Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-127/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı hüquq bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, ev 55-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3‑cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətdiyi müəyyən edilmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 22:35 radələrində ünvan 1 saylı ünvanda yerləşən evin damına çıxaraq oradan isə yuxarıda qeyd olunan ünvanda mövcud olan 1 nömrəli mənzilin 2-ci mərtəbəsində quraşdırılmış küçəyə baxan pəncərəsinə müvəqqəti çəkilən sellafanı əli ilə çırıb həmin ünvana qanunsuz daxil olaraq orada təmir işləri aparan usta Zərərçəkmiş şəxs məxsus, həmin mənzilin zirzəmisinə sonuncu tərəfindən qoyulan 350 ( üç yüz əlli ) manata alınmış bir ədəd “Bosch” markalı, “perforator”un qabını içərisində “Bosch” markalı, “perforator”u, həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlığ”ı və 12 ədəd müxtəlif ölçülü “burğu”nu, eləcə də, 45 (qırx beş) manata alınmış bir ədəd “ İnterskol ” markalı “drel”i və həmin cihaza aid 6 ədəd almaz başlıqlı müxtəlif ölçülü “burğu”nu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 395 (üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsiilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evin yaxınlığında Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanda yerləşən mənzildə təmir tikinti işləri getdiyini görmüşdür. Fikirləşmişdir ki, gedib həmin təmir gedən mənzildən hər hansı bir əşyanı oğurladıqdan sonra aparıb satıb pul əldə edə bilər. Həmin pula da, özünə güclü təsir edən maddə alıb istifadə edər. xx xxxxx 2020-ci il tarixdə saat 22-radələrində oğurluq etmək qərarına gələrək qonşuluqda yerləşən Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanın ətrafında təxminən 30-35 dəqiqəyə yaxın müddət ərzində qəzərək dövr etmişdir. Küçənin sakitləşdiyini görən kimi həmin evə bitişik olan “Hamam”-ın üzərindən evin damına qalxaraq yuxarıda qeyd etdiyi ünvanda yerləşən evin küçəyə baxan tərəfində quraşdırılmış pəncərəsində olan sellafanı əli ilə çırıb həmin mənzilə gizli daxil olmuşdur. Mənzilin içərisində gəzmiş, lakin qiymətli əşya axtarıb tapa bilmədiyi üçün həmin mənzilin zirzəmisinə düşüb orada “Bosch” markalı, perforatorun qabını görmüşdür. Həmin qabı açdıqda orada bir ədəd “ Bosch” markalı, “perforator”un, həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlıq”ın və müxtəlif ölçüdə olan 4 ədəd “burğu”un olduğunu görüb həmin qabı içində olan alətlərlə birlikdə götürmüşdür. Bundan başqa qiymətli əşya aşkar etmədiyinə görə yenidən mənzilin 2-ci mərtəbəsinə çıxıb oradan isə gəldiyi yolla dama qalxaraq hamamın üzərindən küçəyə düşmüşdür. Oradan isə ara küçə ilə Qoşa Qala qapısı tərəfə getmişdir. Oğurluq edib qayıdarkən Nurlan adlı tanışı onun qarşısına çıxmışdır. Pula ehtiyacı olduğu üçün dərhal Nurlana həmin perforatoru qabı ilə birlikdə təklif edib 25 manata satmaq istədiyini bildirmişdir. Nurlan ona həmin cihaza görə 15 manat təklif etmişdir. O, Nurlanın təklifi ilə razılaşmış və oğurladığı perforatoru qabı ilə birlikdə sonuncuya 15 manata satmışdır. Yuxarıda qeyd etdiyi cihazı Nurlana satdıqda həmin perforatorun özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə ucuz qiymətə sonuncuya təklif edərək satmışdır. Oğurluq nəticəsində əldə etdiyi məbləğə özünə güclü təsir edən maddə “Tramadof”u tanımadığı ünvanını bilmədiyi şəxsdən alıb istifadə etmişdir. Törətdiyi hadisədən bir neçə gün keçdikdən sonra onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət edib Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanda yerləşən mənzildən oğurluq etdiyi barədə məlumatları olduqlarını bildirmişdirlər. Bundan sonra o, səmimi olaraq törətdiyi oğurluq hadisəsini könüllü etiraf etmişdir. İfadəsində qeyd etdiyi oğurladığı perforatoru, qabını və həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlığ”ı, 1 ədəd “burğu”u, drelə aid 3 ədəd “burğu”nu Nurlan adlı tanışından geri alıb polis əməkdaşlarına könüllü təqdim etmişdir. xx xxxxx 2020-ci il tarixdə Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanda yerləşən mənzilə gizli daxil olduqda güclü təsir edən maddənin təsiri altında olmuş, eləcə də, həmin zirzəmidə işıq yanmadığı üçün oradan oğurladığı “Bosch” markalı, perforatorun qabının içinə diqqətlə baxmamışdır. Yuxarıda qeyd etdiyi “Bosch” markalı, perforatorun qabından və içərisində olan alətlərdən başqa qiymətli əşya aşkar etmədiyinə görə yenidən mənzilin 2-ci mərtəbəsinə çıxıb oradan isə gəldiyi yolla dama qalxaraq hamamın üzərindən küçəyə düşmüşdür. Oradan ara küçə ilə Qoşa Qala qapısı tərəfə getmişdir. Oğurluq edib qayıdarkən Nurlan adlı tanışı qarşısına çıxmışdır. Pula ehtiyacı olduğu üçün dərhal Nurlana oğurladığı perforatoru təklif edib bildirmişdir ki, həmin cihazı qab qarşıq və içərisində olan alətlərlə birlikdə satır. Nurlan ona həmin cihaza görə 15 manat təklif etmişdir. O, Nurlanın təklifi ilə razılaşmış və oğurladığı perforatorun qabını içərisində olan alətlərlə birlikdə sonuncuya 15 manata satmışdır. İlkin olaraq “Bosch” markalı, perforatorun qabının içərisində bir ədəd “Bosch” markalı, “perforator” , həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlıq” və müxtəlif ölçüdə 4 ədəd “burğu” olduğunu hesab edib həmin əşyaları Nurlandan geri almışdır. Həmin cihazı, qabını və alətləri Nurlandan geri aldıqda sonuncuya həmin əşyaların oğurluq olmadığını bildirmişdir. Lakin sonradan həmin əşyaların sahibi olan Zərərçəkmiş şəxsla Səbail RPİ-nin İŞ-də üzləşdikdə bir daha əmin olmuşdur ki, oğlurladığı bir ədəd “Bosch” markalı, perforatora aid qabını içərisində ilkin olaraq qaytardığı əşyalardan başqa on bir ədəd “perforator”a aid “burğu”, bir ədəd “drel” və üç ədəd almaz başlıqlı müxtəlif ölçüdə olan “burğu” olmuşdur. Həmin əşyaları Nurlan adlı şəxsdən geri aldıqda onların oğurluq olmadığını bildirmişdir. Sadəcə həmin əşyaları ona ucuz qiymətə satdığını bəhanə edib Nurlana yuxarıda qeyd etdiyi əşyaları satarkən aldığı 15 manatı qaytarıb oğurladığı alətləri geri almışdır. Bildirmişdir ki, həmin ünvana daxil olub oğurluq edən zaman ətrafda heç bir şəxs olmamış və kimsənin onu görmədiyinə tam əmin olduqdan sonra oğurluq etmişdir. Həmin oğurluq hadisənin törədilməsində ondan başqa hər hansı bir şəxs iştirak etməmiş və o, həmin oğurluq hadisəsini tək törətmişdir. O, oğurluq etdiyi barədə heç bir şəxsə məlumat verməmişdir. İfadəsində qeyd etdiyi oğurluq hadisəsindən başqa heç bir oğurluq, həmçinin digər cinayətlər törətməmişdir. Təqsirləndirilən şəxs X1 sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, cinayətinaçılmasındafəalköməketməsinin, zərərçəkmişşəxsləbarışıqəldəedilməsininvəcinayətnəticəsindədəymişziyanınkönüllüolaraqtamamil əödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, atasının xəstə olmasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3‑cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə o, həmin ünvanda yerləşən mənzildə “santexnika”, yəni istilik və su təcizatı işlərini görməyə dəvət almışdır. Əlavə etmişdir ki, ilkin olaraq 2019-cu ilin iyul ayının ortalarından başlayaraq iki ay ərzində həmin mənzildə istilik və su təcizatı işlərini aparmışdır. Lakin, sonradan orada təmir tikinti işləri dayandığına görə o, işlərini tamamlaya bilməyib oradan çıxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində həmin mənzilə gələrək özünə məxsus olan müxtəlif alətləri ora gətirib işə başlamış və yuxarıda qeyd etdiyi tarixdə saat 17 radələrində işdən çıxıb getmişdir. Həmin ünvandan çıxan zaman özünə məxsus “Bosch” markalı “perforator”nu öz qabına yığaraq orada yerləşən zirzəmiyə aparıb qoymuşdur. Əlavə etmişdir ki, həmin qutunun içərisində perforatordan başqa 2 ədəd deşici, dağıdıcı “başlıq”, 12 ədəd müxtəlif ölçülü “burğu” , bir ədəd “ İnterskol ” markalı “drel” və həmin cihaza aid 6 ədəd müxtəlif ölçülü almaz başlıqlı “burğu” olmuşdur. xx xxxxx 2020-ci il tarixdə bazar günü olduğundan istirahət edib işə getməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində işə gəldikdə özünə məxsus olan perforatoru götürüb işə başlamaq istəyən zaman yuxarıda qeyd etdiyi perforatoru və onun qutusunu yerində, yəni həmin mənzilin zirzəmisinə qoyduğu yerdə olmadığını aşkar etmişdir. Həmin mənzildə təmir tikinti işləri aparan fəhlələrdən və ustalardan bu barədə soruşmuşdur. Lakin onlar ona məxsus olan perfaratoru görmədiklərini bildirdikləri üçün DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bunu bildirmişdir ki, həmin mənzildə işləyən fəhlələr 2-ci mərtəbədə quraşdırılmış küçəyə baxan pəncərəni müvəqqəti olaraq şaffaf rəngli sellafan ilə bağlamışdırlar. Həmin ünvanda işləyən fəhlələr ilə birlikdə mənzilə baxan zaman yuxarıda qeyd etdiyi 2-ci mərtəbədə yerləşən yataq otaqlarının birinin pəncərinin sellafanın cırıldığını aşkar etmişdir. Bundan sonra o, zənn etmişdir ki, oğurluq edən şəxs həmin pəncərənin sellafanın çırıb oradan mənzilə daxil olmuşdur. Yuxarıda qeyd etdiyi bir ədəd “Bosch” markalı, “perforator”u həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlığı”, eləcə də, 12 ədəd müxtəlif ölçülü “burğu”nu 2019-cu ilin noyabr ayında 350 manata, bir ədəd “ İnterskol ” markalı “drel”i və həmin cihaza aid almaz başlıqlı 6 ədəd müxtəlif ölçülü “burğu”nu isə 2018-ct ilin son aylarında 45 manata hər bir cihazı müxtəlif dükanlardan almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 395 (üç yüz doxsan beş) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə və ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, bir ilə yaxın olar ki, 2007-ci ildən fərdi qaydada bir neçə ev ustalarla birlikdə ev və qeyri yaşayış sahələrində tikinti, eləcə də, timir işlərinin aparılması ilə məşqul olur. Bunu bildirmişdir ki, hazırda təmir tikinti işləri aparılan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanda yerləşən 1 nömrəli mənzilin mülkiyətçisi X3 tərəfindən Bakı şəhəri, 6 saylı notariat ofisində ona etibarnamə verərək “Azərqaz” İB, “Azərsu”, “Azərişıq” və Asan Kommunalda nümayəndəsi olmağa, müqavilələr bağlamağa, adından ödənişlər etməyə, sənədləşmə işləri aparmağa, qaz sayğacları, plastik kartları almağa, dəyişdirməyə, istifadə etməyə, ərizələr verməyə, imzalar etməyə və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etibar etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2019-cu ilin iyul ayının ortalarından ətrafında işləyən ev təmiri ilə məşqul olan ustalarla birlikdə yuxarıda qeyd etdiyi Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 14 saylı ünvanda yerləşən 1 nömrəli mənzildə təmir tikinti işlərini aparır. Bunu bildirmişdir ki, həmin ilin iyul ayından Zərərçəkmiş şəxs iki ay ərzində “santexnika”, yəni istilik və su təcizatı işlərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ilkin işi bitirdiyi üçün oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs xx xxxxx 2020-ci il tarixdən etibarən həmin ünvanda yerləşən mənzildə “santexnika”, yəni istilik və su təcizatı işlərini davam etdirməyə dəvət almış və xx xxxxx 2020-ci il tarixdə özünə məxsus olan müxtəlif alətləri ora gətirib işə başlamışdır. Eldar həmin mənzildə yuxarıda qeyd olunan tarixdə saat 17 radələrinə kimi işlədikdən sonra özünə məxsus olan alətlərini yığışdırıb mənzilin zirzəmisinə qoyaraq çıxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə bazar günü olduğundan həmin mənzildə təmir işləri aparılmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs işə gəldikdə özünə məxsus olan alətləri götürüb işə başlamaq istəyən zaman “Bosch” markalı perforatorun qutusu ilə birlikdə yerində, yəni həmin mənzilin zirzəmisinə qoyduğu yerdə olmadığını aşkar etmişdir. Eldar ondan və həmin mənzildə təmir tikinti işləri aparan fəhlələrdən, eləcə də, ustalardan bu barədə soruşmuşdur. Lakin nə o, nə də, orada olan ustalar Eldara məxsus olan perforatoru götürmədikləri barədə bildirmişdirlər. Bundan sonra Eldar DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Eldar həmin mənzildə olan alətlərinə baxdıqda perforatordan başqa həmin cihazın qabında olan 2 ədəd deşici, dağıdıcı “başlığ”ın, 12 ədəd müxtəlif ölçülü “burğu”un, bir ədəd “İnterskol ” markalı “drel”in və həmin cihaza aid almaz başlıqlı 6 ədəd müxtəlif ölçülü “burğu”nun oğurlanmasını da aşkar etmişdir. Qeyd etmişdir ki, həmin mənzildə təmir işləri aparıldığı üçün və pəncələri hazır olmadığına görə orada işləyən fəhlələr 2-ci mərtəbədə mövcud olan küçəyə baxan pəncərəni müvəqqəti olaraq şaffaf rəngli sellafan ilə bağlamışdırlar. Həmin ünvanda yerləşən mənzilə baxılan zaman yuxarıda qeyd etdiyi 2-ci mərtəbədə yerləşən yataq otaqlarının birinin pəncərinin sellafanın cırıldığını aşkar olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1342 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: perforator üçün nəzərdə tutulmuş böyük ölçülü 4 ədəd burğu 10,0 manat, perforator üçün nəzərdə tutulmuş orta ölçülü 5 ədəd burğu 10,0 manat, perforator üçün nəzərdə tutulmuş balaca ölçülü 1 ədəd burğu 1 manat 50 qəpik, perforator üçün nəzərdə tutulmuş böyük ölçülü deşici, l ədəd dağıdıcı başlıq 2 manat 50 qəpik, drel üçün nəzərdə tutulmuş 1 ədəd burğu 30 qəpik, drel üçün nəzərdə tutulmuş balaca ölçülü 2 ədəd “burğu” 60 qəpik, balaca ölçülü üzərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd drel 15,0 manat, cəmi 39 manat 90 qəpik müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1212 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4 adda istifadədə olmuş malların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd Almaniya istehsalı “Bosch” markalı, 720w-luq qabı ilə birlikdə perforator 120,0 manat, perforatora məxsus 1 ədəd böyük ölçüdə deşici alət (zubil) 3,0 manat, perforatora məxsus 1 ədəd böyük ölçülü burğu 3,0 manat, drelə məxsus 1 ədəd burğu 3,0 manat, cəmi 126 manat 50 qəpik müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspert rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, ekspertizaya təqdim edilməmiş 3 adda istifadədə olmuş malların orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: perforatora məxsus 10 ədəd müxtəlif ölçülü burğu 20,0 manat, 1 ədəd “İnterskol” markalı drel 15,0 manat, drelə məxsus almaz başlıqlı müxtəlif ölçülü 2 ədəd burğu 1,0 manat, cəmi 36,0 manat müəyyən edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizə və qəbzdən görünür ki, iş üzrə bir ədəd “Bosch” markalı, “perforator”un qabı və içərisində olan “Bosch” markalı, “perforator”, həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlıq” və 12 ədəd müxtəlif ölçülü “burğu”, eləcə də, üzərində markalanmasına dair heç bir məlumat olmayan bir ədəd “drel” və həmin cihaza aid 6 ədəd almaz başlıqlı müxtəlif ölçülü “burğu” maddi sübut kimi tanınmış və saxlanması üçün zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru Natiq Əsədovun xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddəbin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12ci, 59.1.13‑cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxsəməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsində ittiham olunmasını, cinayətinaçılmasına fəal kömək etməsini,zərərçəkmişşəxsləbarışıqəldəedilməsinivəcinayətnəticəsindədəymişziyanıkönüllüolaraqt amamiləödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət‑hüquqi tədbiri tətbiq olunmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020‑ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Məhkəmənarkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqsədəuyğundur Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, maddi sübut olan 1 ədəd “Bosch” markalı, “perforator”un qabı və içərisində olan “Bosch” markalı, “perforator”, həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlıq” və 12 ədəd müxtəlif ölçülü “burğu”, eləcə də, üzərində markalanmasına dair heç bir məlumat olmayan bir ədəd “drel” və həmin cihaza aid 6 ədəd almaz başlıqlı müxtəlif ölçülü “burğu”nun Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 03 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 7‑00‑dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “Bosch” markalı, “perforator”un qabı və içərisində olan “Bosch” markalı, “perforator”, həmin cihaza aid 2 ədəd deşici, dağıdıcı “başlıq” və 12 ədəd müxtəlif ölçülü “burğu”, eləcə də, üzərində markalanmasına dair heç bir məlumat olmayan bir ədəd “drel” və həmin cihaza aid 6 ədəd almaz başlıqlı müxtəlif ölçülü “burğu”nun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat, X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-127/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-127/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver