Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-127/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,evli, ali təhsilli,işləməyən əvvəllər məhkum olunmamış,Lənkəran şəhəri,B.Mirsalayev küçəsi,ev 74-də qeydiyyatda olan və faktiki Bakı şəhəri,Yasamal rayonu, M.Seyidov küçəsi,ev 39,mənzil 53-də yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Sevran oğlu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə,saat 18:30 radələrində, AC seriyalı 569103 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi,özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Renault Todar minik” markalı, Az ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə üzü Bakı şəhəri istiqamətində, şosse yolun sol terəfində yerləşən “Dəniz Administrasiyası” inzibati binasının qarşısındakı hissədə,saatda 70 km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, şosse yolu soldan-sağa iti qaçışla keçən xx.xx.1960-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə vurmaqla, sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağdan oturaq, qasıq sümüklərinin və sol mil sümüyünün tipik yerinin qapalı qəlpəli yerini dəyişən sınıqları, travmatik şok İİİ dərəcə, döş qəfəsinin və qarının küt travması,ümumi qalça arteriyasının daxili qalça şaxəsinin (arteriyasının) zədələnməsi və kiçik çanağa çoxlu (2 litr) qanaxma ilə müşayiət olunan qarının qapalı küt travması.yoğun bağırsaqətrafı yumşaq toxumalara qansızmalar, sağdan qasıq və oturaq sümüklərinin qəlpəli,yerini dəyişən, sol mil sümüyünün tipik yerinin qapalı sınıqları, sağ budun və sağ baldırın yuxarı və orta 1/3-nin bayır, eləcə də, sağ budun orta 1/3-nin ön səthlərinin geniş ölçülü qançırları.burunun, alın və sağ bel nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik şokdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Renault-Tondar” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksilik edir. 02 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində, o, tək idarə etdiyi avtomobillə Səbail rayonu ərazisində, Salyan-Bakı şossesi ilə Bakı şəhəri istiqamətində 2-ci hərəkət zolağı ilə hava qaranlıq olduğundan avtomobilin qabaq yaxın işıqları ilə saatda 70 km sürətlə hərəkətdə olmuş, bu zaman eyni istiqamətdə çoxlu nəqliyyat vasitələri hərəkət etmiş, o, hərəkətdə olub “Bayraq Meydanına çatmağa təxminən 200 metr qalmış, yolun sağ tərəfində yerləşən siqaret köşkünə çatmamış, hərəkət hissəni soldan-sağa keçmək üçün qəflətən iti qaçışla bir nəfər orta yaşlı qadın piyadanın hərəkət hissəyə çıxmasını görüb,dərhal avtomobilin tormoz əyləcini basaraq piyadanı vurmamaq üçün avtomobilin sükanını sol tərəfə qaçırtmışdır. Buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada qadını vurmuş, zərbədən piyada qadın yerə yıxılmış, elə bu zaman onun idarə etdiyi avtomobili arxasından gələn başqa bir “Opel-Vectra” markalı avtomobil vurmuşdur. Sonra o, avtomobildən düşüb yerdə hərəkətsiz uzanmış, lakin nəfəs alan qadını, başqa yol keçən avtomobillərin tanımadığı sürücülərin köməyi ilə yol keçən təcili yardım avtomobilinə qoyub xəstəxanaya yola salmışdır. Sonra hadisə yerinə pols əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş, hadisə günü heç bir spirtli içki qəbul etməmiş, hadisədən öncə idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, digər “Opel-Vectra”markalı avtomobil onun idarə etdiyi avtomobili arxadan o, yol keçən piyadanı vurduqdan təxminən 5-10 saniyə sonra vurmuş, o, hərəkət zolağına qadın piyadanın çıxmasını son anda görmüş, həmin vaxt qarşı hərəkət istiqamətindən və eyni hərəkət istiqamətində çoxlu nəqliyyat vasitələri hərəkət etdiyindən, piyadanın yol keçməsini uzaqdan görməmiş, yalnız onun hərəkət zolağına çıxdığı an yəni təxminən 10-15 metrdən görmüş, piyada iti qaçışla yolu keçərkən, qadın piaydanın əlində bir ədəd qadın əl çantası olmuşdur. Təqsirləndirilən şəxs son zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, sonuncunun şikayət və tələbinin olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, o, mərhumə arvadı xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir yerdə Nəsimi rayonu,N.Məlikov küçəsi,ev 15-də yaşamış, heç bir yerdə işləmir, təqaüdçüdür. Mərhumə Zərərçəkmiş şəxs ölümündən öncə təqaüdçü olsa da, çörək pulu qazanmaq üçün hərdən fərdi olaraq evlərdə xadiməlik və təmizlik işləri görmək üçün işləməyə getmiş, hərdən iş olduqda, səhər saat 11-12 rədlərində gedib axşam 19-20 radələrində evə dönmüşdür. Həqiqətin harada, kimin evində və ya ofisində işləməsini, nə qədər pul almasını o, bilməmiş və ya maraqlanmamışdır. 02 fevral 2022-ci il tarixdə, axşam saat 23 radələrində, o,evində olarkən arvadı Zərərçəkmiş şəxs işdən evə dönmədiyi görüb narahat olmuş, Həqiqətin mobil telefon işlətmədiyi üçün xəstəxanaları gəzib maraqlanarkən, arvadı Zərərçəkmiş şəxs 02 fevral 2022-ci il tarixdə,axşam saat 18:30 radələrində, Səbail rayonu, Salyan şossesində, “Bayraq Meydanfyaxınlığında, “Dəniz Administrasiyasının inzibati binasının qarşısında, şosse yolu soldan-sağa keçərkən, Bakı şəhərinin mərkəzi istiqamətində şosse ilə hərəkət edən “Renault" markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurmuş, sürücü sonradan tanıdığı Təqsirləndirilən şəxs özü təcili yardım avtomobili ilə arvadını 1 saylı X7 çatdırsa da, həmin xəstəxanada arvadı Həqiqət aldığı bədən xəsarətlərindən vəfat etmişdir. Mərhumə arvadı Zərərçəkmiş şəxs dəfn və hüzür xərclərini sürücü Təqsirləndirilən şəxs tam şəkildə ödəmiş, hadisədən sonra həmin sürücü arvadına ilkin yardım göstərib, təcili yardım avtomobili ilə dərhal xəstəxanaya yola salıb tibbi yardım göstərilməsi üçün bütün tədbirlər görstərdiyinə görə,onun törətdiyi hadisə ehtiyatsızlıqdan törədilmiş yol qəzası olduğundan, o, və digər ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbim yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmamasını, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, baş etibarnamə ilə özünə məxsus “Opel-Vectra” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edir. 02 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində,o, tək idarə etdiyi avtomobillə Səbail rayonu ərazisində, Salyan-Bakı şossesi ilə Bibiheybət istiqamətindən “Bayraq Meydanı" meydanı istiqamətində dörd zolaqlı şosse yolun 2-ci hərəkət zolağı ilə,hava qaranlıq olduğundan avtomobilin qabaq yaxın işıqları saatda təxminən 70 km sürətlə hərəkət edərkən, onun idarə etdiyi avtomobilin qarşısında təxminən 20-30 metr irəlidə,“Renault” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən onunla eyni sürətlə hərəkətdə olmuş, həmçinin eyni istiqamətdə tək-tük digər nəqliyyat vasitələri hərəkət etsələr də.şossedə nəqliyyat sısxlığı olmamışdır. O, idarə etdiyi avtomobillə hərəkətdə olub, yolun sol tərəfində yerləşən “Dəniz Administrasiyasının inzibati binası qarşısına çatıqda, təxminən 60-70 metr məsafədən şosse volunun sol tərəfindəki hərəkət istiaamətlərini avıran səkidə davanmıs bir nəfər orta yaslı qadını görmüş, həmin qadın qəflətən şosse yolu soldan-sağa keçmək üçün hərəkət hissəyə düzünü iti qaçışla qaçmağa başlamış, onun fikri həmin piyada qadında olmuş və qadın qaçaraq onun hərəkətdə olduğu hərəkət zolağında, qarşısında gedən Renault markalı avtomobilin qarşısından keçərkən həmin avtomobil tormoz versə də avtomobilin qabaq sağ hissəsi ilə qadını vurmuş, onun fikiri piyada olduğundan dərhal tormoz versə də, idarə etdiyi avtomobilin qabaq hissəsi qarşısında gedən piyadanı vurmuş Reanult markalı avtomobilin arxası ilə toqquşmuş, bu zaman onun idarə etdiyi avtomobilin qabaq hissəsi və “Renault” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. Sonra o, avtomobildən düşüb vurulmuş piyada qadının yanına gəlmiş, oraya yığışmış tanımadığı şəxslərin köməyi ilə xəsarət almış lakin hərəkətsiz olan piyadanı təcili yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Sonra hadisə yerinə polis əməkdaşları gəlib onun və digər sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirmiş, hadisə günü o, heç bir spirtli içki qəbul etməmiş, hadisədən qabaq idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasınınm 14 fevral 2022-ci il tarixli 08 №-li rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs adına “X8” publik hüquqi şəxsinin tərtib etdiyi xəstəlik tarixinin kserosurətində qeyd olunanlardan görünür ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində, həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, aparılmış reanimasion tədbirlərə baxmayaraq xx.xx.2022-ci il tarixində saat 21:10 radələrim də bioloji ölüm baş vermişdir. Son klinik diaqnozu: Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi, sağdan oturaq, qasıq sümüklərinin və sol mil sümüyünün tipik yerinin qapalı qəlpəli yerini dəyişən sınıqları. Travmatik şok İİİ dərəcə. Döş qəfəsinin və qarının küt travması. 2.Mərhum Zərərçəkmiş şəxsnm meyitində aşağıdakı xəsarətlər aşkar edildi: ümumi qalça arteriyasının daxili qalça şaxəsinin (arteriyasının) zədələnməsi və kiçik çanağa çoxlu (2 litr) qanaxma ilə müşayiət olunan qarının qapalı küt travması; yoğun bağırsaqətrafı yumşaq toxumalara qansızmalar; sağdan qasıq və oturaq sümüklərinin qəlpəli,yerini dəyişən, sol mil sümüyünün tipik yerinin qapalı sınıqları; sağ budun və sağ baldırın yuxarı və orta 1/3-nin bayır, eləcə də, sağ budun orta 1/3-nin ön səthlərinin geniş ölçülü qançırları;burunun, alın və sağ bel nahiyələrinin sıyrıqları; 3. Qeyd olunan xəsarətlər həyati olub,ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 02 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o,cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər,baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər. 4.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər kompleksi nəticəsində inkişaf etmiş hemotravmatikşok olmuşdur. 5. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilməlidir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-avtotexniki ekspertizasının 04 aprel 2022-ci il tarixli 8/676 №- li rəyindən görünür ki, İstintaq tərəfindən verilən məlumatlara əsasən:1. Renault Tondar markalı, 90RO372 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə keçirilmiş 02 fevral 2022-cı il tarixli 2/4047 nömrəli protokolundan Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul etmədiyi və alkoqol sərxoşluğu vəziyyətində olmadığı görünür. AC seriyalı 569103 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2019cu ilədək sürücülük hüququ olmuşdur. AD N 297568 seriyalı X2 Şəhadətnaməsindən görünür ki, 90RO372 qeydiyyat nişanlı “Renault Tondar” markalı, sedan tipli, 2012-ci il buraxılışlı, NAPLSRALDD1185683 ban nömrəli, ağ rəngli avtomobil ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs adına 05 sentyabr 2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda. məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etmişdir və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 4 (dörd) il 5 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəyini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, fərdi taksi fəaliyyəti ilə məşğul olmasını, taksi sürücüsünün yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərə daha diqqətli olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğunu, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut bir ədəd “DVD-R” formatlı CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 3 saylı vəkillər bürosunun vəkili tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “DVD-R” formatlı CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-127/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-127/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver