Məhkəmə qərarları › İş №1(009)-123/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı X8 və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 aprel 1952-ci ildə Oğuz rayonu, Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, Oğuz rayonu, Muxax kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını xeyli miqdardaı ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 onun oğlu Şahid3 Bakı Dövlət Universitetinin Qazax filialında imtahan kəsirlərini düzəltməyi yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 25.12.2018-ci il tarixdə "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsilə oğlu Şahid3 göndərdiyi 4000 manat pul vəsaitini həmin tarixdə Qazax rayonu, Heydər Əliyev prospektində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının inzibati binasının qarşısında Şahid3 alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat miqdarında ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs1 hərbi qulluqçulara əlilliyə görə təyin edilən təqaüdü düzəltməyi yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 04.04.2019-cu il tarixdə "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsilə göndərdiyi 1000 manat pul vəsaitini ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin baş ofisindən qəbul edib ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat miqdarında ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə X5 Daxili İşlər Nazirliyində yüksək rütbəli tanışlarının olduğunu deyib, həmin tanışları vasitəsi ilə onun oğlu Şahid4 Azərbaycan Respublikası DİN-ə qəbul etdirəcəyi və 15 gün ərzində bu barədə əmrin çıxacağı adı ilə yalandan vəd verib aldadaraq bu adla 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən Səməd Vurğun adına istirahət bağında X3 11000 manat pul vəsaitini, eyni məqsədlə 2020-ci ilin yanvar ayınınəvvəllərində Şəki şəhərində yerləşən “Görüş” kafesində Alovsət Sülemanovdan 4000 manat pul vəsaitini, 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs3 Şəki şəhərində avtobus sürücüsü Şahid6 vasitəsi ilə göndərdiyi 2000 manat pul vəsaitini Şahid6 Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində, X2 onun adına "xxxx" MMC-nin Şəki poçt filialının müştəri Xidmətləri şöbəsi vasitəsi ilə 18 yanvar 2020-ci il tarixdə göndərdiyi 400 manat pul vəsaitini ünvan 3 ünvanında və sonuncu dəfə X4 oğlu Şahid4 adına "xxxx" MMC-nin Şəki poçt filialının müştəri Xidmətləri şöbəsi vasitəsi ilə 24 yanvar 2020-ci il tarixdə göndərdiyi 600 manat pul vəsaitini ünvan 4 ünvanında yerləşən Azərpoçt MMC-nin Mərkəzi poçt şöbəsinin qarşısında Şahid4 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X5 ümumilikdə 18000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 övladı Şahid3 Bakı Dövlət Universitetinin Qazax filialında imtahan kəsirlərini düzəltməyi söz verib aldadaraq, 08.12.2018-ci il tarixdə Qazax rayonu, BDU-nin Qazax filialının qarşısında 4000 manat pulu Şahid3 almış, bundan baqşa isə Zərərçəkmiş şəxs1 hərbi əlillik təqaüdü düzəltməyi söz verib aldadaraq, Zərərçəkmiş şəxs1 04.04.2019-cu il tarixdə “Kapital” bankın Laçın filialından göndərdiyi 1000 manat pulu, ünvan 2 ünvanda yerləşən “Kapital” bankın baş ofisindən götürmüş, 250 manat pulu isə Zaura sonradan göndərmiş, aldığı pulları da xərcləmişdir. Şahid3 işini həll edə bilməməsinin səbəbi o olmuşdur ki, BDU-nin Qazax filialının rektoru vəfat etmiş və 4000 manatı da həmin rektora vermişdir. O Zərərçəkmiş şəxs2 “Heydər Əliyev” fondunda işlədiyini və əlinin hər yerə çatmasını demiş, həmçinin hər fənn üzrə dövlətin hesabına keçirmək üçün 35-40 manat, imtahanlara görə isə 50 manat pul verəcəyini demiş və ümumilikdə 3000 manatdan əlavə, gəlib getmək üçün 1000 manat pul istəmişdir. Nəvai ilə BDU-nun Qazax filialının qarşısında avtomobildə görüşmüş və Nəvai 4000 manat pulu ona vermiş, bundan sonra onlar birlikdə universitetin prorektorunun qəbuluna getmişlər, orada o vəzifəli şəxsin qudası kimi təqdim etmiş, lakin prorektor bu işi həll edə bilməyəcəyini, Qazax filialının müstəqil universitet olmadığını, sadəcə BDU-nin bir filialı olduğunu bildirmiş, ona görə də Nəvainin kəsirlərini özləri deyil, yalnız BDU-dan düzəldə biləcəyini bildirmişdir. Daha sonra Bakı Dövlət Universitetindən bu məsələni həll edəcəyini söz vermiş, lakin bundan sonra heç bir iş görməmiş və aldığı 4000 manatı qaytarmamışdır. Zərərçəkmiş şəxs2 böyük oğlu Zaur və Ramiz bir neçə dəfə əlaqə saxlasalar da, o hər dəfə onları aldatmaqla pulu hesablarına köçürəcəyini demiş, lakin qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 aldadaraq 1000 manat pulunu ələ keçirmiş, həmin pulun 250 manatını qaytarmışdır. Belə ki, onun Ramiz ilə aralarında olan haqq-hesaba görə o, onun nömrəsini bilmiş, lakin həmin vaxt onun hələ onları aldatmadığını fikirləşdikləri vaxtlar olmuş və ona görə də ona inanmışlar. Zaur 2004-cü ildə Salyan rayonunun N saylı hərbi hissəsində kəşfiyyat briqadasının əsgəri olmuş, ancaq əsəb-sinir sistemində və ürəyində problemlər olduğuna görə əlillik təqaüdü almış, həmin təqaüdü hərbi əlillik təqaüdünə çevirmək üçün onunla əlaqə saxlamaq qərarına gəlmiş və 2019-cu ilin qış aylarında onunla Bakı şəhərində görüşüb əlillik təqaüdü ilə bağlı sənədlərini ona göstərmiş, o, Zaura işini alındıra biləcəyini söyləmiş və bu iş üçün 1000 manat pul lazım olacağını, lakin həmin pulu bir qədər tez çatdırmağını, çünki xarici ölkəyə səfər edəcəyini demişdir. Aprel ayının 4-də onunla telefon əlaqəsi saxlayıb işini həll etməsi üçün bank vasitəsi ilə 1000 manat pul göndərəcəyini demiş, o da razılaşdıqdan sonra elə həmin gün səhər radələrində “Kapital” bankın Laçın filialı vasitəsilə ona 1000 manat pulu göndərmişdir. Daha sonra Zaur onunla əlaqə saxladıqda o pulu qonşuluğunda yaşayan şəxsə, yəni bu işlə məşğul olan şəxsə verdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 həmin ərəfələrdə həyat yoldaşı X9 Bakı şəhərində xəstəxanada əməliyyat olunduğundan ona pul lazım olmuş, ona görə də ona zəng edib pulunu qaytarmağı tələb etdikdə o,Zaura 22 may 2019-cu il tarixdə Laçın poçtu vasitəsilə 250 manat pul göndərmiş, daha sonra arvadının müalicə xərcləri üçün qalan pullarını istəmiş, lakin o, Zauru hər dəfə aldatmış və yerdə qalan 750 manat pulunu qaytarmamışdır. X5 qarşı törətmiş olduğu cinayət faktı ilə bağlı göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında xalası nəvəsi Əblüfət Əhmədov ona müraciət edərək bildirmişdir ki, onun Alovsət adlı tanışı var və o oğlunu polisə işə düzəltmək istəyir. O, bir-neçə nəfərdən maraqlandıqdan sonra ona məlum olmuşdur ki, 20000 manat müqabilində bu işi görmək olar və Əbülfətə demişdir ki, 20000 manat müqabilində o Alovsətin oğlunu işə düzəldə bifər. Bir müddətdən sonra Alovsətin Pərvin adlı oğlu Bakı şəhərinə gəlib onunla görüşərək, şəxsiyyət vəsiqəsi, hərbi bilet, ali təhsil haqqında diplomun surətlərini və anket məlumatları qeyd edilən işə qəbul haqqında CV-ni ona vermişdir. Oktyabr ayının axırlarında isə Əblüfət Alovsətlə birlikdə Bakı şəhərinə gəlmiş və onlar Səməd Vurğun parkında görüşərək tanış olmuşlar. Söhbət əsnasında Alovsət ona bildirmişdir ki, o oğlunu Baş Dövlət Yol Polisi İdarəsinə qeydiyyat- imtahan şöbəsinə işə düzəltmək istəyir. O ona demişdir ki, çalışıb onun oğlunu işə düzəldəcək. Təxminən 2-3 gün sonra Əbülfət və Alovsət onunla əlaqə saxlayaraq yenidən Səməd Vurğun parkında görüşmüş və görüş zamanı ona 11000 manat pul vermiş və bildirmişdir ki, pulun qalan hissəsini oğlunun işə düzəlmə əmri çıxandan sonra verəcək. O, ondan həmin 11000 manat pulu götürərək təxminən bir ay ərzində onun oğlunu işə düzəldəcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayında o, Əbülfətlə əlaqə saxlayarkən Alovsətin pul düzəldib-düzlətməməsini soruşmuş və Əbülfət bildirmişdir ki, Alovsət 2000 manat düzəldib. O, ona demişdir ki, həmin pulu yol maşını ilə ona göndərsin. Həmin vaxt Əbülfət ondan xahiş edərək qısa müddətə 1000 manat pula ehtiyacı olduğunu bildirdiyi üçün o, ona Alovsətin verdiyi 2000 manatın 1000 manatın borc olaraq özünə götürməyini demişdir. Daha sonra 2020-ci ilin yanvar ayınır əvvəllərində o Alovsətlə əlaqə saxlayıb pulun qalan hissəsi barədə maraqlandıqda c bildirmişdir ki, bir qədər də pul hazırlayıb, lakin Bakı şəhərinə gələ bilmədiyi üçün onun gəlməyini xahiş etdi. O, Şəki şəhərinə gedərək orada Alovsət və Əbülfətlə “Görüş” kafesində görüşmüşlər, həmin vaxt Alovsət ona 4000 manat pulu da vermiş və o ona bildirmişdir ki, oğlunun işi ilə məşğuldur qısa müddət ərzində həllini tapacaq. Daha sonra 2020-ci ilin yanvar ayının 18-də o Alovsətlə əlaqə saxlayaraq pulun qalan hissəsinin də lazım olduğnu bildirmiş və Alovsət oğlunun adından onun adına poçt vasitəsi ilə 400 manat pul göndərmiş, bir müddət sonra isə yanvar ayının təxminən 24-də əlavə olaraq yenə də 600 manat pul göndərmişdir. O, sonuncu dəfə pulu ünvan 5 ünvanda yerləşən poçtdan götürmüşdür. Daha sonra o yenə də Alovsətin oğlunun polis orqanlarına işə düzəltmək üçün çalışmış, lakin düzəldə bilməmiş və 2020-ci ilin mart ayında Alovsət ona verdiyi pulu ondan tələb etməyə başlamış, lakin o qaytara bilmədiyi üçün o polis orqanlarına müraciət etmişdir. Alovsətdən aldığı 18000 manat pulu o öz işlərinə xərcləmişdir. D\ymiş ziyandan Alovsətə 3000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs xəstəliyini, əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən qaytardığını nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X8 ifadəsində göstərmişdir ki, oğlu Pərvinlə birlikdə Şəkidə yaşayır və onun həyat yoldaşı vəfat edib. Onun oğlu Pərvin hərbi xidmətdən qayıtdıqdan sonra o, oğlunu işə düzəltmək istəmişdir və qonşularının arasında bu barədə xəbəri olanlar da olmuşdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində o, Şəki şəhərində çay evində oturub söhbət edərkən təsadüfən Əbülfət adlı şəxslə tanış olmuşdur. Əbülfət onun oğlu Pərvini işə düzətmək istədiyini bilib ona xalası oğlu Tehran adlı şəxsin Bakı şəhərində yüksək vəzifədə tanışlarının, hətta “Paşa Holding”-in rəhbərliyi ilə yaxın münasibətdə olduğunu deyib oğlu Pərvini Tehranın polisə işə düzəldə biləcəyini bildirib, bu işin həlli üçün 20000 manat pul lazım olduğunu demişdir. Əbülfəzə onda bu qədər pulun olmadığını və pulu tapmaq üçün evinin banka girov qoyub pul götürə biləcəyini Əbülfəzə demişdir. Tehran isə təcili bankdan pulu götürüb onunla əlaqə saxlamağı ona demişdir, Tehrana inanmış, çünki Tehran danışıqlarında “Paşa Holding”-in rəhbərliyinin adını çəkdiyinə görə onda Tehrana inam və etibar yaranmışdır. 18.10.2019-cu il tarixdə o, “Xalq Bank”-ın Şəki şəhər Filialından aylıq 19 % olmaqla evini banka girov qoyub 20000 manat kredit götürmüş, lakin o, bu barədə Əbülfətə heçnə deməmişdir. Əbülfətə o, onu xalası oğlu Tehranla tanış etməsini və Tehranla üzbə-üz görüşüb söhbət etmək istədiyini demişdir.2019-cu ilin oktyabr ayının axırlarında o, Əbülfətlə Bakı şəhərinə gəlmiş və Səməd Vurğun parkında Tehranla tanış olmuşdur. Tehranla söhbət zamanı Tehran ona onun oğlu Pərvini Şəkidə imtahan qeydiyyat idarəsində polis zabiti kimi işə düzəldə biləcəyini bildirib Baş Dövlət Yol Polisi İdarəsinin rəisi ilə cox yaxın olduğunu, oğlunu generaldan xahiş edəcəyini və bu işin həlli üçün 18000 manat lazım olduğunu demişdir. O, Tehranın danışıqlarına inanmış və pulu düzəldib Tehrana vermək üçün Tehrandan 2-3 gün vaxt istəmişdir. Həmin günü o, Şəkiyə qayıtmış və 2 gün sonra yenidən Əbülfətlə görüşüb Əbülfətlə birlikdə Bakı şəhərinə gəlmiş və yenidən Səməd Vurğun parkında Tehranla görüşüb Tehrana 11000 manat pul vermişdir. Pulun verilməsində Tehranın xalası oğlu Əbülfət də iştrak etmişdir. Qalan 7000 manat pulu isə əmr çıxdıqdan sonra verəcəyini Tehrana demişdir. Tehran ondan 11000 manat pulu ondan alıb 15 günə, ən uzağı isə 1 ay müddətində işi həll edəcəyini ona demişdir. 1-2 ay keçmiş, lakin Tehrandan xəbər çıxmadıqda o, Tehranla və Əbülfətlə əlaqə saxlamış, Tehran hər dəfə ona narahat olmamağı, ilin sonu olduğuna görə işin uzandığını, yeni ilin əvvəlində bu işin həll olunacağını demişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Əbülfət ona zəng vurub xalası oğlu Tehranın Şəkiyə İcra Hakimiyyətini yoxlamağa gəldiyini və təcili olaraq 4000 manat hazırlamasını demişdir. O, da həmin günü axşam saatlarında Şəkidə “Günəş" kafesində Tehranla görüşmüş və həmin vaxt Əbülfət də onun yanında olmuşdur. Tehrana 4000 manat vermiş və söhbət əsnasında Tehran ona demişdir ki, guya onun oğlu Şəki şəhər icra başçısı vəzifəsinə gəlir, Əbülfət isə oğlunun sürücüsü olacaq. Daha sonra Tehran onlardan ayrılıb çıxıb getmişdir. Bundan 2-3 gün sonra o, Tehranla telefon əlaqəsi yaradıb işin nə yerdə olduğunu Tehrandan soruşduqda Tehran ona işlərin qaydasında olduğunu, sənədləşmə işlərinin yekunlaşmaq üzrə olduğunu və narahat olmamağı bildirmişdir. Oğlunun diplomunun, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini o, Bakı şəhərində olan zaman Tehrana vermişdir. 1-2 gün sonra isə Tehranın özü ona zəng vurub təcili 2000 manat pulu da Bakı şəhərinə göndərməyi demişdir. O, həmin pulu Əbülfətlə birlikdə Əbülfətin Şəki şəhərində yaşayan, Şəki-Bakı marşurut xətti üzrə avtobus sürücüsü işləyən Elman adlı şəxsə vermişdir ki, səhərisi gün Tehrana çatdırsın. Elman da həmin pulu Bakı şəhərində Tehrana vermişdir. Bundan bir neçə gün sonra Tehran ona zəng vurub oğlu Pərvini Bakı şəhərinə göndərməyi ona dedikdə o, da Pərvini Bakı şəhərinə göndərmişdir. Səhəri gün oğlu Pərvin ona bildirmişdir ki, Tehran onunla bir dəfə DİN-nin inzibati binasına gedib guya Tehran Nazirlikdə kiminsə qəbulunda olub və oradan da Xırdalanda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə gediblər. Lakin Pərvin konkret olaraq heç kimlə görüşməmiş, Tehranın özü görüşüb söhbət etmiş və onun oğlunu Tehran rayona göndərib Pərvinə onun zəngini gözləməyi və əmr çıxan kimi Bakı şəhərinə gəlməyi demişdir. 18 yanvar 2020-ci il tarixdə Tehran ona zəng edib sənədlərin hazır olması ilə bağlı olaraq 400 manat pul lazım olduğunu dedikdə o, Şəki şəhərindən oğlu Pərvinin adından poçt vasitəsilə Təqsirləndirilən şəxs adına Bakı şəhərinə 400 manat pul göndərmişdir. Tehran Bakı şəhərində pulu götürüb ona zəng edərək pulu aldığını və Pərvini 2-3 günə Bakı şəhərinə göndərməyi ona demişdir. Pərvin də bundan sonra 23 yanvar 2020-ci il tarixdə Bakı şəhərinə getmişdir. Pərvin Bakı şəhərində olan zaman o, Pərvinlə telefon əlaqəsi saxlayıb Pərvindən Tehranın hansı işləri gördüyünü soruşduqda Pərvin ona Tehranın onun DİN-ə və BDYPl-nə apardığını və Tehranın orada tanımadığı şəxslərlə söhbət etdiyini demişdir. 24 yanvar 2020-ci il tarixdə Tehran yenidən ona zəng vurub tibbi komissiya ilə bağlı əlavə 600 manat pul lazım olduğunu bildirdikdə o, Şəki şəhərindən öz adından oğlu Şahid4 adına poçt vasitəsilə 600 manat pul göndərmişdir. Həmin vaxt oğlu Pərvin həmin yerdə Tehranla bir yerdə olmuş və Pərvin poçtdan 600 manat pulu götürüb elə orada Tehrana vermişdir. Pərvin həmin günü axşam evə gəlmiş və ona demişdir ki, Tehran onları aldadır, çünki onu bütün günü yalandan Bakı şəhərində gəzdirmiş, ora-bura aparmış, onu konkret olaraq heç kim qəbul etməmişdir. Belə olan halda o, Tehrana zəng vurmuş, Terhan isə müxtəlif bəhanələr gətirərək guya gah generalın burda olmadığını, 20 Yanvar hadisəsi ilə bağlı tədbirlərin olduğunu, Şəkidən onların evinə polislərin gəlib oğlu Pərvini sorğu-sual edəcəklərini və biraz gözləməyi ona demişdir. Bununla da o, Tehran tərəfindən aldandığını görüb mart ayının əvvəlində Şəkir şəhər polisinə ərizə ilə müraciət etmişdir. Şikayət editkdən sonra o, Əbülfətə zəng vurub onun da bu işdə günahkar olduğunu, onu bilə-bilə dələduz xalası oğlu ilə tanış edib 18000 manat pulunu ələ keçirməsini, telefon danşıqlarında Tehranla birlikdə onu aldatmasının sübut olunacağını Əbülfətə deyəndə Əbülfət ona demişdir ki, Tehran ona 1000 manat pul verib və həmin pulu da qaytara bilər. 08 may 2020ci ii tarixdə Əbülfət ona poçt vasitəsilə 1000 manat pul göndərmişdir. Mülki iddianın təmin edilməsini, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X8 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, dəymiş zərərin 15000 manatının qaytarılmadığını və buna görə də təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini, mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetinin Qazax filialının Tarix və Coğrafiya fakültəsinə 2014-cü ildə qəbul edilmiş və əyani oxumuşdur. 2017-ci təhsil ilinə onun 30-dan çox kəsirləri əmələ gəlmişdir. Çox çalışsa da özü həmin kəsirləri verə bilməmiş və bu barədə atası Ramizə demişdir. Onlar buna görə tanış axtarmağa başlamışlar ki, onu tapşırsınlar və kəsirlərini ödəsin. 2018-ci ilin təxminən noyabrdekabr aylarında onun böyük qardaşı Zaurun qohumu Razim onlara demişdir ki, onun Abdullayev Şəhriyar adlı uşaqlıq dostu var və Şəhriyarın da onun məsələsindən xəbəri vardır, Şəhriyarın deməsinə görə Tehran “Heydər Əliyev” fondunda vəzifəli şəxsdir və söz verib ki, Qazaxa gedib həmin məsələni həll edə bilər. Onun atası özü telefonla Şəhriyarla və Tehranla danışanda sonuncu ona bu məsələni həll edə biləcəyini demişdir. Bundan sonra atası ona 4000 manat pul göndərib demişdir ki, Şəhriyar və Tehran Qazax şəhərinə gəlib bu məsələni yerində həll edəcəklər və həmin pulu onlara vermək lazımdır. Daha sonra Tehran və Şəhriyar qara rəngli "KİA” markalı avtomobillə Qazax şəhərinə gəlmişlər. O, onlarla görüşəndə Şəhriyar demişdir ki, o, Tehranın sürücüsü kimi gəlib və həmin avtomobil Tehranındır. Sonra Tehran onunla danışaraq məsələnin 2970 manata həll edəcəyini dedikdə bu zaman Şəhriyar danışıqda iştirak etməmişdir. Atası ona demişdir ki, o, Tehrana imtahanın pulunu və özünə də yol haqqı kimi 1000 manat pul verməlidir. O, da Tehrana atasının ona göndərdiyi həmin 4000 manatı Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Bakı Dövlət Universitetinin filialının yanında maşında Tehrana vermişdir. Danışıq zamanı Tehran demişdir ki, gedib BDU-nin Qazax filialının rəhbərliyinə tapşırtdırmalıdır və sonra gəlib rektorun yanına girəcək. Tehran Bakı şəhərinə getmiş və təxminən bir ay keçdikdən sonra Qazax şəhərinə qayıtmışdır və onlar birlikdə rektorun qəbuluna getsələr də, lakin rektor xəstə olduğundan işdə olmamışdır. Tehran onunla birlikdə prorektor Yusubov Məmmədin yanına getmişlər. Təqsirləndirilən şəxs özünü Respublika rəhbərliyinin qohumu kimi, onu isə öz qohumu kimi təqdim etmiş və onun kəsirlərinin həll ediməsində köməklik göstərməyi xahiş etmişdir. X15 demişdir ki, BDU-nin Qazax filialında pul və tanışlıq keçmir, tələbə özü oxuyub imtahanları verməlidir. Tehran çölə çıxandan sonra ona Məmməd Yusubovun onu tanımadığı üçün onunla rəsmi danışdığını və gedib Bakıdan onun adamı rektorun özünə zəng edəcəyini və onun da kəsirlərini həll edəcəklərini ona demişdir. Məmməd Yusubovun mobil nömrəsi ***-***-**-** olmalıdır. Bundan sonra, 2019-cu ilin mart ayında Tehran onun qardaşı Zaurla da görüşüb və Zaura söz vermişdir ki, Zaurun hərbi əlillik təqaüd məsələsini də həll edəcək və Terhan Zaurdan bu məsələyə görə isə 1000 manat pul almışdır. Daha sonra onlar Tehranla onun məsələsini həll etmək məqsədi ilə mütəmadi əlaqə saxlamışlar və Tehran onlara demişdir ki, məsələni mütləq həll edəcək. Hətta 2019-cu ilin iyun ayında dövlət imtahanları ərəfəsində imtahanları da öz hesabına həll edib ona diplomunu alıb verəcəyini demişdir. Lakin Tehran vədinə əməl etmədikdə onlar başa düşmüşlər ki, Tehran onları aldadaraq onlara qarşı dələduzluq edib. Ona görə onun atası və qardaşı polisə ərizə ilə müraciət etmişlər. Tehran Zaurdan aldığı 1000 manatdan 250 manatını qaytarıb. Ondan aldığı 4000 manatı isə qaytarmayıb və qaytarmaqdan yayınır. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxs dələduzluq yolu ilə 1000 manat məbləğində vəsaitini mənimsədiyini və həmin məbləğin 250 manatını qaytardığını, həmçinin dəymiş zərərin ödənilməsi, əks təqdirdə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və hazırda Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində yerləşən Ərdəşəvi obasının tam orta məktəbində coğrafiya müəllimi işləyir.Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs bacanağı Razimin sinif yoldaşı Şəhriyarın vasitəsilə tanımış və Şəhriyarın Təqsirləndirilən şəxs sürücüsü olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs2lə qardaşı Nəvaiyə görə olan söhbətdən xəbərdar olub. Onun qardaşı Şahid3 Bakı Dövlət Universitetinin Qazax filialında tarix-coğrafıya fakültəsinin 5-ci kurs tələbəsi olmuşdur. Nəvainin bir neçə fəndən kəsiri olduğundan universiteti bitirə bilmirdi. 2018-ci ilin noyabr ayının axırlarında o, bacanağı Razimə zəng edərək Nəvainin universitetdə kəsirləri olduğunu və ondan kəsirləri düzəltmək üçün tanışının olub-olmamasını soruşduqda Razim də ona onun sinif yoldaşı Şəhriyarın Bakı şəhərində Tehran adlı şəxsin sürücüsü olduğunu və Tehranın da “Heydər Əliyev” fondunda işlədiyini, Tehranın imkanlarının geniş olduğunu ona demişdir. Razim isə həmin gün Şəhriyara zəng edib onun qardaşı Nəvainin məsələsini Şəhriyara danışmışdır. Bundan sonra Razim əlaqə saxlamaq üçün Şəhriyarın mobil telefon nömrəsini onun atasına vermişdir. Atası Şəhriyara zəng edib qardaşı Nəvainin universitetdə imtahanlarda yaranmış kəsir məsələsini Şəhriyara danışmış və bunu həll etməsini Şəhriyardan xahiş etmişdir. Bundan sonra atası Tehranla danışıb razılaşdıqdan sonra 2018-ci ilin dekabr ayının 7-də “Kapital Bank"ın Laçın filialından gedib öz adına 14000 manat kredit götürmüş və pulun 4000 manatı atası qardaşı Nəvaiyə "xxxx" vasitəsilə göndərmiş və Nəvai Qazax şəhərində 4000 manat pulu poçtdan qəbul edib Qazax rayonu, Heydər Əliyev prospektində yerləşən BDU-nun Qazax filialının qarşısında avtomobildə Tehranla görüşmüş və qardaşı Nəvai 4000 manat pulu Tehrana vermişdir. Buna görə də onun Təqsirləndirilən şəxs inamı yaranmışdır. Onun özü 2004cü ildə Salyan şəhərində “N" saylı hərbi hissədə əsgərlikdə olan zaman kəşfiyyatçı olmuşdur. Lakin səhhətində yaranmış problemlərlə bağlı olaraq hərbi xidmətdən təxris olunmuş və ona əlillik təyin olunduğundan təqaüd almağa başlamışdır. Əlillik dərəcəsinə görə aldığı təqaüdü hərbi əlilliyə görə ödənilən təqaüdlə əvəz etmək qərarına gəldiyindən buna görə ona kömək edib edə bilməyəcəyini Təqsirləndirilən şəxslə əlaqə saxlayıb onunla danışmışdır. Çünki Tehranı iş görən kimi artıq tanımışdır. Buna görə də o, 2019-cu ilin qış aylarında Bakı şəhərinə gəlmiş və Bakıda Tehranla görüşmüş, Tehrandan əlillik dərəcəsinə görə aldığı təqaüdü hərbi əlilliyə görə ödənilən təqaüdlə əvəz etməkdə ona köməklik etməyi xahiş etmişdir. Tehran isə əvəzində bu işin həlli üçün ondan 1000 manat pul istəmiş və xarici ölkəyə getdiyi üçün həmin məlbəğdə pulu ona tez çatdırmağı demişdir. 04 aprel 2019-cu ul tarixdə Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb bank vasitəsilə ona 1000 manat pul göndərəcəyini demişdir. Bundan sonra Tehrana "xxxx"ın Laçın filialından Bakı şəhərinə Tehranın adına 1000 manat pul göndərmişdir. Bir müddət sonra işinin hansı mərhələdə olduğunu öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi yaratmış və söhbət zamanı Təqsirləndirilən şəxs onu arxayın edib pulun qonşusunda olduğunu və tezliklə işinin həll olunacağını ona demişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldatdığını hiss edib ondan pulunu tələb etməyə başlamışdır. Həmçinin həyat yoldaşı Çimnaz Mirzəyeva xəstə olduğundan onun müalicəsinə pul lazım olduğu üçün onun pula ehtiyacı olmuşdur. Tehran 22 may 2020-ci il tarixdə poçt vasitəsi 1000 manatdan 250 manatını göndərmiş, lakin yerdə qalan pulu Təqsirləndirilən şəxs qaytarmamışdır. Təqsirləndirilən şəxs ona 1000 manat ziyan vurmuşdur. Bundan başqa Tehranla onun bu barədə “Wathsapp" yazışmaları da var və həmin yazışmalarıistintaqa təqdim etmişdir. İş üzrə Şahid5 məhkəməyə teleqramla müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Alovsət Süleymanovla o, Şəki şəhərində bir ərazidə yaşasalar da onun Alovsətlə münasibəti olmamışdır və 2019-cu ilin oktyabr ayının əvvəllərində Şəkidə çayxanada olarkən onların münasibəti yaranmışdır. 2019-cu ilin oktyabr ayının əvvəlində yenə də həmişəki kimi Şəkidə çayxanada olarkən Alovsət söhbət əsnasında oğlu Pərvinin hərbi xidmətdən qayıtdığını, işsiz olduğunu və onu daxili işlər orqanlarına işə düzəltmək istədiyini ona bildirib bu işdə ona köməklik etməyi ondan xahiş etmişdir. O, da qohumu olan Tehran haqqında məlumat vermiş və Tehranın ətrafında vəzifəli şəxsələrin çox olduğunu və bu işi görə biləcəyini Alovsətə demişdir. Alovsət də ondan Tehranla onu tanış etməyi xahiş etmişdir. Bundan sonra o, Tehranla danışmış və Alovsətə Tehranın mobil telefon nömrəsini vermiş və Alovsət özü Tehranla əlaqə saxlayıb danışmış və onların özləri öz aralarında danışıb razılaşmışlar.2019-cu ilin oktyabr ayının əvvəlində Alovsət onunla Bakı şəhərinə gedib Tehranla görüşmək istədiyini ona bildirdikdə onlar Bakı şəhərinə gəlib Səməd Vurğun parkında onun qohumu Tehranla görüşmüşlər. Söhbət əsnasında Tehran Alovsətin oğlunu Şəki şəhərində yol polisində İmtahan Qeydiyyat idarəsinə işə düzəldə biləcəyini deyib bu işin həlli üçün 20000 manat pul lazım olduğunu bildirmişdir. Alovsət Tehrana bu məbləğin çox olduğunu və 18000 manata gücü çata biləcəyini demişdir. Həmin günü çayxanada Alovsət Tehrana onun yanında 11000 manat vermişdir. Tehran pulu aldıqdan sonra 20 günlük müalicə olunduğunu və müalicəsi qurtarandan bu işlə məşğul olacağını demişdir. Həmin günü o, Alovsətlə Şəkiyə qayıtmışdır. Bundan bir müddət sonra, təxminən oktyabr ayının axırları noyabr ayının əvvəlində Tehran ona zəng vurub Şəkiyə gəldiyini, yolda olduğunu və Alovsətə 4000 manat pul hazırlaması barədə məlumat verməsini ona bildirdikdə o, da Tehrana Alovsətə özünün zəng edib deməsini demişdir. Tehran bir də ona zəng vurub Alovsətlə danışdığını və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Tehran və Alovsət Şəki şəhərində yerləşən “Görüş” kafesində görüşmüşlər və Alovsət onun yanında Tehrana 4000 manat pul vermiş, Tehran isə işlə məşğul olduğunu, qısa müddətdə işi həll edəcəyini Alovsətə demişdir. Tehran pulu alıb onlarla bir qədər söhbət etdikdən sonra onlardan ayırılıb çıxıb getmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Alovsət ona zəng vurub Tehranın ondan əlavə olaraq 2000 manat pul istədiyini, pulu yol maşınlarının biri ilə Bakı şəhərinə göndərməsini ondan xahiş etdiyini dediyini bildirmişdir. O, da həmin vaxt Şəki-Bakı marşurut avtobus xətti ilə işləyən dayısı oğlu Elmanın yanına getmiş və Alovsat onun yanında Tehrana Bakı şəhərində verməsi üçün 2000 manat vermişdir. Elman da həmin günün səhərisi 2000 manatı Bakı şəhərində Tehrana vermiş, Tehrana da pulu Elmandan aldğını zəng edib Alovsətə özü demişdir. Alovsətlə danışan zaman ona məlum olmuşdur ki, Alovsətin oğlu Pərvini Tehran 1- 2 dəfə Bakı şəhərinə gətizdirib və Bakı şəhərində Pərvinin sənədlərini kimlərəsə verib və bu işlə məşğul olur. Onun özü də Tehranla danışan zaman Tehran ona Alovsətin oğlu Pərvini daxili işlər orqanlarına işə düzəldəcəyini və ona narahat olmamağı demişdir. 2020-ci ilin yanvar ayının 14də Alovsət ona zəng vurub Tehranın ondan sənədləşmə işlərinin görülməsi üçün 400 manat pul istədiyini və həmin pulu da poçt vasitəsilə göndərmək istədiyini demişdir. O, da Alovsətlə birlikdə Şəkidə yerləşən poçtların birinə getmiş, Alovsət özü içəri daxil olub öz adından Tehranın adına poçt vasitəsilə 400 manat göndərmişdir. Alovsət pulu göndərikdən sonra Tehranla əlaqə saxlayıb pulu göndərdiyini dedikdə Tehran da Alovsətə Pərvini 2-3 günə Bakı şəhərinə göndərməsini demişdir. 24 yanvar 2020-ci il tarixdə Alovsət ona zəng vurub oğlu Pərvinin Bakıda Tehranla bir yerdə olduğunu, Tehranın ona zəng edərək Pərvinin hərbi həkim komissiyasından keçməsi üçün 600 manat pul lazım olduğunu ona dediyini bildirmişdir. Alovsətlə o, yenə birlikdə Şəki şəhərində poçta getmiş, Alovsət özü içəri daxil olub öz adından oğlu Pərvinin adına poçt vasitəsilə 600 manat göndərmişdir. Daha sonra Alovsət oğlu ilə əlaqə saxlamış, oğlu Alovsətə 600 manat pulu götürdüyünü və Tehrana verdiyini demişdir. Həmin vaxt Alovsət Tehranla telefonla danışmış və Tehran Alovsətə narahat olmamağı və işin artıq həll olunduğunu demişdir. Bununla da Alovsət oğlu Pərvinin daxili işlər orqanlarına işə düzəlməsi üçün ümumilikdə 18000 manat pulu Tehrana vermişdir. Bir ay vaxt keçsə də, Alovsətin deməsinə görə Tehrandan bir xəbər çıxmamışdır. Buna görə də onun özü Tehranla əlaqə saxlamağa başlamışdır. Tehran da ona bir az gözləmələrini, bu işin bir az gec həll olunduğunu demişdir. Lakin o, hər dəfə Tehranla danışan zaman Alovsətin işi həll olunmayacağı təqdirdə Alovsətin pulunu qaytarmağı Tehrana demişdir. 2020-ci ilin mart ayının 5-də Alovsət ona zəng edərək Tehran tərəfindən aldadıldığı üçün Şəki şəhər Polis Şöbəsinə şikayət etdiyini demişdir. Tehran ona Alovsətdən aldığı 18000 manat puldan heçnə verməmişdir. Alovsət düz danışmır, belə ki, Alovsət Tehranı tapa bilmədiyinə ona zəng vurmuş, onun evinə gəlmiş və Tehranla tanış etdiyinə görə onu günahlandırmış, Tehrana verdiyi pulu ondan tələb etmişdir. O, Alovsətin vəziyyətinin pis olduğunu və banka evini banka qoyub pul götürdüyünü bildiyinə görə Alovsətə 1000 manat köməklik etmişdir. İş üzrə Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək istintaq dövründə verdiyi ifadəni təsdiq etmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Neft Sənaye Univeristetini bitirmiş və 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra o, DlO-da işləmək istəmiş və atasına da bu barədə demişdir. 2019-cu ilin oktyabr ayının əvvəlində atası evə gələrək ona bildirmişdir ki, Şəkidə yaşayan və onun da tanıdığı Əbülfət adlı şəxsin Tehran adında bir xalası oğlu var, həmin şəxsin Bakı şəhərində yüksək vəzifədə işləyən, tanışları, hətta “Paşa Holdinqin” rəhbərliyində işləyən şəxslərlə yaxın münasibəltəri var, Təqsirləndirilən şəxs adlı şəxs onu DlO-da Şəki şəhəri üzrə X6 zabit kimi işə düzəldə bilər. O, buna inanmış və atasına demişdir ki, əgər həmin şəxsin “Paşa Holdinqin” rəhbərliyi ilə yaxşı münasibətləri varsa onu DİO-na işə düzəldə bilər. Atası ona bu işin həlli üçün Tehranın ondan 20000 manat pul istədiyini demişdir. Lakin onların pulu olmadığı üçün atası yaşadıqları mənzili “Xalq Bankın" Şəki şəhər filialına girov qoyub 18 oktyabr 2019-cu il tarixdə 20000 manat kredit götürmüşdür. Buna qədər o, Bakı şəhərinə gedib Təqsirləndirilən şəxslə görüşüb Tehrana ali təhsili haqqında diplomun, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərin və eləcə də anket məlumatlarının təsbit edildiyi “CV”-ni vermişdir. Səhəri gün Tehran onun atasına zəng vurub artıq onun sənədlərinin Bakıda müəyyən vəzifəli şəxslərə göstərdiyini və onun da DİO-da xidmət edə biləcəyinin mümkün olduğunu demişdir. Bir müddət sonra atası tanışları Əbülfətlə Bakı şəhərinə gedib 11000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Tehran özü Şəki şəhərinə gəlmiş və onun atasından Şəki şəhərində yerləşən “Görüş” kafesində Əbülfətin yanında 4000 pul almışdır. Daha sonra Tehran zəng vuraraq əlavə 2000 manat pulun alzım olduğunu onun atasına demiş, atası da Şəki-Bakı marşurut avtobusunun sürücüsü Elman adlı şəxslə Bakı şəhərinə 2000 manat göndərmiş və Tehran həmin pulu Bakıda qəbul etmişdir. Tehran onlardan ümumilikdə 17000 manat aldıqdan sonra onu Bakı şəhərinə çağırmış, o, Bakı şəhərinə gələrək DİN-nin binasının yanında Tehranı gözləmişdir. Belə ki, Tehranın deməsinə görə nazirlikdə onu qəbul etməli idilər. O, DİN-nin yuxarı hissəsində olan qapısının yanına gəlmiş, orada gözləyən zaman Tehran aşağıdan onun yanına gəlmiş və ona yaxınlaşıb artıq qəbulda olduğunu, işini danışdığını, qısa müddətdə əmrinin çıxacağını və bəzi sənədləşdirmə işlərinin aparılmasından ötrü Baş Dövlət Yol Polisi İdarəsinə getməli olduqlarını demişdir. Onlar birlikdə BDYPl-nə getmişlər və orada da Tehran binaya daxil olmuş, 10-15 dəqiqədən sonra Tehran çıxıb ona demişdir ki, “artıq işlər həll olunub, rayona qayıt və 2-3 günə əlaqə saxlayacaq”.Buna görə də o, həmin günü Şəkiyə qayıtmışdır. 18 yanvar 2020-ci il tarixdə Tehran onun atası ilə danışıb təcili olaraq bəzi sənədləşmə işlərinin aparılması üçün 400 manat pul lazım olduğunu dedikdə atası Şəkidən poçt vasitəsilə Tehranın adına Bakı şəhərinə 400 manat pul göndərmişdir. Tehran pulu alıb bir həftədən sonra onu Bakı şəhərinə çağırmışdır. 24 yanvar 2020-ci il tarixdə o, Bakı şəhərinə gedib Tehranla görüşmüş, Tehran söhbət zamanı ona hərbi həkim komissiyasından keçmək üçün 600 manat lazım olduğunu dedikdə o, atasına zəng vurub bu barədə demiş, atası Şəkidən onun adına poçt vasitəsilə 600 manat pul göndərmişdir. O, həmin pulu Zərifə Əliyeva prospektində yerləşən Mərkəzi Poçtdan götürüb elə orada Tehranın maşının içində Tehrana vermişdir. Daha sonra isə Tehran onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin yanında yerləşən DİN-nin hanısa bir idarəsinin yanına gətirmiş və burada bir adamın olduğunu və həmin adamla onun məsələsin danışacağını ona demişdir. Həmin vaxt o, maşında qalıb Tehranı gözləmiş və Tehran özü tək getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Tehran geri qayıtmış və ona bunların razı verdiyini, hər şeyin hazır olduğunu və bircə Elçin müəllimin onu qəbul edəcəyini demişdir. Dörd gün o, Bakı şəhərində qalmış, lakin onu heç kim qəbul etməmişdir. Tehranın danışıqlarından təsadüfən Tehranın onları aldatdığını hiss etmişdir. Bu barədə Tehranın özünə dedikdə Tehran pərt olmuşdur. Ona görə o, Şəkiyə qayıtmış, atasına bu barədə demişdir. Atası Tehranla danışdıqda Tehran atasına narahat olmamasını, qısa müddətdə ya işi həll edəcəyini, yada pulu qaytaracağını demişdir. Bir ay onlar Tehranı gözləsələr də, lakin heç bir nəticə olmamışdır. Bu səbəbdən onun atası məcbur olub polisə şikayət etmişdir. Daha sonra atası Əbülfətə bu barədə deyib Əbülfətə onun günahkar olduğunu və bilə-bilə dələduz xalası oğlu ilə onları tanış edib 18000 manat pullarını ələ keçirdiyini, telefon danışıqlarında Tehranla onları aldatdıqlarının sübut olunacağını deyəndən sonra Əbülfət Tehranın ona 1000 manat pul verdiyini etiraf etmiş və pulu qaytaracağını demişdir. 08 may 2020-ci il tarixdə Əbülfət poçt vasitəsilə 1000 pulu onun atasının adına göndərmişdir. 06 mart 2020-ci il tarixli götürmə haqqında protokola əsasən X4 təqdim etdiyi "xxxx" MMCnin Şəki poçt filialının Müştəri Xidmətləri tərəfindən verilmiş Şahid4 adına 600 manat pul vəsaitinin götürülməsini təsdiq edən 24.01.2020-ci il tarixli və Şahid4 adından Təqsirləndirilən şəxs adına 400 manat pul vəsaitinin göndərilməsini təsdiq edən 18.01.2020-ci il tarixli qəbz X3 götürülmüşdür. "xxxx" MMC-nin Şəki poçt filialının 05 mart 2020-ci il tarixli məktubuna əsasən Şahid4 Alovsət oğlu filialın müştəri xidmətləri şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adına 18.01.2020ci il tarixdə ******* saylı maniqramla göndərilmiş 400 manat məbləğində pul baratını, həmin tarixdə 25 saylı poçt şöbəsi (Bakı şəhəri, Y.Səfərov küçəsi 8) icraçı X12 tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 fiialın 6 saylı poçt şöbəsi tərəfindən Şahid4 adına 24.01.2020-ci il tarixində ******* saylı maniqramla göndərilmiş 600 manat məbləğində pul baratını, həmin tarixdə “Azərpoçtun MMc-nin Mərkəzi poçt şöbəsindən (Bakı şəhəri, Z.Əliyeva küçəsi 41) icraçı X11 tərəfindən Şahid4 ödənilmişdir. 01 iyul 2019-cu il tarixli götürmə haqqında protokola əsasən Zərərçəkmiş şəxs2 təqdim etdiyi "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsilə Şahid3 adına 4060,00 mant pul vəsaitinin köçürülməsini təsdiq edən 25.12.2018-ci il tarixli köçürmə haqqında bildiriş Zərərçəkmiş şəxs2 götürülmüşdür. 01 iyul 2019-cu il tarixli götürmə haqqında protokola əsasən Zərərçəkmiş şəxs1 təqdim etdiyi "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsi ilə Təqsirləndirilən şəxs Əhməf oğlunun adına 1000,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 01 vərəqdən ibarət siyahı və Whatsapp proqramı vasitəsi ilə göndərilmiş 04 vərəqdən ibarət mesaj mətnləri Zərərçəkmiş şəxs2 Zaur oğlundan götürülmüşdür. 20 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla "xxxx" MMC-nin Şəki poçt filialının Müştəri Xidmətləri tərəfindən verilmiş Şahid4 adına 600 manat pul vəsaitinin götürülməsini təsdiq edən 24.01.2020-ci il tarixli və Şahid4 adından Təqsirləndirilən şəxs adına 400 manat pul vəsaitinin göndərilməsini təsdiq edən 18.01.2020-ci il tarixli qəbzlər maddi subut kimi tanınmışdır. Həmçinin həmin qərarla Zərərçəkmiş şəxs1 adından "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsi ilə Təqsirləndirilən şəxs Əhməf oğlunun adına 1000,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 01 vərəqdən ibarət siyahı və Whatsapp proqramı vasitəsi ilə göndərilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən icra edilmiş 04 vərəqdən ibarət mesaj mətnləri maddi subut kimi tanınmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs2 adından "xxxx"ASC-nin Laçın filialı vasitəsi ilə Şahid3 adına 4060,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 25.12.2018-ci il tarixli köçürmə haqqında bildiriş iş üzrə maddi sübut kimi tanınmışdır. 04 sentyabr 2020-ci il tarixdə X4 müraciəti əsasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 21 sentyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə X8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışıdır. 05 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 05 oktyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat dayandırılmış, 24 oktyabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. 29 oktyabr 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. 12 noyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 qarşı dələduzluq faktı əsasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində toplanmış material üzrə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 dekabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 29 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir 29 dekabr 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində saxlanılmışdır. 30 dekabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. 30 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorunun 30 dekabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 30 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 30 dekabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 30 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. 05 yanvar 2021-ci il tarixli qərarla Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaq aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 21 yanvar 2021-ci il tarixli cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə qərarla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. 22 yanvar 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 yanvar 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 fevral 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat dayandırlmış, 20 fevral 2021-ci il tarixdə isə dayandırılmış icraat təzələnmişdir. 21 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-123/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tedbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 31 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə 13:10-da yaxalanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, 05.08.1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Oğuz Rayon Məhkəməsinin 14.08.2000-ci il tarixli hökmü ilə CM-nin 17, 191.2-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisin 10.12.1999-cu il tarixli Amnistiya qərarının 1.13-cü maddəsinə əsasən azad olunmuşdur. 25.03.2003-cü il tarixdə CM-nin 178.1.2-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, cinayət işinin icraatına xitam verilib, məhkəmə zalından azad edilib. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06.01.2005-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01.08.2007-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 62, 66.5-ci maddələrinə əsasən əvvəlki hökmlə təyin edilmiş hissə ümumi cəzadan çıxılaraq qəti olaraq 02 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 29.01.2009-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.01.2009-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzanın 06 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli hökmü ilə CM-nin 213.2-ci maddəsi ilə təqsirli bilinərək AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xəstəlik tarixçəsindən çıxarışa (epikriz) əsasən Təqsirləndirilən şəxs yoğun bağırsağın dalaq əyriliyinin xərçəngi xəsatəli diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, xərçəng xəstəliyindən əziyyət çəkməsini, 69 yaşında olmasını, ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək, həmçinin 31 avqust 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək, 01 (bir) ay 19 (on doqquz ) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı X8 iddia ərizəsində 30000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin ibtidai istintaqla zərərçəkmiş şəxs X13 ümumilikdə 18000 manat məbləğində ziyan vurulduğunu müəyyən edildiyini, həmçinin təqsirləndirilən şəxs tərəfindən 3000 manatın zərərçəkmiş şəxsə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir və Təqsirləndirilən şəxs 15000 manat tutularaq X5 ödənilməli, maddi zərərlə bağlı iddia qalan hissəsində mülki iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən rədd edilməlidir. Məhkəmə, iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə məxsus xeyli miqdarda əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi nəticəsində X4 psixoloji sarsıntı keçirməsi iddiaçıya mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğin mülki cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 15000 manat, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 16030 manat tutularaq iddiaçı X4 xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx"ASC-nin Laçın filialı vasitəsi ilə Şahid3 adına 4060,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 25.12.2018-ci il tarixli köçürmə haqqında bildiriş cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsi ilə Təqsirləndirilən şəxs Əhməf oğlunun adına 1000,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 01 vərəqdən ibarət siyahı və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş Whatsapp proqramı vasitəsi ilə göndərilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən icra edilmiş 04 vərəqdən ibarət mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin Şəki poçt filialının Müştəri Xidmətləri tərəfindən verilmiş Şahid4 adına 600 manat pul vəsaitinin götürülməsini təsdiq edən 24.01.2020ci il tarixli və Şahid4 adından Təqsirləndirilən şəxs adına 400 manat pul vəsaitinin göndərilməsini təsdiq edən 18.01.2020-ci il tarixli qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-354, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək, həmçinin 31 avqust 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək, yəni 01 (bir) ay 19 (on doqquz ) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 15000 (on beş min) manat, mənəvi zərərə görə 1000 (bir min ) manat, 30 manat (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 16030 (on altı min otuz) manat tutularaq mülki iddiaçı X4 xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx"ASC-nin Laçın filialı vasitəsi ilə Şahid3 adına 4060,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 25.12.2018-ci il tarixli köçürmə haqqında bildiriş cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin Laçın rayon filialı vasitəsi ilə Təqsirləndirilən şəxs Əhməf oğlunun adına 1000,00 manat pul vəsaitinin köçürülməsini təsdiq edən 01 vərəqdən ibarət siyahı və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş Whatsapp proqramı vasitəsi ilə göndərilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən icra edilmiş 04 vərəqdən ibarət mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin Şəki poçt filialının Müştəri Xidmətləri tərəfindən verilmiş Şahid4 adına 600 manat pul vəsaitinin götürülməsini təsdiq edən 24.01.2020ci il tarixli və Şahid4 adından Təqsirləndirilən şəxs adına 400 manat pul vəsaitinin göndərilməsini təsdiq edən 18.01.2020-ci il tarixli qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar