Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-124/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhərində 20 aprel 2021-ci il tarixdə saat 14:00-da xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində 26 yanvar 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 09 avqust 2003-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2, barəsində 26 yanvar 2021-ci il tarixdə “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinmişdirlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olaraq bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs 1305 (bir min üç yüz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixədək olan müddət ərzində hissəhissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4-də yerləşən 76B saylı evin həyətinə və evin içərisinə qanunsuz daxil olaraq, 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində evin həyətində olan balaca tikilidə olan 50 manat dəyərində 10-15 ədəd dəmir turbaları, 30 manat dəyərində bir ədəd rezbə açan aləti, 5 manat dəyərində bir ədəd dəmir kəsən əl mişarını, 10 manat dəyərində bir ədəd taxta kəsən əl mişarını, 80 manat dəyərində bir ədəd “Viktor 650” markalı taxta kəsən mişarı (lobzik), 30 manat dəyərində bir ədəd keramika materialdan olan moydadırı (tülpan), evin içərisində divarlarda olan 130 manat dəyərində işıq kabellərini, 14 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində həyətdə balaca tikilidə olan 150 manat dəyərində bir ədəd “AC 220 V" qaynaq (svarka) aparatını, 60 manat dəyərində bir ədəd Almaniya istehsalı olan “BOSCE1, PWS 6-115“ 650 W markalı laqondanı, 240 manat dəyərində 2008-ci il istehsalı “Chevrolite AVEO" markalı avtomobilə məxsus 4 ədəd amartizatoru, 15 noyabr 2020-ci il tarixdə saat 15:00 radələrində evin həyətində olan 150 manat dəyərində bir ədəd Rusiya Federasiyası istehsalı olan qalın dəmir qapını, evin içərisində olan 80 manat dəyərində bir ədəd 1600 watt-lıq “Samsung” markalı tozsoranı, 16 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində həyətdə balaca tikilidə olan 250 manat dəyərində bir ədəd “Chicco" markalı uşaq kalyaskasını, evin içərisində olan hər biri 20 manat olmaqla 40 manat dəyərində iki ədəd “Openbox” markalı tunerləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1305 (bir min üç yüz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 noyabr 2020-ci 11 tarixdən 16 noyabr 2020-ci il tarixədək olan müddət ərzində hissəhissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4-də yerləşən 76B saylı evin həyətinə və evin içərisinə qanunsuz daxil olaraq, 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində evin həyətində olan balaca tikilidə olan 50 manat dəyərində 10-15 ədəd dəmir turbaları, 30 manat dəyərində bir ədəd rezbə açan aləti, 5 manat dəyərində bir ədəd dəmir kəsən əl mişarını, 10 manat dəyərində bir ədəd taxta kəsən əl mişarını, 80 manat dəyərində bir ədəd “Viktor 650“ markalı taxta kəsən mişarı (lobzik), 30 manat dəyərində bir ədəd keramika materialdan olan moydadırı (tülpan), evin içərisində divarlarda olan 130 manat dəyərində işıq kabellərini, 14 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində həyətdə balaca tikilidə olan 150 manat dəyərində bir ədəd “AC 220 V” qaynaq (svarka) aparatını, 60 manat dəyərində bir ədəd Almaniya istehsalı olan “BOSCH, PWS 6-115" 650 W markalı laqondanı, 240 manat dəyərində 2008-ci il istehsalı “Chevrolite AVEO” markalı avtomobilə məxsus 4 ədəd amartizatoru, 15 noyabr 2020-ci il tarixdə saat 15:00 radələrində evin həyətində olan 150 manat dəyərində bir ədəd Rusiya Federasiyası istehsalı olan qalın dəmir qapını, evin içərisində olan 80 manat dəyərində bir ədəd 1600 watt-lıq “Samsung” markalı tozsoranı, 16 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində həyətdə balaca tikilidə olan 250 manat dəyərində bir ədəd “Chicco” markalı uşaq kalyaskasım, evin içərisində olan hər biri 20 manat olmaqla 40 manat dəyərində iki ədəd “Openbox” markalı tunerləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1305 (bir min üç yüz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının əvvəllərində dostu Ömər ona bildirmişdir ki, qonşuluqda olan evdə yaşayan yaşlı qadın və bir nəfər cavan oğlan evdə yoxdur və hazırda evdə heç kim yaşamır. O, da yaşlı qadının yanında yaşayan şəxsin bir rus milliyyətli şəxs olduğunu və adının da Danil olduğunu bilirmişdir. Həmin ev Danilə məxsus olmuşdur. Belə ki, dostu Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, həmin evdən oğurluq etmək qərarına gəlib və onun da köməklik etmək istədiyini bildirmişdir. Onun pulu olmadığı üçün siqaret almağa və bəzi xərclərini ödəmək üçün pulu olmasını istəmiş, ona görə də, Ömərin təklifi ilə razılaşmış, onlar Danilin evindən oğurluq etməyi qərarlaşdırmışlar. 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Ömərlə birlikdə Danilə məxsus evin arxasında yerləşən taxta qapıdan həyətə daxil olmuş, həyətə daxil olduqda görmüşlər ki, həyətdə çoxlu dəmir əşyalar, turbalar, qaynaq aparatı, moydadır, avtomobil amartizatorları və digər əşyalar vardır. Bundan başqa, evin giriş qapısı da açıq olmuşdur. Evin içərisinə də baxdıqda müxtəlif növ məişət əşyaları olduğunu görmüşlər. Həyətdə və evin içərisində olan əşyaları bir dəfəyə götürsələr daşıya bilməyəcəklərini düşünərək Ömərlə belə qərara gəlmişlər ki, hər gün əşyaların bir qismini oğurlasınlar. Belə ki, 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində həyətdə olan 10-15 ədəd dəmir turbaları, rezbə açan stanok, dəmir kəsən mişar, taxta kəsən mişar və moydadırı götürmüşlər. Sonra da evin divarlarında olan işıq kabellərini söküb yığmışlar. Həmin əşyaları götürərək çıxmışlar. Həmin gün oğurladıqları 10-15 ədəd dəmir turbaları, rezbə açan stanok, dəmir kəsən mişar, taxta kəsən mişar və işıq kabellərini yaşadıqları evin yanında Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. Moydadırı da “Qoçi” kimi tanıdıqları şəxsin anası Gülnarəyə pay kimi vermişlər. Çünki o, Qoçi adlı şəxsin evində olmuş və bilirmiş ki, onlara moydadır lazımdır. Bu barədə Qoçinin anası Gülnarə ona bildirmişdir ki, əgər elə bir köhnə moydadır olsa, atmasın, onlara versin, istifadə etsinlər. 14 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində Ömərlə birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Həyətdə olan qaynaq aparatını, “Bosh” markalı laqondanı, 4 ədəd avtomobil amartizatorunu oğurlamışlar. Həmin gün qaynaq aparatını 30 manata qonşuları Əliyə, amartizatorları Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. “Bosh” markalı laqondanı isə ona lazım olduğu üçün götürmüşdür. 15 noyabr 2020-ci il tarixdə saat 15:00 radələrində Ömərlə birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Bu dəfə həyətdə olan dəmir qapını və evin içərisində olan “Samsung” markalı tozsoranı oğurlayıb çıxmışlar. Tozsoranın arxasındakı mis motorunu çıxartmış və tozasoranın özünü zibil qutularına tullamışlar. Həmin gün dəmir qapını və tozsoranın içərisindən çıxartdıqları mis motoru Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. 16 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Ömərlə birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Bu dəfə də evdən uşaq kalyaskası, iki ədəd peyk antenasının “Openbox” markalı tunerini oğurlamışlar. Uşaq kalyaskasını heç kimin görməməsi üçün tunerləri daşımağa görə götürmüşlər. Ona görə də, kalyaskanı zibilliyə tullamışlar. Tunerləri də Ömər özünə götürmüşdür. Bundan sonra, onlar daha həmin evdən oğurluq etməmişlər. Qeyd etdiyi əşyalardan başqa həmin evdən daha heç nə oğurlamamışlar. Oğurladıqları əşyaları verdikləri və satdıqları şəxslərə həmin əşyaları oğurladıqlarını deməmişlər. Həmin əşyaları neçəyə satdıqları yadında deyil, lakin onu deyə bilər ki, aldıqları pulları Ömərlə yarı bölmüşlər, siqaret almış, dönər yemiş, yəni pulları xərcləmişlər. O və ya Ömər başqa oğurluq etməmişlər. Zərərçəkmiş şəxs məxsus qeyd olunan ünvandan oğurluq etmək təklifini ilk dəfə dostu Təqsirləndirilən şəxs2 irəli sürmüşdür. Belə ki, Ömər ona bildirmişdir ki, həmin evdən oğurluq etmək qərarına gəlib və onun da ona köməklik etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus qeyd olunan ünvandan oğurluq edən digər şəxslər barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, maddi imkanı çox aşağıdır. Atası da həbs edilibdir. Ona görə də, siqaret almağa belə pulu olmadığı üçün 2020-ci ilin noyabr ayının əvvəllərində oğurluq etmək qərarına gəlmişdir. Qonşuluqda olan evdə yaşayan yaşlı qadın və bir nəfər cavan oğlan evdə olmamış, evdə heç kim yaşamamışdır. O, bilirmiş ki, yaşlı qadının yanında yaşayan şəxs bir rus milliyyətli şəxsdir və adı da Danildir. Həmin ev Danilə məxsus olmuşdur. Həmin evdən oğurluq etmək istəmiş, lakin ona köməklik edəcək biri lazım olduğuna görə o, Danilin evindən oğurluq etmək istədiyini dostu Təqsirləndirilən şəxs1 demiş və ona köməklik etməsini xahiş etmişdir. Ramazan onun həmin fikri ilə razılaşmış və oğurluğu birlikdə edə biləcəklərini demişdir. Beləliklə, onlar Danilin evindən oğurluq etməyi qərarlaşdırmışlar. 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Ramazanla birlikdə Danilə məxsus evin arxasında yerləşən taxta qapıdan həyətə daxil olmuş, həyətə daxil olduqda görmüşlər ki, həyətdə çoxlu dəmir əşyalar, turbalar, qaynaq aparatı, moydadır, avtomobil amartizatorları və digər əşyalar vardır. Bundan başqa, evin giriş qapısı da açıq olmuşdur. Evin içərisinə də baxdıqda müxtəlif növ məişət əşyaları olduğunu görmüşlər. Həyətdə və evin içərisində olan əşyaları bir dəfəyə götürsələr daşıya bilməyəcəklərini düşünərək Ramazanla belə qərara gəlmişlər ki, hər gün əşyaların bir qismini oğurlasınlar. Belə ki, 13 noyabr 2020-ci il tarixdə saat 14 radələrində həyətdə olan 10-15 ədəd dəmir turbaları, rezbə açan stanok, dəmir kəsən mişar, taxta kəsən mişar və moydadırı götürmüşlər. Sonra da evin divarlarında olan işıq kabellərini söküb yığmışlar. Həmin əşyaları götürərək çıxmışlar. Həmin gün oğurladıqları 10-15 ədəd dəmir turbaları, rezbə açan stanok, dəmir kəsən mişar, taxta kəsən mişar və işıq kabellərini yaşadıqları evin yanında Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. Ramazan ona bildirmişdir ki, tanışları Qoçinin anası Gülnarə ona deyib ki, əgər köhnə bir moydadır olsa, atmasın, onlara versin, istifadə etsinlər. Ona görə də, elə həmin gün moydadırı Qoçinin yaşadığı evinə aparıb onun anası Gülnarəyə pay kimi vermişlər. Lakin moydadırı oğurladıqlarını ona deməmişlər. 14 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində Ramazanla birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Həyətdə olan qaynaq aparatını, “Bosh” markalı laqondanı, 4 ədəd avtomobil amartizatorunu oğurlamışlar. Həmin gün qaynaq aparatını 30 manata qonşuları Əliyə, amartizatorları Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. “Bosh" markalı laqondanı isə Ramazana lazım olduğu üçün götürmüşdür. 15 noyabr 2020ci il tarixdə saat 15:00 radələrində Ramazanla birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Bu dəfə həyətdə olan dəmir qapını və evin içərisində olan “Samsung” markalı tozsoranı oğurlayıb çıxmışlar. Tozsoranın arxasındakı mis motorunu çıxartmış və tozsoranın özünü zibil qutularına tullamışlar. Həmin gün dəmir qapını və tozsoranın içərisindən çıxartdıqları mis motoru Tural və Xəlilin işlətdiyi metal yığılan mağazaya satmışlar. 16 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Ramazanla birlikdə qalan əşyalardan oğurlamaq üçün yenə də Danilin evinin həyətinə həmin qapıdan girmişlər. Bu dəfə də evdən uşaq kalyaskası, iki ədəd peyk antenasının “Openbox” markalı tunerini oğurlamışlar. Uşaq kalyaskasını heç kimin görməməsi üçün tunerləri daşımağa görə götürmüşlər. Ona görə də, kalyaskanı zibilliyə tullamışlar. Tunerləri də o, özünə götürmüşdür. Bundan sonra, onlar daha həmin evdən oğurluq etməmişlər. Qeyd etdiyi əşyalardan başqa həmin evdən daha heç nə oğurlamamışlar. Oğurladıqları əşyaları verdikləri və satdıqları şəxslərə həmin əşyaları oğurladıqlarını deməmişlər. Həmin əşyaları neçəyə satdıqları yadında deyil, lakin onu deyə bilər ki, aldıqları pulları Ramazanla yarı bölmüşlər, siqaret almış, dönər yemiş, yəni pulları xərcləmişlər. O və ya Ramazan başqa oğurluq etməmişlər. Zərərçəkmiş şəxs məxsus qeyd olunan ünvandan oğurluq etmək təklifini ilk dəfə o, Ramazana etmişdir. Zərərçəkmiş şəxs məxsus qeyd olunan ünvandan oğurluq edən digər şəxslər barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, cinayət törədərkən yetkinlik yaşana çatmayan şəxs olmasının, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayət əməlləri özlərinin etiraf edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs, şahid ifadələri, götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 76B-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsi, A.Quliyev küçəsində yaşadığını, milliyətcə rus olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 76B-də nənəsi ilə birlikdə yaşayırmış. 2020-ci ilin noyabr ayının əvvəllərində nənəsi ilə birlikdə hazırda yaşadıqları Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsi, A.Quliyev küçəsində yerləşən bağ evində yaşamağa başlamışlar. Təxminən bir ay ərzində o, evə gedib baş çəkə bilməmiş, 04 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4-də yerləşən 76B saylı evinə gedib baş çəkəndə evin pəncərə şüşəsinin sındığını görmüşdür. Həyətə və evin içərisinə baxanda evin içərisindən və həyətdən müxtəlif növ əşyaların oğurlandığını görmüşdür. Evin elektrik kabellərinin sökülərək çıxarıldığını görmüşdür. Nənəsinin təzyiqi qalxdığından o, həmin gün şikayət etməmiş və Novxanı qəsəbəsinə onun yanma getmişdir. Səhəri gün, yəni 05 dekabr 2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermiş və məlumatla əlaqədar gələn polis əməkdaşlarına ərizə vermişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4-də yerləşən 76B saylı ev nənəsinin adma olsa da, o, uzun zamandır ki, evi ona bağışlamışdır. İçərisində olan əşyalar da ona məxsusdur. Oğurluq hadisəsi nəticəsində ona ziyan dəymişdir. Oğurluq hadisəsi ilə ona məxsus evdən bir ədəd qaynaq (svarka) aparatı, bir ədəd “Ariston” markalı paltaryuyan maşın, bir ədəd “TCH" markalı elektrik mişarı, bir ədəd “İnterskol” markalı drel, bir ədəd “Viktor 650” markalı taxta kəsən mişar (lobzik), 4 ədəd 2008-ci il istehsalı olan “Chevrolite AVEO” markalı avtomobilə məxsus qara dəmir disklər, bir ədəd keramika materialdan olan moydadır (tülpan), iki ədəd “Openbox” markalı peyk antenasının tuneri, bir ədəd “BOSCİİ, PWS 6-115” markalı laqonda, bir ədəd “Chicco” markalı uşaq kalyaskası, bir ədəd Rusiya istehsalı qalın dəmir qapı, bir ədəd “Nikai” markalı sok çəkən maşın, bir ədəd “Emkay” markalı elektrik tənzimləyicisi (stabilizator), 4 ədəd 2008-ci il istehsalı olan “Chevrolite AVEO" markalı avtomobilə məxsus amartizator, bir ədəd “Sonashi” markalı sərinkeş (ventilyator), bir ədəd dur aliminium materialdan olan əl ilə işləyən ətçəkən maşın, bir ədəd karting maşını, bir ədəd 70-lik “Markus” markalı su nasosu, bir ədəd taxta kəsən əl mişarı, bir ədəd rezbə açan alət, bir ədəd dəmir kəsən əl mişarı, bir ədəd 1600 watt-lıq “Samsung” markalı tozsoran, 24 nəfərlik qab-qacaq, stəkan dəsti oğurlanmışdır. Həmin əşyaları o, təxminən 1 il qabaq almışdır. Bir ədəd qaynaq (svarka) aparatını 280 manata, bir ədəd “Ariston” markalı paltaryuyan maşını 100 manata, bir ədəd “TCH” markalı elektrik mişarını 65 manata, bir ədəd “İnterskol” markalı dreli 75 manata, bir ədəd “Viktor 650" markalı taxta kəsən mişarı (lobzik) 150 manata, 4 ədəd 2008-ci il istehsalı olan “Chevrolite AVEO" markalı avtomobilə məxsus qara dəmir diskləri 200 manata, bir ədəd keramika materialdan olan moydadırı (tülpan) 60 manata, biri 120 manat olmaqla iki ədəd “Openbox” markalı peyk antenasının tuneri 240 manata, bir ədəd “BOSCH, PWS 6- 115” markalı laqondanı 200 manata, bir ədəd “Chicco” markalı uşaq kalyaskasını 450 manata, bir ədəd Rusiya istehsalı qalın dəmir qapını 220 manata, bir ədəd “Nikai” markalı sok çəkən maşını 50 manata, bir ədəd “Emkay” markalı elektrik tənzimləyicisini (stabilizator) 120 manata, 4 ədəd 2008-ci il istehsalı olan “Chevrolite AVEO" markalı avtomobilə məxsus amartizatoru 320 manata, bir ədəd “Sonashi” markalı sərinkeşi (ventilyator) 45 manata, bir ədəd dur aliminium materialdan olan əl ilə işləyən ətçəkən maşını 20 manata, bir ədəd 70-lik “Markus” markalı su nasosunu 45 manata, bir ədəd taxta kəsən əl mişarını 10 manata, bir ədəd rezbə açan aləti 30 manata, bir ədəd dəmir kəsən əl mişarını 5 manata, bir ədəd 1600 watt-lıq “Samsung” markalı tozsoranı 200 manata, 24 nəfərlik qabqacaq. stəkan dəstini 150 manata almışdır. Karting maşını isə özü yavaş-yavaş düzəltmiş, matorunu da alıb üstünə qoyacaqmış. Həmin maşının düzəlməsinə 350 manat xərc çəkmişdir. Həmçinin, evin elektrik kabelləri də divardan sökülərək oğurlanmışdır. Həmin kabelləri o, bir il qabaq evin işıq sistemini düzəltdirəndə ümumilikdə 130 manata almışdır. Bundan başqa, həyətində olan bəzi dəmir turbalar, bükülmüş vəziyyətdə olan işıq kabellər də oğurlanmışdır. Eləmin əşyalar da 50 manat dəyərindədir. Belə ki, oğurluq hadisəsi nəticəsində onun 3565 manat dəyərində əmlakı oğurlanmışdır. Həmçinin, oğurluq hadisəsi zamanı evinin pəncərə şüşəsinin sındırılması və kabellərin divardan qopardılması ilə əlaqədar təmirə ehtiyac olduğundan 100 manat ziyan dəymişdir. Araşdırma zamanı ona məxsus olan evdən 1 ədəd markasını bilmədiyi paltaryuyan maşın, 1 ədəd qaynaq aparatı, 1 ədəd taxta kəsən mişar, 1 ədəd daş kəsən mişar, “Chevrolite” markalı avtomobilə məxsus 4 ədəd amaltozator və 4 ədəd disk, bir ədəd uşaq kalyaskası, 1 ədəd dəmir ev qapısı, 1 ədəd elektrik tənzimləyicisi, 1 ədəd sərinləşdirici aparat, 1 ədəd “Open Books 800” markalı televizor, “Bosh” markalı dəmir kəsən alət və digər məişət alətləri oğurlanndığını bildirsə də, baş vermiş oğurluq hadisəsindən sonra o, oğurlanan əşyalar barədə ətraflı düşünmüş və həmin əşyaların markası, qiymətlərini və hansı tarixdə aldığını daha dəqiq xatırlayaraq özündə qeyd etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsini və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Cəbrayıl şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə, ev 72-də yaşadığını, kondisioner təmiri ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 onun qonşusu olduğunu. Ramazanın atasının da usta olduğunu, münasibətlərinin də normal olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 2020-ci ilin noyabr ayının ortalarında qonşusu Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək ona bildirmişdir ki, kondisioner ustası olduğuna görə bəlkə ona qanyaq, yəni svarka aparatı lazım olar. O, Ramazandan həmin aparatın kimə məxsus olması və neçəyə satdığını soruşduqda, Ramazan qaynaq aparatının onun atasına məxsus olduğunu, ehtiyac qalmadığından satmaq istədiklərini, 40 manata satdığını bildirmişdir. O, Ramazanın gətirdiyi qaynaq aparatına baxmış və işlək vəziyyətdə olduğunu görmüşdür. Ramazan həmin aparatı ona 40 manata satmışdır. Bundan başqa, Ramazan ona heç nə satmamışdır. Həmin aparatın oğurluq olmasından məlumatı olmamış, 24 yanvar 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəldikdən sonra o bilmişdir ki, həmin qaynaq aparatını Ramazan və Ömər oğurlayıblar. Qeyd etdiyi kimi. Ramazan ona həmin qaynaq aparatını satarkən atasına məxsus olduğunu və ehtiyac qalmadığından satmaq istədiklərini deyərək satmışdır. Həmin qaynaq aparatı hazırda ondadır. Həmin məsələ ilə bağlı çağırıldığını bildiyi üçün aparatı təqdim etmək üçün gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 35, mənzil 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşuları olduqlarını bildirməklə mahiyyəti üzrə göstərmişdir ki, 2020ci ilin noyabr ayının əvvəllərində Ramazan və Ömər evinin qarşısında olarkən onlara zibilləri atmaq üçün ona köməklik etmələrini xahiş etmiş, zibilləri atarkən Ramazana əgər işlənmiş moydadır olsa ona vermələrini xahiş etmişdir. Çünki, evində moydadır yoxdur. Ramazan da ona əgər elə bir şey olsa verəcəyini demişdir. 3-4 gün sonra, yəni 2020-ci ilin noyabr ayının ortalarında axşamtərəfi Ramazan və Ömər yaşadığı evə bir ədəd ağ rəngli moydadır gətirmiş və Ramazan bildirmişdir ki, yaşadığı evinin üstündə iki ədəd moydadır olmuş, birini ona gətirmişdir. O da onlara təşəkkür etmiş və moydadırı evə qoyub istifadə etməyə başlamışdır. Moydadır tülpan moydadır dedikləri növdən imiş, lakin aşağı tərəfi, yəni dirəyi olmamışdır. 2021-ci ilin yanvar ayının axırlarında eşitmişdir ki. Ramazan və Ömər oğurluq etdiklərinə görə tutulublar. Ona verdikləri moydadırı da oğurladıqları ağlına belə gəlməmişdir. Səbail rayon Polis İdarəsinə çağırıldığında Ömər və Ramazanla görüşüb nə baş verdiyini soruşanda onlar bildirmişlər ki, qonşuluqda yaşayan Rus milliyətli Danilin evinin həyətinə daxil olaraq oradan bir çox əşyalar oğurlayıblar, ona verdikləri moydadır da oğurladıqları əşyalardan biridir, həmin moydadırı verdikləri şəxs kimi onu Səbail rayon Polis İdarəsinə çağırıb moydadırı ondan götürəcəklər. Qeyd etdiyi kimi, Ramazan və Ömər həmin moydadırı ona verdikdən sonra Ömər və Ramazan tutulduqdan sonra moydadırı oğurladıqlarını bilmişdir. Ömər və Ramazan moydadırı almaq üçün onu Səbail rayon Polis İdarəsinə çağıracaqlarını dediklərinə görə, ifadə vermək üçün gəlmiş və moydadırı da təqdim etmək üçün gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsi, ev 16-da kirayədə yaşadığını, tanışı Şahid5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 2-də yerləşən obyektdə metal əşyaların alqı-satqısı ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədikləri mağazanın ətrafında qonşuluqda yaşadıqlarını, onlarla yaxın münasibəti olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 2020-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə gün ərzində 10-15 ədəd dəmir turba, rezbə açan stanok, dəmir kəsən mişar, taxta kəsən mişar və işıq kabelləri, avtomobil amartizatorları, dəmir qapı, mis motor gətirərək onlara satmış, onlar Ramazan və Ömərdən həmin əşyaları alarkən onların kimə məxsus olduğunu soruşduqda, hər dəfə Ramazan bildirmişdir ki, yaşadıqları evin üstündə istifadəsiz olan əşyalardır. Atası usta olduğu üçün müxtəlif dövrlərdə həmin əşyaları evin üstünə yığıb və indi ehtiyacları olduğu üçün atası həmin əşyaları istifadəsiz metal kimi satmasını ona tapşırıbdır. Həmin əşyaları o, və Tural ondan metal kimi almışlar. Digər əşyaları neçəyə aldıqlarını xatırlamasa da, dəmir qapını 9 manata almışlar. Onlar getdikdən sonra elə həmin gün, yəni 2020-ci ilin noyabr ayının ortalarında qonşuluqda yaşayan Vüsal adlı tanışı mağazaya yaxınlaşaraq dəmir qapını almaq istəmiş, onlar da həmin dəmir qapını Vüsala 15 manata satmışlar. Qapını Vüsala satanda söhbət əsnasında Vüsal qapını onlara Ömər və Ramazanın satdığını bilmişdir. 2021-ci ilin yanvar ayının axırlarında eşitmişdir ki, Ramazan və Ömər oğurluq etdiklərinə görə tutulublar. Vüsal da bunu eşitdiyi üçün mağazaya gələrək Ömər və Ramazanın tutulduğunu, qapının da oğurluq ola biləcəyini demiş, o da Vüsala elə qapını Ömər və Ramazanın qonşuluqda yaşayan Rus milliyətli Danilin evinin həyətindən oğurladıqlarını öyrəndiyini bildirmişdir. Qeyd etdiyi kimi, həmin qapı və digər əşyaları aldıqdan sonra 2021-ci ilin yanvar ayının axırlarında Ramazan və Ömər oğurluq etdiklərinə görə tutulduqlarını bildikdən sonra həmin əşyaları oğurladıqlarını bilmiş, əgər həmin əşyaların oğurluq olduğunu bilsəydi, almazdı. Gündəlik olaraq mağazaya müxtəlif şəxslər yük avtomobilləri ilə yaxınlaşaraq onlardan metal alırlar. Ramazan və Ömər aldıqları digər əşyaları metal alan şəxslərə satmışdır. Lakin həmin şəxsləri tanımır, yəni kimə satdığını bilmir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5, ifadəsində Şahid4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov keçəsi ev 7, mənzil 12-də yaşadığını, avtomobil təmiri ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşusu olduqlarını, lakin onlarla heç bir münasibətinin olmadığını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 2020-ci ilin noyabr ayının ortalarında o, qonşuluqda Tural və Xəlil adlı şəxslərin işlətdiyi metal qəbulu mağazasına yaxınlaşaraq orada bir dəmir qapı görmüş, yaşadığı evdə həyətdə qoymaq üçün ona dəmir qapı lazım olduğundan gördüyü həmin dəmir qapı da onun işinə yaradığı üçün Xəlildən həmin dəmir qapını neçəyə satdığını soruşanda Xəlil 15 manata satdığını demişdir. O, 15 manat verib Xəlildən həmin dəmir qapını almışdır. O, qapını alanda maraq üçün qapını onlara kimin verdiyini soruşanda Xəlil bildirmişdir ki, Ramazan və Ömərdən bir gün əvvəl almışdır. O, Xəlildən həmin qapının oğurluq olub-olmadığını soruşanda Xəlil bildirmişdir ki, Ramazan və Ömərdən qapını alarkən soruşub, oğurluq deyil, həmçinin, onlardan şəxsiyyət vəsiqəsinin surətini də almışdır. O, qapını alıb aparıb həyətə qoymuşdur. Bir müddət sonra qapını qoyacaqmış. 2021-ci ilin yanvar ayının axırlarında eşitmişdir ki, Ramazan və Ömər oğurluq etdiklərinə görə tutulublar. O, dərhal Xəlilin yanma gedərək bildirmişdir ki, Ömər və Ramazan tutulub, qapı da oğurluq ola bilər. Xəlil də bildirmişdir ki, qapı oğurluq imiş. Bundan sonra, o, bilmişdir ki, Ömər və Ramazan qonşuluqda yaşayan rus milliyətli Danilin evinin həyətinə daxil olaraq oradan bir çox əşyalar oğurlayıblar, aldığı qapı da onların oğurladıqları əşyalardan biridir. Həmin qapını aldıqdan sonra onun Ömər və Ramazan tərəfindən oğurlanaraq Tural və Xəlilə satıldığını bilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, götürülmüş əşyalar ekspertizaya təqdim edilməklə, əldə olunmayan digər əşyaların isə nəzərə hesablama yolu ilə hesablanmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar alqı-satqı qiymətləri barədə ekspert qarşısında suallar qoyulmuş, həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 fevral 2021-ci il tarixli 9/694 nömrəli rəyi verilmişdir. Həmin rəyin nəticə hissəsində təqdim olunmuş əşyaların 2020-ci ilin noyabr ayına olan orta bazar alqı-satqı qiymətləri aşağıdakı kimi verilmişdir. İstifadədə olmuş, bir il qabaq alınmış, bir ədəd Almaniya istehsalı olan tünd yaşıl rəngli "BOSCH, PWS 6-115" 650 W markalı laqonda 60 manat, istifadədə olmuş, üzərində rəng qopuqları olan, uzunluğu 2 metr 7 sm, eni isə 1 metr 8 sm, tünd qəhvəyi rəngli, Rusiya istehsalı olan dəmir qapı 150 manat, istifadədə olmuş, keramika materialdan olan moydadır (tülpan) 30 manat, istifadədə olmuş, üzərində “AMP” sözləri olan “AC 220 V” qaynaq (svarka) aparatı 150 manat, istifadədə olmuş gümüşü rəngli “Openbox” markalı tunerlər iki ədəd 40 manat olmaqla, 430 manat. Təqdim olunmuş əşyaların 2020-ci ilin noyabr ayına olan orta bazar alqı-satqı qiymətləri aşağıdakı kimi verilmişdir: Bir il qabaq alınmış üstdən atılma “Ariston” markalı paltaryuyan maşın 60 manat, “TCH” markalı elektrik mişarı 30 manat, “İnterskol” markalı drel 30 manat, “Viktor 650” markalı taxta kəsən mişar (lobzik) 80 manat, 2008-ei il istehsalı “Chevrolite AVEO” markalı avtomobilə məxsus qara dəmir disklər 200 manat, “Chicco” markalı uşaq kalyaskası 250 manat, “Nikah’ markalı sok çəkən maşın 30 manat, “Ekay” markalı elektrik tənzimləyicisi (stabilizator) 60 manat, 2008-ci il istehsalı “Chevrolite AVEO” markalı avtomobilə məxsus amartizatorlar 240 manat, “Sonashi” markalı sərinkeş (ventilyator) 25 manat, dur aliminium materialdan olan əl ilə işləyən ətçəkən maşın 20 manat, 70-lik “Markus” markalı su nasosu 30 manat, taxta kəsən əl mişarı 10 manat, rezbə açan alət 30 manat, dəmir kəsən əl mişarı 5 manat, 1600 watt-lıq “Samsung” markalı tozsoran 80 manat, 24 nəfərlik qab-qacaq. stəkan dəsti 120 manat olmaqla cəmi 1300 manat. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs1 barəsində verdiyi 09 fevral 2021-ci il tarixli 285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin, ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixifəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının Təqsirləndirilən şəxs2 barəsində verdiyi 09 fevral 2021-ci il tarixli 286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin, ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixifəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlinin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir, ünsiyyətçilik, emosionallıq, inadkarlıq, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, yaş və əqli-intellektual inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan, belə qənaətə gəlinir ki, o, baş vermiş cinayət hadisəsi zamanı öz hərəkətlərinin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişaf xüsusiyyətləri normaya uyğundur, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd “BOSCET markalı laqonda, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqdim etdiyi iki ədəd “OPENBOX” tuner, X6 25 yanvar 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd qaynaq aparatı, Şahid2 04 fevral 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd dəmir qapı, Şahid3 04 fevral 2021-ci il tarixdə təqdim etdiyi bir ədəd moydadıra baxış keçirilərək götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında 24 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış və onun MSY-dən dərhal azad olunması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında 24 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanını tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 24 yanvar 2021-ci il tarixdən 26 yanvar 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşana çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanının tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs2 24 yanvar 2021-ci il tarixdən 26 yanvar 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd Almaniya istehsalı olan, tünd yaşıl rəngli BOSCH, PWS 6-115 markalı laqonda, bir ədəd üzərində rəng qopuqları olan uzunluğu 2 metr 7 sm, eni isə 1 metr 8 sm olan, tünd qəhvəyi rəngli, Rusiya istehsalı olan qalın dəmir qapı, bir ədəd keramika materialdan olan moydadır, bir ədəd üzərində AMP sözləri olan, AC 220 V qaynaq aparatı, gümüşü rəngli Openbox markalı iki ədəd tuner Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməsi məqsədəmüvafiqdir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 24 yanvar 2021-ci il tarixdən 26 yanvar 2021-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri i ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 24 yanvar 2021-ci il tarixdən 26 yanvar 2021-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd Almaniya istehsalı olan, tünd yaşıl rəngli BOSCH, PVS 6-115 markalı laqonda, bir ədəd üzərində rəng qopuqları olan uzunluğu 2 metr 7 sm, eni isə 1 metr 8 sm olan, tünd qəhvəyi rəngli, Rusiya istehsalı olan qalın dəmir qapı, bir ədəd keramika materialdan olan moydadır, bir ədəd üzərində AMP sözləri olan, AC 220 V qaynaq aparatı, gümüşü rəngli Openbox markalı iki ədəd tuner Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-124/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-124/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver