Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-126/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 05 dekabr 2023-cü il tarixdə saat 18:05 radələrində Səbail RPİ-nin NMB-nin və 9cu PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq ünvan 4l RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 19:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.926 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 aya yaxın olar ki, “Patı” kimi tadığım psixatrop maddə metamfetamin qəbul edir. Həmin psixatrop maddəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi müxtəlif şəxslərdən alır. Tutulmazdan əvvəl Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə olan zaman tanımadığı, adını bilmədiyi bir nəfər şəxsdən 15 manat pul müqabilində bir bükün “patı” adlandırılan psixatrop maddəni alıb və cibində saxlamaqla şəxsi istifadəsi üçün öz üzərində daşıyıb ki, münasib bir yerdə həmin narkotik vasitəni qəbul edər. 05 dekabr 2023-cü il tarixdə təxminən 18 radələrində yaşadığı ünvanın yaxınlığında yəni, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala döngəsində olan zaman iki nəfər şəxs yaxınlaşıb, özlərini Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin və 9-cu PB-nin əməkdaşları kimi təqdim edərək onu saxlayıb, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətiriblər. Bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı onun anket məlumatlarını dəqiqləşdirdikdən sonra şübhəli şəxs qismində tutulma qərarını elan edib və təklif edib ki, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etsin. O, bildirib ki, vəkili yoxdur, vəkil tutmaq üçün maddi imkanı yoxdur və bu barədə ərizə yazaraq dövlət büdcəsi hesabına müdafiəçi təyin edilməsini, vəkil verilməsini xahiş edib. Ərizə verdikdən sonra təhqiqatçı mənə Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edib. Həmin siyahı ilə tanış olub. Bundan sonra təhqiqatçı müdafiəçi təyin edilməsi haqqında qərar tərtib edib. Bir neçə dəqiqə sonra Səyyarə Əliyeva müdafiəçi kimi təqdim edilib. Ona etiraz etməyib və hüquqlarının Səyyarə Əliyeva tərəfindən müdafiə edilməsinə razı olub. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib edərək onu və müdafiəçi Səyyarə Əliyevanı həmin protokolla tanış edib, hüquq və vəzifələri barədə bildiriş verərək hüquq və vəzifələrini izah edib. Təhqiqatçı bildirib ki, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar qəbul edib. Həmin qərarla tanış edib, hüquq və vəzifələrini izah edib. Etiraz etməyib. Polis bölməsinə gətirən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təhqiqatçı təklif edib ki, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş nə varsa, o cümlədən narkotik və psixotrop maddələr varsa təqdim etsin. O, şəxsi axtarış zamanı üzərində psixotrop maddə olan “patının” aşkar olunacağını anlayıb və düşünüb ki, əgər özü təqdim etsə məsuliyyəti yüngül olar. Buna görə də, əynində olan qara rəngli idman şalvarımın sağ yan cibindəki bir ədəd bükümdə “Patı”-nın olduğunu bildirib və şəfaf sellofana bükülmüş bir bükümü çıxarıb təqdim edib. Təhqiqatçı bükümü açıb, içərisində kristal şəklində olan “Patı” aşkar edib. O, bildirib ki, həmin kristal şəkilli kütlələr psixotrop maddə olan patıdır, bir müddət əvvəl Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata alıb. Bundan sonra həmin 01 ədəd şəfaf selofana bükülmüş büküm müvafiq qaydada zərfə qablaşdırılaraq götürülüb və zərf möhürlənib. O, müdafiəçi və polis əməkdaşları zərfi imzalayıblar. Daha sonra üzərində şəxsi axtarış aparılıb və başqa heç nə aşkar olunmayıb. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunub, o, vəkili və polis əməkdaşları protokola imza ediblər. Təxminən 3 (üç) aydır ki, psixotrop maddə olan patı, yəni metamfetamin qəbul edir. Həmin bükümü Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alıb. Əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərimdə daşıyıb ki, xəlvəti yerdə qəbul etsin. Başqa məqsədi olmamışdır. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmamışdır. 9-cu Polis bölməsində şəxsi axtarış və götürmə zamanı və ya başqa vaxt heç kim ona psixi və ya fiziki zor tətbiq etməmişdir. Təhqiqatçı ona təklif edib ki, üzərində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri təqdim etsin. O, anlayıb ki, başqa yolu yoxdur, üzərində olan patını aşkar edəcəklər. Ona görə də, özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəfaf selofanda olan bir bükümdə olan patını metamfetamini təqdim edib. Patını üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Həmin şəxslərlə başqa münasibəti, əlaqəsi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşiman olmasını, gənc olmasını, həmçinin yaxın vaxtda toyu olacağının nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyədən çıxarılmasını təmin etmək və sair daxildir. 05 dekabr 2023-cü il tarixdə saat 18:05 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu inzibati ərazisində xidmətdə olarkən Səbail rayonu, Kiçik Qala döngəsi 13 saylı ünvanda bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıblar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ondan şəxsiyyəti haqqda məlumat verməsini istədikdə şəxs özünü şübhəli aparmağa davam edərək suallarınaa qeyri-adekvat cavablar verib. Bundan sonra həmin şəxsi 9-cu PB-nə dəvət etmişlər və o, etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə gedib. Polis bölməsində həmin şəxsin xx xxxxxx 1990-cı ildə Əli-Bayramlı rayonunda anadan olmuş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilib. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elmar Məmmədovun onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Səyyarə Əliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilib. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə Sovetski adlanan yerdən üzdən tanıdığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənib və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilibdir. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanıbdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də polis bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6289 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün JSİ9166” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəməməyədək icraat zamanı qeydə alınmış və məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmənin aparılması haqqında video görüntüdən görünür ki, Bakı səhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda xidməti masanın qarşısındakı köməkçi masada əyləşmiş şəxs, təhqiqatçmın və özünün təqdim etməsinə əsasən 3 saylı vəkil bürosunun vəkili Səvvarə Əlivevadır. Xidməti otaqda ayaq üstə isə şübhəli səxs Təqsirləndirilən şəxs və onun yanında isə mülki geyimdə olan iki nəfər polis əməkdaşının ayaq üstə dayanması müşahidə olunur. Görüntünün davamında istintaq hərəkətini aparan xidməti geyimdə olan polis zabiti- Azərbavcan Respublikası DİN-in Bakı səhəri BPİ-nin Səbail RPİ-nin 9-cu Polis bölməsinin təhqiqatcısı Elmar Məmmədov tərəfindən şübhəli səxsə - Təqsirləndirilən şəxs vəkil Səyyarə Əliyevanın təqdim edilməsi, Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi. Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən səxsi axtarış və götürmə aparılmasının əsaslarının izah olunması və ona üzərində olan qanunsuz əsyaları təqdim etmək təklif olunması müşahidə olunur. Görüntünün davamında şübhəli səxs Təqsirləndirilən şəxs əlini əvnində olan qara rəngli idman şalvarının sağ van cibinə aparması və oradan bir ədəd bükümü çıxararaq təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin metamfetamin olmasını və Sovetski adlanan verdə üzdən tanıdığı səxsdən 15 manat müqabilində əldə etməsini göstərməsi, daha sonra isə şəxsi axtarış və götürmə istintaq hərəkətinin davam etdirilməsi, şübhəli səxsin üzərindən başqa heç bir əşyanın aşkar olunmaması və son görüntülərdə isə bir necə dəqiqə əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılması və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.20203-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli, 17 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Səbail Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Səbail Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə 02 ay 17 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş, 07 dekabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istinaqı zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin- Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 07 dekabr 2023-cü il tarixli 8042 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,876 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanda olan yaşayış yerini hər gün saat 23-00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,926 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-126/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-126/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver