Məhkəmə qərarları › İş №1(009)-125/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-125/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-125/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi müəyyən edilmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talayıb ələ keçirmək məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə saat 06:00 radələrinda ünvan 4 ünvanında yerləşən, Nümayəndə direktoru olduğu Zərərçəkmiş şəxs MMC-nin istifadəsində olan “Vorld telekom” mağazasının şüşə qapısını sındıraraq, saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla oradan 1 ədəd 2339 manat dəyərində **********03410 İMEİ kodlu “İphone 14128” markalı, hər biri 2799 manat, cəmi 8397 manat dəyərində **********44024, **********85781, **********0336986 İMEİ kodlu 3 ədəd “İphone 14 Plus 128” markalı, 1 ədəd 2099 manat dəyərində **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı, hər biri 2499 manat, cəmi 4998 manat dəyərində **********12688, **********96014 İMEİ kodlu 2 ədəd “Samsunq S 906 256” markalı və hər biri 3099 manat, ümumilikdə 6198 manat dəyərində **********22818, **********87875 İMEİ kodlu 2 ədəd “Samsunq S 908 256” markalı mobil telefonları, cəmi 9 (doqquz) ədəd mobil telefonları oğurlamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 24031 (iyirmi dörd min otuz bir) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər talama cinayəti ilə bağlı məhkumluq həyatı yaşamış, sonuncu dəfə 24 yanvar 2020-ci il tarixdə cəzaçəkmə müəsisəsindən azad edilmiş, hal-hazırda heç bir yerdə işləmir. Oğurluq etmək məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə saat 04 radələrində yaşadığı ünvan 5 ünvanından çıxmış, özü ilə bir ədəd torba və bir ədəd özü hazırladığı raqatkanı və şüşə sındırmaq üçün avtomobildə istifadə edilən sveçanı götürmüşdür. Yaşadığı ərazidən piyada gəzərək Səbail rayonu ərazisnə gəlmişdir. Məqsədi oğurluq etmək olduğu üçün əvvəl Tarqovu adlanan küçəni gəzərək orada şüşə qapıları olan mağazalara baxaraq mağazaya daxil olub-olmamaq imkanlarını araşdırmsdır. Müşahidə zamanı Əlizadə küçəsində yerləşən “Vorld telekom” mağazasının qarşısna gəlmiş, orada mağazaya baxmış, sonra ətrafı diqqətlə müşahidə etmişdir. Heç kimin olmadığını görmüş və rağatkanı çıxararaq sveçanı arasına qoymuş və “Vorld telekom” mağazasının iki tağlı şüşə qapısının birini vuraraq sındırmış, sonra mağazaya daxil olmuş, mağazaya girişdən solda divara bitişik vəziyyətdə qoyulmuş, içərisində mobil telefonlar olan rəfin şüşələrini sındırmış, rəfdən 4 (dörd) ədəd müxtəlif modelli “İphone” və 5 (beş) ədəd müxtəlif modelli “Samsung” markalı telefonları qutuları ilə birlikdə götürərək özü ilə gətirdiyi torbaya yığmış və dərhal mağazadan çıxıb oradan uzaqlaşmışdır. Telefonları aparıb yaşadığı Yasamal rayonu ərazisində yerləşən bağçanın həyətində gizlətdiyi zaman telefonların arasından 1 (bir) ədəd “Samsunq” markalı telefonu qutusunu orada saxlamaqla götürmüş, qalan telefonları orada gizlətmişdir. Saat 09:30 radələrində “Samsung” markalı mobil telefonu “20 yanvar” metrostansiyası yaxınlığında olan Lambarda aparmış, orada telefonu girov qoyaraq 500 (beş yüz) manat pul götürmüşdür. Məhəllədə olan zaman polis əməkdaşları saxlayaraq onun telefon oğurladığını bildirmişlər, o, etdiyi cinayət əməlini etiraf edərək lambarda qoyduğundan başqa gizlətdiyi digər 8 (səkkiz) telefonu, eyni zamanda lambarda qoyduğu “Samsung” markalı mobil telefonun qutusunu götürmüş və onu istintaqa gətirmişlər. O, etdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və oğurladılğı telefonları istintaqa təqdim edir. Raqatkanı özü düzəltmiş və oğurluqdan sonra atmışdır. Üç aya yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə yeddi gün əvvəl istifadə etmişdir. Girovdan əldə etdiyi pulu borcuna vermişdir. Borclu olduğu şəxs barəsində heçnə demək istəmir. Əl izi qalmaması üçün əlcəkdən istifadə etmişdir. Oğurladığı mobil telefonlardan birini girov qoymaq istəsə də, bunun üçün şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Qardaşı Nadirə yaxın tanışının ona telefon verməsini, girov qoyub pul götürmək istədiyini, şəxsiyyət vəsiqəsi olmadığı üçün ona köməklik etməsini demiş, Nadir etiraz etməmiş, Nadirlə birlikdə lombarda gedib, telefonu Nadirin adına girov qoyaraq pul götürmüşdür. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, ailəli olmasının, himayəsində 2 azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hal-hazırda Zərərçəkmiş şəxs MMC-in rəhbəridir. ünvan 4 ünvanında yerləşən “Vorld telekom” mağazası bir il altı aya yaxındır ki, fəaliyyət göstərir. Həmin mağaza “Vörld telecom” şikəti nəzdində olsa da, hal-hazırda ayrılaraq fərdi fəaliyyət göstərir, müqaviləyə əsasən “Vörld telecom” adından rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə istifadə etmək hüququ verilmişdir. Qeyd olunan ünvanda yerləşən mağzadakı əmlak ona məxsusdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlumat vermişlər ki, naməlum şəxs xx.xx.2022-ci il tarixdə saat 05.56-da mağazanın şüşə qapısını sındıraraq mağazaya daxil olub. Mağazadan 1 (bir) ədəd 2339 (iki min üç yüz otuz doqquz) manat dəyərində qara rəngli, “İphone 14128” markalı, 3 (üç) ədəd, hər biri 2799 (iki min yeddi yüz doxsan doqquz) manat, ümumilikdə 8397 (səkkiz min üç yüz doxsan yeddi) manat dəyərində müxtəlif rənglərdə “İphone 14 Plus 128” markalı, 1 (bir) ədəd 2099 (iki min doxsan doqquz) manat dəyərində “Samsunq S 901 128” markalı, 2 (iki) ədəd 2499 manat, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 906 256” markalı və 2 (iki) ədəd 3099 manat, ümumilikdə 6198 (altı min yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 908 256” markalı mobil telefonları oğurlamaqla ona ümumilikdə 24031 (iyirmi dörd min otuz bir) manat dəyərində maddi ziyan vurması aşkar edilmişdir. Mağazanın şüşə qapısı və mağzanın içində olan rəfin şüşələri smdırlmışdır, sındırılmış əmlak ona məıxsusdur, məhv edilmiş əmlakın ümumi dəyəri 650 (altı yüz əlli) manatdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə teleqram ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iki ilə yaxın müddətdir “Vorld telekom” şirkətində nəzarətçi, eyni zamanda kassir kimi işləyir. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 05:15 radələrində işlədiyi “Vorld telekom” şirkətində mühafizə rəhbəri işləyən Şahid1 onun mobil telefonuna zəng vuraraq işlədiyi həmin şirkətin Səbail rayonu Ə.Əlizadə küçəsi 2 ünvanında yerləşən mağazasından oğurluq olması barədə məlumat vermişdir. Mağazanın açarlarından biri onda olduğuna görə dərhal mağazaya getmiş, mağazanın şüşə qapısının bir tağının, eyni zamanda mağazanın içərisində telefonlar olan rəfin şüşəsinin sındırılmasını, rəfdə olan telefonlar naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Mağazanın kameralarına baxan zaman kameralar tərəfindən qeydə alınmış videogörüntülərdə qara paltarlı, arıq bədənli, başında papaq, təxminən 175 sm boylarında olan şəxsin xx.xx.2022-ci il tarixdə saat 05.56-da mağazanın şüşə qapısını əlində olan raqatqa ilə sındıraraq mağazaya daxil olduğunu, mağazanın girişindən solda yerləşən rəfi sındıraraq içərisində olan telefonları əlində olan torbaya yığaraq mağazadan çıxdığı müəyyən edilmişdir. Sonradan dəqiq müəyyən edilmişdir ki, həmin naməlum şəxs tərərindən mağazadan 1 (bir) ədəd 2339 (iki min üç yüz otuz doqquz) manat dəyərində qara rəngli, “İphone 14128” markalı, 3 (üç) ədəd, hər biri 2799 (iki min yeddi yüz doxsan doqquz) manat, ümumilikdə 8397 (səkkiz min üç yüz doxsan yeddi) manat dəyərində müxtəlif rənglərdə “İphone 14 Plus 128” markalı, 1 (bir) ədəd 2099 (iki min doxsan doqquz) manat dəyərində “Samsunq S 901 128” markalı, 2 (iki) ədəd 2499 manat, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 906 256” markalı və 2 (iki) ədəd 3099 manat, ümumilikdə 6198 (altı min yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 908 256” markalı mobil telefonları oğurlamaqla şirkətə ümumilikdə 24031 (iyirmi dörd min otuz bir) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 80 ünvanında yerləşən 1 saylı lombartda operator işləyir. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələri olardı işdə olan zaman lombarda bir nəfər şəxs gəlmiş, telefon girova qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, həmin şəxsdən vəsiqəsini tələb etmiş, vəsiqəsinə baxan zaman həmin şəxsin Şahid4 olduğunu görmüşdür. Şahid4 təqdim etdiyi “Samsunq s 22” markalı mobil telefona baxmış, həmin telefonun girov qoyulması qarşılığında həmin şəxsə 500 (beş yüz) manat pul verə biləcəyini bildirmişdir. Şahid4 təklif edilən şərtlə razılaşmış və o,vəsiqənin surətini çıxarmış, Şahid4 telefonu təqdim etmiş, o, bu barədə lombardın 1 saylı jurnalında qeydiyyat aparmış və həmin şəxsdən mobil telefonunu girov qismində götürmüş və 500 (beş yüz) manat pul vermişdir. Bütün girovlardan istifadə etmək hüququ nizamnamələrində var. Həmin mobil telefon banka təqdim edilib, bu səbəbdən hal- hazırda telefonu təqdim edə bilmir. Şahid4 təqdim etdiyi “Samsunq S 22” markalı mobil telefon təzə olmuş və o, Nadirdən telefonun kimə məxsus olduğunu soruşmuş, sonuncu telefonun özünə məxsus olduğunu bildirmişdir. Onun telefonun oğurluq olmasından məlumatı olmamışdır. Şahid4 əvvəllər də lombarda girov qoyub və götürüb. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, altı ilə yaxın müdətdir “Vorld telekom” şirkətində mühafizə rəhbəri vəzifəsində işləyir. 20 noyabr 2022-ci il tarixdə saat 05:10-da Baş Mühafizə İdarəsindən ona zəng vuraraq bildirmişlər ki, işlədiyi şirkətin Səbail rayonu Ə.Əlizadə küçəsi 2 ünvanında yerləşən mağazasına, naməlum şəxs mağazanın şüşə qapını sındıraraq daxil olmaqla mağazadan oğurluq etmişdir. O, dərhal bu barədə mağazanın nəzarətçisi, eləcədə kassiri olan Yasinə zəng vuraraq məlumat vermişdir. Çünki mağazanın açarı həmişə kassirdə olur. Sonra mağazaya getmiş, mağazanın şüşə qapısının bir tağının sınmış vəziyyətdə olmasını, eyni zamanda mağazanın içərisində telefonlar olan rəfin şüşəsinin sındırılmasını, rəfdə olan telefonların naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Mağazanın kameralarına baxan zaman kameralar tərəfindən qeydə alınmış videogörüntülərdə qara paltarlı, arıq bədənli, başında papaq, təxminən 175 sm boylarında olan şəxsin 20 noyabr 2022-ci il tarixdə saat 05.56-da mağazanın şüşə qapısını əlində olan raqatqa ilə sındıraraq mağazaya daxil olduğunu, mağazanın girişindən solda yerləşən rəfi sındıraraq içərisində olan telefonları əlində olan torbaya yığaraq mağazadan çıxdığını görmüşdür. Sonradan dəqiq müəyyən edilmişdir ki, həmin naməlum şəxs tərərindən mağazadan 1 (bir) ədəd 2339 (iki min üç yüz otuz doqquz) manat dəyərində qara rəngli, “İphone 14128” markalı, 3 (üç) ədəd, hər biri 2799 (iki min yeddi yüz doxsan doqquz) manat, ümumilikdə 8397 (səkkiz min üç yüz doxsan yeddi) manat dəyərində müxtəlif rənglərdə “İphone 14 Plus 128” markalı, 1 (bir) ədəd 2099 (iki min doxsan doqquz) manat dəyərində “Samsunq S 901 128” markalı, 2 (iki) ədəd 2499 manat, ümumilikdə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 906 256” markalı və 2 (iki) ədəd 3099 manat, ümumilikdə 6198 (altı min yüz doxsan səkkiz) manat dəyərində müxtəlif rəngli “Samsunq S 908 256” markalı mobil telefonları oğurlamaqla şirkətə ümumilikdə 24031 (iyirmi dörd min otuz bir) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, 20 noyabr 2022-ci il tarixdə səhər saat 09-10 radələrində qardaşı Kamil evə gəlmiş və ona qara rəngdə olan “Samsunq s 22” markalı mobil telefon göstərərək yaxın dostunun olduğunu və telefonu lambarda girov qoyub pul götürmək istədiyini, lakin sənədi olmadığı üçün telefonu girov qoya bilmədiyini bildirmişdir. Kamil onun şəxsiyyət vəsiqəsi olduğu üçün ondan xahiş etmişdir ki, telefonu o, sənədilə girov qoysun, pul götürsün. O, Kamilə bildirmişdir ki, «mən pulu götürüb sənə verəcəyimə etiraz eləmirəm amma verilən pulu kim ödəyəcək?». Kamil demişdir ki, “narahat olma o, mənlikdi”. O, razılıq vermiş və həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri Yasamal rayonu “20 yanvar” metrostansiyasına yaxın məsafədə olan lombarda getmiş, orada “Samsunq s 22” markalı mobil telefonu təqdim etmişdir. Lombardın işçisi baxdıqdan sonra həmin telefona görə 500 manat pul verə biləcəyini bildirmiş və o, şəxsiyyət vəsiqəsilə həmin telefonu girov qoyaraq 500 manat pulu götürmüş və aparıb qardaşı Kamilə vermişdir. Telefonun oğurluq olduğunu bilməmişdir, çünki Kamil telfonun dostuna aid olduğunu bildirmişdir. Kamil ilə lombart şərtləri haqqında danışmış, Kamil narahat olmamağmı və bu məsələləri özü həll edəcəyini bildirmişdir. Kamil onun qardaşı olduğu üçün, hər hanı bir maraq güdməmiş, Kamildən heçnə də istəməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, götürmə, diskə baxış protokolları və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və baxışla müəyyən edilmişdir ki, oğurluq hadisəsi olmuş Səbail rayonu Ə.Əlizadə küçəsi 2 ünvanında yerləşən “Vorld telekom” mağazasının içərisində quraşdırılmış kamera tərəfindən qeydə alınmış videogörüntüdə əynində qara rəngli paltar, başında qara rəngdə papaq, əlində qırmısı rəngdə əlcək və eyni rəngdə torba tutumuş şəxsin mağazanın şüşəsini sındıraraq içəri daxil olduğu, mağazanın girişindən solda yerləşən divara bitişik şkafın şüşəsini sındıraraq oradan teleefon qutularını dərhal əlində olan torbaya yığaraq mağazadan çıxıb qaşdığı görünür. 2-ci videofayl 43 saniyədir və həmin videogörüntülər “Vorld telekom” mağazasının çölündə quraşdırılmış kamera tərəfindən qeydə alınmışdır. Görüntülərdə əynində qara rəngli paltar, başında qara rəngdə papaq, əlində qırmısı rəngdə əlcək və eyni rəngdə torba tutumuş şəxsin mağazanın qarşısında gəzişçərək ətrafı müşahidə etdiyi, sonra mağazanın qapısına yaxınlaşaraq əlində olan əşyanı qapı istiqamətinə bir anlıq atdığı (əşya sapand kimi bir əşyaya oxşayır) sonra dərhal qapıdan mağazaya girdiyi görünür. İş materiallarında olan: Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, oğurladığı 9 (doqquz) ədəd mobil telefonlardan 8 (səkkiz ) ədədini - 1 ədəd **********03410 İMEİ kodlu “İphone 14128” markalı, **********44024, **********85781, **********0336986 İMEİ kodlu 3 ədəd “İphone 14 Plus 128” markalı, **********12688, **********96014 İMEİ kodlu 2 ədəd “Samsunq S 906 256” markalı və **********22818, **********87875 İMEİ kodlu 2 ədəd “Samsunq S 908 256” markalı mobil telefonları və **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı mobil telefonun boş qutusu istintaqa təqdim etmiş, həmin telefonlardan **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı mobil telefonu lombarda girov qoyaraq pul götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs “Vorld telekom” mağazasından oğurladığı, istintaqa təqdim etdiyi 8 (səkkiz) ədəd mobil telefonlar - 1 ədəd **********03410 İMEİ kodlu “İphone 14128” markalı, **********44024, **********85781, **********0336986 İMEİ kodlu 3 ədəd “İphone 14 Plus 128” markalı, **********12688, **********96014 İMEİ kodlu 2 ədəd “Samsunq S 906 256” markalı və **********22818, **********87875 İMEİ kodlu 2 ədəd “Samsunq S 908 256” markalı mobil telefonlar maddi sübut hesab edilərək sahibinə - zərərçəkmiş Nümayəndə qaytarılmışdır. Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 80 ünvanda yerləşən 1 saylı lombardın qeydiyyat kitabından çıxarışdan və baxış protokolundan görünür ki, Şahid4 20 noyabr 2022-ci il tarixdə “Samsung S22” markalı mobil telefon həmin lombarda girov qoyularaq, aylıq 50 manat faiz ödənilməklə 500 manat pul götürülmüşdür. Təqsirləndirilən şəxs “Vorld telekom” mağazasından oğurladığı, girov qoyduğu Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 80 ünvanda yerləşən 1 saylı lombarddan götürülmüş **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı mobil telefon maddi sübut hesab edilərək sahibinə - zərərçəkmiş Nümayəndə qaytarılmışdır. AZ-İİİ 070392 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı 12671767 seriya seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 mart 2013-cü il təvəllüdlü X4 və 30 yanvar 2012-ci il təvəllüdlü X2 var. 20 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə şübhəli şəxs qismində tutulmuşdur. 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə ittiham elan edilmiş, barəsində həbsetmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi, yəni 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və gənc olmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin onunla barışmasını, ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışından görünür ki, Fərəcov X3 Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. 24 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs, Yasamal Rayon Məhkəməsinin 28 avqust 2020ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasından 24 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş yenidən 02 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin nümayəndəsinin onunla barışmasını, ona qarşı şikayətinin olmamasını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhkum olunmasını, özgənin əmlakını gizli olaraq talama cinayətinin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.10-cu, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, cinayətin açılmasında fəal iştirak etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsini və cəzasının əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20 noyabr 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs “Vorld telekom” mağazasından oğurladığı 9 (doqquz) ədəd mobil telefonların - 1 ədəd **********03410 İMEİ kodlu “İphone 14128” markalı, **********44024, **********85781, **********0336986 İMEİ kodlu 3 ədəd “İphone 14 Plus 128” markalı, **********12688, **********96014 İMEİ kodlu 2 ədəd “Samsunq S 906 256” markalı və **********22818, **********87875 İMEİ kodlu 2 ədəd “Samsunq S 908 256” markalı, 1 ədəd **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı mobil telefonların sahibinə zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınmasını, video görüntülərin əks olunduğu diskin maddi sübut hesab edilərək cinayət işində saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 9 (doqquz) ədəd mobil telefonların - 1 ədəd **********03410 İMEİ kodlu “İphone 14128” markalı, **********44024, **********85781, **********0336986 İMEİ kodlu 3 ədəd “İphone 14 Plus 128” markalı, **********12688, **********96014 İMEİ kodlu 2 ədəd “Samsunq S 906 256” markalı və **********22818, **********87875 İMEİ kodlu 2 ədəd “Samsunq S 908 256” markalı, 1 ədəd **********68461 İMEİ kodlu “Samsunq S 901 128” markalı mobil telefonların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, video görüntülərin əks olunduğu disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar