Məhkəmə qərarları › İş №1(009)-126/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-126/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-126/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışları - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət etməklə yol verdiyi nöqsanlara görə 18 aprel 2020-ci ildə daxili işlər orqanlarından xaric olunmuş Vasif Qasımovu həmin vəzifəyə bərpa olunmasını təmin edəcəklərini sonuncunun atası Zərərçəkmiş şəxs yalan vəd verib aldatmış, 22 dekabr 2020-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Araz” Supermarketin qarşısında Zərərçəkmiş şəxs 10.000 manat, sonuncunun tanışı Şahid3 vasitəsi ilə isə iki dəfəyə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şossesində yerləşən “Meyvəli” ticarət mərkəzində 10.000 manat, 2021-ci ilin mart ayının əvvələrində həmin ünvanda 10.000 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 30.000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə Tərtər rayon Məhkəməsində xüsusi ittiham qaydasında baxılan işdə bəraət alınmasını təmin edəcəklərini yalandan vəd verib onu aldatmış, 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 adına olan Unibanka məxsus “Albalı” karta göndərilmiş 2.000 manat, 28 mart 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında övladı X2 3.500 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 5.500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışları - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət etməklə yol verdiyi nöqsanlara görə 18 aprel 2020-ci ildə daxili işlər orqanlarından xaric olunmuş Vasif Qasımovu həmin vəzifəyə bərpa olunmasını təmin edəcəklərini sonuncunun atası Zərərçəkmiş şəxs yalan vəd verib aldatmış, 22 dekabr 2020-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Araz” Supermarketin qarşısında Zərərçəkmiş şəxs 10.000 manat, sonuncunun tanışı Şahid3 vasitəsi ilə isə iki dəfəyə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şossesində yerləşən “Meyvəli” ticarət mərkəzində 10.000 manat, 2021-ci ilin mart ayının əvvələrində həmin ünvanda 10.000 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 30.000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə Tərtər rayon Məhkəməsində xüsusi ittiham qaydasında baxılan işdə bəraət alınmasını təmin edəcəklərini yalandan vəd verib onu aldatmış, 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 adına olan Unibanka məxsus “Albalı” karta göndərilmiş 2.000 manat, 28 mart 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında övladı X2 3.500 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 5.500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışları - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət etməklə yol verdiyi nöqsanlara görə 18 aprel 2020-ci ildə daxili işlər orqanlarından xaric olunmuş Vasif Qasımovu həmin vəzifəyə bərpa olunmasını təmin edəcəklərini sonuncunun atası Zərərçəkmiş şəxs yalan vəd verib aldatmış, 22 dekabr 2020-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Araz” Supermarketin qarşısında Zərərçəkmiş şəxs 10.000 manat, sonuncunun tanışı Şahid3 vasitəsi ilə isə iki dəfəyə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şossesində yerləşən “Meyvəli” ticarət mərkəzində 10.000 manat, 2021-ci ilin mart ayının əvvələrində həmin ünvanda 10.000 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 30.000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün (cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə sonuncu epizodun Bakı şəhəri Nəsimi rayonu ərazisində törədildiyini nəzərə alaraq, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsini təklif etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ibtidai istintaqın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində aparıldığına görə cinayət işini baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər Bakı şəhərinin ərazisində və sonuncu əməl isə 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon ərazisində- Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında baş vermişdir. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 son əməlini Bakı şəhəri Nəsimi rayonu ərazisində törətmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs son əməlini Bakı şəhəri Nəsimi rayonu ərazisində başa çatdırdığından və qeyd edilən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə sonuncu cinayətin başa çatdığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmədir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 19 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, 04 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 mart 2023-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində 30 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, 15 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 mart 2023-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onlar barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası keçirilənə və hazırlıq iclasının qərarı qəbul edilənədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar