Məhkəmə qərarları › İş №1(009)-127/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-127/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-127/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyul 2024-cü il tarixdə saat 11.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Səbail rayonu Bibihebyət yolu küçəsi ilə A.İsmayılov küçəsinin kəsişməsində saxlanılıb Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada həmin gün saat 13:55-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən kibrit qutusunun içəsirində saxladığı, 01 ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,207 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət küstar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə 15:20 radələrində ünvan 2 ünvanda yerləşən “Continental” hotelin qarşısında saxlanılıb Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılmış və orada həmin gün saat 16:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə təmiz çəkisi 0,651 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etmir. Belə ki, sentyabr ayında ev tikinti materiallarının satıldığı yerdə gözləyərkən 3 nəfər əməliyyatçı onu tutaraq üzərini axtarmağa başlamış, lakin üzərində nəsə olmamışdır. Onu zorla avtomobilə oturdub bölməyə aparmış, orada vəkilin yanında təhqir edərək və döyərək məcburi sənədləri imzaladıblar. Çəkiliş zamanı da üzərində heç bir maddə olmadığını bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə isə əməliyyatçılar onu evindən bölməyə aparmışlar və bu zaman da üzərində və ya istifadəsində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən əməliyyatçı Fərid evinə gələrək deyib ki, müstəntiq onu axtarışa vermək istəyir. Fərid də müstəntiqdən xahiş edib ki, axtarış verməsin, guya özü onu bölməyə gətirəcək. O, özünün də gedə biləcəyini demiş, lakin razı olmayıblar. Bölməyə də bu səbəblə aparıblar. Həmin vaxt üzərində elektron qolbağ var idi. Bölmədə hədə qorxu gələrək 234.1-ci maddə ilə açılan cinayət işinə imza atmağa məcbur etmiş və döymüşdülər.Təqsirləndirilən şəxs göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Səbail Rayon Polis İdarəsinin CAŞ-nin əməliyat müvəkkili, polis kapitanı X5 da həmin qrupa daxil edilmişdir. 23 sentyabr 2023-cü il tarixdə saat 13.00 radələrində qrupun digər üzvü Arif Gülməmmədovla birlikdə izləyərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu küçəsi ilə A.İsmayılov küçəsinin kəsişməsində piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edrək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərində narkotik vaitə oduğunu bildirmişdi. Sonuncunu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Böıməsinin inzibati binasına dəvət etmiş, sonuncu etiraz etməmiş və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmişdir. Orada onun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən ona elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən kibrit qutusunu çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdi. Kibrit qutusu açılan zaman içərisində 01 ədəd gümüşü rəngdə olan ol ədəd kağız büküm açılan zaman içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümün içərisində psixotrop maddə metamfetaminin olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində olan zaman narkotik vasitə aludəçisi olan tanımadığı şəxsdən 08 (səkkiz) manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Tiımır Kandaurov tərəfindən şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin bir ədəd içində narkotik vasitəyə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail Rayon Polis İdarəsinin X6 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 13.00 radələrində qrupun digər üzvü Şahid1lə birlikdə izləyərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu küçəsi ilə A.İsmayılov küçəsinin kəsişməsində piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışıdırlar. Hətta portaldan onun 234.1-ci maddəsi ilə məhkumluğunun olması barədə məlumat əldə etmişdirlər. Maşınla gedərkən 2 polis əməkdaşı profilaktik tədbir üçün 8-ci bölmənin ərazisində düşdülər. Sonradan Zaur üzərində olan maddəni pəncərədən tullamaq istəyəndə onu yaxalamışdır. Sonradan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmişdirlər. Orada onun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən ona elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən kibrit qutusunu çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Kibrit qutusu açılan zaman içərisində 01 ədəd gümüşü rəngdə olan 01 ədəd kağız büküm açılan zaman içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümün içərisində patı adlanan narkotik vasitənin olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində olan zaman narkotik vasitə aludəçisi olan tanımadığı şəxsdən 8 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Timur Kandaurov tərəfindən şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin bir ədəd içində narkotik vasitəyə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o bütün iştirakçılar kimi imza etmişdir. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X6 göndərilmişdi. Hadisədən əvvəl o Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid sabiq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, hazırda Abşeron Rayon Polis İdarəsinin narkobiznes üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 15.20 radələrində qrupun digər üzvü ilə birlikdə izləyərək Təqsirləndirilən şəxs evinin qarşısında saxlanmış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışdırlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərində narkotik vasitə oduğunu bildirmişdir. Sonuncunu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən ona elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail Rayon Polis İdarəsinin X6 göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 15.20 radələrində qrup üzvləri Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Continental” hotelin qarşısında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərində narkotik vasitə oduğunu bildirmişdir. Sonuncunu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etməmiş və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən ona elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümün içərisində narkotik vasitə heroinin olmasını, adının kakos olmasını, həmin bükümü Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdi Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Sonra həmin bir ədəd içində narkotik vasitə heroinə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdir. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail Rayon Polis İdarəsinin X6 göndərilmişdir. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2024-cü tarixli iclasında şahid sabiq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, hazırda Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxsin valideynləri Zaur narkotik istifadəçisi olduğu üçün dəfələrlə bölməyə zəng edərək şikayət etmişdirlər. Təqsirləndirilən şəxs barədə 17 oktyabr 2023-cü il tarixli keçirilən əməliyyat zamanı orada iştirak etməmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olmuş tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən kibrit qutusunun içəsirində saxladığı bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin psixatrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 08 (səkkiz) manata əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olmuş göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 (iyirmi) manata əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 3-16-16/2-6/5026 saylı, 24 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ş/ şəxs Təqsirləndirilən şəxs..” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 0,207 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,207 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,157 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/5531 saylı, 18 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,651 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,651 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,601 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır 23 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin gün saat 13:00-dan hesablanmışdır. 25 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 25 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal həbsdən azad edilmişdir. 25 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci ildən 22 sentyabr 2022-ci ilədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə bir gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 17 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin gün saat 15:20-dən hesablanmışdır. 19 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 19 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 19 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və o, saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 19 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir. 19 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,207 qram olan psixatrop maddə metamfetamin və təmiz çəkisi 0,651 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6843№-li ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların nirgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanesirində qeydiyyata alınması məsləhət görülür. 20 dekabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Probasiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 08:00-dan 13:26-dək Səbail rayonu, Badamdar şosesinin yaxınlığında yerləşən yaşayış yerində olmuş, saat 13:26-da yaşayış yerini tərk edərək Badamdar şosesi ilə hərəkət etmiş, saat 13:40-da Səbail rayonu, 41-ci Polis Bölməsinin yerləşdiyi inzibati binanın ərazisinə gəlmiş, saat 14:29-dək həmin ərazidə olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü ilə bugünədək cəzasının 01 (bir) il 20 (iyirmi) gününü çəkmiş, 09 (doqquz) ay 06 (altı) gün hissəsi qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticə kifayət qədər əsaslı olmamaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şübhəli şəxsin tutulması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən evindən götürülərək bölməyə aparıldığını bildirsə də, şahidlər ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Continental” otelin qarşısından saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirildiyini bildirmişdirlər. Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasında ziddiyyət yarandığından, həmin ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsinə şübhə yaranmışdır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 08:00-dan 13:26-dək Səbail rayonu, Badamdar şosesinin yaxınlığında yerləşən yaşayış yerində olmuş, saat 13:26-da yaşayış yerini tərk edərək Badamdar şosesi ilə hərəkət etmiş, saat 13:40-da Səbail rayonu, 41-ci Polis Bölməsinin yerləşdiyi inzibati binanın ərazisinə gəlmiş, saat 14:29-dək həmin ərazidə olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yerində yox, ünvan 2 ünvanında yerləşən “Continental” otelin qarşısında olsa idi, yəni yaşayış yerini daha əvvəl tərk etsə idi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərinə qoyulmuş elektron nəzarət vasitəsində bu barədə məlumat qeyd olunardı. Həmçinin Probasiya xidmətinin məktubundan da görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 13:26-da tərk etmiş və saat 13:40-da Səbail rayonu, 41-ci Polis Bölməsinin yerləşdiyi inzibati binanın ərazisinə gəlmişdir. Hər iki ünvan arasındakı məsafə nəzərə alınsa, Təqsirləndirilən şəxs yaşayış yeri olan ünvan 4 ünvanından Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə qeyd edilən zaman aralığında aparılması mümkündür. Bundan başqa, ittiham aktında Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə 15:20 radələrində ünvan 2 ünvanında yerləşən “Continental” hotelin qarşısında saxlanılıb Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılması və orada həmin gün saat 16:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə təmiz çəkisi 0,651 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülməsi qeyd olunmuşdur. Lakin elektron nəzarət vasitəsinin hərəkət trayektoriyasından görünür ki, Təqsirləndirilən şəxs saat 13:40-da Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gəlmiş və saat 14:29-dək həmin ərazidə olmuşdur. Nəticədə ittiham aktında göstərilən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 15:20 radələrində tutularaq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilməsi göstərilən sübutlarla təkzib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ünvan 2 ünvanda yerləşən “Continental” hotelin qarşısında saxlanılaraq deyil, əməliyyat qrupu tərəfindən yaşayış yerindən gətirildiyi sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, həmin epizod üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, № 15 Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a)təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla 17 oktyabr 2023-cü il tarixli epizod üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin bənd verilmiş ittihamın məzmunundan xaric edilməlidir. 23 sentyabr 2023-cü il tarixli epizod üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixatrop maddə- metamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımaması iş materiallarında olan sənədlər, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci ildən 22 sentyabr 2022-ci ilədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə bir gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasınının 01 (bir) il 20 (iyirmi) gününü çəkmiş, 09 (doqquz) ay 06 (altı) gün hissəsi qalmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini 23 sentyabr 2023-cü il tarixdə, yəni barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)104/2023 saylı hökmü çıxdıqdan sonra törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulur. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(009)- 104/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 06 (altı) gün hissəsi hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 04 (dörd) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək və 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6843№-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,157 qram (ilkin təmiz çəkisi 0,207 qram) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,601 qram (ilkin təmiz çəkisi 0,651qram) olan narkotik vasitə-heroinin saxlanılması davam etdirilməli və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə aparılmış 24 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5026 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(009)-104/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 06 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 04 (dörd) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək və 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,157 qram (ilkin təmiz çəkisi 0,207 qram) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,601 qram (ilkin təmiz çəkisi 0,651 qram) olan narkotik vasitə-heroinin saxlanılması davam etdirilməli və həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə keçirilmiş 24 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5026 saylı məhkəmə ekspertizası tədqiqatının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 534 (beş yüz otuz dörd) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar