Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-122/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasının Orenburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Siyəzən rayonu, Siyəzən şəhəri, Xətai küçəsi, 103 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təşkil edən psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 oktyabr 2024-cü il tarixdə saat 04:25də Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinin ünvan 1 ünvanında olan inzibati binasına gətirilmiş, həmin tarixdə saat 05:30-dən etibarən orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq və əynində olan gödəkçənin sol cibində daşıdığı “Camel” siqaret paketinin içərisindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,334 psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Belə ki, narkotik və psixotrop maddələrdən istifadə etmədikdə bədənində küt ağrılar baş verir. Bununla yanaşı olaraq o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Siyəzən rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdı. Buna baxmayaraq o, narkotik və psixotrop maddələrdən kənarda qala bilməmiş və yenidən müxtəlif və şəxsiyyəti barədə məlumatı olmayan şəxslərdən pul müqabilində alaraq istifadə etmişdir. Beləliklə də, 23 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı və şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 5-10 manat pulun müqabilində 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin (narkomanların dili ilə şüşə) almışdı.Aldığı psixotrop maddə olan metamfetamindən (şüşə) bir qədərini istifadə etmiş, qalıq qalan hissəsini üzərində olan “Camel” siqaret paketinin içərisinə yerləşdirmişdir ki, növbəti günlərdə özü üçün istifadə edər. Nəhayət 24 oktyabr 2024-cü il tarixdə saat 04:25 radələrində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi ilə piyada hərəkət edən vaxt 2 (iki) nəfər polis formasında olan polislər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərməklə Daxili işlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona özünü həddindən artıq şübhəli apardığını və nəticədə narkotik və ya psixotrop maddələrdən istifadə edib-etmədiyini ondan soruşmuşdular. Həmin vaxt onun üzərində psixotrop maddə olan metamfetamin (şüşə) olduğundan o, özünü daha da şübhəli aparmışdı.Bundan sonra ona polis əməkdaşları tərəfindən verilən suala cavab olaraq bildirmişdir ki, mütəmadi olaraq o, narkotik və psixotrop maddələrdən istifadə edir və hazırda qalmağa yerinin olmadığından küçələrdə gecələdiyini bildirmişdi. Nəhayət polis əməkdaşları onu Bakı şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin ünvan 1 ünvanında olan inzibati binasına dəvət edərək könüllü şəkildə gətirmişdilər.Beləliklə də 9-cu Polis Bölməsinin xidməti otaqlarının birində nun istəyi və razılığı əsasında ona təqdim edilən 3 saylı vəkil bürosunun müdafiəçisi X1 iştirakı ilə ilk olaraq şübhəli şəxs qismində tutulmuş və həmin vaxtı ona şübhəli şəxs kimi hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah olunmuşdu. Daha sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış vaxtı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə, psixotrop maddə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif edilmişdi. Bundan sonra o, əynində olan gödəkçəsinin sol cibində daşıdığı “Camel” siqaret paketinin içərisindən 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini (şüşə) qarşısında olan masanın üzərində qoymaqla təqdim etmişdi.Beləliklə də 1 (bir) büküm olan psixotrop maddə metamfetamin (şüşə) təhqiqatçı tərəfindən qablaşdırılmış, 166 saylı möhür ilə möhürlənmiş, polis əməkdaşları, müdafiəçi və onun tərəfindən imzalanmışdı.O, təhqiqatçı tərəfindən suala cavab olaraq, üzərindən aşkar olumuş 1 (bir) psixotrop maddə olan metamfetamini (şüşə) haradan və kimdən əldə etdiyi sorğu-sual edildikdə, o, bildirmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı və həqiqətəndə şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 5-10 manat pulun müqabilində 1 (bir) ədəd bükümdə olan psixotrop maddə hesab edilən metamfetamini (şüşə) şəxsi istifadə üçün əldə etmişdir. Daha sonra təhqiqatçı tərəfindən kimyəvi ekspertiza təyin edilmiş və həqiqətəndə ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ona məxsus boş siqaret qutusunun içərisində saxlamaqla üzərində daşıdığı 1 (bir) ədəd bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,334 psixotrop maddə metamfetamindir.Bununla yanaşı olaraq bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə etdiyindən əvvəlcədən bilmişdir ki, onun üzərində olan psixotrop maddə olan metamfetamindir. Həmçinin o, ilk olaraq Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılan vaxt, daha sonra Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən heç bir zorakılığa, kobudluğa məruz qalmamışdır. Təqsirləndirilən şəxs X4 sözündə əməlindən peşman olmasını, gənc olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə bilrikdə 24 oktyabr 2024-cü il tarixdə saat 04.25 radələrində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində 6656 saylı çağırışlı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xidmətdə olduğu vaxt 1 (bir) nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və üzərində olan polis xidməti vəsiqələrini təqdim edib Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmişdir. Həmin şəxslə ilkin olaraq aparılan söhbət zamanı və ona verilən suallara qeyri-adekvat cavablar verməsi, bəzi suallardan yayınması onlarda tam olaraq şübhə yaratmışdı.Bununla yanaşı olaraq həmin kişi cinsli şəxs ilk baxışdan narkotik vasitənin təsiri altında olduğunu müəyyən edib onu Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 36 ünvanında olan inzibati binasına dəvət etmişdi. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Orenburq şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Siyəzən rayonu, Siyəzən şəhəri, Xətai küçəsi, 103 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Beləliklə də xx.xx.2024-cü il tarixdə o və Bakı şəhəri, Səbail Rayon Polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi polis mayoru ilqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsi barədə göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 həvalə edilmişdi. Beləliklə də, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin, 9-cu Polis Bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında təhqiqatçı X11 tərəfindən protokol tərtib edilmişdi. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı büronun vəkili X1 iştirakı ilə əynində olan gödəkçənin sol cibində daşıdığı 1 (bir) ədəd “Camel” siqaret paketinin içərisindən 1 (bir) ədəd bükümü çıxararaq könüllü olaraq masa üzərinə qoymuşdu. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Yasamal rayon ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 5- 10 (beş-on) manat pulun müqabilində 1 (bir) ədəd metamfetamin alaraq üzərində saxlamaqla daşımışdı və qalıq hissəsini isə xx.xx.2024-cü il tarixdə özü ilə daşıyaraq Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsinə gətirmişdi. Məhkəmə iclasında zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail Rayon Polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2, iş üzrə digər şahid Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/4988 saylı 24 oktyabr 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 24 oktyabr 2024-cü il tarixli akta əsasən, qəbul edilmişdir: metamfetaminin təmiz çəkisi: 0,334 qram, tədqiqata sərf edildi - 0,50 qram, qalıq -0,284 qram təşkil etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” barədə əynində olan gödəkçənin sol cibində daşıdığı “Camel” siqaret paketinin içərisindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,334 psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis idarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,334 psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 04:25-də şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan qərarla 25 oktyabr 2025-ci il tarixində, saat 10:20-də ona elan olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr 2024-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum edilmiş və Narkomaniyadan Məcburi müalicə təyin olunması ilə bağlı hökm çıxarılmış, 24 noyabr 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, 27 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdu. “AZE MİS” Eletron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2012-ci il təvəllüdlü X12 vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasının aağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 Ekspertizasının xx.xx.2024-cü tarixli 7359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut ekspertiza tətqiqatında sonra qalıq qalan 0,284 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonu ərazi hüdudlarını tərk etməmək, Siyəzən rayonu, Siyəzən şəhəri, Xətai küçəsi, 103 saylı evdə olan yaşayış yerini hər gün saat 23:00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Siyəzən İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan – 0, 284 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səsən bir) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 485 (dörd yüz səksən beş) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-122/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-122/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver