Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-124/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, evli, əvvəllər məhkum olunmamış, hal-hazırda Ağstafa Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olan, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 13, mənzil 10-da qeydiyyatda olan, barəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-83/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 oktyabr 2021-ci il tarixində saat 13:00 radələrində Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin giriş həyətyanı darvazasının qapısının qıfılla bağlı olduğunu görüb hasardan aşma yolu ilə həyətə daxil olub həyətdəki masanın üzərində olan külqabını götürüb evin pəncərəsinin şüşəsini vurub sındırma yolu ilə evə qanunsuz daxil olaraq evin yataq otağından bir ədəd 400 manat dəyərində “Athena Special” markalı xəz paltosunu, həmin otaqdan bir qutusunun qiyməti 2.60 manat olmaqla ümumilikdə 10.4 manat olan 04 qutu nazik “Vinçester” markalı siqareti, çöl qapının girişində olan pilləkənlərin üzərindən, bir ədəd 60 manat dəyərində olan “Samsung” markalı planşeti, bir ədəd 70 manat dəyərində “Samsung” markalı tozsoranı, bir ədəd 80 manat dəyərində “Bosch” markalı ətçəkən maşınını, 02 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən “Safron” markalı qazan dəstlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat, 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının açıq vəziyyətdə olmasını görüb həmin mənzilə qanunsuz daxil olmaqla evdə olan şəxslərin yatmasından istifadə edərək evin qonaq otağında olan masanın üzərindən zərərçəkmiş şəxs X3 məxsus dəyəri 50 manat təşkil edən “Samsung J3” markalı mobil telefonu, bir ədəd 5 manat dəyərində asma çanta, bir ədəd dəyəri 5 manat olan və içərisində dəyəri 8 manat olan bir ədəd “Zippo” markalı alışqan, dəyəri 80 manat olan “Baccarat” markalı ətiri olan asma çantanı, həmin mənzildə yaşayan digər Zərərçəkmiş şəxs2 məxsus dəyəri 150 manat olan “İwatch” markalı saatı, bir ədəd dəyəri 15 manat olan və cibində 15 manat nağd pul olan “Kaiyanggedun” markalı kişi gödəkçəsini, Zərərçəkmiş şəxs4 məxsus çantanın içərisində olan 22 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə 350 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı Tahirin həyat yoldaşıdır. 13 oktyabr 2021 -ci il tarixdə təxminən saat 13 radələrində ağrıları olduğuna görə narkotik vasitə almaq üçün pulunun olmadığına görə Ağstafa rayonu, Köçəsgər kəndinə, dayısı Tahirin yaşadığı evə pul almaq üçün getmiş, həmin evə Ağstafa şəhər sakini əvvəllər tanıdığı taksi kimi fəaliyyət göstərən Şahid2 avtomobili ilə getmiş, dayısının evinə çatanda darvazada qıfıl olduğunu görmüş, evdə heç kim olmadığını bilib evdən oğurluq etmək qərarına gəlmişdir. Bu barədə Vüsala dayısının evinə girib evdən oğurluq edəcəyini bildirmiş, Vüsal isə onu kənarda gözləyəcəyini demişdir. Bundan sonra Vüsal dayısı evinin təxminən 100-150 metr aralıya avtomobili sürüb saxlayıb gözləmiş, onunla evə birgə daxil olmaq istəməmişdir. Vüsal getdikdən sonra o, evin hasarından atlayıb evin həyətinə daxil olmuş, oradan mətbəxə keçmiş, mətbəxdən evə daxil olmaq üçün mətbəxdəki masanın üstündə olan külqabı ilə pəncərəni sındıraraq həmin pəncərədən evin qonaq otağına daxil olmuşdur. Daha sonra yataq otağına daxil olmuş, yataq otağında çarpayının üstündə bir ədəd qadın üçün xəz paltosunu, 04 qutu “Vinçester” markalı siqaret qutusunu götürüb evə daxil olduğu yerdən çıxmış, evin həyətinə çıxan zaman pilləkənin yanında uşaq oyuncaqları ilə birlikdə bir ədəd planşet olduğunu görüb həmin planşeti də götürmüş, daha sonra evdən çıxaraq Vüsalın avtomobilini saxladığı yerə getmiş və Vüsalın avtomobilinə oturmuşdur. Vüsala evdən 01 ədəd xəz dəri, 04 qutu siqaret və bir ədəd planşet oğurladığını demiş, bundan sonra Vüsal avtomobilində bibisi Pərvanəyə zəng eləmiş və satdıq palto olduğunu almaq istəyib-istəmədiyini soruşmuş, Pərvanə pulunun olmadığını və bu səbəbdən almayacağını demişdir. Bundan sonra Vüsal onu Ağstafa rayonu, Kosalar kəndinə düşürüb geri qayıtmışdır. Vüsal ondan yol pulu istəməmiş, çünki həmin gün Vüsala 40 manat borc pul vermişdir. 26 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, o törətdiyi cinayət əməlini etiraf etmişdir. Özünü ona görə qismən təqsirli bilir ki, Zərərçəkmiş şəxs1n məxsus mənzildən bir ədəd tozsoran və bir ədəd ətçəkən maşını, həmçinin 2 ədəd qazan dəstini oğurlamamışdır. Bundan başqa 02 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Fəvvarələr Meydanında bir qədər gəzdikdən sonra T.Əliyarbəyov küçəsinə tərəf getmiş, əvvəllər həmin ünvanda xarici vətəndaş “Coni” adlı şəxslə pul qarşılığında görüşmüş, həmin şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuş, sonuncu dəfə “Coni” adlı şəxslə hadisədən bir neçə ay öncə həmin mənzildə görüşmüş, mənzilin giriş qapısına yaxınlaşdıqda qapını döymüş və qapının açıq olduğu üçün mənzilə daxil olmuşdur. Birinci mərtəbədə bir nəfər əvvəllər tanımadığı kişinin divanda yatdığını görmüş, daha sonra evin içərisində olan pilləkənlə ikinci mərtəbəyə qalxmış, evin ikinci mərtəbəsində iki qadının yatdığını görmüş, ikinci mərtəbə qadın çantasını görmüş və onun içərisini açdıqda orada olan pul kisəsini görmüş, həmin pul kisəsinin içərisindən 22 manat nağd pulu götürmüşdür. Daha sonra yenidən birinci mərtəbəyə enərək divanın qarşısındakı masanın üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd “İwatch” markalı saat, bir ədəd asma çanta, bir ədəd kişi gödəkçəsini götürmüşdür. Gödəkçənin cibində təxminən 10-15 manat nağd pul, çantanın cibində 20 manat pul, alışqan və bir ədəd ətir olmuşdur. Həmin əşyaları oğurlayıb evi tərk etmiş, pilləkənlərdən enən zaman çantanın içərisində olan ətir yerə dəyərək sınmış, daha sonra oğurladığı əşyaları müvəqqəti yaşadığı Bakı şəhəri, Vidadi küçəsində dəqiq ünvanı bilmədiyi kirayə yaşadığı mənzilə gətirmiş, polis əməkdaşları yaşadığı mənzilə gəldikdə oğurluq etdiyini etiraf etmiş və həmin əşyalarla birlikdə onu Polis Bölməsinə dəvət etmişlər. Barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir və ayağına elektro nəzarət vasitəsi bağlanmışdır, lakin həmin qolbağı gəzdirə bilmədiyinə görə onu qırmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, iki uşağı var, uşaqlarına atası baxır. Əvvəllər də oğurluq cinayətləri törətmişdir, oğurluq etmək artıq onun peşəsidir. İki azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən Ağstafa rayonu, Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qohumudur, lakin həmin şəxsi əvvəllər görməmiş, həmin şəxslə əvvəllər aralarında heç bir ədavət olmamışdır. 12 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində azyaşlı uşaqlarını götürüb onlardan birini 2 saylı Köçəsgər kənd tam orta məktəbinə yerləşdirib, digərini özü ilə bağçaya aparmış, həmin gün saat 19:00 radələrində işdən çıxıb övladları ilə birlikdə Ağstafa rayonu, Həsənsu kəndinə, anasının evinə getmiş, həmin gecəni orada qalmışdır. Səhəri gün 13 oktyabr 2021-ci il tarixdə saat 09:00 radələrində oradan birbaşa bağçaya iş yerinə getmiş, axşam saat 17:30 radələrində qohumu Elbrus ilə birlikdə yaşadığı evə gəlmişdir. Darvazanı açıb həyətə daxil olmuş və evin mətbəxinin qapısının açıq vəziyyətdə olmasını, mətbəxə daxil olan zaman isə mətbəxin evə tərəf olan şüşəsinin sınmış vəzyətdə olduğunu görmüşdür. Həmin sınmış yerdən evə daxil olunmuş və həmin evdən ona məxsus bir ədəd qadın paltosunu, bir ədəd işlənmiş vəziyyətdə olan “Samsung” markalı tozsoran aparatını, bir ədəd “Bosch” markalı ətçəkən maşını, bir ədəd planşet, iki dəst “safron” markalı qazan dəstinin oğurlanmasını aşkar etmiş və yaşadığı evdən oğurluq olması barədə şikayət vermişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmiş, şəxsi problemləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 01:00 radələrində əvvələr tanıdığı Murad adlı şəxslə bilrikdə tanışları Zeynəb və Şəfiqə adlı şəxslərin yaşadığı ünvan 3 ünvanına gəlmişlər. Dostları ilə bir qədər söhbət etdikdən sonra evin birinci mərtəbəsində yataq otaqların birində yatmış, özünə məxsus olan əşyaları divanla üzbəüz masanın üzərinə qoymuşdur. Ona məxsus dəyəri 150 manat təşkil edən “İwatch” markalı saat, qara rəngli markasını dəqiq xatırlamadığı dəyəri 15-20 manat təşkil edən gödəkçə cibində “Covid” pasportu, 15 manat nağd pul və şəxsiyyət vəsiqəsi olmuşdur. 02 dekabr 2021-ci il tarixdə Zeynəb və Şəfiqə mənzildən oğurluq olduğunu barədə məlumat vermişlər. Daha sonra masanın üzərinə baxdıqda dəyəri 150 manat təşkil edən “İwatch” markalı saat, qara rəngli markasını dəqiq xatırlamadığı dəyəri 15-20 manat təşkil edən gödəkçə cibində “Covid” pasportu, 15 manat nağd pul və şəxsiyyət vəsiqəsinin oğurlandığını görmüşdür. Baş vermiş hadisə ilə bağlı “102” Xidməti zəng mərkəzinə məlumat vermişlər. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmiş, ailə problemləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 01:00 radələrində əvvələr tanıdığı Amil, Zeynəb və Şəfiqə adlı tanışları ilə birgə yaşadıqları ünvan 1 ünvanına gəlmiş, dostları ilə bir qədər söhbət etdikdən sonra, saat 02:30 radələrində evin birinci mərtəbəsində divanda yatmış, özünə məxsus olan əşyaları divanla üzbəüz masanın üzərinə qoymuşdur . Belə ki, 02 ədəd hər birinin dəyəri təxminən 5 manat olmaqla ümumilikdə 10 manat təşkil edən asma çanta, onun içərisində dəyəri 8 manat olan zippo alışqan, dəyəri 80 manat olan “Bacarat” ətiri, yaşadığı evə məxsus açarlar və işlədiyi obkyetin açarları, dəyəri 100 manat olan “Samsung J 3 markalı mobil telefon olmuşdur. Səhərisi gün səhər yeməyi hazırlamaq məqsədi ilə oyanmış, masanın üzərində ona məxsus olan sadaladığı əşyaların yoxa çıxmasını aşkar etmiş , dostu Amil də gödəkçəsinin, saatının oğurlanmasını, Zeynəb isə çantasında olan pul kisəsinin içərisindən 22 manat nağd pulun oğurlandığını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı “102” Xidməti zəng mərkəzinə məlumat vermişlər. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 1 ünvanına gəlmiş, həmin vaxt evdə əvvəllər tanıdığı Şəfiqə adlı şəxs olmuşdur, daha sonra saat 01:00 radələrində isə əvvəllər tanıdığı Amil və Murad adlı şəxslər də gəlmişlər, həmin vaxt o, artıq yatmışdır, səhərisi gün Amil ilə Murad ona 01:00 radələrində gəldiklərini bildirmişlər. Səhərisi gün yuxudan oyandıqda Şəfiqə yaşadıqları mənzildən oğurluq olduğunu bildirmiş, daha sonra Amil və Murada məxsus da əşyaların oğurlandığını bilmişdir. Ona məxsus çantanın içərisində pul kisəsindən 22 manat nağd pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Şəfiqə baş vermiş hadisə ilə bağlı “102” Xidməti mərkəzinə məlumat vermişdir. 16 dekabr 2021-ci il tarixdə Ağstafa Rayon Polis X7 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus evə 13 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində naməlum şəxs qanunsuz daxil olmaqla həmin evdən bir ədəd qadın xəz paltosunu, bir ədəd işlənmiş vəziyyətdə “Samsung” markalı tozsoranı, bir ədəd “Bosch” markalı ətçəkən maşını, iki dəst “Safron” markalı qazan dəstinin naməlum şəaritdə oğurlandığını aşkar etməsi faktı ilə bağlı Ağstafa RPŞ-də toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 27 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd xəz paltosu və bir ədəd “Samsung” markalı planşetə baxış keçirilmiş və iş üzrə sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 16 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Athena Special” markalı xəz palto və bir ədəd “Samsung GT-P5200s” markalı planşet maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağstafa Rayon Polis Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünasılq ekspertizasının 02 dekabr 2021-ci il tarixli 9/8033 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd «Samsung» markalı «GT-P5200s» modelli planşetin orta bazar qiyməti təxminən 60 manat, “Athena Special” markalanma göstəricisi olan qəhvəyi rəngli, uzun biçimli, su samuru xəzindən qadın üçün xəz paltonun qiyməti 400 manatdır. Tədqiqata təqdim edilməyən “Samsung” markalı işlənmiş vəziyyətdə tozsoran aparat dəstinin nəzəri qiymətləndirilməklə orta bazar qiyməti 70 manat müəyyən olunur, “Bosch” markalı elektriklə işləyən ətçəkən maşın dəsti nəzəri qiymətləndirilməklə 80 manat, “Safron” markalı qazan dəsti nəzəri qiymətləndirilməklə biri 15 manat olmaqla ümumi 30 manat qiymətləndirilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda və faktiki ortada olmayan 3 adda əşyaların ümumilikdə 2021-ci ilin oktyabr ayına orta bzar qiyməti təxminən 640,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün həmin qərarın ona elan edilməsi mümkün olmamış və həmin tarixdə ittiham elan edilməsi üçün tutulması və axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin icraatında olan 1(015)-83/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 19 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhərində tutulmuş və Ağstafa Rayon Polis X4 Yerinə təhvil verilmişdir. 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-83/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. 04 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanından naməlum şəxs tərəfindən qanunsuz daxil olmaqla evdən oğurluq etməsi faktına görə Azərbaycan Respbulikası CM-nin 177.2.3-cü maddəsi ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* nömrəli cinayət işi başlanılmışdır. 04 dekabr 2021-ci il tarixli götürmə haqqında protokola əsasən bir ədəd “İwatch” markalı saat, iki ədəd asma çanta, 01 ədəd “Samsung” markalı mobil telefon, bir ədəd qara rəngli gödəkçə, bir ədəd X3 məxsus şəxsiyyət vəsiqəsi iş üçün maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs götürülmüşdür. 04 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 dekabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. 06 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 06 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 06 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 16 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung J3 2016” markalı mobil telefon, bir ədəd “İwatch” markalı saat, iki ədəd asma çanta, bir ədəd gödəkçə və X3 məxsus şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. 25 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 18 fevral 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünasılq ekspertizasının 04 fevral 2022-ci il tarixli 9/141 saylı rəyinə əsasən qərarda və fotoşəkillərdə göstərilən malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən: «Samsung» markalı «J 3 2016 » modelli mobil telefonun nəzəri hesablama yolu orta bazar qiyməti təxminən 50 manat, 02 ədəd kiçik ölçülü kəmərli çanta nəzəri hesablama yolu ilə orta bazar qiyməti 10 manat, (hər birinin qiyməti 5 manat olmaqla), bir ədəd “Kaiyanggedun” markalı gödəkçə nəzəri hesablama yolu orta bazar qiyməti 15 manat müəyyən olunur. Bir ədəd “İwatch” markalı saatın modeli haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 03 mart 2022-ci il tarixli Ağstafa Ağstafa Rayon Polis X7nin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan ********* və ********* cinayət işlərini bir icraatda birləşdirilməsi və ********* nömrəli cinayət işinin aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. 28 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işində ********* nömrə altında ibtidai istintaqı davam etdirilmişdir. 28 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 05 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM- nin 177.2.2., və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. 05 aprel 2022-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2021-ci il tarixli, (015)-83/2021 saylı qərarla Ağstafa Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Xətai Rayon Polis İdarəsində CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat xx.xx.2020-ci il tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Nizami Rayon Polis İdarəsində CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* və ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Hal-hazırda Ağstafa Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var – xx.xx.2017-ci il təvəllüdlü X6 . Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramlardan müəyyən olunur ki, onların Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, Zərərçəkmiş şəxs1 məxsus mənzildən bir ədəd tozsoran və bir ədəd ətçəkən maşını, həmçinin 2 ədəd qazan dəstini oğurlamadığını göstərməsi zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı veridyi ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, dəymiş zərərin qismən qaytarılmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məsuliyyətə cəlb edildiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 04 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Ağstafa rayon məhkəməsinin 1(015)-83/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kaiyanggedun” markalı gödəkçənin və bir ədəd “İwatch” markalı saatın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış X3 məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd kəmərli kiçik ölçülü çantanın və bir ədəd “Samsung” markalı “J3 2016” mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Athena Special” markalanma göstəricisi olan qəhvəyi rəngli, su samuru xəzindən qadın xəz paltosu və bir ədəd “Samsung GT-P5200s” markalı planşet Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının (məhkəmə-əmtəəşünaslıq ekspertizası) xərci 150 (bir yüz əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 04 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-83/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kaiyanggedun” markalı gödəkçənin, bir ədəd “İwatch” markalı saatın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış X3 məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd kəmərli kiçik ölçülü çantanın və bir ədəd “Samsung” markalı “J3 2016” mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Athena Special” markalanma göstəricisi olan qəhvəyi rəngli, su samuru xəzindən qadın xəz paltosu və bir ədəd “Samsung GT-P5200s” markalı planşet Zərərçəkmiş şəxs1 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-124/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-124/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver