Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-122/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 11 avqust 1981-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə kirayənişin yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin əldə edib üzərində saxlamış və 25 yanvar 2022-ci il tarixdə saat 15:20 radələrində ünvan 1 ünvanında Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə təsiri altında olması şübhə olunduğundan saxlanılıb ünvan 3 ünvanında yerləşən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən siqaretin gümüşü kağızma bükülmüş və içərisində təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olan 01 ədəd büküm aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qəbul edən olduğu üçün qəbul etdiyi narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almışdır və özü qəbul etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə də məşqul olmamışdır. Az müddətdir ki, Bakı şəhərinə gələndən sonra narkotik vasitə olan heroini qəbul etməyə başlamışdır, qəbul etdiyi narkotik vasitə olan heroini Papanindən tanımadığı və adını bilmədiyi şəxdən özü tək olaraq alıb qəbul etmişdir. 25 yanvar 2022-ci ildə səhər saatlarında narkotik vasitə alıb qəbul etmək üçün Bakı şəhərində olan Papanin deyilən yerə getmiş, orada tanımadığı şəxsdən 10 manata 1 ədəd siqaretin gümüşü kağızında olan öz aralarında «kakos» adlandırdıqları heroin adlı narkotik vasitəni alıb şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmin gün fəhlə olduğu üçün ona bildirilmiş ünvana söküntü işləri aparmaq üçün tək olaraq piyada gedərkən Sahil metrostansiyasının yaxınlığında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib vəsiqələrini göstərib onunla söhbət edib narkotik vasitədədən qanunsuz istifadə etməsində şübhəli bilib üzərində axtarış aparılması məqsədi ilə 39-cu Polis bölməsinə aparmışlar. 39-cu Polis bölməsində olan zaman üzərində axtarış aparılmasına görə dəvət edilmiş vəkilin iştirakl ilə onu 39-cu Polis bölməsinə gətirmiş iki nəfər polisdə olmaqla xidməti iş otağında video çəkilişdən istifadə edilməklə üzərində axtarış aparılmışdır. Axtarış aparılan zaman üzərində olan qanunsuz daşıdığı əşyanın çıxarılıb təqdim edilməsi təklif edilmiş, bu zaman o əynində olan göy rəngli cins şalvarın sağ balaca cibindən, aldığı həmin siqaretin gümüşü kağızma bükülmüş narkotik vasitə olan kakosu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasını və himayəsində iki az yaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri ilə yanaşı, özünün etirafedici ifadəsi, iş materiallarında olan videogörüntü, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci ildə iş yoldaşı Şahid2la birlikdə 39-cu polis bölməsinin ərazisində mülki geyimdə gəzinti xidmətində olan zaman saat 15:20 radələrində Səbail rayonu Z.Əliyeva küçəsi 27 ünvanının qarşsında bir nəfər şəxsin yerişində və hərəkətlərində ictimai münasibətlərdə normal qəbul edilməyən, yəni qeyri-ixtiyari davranış kimi qiymətləndirilən hərəkət olmasını görüb ona yaxınlaşaraq polis vəsiqələrini göstərib özlərini ona təqdim eidikdən sonra ondan özünü təqdim etməsini istədikdə o, danışıq zamanı suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışırmış. Onun bu hərəkətlərini görüb narkotik vasitə təsiri altında olan şəxslər kimi davranışından və üzərində narkotik vasitə daşımasından şübhələnib onu 39-cu polis bölməsinə dəvət edib Səbail Rayon Polis İdarəsinin 39-cu X3 Hissəsinə gətirmişlər. 39-cu Polis bölməsində olan zaman həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq onun üzərində şəxsi axtarış və götürmə aparılması üçün dəvət edilmiş müdafiəçi Aqil Azadov, o və iş yoldaşı Sadiqin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparılması barədə qəbul edilmiş qərar ona elan edilərək şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və paltarında qanunsuz yolla əldə edilmiş olan əşya və ya bədənində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud da subut əhəmiyyətinə malik ola biləçək digər əşyalar və ya sənədləri könüllü surətdə təqdim etməsi təkilf edilmişdir. Bu təklifdən sonra X4 əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm orada açıldıqda içərisində qəhvəyi rəngdə spesifik qoxuya malik toz halında narkotik vasitə olan kütlə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin «kakos» olmasını deyərək onu həmin gün Nəsimi rayonunda olan Papanin deyilən yerdən tanımadığı bir şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarşş aparılsadsa heç bir subut əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir, Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü kağızında bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilərək götürülmüş, bu barədə tərtib edilmiş protokola iştirakçılar imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci ildə iş yoldaşı Şahid2la birlikdə 39-cu polis bölməsinin ərazisində mülki geyimdə gəzinti xidmətində olan zaman saat 15:20 radələrində Səbail rayonu Z.Əliyeva küçəsi 27 ünvanının qarşsında bir nəfər şəxsin yerişində və hərəkətlərində ictimai münasibətlərdə normal qəbul edilməyən, yəni qeyri-ixtiyari davranış kimi qiymətləndirilən hərəkət olmasını görüb ona yaxınlaşaraq polis vəsiqələrini göstərib özlərini ona təqdim eidikdən sonra ondan özünü təqdim etməsini istədikdə o, danışıq zamanı suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışırmış. Onun bu hərəkətlərini görüb narkotik vasitə təsiri altında olan şəxslər kimi davranışından və üzərində narkotik vasitə daşımasından şübhələnib onu 39-cu polis bölməsinə dəvət edib Səbail Rayon Polis İdarəsinin 39-cu X3 Hissəsinə gətirmişlər. 39-cu Polis bölməsində olan zaman həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq onun üzərində şəxsi axtarış və götürmə aparılması üçün dəvət edilmiş müdafiəçi Aqil Azadov, o və iş yoldaşı Sadiqin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparılması barədə qəbul edilmiş qərar ona elan edilərək şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və paltarında qanunsuz yolla əldə edilmiş olan əşya və ya bədənində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud da subut əhəmiyyətinə malik ola biləçək digər əşyalar və ya sənədləri könüllü surətdə təqdim etməsi təkilf edilmişdir. Bu təklifdən sonra X4 əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm orada açıldıqda içərisində qəhvəyi rəngdə spesifik qoxuya malik toz halında narkotik vasitə olan kütlə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin «kakos» olmasını deyərək onu həmin gün Nəsimi rayonunda olan Papanin deyilən yerdən tanımadığı bir şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarşş aparılsadsa heç bir subut əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir, Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü kağızında bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilərək götürülmüş, bu barədə tərtib edilmiş protokola iştirakçılar imza etmişlər. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-də şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarışa başlanması elan olunmaqla Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan badaca cibindən bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur, həmin büküm təhqiqatçı tərəfindən açılır və bükümün içərisində digər xırda kağız bükümünda qəhvəyi rəngdə, toz şəklində, narkotik vasitə-heroinə (kakosa) bənzər kütlə olması görünür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümlərdə olan narkotik vasitə - heroini (kakosu) bu gün Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən özü qəbul etmək üçün 10 manat verib almşdır, sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitəyə bənzər kütlə olan büküm əvvəlki qaydada bükülüb kağız zərfə qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən zərfdəki soyadları qarşısında imza edilərək zərf götürülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 6/495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, təmiz çəkisi 0,185 qram qəhvəyi rəngdi tozşəkilli, kustar üsulla hazırlanmış ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan 0,135 qram narkotik vasitə - heroin saxlanılması üçün Səbail Rayon Polis İdarısinin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. Belə ki, Göyçay Rayon Məhkəməsinin 29 mart 2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Hazırki cinayət əməlinin 25 yanvar 2022-ci il tarixində törədildiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2022-ci il tarixdə “həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. “Həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 12 iyul 2022-ci il tarixdə tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əmlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək, 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək, yəni 04 (dörd) gün şübhəli şəxs qismində tutulduğunu, habelə 12 iyul 2022-ci il tarixdən 29 sentyabr 2022ci il tarixədək, 02 (iki) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, yəni 05 (beş) ay 04 (dörd) gün müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2022-ci il tarixli, 916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,135 qram narkotik vasitə - heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək, 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək 04 (dörd) gün tutulduğu, həmçinin 12 iyul 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək, 02 (iki) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, yəni 05 (beş) ay 04 (dörd) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5i ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,135 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-122/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-122/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver