Məhkəmə qərarları › İş №1(009)-125/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-125/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-125/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi X2, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 02 noyabr 2021-ci il tarixdə saat 14:30-da xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 3-cü Böyük Qala döngəsi, ev 3, mənzil 20-də qeydiyyatda olmaqla, hazırda “polisin nəzarət altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə atası Şahid6 məxsus Bakı şəhəri, Səbail rayonu Böyiik-Qala 3 döngəsi, ev 3-də yerləşən 20 saylı mənzili Zərərçəkmiş şəxs 40.000 manata satacağına dair yalandan vəd verib inandırıb, aldadaraq Zərərçəkmiş şəxs 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Atropat” otelin birinci mərtəbəsində 7.000 manat, daha sonra eyni məqsədlə 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala qapısının qarşısında milli manat məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları, 12 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən İran İslam Respublikasının səfirliyinin yaxınlığında olan mağazasında 4.000 manat pul vəsaitini almış, daha sonra Zərərçəkmiş şəxs məxsus mağazada olan qadın və kişi geymilərinin, mağazaya aid vitrin və aksesuarların onlayn satışını təşkil edəcəyinə və həmin malların əvəzinə ödəniləcək pul vəsaitini Zərərçəkmiş şəxsla evin alqı-satqısı ilə bağlı aralarında qalmış ödənişdən çıxacağına dair yalandan vəd verib inandırıb, aldadaraq bu adla 2020-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanda yerləşən mağazasında ümumi dəyəri 23.000 manat təşkil edən qadın və kişi geyimlərini, mağazaya aid vitrin və aksesuarları ələ keçirib verdiyi vədə əməl etməyərək atası Şahid6 məxsus Bakı şəhəri, Səbail rayonu Böyiik-Qala 3 döngəsi, ev 3-də yerləşən 20 saylı mənzili Əfasənə Əlizadəyə satmaqla Zərərçəkmiş şəxs məxsus 14.400 manat pul vəsaitini və 23.000 manat təşkil edən qadın və kişi geyimlərini, mağazaya aid vitrin və aksesuarları vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 37.400 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid6 onun atasıdır. Zərərçəkmiş şəxs tanıyır. Onun özü uzun illər ticarətlə məşğul olmuşdur və son zamanlar Covid-19 pandemiyasının yayılması ilə əlaqədar işləri zəillədiyndən və borcları yarandığından 2020-ci ilin mart ayında atası Şahid6 adma olan ünvan 4 ünvanında yerləşən mənzili təcili sataraq yaranmış borclarını qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 2020-ci ilin mart ayında ev alqı-satqısı ilə məşğul olan Şahid10 müraciət edərək atasına məxsus mənzili 45.000 manata satmaq istədiyini bildirmiş, Fuad sonradan adını bildiyi Şahid11 ilə həmin evə baxmış və Şahid11 qohumu olan Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra 45.000 manata evi almağa razılaşmışlar. Bu barədə o, Arzu ilə telefonla danışmış və evi 45.000 manata satacağına razılaşdıqdan sonra beh olaraq 3000 (iiç min) manat pul istəmişdir. Arzu razılaşa da behin veriləcəyi günü gəlmədiyindən o, əsəbləşərək Arzuya zəng edib 45.000 manatdan 5.000 manat da keçib, endirim edərək evi başqasına satacağını bildirdikdə. Arzu onun sözündən tutaraq və onun əli yandımda olduğundan istifadə edərək elə onlara 40.000 (qırx min) manata satdığı halda pulu elə bu dəqiqə gətirəcəyini ona demişdir. Onun elə həmin gün təcili pul göndəriləsi yeri olduğundan o, məcbur olaraq Arzu ilə razılaşmış və 18 mart 2020- ci il tarixdə “RCR-TM” şirkətinin əməkdaşları olan X3, Şahid10, onun tanışı Şahid5, Zərərçəkmiş şəxs və Şahid11 ilə Səbail rayonu, İçəri Şəhərdə yerləşən «Atropat» otelin 1-ci mərtəbəsində görüşərək Zərərçəkmiş şəxs beh qismində 7.000 (yeddi min) manat pul götürmüş və “RCR-TM” şirkəti tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın alqı-satqısı üçün beh müqaviləsinə” imzalar etmişlər və evin Zərərçəkmiş şəxs adma rəsmləşdirdikdən sonra yerdə qalan 33.000 (otuz üç min) manat pulu da sonuncu tərəfindən verilməsinə razılaşmışlar. Bundan sonra o, özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, ailə üzvlərinin evin satılmasına dair razılıqları barədə ərizələrini və habelə evin texniki pasportunun əslini Zərərçəkmiş şəxs təqdim etmişdir.Həmin vaxtı makler Fuad mənzilin çıxarışı və orderi olmadığından yaxın vaxtlarda qeyd olunan sənədləri düzəldəcəyini öz öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən sənədlər düzəldikdən sonra mənzilin alqı-satqısı həyata keçirilməli idi. Həmin ərəfədə onun pula ehtiyacı olduğundan nəğd şəkildə 2020-ci ilin aprel ayının əvvəlində Səbail rayonu, Qoşa Qala qapısının qarşısında Kazımdan 2.000 ABŞ dolları (3400 (üç min dörd yüz manat) pul almışdır. Daha sonra sonuncu dəfə 12 iyun 2020-ci il tarixdə Səbail rayonunda yerləşən İİR-nın səfirliyinin yaxınlığında olan mağazasında isə Kazımdan 4000 (dörd min) manat nağd pul almışdır. Beləliklə o, Kazımdan ümumilikdə 14.400 manat pul almışdır. Söhbət əsnasında Kazım özünün Bakı şəhəri, Salatın Əskərova küçəsində yerləşən «Nizami» MALL Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazasının olduğunu və orada qadın və kişi paltarları satdığını, həmin vaxtı pandemiya dövrü olduğundan qeyd olunan mağazada fəaliyyət göstərə bilmədiyindən həmin mağazanı bağlamaq istədyini ona deyərək mağazada olan qadın və kişi paltarlarını və orada olan mağazaya aid avadanlıq və aksessuarları onun götürməsini təklif etmişdir. Kazımın təklifi ilə o, qadın və kişi paltarlarını və orada olan mağazaya aid avadanlıq və aksessuarları 23.000 manata qiymətləndirmişdir. 2020-ci ilin mart ayının sonlarına yaxın Kazımın göstərişinə əsasən Kazımın işçisi Zaur və Ramal qeyd olunan qadın və kişi paltarlarını və orada olan mağazaya aid avadanlıq və aksessuarları aparıb onun Səbail rayonu, Biinyad Sərdarov küçəsində icarəyə götürdüyü mağazaya təhvil vermişlər. Bundan sonra qarşılıqlı olaraq razılaşmaya əsasən onun satdığı mənzil üçün Kazımın verəcəyi 40.000 manatın 23.000 manat lıq hissəsini mağazanın bütün avadanlıq və aksessuarları, habelə qadın və kişi paltarlarını verməklə Kazım ödəmiş olur. 2020-ci ilin təxminən iyun ayında Kazım ona zəng edərək İçəri şəhər Qoruq İdarəsindən icazəni ala bilmədiyini dediyi üçün onlar alqı-satqıya gedə bilməmişlər. Bundan sonra Kazım və Camal ona bildirmişlər ki, onların tanışları var və onlar icazəni ala bilərlər. İçəri şəhər Qoruq İdarəsi həmin sənədi 7 günə verməli idi. Lakin yenə də mənzilə dair icazə ala bilməmişlər. Sonradan onun özü həmin İdarəyə yaxınlaşaraq mənzilin satılması üçün icazə sənədini almışdır. Bundan sonra o, həmin sənədi aldığını Kazıma deməmişdir. Buna səbəb isə mənzilin satılması üçün icazənin müddətinin 4 ay müddətinə uzanması və onun borcalının artması olmuşdur. Bu səbəbdən də o, həmin mənzili Kazıma deyil, başqa şəxsə satmaq qərarına gəlmişdir. Buna görə o, adını xatırlamadığı vasitəçiyə zəng edərək mənzilini satmaq istədiyini bildirmiş və mənzilə alıcı tapmasını xahiş etmişdir. Həmin vasitəçi səhəri gün onun mənzilinə müştəri tapmışdır. Səhəri gün həmin vasitəçi ilə birlikdə o, və mənzili almaq istəyən Şahid1 onun satmaq istədiyim mənzilə gəlib baxaraq mənzili bəyəndiyi üçün 40.000 manata alacağı barədə onunla razılaşmışdır. Sonra o, atası ilə birlikdə 17 saylı Dövlət Notariat Kontoruna gedərək mənzilin alqı-satqısına dair müqavilə imzalamışlar. Əfsanə “Kapital Banka” 30.000 manat pul ödəmiş və 10.000 manat isə nağd şəkildə əlbə-əl ona pul vermişdir. Sonradan Əfsanə həmin mənzilə dair öz adma çıxarış almışdır. Sonradan o, mobil telefonunu satmış və oğluna məxsus mobil nömrəni istifadə etməyə başlamışdır. Bundan sonra tarixini xatırlamadığı vaxtda o, təsadüfən Kazım ilə görüşmüş, söhbət əsnasında o, Kazıma mənzili başqa şəxsə satdığını və ondan aldığı pulları ona qaytaracağını bildirmişdir. Lakin o, Əfsanədən aldığı pulları öz borclarına qaytarmağa sərf etdiyi üçün Kazıma hazırki vaxta kimi hər-hansı bir məbləğdə pul qaytara bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda yaşayır. İçəri şəhərdə özünə ev almaq istədiyinə görə bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan vasitəçilərin, yəni Şahid11 vasitəsi ilə digər vasitəçilər (maklerlər) Şahid9 və Şahid10 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Əsmərin 40.000 manata satmaq istədiyi ünvan 5 ünvanda yerləşən evin sənədləri hazır olmadığı üçün o, əvvəlcə ev alqı-satqısı ilə məşğul olan “RCR-TM” cəmiyətinin əməkdaşları olan X3, Şahid10, şahidlər Şahid5 və Şahid11 yanında 18 mart 2020-ci il tarixdə X6 rayonu İçəri Şəhərdə yerləşən “Atropat” otelin 1-ci mərtəbəsində beh şəklində 7.000 (yeddi min) manat pulu vermiş və “RCR-TM” şirkəti tərəfindən təqdim edilmiş alqı-satqısı üçün beh müqaviləsini imzalamışlar. Həmin vaxt Əsmər ona bildirmişdir ki, hazırda onun tərəfindən almaq istədiyi mənzilin çıxarışı və orderi olmadığından yaxın vaxtlarda qeyd olunan sənədləri düzəldəcək və ondan sonra mənzili onun adma alqı-satqı edib sənədləşdirəcək. O, Əsmərin bu sözlərinə inanıb və Əsmərlə razılaşmış və həmin vaxt hətta Əsməri tanıyan vasitəçilər (maklerlər) Şahid9 və Şahid10 da onu arxayın edərək ona narahat olmamasını, mənzilin yaxın günlərdə sənədləşdiriləcəyini və ondan sonra onunla alqı-satqı olunacağını da demişlər. Hətta Camal və Fuad bildirmişlər ki, Əsmərin atası Babaşahla da danışılıb və bu barədə problem olmayacaq. Bundan sonra Əsmər sənədləri hazırlamaqla məşğul olmağa başlamış və həmin evə dair hər sənəd hazır olduqca gətirib ona vermişdir. Belə ki, Əsmər ona özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, ailə üzvlərinin evin satılmasına razılıq barədə ərizələrini təqdim etmişdir. O, mütamadi olaraq Əsmər ilə əlaqə saxlayıb evin sənədləşməsi barədə maraqlanmış, lakin sonuncu sənədlərin hazırlanmasının pandemiyaya görə uzandığını ona demişdir. Söhbət əsanasında Əsmər onun paltar mağazasının olduğunu və pandemiyaya görə işləmədiyini öyrəndikdən sonra Əsmər ona bildirmişdir ki, sosial şəbəkə vasitəsilə onlayn qaydada paltar satmaqla məşğul olur və özünün də paltar mağazası vardır. Əsmərin onun Bakı şəhəri, Salatın Əskərova küçəsində yerləşən “Nizami Mail” ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazasının olmasından xəbəri olmuş və orda da qadın və kişi paltarları satdığını və həmin vaxtıda pandemiya dövrü olduğundan qeyd olunan mağazada fəliyyət göstərə bilmədiyindən onun mağazanın mağazanı bağlamaq istəmişdir. Əsmər də bunu bildikdə ona bildirmişdir ki, mağazada olan qadın və kişi paltaralarım və orada olan mağazaya aid avadanlıq və aksessuarlarını ondan alır. Ona görə də o, işçisi Şahid4la və Zaurun dostu olan Şahid3lə Əsmərin mağazasına gedərək, mağazada olan mallara, avadanlıq və aksessuarlara baxış keçirmişlər. Mağazada olan paltarları avadanlıq və aksessuarlarını Əsmər almaq qərarına gəlmişdir və ona görə də Şahid4la, Şahid3 qeyd olunan paltarları, avadanlıq və aksessuarları 23.000 (iyirmi üç min) manat kimi qiymətləndirmişdilər. Hətta o, Zaura və Ramala bildirmişdir ki, həmin malları, avadanlıq və aksessuarları ən aşağı qiymətə qiymətləndirsinlər. Əsmərdə həmin qiymətləndirmədə iştirak etmiş və onunda bu qiymətləndirməyə heç bir etrazı olmamış, hətta Əsmət ona bildirmişdir ki, o, çox yaxşı qiymətə ona bu malları verib və Əsmər buna görə ona minnəttadlığmda bildirmişdir. Beləcə, 2020-ci ilin mart ayının sonlarına yaxın, onun şifahi göstərişi əsasında mağazadakı əvvəlki işçisi Şahid4 və Zaurun dostu Şahid3 qeyd olunan mağazada olan bütün əşyaları, yəni avadanlıq və aksessuarları, habelə bütün kişi və qadın paltarlarını aparıb Əsmərin Səbail rayonu, Bünyad Sərdarov küçəsində icarəyə götürdüyü mağazasına təhvil vermişlər. Bundan sonra Əsmər ilə razılaşmışlar ki, onun ev üçün Əsmərə verəcəyi 40.000 (qırx min) manatın 23.000 (iyirmi üç min) manatlıq hissəsini mağazanın bütün avadanlıq və aksessuarlarını, habelə bütün kişi və qadın paltarlarını verməklə artıq Əsmərə ödəmiş olur. Əsmərdə onunla razılaşmış və Əsmər ona ümumilikdə bu günə kimi 30.000 (otuz min) manat olmaqla pul verdiyini ona bildirmiş və onun Əsmərə 10.000 (on min) manat borcu qalmışdır. Evin sənədlərinin hazırlanması 2020-ci ilin mart və aprel aylarına düşdüyündən, pandemiya ilə bağlı bir sıra dövlət orqanları işləmədiyindən bir neçə ay ləngimişdir. Buna görə də, Əsmər pula eytiyacı olduğunu və ümumi məbləğdən çıxma şərti ilə əlavə olaraq ondan nəğd şəkildə pul istədikdə o, Əsmərə 2020-ci ilin aprel ayının ilk on günlüyündə Səbail rayonu, Qoşa Qala qapısının qarşısında 2.000 ABŞ dolları (3400 (üç min dörd yüz) manat pul vermişdir. Sonuncu dəfə isə 12 iyun 2020-ci il tarixində mən Səbail rayonunda yerləşən İran səfirliyinin yaxınlığında olan mağazasında Əsmərə əlbə-əl 4.000 (dörd min) manat pul vermişdir. Əsmərə ümumilikdə o, 37.400 (otuz yeddi min) manat pul vermiş və onun Əsmərə 2.600 (iki min altı yüz) manat vercəcəyi qalmışdır. Əsmərə o, bildirmişdir ki, mənzili alqı-satqı etdikdən sonra qeyd olunan pulu ona ödəyəcək. İçəri Şəhərdə mənzil alınarkən İçəri Şəhər Qoruq idarəsinin rəsmi razılığı olmalıdır, əks halda evi digər şəxsin adma rəsmləşdirmək mümkün deyil. Bu məsələni həll etməyi də Əsmər öz üzərinə götürmüşdür. 2020-ci ilin iyun ayında evin sənədləri hazır olduğundan iyul ayının əvvəllərində alqı-satqıya getməli idilər. Bu zaman Təqsirləndirilən şəxs ona satmaq istədiyi mənzilin texniki pasportunun əslini və çıxarışın sürətini təqdim edərək onu inandırmışdır ki, İçəri Şəhər Qoruq idarəsindən razılığı alınmamışdır. Təqsirləndirilən şəxs ilə bu barədə maraqlandıqda əvvəlcə bu gün-sabah deməklə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa, daha sonra alqı-satqıdan yayınmağa, telefon zənglərinə cavab verməməyə başlamışdır. Bütün bunlar onda şübhələr yaratmışdır. O, rayonda olduğundan Arzu xanımdan bu barədə maraqlanmağı xahiş etmişdir. 2020-ci ilin iyul ayında Arzu xanım “RCR-TM” cəmiyətin əməkdaşı olan Camalla birlikdə ünvan 6 ünvana getmiş, qonşularla maraqlandıqda qonşulardan biri bildirmişdir ki, bir neçə gün əvvəl Əsmər qeyd edilən mənzili Şahid1 qızma 40.000 manat pulun müqabilində satmışdır. Əsmər həmin evi başqa şəxsə satmasına baxmayaraq ondan aldığı 14.400 manat pulu və verdiyi paltarlarla avadanlıqların pulu olan 23.000 manat pulu ona qaytarmamış, onu aldadaraq dələduzluq yolu ilə ümumilikdə onun 37.400 manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 37400 (otuz yeddi min dörd yüz manat) maddi və 10000 (on min) manat mənəvi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda pasport qeydiyatındadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Uzun müddətdir o, Bakı şəhəri üzrə evlərin alqı-satqısında makler fəaliyəti ilə məşğul olur və “RCR-TM” ev alqı-satqı firması ilə yaxından əməkdaşlıq edir. Təqsirləndirilən şəxs o, 2019-cu ilin sonlarından tanıyır. Belə ki, Əsmər ticarətlə məşğul olduğuna görə o, Əsmərə icarəyə obyekt götürülməsində köməklik etmişdir. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng edərək ünvan 8 ünvanda yerləşən mənzilini 55 min manata satmaq istədiyini bildirmişdir. O, həmin mənzilə baxdıqdan sonra Əsmər Hiiseynovaya köməklik edəcəyinə razılıq vermişdir. Bundan sonra onun iş yoldaşı Şahid9 həmin işlə əlaqədər uzun müddət tanıdığı Şahid11 zəng edərək qeyd edilən mənzilin satılması barədə məlumat vermişdir. Arzu mənzilə baxdıqdan sonra gedib bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə birlikdə evə baxmağa gəlmişdir. Zərərçəkmiş şəxs evə baxdıqdan sonra evi bəyənərək qiymətini Əsmərlə razılaşaraq 45 min manata endirmişdir. Bundan sonra 18.03.2020-ci il tarixində, Səbail rayonu İçəri Şəhər “Atropat” otelin 1-ci mərtəbəsində o, Camal, Arzu, Əsmər və sonuncunun tanışı Aşurzadə görüşmüşlər. Həmin görüşdə mənzilin qiymətini 40.000 manata razılaşmaq şərti ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 7.000 (yeddi min) manat beh verilmiş və “RCR-TM” tərəfindən təqdim edilmiş alqı-satqı üçün beh müqaviləsinə imzalar edilmişdir. Bundan sonra Əsmərlə Zərərçəkmiş şəxs arasında sənədlərin düzəlməsi ilə bağlı narazılıqlar baş verdiyindən məsələnin hansı yerdə qaldığından onun xəbəri olmamışdır. Lakin bu ilin iyul ayında Şahid11 ilə Şahid9 birlikdə həmin evə getdikdə Təqsirləndirilən şəxs tərəfindən həmin sözü gedən mənzilin Əfsanə adlı qonşuya satıldığı aşkar olunmuşdur. Şahid qismində ifadəsi elan olunmuş Şahid9 və dindirilmiş Şahid5 Şahid10 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda öz ailə ilə birlikdə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs onun ailə dostudur. Kazım Bakı şəhəri, Səbail rayonu, İçəri şəhərdə ev almaq istədiyindən bu barədə onun da xəbəri olmuşdur. 18 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçəri şəhərdə qiyməti 40.000 manata olan bir otaqlı mənzil tapıb və beh vermək üçün şahid qismində onunla birlikdə getməyini ondan xahiş etmişdir. O, Kazımla razılaşaraq Kazımla birlikdə Bakı şəhəri, Səbail rayonu İçəri Şəhərdə “Atropat” otelinə getmişdir. Həmin otelin 1-ci mərtəbəsində adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi və özünü məznil sahibi kimi təqdim edən xanıma Zərərçəkmiş şəxs 7.000 (yeddi min) manat məbləğində pulu beh kimi vermiş və orada iştirak edən "RCR-TM” firmasının əməkdaşları tərəfindən təqdim edilmiş alqı-satqı üçün beh müqaviləsinə hamısı imza etmişlər. Bundan sonra o, eşidirmiş ki, Əsmər mənzili Kazımın adma rəsmləşdirmək üçün sonuncuya müxtəlif sənədlər təqdim edib. Lakin bir müddət sonra Zərərçəkmiş şəxs rayonda olan zaman ona zəng edərək Əsmərin onun telefon zənglərinə cavab vermədiyini, sənədlərin düzəlmədiyini deyib, Təqsirləndirilən şəxs onu aldatdığından şübhələndiyinə ondan maklerlərin yanma gedib Əsmərin evinə getməyi xahiş etmişdir. O, da Kazımla razılaşaraq Camal adlı maklerlə birlikdə ünvan 6 ünvana getmiş, orada qonşularla söhbət edib maraqlandıqda, tanımadığı qonşulardan biri bildirmişdir ki, bir neçə gün əvvəl Təqsirləndirilən şəxs qeyd edilən mənzili özünün Əfsanə adlı qonşusuna satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda pasport qeydiyyatında olsa da ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Bakıxanov küçəsi, Resident yaşayış kompleksinin 92 nömrəli mənzilində yaşayır. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxsm o, təxminən 15 ildir ki, tanıyır. Belə ki Təqsirləndirilən şəxs ünvan 6 ünvanda onunla qonşu olmuşdur. Əsmərlə onun münasibəti yaxın olmasa da normal olmuşdur. 2020-ci ilin iyun və ya iyul ayında o, makler tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə müştəri gətirdiyini görüb ondan Əsmərin həmin mənzili neçəyə satması ilə maraqlandıqda, sonuncu ona 40 min manata satdığını bildirmişdir. Həmin qiymət onu qane etdiyindən o, maklerdən xahiş etmişdir ki, mənzili elə onun özünə satmaqda ona köməklik etsin. Rahim adlı makler razılaşadıqda o, maklerə 200 manat da şirinlik vermişdir. Bundan iki gün sonra o, və həyat yoldaşı Şahid2 ilə birlikdə 1 saylı notariat kontoruna getdikdə orada Təqsirləndirilən şəxsm və atası Babaşahı görmüşdür. Notariat kontorunun adını xatırlamadığı əməkdaşı hər iki tərəfin sənədlərinə baxdıqdan sonra onlar öz aralarında alqı-satqı müqaviləsi imzalamışlar. O, şəxsən özü notariat kontorunun zalında yerləşən “Kapital Banka” 30.000 manat pul ödəmiş və ödəniş çekini onların sənədlərini düzəldən əməkdaşa təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsən özünə 10 min manat da pul vermişdir. Mənzili Əsmər onun adıma rəsmləşdirdikdən sonra onlar sagolaşaraq ayrılmışlar. Şahid qismində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri olə birlikdə yaşayır. Zərərçəkmiş şəxs iş adamı kimi üzün müddətdir ki, tanıyıra və onunla aralarında həmişə yaxın münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs onun ailə dostudur. Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, İçəri şəhərdə özünə ev almaq istədiyindən onun da bu barədə xəbəri olmuşdur. Zərərçəkmiş şəxs “Nizami” Mail ticarət mərkəzində fəaliyyət göstərən mağazasında əvvəllər o, satıcı işləmişmişdir. 2020-ci ilin mart ayında pandemiya xəstəliyinin yayılması ilə bağlı Zərərçəkmiş şəxs mağazası fəaliyyətini dayandırmış, o, da həmin vaxtdan daha orada işləmir. Tarixi dəqiq xatırlamır, mağaza bağlandıqdan bir müddət sonra o, Zərərçəkmiş şəxsla birlikdə həmin mağazada olarkən onların ümumi tanışı və onun dostu olan Ramal da mağazaya gəlmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs yanma bir nəfər sonradan adının Əsmər olduğunu öyrəndiyi qadın gəlmişdir. Həmin Əsmər adlı qadının Kazımla apardığı söhbətdən o, başa düşmüşdür ki, Kazım evi Əsmərdən alır və evin pulunun bir hissəsini mağazasında olan mallarla ödəmək istəyir. Bundan sonra Kazım, Əsmər və o, mağazada olan. Əsmərin seçib ayırdığı qadın və kişi paltarlarını, həmçinin vitrin aksesuarlarının qiymətlərini hesablamışlar. Həmin malların dəyəri ümumilikdə 23.000 manat təşkil etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs təklifi ilə Ramalla o, birlikdə həmin malları mağazaya dəvət etdikləri 166 yükdaşıma mərkəzinə məxsus, sürücüsünün soyadını və adını, həmçinin nömrəsini xatırlamadığı avtomaşınla aparıb Əsmər adlı qadının Səbail ərazisində icarəyə götürüb işlətdiyi İİR-nın səfirliyinin yanında M. F. Axundov bağının kənarında yerləşən mağazasında Əsmərin özünə təhvil vermişlər. Sonradan ona məlum olmuşdur ki, Əsmər adlı qadın Zərərçəkmiş şəxs 23.000 manatlıq paltar və vitrin aksesuarlarından əlavə 14.400 manat məbləğində nağd pul alsa da, evi başqa bir şəxsə satmış, Zərərçəkmiş şəxs isə aldadaraq pullarını ələ keçirmişdir. Lakin həmin pulların Zərərçəkmiş şəxs tərəfindən Əsmər adlı qadına verilməsində o, iştirak etməmişdir. Şahid qismində Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xtisusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. ünvan 10 ünvanı ona məxsus olmuşdur. Həmin mənzil ona məxsus olmaqla o, arvadı Şahid7 Hüseynqulu qızı, qızı Təqsirləndirilən şəxs, Şahid8, nəvələri X7 və X8 həmin mənzildə qeydiyyatda olmuşdur. O, qeyd olunan ünvanda tək yaşamışdır. 2020-ci ilin yanvar ayında qızı Əsmər onun yaşadığı evə gələrək onun həmin evdə tək yaşadığı üçün, həmçinin borclarının olduğunu bildirib həmin mənzili satmağı, əldə olunun pul ilə borcalırım qaytarmağı ondan xahiş etmişdir. O, Əsmərin təklifi ilə razılaşıb mənzili satmasına və əldə olunan pul ilə borclarını qaytarmasına razılıq vermişdir. Onun mənzil alqı-satqısından anlayışı olmadığı üçün alqısatqını Əsmərə həvalə etmişdir. Bundan sonra Əsmər həmin mənzili satışa çıxartmış və satılması üçün maklerlərə müraciət etmişdir. Ona bir nəfər tanımadığı qadın zəng edərək qızı Əsmərin ona məxsus mənzili satmaq istədiyini deyib, buna onun razılığının olubolmadığını ondan soruşduqda o, bütün səlahiyyətləri şifahi şəkildə qızı Əsmərə verdiyini həmin qadına demişdir. Bundan sonra Əsmər mənzili satmaq üçün müştəri tapdığını, mənzilin satılması üçün tələb olunan icazə sənədlərini mənzili almaq istəyən müştərinin özünün həll edəcəyini ona bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq həmin müştəri onun mənzili üçün icazə sənədlərini miivafıq qurumlardan ala bilməmişdir. Bundan sonra o, Əsmər ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmət Mərkəzi və İçəri Şəhər Qoruq İdarəsinə gedərək miivafıq icazə sənədlərini almışdır. Bundan sonra o, və ailə üzvləri mənzilin satılmasına dair 5 saylı notariat ofisində ərizə yazmışlar. Bundan sonra qeyd olunan mənzili Şahid1 ilə alqı-satqı etmişlər. Mənzilin satışından əldə olunan, məbləğini bilmədiyi pulu o, Əsmərə vermişdir. Əsmər həmin puldan qızı Nigarın payına düşən hissəsini verdiyini, qalan məbləğdə pulu isə borclarının qaytarılmasında xərclədiyini ona demişdir. Lakin sonradan Əsmər ilə Kazımın arasında olan mənzil məsələsindən onun xəbəri olmamışdır. Cinayət işi üzrə şahid qismində ifadələri elan olunmuş Şahid7 və Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işi üzrə 18.03.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı üçün beh müqaviləsinin” surəti, Şahid7, Şahid8 Təqsirləndirilən şəxs adından Şahid6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yelrəşən 20 saylı mənzilin satılmasına etirazın edilməməsinə dair 5 saylı Notariat kontoruna yazmış olduqları ərizələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti, məznilə aid texniki pasportun surəti, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın” surəti və ödəniş qəbzinin surəti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülərək maddi sübut kimi tanınmış və iş materillarına əlavə edilmişdir. Bundan başqa Şahid1 Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yelrəşən 20 saylı mənzilə aid texniki pasportun surəti və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın” surəti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülərək maddi sübut kimi tanınmış və iş materillarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri və işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Səbail rayon prokurorluğuna vəsatət təqdim edilmiş, Səbail rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə qaldırılmış vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilərək Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi, yəni 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən, 07 fevral 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.10-cu, 59.1.12ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağın olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, usaqların on dörd yaşına çatmamasını və onu təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi uşaqları 13 noyabr 2009-cu il təvəllüdlü X7, 24 sentyabr 2011-ci il təvəllüdlü X8 və 01 dekabr 2018-ci il təvəllüdlü X5 on dörd yaşına çatanadək təxirə salınmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa məhkəmə, aşağıdakılara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair verilmiş mülki iddiası mənəvi zərərin ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 37400 (otuz yeddi min dörd yüz manat) manat maddi və 10000 (on min) manat mənəvi ziyan tələb edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 37400 (otuz yeddi min dörd yüz manat) manat məbləğində maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş ziyan məbləğinin 37400 (otuz yeddi min dörd yüz manat) maddi ziyanın və 1000 (min) mana mənəvi ziyanın hissəsinin ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış 18.03.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı üçün beh müqaviləsinin” surəti, Şahid7, Şahid8 Təqsirləndirilən şəxs adından Şahid6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yerləşən 20 saylı mənzilin satılmasına etirazın edilməməsinə dair 5 saylı Notariat kontoruna yazmış olduqları ərizələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti, məznilə aid texniki pasportun surəti, ‘"Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın” surəti və ödəniş qəbzinin surəti və Şahid1 Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yelrəşən 20 saylı mənzilə aid texniki pasportun surəti və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın”surətinin iş materillarına əlavə olunmasının nəzərə alınmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən, 07 fevral 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşca ən kiçik uşağı 01 dekabr 2018-ci il təvəllüdlü X5 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına bu hissədə nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübutlar kimi tanınmış 18.03.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı üçün beh müqaviləsinin” surəti, Şahid7, Şahid8 Təqsirləndirilən şəxs adından Şahid6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yerləşən 20 saylı mənzilin satılmasına etirazın edilməməsinə dair 5 saylı Notariat kontoruna yazmış olduqları ərizələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti, mənzilə aid texniki pasportun surəti, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın” surəti və ödəniş qəbzinin surəti və Şahid1 Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yelrəşən 20 saylı mənzilə aid texniki pasportun surəti və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın” surətinin iş materillarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 37400 (otuz yeddi min dörd yüz) manat məbləğində maddi ziyanın, 1.000 (min) manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 38.400 (otuz səkkiz min dörd yüz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar