Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-121/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1985-ci ildə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində ünvan 3 ünvanında yerləşən “Fikrət Əmirov” parkında quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC”yə məxsus hər birinin dəyəri 150 manat olan 13 ədəd 1950 manat dəyərində yer lampalarını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 5 ünvanında yerləşən parkda quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC-yə məxsus 1 ədəd 150 manat dəyərində yer lampasını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən “Sabir” parkındakı fontanda quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC"-yə məxsus hər birinin dəyəri 49 manat olan 31 ədəd 1519 manat dəyərində fontan fiskiyələrini gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 1519 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində ünvan 3 ünvanında yerləşən “Fikrət Əmirov” parkında quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC”yə məxsus hər birinin dəyəri 150 manat olan 13 ədəd 1950 manat dəyərində yer lampalarını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 5 ünvanında yerləşən parkda quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC-yə məxsus 1 ədəd 150 manat dəyərində yer lampasını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən “Sabir” parkındakı fontanda quraşdırılmış “Bakı Abadlıq Xidməti MMC”-yə məxsus hər birinin dəyəri 49 manat olan 31 ədəd 1519 manat dəyərində fontan fiskiyələrini gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Bakı Abadlıq Xidməti MMC”-yə 1519 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, yanvar ayının 25-dən sonrakı günlərdə Təqsirləndirilən şəxs2la təsadüfən tanış olmuşdur. Hazırda dəqiq xatırlamadığı tarixdə gecə saatlarında onlar birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən parkdan bir ədəd işıq plafonunu çıxarıb aparıb metal qəbulu məntəqəsinə satmışlar. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o, Qurbanla Səbail rayonu, “Sabir” bağında olarkən həmin vaxt fontanın başlıq hissəsində olan 31 ədəd dəmir başlıqları çıxarmışlar və aparıb eyni qaydada metal qəbulu məntəqəsinə 11.30 manata satmışlar. O, 13 ədəd işıq plafonu talamamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zaqatalada yaşayır və xx.xx.2022-ci il tarixdə Gəncə şəhərinə yola düşmüşdür. Gəncədə 5 gün qalıb sonra Bakı şəhərinə yola düşmüş və xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı Beynəlxalq avtovağzalına çatmışdır. Bundan sonra hazırda xatırlamadığı avtobusa minmiş və Bakı şəhərinin tanımadığı üçün hazırda xatırlamadığı yerdə avtobusdan düşmüşdür. Orada küçədə dəmir yığmaqla məşğul olan Rəşad ilə tanış olmuşdur. Söhbət zamanı Rəşad ona gəlir əldə etmək üçün parklardakı işıq plafonlarını çıxarıb sataraq gəlir əldə edə biləcəklərini bildirmişdir. Onlar elə həmin gün yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rəşadın göstərdiyi parka getmişlər. Həmin parkdan Rəşad və o, hər biri 1 ədəd işıq plafonu çıxarmış və aparıb metal qəbulu məntəqəsinə satmışlar. Həmin plafona görə Rəşad ona 10-12 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə yenə də gecə saatlarında Rəşadla parka gəlmiş və parkdakı fontanın dəmir başlıqlarını açmağa başlamışdır. Sonra onlar birlikdə həmin başlıqları götürüb əvvəl getdikləri metal qəbulu məntəqəsinə getmişlər. Orada Rəşad dəmir başlıqlara görə 16 manat pul almışdır. Həmin pulu birlikdə xərcləmişlər. O,13 ədəd işıq plafonu talamamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də menecer vəzifəsində çalışır. Parklarda quraşdırılan avadanlıqlar xidmətin öz vəsaiti hesabına alınır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Səbail rayonu ərazisində xidmət aparan "xxxx" MMC-nin briqadiri Şahid3 “Sabir” bağında quraşdırılmış fontanın başlıq hissələrində olan 31 ədəd fontan fiskiyəsinin oğurlandığını aşkar etmiş və bu barədə xidmət rəhbərliyinə məlumat vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Səbail rayonu, F.Əmirov küçəsi 1 ünvanında yerləşən Fikrət Əmirov bağında bağın kənarlarında quraşdırılmış 13 ədəd yer lampasının və Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısında olan kiçik parkda 1 ədəd yer lampasının oğurlanması aşkar edilmişdir. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə ümumilikdə 3619 manat maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus olan 31 ədəd fontan fiskiyəsi və 10 ədəd yer lampasının başlıq hissələrinin yararsız halda geri qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Nəsimi rayonu, Xətai prospektində, “Yaşıl bazar”-ın yaxınlığında metal qəbulu məntəqəsində işləyir. 2022ci ilin yanvar ayının 25-dən sonrakı günlərdə Rəşad adlı şəxs bir neçə dəfə məntəqəyə gəlib sökülmüş vəziyyətdə plafon təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Rəşad yanında bir nəfər şəxslə gəlmişdir. Gətirdiyi mallara baxdıqda 31 ədəd metal olduğunu müəyyən etmiş və tərəzidə çəkdikdə 10 kiloqram etmişdir. Rəşad həmin malların nerj materialdan olduğunu demişdir. O, nerj materialdan olan malların kiloqramım 1 manatdan almışdır. Bundan sonra o, Rəşadı və yanındakı şəxsi görməmişdir. Sonrakı günlərdə artıq polis əməkdaşları məntəqəyə gəldikdə ona məlum olmuşdur ki, Rəşadın gətirdiyi mallar fontanın başlıq hissələrinin dəmirləri və sökülmüş vəziyyətdə işıq plafonları oğurluq yolla əldə edilmişdir. Buna görə də o, həmin dəmirləri həmçinin Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin fotoşəklini polis əməkdaşlarına təqdim etmişdir. O, metalın qəbulu ilə bağlı pulu Rəşada vermişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi malların oğurluq olması barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də parklar üzrə menecer vəzifəsində xidmət edir. O, xidmətin işçisi olaraq Səbail rayonu ərazisində yerləşən “Fikrət Əmirov” bağı, “Puşkin bağı” həmçinin bir sıra digər parklarda abadlaşdırma və nəzarət işlərini görür. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində parklara nəzarət edərkən Səbail rayonu, Fikrət Əmirov bağında işıqlanma üçün nəzərdə tutulmuş və yerə bərkidilmiş 13 ədəd yer lampasının, bundan başqa Rəşid Behdudov küçəsində Pedaqoji Universitetin qarşısında olan parkdan 1 ədəd yer lampasının oğurlandığını aşkar etmişdir. Bundan sonra xidmətin rəhbərliyinə məlumat verərək ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də briqadir vəzifəsində xidmət edir. Əsas işi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Sabir” və “Nizami” parklarında kiçik ölçülü fontanlara və parkların təmizliyinə nəzarət etməkdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində “Sabir” bağında olarkən həmin parkda quraşdırılmış 31 ədəd fontan başlıqlarının yerində olmadığını aşkar etmişdir. Bu barədə xidmət rəhbərliyinə məlumat vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixdə, saat 19:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 07 fevral 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqdim etmə, götürmə və baxış haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini və 10 ədəd sökülmüş vəziyyətdə işıq plafonlarını istintaqa təqdim etmişdir. Baxış zamanı 10 ədəd işıq plafonlarının yalnız dairəvi formalı başlıq hissələrinin olması, qalan hissələrinin isə əzilmiş formada olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 31 ədəd fontan başlığını və 10 ədəddən çox işıq plafonunu Təqsirləndirilən şəxs1 aldığını, bu zaman Rəşadın yanında başqa bir şəxsin də gəldiyini sonuncunun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs1 bununla qismən razı olaraq Şahid1 yalnız 1 ədəd işıq plafonu və 31 ədəd fontan başlığı satdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 31 ədəd fontan başlığını və 10 ədəddən çox işıq plafonunu Təqsirləndirilən şəxs1 aldığını, bu zaman Rəşadın yanında olan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu sonuncunun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1la birlikdə Şahid1 4 ədəd işıq plafonu və 31 ədəd fontan başlığı satdıqlarını, digər işıq plafonlarının isə ola bilsin ki, Rəşadın özünün tək gedib satdığını bildirmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2022-ci il tarixdə, saat 22:25 dəqiqədə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 ifadəsi ünvan 8 ünvanında və ünvan 9ında yoxlanılmış, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət hadisələri barədə tam təfərrüatları ilə danışmışdır. Təqsirləndirilən şəxs2 F.Əmirov parkını xatırlaya bilmədiyi üçün həmin ünvanda istintaq hərəkətini keçirmək mümkün olmamışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 12 fevral 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin meneceri X4 iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 31 ədəd fontan fıskiyəsi və 10 ədəd-sökülmüş vəziyyətdə olan yer lampası tanınma üçün Xəyal İbrahimova təqdim edilmiş, tanıyan Xəyal İbrahimov ona təqdim edilən 31 ədəd fontan fiskiyəsinin "xxxx" MMC-yə məxsus olduğunu, Bakı şəhəri, Səbail rayonu, “Sabir” bağında olan fontanda quraşdırılmış və hazırda talanan əmlaklar olduğunu, 10 ədəd yer lampasının sökülmüş hissələrinin "xxxx" MMC-yə məxsus olduğunu, ünvan 10 ünvanında yerləşən Fikrət Əmirov bağında və Rəşid Behbudov küçəsində yerləşən Pedaqoji Universitetin qarşısında olan parkda yerdən torpağa bərkidilmiş vəziyyətdə olan və hazırda talanan əmlaklar olduğunu bildirmişdir. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi X3 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi X3 ifadəsi yerində yoxlanılmış, X4 ünvan 9ında parkın içərisindəki dairəvi formalı fontanı göstərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində həmin fontanın başlıq hissələrində olan 31 ədəd fontan fiskiyəsinin oğurlandığı aşkar edilmişdir. Bundan başqa Xəyal İbrahimov bildirmişdir ki, ünvan 10 ünvanında yerləşən, Hökümət evinin arxa hissəsindəki Fikrət Əmirov bağında torpağa bərkidilmiş 13 ədəd yer lampalarının və ünvan 11 ünvanında yerləşən parkda torpağa bərkidilmiş 1 ədəd yer lampasının oğurlandığı aşkar edilmişdir. Fotoşəkillər çəkilərək iş materialına əlavə olunmuşdur. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 28 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 02 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1729 saylı rəyindən görünür ki, Respublika ərazisində ticarət şəbəkələrində, internet saytlarında, Mərkəzdə olan məlumatlardan və eləcə də "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 20 nömrəli arayışdan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş mallar (zədələnməmişdən əvvəl normal vəziyyətdə) 2022-ci ilin yanvar-fevral aylarında olan orta bazar qiyməti təxminən 31 ədəd fontan fiskiyəsi-1519,0 manat (31 ədədx49,0 manat), 14 ədəd yer lampası-2100,0 manat (14 ədəd x 150,0 manat) kimi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, DİN-nin növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş diskə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə ayrıayrılıqda baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdiir ki, diskin içində TŞ1-004 1- 2022-01-28, TŞ1-004 2-2022-01-28, TŞ 1-004 3-2022-01-28, TŞ1-010, TŞ 1-015 1-2022-02-01, TŞ 1-015 3-2022-02-01, TŞ1-055 adlı 7 ədəd fayl vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edildmişdir: TŞ 1-004 1-2022-01-28 adlı fayl açılaraq baxılan zaman müəyyən edildi ki, müşahidə kamerası Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində quraşdırılmaqla dairəvi hərəkətdədir. Faylda xx.xx.2022-ci il tarixdə saat 23:36:38-dən, saat 23:50:00-dək olan görüntülər qeydə alınmışdır. Görüntüdə saat 23:36:40-dan saat 23:37:04- dək olan müddətdə iki nəfər, hər ikisinin çiynində çanta olan şəxslərin Pedaqoji Universitetin yaxınlığında olan köşkün qarşısında olması, bu zaman onların Universitetin giriş hissəsinə doğru piyada hərəkət etməyə başlaması, hərəkət zamanı onlardan birinin irəlidə, digərinin isə onun arxasınca axsayaraq getməsi, arxada olan şəxsin gedərək irəlidə olan şəxsə çatması müşahidə edildi. Axsayan şəxsin çantanı sağ çiyninə, digər şəxsin isə çantanı hər iki çiyninə keçirməsi görünür. Saat 23:38:32-də həmin şəxslərin geri qayıtması və R.Behbudov küçəsinə daxil olması, daha sonra şəxslərdən birinin köşkün yanında dayanması müşahidə olunur. Həmin vaxt digər şəxs müşahidə kameralarında görünmür. Bundan başqa diskdə olan TŞ1-010 adlı fayl açılaraq baxılan zaman müəyyən edildi ki. faylda xx.xx.2022-ci il tarixdə saat 00:34:35-dən 00:39:59-dək olan görüntülər vardır. Görüntüdə saat 00:34:37-də Səbail rayonu R.Behbudov küçəsi ilə həmin iki nəfər şəxsin hərəkət etməsi, bu zaman hər iki çiynində çanta olan şəxsin əlində iri ölçülü sellofan paket də saxlaması görünür. Bundan başqa diskdə olan TŞ1-015 1-2022-02-01 adlı fayl açılaraq baxılan zaman müəyyən edildi ki, müşahidə kamerası Səbail rayonu, “Sabir” bağında quraşdırılmaqla dairəvi hərəkətdədir. Faylda xx.xx.2022-ci il tarixdə saat 00:34:57-dən saat 00:50:00-dək olan görüntülər vardır. Görüntüdə saat 00:35:25-də bir nəfər zahiri əlamətləri görünməyən şəxsin parkda fontanın kənarında oturmuş vəziyyətdə olması, saat 00:42:40-də bir nəfər şəxsin parkın yanında əyilərək çantasına baxması, bu zaman digər şəxsin fontanın yanında irəli və geri hərəkət etməsi, saat 00:45:12-dən saat 00:46:20-dək kənarda dayanan şəxsin əyilərək orada olan itin yanında oturması, digər şəxsin isə eyni qaydada fontanın yaxınlığında hərəkəti müşahidə edilir. Saat 00:47:43-də isə hər iki şəxsin çiyinlərində çanta yolun əks tərəfinə keçməsi müşahidə edilir. Bundan başqa diskdə olan TŞ1-015 3-2022-02-01 adlı fayl açılaraq baxılan zaman müəyyən edildi ki, müşahidə kamerası Səbail rayonu, “Sabir” bağında quraşdırılmaqla hərəkətsiz vəziyyətdədir və parkın kənar hissəsini göstərir. Faylda xx.xx.2022-ci il tarixə aid 6 dəqiqəlik görüntü vardır. Görüntünün 00:08 saniyəsində bir nəfər şəxsin çiynində olan çantanı çıxararaq yerə qoyması və əyilərək çantaya baxması, 05:29 saniyəsində çantanı yenidən götürməsi və çiyninə keçirməsi, bu zaman digər çiynində çanta olan şəxsin ona yaxınlaşmsı və onların birlikdə yolun əks tərəfinə keçməsi müşahidə edilir. Bundan başqa diskdə olan TŞ 1-055 adlı fayl açılaraq baxılan zaman müəyyən edildi ki. müşahidə kamerası Səbail rayonu, Nizami küçəsində quraşdırılmaqla hərəkətsiz vəziyyətdədir. Faylda xx.xx.2022-ci il tarixdə saat 01:10:00-dan saat 01:11:59-dək olan görüntülər vardır. Görüntüdə saat 01:10:45-də çiynində çanta başında papaq olan şəxsin küçə ilə hərəkət etməsi, saat 01:11:18-də onun arxasınca digər çiynində çanta başında papaq olan şəxsin getməsi müşahidə edilir. Baxış zamanı TŞ1-004 1-2022-01-28 adlı faylda hər iki çiyninə çanta keçirmiş şəxsin Təqsirləndirilən şəxs1, digər axsayan və sağ çiynində çanta olan şəxsin isə Təqsirləndirilən şəxs2 olması, daha sonra köşkün yanında duran şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. TŞ1-010 adlı faylda hər iki çiynində çanta olan və əlində paket olan şəxsin Təqsirləndirilən şəxs1 olması, paketin içərisində taladıqları işıq plafonu olması müəyyən edilmişdir. TŞ1-015 1-2022-02-01 və TŞ1-015 3-2022-02-01 adlı fayllarda parkın yanında dayanıb çantanın içərisinə baxan və itin yanında oturan şəxsin Təqsirləndirilən şəxs1 olması, digər şəxsin isə Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. TŞ 1-055 adlı faylda irəlidəki şəxsin Təqsirləndirilən şəxs2, geridə olanın isə Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə antcn əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə sorğu verilmiş, göndərilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir: Diskin içərisində bir ədəd “Səbail RPİ 065-8121-122” sözləri yazılmış qovluq vardır. Həmin qovluq açıldıqda içərisində bir ədəd “Excel” formatında olan fayl aşkar edildi. Həmin fayl açılaraq baxılan zaman müəyyən edildi ki, faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan anten əhatə dairəsi barədə məlumatlar vardır. İş üçün əhəmiyyət kəsb edən hallar: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 21:42-də Bakı şəhəri, Səbail rayonu, Nefçtilər prospekti, Hökümət evinin qarşısında, xx.xx.2022-ci il tarixdə saat 00:44-də Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində anten əhatə dairəsinə düşmüşdür. Qeyd olunan ünvanlardan birincisi 13 ədəd yer lampasının talandığı F.Əmirov parkının yaxınlığıdır. İkinci ünvan isə 1 ədəd yer lampasının talandığı R.Behbudov küçəsi 3 ünvanında yerləşən parkın yaxınlığıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 39-cu PB-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskin içində xx.xx.2022-ci il tarixdə saat 23:46-dən xx.xx.2022-ci il tarixdə saat 01:00-dək olan 7 ədəd görüntülər vardır. Görüntülərdə şəhərin müxtəlif küçələrində iki nəfər şəxsin birlikdə hərəkət etməsi müşahidə edilir. Şəxslərin birinin hər iki çiyninə keçirilmiş vəziyyətdə çanta və əlində paket vardır. Digər şəxsin isə çanta sağ çiyninə keçirilmiş vəziyyətdə olmaqla axsayaraq hərəkət etməsi müşahidə edilir. Bundan başqa diskdə olan “SUHF5356” adlı fayl açılaraq baxılan zaman müəyyən edilmişdir ki, görüntüdə xx.xx.2022-ci il tarixdə saat 23:58-də bir nəfər zahiri əlamətləri görünməyən şəxs ünvan 5 ünvanında yerləşən parka daxil olur. Diskdə olan “SGCZ4058” adlı fayl açılaraq baxılan zaman müəyyən edilmişdir ki. görüntüdə xx.xx.2022-ci il tarixdə saat 00:01:45-də parka daxil olan şəxsin çantanın çiyninə keçirməsi və parkdan çıxması, bu zaman əlində paket olması müşahidə edilir. Baxış zamanı görüntülərdə olan hər iki çiyninə keçirilmiş vəziyyətdə çanla və əlində paket olan şəxsin Təqsirləndirilən şəxs1, digər sağ çiyninə keçirilmiş vəziyyətdə çanta olan axsayan şəxsin isə Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Bundan başqa “SUHF5356” və “SGCZ4058” adlı fayllarda parka daxil olan şəxsin Təqsirləndirilən şəxs2 olması, həmin vaxt işıq plafonunu söküb əlində olan paketə yığması, Təqsirləndirilən şəxs1 isə kənarda dayanması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9-cu PB-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskin içində xx.xx.2022-ci il tarixdə saat 01:20-dən saat 02:48-dək olan görüntülər vardır. Görüntülərdə şəhərin müxtəlif küçələrində iki nəfər, hər ikisinin çiynində çanta, başında papaq olan şəxslərin bir-birinin ardınca hərəkət etməsi müşahidə edilir. Bundan başqa görüntülərdə xx.xx.2022-ci il tarixdə saat 02:08-də həmin şəxslərin hasarlanmış ərazinin açıq girişindən içəri daxil olaraq içəridə olan otağa girməsi, saat 02:37- də isə həmin ərazidən çıxmaları müşahidə edilir. Baxış zamanı görüntülərdə irəlidə gedən şəxsin Təqsirləndirilən şəxs1, arxasınca gedənin isə Təqsirləndirilən şəxs2 olması, saat 02:08-də daxil olduqları yerin metal qəbulu məntəqəsi olması, həmin vaxt orada olan otaqda 31 ədəd fontan başlığını təhvil vermələri müəyyən edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Bakı Abadlıq Xidməti MMC-yə məxsus olan 31 ədəd fontan fiskiyəsi və 10 ədəd yer lampasının başlıq hissələri maddi sübut kimi tanınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində özünü qismən təqsirli bilərək 1 ədəd yer lampası və 31 ədəd fontan fiskiyəsini götürdüyünü bildirməsi, digər 13 ədəd yer lampalarını talamadığını bildirməsi öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş və təsdiqini tapmadığı üçün rədd edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 31 ədəd fontan fiskiyəsi və 10 ədəd yer lampasının başlıq hissəsi iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilməsinə dair ifadələri zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddiası, şikayəti, tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 19 fevral 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət, yəni cəmi 04 (dörd) ay müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddiası, şikayəti, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək, yəni tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 04 (ədəd) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 31 ədəd fontan fiskiyəsi və 10 ədəd yer lampasının başlıq hissələrin zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən təhvil alınması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 19 fevral 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət, yəni cəmi 04 (dörd) ay müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək, yəni tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 31 ədəd fontan fiskiyəsi və 10 ədəd yer lampasının başlıq hissələrin zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 04 (ədəd) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-121/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-121/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver