Məhkəmə qərarları › İş №1(009)-128/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-128/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-128/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilmiş şəxs ilə ailəli olmuş, 2019-cu ildə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur və hazırda birlikdə yaşamır, habelə aralarında hər hansı bir formada münasibələrt yoxdur. O, hazırda digər qadınla 2-ci ailə həyatı qurmuşdur və elə bundan əsəbləşən keçmiş həyat yoldaşım X2,məni biyabır edib alçaldmaq və bununla da qisas almaq məqsədi ilə barəsində guya xəbərsiz itkin düşməyi və valideynləri tərəfindən axtarımağım haqqında qərəzli “ARB” kanalında məlumat yaymışdır. Haqqında qəsdən şərəf və ləyaqətini ləkələyən, məni nüfuzdan salan təhqir və böhtan xarakterli yayılan məlumatlar barəsində ona, 2023-cü ilin noyabr ayında televizorda yayımlanan ’’Səni axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayət qızının “AXTARİLİR” Zərərçəkmiş şəxs” (elanı əks etdirən fotoşəkillər əlavə edirlir) elanır görən yaxın qohumları, habelə onu tanıyanlar zəng edərək, bunun nə məsələ olduğunu bildirdikdən sonra məlumatı olmuşdur. Bundan sonra müvafiq telefon nömrəsini tapıb Xoşqədəm Hidayət qızına zəng vurmuş, telefona cavab verən köməkçisi bildirmişdir ki,bu məlumatı,yəni onun xəbərsiz itkin düşdüyünü və valideynləri tərəfindən axtarıldığını onlara keçmiş həyat yoldaşı X2 demişdir.Belə ki, guya onun xəbərsiz itkin düşməyi və tapılmağı üçün televizorda elan verməsini qərəzli olaraq məkirli, habelə qisasçılıq niyyətini həyata keçirmək məqsədilə ilə keçmiş həyat yoldaşı X2 ’’Səni axtarınam” proqramının aparıcı Xoşqədəm Hidayət qızından xahiş etmişdir. Hazırda “AXTARİLİR” Zərərçəkmiş şəxs” elanı yayımlanan veriliş “You Tube”da mövcuddur, habelə izlənilməkdədir və o, hər gün qərəzli böhtana görə təhqir olunduğunu hiss edir. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər. Təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bununla da yuxarıda şərh edilən xüsusi ittiham qaydasında cinayət təqibinin səbəblərinə aid faktlarla müəyyən olunur ki, barəsində şikayət verilmiş şəxs keçmiş həyat yoldaşı X2, hazırda digər qadınla 2-ci ailə həyatı qurduğundan əsəbləşərək, onu biyabır edib alçaltmaq və bununla da qisas almaq məqsədi ilə barəsində guya xəbərsiz itkin düşməyi və valideyinləri tərəfindən axtarmağı haqqında qərəzli “ARB” kanalına məlumat yayaraq, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməlləri törətmişdir Qeyd edilənlərə əsasən təqsirləndirilən, barəsində şikayət edilən şəxs - xx.xx.1987-ci ildə Şabran rayonu (keçmiş Dəvəçi rayonu) Çuxrazəmi kəndində anadan olmuş, faktiki Şabran rayonu Çuxrazəmi kəndində yaşayan, Aslanova Gülmirzə qızı barəsində, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, CM-nin 147 və 148 maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 ilə barışmışdır, xüsusi itiham qaydasında şikayətindən imtina edir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasına şikayətindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmalı və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxs şikayətindən imtina etdiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar