Məhkəmə qərarları › İş №1(009)-122/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-122/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-122/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 17/51, mənzil 62-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-11, ev 11, mənzil 97-də yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs2 özünü yalandan Azərbaycan Respublikası Energetika Nazirliyinin məsul işçisi kimi təqdim edib inandırmaqla, 2000 manat verəcəyi halda Energetika Nazirliyi yanında X3 Agentliyinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının axırlarında ünvan 1 ünvanda yerləşən «Hökümət Evi»nin qarşısında Zərərçəkmiş şəxs2 2.000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs1 özünü yalandan Azərbaycan Respublikası Energetika Nazirliyinin məsul işçisi kimi təqdim edib inandırmaqla, 2000 manat verəcəyi halda Energetika Nazirliyi yanında X3 Agentliyinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının axırlarında ünvan 1 ünvanda yerləşən «Hökümət Evi»nin qarşısında Zərərçəkmiş şəxs1 2.000 manat məbləğində pulunu Zərərçəkmiş şəxs2 vasitəsilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs1 özünü yalandan Azərbaycan Respublikası Energetika Nazirliyinin məsul işçisi kimi təqdim edib inandırmaqla onun dostu Zərərçəkmiş şəxs3 2000 manat verəcəyi halda Energetika Nazirliyi yanında X3 Agentliyinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının axırlarında ünvan 1 ünvanda yerləşən «Hökümət Evi»nin qarşısında Zərərçəkmiş şəxs3 2.000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 22.02.2020-ci il tarixdə keçmiş qrup yoldaşı Aleksey Faxardo D. Auresala telefon əlaqəsi yaradıb həftənin 5 günü işləyib aylıq 700 manat məvacibi olan iş olduğu barədə məlumat vermiş, işin həll olunması üçün əvvəlcədən 2.000 manat məbləğində pul vermək lazım olduğunu, həmçinin iki və ya üç nəfəri də həmin işə düzəldə biləcəyini demişdi. Bir neçə gün sonra Aleksey Faxardo D. Aures zəng edib bir nəfər tanışı olduğunu və həmin şəxsin onun təklifi ilə maraqlandığını bildirmişdir. Bir neçə gün sonra bir nəfər ona zəng edib Aleksey Faxardo D. Auresun tanışı Səbili olduğunu bildirib görüşmək istədiyini demiş, o isə razılaşmışdı. 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov rayon Prokurorluğunun binasının yaxınlığında o, Səbili və onun yanında olan bir nəfər şəxslə görüşmüşdü. Həmin görüş zamanı o, Energetika Nazirliyində nazir müavinin sürücüsü olduğunu bildirərək həmin nazirliyin nəznində X3 Agentliyində sürücü işini təklif etmiş, işin həll olunması üçün isə hər birinə görə 2.000 manat məbləğində pul istəmişdi. Onlar razılığa gələrək hərəsinə görə 2.000 manat məbləğində pulu ona vermək istədiklərini bildirmişlər. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi yaradıb başqa bir dostunun işə düzəlmək istədiyini bildirmiş, o, isə razılıq vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla «Hökümət Evi»nin qarşısında görüşmək barəsində razılaşmış, 2020-ci ilin fevral ayının axırlarında o, ünvan 1 ünvanda yerləşən «Hökümət Evi»nin qarşısına getmiş, orada Zərərçəkmiş şəxs2lə görüşmüşdü. Həmin görüş zamanı Ramil özünə məxsus olan 2.000 manat və Zərərçəkmiş şəxs1 məxsus olan 2.000 manat pulu, ümumilikdə 4.000 manat məbləğində pulu ona işə düzəlmək məqsədi ilə vermişdi. Bundan sonra Zərərçəkmiş şəxs2 oradan uzaqlaşıb getmiş, həmin tarixdə təxminən 1 saatdan sonra qeyd edilən ünvana Zərərçəkmiş şəxs3 gələrək özü şəxsən ona 2.000 manat məbləğində pulu işə düzəlmək məqsədi ilə vermişdi. Həmin şəxslərdən aldığı 6.000 manatı öz ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının ortalarında iş yoldaşı Hicran xanımın əri Aleks ona zəng edib bildirmişdi ki, həftənin 5 günü işləyib aylıq 700 manat məvacibi olan iş var, həmin işi universitetdə oxuduğu tələbə yoldaşı Zaur adlı şəxs həll edə bilər və işin həll olunması üçün əvvəlcədən 2.000 manat məbləğində pul vermək lazımdır. O, Alekslə söhbət etdikdən bir neçə gün sonra bu barədə dostları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məlumat vermiş, sonra özü Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov rayon Prokurorluğunun binasının yaxınlığında görüşmüşdür. Görüşə dostu Zərərçəkmiş şəxs2lə birlikdə getmiş, görüş zamanı Təqsirləndirilən şəxs Energetika Nazirliyində nazir müavinin sürücüsü olduğunu deyərək onlara həmin nazirliyin nəznində X3 Agentliyində sürücü işini təklif etmişdi. Bu işin həll olunması üçün Təqsirləndirilən şəxs hər birinə görə 2.000 manat məbləğində pul istəmişdir. Bu iş barədə o, dostu Zərərçəkmiş şəxs3 məlumat vermiş, sonuncu da həmin işə düzəlmək istədiyini bildirmişdir. O, dostu Zərərçəkmiş şəxs3 işə düzəlmək istədiyini Təqsirləndirilən şəxs bildirmiş və sonuncu buna öz razılığını vermişdi. Bundan sonra o, 2020-ci ilin fevral ayının axırlarında ünvan 1 ünvanda yerləşən «Hökümət evi»nin qarşısına dostu Zərərçəkmiş şəxs2lə görüşmüş, işi olduğu üçün özünə məxsus 2.000 manat pulu sonuncuya vermişdi ki, Təqsirləndirilən şəxsa çatdırsın. Dostu Zərərçəkmiş şəxs2 həmin tarixdə yuxarıda qeyd olunan ünvanda Təqsirləndirilən şəxslə görüşmüş, özünə məxsus 2.000 manat və ona məxsus 2.000 manat pulu, ümumilikdə isə 4.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdi. Həmin tarixdə bu hadisədən təxminən 1 saatdan sonra dostları Zərərçəkmiş şəxs3 da həmin ünvana gedərək özü şəxsən Zaura 2.000 manat məbləğində pulu işə düzəlmək məqsədi ilə vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş, onu və dostlarını aldadaraq pulu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onda olan məlumata əsasən 2020-ci ilin fevral ayının ortalarında dostu Zərərçəkmiş şəxs1 iş yoldaşının əri Aleks zəng vurub bildirmişdi ki, həftənin 5 günü işləyib aylıq 700 manat mavacibi olan iş var. İş barəsində Zaur özü ona məlumat verib. Həmin telefon danışığı zamanı Aleks bildirmişdi ki, bu işin həll olunması üçün əvvəlcədən 2.000 manat məbləğində pul vermək lazımdır. Dostu Səbili tanışı Alekslə söhbət etdikdən bir neçə gün keçdikdən sonra bu barədə ona və dostları Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ilə birlikdə 2020ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov rayon Prokurorluğunun binasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs Energetika Nazirliyində nazir müavinin sürücüsü olduğunu və onlara həmin nazirliyin nəznində X3 Agentliyində sürücü işini təklif etmişdir. Onlar Zaurla danışıb razılığa gəlmişlər ki, yenidən görüşüb istədiyi pulu ona versinlər. Həmin iş barədə Zərərçəkmiş şəxs1 dostları Zərərçəkmiş şəxs3 məlumat vermiş, sonuncu işə düzəlmək istədiyini bildirmişdi. Zərərçəkmiş şəxs1 dostları Zərərçəkmiş şəxs3 işə düzəlmək istədiyi barədə Təqsirləndirilən şəxs bildirmiş və o, buna öz razılığını vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə hökümət evinin qarşısında görüşmək barəsində razılaşmış, 2020-ci ilin fevral ayının axırlarında Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanda yerləşən «Hökümət evi»nin qarşısında onunla görüşmüş, işi olduğu üçün özünə məxsus 2.000 manat pulunu ona vermişdi ki, Təqsirləndirilən şəxsa çatdırsın. Həmin günü yuxarıda qeyd olunan ünvanda o, Təqsirləndirilən şəxslə görüşmüş, özünə məxsus 2.000 manat pulunu və Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat pulu, ümumilikdə 4.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdi. Həmin tarixdə təxminən 1 saatdan sonra dostları Mirnur da qeyd edilən ünvanda özü şəxsən Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pulu işə düzəlmək məqsədi ilə vermişdi. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş, onu və dostlarını aldadaraq onlardan aldığı pulu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onda olan məlumata əsasən 2020-ci ilin fevral ayının ortalarında dostu Zərərçəkmiş şəxs1 iş yoldaşının əri Aleks zəng vurub bildirmişdi ki, həftənin 5 günü işləyib aylıq 700 manat mavacibi olan iş var. Zaur adlı şəxs həmin işi həll edə bilər. Həmin telefon danışığı zamanı Aleks bildirmişdi ki, bu işin həll olunması üçün əvvəlcədən 2.000 manat məbləğində pul vermək lazımdır. Dostu Səbili tanışı Alekslə söhbət etdikdən bir neçə gün sonra bu barədə dostu Zərərçəkmiş şəxs2 məlumat vermişdi. Bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaratmış, 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov rayon prokurorluğunun binasının yaxınlığında görüşmüşlər. Həmin görüşə Zərərçəkmiş şəxs1yi dostları Zərərçəkmiş şəxs2lə birlikdə getmiş, görüş zamanı Təqsirləndirilən şəxs Energetika Nazirliyində nazir müavinin sürücüsü olduğunu və sonunculara həmin nazirliyin nəznində X3 Agentliyində sürücü işini təklif etmiş və işin həll olunması üçün hər birindən 2.000 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxslə razılığa gəlmişlər ki, yenidən görüşüb istədiyi məbləği Zaura versinlər. Bu iş barədə Zərərçəkmiş şəxs1 ona məlumat vermiş, o, dostu Zərərçəkmiş şəxs1 dinlədikdən sonra bu işə düzəlmək istədiyini bildirmişdi. Zərərçəkmiş şəxs1 onun işə düzəlmək istədiyi barədə Təqsirləndirilən şəxs bildirmiş və o, buna öz razılığını vermişdir. 2020-ci ilin fevral ayının axırlarında Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda yerləşən hökümət evinin qarşısında Zərərçəkmiş şəxs2lə görüşmüş, işi olduğu üçün Zərərçəkmiş şəxs1 özünə məxsus olan 2.000 manat pulunu Ramilə vermişdi ki, həmin məbləği Təqsirləndirilən şəxsa çatdırsın. Sonra orada Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə görüşmüş, özünə məxsus 2.000 manat və Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat pulu, ümumilikdə 4.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin günü təxminən 1 saat sonra o, həmin ünvana gedərək özü Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pulu işə düzəlmək məqsədi ilə vermişdir. Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməyərək onu və dostlarını aldadaraq aldığı pulları ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Faxardo D.X4 ifadəsində göstərmişdir ki, 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Geoloqiya fakültəsində təhsil alarkən qrup yoldaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Universiteti qutardıqdan sonra Təqsirləndirilən şəxslə yalnız telefon vasitəsi ilə əlaqə saxlayıb bir neçə dəfə danışmışlar. Həyat yoldaşı Faxardo D Aures Hicran Fikrət qızının iş yoldaşı olan Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra ailələri arasında dostluq münasibəti yaranmışdır. Tanışı Zərərçəkmiş şəxs1 işində müəyyən problemlər olduğu üçün özünə yeni iş yeri axtardığı barədə ona məlumat vermişdir. 22.02.2020-ci il tarixdə keçmiş qrup yoldaşı Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradıb həftənin 5 günü işləyib aylıq 700 manat mavacibi olan işin olması barədə ona məlumatvermişdi. Bundan başqa Zaur ona bu işin həll olunması üçün əvvəlcədən 2.000 manatməbləğində pul vermək lazım olduğu barədə və iki və ya üç nəfəri də həmin işə düzəldəbiləcəyini demişdir. O, bu iş yeri barədə tanışı Zərərçəkmiş şəxs1 məlumat vermiş, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 əlaqə yaratmaq məqsədi ilə vermişdi. O, bir daha Təqsirləndirilən şəxslə əlaqə yaradıb dostu Zərərçəkmiş şəxs1 ona tapşırmışdır. Təqsirləndirilən şəxs ona heç bir narahatçılığa səbəb olmadığını bildirmişdi. Bir qədər vaxt keçdikdən sonra ona məlum olmuşdu ki, 2020-ci ilin fevral ayının axırlarında tanışı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanda yerləşən hökümət evinin qarşısında dostu Zərərçəkmiş şəxs2lə görüşmüş, işi olduğu üçün Zərərçəkmiş şəxs1 özünə məxsus 2.000manat pulunu Zərərçəkmiş şəxs2 vermişdir ki, həmin məbləği Təqsirləndirilən şəxsa çatdırsın. Bundan sonra Zərərçəkmiş şəxs2 həmin tarixdə həmin ünvanda Təqsirləndirilən şəxslə görüşmüş, özünə məxsus 2.000 manat pulu və Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat pulu, ümumilikdə 4.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin gün təxminən 1 saat sonra Zərərçəkmiş şəxs1 digər bir dostu Mirnur adlı şəxs həmin ünvanda özü şəxsən Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pulu işə düzəlmək məqsədi ilə vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməyərək onun tanışı Zərərçəkmiş şəxs1 və onun dostlarını aldadaraq onlardan aldığı pulu ələ keçirmişdir. İş materiallarında olan 12 dekabr 2020-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 noyabr 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 15 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 14 yanvar 2021-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 16 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 16 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin 19 may 2020-ci il tarixli K-26 saylı Əmrindən görünür ki, maliyyə və təmin at şöbəsinin baş müt0259əssis –sürücüsü Təqsirləndirilən şəxs 19 may 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan 02.04.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 2000 manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs2 xeyrinə, 2000 manat məbləğində Zərərçəkmiş şəxs3 xeyrinə, 2000 manat məbləğində Zərərçəkmiş şəxs1 xeyrinə tutulması” tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(009)-122/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğlu barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının 25 iyun 2021-ci il tarixli 17/38-439 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 24.06.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 28.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 28.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 28.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 22.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun adından X2 hesabına dəymiş zərərin 25 %-i olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə zərər tam məbləğdə ödənildiyindən və iddia tələbi olmadığı üçün mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslərlə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə zərər tam məbləğdə ödənildiyindən və iddia tələbi olmadığı üçün mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar