Məhkəmə qərarları › İş №1(009)-128/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-128/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-128/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-16/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-53/2022 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Beyləqan rayonu, Təzəkənd Ə/D, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 mart 2025-ci il tarixdə saat 11.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından suiistifadə edib həbsdə olan şəxsləri azad etdirmək imkanının olmasına inandıraraq, sonuncunun həbsdə olan əri X5 həbsdən azad etdirəcəyinə dair yalandan vəd verib, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 02 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən "Rahat market" adlı mağazada quraşdırılmış "PashaPay" ödəmə terminalından onun 4169- 7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 550 manat, 06 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053- 6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 900 manat, 16 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 5000 manat, 04 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Al market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 100 manat, 06 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 600 manat, 11 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 300 manat, 12 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 1000 manat, 17 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 100 manat, 18 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 400 manat, 26 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 1000 manat, 02 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 500 manat, 20 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 1000 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 11450 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui- istifadə edib, sosial yardım düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun qohumuna sosial yardım düzəldəcəyinə dair yalan vəd verib, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən evindən "Birbank" mobil tətbiqi vasitəsilə onun 5239-1517-1902-7446 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına 29 yanvar 2024-cü il tarixdə göndərdiyi 450 manat, 04 fevral 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 191 manat, 10 fevral 2024-cü il tarixdə göndərdiyi 191 manat, 20 fevral 2024-cü il tarixdə göndərdiyi 120 manat, 24 fevral 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 300 manat, 15 mart 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 150 manat, 20 mart 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 150 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1552 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət hadisəsi törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabr ayından tanıyır. Zərərçəkmiş şəxs1 Hənifə vasitəsilə tanımışdır. Günayın əri X1 rayon ərazisində cinayət hadisəsi törətdiyinə görə Səbail rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanılaraq istintaq aparılmış və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əri X4 barəsində 06 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Faminin barəsində istintaq aparılan dövrdə yəni 2022-ci ilin noyabr ayında Hənifə Günayın mobil nömrəsini vermişdir. Günaya zəng vurmuş və əri Faminin işi ilə maraqlanmışdır. Günay ətraflı məlumat verdikdən sonra bir neçə dəfə Günay ilə bu barədə danışmışdır. 20 noyabr 2022-ci il tarixdə Günaya zəng vuraraq 20 Yanvar metrostansiyasının yaxınlığında olduğunu və kafedə görüşmək istədiyini bildirmişdir. Günay da baldızı Günay ilə birlikdə dediyi adını xatırlamadığı kafeyə gəlmiş və orada görüşmüşlər. Hənifə də həmin vaxt onunla birlikdə kafedə oturmuşdur. Orada Günaya demişdir ki, tanışları vasitəsi ilə əri Faminin işini yüngülləşdirəcək və onu birdəfəlik azadlığa buraxdıracaq. Kafedə söhbət edən vaxt əri Faminin işi üçün Günaydan ümumilikdə 11000 manat pul istəmişdir. Günay da həmin pulları hissə-hissə verə biləcəyini bildirmişdir. Günay ilə razılaşmışlar. Günayı inandırmaq üçün yalandan demişdir ki, hökm çıxana kimi həmin pulları aparıb prokuror və hakimə verəcək, ilkin olaraq xx.xx.2024-cü il tarixdə Günay ona məxsus olan 4169-7387-7053-6328 nömrəli "xxxx" ASC-nə aid “Birkart” kartına 550 manat pul göndərmişdir. Sonradan isə xx.xx.2022-ci il tarixdə həmin karta 900 manat, xx.xx.2022-ci il tarixdə 5000 manatı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində əlbəəl nağd formada baldızı Şahid2 yanında ona sayıb vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qeyd etdiyi həmin kart hesabına 100 manat, xx.xx.2023-cü il tarixdə həmin karta 600 manat, xx.xx.2023-ci il tarixdə həmin karta 300 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində əlbəəl nağd formada 1000 manat pulu uşaqları Şahid3 və X3 yanında ona sayıb vermişdir. xx.xx.2023-cü il tarixdə həmin karta 100 manat, xx.xx.2023-cü il tarixdə həmin karta 400 manat, xx.xx.2023-cü il tarixdə həmin karta 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin karta 500 manat, xx.xx.2023-cü il tarixdə həmin karta 1000 manat pul göndərmişdir. Ümumilikdə Günaydan 11450 manat pulu sonuncunun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirərək Günaya ziyan vurmuşdur. Hətta Günayı inandırmaq üçün xx.xx.2022-ci il tarixdə sonuncunun evində 5000 manat pulu alan vaxt öz imzası ilə pulu aldığını təsdiq etmək üçün kağıza qol çəkib pulu götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuş, həmin ərizədə göstərilənlərlə razıdır. Belə ki, heç bir yerdə işləmədiyindən maddi vəziyyəti yaxşı olmadığı üçün Samirənin etibarından sui-istifadə edərək 1552 manat pulunu mənimsəmişdir. Tanışı Əsmər adlı xanımın vasitəsi ilə Zərərçəkmiş şəxs2 tanımış və Əsmərdən Samirənin 050-778-28- 33 saylı mobil nömrəsini alıb sonuncuya zəng vurmuşdur. Samirə ilə mobil telefonla danışan zaman Samirəyə demişdir ki, sosial yardım düzəldə bilir. Samirə də demişdir ki, qardaşı qızına sosial yardım düzəltməkdə köməklik etsin. Samirəyə demişdir ki, sənədlərini göndərsin danışıb xəbər edəcək. 22 yanvar 2023-cü il tarixdə Samirə qardaşı qızının və övladlarının sənədlərinin şəklini çəkib “whatsapp” vasitəsi ilə göndərmişdir. Samirəyə demişdir ki, bu işin tam düzəlməsi üçün 2000 manat pul xərci çıxacaq, Samirə də razılaşmışdır. Samirədən işləri görmək üçün ilkin olaraq 300 manat pul istəmişdir. Samirə ona məxsus olan 5239-1517-1902-7446 saylı Kapital Bank kart hesabına 29 yanvar 2024-cü il tarixdə 300 manat, 29 yanvar 2024-cü il tarixdə 150 manat, 04 fevral 2024-cü il tarixdə 191 manat, 10 fevral 2024-cü il tarixdə 191 manat, 20 fevral 2024-cü il tarixdə 120 manat, 24 fevral 2024-cü il tarixdə 300 manat, 15 mart 2024-cü il tarixdə 150 manat, 20 mart 2024-cü il tarixdə 150 manat pul göndərmişdir. Samirə ona ümumilikdə 1552 manat pul göndərmişdir. Samirəyə 2024-cü ilin mart ayına kimi işinin düzələcəyini yalandan söz vermişdir. Samirə bir neçə dəfə zəng vurmuş və Samirəyə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Samirənin telefonlarına cavab verməmişdir. Sonradan bilmişdir ki, Samirə barəsində şikayət etmişdir. Heç bir yerdə işləmədiyi üçün Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunu aldadıb 1552 manat pulunu ələ keçirərək mənimsəmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının 29-da əri Famin Bakı şəhəri Səbail rayon ərazisində cinayət törətdiyinə görə Səball rayon polis idarəsində barəsində Cinayət Məcəlləsinin 150-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanılaraq istintaq aparılmış və iş Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əri X4 barəsində 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində istintaq aparılan dövrdə, yəni 2022-ci ilin noyabr ayında baldızı Rumiyə qardaşı Faminin işi barədə qohumu Hənifə ilə söhbət edərkən bu zaman Hənifə tanışı Təqsirləndirilən şəxs məsləhət görərək Faminin işinə köməklik göstərə biləcəyini, Famini azadlığa buraxdıracağını demişdir. Bundan sonra Rumiyə telefonunu Hənifəyə vermiş, Hənifə də zəng vurmuşdur. Söhbət əsnasında Hənifə demişdir ki, Vüsal adlı tanışı vardır, sonuncu əri Faminin işinə kömək göstərə bilər və ərini azadlığa buraxdıra bilər. Ondan sonra Hənifə telefon nömrəsini Vüsala vermiş, Vüsal da özünə məxsus olan ***-***-**-** nömrəsindən zəng vurmuş, işlə maraqlanmış, əri Faminin ittiham olunduğu maddəni və digər xüsusatları soruşmuşdur. Vüsala telefonda ətraflı məlumat vermişdir. Vüsal sonradan br neçə dəfə zəng vuraraq işlə bağlı maraqlanmışdır. 20 noyabr 2022-ci il tarixdə Vüsal zəng vuraraq 20 Yanvar metrostansiyasının yaxınlığında olduğunu və onunla kafedə görüşmək istədiyini bildirmişdir. Baldızı Günayla birlikdə həmin kafeyə getmişlər. Orada Vüsal ilə görüşmüşlər. Vüsal orada demişdir ki, ərinin işini yüngülləşdirə biləcək və birdəfəlik azadlığa buraxdıracaq. Bundan sonra həyat yoldaşının azadlığa buraxdırması ilə əlaqədar 11000 manat pul istəmişdir. Həmin pulları hissə-hissə verə biləcəyini bildirmişdir. Vüsal da onunla razılaşaraq hökm çıxana kimi həmin pulları aparıb prokuror və hakimə verəcəyini demişdir. İlkin olaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsində yerləşən "Milliön" aparatından Vüsala aid 4169 7387 7053 6328 nömrəli "xxxx" ASC-nə aid “Birkart” kartına 550 manat pul göndərmişdir. Sonradan isə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən həmin karta 900 manat, xx.xx.2022-ci ildə 5000 manatı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində əlbəəl nağd formada Vüsala vermişdir. Həmin vaxt yanında baldızı Şahid2 da olmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 100 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 600 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 300 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində əlbəəl nağd formada 1000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 100 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 400 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 1000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Lider marketdən kartına 500 manat pul göndərmişdir. Ümumilikdə Vüsal 11450 manat pul almış və dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonunda tanışı Tünzalə vasitəsi ilə tanımış, sonradan bilmişdir ki, Vüsal Tünzaləni də aldatmışdır. 2024-cü ilin yanvar ayının təxminən 20-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə tanımadığı ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, həmin nömrənin sahibi özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və nömrəsini tanışı Tünzalədən aldığını bildirmişdir. Öz aralarında söhbət edən zaman Vüsal bildirmişdir ki, Tünzalə tanışı Nəzmiyyəyə 5000 manat pul vermiş, həmin pulun alınmasında köməklik edəcək. Sonra öz aralarında söhbət zamanı Vüsal demişdir ki, sosial yardım düzəldə bilir. Əgər hansısa tanışları varsa sosial yardım düzəltmək lazım olsa xəbər edərlər. Vüsal ilə danışan vaxt demişdir ki, qardaşı qızının ailə vəziyyəti yaxşı deyil, iki azyaşlı uşaqları vardır, onlara sosial yardım düzəldə bilərmi. Həmin vaxt Vüsal demişdir ki, danışıb xəbər edəcək. Təxminən 22 yanvar 2023-cü il tarixdə Vüsal zəng vuraraq qardaşı qızının və ailə üzvlərinin şəxsiyyətlərini təsdiq dən sənədinin surətlərini istəmiş, telefonunda olan “whatsapp” vasitəsi ilə sənədlərin sürətini göndərmişdir. Vüsal demişdir ki, sosial düzəlmək üçün ümümilikdə 2000 manat xərci çıxacaq. Vüsal ilə razılaşmışdır. Vüsal ilkin olaraq 300 manat pul istəmiş, Vüsala yaşadığı Səbail rayonu, M.Muxtarov küçəsi 9 ünvanında yaşadığı evdən mobil telefonunda olan birbank mobil tətbiq vasitəsilə Vüsalın göndərdiyi Kapital banka məxsus olan 5239-1517-1902-7446 saylı kartına 29 yanvar 2024-cü il tarixdə 300 manat göndərmişdir. Bundan sonra 29 yanvar 2024-cü il tarixdə 150 manat, 04 fevral 2024-cü il tarixdə 191 manat, 10 fevral 2024-cü il tarixdə 191 manat, 20 fevral 2024-cü il tarixdə 120 manat, 24 fevral 2024-cü il tarixdə 300 manat, 15 mart 2024-cü il tarixdə 150 manat, 20 mart 2024-cü il tarixdə 150 manat birbank mobil tətbiq vasitəsilə Vüsalın ona göndərdiyi Kapital banka məxsus olan 5239-1517-1902-7446 saylı kartına pul göndərmişdir. Ümumilikdə Vüsala 1552 manat pul göndərmişdir. Pulları Vüsala göndərib qurtardıqdan sonra Vüsala demişdir ki, bu iş nə vaxt düzələcək. Vüsal demişdir ki, mart ayının sonuna kimi düzələcək. Lakin Vüsal verdiyi vədi yerinə yetirməmiş, 2024-cü ilin mart ayının sonunda Vüsala zəng vurmuşdur. Həmin vaxt Vüsal telefonuna cavab verməmişdir. Vüsala dəfələrlə zəng vurmuşdur. Vüsal müxtəlif bəhanələr gətirmiş və sonradan telefonlarına cavab verməmişdir. Vüsalın aldatdığını başa düşmüş və sonuncu barəsində şikayət etmişdir. 08 iyun 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 08 iyun 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. 07 noyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 07 noyabr 2024-cü il tarixli qərarla ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. 20 iyun 2024-cü il tarixli qərarla toplanmış material üzrə Abşeron RPİ-nin müstəntiqi Vüsal Rzayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmişdir. 07 mart 2023-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Zərərçəkmiş şəxs1 Akif qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 6(012)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X7 tərəfindən qəbul edilmiş HK/1-1515 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. 14 noyabr 2023-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış materialda Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsinin mümkün olmamasını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 02 may 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 Akif qızının müraciəti ilə əlaqədar Abşeron RPİ-nin İstintaq şöbəsində toplanmış HK/1-1515 nömrəli material üzrə müstəntiq Rövşən Cavadovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. 25 may 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Zərərçəkmiş şəxs1 Akif qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. 25 iyun 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Akif qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 iyul 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 15 iyul 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. 15 iyul 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılıb istintaqa təqdim olunanadək dayandırılmışdır. 05 noyabr 2024-cü il tarixli qərarla Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 06 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməlin törədildiyi sonuncu yerin Səbail rayonunun inzibati ərazisi olduğunu nəzərə alaraq, həmin cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 12 noyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi qismində təyin edilmişdir. 18 dekabr 2024-cü il tarixli qərarla rayon Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 19 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. 19 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin qərarına əsasən Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 “whatsapp” yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs kart hesabına pul köçürmüşdür. İş materiallarında olan ödəniş çeklərindən görünür ki, Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs kart hesabına pul köçürmüşdür. İş materiallarında olan Beyləqan rayon İHB-nin Təzəkənd kəndinin arayışından görünür ki, Təqsirləndirilən şəxs üzvlərinin tərkibi: arvadı 1980-ci il təvəllüdlü X12, oğlu 2009-cu il təvəllüdlü X8, oğlu xx.xx.2010-cu il təvəllüdlü X9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Təzəkənd kəndində yaşadığı müddətdə özünü mehriban, səmimi və qayğıkeş bir insan kimi göstərməklə kənddə böyük hörmət qazanmışdır. Təzəkənd kəndində keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Onun haqqında Təzəkənd kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökm ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəza sonu ilə azad olunmuşdur. Goranboy Rayon Məhkəməsinin 1(045)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-53/2022 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökm ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəza sonu ilə azad olunmuşdur. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 2022-ci ilin dekabr ayından etibarən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs dələduzluq cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-53/2022 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-53/2022 saylı hökmü ilə müəyyən edilmiş xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2022-2024-cü illərdə törədilmişdir. Belə olan halda Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmənin əvvəli Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 16 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar