Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-124/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 aprel 2023-cü il tarixdə saat 12.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 18 yanvar 2023-cü il tarixdə saat 08 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus üzərində «Qəpik evi» yazılmış piştaxtanın altında olan saxlanc yerinin qıfılını qəsdlə sındıraraq qanunsuz olaraq oradan Zərərçəkmiş şəxs məxsus 15 manat dəyərində «Yodmarin» adlı zob dərmanı, cəmi qiyməti 9,60 manat təşkil edən, hər birinin qiyməti ayrı-ayrılıqda 0,20 manat təşkil edən 48 ədəd gümüşü rəngli açar üçün halqa başlıq, cəmi qiyməti 3 manat təşkil edən, hər birinin qiyməti ayrı-ayrılıqda 0,20 manat təşkil edən 15 ədəd qızı rəngli açar üçün halqa başlıq, cəmi qiyməti 4,50 manat təşkil edən, hər birinin qiyməti ayrı ayrılıqda 1,50 manat olan 3 ədəd metal boyunbağı, qiyməti 1 manat təşkil edən üzəri ağ rəngdə olan göy rəngli diyircəkli qələm, qiyməti 2 manat təşkil edən üzərində «Azərbaycan» yazısı olan göy rəngli diyircəkli qələm, qiyməti 2 manat təşkil edən, üzərində «Vüsal» yazısı olan dəri qolbaq, cəmi qiyməti 21,60 manat təşkil edən, hər birinin qiyməti ayrı-ayrılıqda 1,20 manat olan 18 ədəd metal brelok, qiyməti 100 manat təşkil edən cəmi 9 ədəd olmaqla (1 cüt) rəqəm həkk etmək üçün metal alət dəsti, cəmi qiyməti 4 manat təşkil edən, hər birinin qiyməti 2 manat olan 2 ədəd ürək formalı aliminium brelok, cəmi qiyməti 6,96 manat təşkil edən, hər birinin qiyməti ayrı-ayrılıqda 0,02 manat olan 696 ədəd metal düymə, cəmi qiyməti 22,50 manat təşkil edən, hər birinin qiyməti 2,50 manat olan 9 ədəd mis böyük halqa, cəmi qiyməti 15,60 manat təşkil edən, hər birinin qiyməti 1,30 manat olan 12 ədəd mis kiçik halqa, cəmi qiyməti 3,50 manat təşkil edən, hər birinin qiyməti 0,70 manat olan 5 ədəd aliminium böyük halqa, cəmi qiyməti 1,50 manat təşkil edən, hər birinin qiyməti 0,50 manat olan 3 ədəd aliminium kiçik halqa, cəmi qiyməti 18 manat təşkil edən, hər birinin qiyməti 3 manat olan 6 ədəd latun böyük halqa, cəmi qiyməti 6 manat təşkil edən, hər birinin qiyməti 1,20 manat olan 5 ədəd latun kiçik halqa, cəmi qiyməti 14 manat təşkil edən, hər birinin qiyməti 3,50 manat olan 4 ədəd mirxior böyük halqa, cəmi qiyməti 3 manat təşkil edən, hər birinin qiyməti 1,50 manat olan 2 ədəd mirxior kiçiçk halqa, cəmi qiyməti 19,20 manat təşkil edən, hər birinin qiyməti 1,20 manat olan 16 ədəd üzərində halqa başlıq olan brelok, cəmi qiyməti 7,50 manat təşkil edən, hər birinin qiyməti 1,50 manat olan 5 ədəd açar saxlamaq brelok başlıq, cəmi qiyməti 6 manat təşkil edən, hər birinin qiyməti 1,20 manat olan 5 ədəd üzərində başlıq halqa olan mis brelok, cəmi qiyməti 1,20 manat təşkil edən 1 ədəd üzərində başlıq halqa olan latun brelok, cəmi qiyməti 12 manat təşkil edən hər birinin qiyməti 2 manat olan 6 ədəd üzərində başlıq halqa olan mirxior brelok, cəmi qiyməti 10 manat təşkil edən hər birinin qiyməti 2 manat olan 5 ədəd üzərində başlıq halqa olan latun breloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 309 manat 66 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi sıxıntıları vardır. 18 yanvar 2023-cü il tarixdə, təxminən saat 08 radələrində o, İçəri Şəhərdə piyada gəzərkən «Qəpik Evi» yazılmış piştaxtaya yaxınlaşmışdır. Həmin vaxtı ətrafa nəzər saldıqda hər-hansı bir şəxsin olmadığını görmşdür. Həmin vaxtı o, oradan oğurluq edib qiymətli əşya olarsa sataraq gəlir əldə etməyə qərar vermişdir. Bundan sonra o, piştaxtanın arxa hissəsinə keçmiş və piştaxtanın altında kiçik saxlanc yerinin olduğunu görmüşdür. Həmin saxlanc yerinin qapısının üzərində qıfıl olduğunu görmüşdür. O, həmin qıfıla əli ilə toxunduqda bağlı olmadığını görmüş və qıfılı çıxarıb saxlanc yerini açararq orada iki qutu görmüşdür. O, həmin qutuları oradan oğurlayaraq ətrafda heç kimin olmadığını görüb oradan uzaqlaşmışdır. O, oradan bir qədər uzaqlaşdıqdan sonra həmin qutuları açdıqda içərisində müxtəlif metal breloklar, brelok başlıqları və sair metal əşyaların olduğunu görmüşdür. Bundan sonra o, həmin qutuları Bakı şəhəri, Səbail rayonunda yerləşən «Şirvanşah» sarayı yaxınlığında daşların arasında yerləşdirərək gizlətmişdir. 19 yanvar 2022-ci il tarixdə metronun İçəri Şəhər stansiyasının yaxınlığında tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etməklə oğurluq cinayəti törətməkdə şübhəli bilindiyini izah edərək onu polisə dəvət etmişlər. Polis Bölməsində o, oğurluğu səmimi olaraq etiraf etmiş və bu barədə izahat verdikdən sonra oğurladığı əşyaları gizlətdiyi yer barədə məlumat vermiş və sonra oğurladığı əşyaları könüllü şəkildə təqdim etmişdir. O, maddi sıxıntıları üzündən həmin oğurluğu etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 dekabr 2014-cü il tarixdən hazırki vaxta kimi ünvan 3 ünvanında yerləşən suvenir köşkünü İçəri Şəhər Qoruq İdarəsi ilə onun arasında bağlanmış müqavilə əsasında işlədir. 17 yanvar 2023-cü il tarixdə, təxminən saat 20:00-da o, həmin köşkü bağlamış və özünə məxsus suvenir əşyaları köşkün alt və arxa hissəsində olan şkafdakı saxlanc yerinə qoyaraq qapısını qıfıllayıb evə getmişdir. 18 yanvar 2023-cü il tarixdə, təxminən saat 11:00-da o, həmin köşkə yaxınlaşarkən köşkün altında olan saxlanc yerinin qıfılının naməlum şəxs tərəfindən sındırıldığını görmüşdür. O, oraya baxış keçirən zaman axşamdan oraya qoyduğu əşyaların yerində olmadığını aşkar etmişdir. Belə ki, ona məxsus oğurlanmış əşyaların dəyəri 309 manat olmuşdur. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir kİ, təqsirlndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 02 ədəd videofayl mövcuddur. “WhatsApp Video 2023-01-20 at 12.26.36 (1)” adlı faylı açılqdıqda ünvan 3 ünvanında olan piştaxtaya bir nəfər şəxsin piştaxtaya yaxınlaşaraq piştaxtanın saxlanc yerindən oğurluq etməsi müəyyən olunmuşdur. “WhatsApp Video 2023-01-20 at 12.26.36” adlı faylı açılqdıqda 1-ci fayl ilə eynilik təşkil etməsi, yəni ünvan 3 ünvanında olan piştaxtaya bir nəfər şəxsin piştaxtaya yaxınlaşaraq piştaxtanın saxlanc yerindən oğurluq etməsi müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2023-cü il tarixli 9/484 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 271,72 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 20 yanvar 2023-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. 20 yanvar 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 yanvar 2023-cü il qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 21 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o X3 həbsdən azad olunmuşdur. 21 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 240-cı maddəsinin A bəndi, 242-ci maddənin A bəndi və 38-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin Hərbi Kollegiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə xx.xx.2000-ci il tarixli hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 42-1-ci maddəsinə əsasən hökmün icrası 01 (bir) il təxirə salınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-257/2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətnə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2020-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 7(007)-846/2021 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-257/2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il amnistiya qərarının 4cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-50/2023 saylı, 22 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. 15 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-50/2023 saylı, 22 fevral 2023-cü il tarixli hökmü icraya yönəldilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var – xx.xx.2015-ci il təvəllüdlü X4. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-257/2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətnə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Lakin məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs yenidən 18 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də talama cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 18 yanvar 2023-cü il tarixdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir ) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmünə əsasən 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırlıq iclasının 22 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(009)-50/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-124/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-124/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver