Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-126/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Ramiz oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 Təvəkkül oğlunun, Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 18.10.2020-ci il tarixdə saat 20:31-də etibarnamə ilə idarə etdiyi “Chevralet Lacetti” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsindən keçən mərkəzi yolun Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və ya başqa əmlaka zərər vurmamalı olduğu halda, bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməmiş və həmin tələbləri pozaraq mərkəzi yolun ünvan 3 ünvanında yerləşən “Jurnalistlər” binasının qarşısında Şahid1 idarə etdiyi qara metallik rəngli “Mersedes Benz C200 ” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yolun Bayıl qəsəbəsi istiqamətindəki hərəkət hissəsinin ikinci zolağında qəza işıqları yanmış vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən vurmuş, zərbənin təsirindən sonuncu avtomobil yolun əks istiqəmitinə dönəkən ətrafda dayanan Zərərçəkmiş şəxs3 dəyib ehtiyatsızlıqdan sağ baldırın yuxarı 3/1-nin qançırı kimi ümumilikdə sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 dəyib ehtiyatsızlıqdan sağ baldırın yuxarı 3/1-nin ön-iç və aşağı 3/1-nin ön səthinin sıyrıqları kimi ümumilikdə sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 dəyib ehtiyatsızlıqdan sağ çiyin və hər iki dizin əziyi kimi ümumilikdə sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs5 dəyib ehtiyatsızlıqdan sağ bud sümüyünün bayır (laterial) kondilusunun subxondral xətti, medial kondilusun iç kolleterial bağın birləşmə yerində qəlpəli sınığı, iç (medial) kolleterial liqamentum (bağ) liflərində və medial menisk-bud bağında yırtılma patellanın (diz bağının) bayıra doğru subluksasiyası (yerdəyişməsi), bayır menskin arxa buynuzunun yırtığı, ön çarpaz bağın bud sümüyünə birləşmə yerindən tam qopması, arxa çarpaz bağın kranial (baş) hissəsində böyük ölçülü yırtıq, diz qapağıaltı bursanın (kisənin) hemartrozu (qan yığılması), oynaqətrafı yumşaq toxumaların geniş posstravmatik ödemi və hemorraqik dəyişiklikləri halında diz oynağının ümumi şişkinliyi və hərəkət məhdudluğu ilə müşayət olunan əziyi, sağ baldırın orta 3/1-nin bayır səthinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin zərbənin təsirindən “Opel Astra” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bayıl qəsəbəsi istiqamətində hərəkətə olan Şahid2 idarə etdiyi «Mitsubishi Lanser EX markalı» **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, ehtiyatsızlıqdan törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 2230 (iki min iki yüz otuz) manat, “Chevralet Lacetti” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs7 1700 (bir min yeddi yüz) manat, «Mitsubishi Lanser EX markalı» **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs6 4103 (dörd min yüz üç) manat maddi ziyan vurmaqla, yol hərəkəti və nəqliyyatın istismarı qaydalarını pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 20:00 radələrində Bibiheybət qəsəbəsi istiqamətindən “Chevrolet Lacetti” markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşınla Bayıl qəsəbəsi istiqamətinə gedirdi. Maşını 60-70 km/saat sürətlə sürürmüş, “Jurnalistlər” yaşayan binanın qarşısından keçən zaman yolun ikinci zolağında dayanan “Opel Astra” markalı avtomaşını görməmiş və avtomaşını vurmuş, “Opel Astra” markalı avtomaşın yolun əks istiqamətinə dönəndə əks istiqamətdən, yəni Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan gümüşü metallik rəngli “Mitsubishi Lancet” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomaşına dəymişdir. O. maşından düşdükdə görmüşdür ki, yolda maşınlar toqquşub, ona görə də “Opel Astra” markalı avtomaşın vurulmuş vəziyyətdə yolun Bayıl qəsəbəsi istiqamətinə olan hissəsində ikinci zolağın ortasında dayanıbmış. Hadisə anında o, demək olar ki “Opel Astra” markalı avtomaşını görməmişdir, çünki o, yolun sağına diqqət edirmiş, yolun soluna diqqətlə baxmamışdır. Hadisədən sonra o, maşından düşəndən sonra yolun kənarında bir nəfər şəxsi uzanaqlı vəziyyətdə görmüşdür, digər zərərçəkmiş şəxslərə diqqət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, “Jurnalistlər” binası adlanan Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yaşayır. 18.10.2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı binanın qarşısında olan zaman maşın toqquşması səsi eşitmiş, binanın qarşısından keçən Bibiheybət mərkəzi yolunda Mersedes Benz markalı avtomaşın Opel-Astra markalı avtomaşını vurduğunu görmüşdür. Həmin avtomaşının sürücüsününün sağ-salamat olduğunu görmüş və yolun Bayıl qəsəbəsi istiqamətindəki zolağında dayanmış Opel-Astra markalı avtomaşını yoldan kənara çıxarmaq istəmişlər. Lakin onlara bildirmişlər ki, hadisə yerinə yol polisi əməkdaşları gəlməli, maşının şəkilləri çəkməlidir. Həmin vaxt mərkəzi yolun Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan Chevrolet Lacetti markalı avtomaşın gözlənilmədən Opel- Astra markalı avtomaşını sağ tərəfindən vurmuş, zərbədən maşın onun dayandığı istiqamətə dönəndə o və orada dəqiq sayını bilmədiyi bir neçə nəfərə dəymişdir. Zərbədən huşnu itirdiyi üçün, sonra nə olduğunu xatırlamır. Sonradan onu təcili yardım maşını ilə Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər xəstəxanasına apararaq ayağına gips qoydular. 20.10.2020-ci il tarixdə ayağında güclü ağrılar hiss etmiş, ona görə də Travmatologiya İnistitutuna getmiş, hal-hazırda da normal yeriyə bilmir, əməliyyat olunmuş, müalicəsi davam edir. Əlavə iki dəfə də əməliyyat olunmalıdır. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rahim oğlu ifadəsində göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi, Opel Astra markalı, ** DB *** dövlət nömrə nişanlı avtomaşınla Bibiheybət qəsəbəsi istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə hərəkətdə olmuşdur. Səbail rayonu, ünvan 3-də yerləşən “Jurnalistlər” binası deyilən binanın qarşısından binanın həyətinə girmək istəyirmiş, ona görə də üç zolaqlı yolun hərəkətdə olduğu sol zolağında, yolun hər iki tərəfində qoyulmuş işıqforun onun hərəkətdə olduğu hissəsindəki işıqforun yanan qırmızı işığında saxlayaraq, yolun soluna dönmək üçün sola dönmə işığını yandırmış və maşını saxlamışdır. İşıqforda yaşıl işıq yananda o, yolun soluna, yəni əks hərəkət hissəsinə dönmək üçün Bibiheybət qəsəbəsi istiqamətinə hərəkətdə olan maşını gözlədikdən sonra sola dönmək istəyəndə, onun maşınının hərəkətdə olduğu zolaqda, arxadan çox sürətlə hərəkətdə olan qara metallik rəngli “Mersedes Benz C 200 ” markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomaşın gözlənilmədən, qoşa xətti tapdalayaraq, yolun əks istiqamət hissəsindəki zolağa çıxaraq, çox güman ki, ötmə əməliyyatı etmək istəmiş, həmin vaxt onun maşınını sol tərəfdən vurmuşdur. Zərbədən onun maşını yolun sağ tərəfinə dönəndə, maşının sol qarşı təkəri çıxıb yolun əks istiqamətindəki səki daşının üstünə düşmüşdür. Onun maşını yolun Bayıl qəsəbəsi istiqamətindəki ikinci hərəkət zolağında dayanmışdır. O, maşından düşmüş, həmin vaxt Mersedes Benz markalı avtomaşının sürücüsü də avtomaşından düşmüş, onun idarə etdiyi Opel Astra markalı maşının sol qanadı sınmış, sol təkər amartizator hissəsindən qırılaraq çıxmış, mator sallanmış, maşının “beyin” hissəsi sınmış, şüşə silənin baçoku sınmış, ön şüşə (padpris) çatlamışdır. O, həmin vaxt DİN-in 102 qaynar xəttinə zəng vurmuş, ona 40-cı zəng vuran olduğunu və növbəsini gözləməsini bildirmişlər. Həmin vaxt orada olan bir neçə nəfər baxmaq üçün maşının ətarafına toplaşmışlar. O, Bibiheybət istiqamətindən gələn postpatrul xidməti əməkdaşlarının maşınını görüb maşına yaxınlaşmışdır ki, onlara X7 əməkdaşlarını çağırmalarını xahiş etsin. Polis əməkdaşları maşını saxlayıb düşmüşlər, onunla söhbət etməyə başlamışlar, həmin vaxt Bibiheybət qəsəbəsi istiqamətindən gələn “Chevrolet Lacetti” markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşın onun maşınının sağ tərəfindən vurmuş, maşını yolun əks istiqəmətinə dönən zaman, maşının ətrafına yığışmış adamlara dəymişdir. Onun maşını zərbədən yolun əks istiqamətinə dönəndə əks istiqamətdən, yəni yolun Bayıl qəsəbəsi istiqamətindən hərəkətdə olan “Mıtsubishi Lancet” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomaşına dəymiş və həmin hərəkət istiqamət zolağında dayanmışdır. “Chevrolet Lacetti” markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşın vuran zaman onun idarə etdiyi Opel Astra markalı avtomaşının sağ qanadı , suyun radiatoru, üst panel, alt panel və sair hissələri sınmışdır. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə bir sinifdə oxumuşlar, uşaqlıq dostudurlar. 18.10.2020-ci il tarixdə saat 20:00-21:00 radələrində dostu Zərərçəkmiş şəxs3lə sonuncunun idarə etdiyi “Daewoo centre” markalı avtomaşınla Bibiheybət qəsəbəsi istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə, yaşadıqları evə gedirmişlər. “Jurnalistlər” binasının qarşısında qoyulmuş işıqforu keçən zaman yolun Bayıl qəsəbəsi istiqamətinin ikinci zolağında “Opel Astra” markalı avtomaşının vurulmuş vəziyyətdə dayandığını görmüşlər. Onlar işıqforu keçib maşını saxlamışlar ki, qəza zamanı maşında yaralı olarsa köməklik göstərsinlər. Vüsal ilə maşından düşmüş, “Opel Astra” markalı avtomaşına yaxınlaşmış, bu zaman Bibiheybət istiqamətindən hərəkətdə olan “Chevrolet Lacetti” markalı avtomaşın “Opel Astra” markalı avtomaşını sağ tərəfindən vurmuş, maşın onlar dayandığı istiqamətə dönəndə, maşın ayaqlarından dəymiş, onlar biraz kənara düşmüşlər. Həmin vaxt o, sağ ayağının diz hissəsindən və böyür tərəfindən, Vüsal isə sağ ayağının diz tərəfindən xəsarət almışdır. Onları 3 saylı Sabunçu rayon xəstəxanasına aparmış, orada ilk tibbi yardım göstərilmişdir. Hal-hazırda səhhəti normaldı. Xəstəxanaya aparılan zaman orada ayağını sarımışlar, böyrünə baxmışlar, heç bir xərci çıxmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 21:00 radələrində dostu Zərərçəkmiş şəxs2la onun idarə etdiyi “Daewoo centre” markalı avtomaşınla Bibiheybət qəsəbəsi istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə, yaşadığı evə gedirmiş. Səbail rayonu, ünvan 3 ünvanında yerləşən “Jurnalistlər” binasının qarşısında qoyulmuş işıqforu keçən zaman yolun Bayıl qəsəbəsi istiqamətində ikinci zolağında “Opel Astra” markalı avtomaşının vurulmuş vəziyyətdə dayandığını görmüşlər. İşıqforu keçib maşını saxlamışdır ki, qəza zamanı maşında yaralı olarsa köməklik göstərsinlər. O, Rəmzi ilə maşından düşmüş, “Opel Astra” markalı avtomaşına yaxınlaşmışlar. Bu zaman Bibiheybət istiqamətindən hərəkətdə olan “Chevrolet Lacetti” markalı avtomaşın “Opel Astra” markalı avtomaşını sağ tərəfindən vurmuş, maşın onlar dayandıqları istiqamətə dönəndə, maşın onların ayaqlarından dəymiş, onlar biraz kənara düşmüşlər, həmin vaxt o, sağ ayağının diz tərəfindən, Rəmzi isə sağ ayağının diz hissəsindən və böyür tərəfindən xəsarət almışlar. Onları 3 saylı Sabunçu rayon xəstəxanasına aparmışlar, orada onlara ilk tibbi yardım göstərilmişlər. Halhazırda səhhəti normaldı. Xəstəxanada ayağına həkimlər baxmış, heç bir xərci çıxmamışdır. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 20:30 radələri olarkən, Bibiheybət qəsəbəsi istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə, yaşadığı evə taksi ilə gedirmiş. Səbail rayonu, ünvan 3 ünvanda yerləşən Jurnalistlər yaşayan binanın qarşısındakı işıqfora yaxınlaşanda orada yol qəzası olduğunu və vurulan maşının onun qonşuluqda olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Astra markalı avtomaşın olduğunu görmüşdür. O, taksini saxlatdırmış, maşından düşərək Opel Astra markalı avtomaşına yaxınlaşmışdır. Orada olan Rasimdən özünün səhhətinin necə olduğunu soruşmuş, sonra vurulma nəticəsində yolun Bayıl qəsəbəsi istiqamətindəki ikinci zolağında dayanmış Opel Astra markalı avtomaşının yanından uzaqlaşmaq istəyən zaman Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan Chevrolet markalı avtomaşın Opel Astra markalı avtomaşını gözlənilmədən vurmuş, zərbədən hərəkətini dəyişən Opel Astra markalı avtomaşın ona və yanında olan bir neçə nəfərə dəymişdir. O, zərbədən yıxılmış və həmin vaxt hər iki ayağının diz tərəfindən və sağ qolundan xəsarət almışdır. Onu və xəsarət alanları oradan təcili yardımla Sabunçu xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilk tibbi yardım göstərmişlər, ciddi bir xəsarəti olmadığı üçün evə buraxmışlar. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki,18.10.2020-ci il tarixdə saat 20:00 radələrində İbadov X3 qəsəbəsi istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə ona məxsus olan Chevrolet Lacetti markalı avtomaşınla gələn zaman Bibiheybət yolunun Jurnallislər yaşayan binanın qarşısındakı olan hissəsində Opel Astra markalı avtomaşını vurmuş, zərbədən həmin avtomaşın yolun əks istiqamətinə dönmüş, Opel Astra markalı avtomaşın bir neçə nəfərə, eləcə də yolun əks istiqamət zolağından gələn Mitsubishi markalı avtomaşına ziyan vurmuşdur. Hadisə zamanı ona məxsus olan Chevrolet Lacetti markalı avtomaşının sol qanadı, kapotun sol tərəf hissəsi, bufer və s. zədələnmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Şahid2 onun həyat yoldaşıdır, ona məxsus olan “Mitsubishi Lancet” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomaşını idarə etmək üçün əri Şahid2 etibarnamə vermişdir. 18.10.2020ci il tarixdə saat 20:00 radələrində həyat yoldaşı İqor Bayıl qəsəbəsi istiqamətindən yaşadıqları Bibiheytbət qəsəbəsinə gələn zaman, “Jurnalistlər” yaşayan binanın qarşısında, yolun əks istiqamətində “Chevrolet Lacetti” markalı avtomaşın tərəfindən vurulmuş Opel Astra markalı avtomaşın İqorun hərəkətdə olduğu zolağa dönən zaman, onun maşınını sol tərəfdən vuraraq sürtmüş və maşınına zərər vurmuşdur. Maşına dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" MMC də maşını yoxladan zaman dəymiş ziyanın ümumilikdə 6294 manat 85 qəpik olduğu müəyyən edilmiş və bu barədə rəsmi sənəd verilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 20:00 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs6 qızma məxsus olan, etibarnamə ilə idarə etdiyi gümüşü metallik rəngli “Mıtsubishi Lancet” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomaşınla Bayıl qəsəbəsi istiqamətindən yaşadığı Bibiheytbət qəsəbəsinə gedirmiş. Yeni inşa edilmiş Bibiheybət yolunun sağında, ünvan 3 ünvanınında yerləşən “Jurnalistlər” yaşayan binanın qarşısına yaxınlaşan zaman yolda maşınların dayandığını görmüş, çox sayda adamlar ora toplaşıbmışlar. İlk baxışdan yol nəqliyyat hadisəsi olduğu görünürmüş. O, maşının sürətini təxminən 20 km saata qədər azaltmış və hərəkətini davam etdirmişdir ki, yolda olan insanlara maşınla toxunmasın. O, hadisə olan yerə yaxınlaşan zaman gözlənilmədən “Opel Astra” markalı avtomaşın yolun əks istiqamətindən onun maşını idarə etdiyi əks istiqamət zolağına dönərək, onun idarə etdiyi Mitsubishi Lancer markalı avtomaşını sol tərəfdən dəymiş və sol tərəfi tamamilə sürtmüşdür. O, qarşıda, yolun sağ kənarında saxlayıb maşından düşmüş, məlum olmuşdur ki, Opel-Astra markalı avtomaşını, yolun Bibiheybət qəsəbəsi istiqamətindən gələn “Chevrolet Lacetti” markalı avtomaşın vurmuş, dəyən zərbədən “Opel Astra” markalı avtomaşın onun maşınının istiqamətinə dönəndə maşınına dəymiş, sonuncu hadisə nəticəsində bir neçə nəfər də xəsarət almışlar. Hadisə zamanı onun idarə etdiyi maşının sol tərəf hissəsi zədələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5seyfəl Balaqardaş oğlu ifadəsində göstərmişdir ki, 18.10.2020-ci il tarixdə saat 20:00-da özünə məxsus olan Mersedes Benz C 200 markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomaşınla evə getmək üçün Bayıl qəsəbəsi istiqamətində sürmüşdür. Maşını 90 km saat sürəti ilə sürürmüş ki, evə tez çatsın ki, komendant saatına düşməsin. O, Bibiheybət qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində yolun soldan birinci zolağı ilə maşını sürürdü. “Jurnalistlər” binasının qarşısındakı işıqforda, yolun soldan birinci zolağında dayanmış Opel Astra markalı, ** DB *** dövlət nömrə nişanlı avtomaşının orada dayandığını görmüşdür. Həmin avtomaşının yolun soluna dönmə üçün işıqlarını yandırıbyandırmamasına fikir verməmişdir. O, yolun sağ tərəf zolağına baxmamış, ona görə də həmin avtomaşına çatanda soldan maşını ötə biləcəyini düşünərək “Opel Astra” markalı avtomaşını soldan ötmək istəmişdir. Ona görə də yolun əks istiqamət zolağına çıxanda “Opel Astra” markaı avtomaşın da yolun soluna dönmüş, həmin vaxt onun idarə etdiyi Mersedes benz C 200 markalı avtomaşınla “Opel Astra” markalı avtomaşını sol tərəfindən vurmuş, maşın yolun sağ tərəf istiqamətinə dönmüşdür. O, dərhal maşından düşərək “Opel Astra” markakı avtomaşına yaxınlaşmışdır ki, sürücünün xəsarətinin olub-olmadığına baxsın. Görmüşdür ki, sürücü xəsarət almayıb və o, ilkin olaraq sığorta ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. Sığorta əməkdaşları 25 dəqiqəyə gələcəklərini bildirmişlər. Həmin vaxt maşının ətrafına bir neçə nəfər adam toplaşmışdır. Sonra “Opel Astra” markalı avtomaşının sürücüsü DİN-in 102 xidmətinə zəng vurmuş, bu zaman post patrul xidmətinin əməkdaşları gəlmiş, polis əməkdaşları ilə yol patrul xidmətinin əməkdaşlarına məlumat vermələri üçün söhbət edən zaman Bibiheybət qəsəbəsi istiqamətindən gələn yaşıl metallik rəngli “Chevrolet Lacetti” markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşın “Opel Astra” markalı avtomaşını sağ tərəfindən vurmuş, maşın yolun əks istiqəmitinə dönən zaman maşının ətrafına yığışmış adamlara dəymişdir. Həmin şəxslərdən bildiyinə görə 3 nəfər xəsarət almışdır. İş materiallarında olan 26 dekabr 2020-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 18.10.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxış keçirilən Səbail rayonu Bibiheybət qəsəbəsindən keçən mərkəzi yoldur. Yolun eni 18 metrdir. Yolun Bibiheybət qəsəbəsi istiqamətində olan hərəkət hissəsi iki zolaqdan ibarətdir, eni 7 metrdir. Yol Bayıl qəsəbəsi istiqamətində üç zolaqlıdır, hərəkət hissəsinin eni 9 metrdir. Yol-nəqliyyat hadisəsi baş vermiş Bibiheybət yolu 22 ünvanda yerləşən «Jurnalistlər» binasının qarşısında, yolun hərəkət hissəsidir. Bibiheybət qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin ikinci zolağında qara rəngli, «Mersedes» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil sağ qarşı hissəsindən zədələnmiş vəziyyətdə dayanmışdır. Yolun kənarında qara rəngli «Opel Astra» markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin bir təkəri üzərində olmamaqlahəmin hissədən qanad, işıqları sınmış vəziyyətdə qoyulmuşdur. Avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 qeyd olunan «Opel Astra» markalı avtomobilə Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, jurnalistlər binasının qarşısında olan işıqaforda yolun əks istiqamətinə dönən zaman, arxadan sürətlə hərəkətdə olan Mersedes markalı avtomobil onun avtomobilinin sol tərəfindən vuraraq, hərəkət zolağının sağ tərəfmə döndərdiyinə, bir neçə dəqiqə sonra Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan “Chevrolet Lacetti” markalı avtomobilin «Opel Astra» markalı avtomobilin sağ tərəfindən vuraraq yolun əks hərəkət zolağına çıxarması nəticəsində, əks zolaqda hərəkətdə olan «Mitsubishi Lanser» markalı avtomobilə də zərər dəydiyini bildirmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 18.10.2020-ci il tarixli 2/10029 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuş və alkoqol qəbulu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 18.10.2020-ci il tarixli 2/10030 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5seyfəl Balaqardaş oğlunda alkoqol qəbulu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 18.10.2020-ci il tarixli 2/10031 nömrəli protokoldan görünür ki, Şahid2 alkoqol qəbulu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 18.10.2020-ci il tarixli 2/10032 Nə-li protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 alkoqol qəbulu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 Hüquqi Şəxsin məhkəmə-tibb ekspertizasının 12.11.2020-ci il tarixli 588 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər - sağ baldırın yuxarı 1/3-nin ön-iç və aşağı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 oktyabr 2020- ci il tarixli avtomobil travması, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabaq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs2 adma tərtib olunmuş arayışda qeyd olunan «Döş qəfəsinin ön səthinin əziyi» diaqnozu obyektiv kliniki və məhkəmə-tibbi əlamətlərlə öz təsdiqini tapmadığından xəsarət kimi qiymətləndirilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 Hüquqi Şəxsin məhkəmə-tibb ekspertizasının 12.11.2020-ci il tarixli 589 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarətlər - sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 oktyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabaq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 Hüquqi Şəxsin məhkəmə-tibb ekspertizasının 22 dekabr 2020-ci il tarixli 679 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 Təvəkkül oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bud sümüyünün bayır (laterial) kondilusunun subxondral xətti, medial kondilusun iç kolleterial bağın birləşmə yerində qəlpəli sınığı, iç (medial) kolleterial liqamentum (bağ) liflərində və medial meniskbud bağında yırtılma patellanın (diz bağının) bayıra doğru subluksasiyası (yerdəyişməsi), bayır menskin arxa buynuzunun yırtığı, ön çarpaz bağın bud sümüyünə birləşmə yerindən tam qopması, arxa çarpaz bağın kranial (baş) hissəsində böyük ölçülü yırtıq, diz qapağıaltı bursanın (kisənin) hemartrozu (qan yığılması), oynaqətrafı yumşaq toxumaların geniş posstravmatik ödemi və hemorraqik dəyişiklikləri halında diz oynağının ümumi şişkinliyi və hərəkət məhdudluğu ilə müşayət olunan əziyi, sağ baldırın orta 3/1-nin bayır səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 oktyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşının qabaq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Yevlax rayonu Tanrıqulular kəndində yaşayan X4 notarial qaydada təsdiq edilmiş **********389 №-li ərizəsinin məzmunundan görünür ki, ona məxsus olan 1999-cu il buraxılışlı OREL ASTRA minik» markalı 99DB042 dövlət qeydiyyat nişanlı avtomaşın a 11.01.2020-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs1 «Nəqliyyat vasitəsinə dair sərəncam hüququ» etibarnamə vermişdir. Bunun müqavilində maşının dəyəri qədər pul almışdır. Bu səbəblə həmin avtomaşına dair heç bir iddiası yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Rahim oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 fevral 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 Hüquqi Şəxsin məhkəmə-tibb ekspertizasının 17.02.2021-ci il tarixli 73 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 16.02.2021-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Vət. H.Y.Sadiqimin adma tərtib olunmuş arayışda qeyd olunan «sağ çiyin və hər iki dizin əziyi» diaqnozu küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 oktyabr 2020-ci il tarixli avtomobil travması nəticəsində piyada qismində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisəsi ekspertizasının 03 fevral 2021-ci il tarixli 8/65 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz C200 markalı 99ZV315 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqındaw Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs5 avtomobili maksimum hərəkət sürəti 3.24 «Maksmum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 80 km/saat qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksmum sürətin məhdudlaşdırılmasa qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ghevrolet Lacetti markalı 99LF236 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 fevral 2021-ci il tarixli 9/856 nömrəli rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.02.2021-ci il tarixli qüsur aktı məlumatına əsasən 1999-cu il buraxılışlı Opel Astra markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vurulan zaman dəymiş ziyan təxminən 3470,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 2660,00 manat; təmir-bərpa işlərinin qiyməti 810,00 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.02.2021-ci il tarixli qüsur aktı məlumatına əsasən 1999-cu il buraxılışlı Opel Astra markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən vurulan zaman dəymiş ziyan təxminən 2230,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 1380,00 manat; təmir-bərpa işlərinin qiyməti 850,00 manat. 3. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.02.2021-ci il tarixli qüsur aktı məlumatına əsasən 2006-cı il buraxılışlı Chevrolet Lacetti markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1700,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 1080,00 manat; təmir-bərpa işlərinin qiyməti 620,00 manat. 4. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 20.10.2020-ci il tarixli qüsur aktından göründüyü kimi 18.10.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı Mitsubishi Lancer EX markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4103, 00 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti 3248,00 manat; təmir-bərpa işlərinin qiyməti 855,00 manat. 2. Dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 2845, 00 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti 1990,00 manat; təmir-bərpa işlərinin qiyməti 855,00 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 150 (bir yüz əlli ) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 03 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 03 mart 2021-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 18.10.2020-ci il tarixdə saat 20:31:31-də «Chevralet Lacetti» markalı 99LF236 dövlət qeydiyyat nişanlı avtomobil Səbail rayonu ünvan 3 ünvanda yerləşən «Jurnalistlər» binasının qarşısından keçən mərkəzi yolun Bibiheybət istiqamətindəki hissəsində hərəkətdə olan zaman yolun həmin hərəkət hissəsinin ikinci zolağında qəza işıqları yanmış vəziyyətdə dayanan «Opel Astra» markalı avtomobilin sağ yan tərəfindən vurur. Zərbədən avtomobil yolun əks istiqamət zolağına dönəndə həmin istiqamətdə dayanmış bir neçə nəfərə, eləcə də yolun əks istiqamət zolağında hərəkətdə olan «Mitsubishi Lancet» markalı avtomobilə dəyir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 03 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan B seriyalı 559519 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti 19.01.2029-cu il tarixə kimidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Rahim oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 18.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs7 18.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 18.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 18.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli nəticəsində sağlamlığına vurulmuş az ağır zərərə görə çəkdiyi müalicə xərclərinin ümumi dəyəri olan 3490 manat, mənəvi zərər və əldən çıxmış faydaya görə 3000 (üç min ) manat məbləğində pul tutularaq ona ödənilməsi” tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün isə əsaslar yoxdur. Buna görə, Təqsirləndirilən şəxs oğlu təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs5 istisna olmaqla, digər zərərçəkmiş şəxslərlə barışmasını, hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs5 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 3490 (üç min dörd yüz doxsan) manat məbləğində vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh ) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 3490 (üç min üç dörd yüz doxsan) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs5 Təvəkkül oğluna ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) köçürülsün. İş üzrə 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-126/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-126/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver