Məhkəmə qərarları › İş №1(009)-126/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-126/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-126/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir. Belə ki, NuriyevElvinFərhadoğlugözətçiişlədiyiBakışəhəri, Səbailrayonu, Badamdarqəsəbəsi, Badamdarşossesi 77 saylıbinanınhəyətindəyerləşənofisdə 2020ciilinmartayınınortalarındanetibarənqumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, həmin ünvanda tanışlarıQuliyevOrxanSərxanoğluvəQəribovElvinAzəroğlu ilə pul vəsaiti barəsində “okey” oyununu oynamaları üçün nəzərdətutulanoyundaşlarıvəoyuntaxtasıəldə etməkləşərait yaradıbqumarxanatəşkiletmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, o “xxxxxxxx” MMMC-nə (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi, 77 saylı ünvanda yerləşən binada gözətçi işləyirdi. Növbəni binanın həyətində yerləşən və mühafizəçinin əyləşməsi üçün nəzərdə tutulan ofisdə keçirir. Həmin binanın ofisində heç vaxtı qumarxana təşkil edib müxtəlif şəxsləri dəvət edib onları qumar oynamaları üçün şərait yaratmamışdır. Həmin yerdə qumarxana təşkil etmək mümkün deyil. Çünki səhər saat 09.00-dan axşam saat 20.00-dək MTK-nın sakinlərinə xidmət göstərilir. xx xxxxx 2020-ci il tarixdə o işdə olarkən tanışı Şahid3 ona zəng etmiş və bildirmişdir ki, onun yanına gəlir. Daha sonra ona Şahid4 zəng etdi və onun yanına gəlib “okey” oyunu oynamaq istədiyini bildirdi. O isə bununla razılaşmamışdır. Sonra Elvin onun işlədiyi ofisə gələrək israrla “okey” oynamaq istədiyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra ofisin dəhlizində o, Orxan və Elvin birlikdə “okey” oyununu oynamağa başlamışlar. Əvvəllər də o Elvin və Orxanla ofisdə “okey” oyunu oynamışlar, xx xxxxx 2020-ci il tarixdə isə üçüncü dəfə oynayırdılar. xx xxxxx 2020-ci ildə oyun gedən zaman polis əməkdaşları ofisə daxil oldular və onların oyun oynadıqlarını aşkar etdilər. Baxış zamanı ofisdə “okey” oyunu zamanı əldə olunan 106 manat pul, oyun daşları və oyun taxtası aşkar edilib götürülmüşdür. Həmin pulun 14 manatı ona məxsusdur. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, işlədiyi yerdə qumarxana təşkil etmək üçün heç bir şərait yoxdur, Şahid4 və Şahid3 başqa heç kimlə oynamamış, həmin şəxslərlə oynasa da, onun həmin yerdə qumarxana təşkil etmə niyyəti olmamışdır. İbtidai istintaqda ilkin ifadəsində dindirmə zamanı qumarxana təşkil etməkdə ona görə özünü təqsirli bilmiş ki, qumar oynama ilə qumarxana təşkil etmə arasındakı fərqi başa düşməmiş, lakin hazırda həmin maddə üzrə özümü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş QəribovElvinAzəroğluifadəsindəbildirmişdirki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, onunla aralarında dostluq münasibətləri olmuşdur. NuriyevElvin Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 77 nömrəli binada mühafizəçi işləmişdir. O və digər tanışı Təqsirləndirilən şəxs işlədiyi yerin ofisində bir neçə dəfə “okey” oyunu oynamışlar. Həmin ofisdə o və digər dostu Şahid3 bir neçə dəfə həmin yerə gedib orada “okey” qumar oyunlarınıpulmüqabilində oynamışlar. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs, o və Orxan Elvinin ofisində oyun taxtası və oyun daşları ilə Elvinin işlədiyi yerin dəhlizində qumar oyunu oynamağa başlamışlar. Həmin vaxtı mülki paltarda olan polis işçiləri onların olduqları yerə gəlmiş, polislər videoçəkilişlə baxış keçirmiş, baxış zamanı həmin yerdə qumar oyunlarının oynanılması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin yerdə qumar oyunlarını təşkil etməsini etiraf etmişdir. Polis əməkdaşları hadisə yerində olan oyun taxtasını, oyun daşlarını və qumar oyunlarından əldə edilmiş 106 manat pulu götürmüşlər. Həmin gün oyun oynamağa kimin təşəbbüsü olmasını xatırlamır, əvvəllər də təxminən 5-10 dəfə onlar həmin ofisdə pul ilə “okey” oyununu oynamışlar. Elvinə orda oynamaqlarına görə heç bir məbləğdə pul ödəmirdilər, onlardan başqa heç kim orda qumar oyunu oynamırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanda yerləşən binanın sədri vəzifəsində çalışır. Elnur Nuriyev Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanda yerləşən binanın mühafizəçisi, yəni həmin binanın həyətində yerləşən və mühafizəçinin əyləşməsi üçün nəzərdə tutulan 5 kv/metr olan ofisdə növbə çəkir. Onlar səhər saat 9:00-dan, axşam saat 21:00-dək binanın sakinlərinə xidmət göstərirlər. O, heç vaxt sözügedən ofisin otaqlarında oyun taxtası və ya oyun daşları görməmişdir. Bundan əlavə binanın sədri kimi ona heç vaxt qonşular və ya ofisin digər mühafizəçiləri Təqsirləndirilən şəxs orada qumar oyunları oynamasından şikayətlənməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Elnur Nuriyev Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanda yerləşən binanın mühafizəçisi, yəni həmin binanın həyətində yerləşən və mühafizəçinin əyləşməsi üçün nəzərdə tutulan ofisdə növbə çəkmiş, o, özü isə həmin binanın ofisində xadiməçi kimi işləyərək, dəhliz, mətbəx və bir otaqdan ibarət olan ofisin təmizlik işlərini aparır. Xadimə kimi işlədiyi ofisdə o, heç vaxt təmizlik işləri apardığı otaqlarda oyun taxtası və ya oyun daşları görməmiş, eləcə də o, heç vaxt qonşulardan və ya ofisin digər mühafizəçilərindən Təqsirləndirilən şəxs orada qumar oyunları oynamasını eşitməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 teleqram göndərərək, o, və idarənin digər əməkdaşı Şahid1 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, eləcə də ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, X4 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində 77 nömrəli yaşayış binasının həyətində yerləşən ofisində qumarxana təşkil edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, xx xxxxx 2020-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvana yollanmış, həmin tarixdə saat 01.00-da həmin ünvanın yanına çatmış və müşahidə mövqeyində dayanmışlar. Saat 01.40-da həmin ünvandan bir nəfər oğlanın çıxdığını görmüş və dərhal ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsin də Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs ərizə yazaraq baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, həqiqətən də həmin ünvanda qumarxana təşkil etdiyini etiraf etmişdir. Onlar həmin ofisə daxil olub baxış keçirməyə başlamış, baxış keçirərkən içəridə iki nəfər şəxsin qumar oynadıqları aşkar edilmiş, hadisə yerindən qumar oyunlarından əldə edilmiş 106 manat pul, oyun daşları və oyun taxtası aşkar edilib götürülmüş, bu barədə protokol yazılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək şahid X2 qeyd etdiyi xususatları təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş oyun taxtaları, oyun daşları və qumar oyunlarından əldə edilmiş 106 manat pul vəsaiti maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini əks etdirən diskə baxış zamanı görünür ki, üç nəfər şəxs masa arxasında qarşılarında oyun daşları, oyun taxtası və pul vəsaitləri var. Həmin şəxslər pul vəsaitlərini polis əməkdaşına təqdim edirlər. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən xx xxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınmışdır. Əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin S-03(2438) nömrəli, xx xxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 saylı binada yerləşən ofisdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN BMCMİ-nin KSPSM və MDQMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkili Şahid1 xx xxxxx 2020-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. Şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs kimi tutulmuşdur. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(005)- 482/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 53 saylı MKİS-nin rəisi İ.M.Quliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1992-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır, ailəlidir və himayəsində iki övladı var. Təqsirləndirilən şəxs barəsində ərizə və şikayət daxil olmamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindəndən görünür ki, Təqsirləndirilən şəxs ilə xx xxxx 2018-ci il tarixdə 2 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Təqsirləndirilən şəxs “xxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindəgözətçi vəzifəsinə işə götürülmüşdür. Aylıq əmək haqqısı 150 manat təşkil edir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2019-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2018-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək işlədiyi yerdə qumarxana təşkil etmədiyini, yalnız “okey” oyununu oynadığını şahid ifadələri, həmçinin əvvəlki ifadələrində və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinə Nərimanov Rayon Məhkəməsinin məhkəmə iclasında baxılarkən ona sürülmüş ittihamla özünü təqsirli bilməsi, işin digər halları ilə ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, , Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin sanksiyası həddində islah işlərinövündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) ay 22 (iyirmi iki) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx xxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. xx xxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan oyun taxtaları və oyun daşları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. xx xxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan qumar oyunlarından əldə edilmiş 106 (bir yüz altı) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) ay 22 (iyirmi iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) ay 02 (iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsinvə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. xx xxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan oyun taxtaları və oyun daşları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan qumar oyunlarından əldə edilmiş 106 (bir yüz altı) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 30 (otuz ) manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar