Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi2, Təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsillidir, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmünə əsasən cəzaçəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.298 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ-nin Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023cü il tarixdə saat 17:50-də o, ünvan 4 ünvanda yerləşən “Fəhlə əllər” adlanan istirahət parkında piyada hərəkət edərkən saxlanılaraq ünvan 5 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli dəri gödəkçənin sağ üst cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 ona elan edilmiş itthamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirərək ifadə verməkdən imtina etmiş və istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. X9 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata 01 ədəd gümüşü kağız bükülüdə “patı” adlanan psixotrop maddə olan metamfetamin almış və əynində olan qara rəngli dəri gödəkçənin sağ üst cibində saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Səbail rayonu “Fəhlə əllər” parkında olan zaman iki nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu narkotik vasitələri daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirirək 8-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmiş, o,əynində olan qara rəngli dəri gödəkçənin sağ üst cibində saxladığı 01 ədəd gümüşü kağızda bükülünü çıxararaq masanın üzərinə qoymuş və həmin kağızda olan maddənin “patı” adlanan psixotrop maddə olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş maddə ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılmışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, psixotrop maddə aldığı şəxsi üzdən tanıyır və adının “Pünhan” olmasını bilir. Lakin anket məlumatları barədə məlumatı yoxdur. Daha sonra göstərmişdir ki, psixotrop maddə almaqda məqsədi satmaq, bağışlamaq və hədiyyət etmək fikri olmamışdır. Bədənində ağrılar olduğuna görə həmin psixotrop maddəni alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X11 rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olduğundan 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisinin qərarı əsasında əməliyyat qrupu təşkil olunmuş və 17 oktyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində bölmənin əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 4 ünvanda yerləşən “Fəhə əllər” adlanan istirahət parkına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan X8 yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Pərviz Cəfərov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçinin ştirakı ilə X8 hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli dəri gödəkçənin sağ üst cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə X3 edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Bundan sonra isə Rəşad Məmmədovun üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, X9 17 oktyabr 2023-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli axtarış və götürülmə aparılması haqqında qərardan görünür ki, şübhəli şəxs X6 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli dəri gödəkçənin sağ üst cibindən çıxarıb təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümün içərisindəki kütlənin metamfetamin olmasını və həmin tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5542 №-li rəyindən görünür ki, X5 götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0.298 qram psixotrop maddə metamfetamin qəbul edilmiş, 0.050 qram nümunə götürülmüş, 0.248 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb olunma” haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X9 barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 6824 №-li rəyindən görünür ki, müayinə zamanı X7 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X9 barəsində Səbail RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə icraat başlanılmış xx.xx.2021-ci il tarixdə CPM-nin 40.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olmuşdur. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, cinayət işində olan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 18 oktyabr 2023- cü il tarixli 3- 16-16/2-6/5542 nömrəli, məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 6824 nömrəli ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməldə təqsirləndirilən şəxs X6 üzərindən götürülmüş maddi sübut kimi tanınmış 0.248 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqat və kimyəvi ekspertiza keçirildikdən sonra 0.248 qram çəkidə qalan hissəsinin RPİ-nin saxlanc yerinə verilmiş psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli, 1(009)-123/2024 saylı Səbail rayon Məhkəməsinin qərarından görünür ki, X9 barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, təqsirləndirilən şəxs X9 10 iyul 2024-cü il tarix saat 10:30-da saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nə təhvil verilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli, 1(009)-201/2024 saylı Səbail rayon Məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə X6 üzərinə şəxsi axtarış və götürmənin video görüntülərini əks etdirən elektron daşıyıcını-diski məhkəmə istintaq zamanı cinayət işin materiallarında aşkar etməmişdir. Məhkəmə hesab edir ki, cinayət işi sübut qismində tanınmış X6 üzərinə aparılmış şəxsi axtarış və götürmənin video görüntülərini əks etdirən disk və həmin diskə baxış keçirilməsi haqqında protokol subutların siyahısından çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadəsi, şəxsi axtarış götürülmə protokolu, ekspertiza rəyləri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X6 cinayət əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materialları ilə müəyyən edilir ki, X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Odur ki, X6 məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx.xx.2023-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən X6 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X8 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(009)-201/2024 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 17 oktyabr 2023-cü il tarixində törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada qismən toplanılmalıdır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X6 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixdək tutulduğu 02(iki) gün müddət və əvvəlki cinayət işi üzrə istintaq dövründə 03 fevral 2024cü il tarixdən 05 fevral 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, X6 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.248 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X8 hazırki hökmlə təyin edilmiş 01 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 hazırki iş üzrə istintaq dövründə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixdək tutulduğu 02(iki) gün müddət və əvvəlki cinayət işi üzrə istintaq dövründə 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. X8 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X6 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.248 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə sübut qismində tanınmış X6 üzərinə aparılmış şəxsi axtarış və götürmənin video görüntülərini əks etdirən disk və həmin diskə baxış keçirilməsi haqqında protokol subutların siyahısından çıxarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Yasa” vəkil bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq “Yasa” vəkil bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-123/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver