Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-128/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 39-da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmünə əsasən cəza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, vahid tamah niyyətilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2022-ci ilin sentyabr ayının sonunda və 19 noyabr 2022-ci il tarixidə, gecə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, “İçəri şəhər” Mirzə Mənsur küçəsi 47 ünvanda yerləşən ofisə qanunsuz daxil olaraq, orada ofis sahibi X3 oğluna məxsus üç ədəd dəyəri olmayan, bir ədəd 60 manat dəyərində, 1,53x2,5 metr ölçülü uzun müddət istifadədə olmuş üzərində istismar xarakterli qüsurlar olan (cırılma sökülmə) xalçasını, bir ədəd 180 manat dəyərində, 2,6x3,15 metr ölçülü istifadədə olmuş normal vəziyyətdə kənarları saçaqlı xalçasını, bir ədəd 60 manat dəyərində, 1,18x2,38 metr ölçülü uzun müddət istifadədə olmuş kənarları saçaqlı xalçasını, bir ədəd 100manat dəyərində, 1,47x2,37 metr ölçülü kənarları saçaqlı xalçasını, bir ədəd 80 manat dəyərində, 1,10x2,10metr ölçülü uzun müddət istifadədə olmuş xalçasını, bir ədəd 100 manat dəyərində, 1,43x2,30metr ölçülü istifadədə olmuş normal vəziyyətdə olan xalçasını və bir ədəd 60 manat dəyərində, 1,58x0,95 metr ölçülü istifadədə olmuş normal vəziyyətdə olan xalçasını ələ keçirib, zərərçəkmiş şəxs İbrahim Məmmədov-Afaqiyə ümumilikdə 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının sonlarında, gecə saat 01 radələrində “İçəri şəhərdə” yerləşən ofisin eyvanına çıxaraq oradan ofisə daxil olmuş və ofisin otağından beş ədəd xalça oğurlamışdır. 19 noyabr 2022-ci il tarixdə saat 22 radələrində eyni qayda ilə həmin ofisə daxil olmuş və əlavə beş ədəd xalça oğurlamışdır. On ədəd xalçanı qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 1 ünvanında yerləşən ofisdən xalçalar oğurlanmışdır. 26 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində ofisə gəlib, 4-cü mərtəbəsində olan anbar kimi istifadə edilən otaqın qapısındakı kilidin yararsız vəziyyətə salındığını görüb içəriyə daxil olduqda, orada saxlanılan xalçalardan on ədədinin oğurlandığını görmüşdür. Bununla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu PB-nə şikəyat ərizəsi vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-in əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Səbail RPİnin 9-cu PB-də xidmətdə olarkən, X3 oğlunun ünvan 2 ünvanında yerləşən özünə məxsus ofisindən on ədəd qədimi azərbaycan xalçalarının oğurlanması barədə ərizəsi daxil olmuşdur. 26 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində İbrahim Məmmədov-Afaqi ofisə baş çəkdikdə ofisin içərisində dördüncü mərtəbəsində yerləşən otaqda saxladığı hər birinin qiyməti təxminən 700 manat olan cəmi 7.000 manat dəyərində qədimi azərbaycan xalçalarının oğurlanması barədə izahat vermişdir. Onun tərəfindən ünvan 3 ünvanda yerləşən ofisə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs on ədəd xalçanın onun tərəfindən oğurlamasını etiraf edərək, oğurlayaraq evində saxladığı xalçaları təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki ,o, 1998-ci ildən ƏN-in MEM-nin məhkəmə-əmtəəşünaslıq ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. 30 noyabr 2022-ci il tarixdə o, işdə olduğu zaman icraatına Bakı şəhəri, Səbail RPİ-nin İŞnin müstəntiqi polis mayoru Yalçın Məmmədov tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizsının keçirilməsinə dair qərar daxil olmuş, eyni zamanda həmin qərar üzrə maddi sübut olan on ədəd xalça təqdim edilmişdir. 30 noyabr 2022-ci il tarixdə tərəfindən 9/8638 saylı rəy tərtib edilmiş, rəyin nəticəsinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 640.00 manat müəyyən edilmişdir. Eyni zamanda ekspertiza tədqiqatına təqdim edilmiş digər üç ədəd yəni bir ədəd 2,6x3,15 metr ölçüdə və iki ədəd 1,10x2,10 metr ölçüdə xalçalar uzun müddət istifadə olunduğundan, həmin xalçalar tam çürümüş halına çatdığından, söküldüyündən və cırıldığından dəyərsiz olduğu üçün tərəfindən qiymətləndirilməmiş, bu səbəbdən tərtib edilmiş ekspert rəyinin tədqiqi hissəsində qeyd edilməmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən saxlanc yeri olan ofis binasına X3 oğlunun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli “təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın zirzəmisindəki on ədəd xalçanı təqdim edərək onları Bakı şəhəri, Səbail rayonu, İçəri şəhərdə yerləşən ofis binasından oğurladığını bildirmişdir. İş materiallarında olan “tutma haqqında” 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 19:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X6 görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, 2022-ci ilin sentyabr ayının axırlarında və 19 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində, ünvan 5 ünvanda yerləşən ofisə iki dəfə eyni üsulla daxil olaraq, həmin ofisin 4-cü mərtəbəsində yerləşən otaqdan hər dəfə beş ədəd olmaqla, cəmi on ədəd qədimi Azərbaycan xalçalarını oğurlamasına dair ifadə verərək, oğurluq etdiyi ofisin yerini, ofisə daxil olduğu üsulu və xalçaları götürdüyü otağı əyani olaraq göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2022-ci il tarixli 9/8638 №-li rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə yəni (bir ədəd 60 manat dəyərində, 1,53x2,5m ölçülü uzun müddət istifadədə olmuş üzərində istismar xarakterli qüsurlar olan(cırılma sökülmə) xalça, bir ədəd 180 manat dəyərində, 2,6x3,15m ölçülü xalça istifadədə olmuş normal vəziyyətdə kənarları saçaqlı xalça, bir ədəd 60 manat dəyərində, 1,18x2,38m ölçülü xalça uzun müddət istifadədə olmuş kənarları saçaqlı, bir ədəd 100 manat dəyərində, 1,47x2,37 m ölçülü kənarları saçaqlı xalça, bir ədəd 80 manat dəyərində, 1,10x2,10m ölçülü uzun müddət istifadədə olmuş xalça, bir ədəd 100 manat dəyərində, 1,43x2,30m ölçülü istifadədə olmuş normal vəziyyətdə olan xalça, bir ədəd 60 manat dəyərində, 1,58x0,95 m ölçülü istifadədə olmuş normal vəziyyətdə olan xalça) ümumi dəyəri 640.00 manat müəyyən edilir. Həmin xalçaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, X3 oğluna məxsus 10 (on) ədəd xalça ona təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 dekabr 2022-ci il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 26 noyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın zirzəmisindən götürülmüş 10 (on)ədəd xalça iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxs X3 oğluna təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 09 gün müddətinə azadıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın həmin məhkəmənin 05 yanvar 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəssi ilə təqsirli bilinərək ona 01 il müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş cəzanın çəkilməmiş hissəsi 10 ay 03 gün müddətinə müddətinə azadıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 01 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 il, 5 ay, 28 gün müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X3 oğlunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmü 31 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 19 noyabr 2022-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)- 26/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş, X3 oğluna məxsus 10 (on) ədəd xalçanın saxlanması üçün zərərçəkmiş şəxs X3 oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(009)-26/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş, X3 oğluna məxsus 10 (on) ədəd xalçanın saxlanması üçün zərərçəkmiş şəxs X3 oğluna təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-128/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-128/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver