Məhkəmə qərarları › İş №1(009)-122/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-122/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-122/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,200 qram psixotrop maddə olan metamfetamini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında olan 1 (bir) ədəd təmiz çəkisi 0,153 qram və şəxsi istehlak miqdarında olan 1 (bir) ədəd siqaretin içərisindəki qarışıq kütlədə təmiz çəkisi 0,141 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Pirallahı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan tanımadığı şəxsdən alaraq, ona məxsus olan əl çantasında saxlamaqla daşımışdır. xx xxxx 2020-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr bağının ərazisində karantin rejimi qaydalarını pozduğuna görə Səbail RPİ-nin Post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nə gətirilmiş, orada üstünə və çiynində olan qara rəngli əl çantasına baxış keçirilən zaman çantanın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,200 qram psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd təmiz çəkisi 0,153 qram və 1 (bir) ədəd papirosun içərisindəki qarışıq kütlədə təmiz çəkisi 0,141 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ciil tarixdə saat 14:30 radələrindəBakı şəhəri, Səbail rayonu ərazidində yerləşən Fəvvarlər meydanında olmuş, orada gəzirmiş. Polis əməkdaşlarıona yaxınlaşaraq karantin rejimi qaydalarını pozduğunu bildirmişlər vəonu həmin ərazidə olan Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirmişlər. Bölmədəüzərinə, əlində olan ona məxsus çantaya baxış keçirmişlər vəçantanın içərisindən 2 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş biri «kokos» deyilən “heroin” narktotik vasitə, digəri “metamfetamin” olan psixotrop maddə, 01 ədəd siqaretin sellofanında və 01 (bir) ədəd siqaretə doldurulmuş ”marixuana”, yəni “nəşə” aşkar edilərək götürmüşdür. Baxış keçirilən zaman orada iştirak edən müdafiəçi və digər iştirakçıların yanında narkotik vasitəniöz istifadəsiüçün əldə etdiyini səmimi olaraq etiraf etmişdir. O, ikiilə yaxın müdətdir ki, narkotik vasitə qəbul edir. Həmin narkotik vasitələri təxminən iki aya yaxındır ki, Pirallahı rayonunda tanımadığışəxsdən 30 (otuz) manata almışdır və həmin vaxtdan üzərində gəzdirirmiş. XəlilovCavidMalikoğlubildirmişdir ki, narkotikvasitəniöz istifadəsiüçün əldə etmişdir. O, narkotik vasitə satmamışdır və belə bir niyyəti olmayıb, o, yalnız öz istifadəsiüçün əldə etmişdir. Həmin narkotik vasitələr aldığı vaxtdan çantasında qalmışdır. Narkotik vasitəni müxtəlif şəxslərdən alırmış. Narkotik vasitə almaq üçün Bakının kəndlərinə gedir, orada şəxsə baxanda narkotik vasitə qəbul etdiyi sifətindən aşkar görünür və həmin şəxslə söhbət əsnasında narkotik vasitəni necə ala biləcəyiniöyrənir və alır, lakin həmin şəxslər barələrində heç bir məlumat vermirlər. İlk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından Azərbaycan Respublikası DİN-nin Səbail RPİ-nin PPX bölüyündə polis nəfəri işləyir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində iş yoldaşı Şahid2la xidmət aparan zaman bir nəfərin karantin rejimi qaydalarına riayət etməyərək küçədə gəzdiyini görüb, həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra həmin vətəndaşa karantin rejimi qaydalarını pozduğunu bildirərək sənədini təqdim etməsini təklif etmişlər. Bu şəxs sənədini təqdim etmək istəmədikdə tərəflərindən saxlanılaraq Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmiş, bölmədə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bu şəxsin narkotik vasitələr qəbul etməsi şübhə yarandığı üçün, tərtib etdikləri raportda bu barədə də qeyd etmişlər. Raport bölmənin Hadisə Kitabı 1-də qeydiyyata alınaraq icrası bölmənin baş təhqiqatçısı Mehman Dolxanova həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi üçün müdafiəçi dəvət etmiş, Şahid2 mobil telefonu ilə çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində və əlində olan qara rəngli əl çantasındakı əşyaları könüllü təqdim etməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanı açaraq içində olan əşyaları masanın üstünə qoymuş, çantadan 1 (bir) ədəd narkotik vasitəni qəbul etmək üçün istifadə olunan şüşə boru, alışqan, siqaretin gümüşü kağızına bükülmüş 2 (iki) büküm, 1 (bir) ədəd sellofana bükülü yaşıl rəngli ota bənzər bitki olan bükülü,1 (bir) ədəd siqaretin içinə doldurulmuş və siqaretin uc hissəsi bağlanmış vəziyyətdə siqaret, telefonun enerji qidalandırıcısı və sair xırda əşyaları masanın üstünə qoymuşdur. Bundan başqa təhqiqatçı M.Doluxanov Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin yan ciblərinə baxmış, oradan “Vinçester” markalı siqaret qutusu, təsbeh və alışqan çıxarılmışdır. M.Doluxanov Təqsirləndirilən şəxs masanın üstündə olan sellofana bükülmüş bitkiyə oxşayan əşyanı göstərərək nə olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin bitkinin və siqaretə doldurularaq ucu bağlanılmış siqaretdə olan əşyanın nəşə, yəni marixuana olduğunu demiş, digər iki ədəd gümüşü siqaret kağızına bükülü əşyalardan toz şəklində olanın nə olduğunu soruşanda Təqsirləndirilən şəxs narkotik vasitə olan “kokos” olduğunu, ikinci siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli əşyanın şüşə, yəni metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddənin bir aydan artıq müddətdir əl çantasında daşıdığını və öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Qeyd olunan narkotik vasitələr baş X6 tərəfindən zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin PPXB-nün polis nəfəri Şahid2ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD-R diskə baxış protokolundan görünür ki, Səbail RPİ-nin 9-cu PBnin inzibati binasında həmin bölmənin baş baş təhqiqatçısı, polis mayoru Mehman Doluxanov iş otağında ayaq üstə dayanıb, sol tərəfində dayanmış polis serjantı Şahid1, sağ tərəfində ayaq üstə dayanmış qadının 12 saylı hüquq məsləhətxanasılnın vəkili X7 olduğunu, ondan sağda ayaq üstə dayanmış, əlində qara rəngdə olan çanta tutmuş, əynində qara rəngli cins şalvar, göy rəngli sviter, ağ rəngli gödəkcə olan şəxsin Təqsirləndirilən şəxs kimi təqdim edir. Təqsirləndirilən şəxs ondan təhqiqat üçün şübhə yaradan əşyaları təqdim etmək tələb edilir, sonuncu əlində olan qara rəngli çantanı açaraq içində olan əşyaları masanın üstünə qoyur. Çantadan 1 (bir) ədəd narkotik vasitəni qəbul etmək üçün istifadə olunan şüşə boru, 1 (bir) ədəd alışqan, siqaretin gümüşü kağızına bükülmüş 2 (iki) büküm, 1 (bir) ədəd sellofana bükülü yaşıl rəngli ota bənzər bitki olan bükülü,1 (bir) ədəd siqaretin içinə doldurulmuş və siqaretin uc hissəsi bağlanmış vəziyyətdə siqaret, 1 (bir) ədəd qırmızı rəngdə telefonun enerji qidalandırıcısı, 1( bir) ədəd qulaqcıq, bir neçə açar üzərində olan halqa, bundan başqa təhqiqatçı M.Doluxanıv, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sol yan cibinə baxır oradan 1 (bir) ədəd ağ qutuda içərisində siqaretlər olan “Vinçester” markalı siqaret qutusu, gödəkcənin sağ yan cibindən 1(bir) ədəd qırmızı rəngli təsbeh, 1 (bir) ədəd qırmızı rəngli alışqan çıxarır. Bundan başqa M.Doluxanov Təqsirləndirilən şəxs şalvarının yan ciblərini üstən əli ilə yoxlayır. Ondan sonra masanın üstündə olan sellofana bükülmüş bitkiyə oxşayan əşyanı göstərərək nə olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin bitkinin və siqaretə doldurularaq ucu bağlanılmış siqaretdə olan əşyanın nəşə, yəni marixuana olduğunu deyir, digər iki ədəd gümüşü siqaret kağızına bükülü əşyaları açır, onlardan toz şəklində olanın nə olduğunu soruşanda Təqsirləndirilən şəxs narkotik vasitə olan “Kokos” olduğunu deyir, ikinci siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli əşyanı göstərərək nə olduğunu soruşanda Təqsirləndirilən şəxs şüşə, yəni metamfetamin olduğunu deyir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni bir aydan artıq müddətdir əl çantasında daşıdığını və öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirir. Qeyd olunan narkotik vasitə və psixotrop maddə ağ rənli zərfə qoyularaq bağlanır. xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materiallarının məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1014 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri olan zərfədəki bir ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan ağ rəngli kristallik hissəçiklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamendir, bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizası xx xxxx 2020-ci il tarixli 7/299 saylı rəylərindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr” yazılar və imzalar olan zərfdə bir ədəd siqaret sellofanında təmiz çəkisi 0,153 qram və bir ədəd papirosun içərisindəki qarışıq kütlədə təmiz çəkisi 0,141 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi -0, 294 qramdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,150 qram çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə olan metamfetamin, 0,352 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-olan heroin və 0,254 qram qurudulmuş marixuana maddit sübut hesab edilərək saxlanılması üçün Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1579 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə etməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15.36-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail Rayon Prokurorunun təqsirləndirilən şəxs barəsində həbs qəimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 7 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 45 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 saylı evin, 10/11 nömrəli mənzilində qeydiyyatdadır. (həyat yoldaşı) xx.xx.1986-cı il təvəllüdlü X8, (qızı) xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X4 ibarət ailə üzvləri vardır. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 123 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1988-ci ildən Bakı şəhəri, Səbail rayonu, .Məmmədəliyev küçəsi, 14 saylı evin, 10/11 nömrəli mənzilində qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olduğu müddətdən hal-hazıra kimi qonşular tərəfindən onun barəsində Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2010-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Surac oğlu xx xxxxxx 2012-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onun satış məqsədi olmadan 1 (bir) ədəd təmiz çəkisi 0,153 qram və 1 (bir) ədəd siqaretin içərisindəki qarışıq kütlədə təmiz çəkisi 0,141 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlanılması göstərilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nda qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən isə aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisi -0,294 qramdır. Göründüyü kimi, aşkar edilmiş qurudulmuş marixuananın çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,294 qram qurudulmuş marixuananın çəkisi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaratmır. Belə olan halda həmin epizodun hazırkı ittiham üzrə məhkəmə baxışına heç bir aidiyyət və bağlılığının olmamasını nəzərə alınaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,294 qram qurudulmuş marixuana ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilməlidir . Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də onun ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 1579 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,150 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 0,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,254 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 148,28 (bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Lakin Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatda göstərilən 310 (üç yüz on) manat məbləği məhkəmə tərəfindən ağlabatan hesab edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində vəsaitin ayrılmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsistintaq dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 0,294 qram olan qurudulmuş marixuana ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R disk (şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,150 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 0,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,254 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 148,28 (bir yüz qırx səkkiz manat, iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 12 saylı vəkil bürosunun (“xxxxxxxxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar