Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-128/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 22 iyun 2021-ci il tarixdə saat 09:10-da xx xxxxxxxx 1967-ci il tarixdə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu Alıxanlı kəndində qeydiyyatda olan. Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında illizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Bakı şəhəri “X4 Mərkəzi”-nin 09 dekabr 2020-ci il tarixli analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karanıin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni "Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə İTS.GOV.AZ saytı vasitəsilə sms məlumatı göndərilməklə rəsmən xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 09 dekabr 2020-cı ıl tarixdən 23 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 10 dekabr 2020-ci il saat 10:35:03-dən saat 13:10:03-ə qədər, 12 iyul 2020-ci il saat 10:23:58-dən saat 13:15:27-ə qədər olan müddətlərdə yaşayış yerini tərk etmiş, həmin müddətlərdə, həmçinin 21 dekabr 2020-ci ıl tarixdə saat 09:15 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən mənzili tərk edərək, idarə etdiyi "Hyundai Santafe” markalı, ** CG *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, İnqilab küçəsində yerləşən “EGE hospital”a getməklə epidemiya əleyhinə rejimi, sanitariva-gigivena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa verə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmış, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət elmək məqsədilə Bakı şəhəri. Səbail rayonu. M.Useyrov küçəsində "İnturist" mehmanxanasının qarşısında quraşdırılmış stasionar postda həmin tarixdə saat 09:35-də saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə səhhətində yaranmış narahatlıqla bağlı Nərimanov rayonu ərazisində yerləşən "Referans” özəl tibbi poliklinikada Covid 19 virusunun olub-olmaması barədə test vermişdir. 09 dekabr 2020-ci il tarixdə saat 10:44-də ona məxsus olan mobil telefonuna testin nəticəsinin pozitiv olması barədə SMS gəlmişdir. Həmin gün, yəni 10 dekabr 2020-ci ıl tarixdə onda aşkar olunmuş Covid 19 virusu ilə bağlı "EGE” hospitalda analizlər vermiş və həkimin ona yazdığı müalicəvi dərmanları alaraq müalicəyə başlamışdır. 20 dekabr 2020-ci ıl tarixdə hospital-dan təkrar yoxlanılmasına və test verməyi üçün ona zəng vurub məlumat vermişlər. 21 dekabr 2020-ci ıl tarixdə saat 09:15 radələrində etibarnamə ilə idarə etdiyi "Hyundai Santafe" markalı. ** CG *** dövlət qeydiyyat nişanlı avtomobililə hospitala gedən zaman mərkəzi yolun Bayıl qəsəbəsinin Bakı şəhər istiqamətindəki hərəkət hissəsində qoyulmuş stasionar postda maşınını saxlamışlar, onun Koronavirus xəstəsi olduğunu bildirərək nə üçün çölə çıxdığını soruşmuşlar. Orada bəzi sənədlər tərtib edərək onun izahatını almışlar, sonra o, hospitala getmişdir. "EGE hospilal"-da təkrar test və analizlər vermiş, müalicə həkimi nəticələrə baxaraq səhhətinin normal olduğunu bildirmiş və əlavə müalicəyə ehtiyacının olmadığını demişdir. 22 dekabr 2020-ci ıl tarixdə istifadəsində olan mobil telefonuna 21 dekabr 2020-ci il tarixdə verdiyi testin nəticəsinin neqativ olduğu barədə SMS gəlmişdir. Analiz verməsi üçün “EGE Hospital"-dan müalicə həkimi Nuri həkim və asisiantı çağırıb, o, getmiş, bu barədə hospital tərəfindən verilmiş arayışı təqdim edir. O, 10 dekabr 2020ci il tarixdə, 12 dekabr 2020-ci ıl tarixdə və 21 dekabr 2020-ci il tarixdə üç dəfə Bakı şəhəri Həsən Əlivev küçəsində yerləşən “EGE Hospital”-a getmişdir. Həmin ünvana bir neçə istiqamətdən getmiş, olduğu yerlər telefonunun anten məlumatlarında qeyd olunmuşdur. Qalan ərazilər onun yaşadığı evə yaxın olan ərazilərdir. Təqsirləndirilən şəxs son sözündə karantın qaydalarını pozub evini tərk etdiyinə görə əməlindən səmimi peşman olmasının, evli olmasının, şirkətin göstərişi ilə evi tərk etməsinin, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından etibarən DİO-da xidmət edir. 21 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən İnturist oteli ilə üz-üzə yerləşən mərkəzi yolun Bakı şəhəri sürücülər avtomobildə olan sərnişinlər tərəfindən onlara verilmiş portal vasitəsi ilə yoxlanılırmış. Qeyd olunan tarixdə saat 09:35-də ağ rəngli "Hünday Santafe" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yoxlanılan zaman aktiv koronavirus xəsaləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi məlumat verərək 08 dekabr 2020-ci il tarixdə səhhətində yaranmış əsasılı şübhələrlə bağlı Nərimanov rayonu ərazisində yerləşən “Referans" klinikada test verdiyini. 09 dekabr 2020-ci ıl tarixdə onun test nəticələrinin pozitiv olması barədə mobil telefonuna rəsmi məlumat gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 09 dekabr 2020-ci ıl tarixdə ona gələn məlumat SMSində yaşadığı mənzili tərk etməməsi barədə xəbərdarlıq edilmiş, əks halda barəsində inzibati və cinayət məsuliyyətinin yarana biləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs bu barədə SMS məlumatı ilə tanış olduğunu, yoxlanılması üçün "EGE Hospital”a getmək istədiyini bildirmişdir. Bu barədə rəhbərliyə onlar tərəfindən məlumat verilmiş, hadisə yerinə gələn Səbail RPİ-nin 9-cu PB-nin növbətçi təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İş üzrə şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahid X3 göstərdiklərini mahiyyəti üzrə eyni ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Covid-19 virusunun aşkar edilməsi ilə bağlı göstərmişdir ki, işlədiyi “EGE Hospital”da verdiyi müayinələrin nəticəsinə görə xəstədə yuxarı tənəffüz yolu infeksivası aşkar edilmişdir. Xəstəyə bundan dolayı müalicə verilmişdir. Verilən müalicədəki dərmanların bir qismi Covid-19-da, eyni zamanda qrip xəstəliyində də istifadə olunur. Lakin xəstə Covid-19 olduğu üçün klinikaya dəvət edilməmişdir. Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyi ilə dəvət olunmuşdur. Hospitala müraciət edən xəstələrin əksəriyyəti potensial Covid xəstələri olur. Xəstələrin sayı kifayət qədər çox olduğundan, digər xəstələrin də müalicəsi aparıldığından Təqsirləndirilən şəxs müalicə olunması üçün xəstəxanaya çağırılması mümkün deyildir. Azərbaycan Respublikası DİN-nin baş İnformasiya və Kommunikasiya idarəsindən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Azercell mobil nömrəsinin 01.12.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək müddətdə anten dairəsinin izahlı qaiməsi yazılmış bir ədəd CD-R diskə baxış keçirilərək müəyyən edilmişdir ki. həmin mobil nömrə 10.12.2020-ci il saat 10:35:03-dən saat 13:10:03-ə qədər olan müddətdə ünvan 12 ünvanında, 10.12.2020-ci il saat 14:17:17-dən saat 21:14:25-ə qədər olan müddətdə ünvan 5 ünvanında, 12.12.2020-ci il saat 10:23:58-dən saat 13:15:27-ə qədər olan müddətdə ünvan 6 ünvanında. 12 dekabr 2020-ci il saat 15:36:03-dən saat 19:03:59a qədər olan müddətdə ünvan 5 ünvanında, 13.12.2020-ci il saat 09:04:52-dən saat 18:04:11-ə qədər olan müddətdə ünvan 5 ünvanında, 14.12.2020-ci il saat 07:02:27dən saat 20:28:13-ə qədər olan müddətdə ünvan 5 ünvanında, 15.12.2020-ci il saat 08:52:36dan saat 20:58:36-ya qədər olan müddətdə ünvan 7 ünvanında. 16.12.2020-ci il saat 11:17:26-dan saat 11:17:26-va qədər olan müddətdə ünvan 7 ünvanında, 17.12.2020-ci il saat 09:02:13-dən saat 23:14:05-ə qədər olan müddətdə ünvan 5 ünvanda. 18.12.2020-ci il saat 11:29:16-dan saat 19:18:04-ə qədər olan müddətdə ünvan 8 ünvanında, 20.12.2020-ci il saat 03:16:17-dən saat 19:17:46ya qədər olan müddətdə ünvan 9 ünvanında, 21.12.2020-ci il saat 10:00:26-dan saat 10:30:26-ya qədər olan müddətdə ünvan 10 ünvanında, 21.12.2020-ci il saat 10:38:52-də ünvan 11 ünvanında, 21.12.2020ci il saat 10:00:26-dan saat 13:30:26-ya qədər olan müddətdə ünvan 12 ünvanında, 21.12.2020-ci il saat 13:51:09-dan saat 13:50:41-ə qədər olan müddətdə ünvan 10 ünvanında, 21.12.2020-ci il saat 13:51:09-da ünvan 9 ünvanında, 21.12.2020-ci il saat 14:09:23-dən saat 18:57:41-ə qədər olan müddətdə ünvan 5 ünvanında, 22.12.2020-ci il saat 09:42:33-dən saat 19:28:29-a qədər olan müddətdə ünvan 5 ünvanında antenn dairəsində olması müəyyən edilmişdir. İzahlı qaiməyə baxış zamanı müəyyən olunmuşdur ki, “Covid-19” virusu ilə xəstələnmiş şəxs kimi evdə özünütəcrid şəraitində qalması barədə qeydiyyatına alınmış və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunmuş Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdən 21.12.2020-ci il tarixə qədərki müddət ərzində günün müxtəlif vaxtlarında bir neçə dəfə yaşadığı ünvanı tərk edərək Bakı şəhərinin müxtəlif ünvanlarında olmaqla karantin rejimi qaydalarını pozaraq “Covid-19” virusu xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan (050)363-25-99 nömrəsi ilə işləyən telefonuna “İTS.GOV.AZ” ünvanından “Hüseynov. Sizin 09.12.2020-ci il tarixində COVİD- 19 ilə bağlı verdiyiniz testin nəticeliri POZİTİVDİR. Xahish olunur, siz və aile uzvleriniz yashayish yerinizi terk etməyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, X1 Xetalar və cinayet mecellelerinde nezerde tutulmush mesuliyyet dashiyacaqsiniz” məzmunlu sms 09.12.2020-ci il tarixdə saat 10.44-də, “Hormetli Təqsirləndirilən şəxs. Sizin 21.12.2020 tarixinde verdiyiniz COVİD19 analizinin neticesi NEQATİVDİR, virus ashkar edilmedi. İD: **********. tel: 1542” məzmunlu sms isə 22 dekabr 2020-ci il tarixdə saat 09:42-də daxil olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibb ekspertizasının 12 mart 2021-ci il tarixli 292/KEŞ nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 09.12.2020-ci il tarixdə “Covid-19”-la bağlı müayinə aparılmış və müayinənin nəticəsi pozitiv (+) olmuşdur. 21.12.2020-ci il tarixdə isə “Covid-19”-la bağlı müayinə aparılmış və müayinənin nəticəsi neqativ (-) olmuşdur. Təqsirləndirilən şəxs 09.12.2020-ci il tarixdən 21.12.2020-ci il tarixə kimi sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronovirus (Covid-19) bir yerdən başqa yerə daşımasının və ya digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus inleksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ali Məhkəmənin Hərbi Kollegiyasının 05.02.1998-ci il tarixli hökmünə əsasən 17,88.1; 40; 23-1 maddələri ilə təqsirləndirilərək əməyə mütləq cəlb olunmaqla 04 il azadlıqdan şərti məhrum olunmuşdur. 10.12.1999-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, 05 avqust 2019-cu il tarixdə Müharibə veteranı və Milli Ordu-100 medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, əməlindən səmimi peşman olmasını, yaşını, cinayətin açılmasına fəal kömək göstərməsini, birinci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 414 (dörd yüz on dörd) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-128/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-128/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver