Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-128/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olan, Şəki şəhəri M.Rəzulzadə küçəsi ev 1-də qeydiyyatda olan və Bakı şəhər, Suraxanı rayon, Yuxarı Sabir küçəsi, ev-1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəlləri ilə ittiham elan edilmişdir ondan ötürü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 09:10 radələrində Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində olan, 10 №-li evin qarşısına gəlib açıq qapıdan bloka girərək həmin blokdakı 5 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs mənzilinin giriş qapısının açıq olmasını görüb mənzilə daxil olaraq yataq otağında olan şkafın üstündəki mücrüdə saxlanılan cəmi 7000 manat dəyərində brilyant qaşla sarı qızıldan 01 ədəd qadın üzüyünü, sarı qızıldan « S » hərfi formasında 01 ədəd klonu, sarı qızıldan 01 ədəd nazik boyunbağını, evin dəhlizində olan qadın əl çantasından içərisində 100 manat pul olan 300 manat dəyərində pul qabını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 7400 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəlləri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin cinayət hadisəsini o törətməmiş, iş üzrə videogörüntüdə oğurluq etdiyi ehtimal olunan şəxs o deyildir. Müstəntiq tərəfindən aldadılaraq qeyd olunan cinayəti boynuna götürərsə törətdiyi digər cinayətlərə görə cəza verilərkən ona ağır cəza verilməyəcəyini, barəsində olan cinayət işlərinin bir icraatda birləşdiriləcəyini və ona bir dəfə cəza veriləcəyini bildirmiş, təzyiq altında müstəntiq tərəfindən aldadıldığı üçün törətmədiyi bu cinayət əməlini boynuna almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, o, Səbail rayonu S.Rüstəmov küçəsində olan 10 saylı 5 mərtəbəli evin 3-cü mərtəbəsində olan 5 saylı mənzildə qızı və nəvəsi ilə yaşayır. Səbuhi adlı ailə sürücüləri də vardır ki, həmin sürücü onların məişət problemlərini həll edir. xx.xx.2019-cu il tarixdə, saat 07:30 radələrində sürücü Səbuhi gəlib onun nəvəsini məktəbə aparmış, həmişəki kimi nəvəsini yola salandan sonra mənzilin giriş qapısını qıfılla bağlamadan qonaq otağında olan divanda uzanıb televizora baxmışdır. Saat 09:10 dəqiqədə sürücü gəlmiş və o sürücünü evə çörək almaq üçün göndərmiş, az sonra Səbuhi çörək alıb qayıtmış və geri dönərkən 2-ci mərtəbənin pilləkənində onun sumkasını tapmış və gətirib ona vermişdir. Sumkasını açıb baxanda içərisində olmuş 100 manat pulunun, şəxsiyyət vəsiqəsinin və bank kartının yerində olmadığını görmüşdür. Evindən oğurluq olmasını başa düşmüş, evin nəvəsi yatan otaqdakı şkafın üstündə olan mücrüdə saxladığı 7000 manat dəyərində qırmızı yaqut qaşla, ətrafında brilyant qaşları olan 01 ədəd qızıl üzüyünün, «S» hərfi formasında qızıl klonunun, 01 ədəd nazik qızıl boyunbağısının yerində olmadığını aşkar etmişdir. Sonra bu barədə Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət etmişdir. Evdə olarkən mənzilinə kimin girməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, 2016-cı ilin avqust ayından Gülarə xanımın ailəsinin şəxsi sürücüsü kimi fəaliyyət göstərir. Belə ki, hadisə baş verən günü saat 07:30 radələrində idarə etdiyi avtomobillə Gülarə xanımın yaşadığı mənzilə gəlib nəvəsini məktəbə aparmış, uşağı məktəbə qoyduqdan sonra evə qayıtmış və Gülarə xanım evdə çörək olmadığı üçün ona çörk alıb gətirməyi tapşırmışdır. Çörəyi alıb gətirərkən Gülarənin mənzilinin giriş qapısının yarım-açıq vəziyyətdə olduğunu görüb oradan Gülarə xanımı çağırmış, Gülarə xanım gəldikdən sonra evin qapısının nəyə görə açıq olması barədə soruşduqda Gülarə xanım bundan xəbəri olmadığını bildirmişdir. Aldığı çörəyi ona verib pilləkənlə həyətə düşdükdə 2-ci mərtəbədə pilləkənin üstündə Gülarə xanımın sumkasını görmüş, onu götürüb Gülarə xanımın yanına gətirmişdir. Pilləkəndən götürdüyü sumkanı Gülarə xanıma göstərdikdə o, həmin sumkanın ona məxsus olduğunu deyib sumkanın içərisini açaraq baxdıqda pul kisəsinin olmadığını və həmin pul kisəsində şəxsiyyət vəsiqəsinin, təqaüd kartının və 100 manat pulunun olmadığını bildirmişdir. Həmin vaxt evdən oğurluq hadisəsi olmasını başa düşmüşlər o, cəld pilləkənlə aşağı düşüb həyətə çıxaraq baxdıqda heç kimi görməmişdir. Bundan sonra Gülarə xanımın evinə qayıdıb onunla söhbət etdikdə o, evində olan yataq otağındakı şkafın üzərində olan özünə məxsus qızıl-zinət əşyalarının da oğurlandığını bildirmişdir. Oğurluğun təqstrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsini o şəxsən görməmişdir. Ə. Göyüşovla həmin günü nə binanın qarşısında nə də ki blokda rastlaşmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə maddi sübut olan və zərərçəkmiş Zərərçəkmiş şəxs mənzilindən oğurluq etdiyi ehtimal olunan şəxsi özündə əks etdirən vidio diskə baxış keçirilmiş, baxış zamanı təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs vidio görüntüdə olan şəxsin o olmadıbını bildirmiş, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi isə bildirmişdir ki, vidio görüntüdə olan şəxsin Təqsirləndirilən şəxs heç bir oxşarlıq əlaməti yoxdur, görüntidə olan şəxs Təqsirləndirilən şəxs deyildir. İş üzrə keçirilmiş Məhkəmə-portret ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «DVD-R» tipli diskdə olan videogörüntüdə (xx.xx.2019-cu il tarixdə saat 09:12:07-də daxil olan və 09:17:04-də çıxan) və həmin videogörüntüdən əldə edilmiş fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanları, çənəsi və s.) əks olunmadığından müqaisəli tədqiqat üçün yararsızdır. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin, habelə şahidin ifadələrini dinləyərək, hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mənzilindən edilmiş oğlurluğun ona hec bir aidiyyəti yoxdur, o, həmin mənzildən oğlurluq etməmişdir, iş materiallarında olan vidio diskdə Zərərçəkmiş şəxs mənzilindən oğurluq etdiyi ehtimal olunan şəxs o, deyildir, ibtidai istintaq zamanı müstəntiq tərəfindən aldadıldığından həmin oğurluq hadisəsini boynuna götürmüş, məhkəmə baxışının ilkin mərhələsində də onun barəsində olan cinayət işlərinin birləşdiriləcəyini güman edərək yenə də oğlurluq hadisəsini törətdiyini bildirmiş, lakin məhkəmə cıxışları zamanı dövlət ittihamcısı tərəfindən ona ağır cəza istənildikdən sonra müstəntiqin onu aldatdığını başa düşmüş və həmin cinayət hadisəsini törətməməsi ilə əlaqədar həqiqəti məhkəməyə söyləmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs mənzilmindən oğlurluq etməsinə dair ibtidai istintaq zamanı və məhkəmə baxışının ilkin mərhələsində verdiyi ifadələrini qəbul etmir, hesab edir ki, onun məhkəmə baxışının sonraki mərhələsində verdiyi ifadələr həqiqətə daha çox uyğundur, digər iş materialları ilə də uyğunluq təşkil etdiyindən həmin ifadələri əsas götürülməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, sonuncu onun evindən oğurluq edən şəxsi görməmişdir, evindən oğlurluq hadisəsinin olmasını sürücüsü Səbuhi Carıyev ona xəbər verdikdən sonra bilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 da zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxsi görmədiyini bildirmişdir. İş üzrə məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə portret ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülülmüş ittihamın yalnız onun özünün etirafedici ifadələrinə əsasən verilməsi müəyyən edilmiş, məhkəmə baxışı zamanı Ə.Göyuşov bu oğurluq hadisəsini tötətmədiyini bildirmiş, ittiham tərəfi bundan əlavə məhkəməyə digər əlavə sübütlar təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqaisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Azərbaycan Respublikası CRM-nin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). AR CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialların qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır, 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məcəllənin 349.4-cü maddəsinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, 349.5.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Qanunun 350.2-ci maddəsinə görə isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Beləliklə məhkəmə, məhkəmədə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması sübuta yetirilməmiş ittiham tərəfi məhkəməyə kifayət qədər əsaslı və təkzibedilməz mötəbər sübütlar təqdim etməmiş, iş üzrə olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə qəbul edilməli və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat və məhkəməportret ekspertizasının dəyəri 146 (yüz qırx altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutulub Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzini nhesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarına əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 1(005)-162/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə, CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə isə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli ilə təyin olunmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı 06 il müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş 11 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmiş,barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə daxil olmuş 1(005)-162/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə Göstərişdən görünür ki, hökm xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yonəldilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin hökmlə cəza çəkməsini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilsədə o, məhkəmə iclas zalında həbsdən azad ediməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-350, 352-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə… HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxsin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005) -162/2020 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baş vermiş cinayət hadisəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat və məhkəməportret ekspertizasının dəyəri 146 (yüz qırx altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutulub Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİKÇTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300(üç yüz) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-128/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-128/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver