Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-121/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) gününü çəkmədən şərti olaraq vaxtından azad edilmiş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala rayonu, Aşağı Surra Ə/D, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2025-ci il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin həyətində yerləşən avtodayanacaqda saxlanılmış “Hyundai Elantra” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qapısı açıq olmasından istifadə edib avtomobilin salonunda bir ədəd sellofan torbada saxlanılan Zərərçəkmiş şəxs məxsus 14000 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, “X6” ərazisində olarkən ehtiyacı olduğu üçün avtomobilə yaxınlaşmış, qapını açmağa çalışmış, təsadüfən avtomobilin qapıları açıq olmuşdur. Sürücünün yanındakı oturacaqda oturmuş, avtomobilin içinə baxmış və xeyli miqdarda pul görmüşdür. Pulların hamısı eyni yerdə olmuşdur. Həmin puldan ehtiyacı olduğu qədər 14000 manat nağd pulu götürmüş, 3 ədəd bağlama pul qalmışdır. Yalnız bir avtomobilə yaxınlaşmışdır. Pulun hamısını ailəsinə, müalicəyə xərcləmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq işləri ilə əlaqədar iştirak edə bilmədiyini, ziyanın ödənmədiyini və barışığın olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğul olur, özünə məxsus “Hunday Elantra" markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, arvadı Günay Rəhimova birlikdə xaricdə magistr təhsili almaq üçün müraciət etmiş, təhsil haqqı ödəmək üçün bankda adına hesab açmış və ümumilikdə 29000 manat pul köçürməli idi. Bu məqsədlə 29 avqust 2024-cü il tarixdə, yaşadığı evdən topladığı özünə məxsus 29000 manat pulu götürmüş ki, aparıb bank hesaba qoysun. Lakin həmin günü arvadının doğum günü olduğundan, doğum gününü qeyd etməyə, pulu isə sonralar hesaba qoymağa qərara gəlmiş, doğum günü qeyd etmək üçün o, arvadı ilə birlikdə 29 avqust 2024-cü il tarixdə, saat 18 radələrində. Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Riviera” restoranına getmiş, orada təxminən iki saat şam yeməyini yemiş, bu zaman bank hesabına qoymaq üçün götürdüyü 29000 manat nağd pul sellofan torbanın içərisində avtomobilin salonunda, qabaq oturacaqlar arasındakı dirsək altı dolaba qoymuşdur. Bundan sonra, həmin günü saat 20:30 radələrində, o, arvadı ilə restorandan çıxıb yaxınlıqda yerləşən “Dəniz Mail” ticarət mərkəzinə getmiş, o,idarə etdiyi “Hunday Elantra" markalı avtomobili həmin ticarət mərkəzinin yaxınlığında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin həyətindəki ödənişli avtodayanacaqda saxlamış, dayanacağa daxil olarkən girişində terminal tərəfindən verilmiş ödəniş üçün talonda saat 20:51 dəqiqə göstərmiş, həmin talonuu o, istintaqa təqdim etmişdir. Sonra o, arvadı Günayla avtomobildən düşüb “Dəniz Mail” TM-nə getmiş və təxminən 45-50 dəqiqə orada olmuş, saat 22 radələrində avtomobilə qayıdaraq, arvadı ilə birlikdə yaşadığı ünvana dönmüşdür. O,arvadı ilə dayanacaqda avtomobilinə minərkən heç bir şübhəli məqam aşkar etməmiş, avtomobilin qapıları örtülü və şüşələri bağlı vəziyyətdə olmuş, avtomobilin qapılarında və xarici görünüşündə heç bir fiziki təsirin və ya zədə izləri olmamış,qapıları salamat vəziyyətdə olmuş,qapılar distan şəkildə düymə ilə açılıb-bağlandığından, qapıların kilidi açıq və ya bağlı olmasını o, hiss etməmişdir. Belə ki, o, arvadı ilə birlikdə yaşadığı ünvana çatıb avtomobilin salonundakı içərisində pul olan sellofan torbanı götürüb mənzilinə qalxmış, mənzildə olarkən o, sellofan torbaya baxarkən içərisində olan pulun az məbləğdə olmasını hiss etmiş, saydıqda içərisində 29000 manat olmadığını, yalnız 15000 manat olmasını görüb başa düşmüşdür ki, pulun bir hissəsi 14000 manatı oğurlanıb. O,sellofan torbada olan 29000 manat pul məbləği 06 ədəd bank tərəfindən verilmiş qaydada 50 manatlık pul əskinazlarının bağlamasından ibarət olmasını, yalnız bir ədəd bağlamanın üstündən o, bir min manat yəni 20 ədəd 50 manatlıq pul əskinazları şəxsi ehtiyacları üçün götürməsini.sellofan torbada olan pul bağlamalarını sayarkən üç ədəd tam bağlı bağlama olmasını yəni 150000 manat qalmasını görmüşdür. Bundan sonra o, dərhal avtomobili saxladığı “Dalğa Plaza” biznes mərkəzinin həyətindəki dayanacağa gəlmiş, orada onun xahişi ilə biznes mərkəzində xidmət edən təhlükəsizlik xidmətinin əməkdaşları avtodayanacağın müşahidə kameralarəna baxdıqda, avtomobili dayanacaqda park edilmiş vəziyyətdə olarkən bir nəfər naməlum kişi cinsindən olan şəxsin avtomobilinə yaxınlaşıb qapısını açaraq salonuna daxil olmasını bildirdikdə, o, avtomobilində saxladığı pulun bir hissəsini həmin dayanacaqda oğurlanmasını başa düşüb, oğurluq barədə DİN-in “102” xidmətinə zəng edib məlumat verərək, oğurluq nəticəsində cəmi 14000 manat maddi ziyan dəyməsini bildirmişdir. Həmçinin avtomobilindən nağd pulun oğurlamasında şübhə etdiyi hər hansı bir şəxsin olmamasını, həmin günü avtomobilimin salonunda 29000 manat nağd pulun daşıması barədə, ondan və arvadı Günaydan başqa heç kəsin bilməməsini göstərmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin həyətində yerləşən avtodayanacaqda saxlanılmış “Hyundai Elantra” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin içərisinə daxil olmuşdur. 12 sentyabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. 13 sentyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 oktyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. 10 dekabr 2024-cü il tarixli qərarla icraatı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 12 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 11 gün müddətə, yəni 21 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02 (iki) il şərti sınaq müddəti hesab edilərək azad olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) il 03 (üç) gün şərti olaraq vaxtından azad edilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var: xx.xx.2023-cü il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) gününü çəkmədən şərti olaraq vaxtından azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) gününü çəkmədən şərti olaraq vaxtından azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 29 avqust 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, cəzanı çəkib qurtadıqdan sonra islah olunmadığını və yenidən talama cinayətini törətdiyini habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 10 dekabr 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-121/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-121/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver