Məhkəmə qərarları › İş №1(009)-124/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-124/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-124/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin prokuroru, Dövlət ittihamçısı Əlimərdanoviçin, Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, 2019-cu ilin yanvar ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi xalis çəkisi - 270,653 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək ünvan 1 saylı ünvana daşıyaraq saxlamış, Səbail rayon məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən qəbul edilmiş «axtarış aparılmasına dair» xx xxxxxx 2019-cu il tarixli qərara əsasən xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Səbail RPİ-nin İŞ-nin, NMB-nin və 8-ci PB-nin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda axtarış aparılan zaman, Təqsirləndirilən şəxs həmin evin qonaq otağında olan pəncərənin qarşısında saxladığı 05 ədəd gümüşü rəngli kağız bükümlərdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qr., 0,115 qr., 0,112 qr., 0,137 qr., və 0,102qr. olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və həmin qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 270,015 qr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olmaqla, ümumilikdə təmiz çəkiləri 270,653 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin prokuroru, Dövlət ittihamçısı Əlimərdanoviç Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını və məhkəməyədək ibtidai istintaq zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılmasını, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay uzadılmasını məhkəməyə təklif etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçiləri cinayət işinin baxılmasına xitam verilməsini və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə, məhkəmənin hazırlıq iclasında iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndilən şəxs qismində cəlb edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxx 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddənin tərkib əlamətləri olmaması əsası ilə həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin gün təqsirləndilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. İbtidai istintaq yekunlaşdırılaraq tərtib edilmiş ittiham aktı xx xxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroru tərəfindən təsdiq edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Cinayət- Prosessual Məcəlləsinin 285-ci maddəsinin həmçinin, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.2.2-ci maddəsinə əsasən İttiham aktının giriş hissəsində ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi göstərilir. Həmin Məcəllənin 285.1-ci maddəsinə əsasən Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Lakin hazırki cinayət işi üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolun məzmunundan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə və müdafiəçisinə tanış olmaq üçün tikilmiş və nömrələnmiş vəziyyətdə ********* nömrəli cinayət işini “01” cild 257 vərəqədə, “02” cild 145 vərəqədə, ümumilikdə 402 vərəqədə olan materialları təqdim etmişdir. Halbuki, cinayət işinin 1-ci cildi 258 vərəqədə, 2-ci cildi isə “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolu tərtib olunanadək “127” vərəqədə olmaqla (2-ci cild ümumilikdə 145 vərəqədən ibarətdir), ümumilikdə 385 vərəqədədir. Həmçinin, həmin protokolda işdə saxlanılan maddi sübutların təqsirləndirilən şəxsə təqdim edilməsi barədə hər hansı bir qeyd də öz əksini tapmamışdır. Göstərilənlər, cinayət işinin materialları ilə tanış etmə barədə tərtib edilmiş qeyd olunan protokolun formallığını təsdiq etməklə yanaşı, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 284- 286-cı maddələrinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda Məcəllənin 289.3.3-cü maddəsinə əsasən İttiham aktının təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Cinayət işinin materiallarından görünür ki, istintaqın ilkin mərhələsindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, 270,653 qram təşkil edən heroini onun evində axtarış aparılan zaman polis əməkdaşları tərəfindən evinə atıldığını, qeyd edilən narkotik vasitənin ona məxsus olmadığını göstərməklə öz müdafiəsi üçün dəlillər gətirmişdir. Lakin hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında təqsrirləndirilən şəxsin öz müdafiəsi üçün dəlillər gətirmədiyi göstərilmişdir ki, bununla da, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinin də tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda çıxarılır. İş üzrə müəyyən edilmişdir ki, istintaqın ilkin mərhələsindən təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, 270,653 qram təşkil edən heroini onun evində axtarış aparılan zaman polis əməkdaşları tərəfindən evinə atıldığını, qeyd edilən narkotik vasitənin ona məxsus olmadığını göstərməklə öz müdafiəsi üçün dəlillər gətirdiyi halda ittiham aktında təqsrirləndirilən şəxsin öz müdafiəsi üçün dəlillər gətirmədiyi göstərilmişdir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 306.2.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdiyi halda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bir ay müddətində uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299 və 303-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir ay) müddətində uzadılsın. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar