Məhkəmə qərarları › İş №1(009)-123/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, rəssam işləyən, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə məhkum edilmiş və xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunaraq məhkumluğu ödənilmiş, Bakı şəhəri, Seyid Rüstəmov küçəsi 3/6, mənzil 33B-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 1 -ci Həsən Seyidbəyli küçəsi ev 9, mənzil 51-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, 1 -ci Həsən Seyidbəyli küçəsi ev 9, 51 saylı mənzilin içərisində giriş hissədə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun saçlarından və qolundan tutub qəsdən çölə itələyərək yerə yıxıb ona, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ üst göz qapağının bayır yarısının qançırı və sağ gözün ağlı qişasının bayır yarısına total qansızmalar, qarının ön divarının sağ yarısının sıyrıqlar toplusu, sağ saidin yuxarı, sağ budun orta-yuxarı 1/3-nin ön bayır, sağ baldırın yuxarı 1/3-nin ön və arxa səthlərinin qançırları ilə nəticələnən qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anası Zenfıra və bacısı Fərqanə ilə birlikdə qonşuluqda yaşadıqlarını, lakin bir qonşu kimi onlarla münasibətlərinin yaxşı olmadığını, tez-tez aralarında münaqişlərinin olduğunu, belə ki, Günelgilin yaşadığı evin üstünü təxminən 10 il bundan əvvəl pul verib razılığını almaqla evi böyütmək üçün təmir işləri apardığını, lakin bir müddət keçdikdən sonra Günelin anası Zenfıra ondan həmin yer üçün əlavə pul tələb etmək istədiyini, ona rədd cavabı verərək, hər hansı bir məbləğdə ona əlavə pul verməyəcəyini bildirdiyini, bundan sonra Zenfiranın onunla prinsip apararaq onun barəsində müxtəlif instansiyalara şər və böhtan xarakterli məlumatlar verdiyini, son mübahisəyə səbəb isə bir neçə gün idi ki, Günelgil karantin rejiminə baxmayaraq yaşadıqları evdə təmir işləri görmələri olduğunu, onların təmir işləri aparması övladlarının “online” şəkildə dərs keçməsinə narahatçılıq törətdiyini, buna görə də bir neçə dəfə onlara bu barədə öz iradlarını bildirsə də, onlar buna heç bir məhəl qoymadıqlarını, xx xxxxx 2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində evdə olan zaman Zenfiranın evində təmir səsləri gəldiyi üçün onların qapısına yaxınlaşdığını, həmin zaman Zenfiranın qızı Günel qapıya çıxdıqda ona narahatçılığa səbəb olduqları üçün təmir işlərini dayandırmasını bildirdiyini, bundan sonra yaşadığı evə gedib DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat verdiyini, təxminən bir dəqiqə sonra Günel yaşadığı evin qapısına gəlib qapını döyməyə başladığını, qapını açdıqdan sonra Günelin onu itələyib evə daxil olub onu nalayiq sözlərlə söyüb təhqir etməyə başladığını, Günel tüpürə-tüpürə danışdığı üçün ona bu barədə öz iradını bildirdiyini, həmin zaman Günel qəsdən üzünə tüpürüb onu təhqir etdiyini, bundan sonra onun saçından tutub yaşadığı evdən çölə itələdiyini, həmin zaman Günel yerə yıxıldığını, bundan sonra qapını bağladığını, hadisə zamanı orada azyaşlı uşaqları və həyat yoldaşının olduğunu göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədini, bununla belə himayəsində iki az yaşlı uşağın olmasının, həmçinin istedadlı rəssam, sənətşünas, bir neçə kitabın müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdçüsü olmasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə ərizəni özünün yazdığını, təxminən 8 il olar ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşadıqlarını, onunla qonşuluqda yaşadıqları müddət ərzində bir neçə dəfə onunla aralarında sözlə mübahisələr olduğunu, belə ki, yaşadıqları mənzil Təqsirləndirilən şəxs yaşadığı mənzilin altında olduğu üçün və sonuncu dam hissədə təmir işləri gördürərkən evlərində müəyyən hissələrdə zədələr əmələ gəldiyini, bundan başqa Dadaş yaşadığı evindən emalatxana kimi istifadə edərək müəyyən tanışlarını evinə toplayıb öz hərəkətlərilə səs küy salmaqla onu və ailə üzvlərini narahat etdiyini, bir neçə dəfə Dadaşa bu barədə iradlarını bildirsələr də, sonuncu heç bir məhəl qoymadığını, evin müəyyən hissələrində zədələr olduğu üçün karantin dövründə evdə müəyyən təmir işləri görməyi qərarlaşdırdıqlarını, belə olub xx xxxxx 2020-ci il tarixdə saat təxminən 11 radələri olardı, evdə təmir işləri aparan zaman Təqsirləndirilən şəxs qapını döyməyə başladığını, həmin vaxt qapını açıb ondan nə olduğunu soruşduqda Dadaş karantin rejimində təmir işləri aparmağa və övladlarının dərs oxuya bilməməsinə görə iradlarını bildirib onu yaşadığı evin qarşısına çağırdığını, bundan sonra üzərində olan paltarları tozlu olduğu üçün paltarlarını dəyişib Dadaşın yaşadığı evin qarşısına getdiyini və qapını döyüb onu çağırdığını, Dadaş qapını açdıqdan sonra mənzilin içərisində dayandığından qeyri-ixtiyari olaraq bir addım mənzilin içərisinə keçdiyini, belə ki, videogörüntüdən də göründüyü kimi Dadaşın mənzilinin içərisinə tam olaraq keçmədiyini, yalnız qapının qarşısında içəridə giriş hissədə olduğunu, eyni zamanda həmin zaman Dadaşın iradəsinə zidd olaraq və ona müqavimət göstərərək mənzilinə daxil olmadığını, Dadaş özü onu çağırdığı üçün getdiyini, həmin vaxt Dadaş yenə də öz iradlarını bildirib onunla kobud danışmağa başladığını və danışanda tüpürməyini əsas gətirərək kənara durmağını bildirdiyini, eyni zamanda Dadaşın ona nalayiq sözlər deyərək onu təhqir etdiyini, bundan sonra Dadaşa nalayiq sözlərinə görə “tfu” sözünü dediyini, lakin onun üzünə tüpürmədiyini, yalnız sözlə dediyini, bu zəmində Dadaşla aralarında mübahisə yarandığını və mübahisə zamanı Dadaşın onun saçından və qolundan tutub qapıdan çölə itələdiyini, həmin vaxt yerə yıxıldığını və ağrıdan qışqırmağa başladığını, lakin Dadaş öz yaşadığı evinə girib qapını bağladığını, səsinə anası Zenfıra və bacısı Fərqanənin çıxıb ona köməklik edib ayağa qaldırdıqlarını, bundan sonra anası Zenfiranın DİN-nin 102 xidmətinə zəng vurub onun Dadaş tərəfindən döyülməyi barədə məlumat verdiyini, Dadaşın onu döyməsilə bağlı təcili tibbi yardımla xəstəxanaya müraciət etdiyini, daha sonra hadisə barədə Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə ərizə ilə müraciət etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, onlarla qonşuluqda yaşadığını, Dadaşın həmin evdən emalatxana kimi istifadə edərək, müxtəlif insanları oraya toplayıb hərəkətləri ilə səs küy salmaqla onu və ailə üzvlərini narahat etdiyini, bir neçə dəfə ona buna görə öz iradlarını bildirsələr də, Dadaş buna heç bir məhəl qoymadığını, bundan başqa Dadaş evin üstündə təmir tikinti işləri gördüyü üçün onun yaşadığı evin müəyyən hissələrində zədələr əmələ gəldiyini, karantin rejimi ərzində evdə olan müəyyən zədələri təmir etmək qərarına gəldiklərini, bu səbəblə xx xxxxx 2020ci il tarixdə səhər saat təxminən 11 radələrində qızı Günellə birlikdə evdə təmir işləri görən zaman qapı döyüldüyünü və qapını qızı Günelin açdığını, qızı Günelin Dadaşdan nə məsələ olduğunu soruşduqda sonuncu karantin rejimində təmir işləri apararaq səs küy salmaqla onun övladlarının dərs oxumasına mane olmaqla bağlı öz iradlarını bildirib Güneli yaşadığı evə dəvət etdiyini, bundan sonra qızı Günel üst başı toz olduğu üçün paltarlarını dəyişdirib tək çölə çıxdığını, aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra qızı Günelin ağlamaq səsini eşitdiyini və çölə çıxanda Günelin Dadaşın evinin qarşısında yerə yıxılmış vəziyyətdə ağladığını gördüyünü, Güneldən nə baş verdiyini soruşduqda Günel Dadaşın onu döydüyünü bildirdiyini, bundan sonra digər qızı Fərqanə ilə birlikdə Günelə köməklik edib onu yerdən qaldırıb yaşadıqları evə apardıqlarını, daha sonra isə DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların birgə nigahlarından iki azyaşlı uşaqları var. Zərərçəkmiş şəxs anası Zenfıra və bacısı Fərqanə ilə birlikdə onlarla qonşuluqda yaşayırlar. Lakin bir qonşu kimi onlarla münasibətləri yaxşı deyil, tez-tez aralarında münaqişələr olmuşdur. Bir neçə gün idi ki, Günelgil karantin rejiminə baxmayaraq yaşadıqları evdə təmir işləri görürdü. Onların təmir işləri aparması övladlarının “online” şəkildə dərs keçməsinə narahatçılıq törədirdi. Həyat yoldaşı bir neçə dəfə onlara bu barədə öz iradlarını bildirsə də, onlar buna heç bir məhəl qoymadılar. xx xxxxx 2020‑ci il tarixdə səhər saat təxminən 11 radələrində evdə olan zaman Zenfıranm evində təmir səsləri gəldiyi üçün həyat yoldaşım Dadaş onlara bununla bağlı iradlarını bildirmək üçün Zenfıranm evinə yaxınlaşdı və təxminən bir dəqiqə sonra evə qayıdıb DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdi. Aradan təxminən bir dəqiqə keçdikdən sonra Zenfıranın qızı Günel onların qapısını döydü, həyat yoldaşı qapını açan kimi Günel Dadaşı itələyib evə daxil olaraq Dadaşı söyüb təhqir etməyə başladı. Bundan sonra həyat yoldaşı Dadaş onun saçından tutub evlərindən bayıra itələdi və qapını bağladı. O da həmin zaman mobil telefonuyla onun hərəkətlərini videoçəkiliş edib, sonradan həyat yoldaşı Dadaşa həmin videoçəkişi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 1991-ci ildən Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibb eksperti işlədiyini, Zərərçəkmiş şəxs özünün müayinə etdiyini, Zərərçəkmiş şəxs barəsində xx xxxxx 2020-ci il tarixli 186 saylı məhkəmə-tibbi ekspertizasının rəyini özünün tərtib etdiyini, rəyin nəticəvi hissəsində qeyd olunan xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasma, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbə və sonrakı etapda itələnərək yıxılması zamanı qeyd olunan nahiyələrin zərblə bərk (sərt) ötüyə dəyməsi nəticəsində törənə bilinmələri barədə mülahizə yürütməyin mümkün olduğunu, vət.Zərərçəkmiş şəxs müayinə olunarkən Təqsirləndirilən şəxs onu əli ilə baş nahiyəsindən vurduğunu və saçlarından tutaraq yerə çıprdığını bildirdiyini qeyd etmişdir Məhkəməyədək icraat zamanı keçirilmiş və iclasında tədqiq olunaraq elan olunmuş Məhkəmə-tibbi ekspertizasından alınmış xx xxxxx 2020-ci il tarixli 186 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ üst göz qapağının bayır yarısının qançırı və sağ gözün ağlı qişasının bayır yarısına total qansızmalar, qarının ön divarının sağ yarısının sıyrıqlar toplusu, sağ saidin yuxarı, sağ budun orta-yuxarı 1/3-nin ön bayır, sağ baldırın yuxarı 1/3-nin ön və arxa səthlərinin qançırları, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxsnm bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı video görüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında sonuncunun yaşadığı evə girişdə içəridə qapının qarşısında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından və qolundan tutub onu zərblə çölə itələyir. İş materiallarında olan "Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Rəssamlar İttifaqının xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs istedadlı rəssam, sənətşünas, bir neçə kitabın müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdçüsüdür, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X10 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X13 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub‑olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət‑Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1 -ci maddəsilə Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli hökmü ilə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx xxxxxxx 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə olan halda X4 münasibətdə cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci və 59.2‑ci maddələrinə əsasən Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham olunduğunu, himayəsində azyaşlı uşağın olmasını, Azərbaycan Rəssamlar İttifaqının üzvü olmasını, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdçüsü olmasını və gənc olmasını nəzərə alınmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməklə islah olunmasını, cəzasını iş yeri üzrə çəkməsini, cəza çəkmə müddətinin əvvəlinin qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, o cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar