Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-125/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X25 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X6 etibarnamə üzrə nümayəndələri və eyni zamanda vəkilləri Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X10 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Qərib oğlu Zaur Qərib oğlu və onun vəkilləri “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 və onun vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X9, X4 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri üzrə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilib, cinayət məsuliyyətinə cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X16, nəinki Azərbayzanda, hətta bütün Qafqazda ən böyük metallurqiya zavodu olan “X43” MMC-nin rəhbəri, Müşahidə Şurasının sədridir. “xxxxxxxxxxx” İnternet Televiziyasının facebook (feysbuk) sosial internet şəbəkəsində, o cümlədən youtube (yutub) video və sosial internet şəbəkəsində xx.xx.2020-ci il tarixində “Ölkə iqtisadiyyatına hücum edən “Koronavirus məmur(lar)” kimlədir?” başlığı ilə video buraxılışı (çarx) birbaşa yayımlanmışdır. Həmin video buraxılışda (çarxda) özünü keçmiş “xxxxxxxxxxxxxxx” ASC-nin baş direktoru kimi qələmə verən Ramiz Əhmədov və hüquqşünası Vahid Rəsulov, o cümlədən buraxılışın aparıcısı və “X36” MMC-nin direktoru Zaur Qəriboğlu onun şərəf və ləyaqətini kobud şəkildə təhqir etmiş və alçaltmış, onu görülməmiş böhtanlara məruz qoymuşdur, hətta ağır, xüsusilə ağır cinayətlərdə ittiham etmişlər. Şəxsiyyətin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq müqavilələr, onlara uyğun olaraq cinayət və mülki qanunvericiliklə qorunmasına baxmayaraq bu şəxslər Konstitusiyanı və qanunvericiliyi görülməmiş şəkildə pozmağa cürət tapmış, heç nəyə söykənməyən və insan əxlaqına sığmayan addım atmışdır. R.Əhmədovun, V.Rəsulovun, Z.Qəriboğlunun əməlini Cinayət Məcəlləsinin 147.1., 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətləri ilə müqayisə etdikdə aydın olur ki, onun əməllərində bütün rəngarəngliyi ilə təhqir və böhtan cinayətlərinin əlamətləri vardır. R.Əhmədovun, V.Rəsulovun, Z.Qəriboğlu aşkar şəkildə onu təhqir edir, onun qoçu dəstəsi vasitəsi ilə Nürəddin və Loğman Zülfüqarlı qardaşlarının miliyonlarla dollar qiyməti olan Poladtökmə və Elektroştamp zavodlarının səhmlərini onların əlindən quldurluqla, hədə-qorxu ilə tələb etmə ilə tutub almış, talamış, səhmlərin, əmlakların qiymətinin milyonlarla dollar olmasını vurğulamaqla onu ağır, xüsusi ilə ağır cinayətlərdə (CM maddə 180.4, maddə 181.4., 182.4), hətta özlərinin birbaşa efirdə söylədikləri kimi dövləti cinayətlərdə, reketlikdə ittiam etmişlər. Bütün bunlar bütün buraxılış boyu söylənirdi və buraxılışın əlavə olunmuş video yazısına baxanda tam sübut olunur. Eyni zamanda buraxılışda birbaşa tamaşaçı auditoriyasına deyilən, işlədilən çoxsaylı ifadələrin bəzilərini aşağıda ardıcıllıqla, buraxılışda söylənmə vaxtı və deyən şəxsi göstərməklə xüsusi olaraq diqqətə çatdırır (buraxılışın): Zaur Qəriboğlu buraxılışı başlayanda 1:04 dəqiqədə - Bu günkü daha ciddi, daha vacib mövzumuz bizim nədir - ölkə iqtisadiyyatına hücum edən koronovirus məmurlar, gənə məmurlar. Bunlar gənədirlər, ancaq yapışıb qanını sorurlar. Bunlar haqqında danışacağıq. Bu adamlar xalqa qarşıdır, bu adamlar dövlətə qarşıdır, bunlar dövət başçısına qarşıdır. Demək bunların əsas məqsədi nədir, bunlar ölkədə azad sahibkarlığın qarşısını almaq, ölkədə monopoliya yaratmaq, ancaq öz monopoliyalarını yaratmaq və qoçuluq etmək. Bu vaxta qədər bunlar (məmurlar) dövlət postlarında vəzifələrindən sui-istifadə edərək qoçuluq ediblər. Konkret qoçuluq ha, adamların malını mülkünü əllərindən alıblar, buna hüquqi don geyindirməyə çalışıblar və dolayısı ilə Azərbaycan xalqına zərər vurublar. Və belə hallardan biri də, bilmirəm izləyicilərimiz xatırlayır yoxsa yox, bir vaxtlar xxxxxxxxxxxxxxx zavodu var idi, orada 2000-dən artıq adam işləyirdi və bu qoçuların başçısı, və mən bunları açıq deməliyəm, Ramiz Mehtiyev özünün adamı var X40 Steel Company, bunun vasitəsi ilə ölkədə bir dənə balaca bir yer açıb dəmir satan adamı belə qoymayıblar. Hamısını şərləyir tutdurublar, obyektlərini bağlayıblar salıblar öz monopoliyalarına..“Və hatta Zülfüqarlı qardaşlarının zavodlarını X41 Steel Company vasitəsi ilə əllərindən alıb, özlərini içəri qoymuşdular.” 4:25 dəqiqədə (Zaur Qəriboğlu) - “Bu ölkədə bu monopolistlər azad sahibkarları şərləyiblər, şantaj ediblər, tutdurublar, içəri qoydurublar, Azərbaycan dövlətinə zərbə vurublar, Azərbaycan xalqına zərbə vurublar, minlərlə insanı işsiz qoyublar, nədi-nədi öz şəxsi maraqlarından ötrü.” “Öna görə sizdən xahiş edirəm ki, bu vayımı paylasın ki, bütün Azərbaycan xalqı xəbər tutsun, eyni zamanda baş prokurorluq xəbər tutsun, aidiyyatı qurumlar xəbər tutsun ki, bu vaxta qədər bunlar hansı cinayətləri törədiblər. Baş prokuror xəbər tutsun. Bu eləbelə cinayət deyil, bu dövləti cinayətdir.” 6:16 dəqiqədə (Zaur Qəriboğlu) - “X32? - bu oliqarxdır, Azərbaycanın pullarını xaricə daşıyan, valyuta şəklində xaricə daşıyan Azərbaycanın pullarını” 7:20 dəqiqədə (Zaur Qəriboğlu) - “Dəyərli izləyicilər, bu X37 Mehdiyevin vasitəsi ilə xxxxxxxxxxxxxxx zavodunu hüquqi don geyindirməyə çalışaraq adamların əlindən alıblar, indi də həmin zavodu dağıdırlar.” 13:08 dəqiqədə (Ramiz Əhmədov) - “2011-ci ildə zavodun başının üstün qara buludlar aldı, bu qara buludlar Rasim Məmmədovun başçılıq etdiyi quldur dəstəsindən, mən bunu deməkdən çəkinmirəm və onun arxalandığı böyük məmur, Azərbaycanın iqtisadiyyatına böyük bir zərbə vuran, keçmiş prezident aparatının rəhbəri Ramiz Mehtiyev oldu.” 13:49 dəqiqədə (Zaur Qəriboğlu) - “Bunun atası Ramiz Mehtiyev imiş, fikir verin dəyərli izləyicilər bu atasına görə bu millətin var- dövlətini talayıblar.” 13:59 dəqiqədə (Ramiz Əhmədov) - “Bəli, ilk Azərbaycanda iqtisadiyyatın koronavirusunun yaradıcısı və onun başında duran məhz onun kimi və onun əlaltıları olan Rasim Məmmədov oldu.” 14:55 dəqiqədə (Ramiz Əhmədov) - “2011-ci ildə zavodu işğal elədilər, güc yolu ilə, dövlət məmurlarına arxalandı Rasim Məmmədov.” 17.27 dəqiqədə (Ramiz Əhmədov) - Bütün kanallardan istifadə etdilər, və dedilər ki, siz Azərbaycanı tərk etməlisiniz, tərk etməsəniz bütün sizi və ailə üzvləriniz tutulacaq, necəki 2005-ci ildə tutuldunuz, indi də tutulacaq. 18:19 dəqiqədə (Zaur Qəriboğlu) - “Bütün qanunları tapdaladılar, həm mal-mülkünüzü aldılar əlinizdən, həm də dedilər çıxın ölkədən, burada qanun işləmir.” 19:15 dəqiqədə (Ramiz Əhmədov) - “xxxxxxxxxx müəssisəmizi inşa elədik bunu da gözü götürməyən bu acgöz mənfurlar, bu koronaviruslar, bu gənələr məcbur elədilər, Loğman müəllimin əlindən aldılar.” 19:50 dəqiqədə (Ramiz Əhmədov)- “Bakıelektroştamp səhmdar cəmiyyətini özəlləşdirdik, onu məhv elədilər aldılar.” 22.04 dəqiqədə (Vahid Rəsulov) - “Biz digər bir işğalı da ölkəmizin içində yaşadıq, Rasim Məmmədovun simasında özünü iş adamı adlandıran ən azı nadürüst bir insanın simasında.” 22:25 dəqiqədə (Zaur Qəriboğlu) - (Rasim Məmmədov haqqında deyiləni davam etdirərək Rasim Məmmədovu nəzərdə tutur) “Bu iş adamı olmayıb, bu qoçu olub.” 22:27 dəqiqədə (Vahid Rəsulov) - (Rasim Məmmədov haqqında deyiləni davam etdirərək Rasim Məmmədovu nəzərdə tutur) “Bu qoçu olub.” 22.35 dəqiqədə (Ramiz Əhmədov) - (Rasim Məmmədov haqqında deyiləni davam etdirərək Rasim Məmmədovu nəzərdə tutur) “reketdi də bu” 24:53 dəqiqədə (Zaur Qəriboğlu) – Reketdi (Rasim Məmmədovu nəzərdə tutaraq) deməli bunlar dövlətdən istifadə edib, reketçilik edirlər, adam oğurlayırlar, aparıb həbsxanada ona zülm verirlər, etibarnaməyə qol çəkdirirlər” 26:02 dəqiqədə (Zaur Qəriboğlu) - özünün dediyi kimi, dinləyicinin yazdığı fikri yayır: “Zülfuqarlı qardaşları dəmir məhsullarını ***-**** dollara satıb İran bazarını oynadırdılar, Rasim nə oyun oynadısa, İran bizim bazarı barmağına sarıdı, qiymətlər suyun 1 tonu qədər etdi. FıkiF verin bu dövləti cinayətdir.” 27.13. dəqiqədə (Zaur Qəriboğlu) - Qoçu kimi ediblər də 29:00 dəqiqədə (Vahid Rəsulov) - “Bu gün Baku Steel-in sayəsində artıq İran İslam Respublikası bizim bazara məhsul ixrac edir. Vaxtı ilə biz məhsul ixrac edirdik. Əvvəl İran bizdən mal alırda, indi biz İrandan mal alırıq Baku Steel-in sayəsində.” 30:52 dəqiqədə (Zaur Qəriboğlu) - Dəhşətə bax ee, adam qoçudur. 30:52 dəqiqədə (Zaur Qəriboğlu) - raketçiliklə ediblər də 31:58 dəqiqədə (Zaur Qəriboğlu) - “Deməli sizə bir manat pul ödəmir, əmlakınızı alır, hər şeyinizi alır, yalandanda içəri salır, mülkiyyətçiyə də deyir, qol çəkdirir ki, bura mənimdir, təzyiq ilə.” 33:54 dəqiqədə (Vahid Rəsulov) - Eşitmişik, mətbuatdan izləmişik, şəxsən təmaslarda olub özlərindən eşitmişik ki, əmlakları qəsb olunubdur. 33:54 dəqiqədə (Zaur Qəriboğlu) “Məhz bu mafiya tərəfindən, X43 mafiyası” 33:55 dəqiqədə (Vahid Rəsulov) “Məhz bu mafiya tərəfindən, X43, Rasim Məmmədov” 36:23 dəqiqədə (Vahid Rəsulov) - . (xxxxxxxxxxxxxxxxxla əlaqədar Nərimanov rayon məhkəməsinə müraciət etməklərindən danışır, keçir xxxxxxxxxxya) .. ondan sonra xxxxxxxxxx, indi deyirlər ki, alğı-satqı eləmisiniz, xxxxxxxxxxnu zorla aldılar bizdən. Təsəvvür edin, alqı-satqı olunacaqdısa, xxxxxxxxxx alqı-satqı olmamışdan qabaq, bizim orada şahidlərimiz var ki, maskada, bellərindəki xüsusi SOCAR yazılmışdı o zaman səhv eləmirəmsə, xüsusi idmançı görkəmli şəxslər, hətta əllərində silah girdilər xxxxxxxxxx zavoduna, oturdular, zəbt elədilər, camaatı çıxartdılar oradan, ondan sonra bizi çağırdılar ki, gəlin (Ramiz Əhmədov müdaxilə edir reketdirlər) reketdirlər, ondan sonra bizi çağırdılar ki, gəlin alğı-satqı müqaviləsini imzalayın. 37:40 dəqiqədə (Ramiz Əhmədov) - (Rasim Məmmədovu nəzərdə tutaraq) “Bunlar mənfur və namərdlərdir, bunlar üçün insan həyatı bir qəpilik deyil.” 38:31 dəqiqədə (Ramiz Əhmədov) - “Ədalətin boğdular gözünü, Rasim Məmmədovun - şərəfini, ləyaqətini, olmayan bir şeyini təhqir eləmişəm.” 38:42 dəqiqədə (Zaur Qəriboğlu) - “Fikir verin camaatın malını, mülkünü al, işini al, pulunu al, qoçuluq elə, axırda da məhkəməyə ver, cərimə elətdir.” 38:58 dəqiqədə (Ramiz Əhmədov) - “Rasim Məmmədovun şərəfini, ləyaqətini 5 min manata mən satın aldım” (38:58 - 39:04) 40:54 dəqiqədə (Ramiz Əhmədov) - (Rasim Məmmədovu nəzərdə tutaraq) “mənfur quldurlar” 41:57 dəqiqədə (Ramiz Əhmədov) -Bayaq mən dedim, el məsəli var, kənd yerində böyümüşük. Heyvanlara gənə düşərdi bu aylarda, o gənəni heç nə ilə təmizləmək mümkün olmurdu, axırda ancaq kreolinlə, qaçırdılar suya, o heyvanları orada çimizdirirdilər, həmən o kreolinlə o viruslar, o gənə orada ölürdü. Bax indi həmən o kreolinləmə dövrü başlayıbdır, dezinfeksiya, biz zavodda da dezinfeksiya kimi istifadə edirik. (Rasim Məmmədovu gənə ilə eyniləşdirərək). Bax həmin o kreolinləmə Rasim kimi işbazlara da tətbiq olunmalıdır,. 44:38 dəqiqədə (Ramiz Əhmədov) - (Rasim Məmmədovu nəzərdə tutaraq) “Rasim Məmmədov kimi dırnaq arası işbazın”, “Sumqayıtda da işğal etdiyi, boru prokatı zavodu, işçilərin əmək haqqı borcunu ödəyə bilmir”, “iranlı iş adamına 10 milyon borcu var”, “biz Qazaxıstanda getdim mən, 1-2 il bundan qabaq, iş qurmaq yeri, orda bizi az qaldılar daşlayalar ki, sizin o yerliniz, o Rasim Məmmədov kimdir, gəlib burada zavod götürdü, insanlara atdı, insanları dolandırdı, xeylaq ziyan vurdu, nə qədər borclu qaldı qaçdı getdi. Belə bir iş adamları, dırnaq arası Azərbaycana ziyan vurur, Azərbaycanın iqtisadiyyatına terrordur, terrorçuluq edir. Bu bir gənədir,”, “bu adam Azərbaycan xalqına, Prezidentimizin apardığı uğurlu islahatlara, siyasətə qarşıdır” “bu Rasim Məmmədovdan koronavirus yaxşıdır, bu ondan da betərdir, onun qriyalinləmə məsələsinə baxılmalıdır, bu adamlar, bu viruslar təmizlənməlidir, dezinfeksiya olunmalıdır.” “Deməli bunlar’ dağıntını, ört bastır eləmək, etdikləri cinayətlərə haqq qazandırmaq üçün 26 may yığıncaq çağırıblar, səhmdarlar yığışıblar, mühafizəçi deyib ki, dövlət icazə vermir” “niyə bunlar Azərbaycanın Prezidentinə qarşı çıxırlar, xarici, daxili siyasətinə, islahatlara qarşı çıxırlar bu mənfurlar, bu koronaviruslar, belə koronaviruslar, belə gənələr olmasa daha yaxşı olar” 51:33 dəqiqədə (Vahid Rəsulov) - (Rasim Məmmədovu nəzərdə tutaraq) “2012-ci ildə bu adamlar gəldilər, Bakı İnşaat Sənayedə universal yayma xəttini, xxxxxx MMC-nin mülkiyyəti olub, heç bir sənəd sübut təqdim etmədən, məhkəmələrə göstəriş verməklə, saxta ekspertiza rəyləri almaqla, Ramiz Mehdiyevin birbaşa dəstəyi nəticəsində, qeyriqanuni məhkəmə qərarları qəbul etdirdilər, həmin avadanlıqları sökdürdülər, daşıtdırdılar.” 53:29 dəqiqədə (Ramiz Əhmədov) - (Rasim Məmmədovu nəzərdə tutaraq) “Bunlar dövləti cinayət törədirlər” “bu mənfurlar qurulmuş zavodu dağıdırlar,.” Buraxılışda və xüsusi ilə də yuxarıda qeyd edilən buraxılışdan çıxarışlardakı ifadələrin heç bir əsası, sübutu yoxdur, yalan, təhqir və böhtandır. Çıxışlardakı təhqirlər aşkardır, qeyd edilən böhtanların isə yalandır, heç bir sübutu yoxdur. Ümumilikdə söylənilən böhtanlar isə əsas 4 məsələni əhatə edir: “xxxxxxxxxxxxxxxxx”ASC-nin “X43” MMC tərəfindən zorla Zülfüqarlı qardaşlarının əlindən alınması, “xxxxxxxxxxxxxxx” ASC-nin “X43” MMC tərəfindən zorla Zülfüqarlı qardaşlarının əlindən alınması, “xxxxxxxxxx” MMC-nin “X43” MMC tərəfindən zorla Zülfüqarlı qardaşlarının əlindən alınması, X28 zavodunun işğal edilməsi (“xxxxxxxx” ASC), “xxxxxxxxxxxxxxx” ASC-nin yayma xəttinin zorla Zülfüqarlılann Keşlə qəsəbəsindəki yerlərindən götürülməsi. “X43” MMC “xxxxxxxxxxxxxxxxx”ASC-nin səhmlərinin 80%-ni xx.xx.2013-cü il tarixində notarial qaydada imzalanmış müqavilə əsasında Mahir Ağayevdən almışdır və yalnız bundan sonra həmin zavodla əlaqəsi oldu. 2005-2006-cı illərdə “X43” MMC nə “xxxxxxxxxxxxxxxxx” ASC-ni, nə də Nürəddin Zülfüqarlını ümumiyyətlə tanımamışdır. Böhtanlarının əksinə olaraq 2019-cu ilin aprel ayına qədər “xxxxxxxxxxxxxxxxx” ASC Nürəddin və Loğman Zülfüqarlının idarəetməsində, sahibliyində və faktiki mülkiyyətində olmuşdur. Belə ki, “X43” MMC 2013-cü ildən “xxxxxxxxxxxxxxxxx” ASC-dəki səhmlərin 80% malik olmasına baxmayaraq həmin cəmiyyətdə ümumi yığıncağın çağırılmasına nail ola bilmirdi. Yalnız 2015-ci il tarixində məhkəməyə iddia ilə müraciət etdikdən və məhkəmə qətnaməsi ilə iddiası tam təmin edildikdən sonra və Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən məcburi icra qaydasında, xx.xx.2019-cu il tarixində uzun illərdən sonra səhmdar cəmiyyətdə ümumi yığıncaq çağrıldı. Həmin günə qədər səhmdar cəmiyyətin rəhbəri olan Nürəddin Zülfüqarlı səhmdarların ümumi yığıncağını çağırmaqdan imtina edərək, səhmdar cəmiyyət üzərində faktiki sahibliyini saxlamaq istəyirdi. Hətta buna görə o, məhkəmə qətnaməsinin icra olunmamasına səbəbi ilə Nərimanov rayon Məhkəməsi tərəfindən 1500 manat cərimələndi. xx.xx.2019-cu il tarixində ümumi yığıncaq keçirilən zamanı nə üçün Zülfüqarlı qardaşları tərəfindən uzun illər ümumi yığıncağı çağırmaması məlum oldu. Həmin gün yığıncağa toplaşmış səhmdarlar dəhşətli mənzərənin şahidi oldular. Səhmdar cəmiyyətin əmlakı talanmış, demək olar bütün avadanlıqlar məhv edilmiş, çıxarılıb aparılmış, inzibati binası və istehsalat sahəsi bərbad günə salınmışdır. Və bundan sonra Zülfüqarlı qardaşlarının və bu cür məhv edilmiş səhmdar cəmiyyətlərinin adından çıxış edən Ramiz Əhmədov və X13rdaşlarının törətdikləri əməllərini gizlətmək üçün bu cür həqiqətə uyğun olmayan, tamamilə yalan məlumatlar yayırlar. Rəhbərlikdən gedəcəyini görən Nürəddin Zülfüqarlı 10 ilə yaxın vaxt keçdikdən sonra “xxxxxxxxxxxxxxxxx” ASC-dəki səhmlərinin Gəray Məmmədova satışının etibarsız hesab edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırdı. Halbuki, 10 il zavoda rəhbərlik etmiş, heç bir iddia qaldırmamışdı. Onun iddiası əsassız olduğundan məhkəmə instansiyaları tərəfindən təmin edilmədi. ”xxxxxx” MMC tərəfindən 2006-cı ildə “xxxxxxxxxxxxxxx” ASC-dəki səhmlərinin 80%-ə yaxın hissəsi Gəray Məmmədova satılmışdır. Həmin vaxt Rasim Məmmədovun “X43” MMC-yə heç bir aidiyyatı yox idi və məsələ ilə bağlı “X43” MMC-nin də heç bir nə əlaqəsi, nə də məlumatı yox idi. 2011-ci ildə Nürəddin və Loğman Zülfüqarlının təsisçisi olduğu xxxxxx MMC Xətai rayon Məhkəməsində iddia qaldırdıqları zaman iddia tələbləri Əmlak Məsələləri Dövlət Komitəsinə, Milli Depozit Mərkəzinə, Gəray Məmmədov və Mahir Ağayevə qarşı idi. X42, nə də “X43” MMC-nin adı çəkilmirdi. 5 ildən sonra verilən həmin iddianın isə əsas səbəbi o idi ki, əsas səhmdar Gəray Məmmədov L.Zülfüqarlının direktor vəzifəsindən çıxarılması üçün iclas çaxırmışdı. Həmin iclasda həmin iclasda 51 səhmdar, o cümlədən Zülfüqarlıların şirkəti “xxxxxx” MMC də iştirak edib. Səsvermə ilə, L.Zülfüqarlı vəzifəsindən azad edilib. Bu məsələlər dəfələrlə müxtəlif məhkəmə instasiya tərəfindən tam və ətraflı araşdırılmış və hüquqi qiymət verilmişdir. Yalan olan bu iddiaları məhkəmələr tərəfindən təmin edilməmişdir. O zaman onların dövlət orqanlarına qarşı tələbləri təmin edilmədiyindən öz qanunsuz və əsassız tələblərinin istiqamətini Rasim Məmmədovun və “X43” MMC-nin üzərinə yönəltdilər. Loğman Zülfüqarlının “xxxxxxxxxxxxxxx” ASC-nin idarəetməsindən uzaqlaşdırılması Rasim Məmmədovun və “X43” MMC-nin zor gücü ilə deyil, özlərinin də nümayəndələrinin iştirak etdiyi, xx.xx.2011ci il tarixində keçirilən “xxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının səsvermə ilə qəbul edilmiş qərarı ilə olmuşdur. xxxxxxxxxx ilə əlaqədar qeyd edilməlidir ki, həmin cəmiyyətin iştirakçıları olan Loğman Zülfüqarlı və Səhhət Zülfüqarlı paylarının satılmasını özləri təklif etmişdilər. O zaman Zülfüqarlılarla digər şərikləri arasında mübahisə yaşanırdı, bu hətta onlar tərəfindən mətbuatda da işıqlandırılırdı. Zülfüqarlılarıin isə o zaman “X43” MMC ilə işgüzar münasibətləri var idi, pəstah emalı ilə əlaqədar müqavilə var idi, Poaldtökmənin inzibati binasının satılması haqda danışıqlar gedirdi. Bu görüşlər zamanı xxxxxxxxxx MMC-də olan paylarım da satmağı təklif etdilər. Zavodun yaxşı zavod olduğunu, lakin digər təsisçilərlə problemləri olduğunu söylədilər. Beləkliklə, özlərinin istəkləri və arvadlarının könüllü razılığı ilə, heç bir təzyiq olmadan, xx xxx 2012-ci il tarixində notarial qaydada payların alqı-satqısı müqaviləsini bağlamaqla və əvəzində rəsmi olaraq ümumilikdə 4.836.314,40 (dörd milyon səkkiz yüz otuz altı min üç yüz on dörd manat 40 qəpik) manat, qeyri-rəsmi isə (vergidən daha çox yayınmaq məqsədilə) əlavə olaraq 845.363 ABŞ dolları məbləğin vəsait almışlar. Bu fakt tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə təsdiq edilir. Yəni Loğman və Səhhət Zülfüqarlı könüllü olaraq xxxxxxxxxx MMC-dəki paylarını sataraq külli miqdarda gəlir əldə edir, əvəzində dövlətə heç vergi ödəmirlər (müvafiq pay alqı-satqı müqaviləsi əlavə olunur) və bu əməllərini gizlətmək üçün cəmiyyətdəki paylarının guya zorla Rasim Məmmədov və X43 tərəfindən əllərindən aldıqlarını yayırlar. “xxxxxxxx” ASC-nin Zülfüqarlı qardaşlarına ümumiyyətlə aidiyyəti olmamışdır. “xxxxxxxx” ASC dövlət müəssisəsi olmuşdur. “X43” MMC 2013-cü il tarixində “xxxxxxxx” ASC-nin səhmlərinin satışı ilə bağlı keçirilmiş investisiya müsabiqəsinin qalibi olmuş, həmin ildən başlayaraq qeyd edilən ASC-nin zavoduna xeyli miqdarda investisiya qoyulmuşdur, yenidənqurma işləri aparılmış, uzun illərdən sonra zavodun fəaliyyəti və iş yerləri bərpa olunmuş və yenidənqurma işlərindən sonra zavodun açılışı olmuşdur. “X43” MMC büdcəyə 14.000.000 manat pul ödədiyi üçün, iri məbləğdə investisiya qoyduğu üçün, müqavilə şərtlərini yerinə yetirdiyi üçün Əmlak Komitəsi tərəfindən səhmlər “X43” MMC-nin mülkiyyətinə verilmiş, bu haqda müvafiq Şəhadətnamə verilmişdir. Burada hansı işğaldan söz gedə bilər. “X26” ASC-yə “(əvvəlki xxxxxxxxxxxxxxx” ASC) məxsus yayma xətti ilə bağlı qeyd edilməlidir ki, X27 MMC-yə qarşı 2012-ci il tarixində iddia qaldıraraq xxxxxx MMC-nin qanunsuz sahibliyində olan yayma xəttinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə qətnamə və qərarları ilə “X26” ASC-nin iddiası təmin edilmidir. Lakin xxxxxx MMC-nin əsassız şikayət və səyləri nəticəsində sonuncu məhkəmə aktı xx.xx.2016-cı il tarixində qəbul edilməsinə baxmayaraq yalnız 2018-ci ilin may ayında 2 il keçdikdən sonra məcburi təhvil verməyə başladılar. Bununla belə bugün də xxxxxx MMC avadanlıqları tam təhvil vermir, avadanlıqların bir hissəsini gizlədərərk, qanunvericilik baxımından cinayət törədirlər. Bundan başqa məhkəmə qətnaməsi Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunarkən başda Ramiz Əhmədov olmaqla Bakı İnşaat Sənayenin 100-dən çox işçisi hüquq mühafizə orqanlarına və icra məmurlarının üzərinə hücum etmişlər. Bugün də məhkəmə qətnaməsi tam icra olunmur, baxmayaraq ki, “X26” ASC-nin (əvvəlki “xxxxxxxxxxxxxxx” ASC-nin) şikayəti əsasında, ona məxsus yayma xəttinin xxxxxx MMC tərəfindən məcburi təhvil verilməsinə dair icra hərəkətlərinin davam etdirilməsinə dair apellyasiya məhkəməsinin qərardadı mövcuddur. Ramiz Əhmədov əvvəllər də Rasim Məmmədov haqqında bu cür yalan məlumatlar yaydığına görə barəsində Xətai rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamə ilə Rasim Məmmədovun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi tam sübut olunmuş və müvafiq olaraq apellyasiya və kassasiya instansiya məhkəməsinin qətnamə və qərarları ilə qüvvədə saxlanmışdır. Göründüyü kimi yuxarıdakılar “hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar” kontekstinə daxil olmaqla böhtan cinayətinin obyektiv cəhətini təşkil edir. Həmin məlumatlar yalan və böhtandan başqa bir şey deyildir. Onun “X43” MMC-nin rəhbər şəxsi kimi münasibətləri digər şəxslərlə, o cümlədən Nurəddin və Loğman Zülfuqarlı qardaşları ilə münasibəti heç vaxt işgüzar çərçivədən kənara çıxmamış, qeyri-insani, yaxud qeyri-hüquqi məcraya keçməmişdir, tənqid varsa tənqid olmuş, tərif varsa tərif olmuşdur, rəqabət varsa rəqabət olmuşdur, lakin bütün hərəkətlərim hüquqi məcrada, Azərbaycan qanunlarına əməl və hörmət edərək olmuşdur. Halbuki, bu şəxlər, göründüyü kimi verlişdə əvvəldən axıra nalayiq sözlərlə təhqir də etmiş, şərəf və ləyaqətini alçaltmışdır, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, o cümlədən rəhbərlik etdiyi şirkətin işgüzar nüfuzuna ziyan vurmuşdur. Söylədikləri, yuxrıda verilmiş ifadələr ona olduqca pis təsir göstərməklə, mənəvi iztirablara məruz qoymaqla mənəvi zərər vurmuşdur. Buraxılışda video yazıdan aşkar sübut kimi, R.Əhmədov, V.Rəsulov, Z.Qəriboğlu aşkar şəkildə onu təhqir edir, qoçu dəstəsi vasitəsi ilə Nürəddin və Loğman Zülfuqarlı qardaşlarının miliyonlarla dollar qiməti olan “xxxxxxxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxxxxx” ASC-lərdəki səhmlərini, “xxxxxxxxxx” MMC-dəki paylarını, yayma avadanlıqlarını onların əlindən quldurluqla, hədə-qorxu ilə tələb etmə ilə tutub almış, talamış, səhmlərin, əmlakların qiymətinin milyonlarla dollar olmasını vurğulamaqla onu ağır, xüsusi ilə ağır cinayətlərdə (CM maddə 180.4, maddə 181.4., 182.4), hətta özlərinin birbaşa efirdə söylədikləri kimi dövləti cinayətlərdə, reketlikdə, terrorçuluqda, quldurluqda ittiham etmişlər. Beləliklə, buraxılışda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş - X23 - quldur dəstəsinə başçılıq etdiyini, insanları aldatdığını, dolandırdığını, onlara atdığını, ziyan vurduğunu, Azərbaycan iqtisadiyyatına terror etdiyini, Azərbaycan iqtisadiyyatına ziyan vurduğunu, dövləti cinayətlər törətdiyinə dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CMnin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, milyonlarla dollar qiymətləri olan “xxxxxxxxxxxxxxxxxx” ASC-ni və “xxxxxxxxxxxxxxx” ASCni, “xxxxxxxxxx” MMC-ni, yayma xəttini güc yolu ilə, zor işlətməklə, basqın edərək Zülfuqarlı qardaşlarının əlindən aldığına, X28 Zavodunu işğal etdiyinə, terrorçuluq etdiyinə dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, onun haqqında Azərbaycanda iqtisadiyyatın koronavirusunun yaradıcısı, acgöz, mənfur, gənə, koronovirus, reketçi, qoçu, namərd, şərəfi və ləyaqəti olmayan, şərəfini və ləyaqətini 5 min manata alması, mənfur quldur, gənə kimi kreolinlənməli olduğu, onun kimi gənənin, koronavirusun olmamasının daha yaxşı olması kimi təhqir, şərəf və ləyaqəti nalayiq formada alçaldan ifadələri internet informasiya ehtiyatında işlətməklə, yaymaqla, onu alçaltmaqla AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X11 - əmlakları qəsb etdiyinə, mafıya kimi şəxslərin mallarını əlindən aldığına dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, milyonlarla dollar qiymətləri olan “xxxxxxxxxxxxxxxxxx” ASC-ni və “xxxxxxxxxxxxxxx” ASC-ni, “xxxxxxxxxx” MMC-ni, yayma xəttini güc yolu ilə, zor işlətməklə, basqın edərək Zülfüqarlı qardaşlarının əlindən aldığına dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, onun haqqında nadürüst, reketçi, qoçu kimi təhqir, şərəf və ləyaqəti nalayiq formada alçaldan ifadələri internet informasiya ehtiyatında işlətməklə, yaymaqla, onu alçaltmaqla AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir X20 - qoçuluq etdiyini, adamları şərləyib tutdurduğunu, şantaj edib tutdurduğunu, içəri qoydurduğunu, adamların mallarını, mülkünü əllərindən aldığını, Azərbaycanın pullarını valyuta şəklində xaricə daşıdığını, millətin var-dövlətini taladığını, bütün qanunları tapdaladığını, dövləti cinayət etdiyini, qoçuluq etdiyini, raketçilik etdiyini, camaatın malını, mülkünü aldığını, işini, pulunu aldığına dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, Zülfüqarlı qardaşlarının zavodlarını əlindən alıb, özlərini içəri qoydurduğuna, Poladtökmə zavodunu adamların əlindən aldığına, raketçilik etdiyinə, adam oğurladığına, adamlara həbsxana zülm verdiyinə dair məlumatları internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, bununla yanaşı, onun haqqında gənə, koronavirus, reketçi, qoçu kimi təhqir, şərəf və ləyaqəti nalayiq formada alçaldan ifadələri internet informasiya ehtiyatında işlətməklə, yaymaqla, onu alçaltmaqla AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bütün hallarda, motivindən asılı olmayaraq bu şəxlərin əməlinə hüquqi qiymət verilməli və sosial ədalət bərpa olunmalıdır. Göstərilənlərin təhqir cinayətinin obyektiv cəhətinin “şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” əlamətinə tam uyğun gəlməsini sübut etməyə ehtiyac yoxdur. O, böyük bir müəssisənin rəhbəridir. Müəssisədə 2000-ə yaxın şəxs işləyir, hən daxildə, həm xaricdə minlərlə şəxs müəssisə ilə işgüzr əlaqədədir. Təbii ki, rəhbər mövqeyində, ictimaiyyətin diqqət mərkəzində olmağı şərəf və ləyaqətini, işgüzar nüfuzunu təsəvvür ediləndən çox zədələmişdir, ziyan vurmuşdur. Digər tərəfdən isə kriminal əməli düzgün tövsif etmək üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxx 1999-cu il tarixli 7 saylı qərarında da mövqeyini təsdiq edən məqamlar vardır. Belə ki, həmin qərara görə əgər məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məsələyə bu prizmadan yanaşdıqda, “qoçu, silahlı, maskalı qoçu dəstəsi olan, reketçi, quldur terrorist, cinayətkar, gənə, iqtisadiyyatın koronavirusu, şərəf və ləyaqəti olmayan, namərd, mənfur, pulları xaricə daşıyan” kimi, o cümlədən buraxılışdakı digər ifadələrin əxlaqi prinsiplərdən kənar olması, şərəf və ləyaqəti alçaltması, mənfi rəy yaratması mübahisəsizdir. R.Əhmədovun, V.Rəsulovun, Z.Qəriboğlunun əməlində böhtan və təhqir cinayətlərinin obyektiv cəhətinin kütləvilik əlaməti də tam mənada mövcuddur. Ali Məhkəmənin adıçəkilən qərarında, həmçinin deyilir ki, məlumat başqa şəxsə, bir-neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Hətta verlişin birbaşa efirə getməsi azmış kimi, Z.Qəriboğlu tamaşaçılara çağırış, müraciət edir ki, onun video yazısını əhali arasında paylasınlar. Ona zəng vuran və yanlış məlumatlarlarla əlaqədar müsahibə götürmək istəyən jurnalistlərin, qəzetlərin, müxbir və redaktorların sayını itirmişdir. Ailəsi, dostları, tanışları, işgüzar münasibətdə olduğu şəxslər, işçiləri onunla əlaqə saxlayaraq öz narahatlıqlarını bildirirlər. Bütün bunlar yanlış, təhqir və böhtan dolu məlumatların yayılmasının nəticəsidir. R.Əhmədov, V.Rəsulov, Z.Qəriboğlu təhqiri, göstərilən məlumatların yalan olduğunu bilə-bilə yaymış, etdikləri əmələ psixi münasibətləri birbaşa qəsd formasında olmuşdur. Onların cinayətinin məqsədi məhz ona böhtan atmaq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır. R.Əhmədovun, V.Rəsulovun, Z.Qəriboğlunun yalan olduğunu bilə-bilə, barəsində şərəf və ləyaqəti alçaldan və nüfuzdan salan yanlış məlumatlan kütləvi şəkildə yaydığından, onların əməlləri məhkəmə qaydasında lazımi hüquqi qiymət verilərək cinayət hesab olunmalı, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalanmalıdır. “xxxxxxxxxxx”-nin youtube səhifəsində televiziyanın fəaliyyət göstərdiyi ünvanın Azərbaycan, Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, “Azərbaycan nəşriyyatı”, AZ 1073 olduğu əsas götürülərək şikayət ərizəsi Yasamal rayon məhkəməsinə verilmişdi. xx xxxx 2020-ci il tarixində məhkəmənin hazırlıq iclasında Z.Qəriboğlu öz izahatında bildirmişdir ki, “xxxxxxxxxxx”-nin “X33” MMC-nin tərkibində fəaliyyət göstərir və “X33” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 5-dir. “xxxxxxxxxxx”-nin youtube səhifəsində də onun “X33” MMC-nin tərkibində fəaliyyət göstərdiyi qeyd edilir. Eyni zamanda Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, “X34” MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ1001, ünvan 2 Beləliklə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən və “X33” MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ1001, ünvan 3 olması nəzərə alınaraq hazırkı şikayətə Səbail rayon məhkəməsində baxılmalıdır. Yuxanda şərh olunanları nəzərə alaraq və Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə, Cinayət-Prosessual Məcəllənin 37.2, 74.1, 293.3 və 298.1-ci maddələrinə əsasən, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1., 147.2, 148-ci maddələri, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1., 147.2, 148-ci maddələri, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1., 147.2, 148-ci maddələri üzrə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilib, cinayət məsuliyyətinə cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı X16 ərizə ilə məhkəməyə müraciət edərək vəkilləri X8 və X10 həm də onun nümayəndəsi qismində təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 etibarnamə üzrə nümayəndələri və eyni zamanda vəkilləri Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X24 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdilər. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X24 həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarının 12-ci maddəsinə əsasən şikayət hüquqi ünvan üzrə verilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Zaur Qəriboğlu öz izahatında bildirmişdir ki, “xxxxxxxxxxx”-nin “X33” MMC-nin tərkibində fəaliyyət göstərir və “X33” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 5-dir. Tərəf özü internet saytda qeyd edir ki, “xxxxxxxxxxx”nin “X33” MMC-nin tərkibindədir. Bu səbəbdən hesab etmişdir ki, “X33” MMC-nin hüquqi ünvanı AZ1001, ünvan 3 olması nəzərə alınaraq hazırkı şikayətə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X20 şikayətin əsassız olduğunu, eyni zamanda video buraxılışın (çarxın) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən birbaşa yayımlandığını qeyd edərək, xüsusi ittiham qaydasıbda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 şikayət əsassız olduğundan onun icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 bildirmişdir ki, Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarı tövsiyə xarakterlidir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etməmişlər, eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi ola bilər, özünün iştirakı isə məcburidir. Şikayətdə Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmayıb. Zaur Qəriboğlunun istinad etdiyi sözlər xüsusi ittihamçının ünvanına deyil. Cinayət‑Prosessual Məcəlləsinin aidiyyat tələbləri üzrə cinayətin harada baş vermişdirsə orada olmalıdır. Hazır ki, iş üzrə barələrində şikayət verilmiş şəxslərin ünvanları fərqlidir, 3 ayrı rayon, Şikayət olunan hadisə isə Qaradağ rayonunda baş vermişdir. Bunların nəzərə alınmasını və şikayət əsassız olduğundan onun icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3 bildirmişdir ki, bu işə cinayət təqibi üzrə baxıla bilməz, bu məhkəmənin səlahiyyətinə aid deyil. Xüsusi ittiham qaydasında xinayət təqibinin başlanılması üçün sübut olmalıdır. Xüsusi ittihamçı ekspert rəyi ala bilərdi ki, hansı ifadə təhqirdir və s. İttiham tərəfi öz sübutlarını hazırlamalıdır. Məsuliyyətə cəlb edilən hüquqi şəxs deyil, şəxslər hər biri məlumdur, həmin şəxslərin öz qeydiyyat yerinə nə səbəbdən verilmir. Aidiyyat pozulduğundan, forma tələblərinə uyğun olmadığından, sübutlar olmadığından hesab etmişdir ki, şikayət əsassızdır və onun icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X2 xx xxxxxx 1948-ci il tarixli X18 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 299.3.3‑cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyrimümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli 03 saylı Qərarının 12-ci bəndinə görə isə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə iclasında “xxxxxxxxxxx” İnternet Televiziyasının facebook (feysbuk) sosial internet şəbəkəsində, o cümlədən youtube (yutub) video və sosial internet şəbəkəsində xx xxx 2020-ci il tarixində “Ölkə iqtisadiyyatına hücum edən “Koronavirus məmur(lar)” kimlədir?” başlığı ilə video buraxılışın (çarxın) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən birbaşa yayımladığı müəyyən edilmişdir. Eyni zamanda hazırki işin materiallarına əlavə edilmiş X19 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından müəyyən edilir ki, VÖEN ********** olan “xxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, X29, ev 1, mənzil 1 ünvanında yerləşməklə, qanuni təmsilçisi X15r. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin ünvanı isə X12 – ünvan 5 Q, X4 – Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 2325S, X9 – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 1 nömrəli bina olduğu qeyd edilmişdir. Məhkəmə iclası zamanı X20 bildirmişdir ki, video buraxılışın (çarxın) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən birbaşa yayımlanmışdır, eyni zamanda “xxxxxxxxxxx” MMC bilavasitə ayrıca hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş və fəaliyyəti dayandırılmışdır. Belə olan halda məhkəmə tətəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə görə isə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittihamçı şikayət ərizəsini “xxxxxxxxxxx” İnternet Televiziyasının facebook (feysbuk) sosial internet şəbəkəsində, o cümlədən youtube (yutub) video və sosial internet şəbəkəsində xx xxx 2020-ci il tarixində “Ölkə iqtisadiyyatına hücum edən “Koronavirus məmur(lar)” kimlədir?” başlığı ilə video buraxılışı (çarx) birbaşa yayımlanması ilə əsaslandırmışdır. Məhkəmə, hərəkətlərindən şikayət edilən X9, X4 və X12 əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət verən X1 şəbəkələrdə yayımlana həmin fikirlərin məhz onun barəsində olduğunu, həmçinin hansı ifadənin təhqir hansı ifadənin böhtan olması barədə mötəbər sübüt məhkəməyə təqdim etməmiş və qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X9, X4 və X12 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9, X4 və X12 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-125/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-125/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver