Məhkəmə qərarları › İş №1(009)-125/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-125/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-125/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Ö.Nemanzadə küçəsi, ev 17 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o 11 mart 2022-ci il tarixdə şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə məlum olan şəxsdən 30 manat məbləğdə pulun qarşılığında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,184 qram, 0,181 qram, ümumi təmiz çəkisi isə, 0,551 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 13 mart 2022-ci il tarixdə saat 00:30-da Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 20 ünvanda yerləşən «Araz» marketin qarşısında saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olmuş qara rəngli şalvarın sol yan cibindən üç ədəd şəffaf bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,184 qram, 0,181 qram və ümumi təmiz çəkisi 0,551 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki il olar ki, narkotik vasitə heroindən istifadə edir, narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlardan, o cümlədən “instagram” sosial şəbəkəsi vasitəsi ilə adını xatırlamadığı hesab üzərindən əldə etmişdir. Belə ki, o, mobil telefonunda adını “Baba” kimi qeyd etdiyi İran İslam Respublikasının vətəndaşının müxtəlif bank kartlarına öz "xxxx" hesabından elektron üsulla pul köçürmələri etmiş, köçürmələrin mobil telefon ilə “ekran görüntüsü” şəklini çəkib özünə məxsus 051 *** ** ** nömrəsi ilə qeydiyyata aldığı “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə “Baba” kimi tanıdığı şəxsin nömrəsini xatırlamadığı “whatsapp” sosial şəbəkəsi hesabına göndərmiş, bundan bir neçə saat sonra isə həmin şəxs narkotik vasitə heroini saxladığı, yəni gizlətdiyi yerlərin ünvanlarını və fotoşəkillərini ona göndərmiş, o da həmin ünvana gedərək narkotik vasitə heroini götürüb istifadə etmişdir. Son dəfə o, 11 mart 2022-ci il tarixdə axşam saat 22-23 radələrində hazırda xatırlamadığı pul ödəmə terminalı vasitəsilə eyni üsulla “Baba” adlı İran İslam Respublikası vətəndaşına məxsus "xxxx" ASC-yə aid bank hesabının plastik kartına 30 manat məbləğdə pul köçürmüş, bundan təxminən iki saat sonra, gecə saatlarında həmin şəxsin “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi ünvana, yəni Abşeron rayonu, Xırdalan şəhəri “Masazır dairəsi” kimi tanınan yerdən Xırdalan şəhəri istiqamətində gedən yol kənarında, işıqforun yaxınlığında, açıqlıq sahəyə getmiş, oradan üç ədəd bükümdə heroini götürüb yaşadığı evə getmişdir. O, 13 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Səbail rayonu, 20-ci Sahə qəsəbəsi ünvan 6ın qarşısında olarkən iki nəfər şəxs yaxınlaşaraq, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlı olduqlarını bildirmişlər və ondan, üzərində narkotik vasitə olub-olmaması barədə soruşanda o, təsdiqləmişdir ki, üzərində narkotik vasitə var. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə 8-ci Polis Bölməsinə getmişdir. Orada üzərində axtarış keçiriləcəyi bildirilmiş və o da, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olmuş şalvarının cibindən üç ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim edib masanın üzərinə qoymuşdur. Həmin bükümlər onun iştirakı ilə polis əməkdaşları tərəfindən açılıb baxılmış və qablaşdırılmışdır. Həmin narkotik vasitəni Xırdalan şəhərindən 11 mart 2022-ci il tarixdə 30 manat məbləğdə pul qarşılığında şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Qürbət oğlu ifadəsində bildirmişdir ki, 13 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində inzibati ərazidə iş yoldaşı Şahid1lə birlikdə xidmətdə olarkən, Səbail rayonu 20-ci sahə yaşayış massivi Salyan yolu ilə hərəkətdə bir nəfər şəxsin alınmış məlumata uyğun gələn Təqsirləndirilən şəxs oxşadığını görüb dərhal həmin şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər və həmin şəxsi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə polis bölməsinə getmişdir. Daha sonra baş təhqiqatçı İldırm Salahovun xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın şəffaf sellofana bükülmüş üç ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin üç ədəd bükümün içərisindəki maddə narkotik vasitə heroindir, iki gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş üç ədəd şəffaf sellofan bükümlər qablaşdırılmışdır. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslə heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. Cinayət işində olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci PB-də şəxsi axtarış və götürmə aparılması barədə videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sol yan cibindən şəffaf selofana bükülmüş üç ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümdə olan maddələrin "kakos" kimi tanınan narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümləri hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə isə, Təqsirləndirilən şəxs iki ildir ki, narkotik vasitə istifadə etdiyini, 11 mart 2022-ci il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən 30 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan narkotik vasitəyə bənzər maddələr boş zərfdə qablaşdırılmış və həmin maddələrin ekspertiza tədqiqatına göndəriləcəyi izah olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 13.03.2022-ci il tarixli, 6/1448 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçüe N° 52” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Elman oğlu Rüfət” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,186 qram, 0,184 qram, 0,181 qram ümumi təmiz çəkisi 0,551 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,551 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 0,431 qram Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 65,00 (altmış beş) manat müəyyən edilmişdir. 20 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,551 qram heroin maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,431 qram narkotik vəsaitə heroin saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman lentə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Respublika Narkoloji Mərkəzinin 1465 saylı, 30 mart 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 13 mart 2022-ci il tarixdə saat 01:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 14 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafi edilməsindən imtina edilmişdir. 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (14 mart 2022-ci il tarixdə saat 16.00-da) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vəsaitə heroin əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdən saat 01.50-dən 14 mart 2022-ci il saat 16:00-dək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Ö.Nemanzadə küçəsi, ev 17 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 30 mart 2022-ci il tarixli 1465 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman lentə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,431 qram olan narotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 13 mart 2022-ci il tarixdən saat 01.50-dən 14 mart 2022-ci il saat 16:00-dək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Ö.Nemanzadə küçəsi, ev 17 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman lentə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,431 qram olan narotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar