyi Biznes planı yazmamışdır. Belə olduğu təqdirdə o, Təqsirləndirilən şəxs verdiyi pulları geri istəmişdir. Vidadi isə pulları geri qaytaracağını demiş, lakin qaytarmamışdır. O, dəfələrlə Vidadi ilə telefon əlaqəsi saxlamağa çalışsa da Vidadi artıq telefonlara cavab verməməyə başlamışdır. Belə olduğu təqdirdə o, Vidadi vasitəsilə tanıdığı Şahid4 zəng vurmuş və Erginə Vidadi ilə görüşmək istədiyini bildirmişdir. Ergin Vidadi ilə “Sabir” bağının yaxınlığında görüşəcəyini demişdir. Belə olduqda o, da ora getmişdir. Təxminən 2016-cı ilin yanvar ayında o, “Sabir” bağına getdikdə orada Şahid4lə əvvəllər tanımadığı bir qadının olduğunu görmüşdür. Şahid4 artıq Vidadinin getdiyini demişdir. O, orada olan qadının adının Sevda olduğunu və Sevdanın da Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun alındığını öyrənmişdir. Bundan sonra o, Sevdanın mobil nömrəsini götürmüş və Sevda ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs onun telefonlarına cavab vermədiyi üçün o, Sevdadan xahiş etmişdir ki, Vidadi ilə görüşəndə ona xəbər eləsin. Təxminən 2016-cı ilin iyul ayında Sevda ona zəng edərək Vidadi ilə “Sahil” bağında görüşəcəyini demişdir. Belə olduğu təqdirdə o, ailəvi tanışları olan Şahid3la birlikdə “Sahil” bağına getmişlər. Kənardan o, Vidadi ilə Sevdanın söhbət etdiklərini görmüş və onların ayrılmasını gözləmişdir. Onlar ayrıldıqdan sonra o, Rahiblə Vidadinin arxasınca gedib “Sahil” metrosunun yaxınlığında Vidadiyə yaxınlaşmışdır. Onlar gedib bir yerdə söhbət eləmişlər. Söhbət zamanı Rahib Vidadiyə pulu qaytarmasını, gördüyü işin düzgün olmadığını demişdir. Bundan sonra Rahib Vidadi ilə kənara çəkilərək bir qədər söhbət etdikdən sonra gələrək Vidadinin avqust ayının axırına kimi pulu qaytaracağını demişdir. Bundan sonra Rahib ona 1.000 manat pul vermiş və Vidadinin bu qədər pul verdiyini, qalan pulu isə ayın axırına kimi verəcəyini demişdir. Avqust ayının axırı çatdıqda o, Rahibdən bu barədə soruşduqda Rahib Vidadiyə zəng vurduğunu və Vidadinin telefonlara cavab vermədiyini demişdir. 2017-ci ilin əvvəllərində cəzaçəkmə müəssəsindən Təqsirləndirilən şəxs ona zəng vuraraq azadlıqdan məhrum edildiyini və çıxdıqdan sonra pulları qaytaracağını demişdir. O, bu barədə Sevdaya yığaraq məlumat vermişdir. Bundan sonra o, Sevdayla cəzaçəkmə müəssisəsinə gedərək Vidadi ilə görüşmüş və Vidadi onlara yazılı surətdə söz verərək bildirmişdir ki, cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra pulları qaytaracaqdır. 2018-ci ilin yanvar ayında Vidadi azadlığa çıxdıqda ona zəng vuraraq pulları qaytaracağını demiş, lakin verdiyi vədə əməl etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Vidadidən pulun alınmasını Rahibdən xahiş etmişdir. Qeyd etdiyi Şahid3 ailəvi tanışıdır. Sevda Rzayevə ilə Şahid3 o, tanış etmiş və Şahid3 onun və Şahid1 pulunu Təqsirləndirilən şəxs alacağını demişdir. Şahid1 Təqsirləndirilən şəxs pulunu almağını Şahid3 istəməmişdir, Şahid3 o, özünə məxsus pulları Təqsirləndirilən şəxs almasını istəmişdir. Sonradan Rahib biləndə ki, Vidadi Şahid1 da pul verməlidir, o, Rahibdən xahiş etmişdir ki, Sevda xanıma da köməklik etsin və Sevdanın da pulunu Vidadidən alsın. O, Təqsirləndirilən şəxs 5000 manat və 1000 ABŞ dolları vermiş və 2016-cı ilin avqust ayı ərzində Rahib ona Vidadinin 1000 manat pul verdiyini demiş və həmin pulu ona vermişdir. Qalan pulu isə avqustun axırına kimi verəcəyini demişdir. Təqsirləndirilən şəxs ona “Biznes plan” yazmaq üçün 5000 manat pul lazım olduğunu demişdir. Buna görə də o, ilk dəfə 2014-cü ilin noyabr ayının əvvəlində “Gənclik” metrosunun yaxınlığında 1000 manat, ikinci dəfə “Gənclik” metrosunun yaxınlığında 500 manat, üçüncü dəfə yenə də “Gənclik” metrosunun yaxınlığında 500 manat pulu Vidadi ilə görüşərək vermişdir. Daha sonra 800 manat pulu “Xətai” metrosunun yaxınlığında, 300 manat pulu “Koroğlu” heykəlinin yaxınlığında “Kuala park” adlanan ərazidə, 1000 manat pulu “Gənclik” metrosunun yaxınlığında, daha sonra 500 manat və 400 manat pulu yenə də “Gənclik” metrosunun yaxınlığında Vidadi ilə görüşərək vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Bundan sonra Vidadi ona bildirmişdir ki, işin tez həll olunması üçün əlavə olaraq 1000 ABŞ dolları da pul lazımdır. Belə olduqda o, dekabr ayının 4-də “20 Yanvar” metrosunun yaxınlığında Vidadi ilə görüşərək Vidadiyə 1000 ABŞ dolları vermişdir. O, bütün görüşlərdə Vidadi ilə tək görüşmüş və qeyd etdiyi məbləğləri Vidadiyə tək vermişdir. O, Vidadiyə qeyd etdiyi pulları 2014-cü ilin noyabr ayının 1-dən dekabr ayının 4-dək olan müddətdə vermişdir.Təqsirləndirilən şəxs ona kredit götürməyi üçün həmin pulun qarşılığında “Biznes plan” yazmamışdır. Vidadi onu aldadaraq ona məxsus pulları ələ keçirmişdir. O, 2016-cı il tarixdə ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş və Təqsirləndirilən şəxslə qeyd olunan mobil nömrə ilə əlaqə saxlamışdır. 03.06.2016-cı il tarixdə yazılmış sms mətni ilə bağlı bildirmişdir ki, həmin vaxt o, Sevda xanımın Vidadini polisə verəcəyini nəzərdə tutmuş və bu formada deməyə çalışmışdır ki, Vidadi gətirib onun və Sevda xanımın pulunu qaytarsın. 06.06.2016-cı il tarixdə olan mətnlə bağlı bildirmişdir ki, həmin vaxt Vidadi bildirmişdir ki, guya özünün Yapıkredi bankda tanışı var və həmin tanışı vasitəsi ilə pul götürüb, onun və Sevda xanımın pulunu verəcək, lakin sonradan məlum olmuşdur ki, Vidadi yenə də yalan danışır. 08.06.2016-cı il tarixdə də yazılmış mətndə eyni qaydada Vidadi bildirmişdir ki, guya onlara Yapıkredi bankdan zəng edəcəklər, lakin heç kim zəng etmədiyindən o, Vidadiyə bu formada mətn göndərmişdir. 09.06.2016 və 10.06.2016-cı il tarixlərdə yazılmış mətnlərlə bağlı bildirmişdir ki, həmin vaxt Vidadi öz dostu üçün ondan brilyant üzük istəmişdir. Onun bacısı üzük alqı-satqısı ilə məşğul olduğu üçün o, bacısından üzük götürmüşdür. 20.08.2016-cı il tarixdə yazılmış mətnlə bağlı bildirmişdir ki, həmin mətndə o, tanışı Hacı Rahibi nəzərdə tutmuşdur. Həmin vaxt Rahib demişdir ki, Vidadi söz verib ki, pulu qaytaracaq və Vidadiyə vaxt versinlər. Ona görə də o, bu formada Hacı bilməsin yazmışdır. 13.11.2016-cı il tarixdə yazılmış mətnlə bağlı bildirmişdir ki, həmin vaxt o, Vidadini narahat etmək üçün guya prokurorluğa şikayət etdiyini demişdir ki, Vidadi bu formada narahat olsun və onların pullarını qaytarsın. 16.11.2016-cı il tarixli və 19.11.2016cı il tarixli mətnlərlə bağlı bildirmişdir ki, o, yenə də Vidadiyə guya prokurorluğa şikayət etdikərini demişdir ki, Vidadi narahat olub pulları qaytarsın. Həmçinin Hacı, Vidadi üçün xahiş edib onlardan vaxt istəmişdir. Buna görə də o, bu formada Hacıya hörmət etdiklərini buna görə gözlədiklərini demişdir. Zərərçəkmiş şəxs1 həmçinin Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməli olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə övladı kifayət qədər bal toplamadığı üçün ali məktəbə qəbul olmamışdır. İyul ayında o və yoldaşı Rzayeva Sevda tanışları olan Şahid4 adlı şəxslə görüşüb danışarkən Ergin, Təqsirləndirilən şəxs adlı tanışı olduğunu və Vidadinin ali məktəbə daxil olmayan şəxslərin işlərini müəyyən pul alması müqabilində təşkil etdiyini, bu barədə Vidadi ilə görüşüb danışacağını demişdir. Bundan sonra Ergin Vidadinin telefon nömrəsini onlara vermişdir. O, Təqsirləndirilən şəxslə telefonla danışmış və vaxt təyin edərək 2015-ci ilin iyul ayında “Gənclik” metrosu yaxınlığında, “Atatürk” parkında görüşmüşdür. Görüş zamanı onlar söhbət edərkən Vidadi övladını ali məktəbə qəbul etdirə biləcəyini, bunun üçün 20000 manat pul lazım olduğunu bildirmişdir. Onlar həmin qiymətə imkanlarının çatmadığını dedikdə, Vidadi 18000 manata işi görə biləcəyini demişdir. Bundan sonra Vidadi övladının orta məktəb sənədlərini götürmüşdür. Bir həftədən sonra Vidadi sənədlərin Təhsil Nazirliyinə göndərildiyini və müsbət cavab verildiyini bildirərək, 5000 manat pul istəmişdir. O, həmin pulu Mikro kredit bank olmayan kredit təşkilatından alaraq yoldaşı Şahid1 ilə birlikdə “Sahil” metrostansiyasının çıxışında Vidadi ilə görüşərək Vidadiyə vermişlər. Aradan 2-3 həftə keçmiş, 2015-ci ilin avqust ayında Vidadi yenə pul lazım olduğunu bildirmişdir. Bu zaman onlar qonşudan pul alaraq Vidadiyə 5000 ABŞ dolları pulu Səbail rayonu, “İçərişəhər” metrosunun yaxınlığında vermişlər. 2015-ci ilin sentyabr ayının əvvəllərində onlar qəbul məsələsi ilə bağlı maraqlananda Vidadi yenə də pul lazım olduğunu bildirmiş və o, həyat yoldaşı ilə sentyabr ayında yenidən “İçərişəhər” metrosunun yanında Vidadi ilə görüşərək 2000 manat da pul vermişlər. Nəhayət sentyabr ayının axırında Vidadidən qəbul məsələsi ilə maraqlandıqda Vidadi onlara müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, işi düzəltmək üçün pul verdiyi adam ölüb və pul özü tərəfindən qaytarılacaqdır. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə Vidadi ilə dəfələrlə görüşmüşdür. Hər görüşdə Vidadi pulu qaytaracağını demiş və vaxt istəmişdir. Bu yolla Vidadi onları 2018-ci ilin mart ayına qədər aldadaraq pulu qaytarmamışdır. Həyat yoldaşı Şahid1 2016-cı ilin yanvar ayında Vidadi ilə görüşərkən Mətanət adlı bir xanımla tanış olmuş və bilmişdir ki, Mətanət də Vidadiyə pul vermiş və Vidadi Mətanətin də pulunu qaytarmamışdır. 2017-ci ilin əvvələrində onlar öyrənmişlər ki, Vidadi azadlıqdan məhrum edilmişdir. Bu zaman həyat yoldaşı və Mətanət cəzaçəkmə müəssisəsinə gedərək Vidadi ilə görüşmüş və Vidadi yazılı söz verərək bildirmişdir ki, azadlığa çıxdıqdan sonra pulu qaytaracaqdır. Təxminən 2018-ci ilin yanvar ayında Mətanət həyat yoldaşı Şahid1 ilə əlaqə saxlayaraq Vidadinin azadlıqda olduğunu bildirmişdir. Bundan sonra onlar Mətanətə Vidadi ilə danışmasını və görüşmək istədiklərini bildirmişlər. Daha sonra o və həyat yoldaşı Şahid1 “İçərişəhər” metrosunun yaxınlığında Vidadi ilə görüşmüşlər. Vidadi yenə də onları aldadaraq pulu qısa müddətə qaytaracağını demişdir. 2018-ci ilin mart ayında onlar telefonla Vidadi ilə danışdıqda Vidadi mart ayının 25-də bütün pulu qaytaracağını demişdir. Martın 25-də o, Vidadi ilə telefon əlaqəsi saxladıqda Vidadi pulunun olmadığını və verə bilməyəcəyini bildirmişdir. O, Vidadiyə polisə müraciət edəcəyini bildirdikdə Vidadi ona, “hara istiyirsən şikayət et” demişdir. Bundan sonra onlar hüquq mühafizə orqanlarına müraciət etmişlər. Ümumilikdə o, həyat yoldaşı Şahid1 ilə birlikdə 7000 manat və 5000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. O, Rahib adlı şəxsi Mətanətin tanışı olaraq bilmişdir. Həmin şəxslə heç bir münasibəti olmamışdır. 2016-cı ilin avqust ayında Vidadi ona zəng edərək “Xalqlar dostluğu” metrosunun yaxınlığına çağırmışdır. O, ora getdikdə görmüşdür ki, Vidadi Rahiblə kafedə oturub çay içir. O, yaxınlaşdıqda Vidadi özünə zəng gəldiyini deyərək getmək istəmişdir. O, Vidadini saxlamış və pulunu tələb etmişdir. Vidadi isə gedib pul götürüb gələcəyini demiş və getmişdir. Həmin vaxt onların arasında elə bir söhbət olmamışdır. O, ümumiyyətlə Rahibdən onun pulunu Vidadidən almasını istəməmişdir. X8 pul verməsindən onun məlumatı yoxdur. İlkin olaraq olaraq Təqsirləndirilən şəxs 2015-ci ilin iyul ayında 5000 manat pulu Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrosunun qarşısında vermişdir. İkinci dəfə 2015-ci ilin avqust ayında Səbail rayonu, “İçərişəhər” metrosunun qarşısında Vidadi ilə görüşərək ona 5000 ABŞ dolları da pul vermişdir. Üçüncü dəfə 2015-ci ilin sentyabr ayında o. Vidadi ilə yenə də Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrosunun qarşısında görüşərək 2000 manat da pul vermişdir. O, bütün görüşlərə həyat yoldaşı Şahid1 ilə birlikdə getmişdir. Lakin yoldaşı kənarda dayanırmış. O, özü yaxınlaşıb Vidadiyə pulu verirmiş. Ümumilikdə o,Vidadiyə 7000 manat və 5000 ABŞ dolları pul vermişdir. Vidadi həmin pulla onun qızını ali məktəbə düzəldəcəyinə vəd verib onu inandırmışdır. Sonradan isə pul verdiyi adamın öldüyünü deyərək pulu özünün qaytaracağını bildirmiş və bu günədək də qaytarmamışdır. Vidadi onun pullarını ələ keçirdikdən sonra dəfələrlə onu aldadaraq müxətlif ünvanlarda görüşlərə çağırmış, hər görüşdə də yalan vədlər vermişdir. Ona görə də ola bilsin ki, o, istintaqa verdiyi izahatda tarixi və ünvanı dəqiq qeyd etməmişdir. O, Rahibi yalnız Mətanətin tanışı olaraq bilirmiş. Həmin şəxslə aralarında münasibət olmamışdır. O, qeyd olunan Fərhad və Tofiq adlı şəxsləri tanımır və Vidadi ona pulu həmin şəxslərə verəcəyi barədə heç bir söz deməmişdir. Həmçinin o və yoldaşı Şahid1 universitetdə Fərhad adlı şəxsin işləməsi barədə maraqlanmamışlar. Vidadi onlara bütün işi özünün görəcəyini demişdir. Sonradan isə yalnız pul verdiyi adamın öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs2 Cəli oğlu həmçinin Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməli olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə övladı kifayət qədər bal toplamadığı üçün ali məktəbə qəbul olmamışdır. İyul ayında o, və yoldaşı Zərərçəkmiş şəxs2 tanış olan Şahid4 adlı şəxslə görüşüb danışarkən Ergin, Xudiyev Vidadi Hümbət oğlu adlı tanışı olduğunu və Vidadinin ali məktəbə daxil olmayan şəxslərin işlərini müəyyən pul alması müqabilində təşkil etdiyini, bu barədə Vidadi ilə görüşüb danışacağını demişdir. Bundan sonra Ergin, Vidadinin telefon nömrəsini onlara vermişdir. O, Təqsirləndirilən şəxslə telefonla danışmış və vaxt təyin edərək 2015-ci ilin iyul ayında “Gənclik” metrosu yaxınlığında “Atatürk” parkında görüşmüşdür. Görüş zamanı onlar söhbət edərkən Vidadi övladını ali məktəbə qəbul etdirə biləcəyini bunun üçün 20.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar həmin qiymətə imkanlarının çatmadığını dedikdə, Vidadi 18.000 manata işi görə biləcəyini demişdir. Bundan sonra Vidadi övladının orta məktəb sənədlərini götürmüşdür. Bir həftədən sonra Vidadi sənədlərin Təhsil Nazirliyinə göndərildiyini və müsbət cavab verildiyini bildirərək 5000 manat pul istəmişdir. Onlar həmin pulu Mikro kredit bank olmayan kredit təşkilatından alaraq yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə “Sahil” metrostansiyasının çıxışında Vidadi ilə görüşərək vermişlər. Aradan 2-3 həftə keçmiş 2015-ci ilin avqust ayında Vidadi yenə pul lazım olduğunu bildirmişdir. Bu zaman onlar qonşudan pul alaraq Vidadiyə 5000 ABŞ dolları pulu Səbail rayonu, “İçərişəhər” metrosunun yaxınlığında vermişlər. 2015-ci ilin sentyabr ayının əvvəllərində onlar qəbul məsələsi ilə bağlı maraqlananda Vidadi yenə də pul lazım olduğunu bildimiş və o, həyat yoldaşı ilə sentyabr ayında yenidən “İçərişəhər” metrosunun yanında Vidadi ilə görüşərək 2000 manat da pul vermişdir. Nəhayət sentyabr ayının axırında Vidadidən qəbul məsələsi ilə maraqlandıqda Vidadi müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, işi düzəltmək üçün pul verdiyi adam ölüb və pul özü tərəfindən qaytarılacaqdır.Bundan sonra o, həyat yoldaşı ilə birlikdə Vidadi ilə dəfələrlə görüşmüşdür. Hər görüşdə Vidadi pulu qaytaracağını demiş və vaxt istəmişdir. Bu yolla Vidadi onları 2018-ci ilin mart ayına qədər aldadaraq pulu qaytarmamışdır. Vidadi ilə görüşlərin birində təxminən 2016-cı ilin yanvar ayında o, tanışı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxslə “Sabir” bağında görüşmüşlər. Həmin görüşdə Vidadi yenə də müxtəlif bəhanələr gətirərək pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan sonra Vidadi getmişdir. Daha sonra onların yanına əvvəllər tanımadığı bir qadın da gəlmişdir. Şahid4 həmin qadının adının Mətanət olduğunu Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bildirmişdir. Bu zaman o, Mətanətin telefon nömrəsini götürmüş və onlar sonradan Mətanətlə əlaqə saxlamışlar. 2017-ci ilin əvvəllərində Mətanətlə telefonla danışarkən Mətanət Vidadinin tutulduğunu və cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Bundan sonra o, Mətanətlə cəzaçəkmə müəssisəsinə gedərək Vidadi ilə görüşmüş və Vidadi onlara yazılı surətdə söz verərək bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra pulları qaytaracaqdır.Təxminən 2018-ci ilin yanvar ayında Mətanət onunla əlaqə saxlayaraq Vidadinin azadlıqda olduğunu bildirmişdir.Bundan sonra onlar Mətanətə Vidadi ilə danışmasını və görüşmək istədiklərini bildirmişlər. Daha sonra o və həyat yoldaşı Zərərçəkmiş şəxs2 “İçərişəhər” metrosunun yaxınlığında Vidadi ilə görüşmüşlər. Vidadi yenə də onları aldadaraq pulu qısa müddətə qaytaracağını demişdir. 2018-ci ilin mart ayında onlar telefonla Vidadi ilə danışdıqda Vidadi mart ayının 25-də bütün pulu qaytaracağını demişdir. Martın 25-də həyat yoldaşı Zərərçəkmiş şəxs2 Vidadiyə zəng vurduqda Vidadi pulunun olmadığını və verə bilməyəcəyini bildirmişdir. O, Rahibi Mətanətin tanışı olaraq tanımış və Rahib, Mətanətin pullarını Təqsirləndirilən şəxs almaqda Mətanətə köməklik edirmiş. O və həyat yoldaşı Zərərçəkmiş şəxs2, Rahib adlı şəxsdən onların pullarını Təqsirləndirilən şəxs almasını istəməmişdir. O, cəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxslə olan söhbətləri dəqiq xatırlamır. Ola bilsin ki, həmin vaxt Vidadi elə bir söz demişdir. Lakin Vidadi həmin vaxt yazılı surətdə söz vermişdir ki, pulu qaytaracaqdır. O və həyat yoldaşı Təqsirləndirilən şəxslə birinci dəfə “Sahil” metrosunun çıxışında ikinci və üçüncü dəfə isə “İçərişəhər” metrosunun yanında görüşmüşlər. Birinci dəfə 5000 manat ikinci və üçüncü dəfə isə 5000 ABŞ dolları və 2000 manat pul vermişlər. Təqsirləndirilən şəxs övladını ali məktəbə qəbul etdirmək üçün aldığı pulları Tofiq və Fərhad adlı şəxslərə verəcəyi barədə heç bir söz deməmiş, Vidadi bütün işi özünün görəcəyini demişdir. Sonradan isə yalnız pul verdiyi adamın öldüyünü demişdir. İlkin olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2015-ci ilin iyul ayında 5000 manat pulu Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrosunun qarşısında, ikinci dəfə 2015-ci ilin avqust ayında Səbail rayonu, “İçərişəhər” metrosunun qarşısında 5000 ABŞ dolları pul, üçüncü dəfə 2015-ci ilin sentyabr ayında Vidadi ilə yenə də Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrosunun qarşısında görüşərək 2000 manat pul vermişdir. Bütün görüşlərə o, həyat yoldaşı Zərərçəkmiş şəxs2lə birlikdə gedirmiş. Lakin o, kənarda dayanırmış. Akif özü yaxınlaşıb Vidadiyə pulu verirmiş.Ümumilikdə yoldaşı Zərərçəkmiş şəxs2 Vidadiyə 7000 manat və 5000 ABŞ dolları pul vermişdir. DİN-nin rəhbərliyinə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs ümumilikdə 5000 ABŞ dolları və 10.000 manat pul verdiyini yazsa da həmin ərizə rus dilində yazıldığından orada pulun məbləği səhv göstərilmişdir. Vidadiyə verdikləri pul 5000 ABŞ dolları və 7000 manat olmuşdur. Vidadiyə verdiyi 5000 ABŞ dolları pulu qonşusu və rəfiqəsi olan Xoma adlı qadından, 2000 manatı isə bacısı Xatirə xanımdan borc almışdır.Təqsirləndirilən şəxs pulun verilməsini təsdiq edən şahid dedikdə o, Şahid4 nəzərdə tutmuşdur. Videoyazını və Təqsirləndirilən şəxslə olan səs danışıq qeydlərini isə istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Akif və Şahid1larla ailəvi dostdur. Təxminən 2015-ci ilin yay aylarında o, oğlunu işə düzəltmək istəyirmiş. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs2 bu barədə dedikdə Akif bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, həmin şəxs bankda işləyir və ola bilər ki, həmin şəxs kömək edə bilər. Həmçinin Akif özünün də Vidadiyə iş üçün müəyyən məbləğdə pul verdiyini demişdir. Lakin nə qədər pul verdiyini və nəyə görə verdiyini o, bilməmişdir. Bundan sonra o, Vidadi ilə danışdıqda Vidadi onun oğlunu 3000 manata “Kapital Bank” a işə düzəldə biləcəyini bildirmiş və o, razışlaşmışdır. Daha sonra 2015-ci ilin sentyabr ayında o, Akiflə birlikdə Səbail rayonu, “İçərişəhər” metrosonun yaxınlığında Vidadi ilə görüşmüş və 3000 manat nəğd pul vermişdir. Həmçinin oğlunun diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini Vidadiyə vermişdir. Vidadi 1-2 aya işin düzələ biləcəyini bildirmişdir. Lakin 1-2 ay keçməsinə baxmayaraq iş düzəlməmiş və o, Vidadiyə verdiyi pulları geri istəməyə başlamışdır. Bu zaman Vidadi telefon zənglərinə cavab verməməyə başlamış və o, görmüşdür ki, Vidadi onu aldadır. Bu formada 1 il keçmiş və 2016-cı ilin dekabr ayında o, öyrənmişdir ki, Təqsirləndirilən şəxs həbs olunmuşdur. 2017-ci ilin dekabr ayında Vidadi azad olunmuş və Vidadiyə dəfələrlə zəng etmiş, rus milliyətindən olduğu üçün rus cəmiyyətinə müraciət edəcəyini demişdir. Bundan sonra Vidadi qorxmağa başlamış və həmin 3000 manat pulu ona geri qaytarmışdır. O, bildiyi qədər Vidadi bu günədək Zərərçəkmiş şəxs2 pulunu qaytarmamışdır. O, Vidadiyə 3000 manat pulu 2015-ci ilin təxminən sentyabr ayında Səbail rayonu, “İçərişəhər” metrosunun qarşısında vermişdir. Vidadi ona vəd vermişdir ki, oğlunu bankda işə düzəldəcək. Həmin vaxt yanında Akif Rzayev olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2015-ci ilin yay aylarında onun tanışının anası xəstələnmişdir və xəstəxanada müalicə almışdır. Həmin vaxt o, xəstəxanada olarkən xəstənin yanına gəlmiş Akif adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı o, öyrənmişdir ki, Akif mühəndisdir. Ona həmin vaxt tikinti lahiyəsi lazım olmuşdur. Buna görə də Akifdən bu barədə kömək istədikdə Akif kömək edə biləcəyini demiş və onlar bu barədə danışmışlar. Bundan başqa həmin vaxt Akif ona övladının ali məktəbə qəbul ola bilmədiyini və kömək edə biləcək şəxsin olub-olmadığını soruşmuşdur. Onun Təqsirləndirilən şəxs adlı tanışı olmuşdur. O, həmin şəxsin ev alqısatqısı ilə məşğul olduğunu bilirmiş. Bundan başqa Vidadi ona ali məktəbə qəbul məsələsində də tanışlarının olduğunu demişdir. Buna görə də o, Akifə bu barədə demiş və Akiflə öz lahiyə işi ilə bağlı“Atatürk” parkında kafedə görüşərkən Vidadini də ora çağırmışdır. O, onları tanış edib oradan getmiş və aralarında nə söhbət olduğunu və necə razılaşdıqlarını bilməmişdir. Sonradan Vidadi və Akifin deməsindən ona məlum olmuşdur ki, Akif övladını ali məktəbə qəbul etdirmək üçün Vidadiyə müəyyən məbləğdə pul vermiş, lakin Vidadi həmin işi görməmişdir. Buna görə də Akif pulunu geri istəyir. O, Vidadinin daşınmaz əmlakın alqı satqısı ilə məşğul olan şəxs kimi tanıyırmış və Vidadi özünü keçmiş bank müdiri kimi təqdim etmişdir. Onların bir-birlərində mobil nömrələri olmuş və əmlak alqı-satqısı ilə bağlı müəyyən vaxtlarda əlaqə saxlamışlar.Vidadinin bacısı oğlu və qohumlarının hansı yolla ali məktəbə qəbul olmasından onun məlumatı yoxdur və o, elə bir söz deməmişdir. Həmçinin o, tanış etdikdən sonra da həm Akif həm də Vidadi ilə ünsiyyəti olduğu üçün hadisələrdən məlumatı olmuş, hal-hazırda xatırlamasa da ola bilsin ki,Vidadi 2015-ci ilin noyabr ayında ona işlərin alınmadığını, aldığı pulla sənədləri qaytaracağını deyib. Həmin hadisədən artıq 6 il keçdiyindən o, dəqiq xatırlamır. Ola bilsin ki, 2015-ci ilin axırlarında Zərərçəkmiş şəxs2 qızının attestatını Təqsirləndirilən şəxs onun vasitəsi ilə Akifə qaytarıb.2016-cı ilin yanvar ayında o, Akif və Şahid1 ilə “Sahil” metrosunun yaxınlığında görüşmüş, həmin görüşdə Təqsirləndirilən şəxs pul verdiyi adamın öldüyünü və pulu özünün qaytarcağmı demişdir. Pulu verərkən o, orada olmamışdır. Ümumiyyətlə o, onların hansı formada razılığa gəldiklərini və aralarında hansı məbləğdə pul söhbəti olduğunu bilmir və heç bir məlumatı yoxdur. Mətanəti o, Vidadinin tanışı olaraq tanımışdır. Sonradan Mətanətin deməsindən bilmişdir ki, Vidadi Mətanətdən də pul alaraq ələ keçirmişdir. Mətanətin ifadəsində qeyd etdiyi kimi, həmin vaxt o, Sevda xanımla Vidadi ilə görüşdükdə Mətanət də ora gəlmiş, lakin Mətanət gəldikdə Vidadi artıq getmişdir. Bundan sonra Mətanətlə Sevda xanım tanış olmuşlar. O, 2015-2016-cı illərdə ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Azercell Telekom MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmiş 01.06.2016-cı il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050-234-14- 95 saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə“Ergin başına dönüm məni öldürürlər, cavab ver” mətni ilə bildirmişdir ki, o, düşünür ki, həmin vaxt Vidadi ondan xahiş etmək istəyirmiş ki, o, Akiflə danışsın və pulu qaytarması üçün vaxt istəsin.09.06.2016-cı il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə“Mən Akiflə görüşməliyəm” və 17.06.2016-cı il tarixdə “Zəng et Akiflə danış” mətni ilə bağlı bildirmişdir ki, o, dəfələrlə Vidadiyə demişdir ki, Akiflə görüş və danış. Ona aid olmayan məsələyə görə onu narahat etməsin. Buna görə də Vidadi ona bu formada “Mən Akiflə görüşməliyəm” SMS mətni yazmışdır. Həmçinin sonra da o, Vidadiyə yenə də yazaraq “Zəng et Akiflə danış” mətni göndərmişdir. Ona görə ki, Akif Vidadi ilə əlaqə saxlaya bilmədikdə onu narahat edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun ailəvi tanışıdır. 2016-cı ilin yay aylarında o, Mətanətgilin evində qonaq olmuşdur. Həmin vaxt Mətanət bir nəfər şəxsə yığaraq pul istəmiş və həmin şəxs Mətanəti nalayiq formada söymüşdür. Bu zaman o, Mətanətdən həmin şəxsin kim olduğunu və nə məsələ olduğunu soruşduqda Mətanət bildirmişdir ki, Vidadi adlı şəxsə 6500 manat pul vermiş və həmin şəxs Mətanəti aldatmış və söz verdiyi işi görməmişdir. Bundan başqa Mətanət ona bildirmişdir ki, Sevda adlı xanım da övladını ali məktəbə qəbul etdirmək üçün Vidadiyə 5000 ABŞ dolları və 7000 manat pul vermiş və Vidadi onları da aldatmışdır. Bundan sonra o, Sevda xanımın həyat yoldaşı Akif Rzayevlə görüşmüş və Akif ona bildirmişdir ki, Vidadi artıq onların telefonlarına cavab vermir. Belə olduğu təqdirdə o, Akifə demişdir ki, o, Vidadi ilə görüşəndə Vidadiyə izah edər ki, pulları qaytarsın. Bundan sonra o, Mətanətə bildirmişdir ki, onu Vidadi ilə görüşdürsün və o, Vidadi ilə söhbət etsin. 2016-cı ilin iyul ayında o, Mətanətlə“Sahil” bağına getmişdir. Həmin vaxt Vidadi ilə onun tanıdığı Sevda xanım görüşmüşdürlər. Onlar ayrıldıqdan sonra o, Mətanətlə birlikdə gedərək Vidadiyə çatmış və özünü təqdim edərək tanış olmuşdur. Bundan sonra o, Vidadi və Mətanət bulvarda oturaraq çay içmişlər. Həmin görüşdə o, Vidadiyə başa salmışdır ki, Mətanət və Sevda xanımgilin pullarını qaytarmaq lazımdır. Vidadi isə pulları qaytaracağını demişdir. Bundan sonra 2016-cı ilin avqust ayında o, Vidadi ilə görüşdükdə Vidadi ona Mətanətin pulundan 1000 manat vermiş və ayın axırına kimi qalan pulları da qaytaracağını demişdir. O, həmin 1000 manat pulu Mətanətə vermişdir.Avqust ayının axırı çatdıqda o, Vidadiyə zəng eləsə də Vidadi artıq telefonlara cavab verməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində dedikləri yalandır. O, Vidadidən yalnız Mətanətin 1000 manat pulunu almış və həmin pulu Mətanətə vermişdir. Bundan başqa o, Vidadinin sürücülük vəsiqəsini almamışdır. O, Şakir Əmirov, Qalib Süleymanov və Eldar adlı şəxsləri tanımır. Həmçinin bildirmişdir Vidadi ona Sevda və Zərərçəkmiş şəxs2lərin pulunu verməmiş, həmçinin əlavə olaraq da o, Vidadidən məhkəmə işləri üçün heç bir pul almamışdır. Vidadi Xudiyevin ifadəsində dedikləri onun ünvanına deyilən yalanlardır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin, habelə şahid ifadələri ilə, tədqiq edilmiş baxış və üzləşdirmə protokolları, video materiallar, eləcə də digər istintaq hərəkətləri və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı aparılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs “rus qadın” nın oğlunun işə düzəlməsi üçün də 3000 manat pul verdiyini və Təqsirləndirilən şəxs həmin pulu qaytardığını sonuncunun üzünə qarşı demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin “rus qadın” oğlunu işə düzəltmək istəmiş, həmin ərəfədə isə o artıq Təqsirləndirilən şəxs tanıdığından bu barədə Vidadiyə dedikdə, Vidadi həmin qadının oğlunu işə düzəldə biləcəyini demişdir. Həmçinin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun pulunu Rahibdən almasını istəyib-istəmədiyini soruşmuş, Vidadi isə Akifin buna razılıq verdiyini bildirmişdir. İbtidai istintaq zamanı aparılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 pul almadığını, 5000 ABŞ dolları pulu və 7000 manatı Sevda xanımın həyat yoldaşı Zərərçəkmiş şəxs2 aldığını, həmin pulları Şahid3 qaytardığını bildirmiş, Sevda Rzayevə isə Rahibdən pulun alınmasını istəmədiyini, X4 pulun alınmasında köməklik etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, həmçinin Təqsirləndirilən şəxs sual vermişdir ki, əgər o pulları Şahid3 qaytarmışdırsa da hansı səbəbə cəzaçəkmə müəssisəsinə gəldikdə yazılı surətdə söz vermişdir ki, pulu qaytaracaq. Həmin suala cavab olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində səs-küy yaranmaması və özünün barəsində əlavə şikayət olmaması üçün yazılı surətdə söz verdiyini bildirmişdir. İbtidai istintaq zamanı aparılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 iyun 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər əvvəllər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı demişlər. İbtidai istintaq zamanı aparılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 avqust 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər əvvəllər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı 5000 ABŞ dolları, 7000 manat pulu, həmçinin Zərərçəkmiş şəxs1 aldığı 5000 manat pulu Şahid3 qaytardığını sonuncunun üzünə qarşı bildirmişdir. Həmçinin o Rahibə əlavə 2000 manat da pul verdiyini bildirmişdir ki, həmin pulla Rahib Vidadinin məhkəmədə olan işinə köməklik edəcəkmiş. Şahid3 isə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Mətanətin pulundan ona yalnız 1000 manat pul vermiş, o isə həmin pulu Mətanətə qaytarmışdır. Bundan başqa Vidadi ona Zərərçəkmiş şəxs2 pulunu verməmiş, həmçinin ondan məhkəmə işləri üçün əlavə olaraq pul almamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa təqdim etdiyi diskə baxış keçirilmiş müəyyən edilmişdir ki, diskin içində 02 ədəd fayl vardır. Video-diskdə olan səs-danışıq qeydlərinin əks olunduğu faylda açılan səslərdə Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs2 danışıqlar aparır. Söhbət zamanı Zərərçəkmiş şəxs2 və Şahid1 Təqsirləndirilən şəxs 5000 ABŞ dolları və 7000 manat pul verdiklərini bildirirlər. Təqsirləndirilən şəxs isə həmin pul vəsaitini aldığını etiraf edərək pulları hissə-hissə qaytaracağına söz verir. Bundan başqa Şahid1 həmin pulları qaytarmayacağı təqdirdə Təqsirləndirilən şəxs barəsində şikayət edəcəyini bildirir. Videogörüntünün əks edildiyi faylda isə Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs2 danışıqlar aparır. Söhbət zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 5000 manat, 5000 ABŞ dolları, 2000 manat və Qalanın 3000 manat pulunu verdiyini bildirir. Təqsirləndirilən şəxs isə həmin pulları aldığını etiraf edərək hissə-hissə olmaqla pulları qaytaracağını deyir. İş materiallarına əlavə edilmiş 24.04.2016-cı il tarixli qəbzdə Təqsirləndirilən şəxs tərəfindən “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Ağayev Elginin iştirakı ilə 5.000 (beş min) ABŞ dolları, 10.000 (on min) AZN miqdarda aldığım pulu 05.05.2016-cı il tarixdə qaytaracam” mətni yazılmışdır. İkinci qəbzdə Təqsirləndirilən şəxs tərəfindən “Mən Təqsirləndirilən şəxs Akifə olan borcumu 7000 və 5000 çıxan gündən 2 həftə ərzində ödəyəcəm” mətni yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-5118/14 saylı 16 sentyaabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş 06.06.2017-ci il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 08 mart 1960-cı il təvəllüdlü X6 04 iyun 2017-ci il tarixdə ağciyər-ürək çatışmamazlığının digər formaları və s. xəstəliklərindən ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı özünü müdafiə üçün heç bir dəlil göstərməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından və Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 313, 66.3 maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.04.2010-cu il tarixli hökmünə əsasən 29 dekabr 2009-cu il tarixli hökm dəyişdirilərək 08 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2010-cu il tarixli qərarı ilə 178.3.2, 179.3.2, 62 maddələri tətbiq olunmaqla, 66.3 maddəsi ilə qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 28 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli qanununa əsasən Nizami Rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli qərarı ilə azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əməllərə görə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 313, 66.3 maddələri ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini (yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2010-cu il tarixli qərarı ilə 178.3.2, 179.3.2, 62-ci maddələri tətbiq olunmaqla, 66.3 maddəsi ilə qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır), həmin hökm üzrə özgə əmlakını külli mənimsəmə ilə bağlı ziyanın məbləğinin 63.967,4 manat, yəni külli miqdarda olduğunu, hazırki cinayət hadisələrinin isə 01 noyabr 2014-cü il və iyul ayının 2015-ci il tarixlərdə baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlində cinayətlərin residivinin müəyyən olunmasını, zərərçəkmiş şəxslərin onunla barışmamasını, ona qarşı şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, 07 sentyabr 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 600 (altı yüz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar