Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-126/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,ev 90,mənzil 11-də ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində 11 oktyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs vahid tamah niyyəti ilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2021-ci ilin aprel ayının sonlarından 01 fevral 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə və saatlarda, xadimə kimi işlədiyi ünvan 2 ünvanında,mənzil sahiblərinin evdə olmamasından istifadə edərək, mənzilin yataq otağındakı əl çantasında saxlanılan Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 9.800 manat olan 4.900 avro və məzənnəsi 15.200 manat olan 8.940 ABŞ dollar nağd pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 25.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o, oğlu Şahid1la birlikdə Şəki rayonunda pasport qeydiyyatında olsa da Bakı şəhərində tək yaşayır və müxtəlif evlərdə xadimə kimi fərdi işləmişdir. Mərhum əri Nazim 1997-ci ildə vəfat etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 01 fevral 2022-ci il tarixə kimi, 9 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Asəf Zeynallı küçəsi, ev 19 mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs evində xadimə kimi işləmiş, yemək bişirmiş, təmizlik işləri və sair məişət işləri görmüşdür. O, hər gün səhər saat 07 radələrindən axşam saat 19 radələrinə kimi Zərərçəkmiş şəxs evində işləmiş, həftənin şənbə və bazar günləri isə istirahət günü olmuş, gördüyü iş müqabilində Zərərçəkmiş şəxs ona hər ay iki dəfə, yəni hər ayın 10 və 25 tarixlərdə, hər dəfə 250 manat olmaqla, cəmi 500 manat əmək haqqı vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs hərdən onun rayonda olan oğlunun xəstəliyini və ya bayram günlərini nəzərə alaraq, əmək haqqından başqa 20-50 manat arası əlavə pul ödəmişdir. O, Zərərçəkmiş şəxs iki mərtəbəli və mansardlı evində təmiz işlərini apararkən, evin ikinci mərtəbəsində yerləşən yataq otağında, çarpayının yanında qoyulmuş əl çantasının içərisində sayını bilmədiyi müxtəlif çox sayda 100-lük ABŞ dolları və avro pul əskinazlarını görmüş, onun maddi vəziyyəti aşağı olduğundan və Şəki rayonunda yaşayan oğlu Toğrulun xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan, yataq otağındakı tünd göy rəngli çantanın içərisindəki puldan 2-3 ədəd ya ABŞ dolları və ya avro pul əskinazlarını hər 15-20 gündən bir götürüb, Bakı şəhəri, 8-ci km qəsəbəsindəki bazarda, əldə xarici valyutaların alışı və satışı ilə məşğul olan tanımadığı şəxslərə verib xırdalıyaraqəldə etdiyi müxtəlif Azərbaycan manatı pul məbləğlərini “Milli ön” və “eManat” aparatı vasitəsi ilə oğlu Toğrulun bank kart hesabına qoymaqla göndərmişdir. Zərərçəkmiş şəxs əl çantasında pul çox olduğundan və o, da həmin puldan az-az götürdüyündən, sonuncu çantada olan pulun azalmasını hiss etməmiş, həmin puldan işlədiyi 9 ay müddətində dəfələrlə dəqiq sayını bilmədiyi, 200-300 ABŞ dolları və ya avro arasında pulu götürmüşdür. Zərərçəkmiş şəxs və arvadı iş adamları olduğundan, həftənin iş günlərini işdə, iki nəfər azyaşlı uşaqları məktəbli olduqları üçün səhərlər məktəbdə,sonra isə müəllim yanında hazırlıqda olduqları üçün ailəlikcə günortadan sonra və ya axşam üstü evə gəldiyindən, o, pulları ailə üzvlərinin evdə olmadıqları saatlarda götürmüşdür. Sonuncu dəfə 01 fevral 2022-ci il tarixdə,saat 17 radələrində.o, evdə tək olarkən yataq otağındakı çantadan, ev sahibi İlham və arvadı Aytənin evdə olmadıqları ərəfədə, 200 ABŞ dolları pulu həmin çantadan gizlin götürmüş, saat 19 radələrində, onun iş saatı bitib evinə getmək istəyərkən, evə yeni gəlmiş Aytən xanım onu paltar ütülətmək adı ilə geri çağırmış, o, qarderob otağında paltar ütülüyərkən Zərərçəkmiş şəxs evə gəlib, onu çağıraraq yataq otağından pul oğurlamasını bildirmişlər. O, əvvəlcə etiraf etməsə də, Zərərçəkmiş şəxs ona etiraf edib pulu qaytaracağı halda polisə məlumat verməyəcəyini bildirdikdə, o, səmimi etiraf edib həmin günü çantadan 200 ABŞ dollarını gizlin şəkildə götürdüyünü, həmin pulunu paltarının sinəsində gizlətdiyi yerdən çıxarıb Zərərçəkmiş şəxs təqdim etmiş, sonra isə sonuncu oğurluq barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinin, zərərçəkmiş şəxsin şikayətçi olmamasının, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, cinayətin açılmasına kömək etməsinin, oğlunun xəstə olmasının və əvvəllər məhkum olunmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi ev 19 mənzil 4-də yaşayır. 2021-ci ilin təxminən aprel ayının əvvəllərində evində xadiməlik etmək üçün əslən Şəki rayonundan olan Təqsirləndirilən şəxs Əhmədiyyə qızını işə qəbul etmiş, qarşılıqlı razılaşmaya əsasən və Yeganənin istəyi ilə 500 manat əmək haqqısını o, iki hissəyə bölməklə ayın əvvəli və axırı tam şəkildə ödəmişdir. O, Yeganənin gördüyü iş müqabilində əmək haqqını artıqlaması ilə ödəmiş, həttda sonuncunun banka kredit borcu olmasını nəzərə alaraq ay ərzində müəyyən məbləğdə 20-50 manat arası əlavə ödənişlər etmişdir. O, şəxsi biznesilə əlaqədar topladığı pul vəsaitini 50 və 100-lük dollar və avro şəklində müxtəlif məbləğdə tünd göy rəngli əl çantasına qoyaraq yataq otağında çarpayının yanında saxlamışdır. 07 dekabr 2021-ci i tarixdə o, çantada olan dollar zərfini açdıqda içərisində 10.000 ABŞ dolları olmalı olduğu halda, sayarkən zərfdə cəmi 5400 ABŞ dolları olmasını aşkar etmiş, təcüblənərək arvadından soruşduqda, sonuncu götürmədiyini demişdir. Eyni zamanda o, zərfdən götürdüyü pulların məbləğini və tarixini zərfin üzərinə dəsti xətti ilə yazmaq adəti olduğundan, həmin çatışmayan 4.600 ABŞ dolları haqda heç bir qeyd olmamışdır. Həmin dövrdə pulun Yeganə tərəfindən götürülməsinə onda heç bir şübhə yaranmamışdır. 2022-ci ilin yanvar ayı ərzində o, zərfdə olan pulun yenə azalmasını aşkar etmiş, həmin dövr “Covid-19”pandemiya dövrü olduğundan evinə qohum-əqrabadan və ya tanışlarından heç kimin gəlib-getmədiyini, evinə də kənardan müdaxilə olmadığından, həmin vaxtlar evdə yad adam yalnız Yeganə olduğundan sonuncudan şübhələnməyə başlamış, 25 yanvar 2022-ci il tarixdə əl çantasındakı zərfin içərisində səhər üstü saydıqda 900 ABŞ dolları olduğu halda, axşam üstü evə döndükdə və Yeganə getdikdən sonra saydıqda 800 ABŞ dolları olmasını gördükdə, həmin günü evdə Yeganə tək olmasını nəzərə alaraq o, tam əmin olmuş ki, pulu Yeganə götürür. Bundan sonra o, Yeganənin etdiyi oğurluğu aşkara çıxarmaq üçün 26 yanvar 2022-ci il tarixdə, zərfə əlavə olaraq 2.000 ABŞ dolları qoymuş ki, zərfin içərisində pul çox olsun. Bununla da zərfin içərisində 28 ədəd 100-lük əskinazla cəmi 2.800 ABŞ dolları olmuş, həmin pulların fotosunu o, çəkmiş ki, pul əskinazlarının seriya nömrələri düşsün. Bundan sonra, hər gün zərfdə olan pulun miqdarını Yeganə evdən getmədən arvadı Aytən tərəfindən yoxlanmış, 01 fevral 2022-ci il tarixdə, Aytən yenə evə gəlib, Yeganəye paltar ütülətmək bəhanəsi ilə evdə ləngidib çantanın içərisindəki zərfdə olan pulu saydıqda, puldan 200 ABŞ dolları çatışmadığını aşkar etmiş,dərhal bu barədə ona məlumat vermişdir. O,Yeganənin etdiyi oğurluq barədə Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşları ilə birlikdə evə gəlib Yeganə ilə söhbət edərkən, sonuncu etdiyi oğurluğu etiraf edərək üzərində olan və həmin günü oğurladığı sonuncu 200 ABŞ dollarını təqdim etmiş, polis əməkdaşları da həmin 200 ABŞ dollarını onun iştirakı ilə protokolla götürmüşlər. O, da polis əməkdaşlarına zərfdə qoyulmuş ümumi 2800 ABŞ dollar pulun əvvəlcədən çəkdiyi şəkili təqdim etmiş, həmin şəkildə olan pulun seriya nömrələrinin içərisində Yeganənin götürdüyü iki ədəd 100-lük dolların seriyası uyğun gəlməsini sübut kimi göstərmiş, polis əməkdaşları da pulun ksero surətini çıxarıb götürmüşlər. Sonra Yeganə əvvəlki günləri də müxtəlif məbləğdə evindən, yəni çantada olan puldan oğurlamasını etiraf etmiş, oğurladığı pulların müəyyən hissəsi kirayədə yaşadığı evində saxladığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra o, hesabladıqda, Yeganə 2021 -ci ilin aprel ayının sonlarından 01 fevral 2022-ci tarixinə kimi olan müddət ərzində, evində yəni yataq otağında qoyduğu əl çantanın içərisindən, hissə-hissə milli pulla məzənnəsi ilə 9.800 manat məbləğində olan cəmi 4.900 avro və milli pulla məzənnəsi 15.200 manat məbləğində olan cəmi 8.940 ABŞ dolları nağd pulunu oğurlamaqla, ona ümumilikdə cəmi 25.000 manat maddi ziyan vurmasını müəyyən etmiş, həmin ziyanın qaytarmasını Yeganədən tələb edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid2 göstərmişdir ki, 2021-ci ilin təxminən aprel ayının əvvəllərində evində xadiməlik etmək üçün əslən Şəki rayonundan olan Təqsirləndirilən şəxs işə qəbul etmiş, Yeganə həmin şərtlərlə evində işləmiş, qarşılıqlı razılaşmaya əsasən və Yeganənin istəyi ilə 500 manat əmək haqqısını əri İlham iki hissəyə bölməklə ayın əvvəli və axırı,yəni hər 20 gündən bir tam şəkildə ödəmişdim. İlham Yeganənin gördüyü işin müqabilində əmək haqqını artıqlaması ilə ödəmiş, hətta Yeganənin banka kredit borcu olmasını nəzərə alaraq ay ərzində müəyyən məbləğdə 20- 50 manat arası əlavə ödənişlər etmişdir. Bundan başqa İlham biznes işi ilə əlaqədar topladığı pul vəsaitini xarici valyutada ABŞ dolları və avro şəklində müxtəlif məbləğdə tünd göy rəngli əl çantasına qoyaraq yataq otağında çarpayının yanında saxlamış, həmin çantada olan pul vəsaitlərinin dəqiq məbləğini o, heç bir zaman bilməmiş, maraqlanmamış, ona pul lazım olduqda İlham özü oradan götürüb vermiş, həmin çantadan o, heç bir zaman öz başına pul götürməmişdir. 2021-ci ilin dekabr ayında İlham ondan əl çantasından hər hansı bir məbləğdə pulu özünə demədən götürməsini soruşduqda, o, da çandatan heç bir məbləğdə pul götürmdədiyini bildirmiş, bu zaman ilham çantada olan pulun azaldığını bildirmişdir. Həmin dövrdə pulun Yeganə tərəfindən götürülməsindən İlham və onda heç bir şübhələr yaranmamışdır. Bundan sonra 2022-ci ilin yanvar ayı ərzində İlham çantada olan pulların yenə azalmasını aşkar etməsini ona bildirmiş, həmin dövr “Covid-19” pandemiya dövrü olduğundan evlərinə qohum-əqrabadan və ya tanışlarından heç kim gəlib-getmədiyini, mənzilə də kənardan müdaxilə olmadığından, həmin vaxtlar evdə yad adam yalnız Yeganə olduğundan sonuncudan şübhələnmişlər. 25 yanvar 2022-ci il tarixdə İlham əl çantasındakı zərfdə olan pulu səhər üstü saydıqda 900 ABŞ dolları olmasını gördüyü halda, axşam üstü evə döndükdə və Yeganə getdikdən sonra pulu saydıqda 800 ABŞ dolları olmasını görmüşdür. Həmin günü də evdə Yeganə tək olmasını nəzərə alaraq əri və o, tam əmin olmuş ki, çantadan pulları Yeganə götürür. Bundan sonra Yeganənin etdiyi oğurluğu aşkara çıxarmaq üçün İlham 26 yanvar 2022-ci il tarixdə əlavə olaraq zərfə 2.000 ABŞ dollarını qoymuş ki, zərfin içərisində pul çox olsun, bununla da zərfin içərisində 28 ədəd 100-lük əskinazla cəmi 2.800 ABŞ dolları olmuşdur. İlham həmin pulların fotosunu çəkmiş ki, pul əskinazlarının seriya nömrələri düşsün. Sonra, hər gün axşam saat 18 radələrində, o, evə dönərək müxtəlif bahanə ilə Yeganəni evdə ləngitmiş, bu zaman isə o, yataq otağına keçib çantadakı pulları sayıb azalıb-azalmamasını yoxlamış, sonra isə Yeganəyə evdən getməsini demişdir. Bir neçə gün ardıcıl o, çantadakı pulları saydıqda azalmamış, 01 fevral 2022-ci il tarixdə, saat 18 radələrində o, evə dönüb yenə paltar ütüləməsi bəhanəsi ilə Yeganəni evdə ləngitmiş, həmin vaxt yataq otağına keçib pulu saydıqda zərfdə olan puldan 200 ABŞ dolları çatışmadığını aşkar etmiş, bu barədə dərhal zəng edib İlhama bildirərək evə çağırmışdır. Sonra İlham evə gəlib Yeganə ilə pul oğurlaması barədə söhbətlər apararkən, ilkin olaraq Yeganə oğurluğu etiraf etməsə də, sonra etiraf etmiş və İlham pul oğurlanması barədə Səbail RPl-nin 9-cu PB-nə məlumat vermişdir. Polis əməkdaşları da gəlib Yeganə ilə söhbət edərkən o, etdiyi oğurluğu etiraf edarak üzərində olan və həmin günü oğurladığı sonuncu 200 ABŞ dollarını təqdim etmişdir. Polis əməkdaşları İlhamın iştirakı ilə protokol tərtib edərək həmin 200 ABŞ dollarını götürmüşdülər. Sonra İlham polis əməkdaşlarına zərfdə qoyulmuş ümumi 2800 ABŞ dollar pulun əvvəlcədən çəkdiyi şəkili təqdim etmiş, həmin şəklin içərisində Yeganənin təqdim etdiyi iki ədəd 100-lik dolların seriyası ilə uyğun pul əskinazları olmuşdur. Söhbət zamanı Yeganə əvvəlki günləri də müxtəlif məbləğdə evlərindəki əl çantanın içərisindən müxtəlif məbləğdə pul oğurlamasını etiraf etmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid3 göstərmişdir ki, o, 02 fevral 2022-ci il tarixdə, iş yoldaşı Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Orxan Səlimzadə ilə birlikdə 9-cu PB-nin ərazisində xidmətdə olarkən, xidməti ərazidə Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynalı küçəsi, ev 19, mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefonuna zəng edərək, yaşadığı mənzildə xadimə işləyən Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çantadan nağd pul oğurlamasını və Zərərçəkmiş şəxs tərəfindən yaxalanması barədə məlumat vermişdir. O, həmin məlumatı yoxlamaq üçün əməliyyat müvəkkili O. Səlimzadə ilə birlikdə həmin ünvana getmiş, orada Təqsirləndirilən şəxs ilə tərəfindən aparılan söhbət zamanı, sonuncu mənzildəki Zərərçəkmiş şəxs məxsus çantadan 200 ABŞ dolları nağd pulu gizli olaraq oğurlanmasını etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayır, heç bir yerdə işləmir, hərdən düşdükdə fəhləlik edərək çörək pulu qazanır. Onun anası Təqsirləndirilən şəxs Bakı şəhərində kirayədə tək yaşayaraq orada müxtəlif evlərdə xadiməlik edərək qazandığı puldan ona göndərir. Anası Yeganə göndərdiyi pulları onun istifadə etdiyi “Umico" bank kartına yükləmiş, o, həmin kartdan kəndində və ya Şəki rayonunda posterminal aparatlarından çıxarmışdır. Anasının ona göndərdiyi pulların dəqiq məbləğlərini və ya tarixlərini bilmir, anasının göndərdiyi pulun ən böyük məbləği 1.100 manat ən az məbləği isə 50 manat olmuş, həmin pul məbləğlərini anası işləyərək qazandığı pul olmasını ona demişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Səbail rayon Polis İdarəsindən onunla əlaqə saxlanılarkən, ona məlum olmuşdur ki, anası işlədiyi evdə, ev sahibinin pulunu mütəmadi olaraq oğuralayaraq ona göndərmişdir. Anası Yeganənin göndərdiyi pulun oğurluq olmasını, həmçinin anasının kimin evində işləməsini və kimdən pul oğuramasını bilmədiyini, anası pulu yalnız bank vasitəsi ilə köçürərək milli manatla pul göndərməsini,həmin pulun ümumi məbləğini o, bilmədiyini, hesablamamasını bildirmişdir. Məhkəməyədək icraat dövründə aparılmış 03 fevral 2022-ci il tarixdə ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs, 2021-ci ilin aprel ayının təxminən axırlarından, 01 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində, müxtəlif tarixlərdə və saatlarda, xadimə kimi işlədiyi Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynalı küçəsi, ev 19, 4 saylı mənzilin yataq otağındakı əl çantasında olan zərflərdə saxlanılan, müxtəlif məbləğdə ABŞ dolları və avro şəklində olan xarici valyutanın pul əskinazlarından hər dəfə 200-300 dolları və ya avro şəklində pulu gizli şəkildə götürməsini, həmin xarici valyutanı Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən bazarda, xarici valyutanın alqlı-satqısı ilə məşğul olan şəxslərdə milli manat puluna dəyişərək, özü üçün xərcləməsini, kredit borclarını ödəsini, poçt və ya ödəmə terminaları vasitəsi ilə Şəki rayonunda yaşayan oğluna göndərməsini bildirərək, həmin gizli olaraq oğurladığı pulların saxlandığı əl çandasının qoyulduğu yataq otağındakı yeri əyani olaraq göstərmişdir. Qəbz və 02 fevral 2022-ci tarixli götürülmə haqqında protokoldan görünür ki, iki ədəd 100-lik cəmi 200 ABŞ dolları pul əskinazları iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beş ədəd 100-lik cəmi 500 ABŞ dolları və dörd ədəd 100-lik cəmi 400 avro pul əskinazları iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin may ayından 2022-ci ilin yanvar ayının axırlarına kimi olan müddət ərzində, oğlu Şahid1 adına göndərilmiş cəmi 2.042,7 manat pulun ödəməsinə dair və “Kontakt-Home 3” mağazasına ümumulikdə cəmi 293 manat kredit borcunun ödənməsinə dair qəbzlər iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirlərinin seçilməsi haqqında qərarlardan görünür ki, 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunaraq barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, cinayətin açılmasına kömək etməsini, oğlunun xəstə olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə maddi sübutlar yeddi ədəd 100-lük cəmi 700 ABŞ dolları və dörd ədəd 100-lük avro pul əskinazları saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək, 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar yeddi ədəd 100-lük cəmi 700 ABŞ dolları və dörd ədəd 100lük avro pul əskinazları saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 258 (iki yüz əlli səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-126/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-126/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver