Məhkəmə qərarları › İş №1(009)-122/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-122/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-122/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Y.Mürsəlov küçəsi, ev 17 ünvanında yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 22 may 2024-cü il tarixdə saat 10:15-də məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən X9 13 dekabr 2023-ci il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında şəxsi münasibətlərinin kəskinləşməsi ilə əlaqədar qısqanclıq zəminində əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs sillə ilə vuraraq oradakı boruya çırparaq və yerə yıxaraq sol yanaq və burunüstü nahiyyənin qançırları, sol üst göz qapağının və sağ saidin arxa səthinin sıyrıqları, eləcə də sağ bazunun arxa səthinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmıış qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. 13 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Jalə ona zəng edərək əsəbi halda görüşmək istədiyini bildirmişdir. Bundan sonra yaşadıqları binanın həyətinə əsəbi halda gələn Jalə onun anasının evinə gedib-gələn Aytac adlı qadının Jalənin dalınca əxlaqsız olmağına dair ifadələr işlətdiyini və ondan həmin qadının dediklərini nə üçün təsdiq etdiyini soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Jalə onu təhqir etmiş, onun üstünə hücum edərək boğazından tutmuş, o isə Jalənin qolundan tutaraq sakitləşdirmək istəmiş, lakin onu döyməmiş və xəsarət yetirməmişdir. O, Jaləni özündən kənarlaşdırmaq istəmiş, bu zaman Jalə ayağı ilişdiyi üçün yıxılmışdır. Daha sonra hərəsi öz evinə getmişdir. O, təhqiqat zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Təhqiqatçı ona ifadəni oxumağa imkan yaratmamış, ifadəni imzalamalı olduğunu bildirmiş, o da ifadəni oxumadan imzalamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraətverici hökm çıxarmağı xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, X9 ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşdur. 13 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində o, Sadiqi görüş üçün həyətlərinə çağırmışdır. Həmin zaman əsəbi halda Sadiqə onun anasının evinə gedib-gələn Aytac adlı qadının onun haqqında əxlaqsız olmağına dair xoşagəlməz ifadələr işlətdiyini bildirmiş və Sadiqdən nə üçün həmin qadının dediklərini təsdiq etdiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə düşmüşdür. O, Sadiqin üzərinə hücum etmiş, saçını yolmuş və təpikləmişdir. Lakin Sadiq onu vurmamış və ümumiyyətlə onu döymək niyyəti olmamışdır. Çünki Sadiq ona deyil, o, Sadiqə hücum etmişdir. Belə ki, o, Sadiqə hücum etdiyindən Sadiq onu sakitləşdirmək və özündən uzaqlaşdırmaq üçün əvvəlcə qollarından tutmuş və sonra yerə itələmişdir. Bundan sonra o, yerə yıxılmışdır. Öz ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Sadiq onun qoluna vurmamış, o, özü yerə yıxılarkən qolu zədə almışdır. Həmçinin hadisə zamanı Sadiqin əlində heç bir əşya olmamışdır. “102” xidmətinə onun atası məlumat vermişdir. O, təhqiqat zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Təhqiqatçı ona ifadəni oxumağa imkan yaratmamış, ifadəni imzalamalı olduğunu bildirmiş, o da ifadəni oxumadan imzalamışdır. 14 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2023-cii il tarixli 702 nömrəli rəyinə əsasən vətəndaş X8 bədənində müəyyən edilmiş xəsarətlər - sol yanaq və bııruniistü nahivyənin qançırları, sol üst göz qapağının və sağ saidin arxa səthinin sıyrıqları, eləcə də sağ bazunun arxa səthinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl və küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 25 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 dekabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X9: - Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində təhqiqatı aparılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin baş təhqiqatçısı X6 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinin pozulmasına yol verildiyi müəyyən edilmiş və barəsində xüsusi qərar çıxarılmışdır. Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı xx.xx.2024-cü il tarixli apellyasiya protesti ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı cinayətprosessual qanunvericiliyinin və cinayət qanunun normal tətbiq edilməklə ləğv edilməsini və materialın məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilməklə bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 753/2024 nömrəli qərarı ilə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla, baş vermiş hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, hazırki cinayət işinin başlanmasına əsas və səbəb 13 dekabr 2023-ci il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanın qarşısında Zərərçəkmiş şəxs tanışı X9 ilə qarşılaşması, aralarında mübahisə edərək əlbəyaxa olmaları, Sadiqin onu döyməsi faktı və həmin fakt üzrə toplanmış material olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, həm zərərçəkmiş şəxsin ifadələri ilə 13 dekabr 2023-cü il tarixdə baş vermiş hadisənin qəsdən sağlamlığa yüngül zərər vurma olmaması sübuta yetirilmiş, Zərərçəkmiş şəxs öz ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq və baxış iclaslarında dinləmələr zamanı onu Sadiq Dövlətlinin vurmadığını, əksinə özünün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə hücum etdiyini və öz ehtiyatsızlığı nəticəsində yıxıldığından xəsarət aldığını göstərmişdir. Bundan əlavə məhkəmə iclasında həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9, həm də zərərçəkmiş şəxs X8 təhqiqatçının onlara ifadələrini oxumağa imkan yaratmadığını və buna görə də ifadəni oxumadan imzaladıqlarını bildirmişlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin təhqiqat zamanı ifadələri və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təhqiqat araşdırması zamanı kobud pozuntulara yol verildiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından həmin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı və məhkəmənin hazırlıq və baxış iclaslarında dinləmələr zamanı verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmənin hazırlıq və baxış iclaslarında dinləmələr zamanı verdikləri ifadələrini həqiqətə uyğun hesab edərək mötəbər sübut kimi qəbul edir. Onların təhqiqat zamanı verdikləri ifadələri işin faktiki halları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Ekspert rəyinə əsasən X3 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl və küt əşya ilə vurma nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Lakin rəydə göstərilən xəsarətlərin kənar şəxs tərəfindən vurulma nəticəsində əmələ gəlməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadəsi və işin digər sübutları ilə uyğun gəlmir və buna görə məhkəmə xx.xx.2023-cü il tarixli, 702 nömrəli məhkəmə tibbi ekspertizasının rəyini nəzərə almır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə X7 irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. X7 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X7 izah edilsin Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar